Ali Məqamlı Rəhbərin informasiya bloku

Uşu üzrə dünya çempionatının qalibi olmuş qadın idmançı qazandığı medalı Ali Məqamlı Rəhbərə təqdim etdi

Uşu idman növü üzrə Malayziyada keçirilən dünya çempionatının qalibi olmuş kirmanşahlı qadın idmançı Məryəm Haşimi bu gün (bazar ertəsi) günortadan öncə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək qazandığı qızıl medalı ona təqdim etdi.

Həzrət Ayətullah Xamenei ölkəmizi təmsil edən qadın idmançıya xitabən aşağıdakıları dedi: “Siz iranlı-müsəlman qadının özünəməxsus simasını və kimliyini dünyaya nümayiş etdirməklə göstərdiniz ki, müsəlman bir qadın idman arenalarında belə, hicabını və dininin qayda-qanunlarını qoruyaraq yüksək səviyyədə iştirak edə və qürur mənbəyi ola bilər”.

Ali Məqamlı Rəhbər bu qadın idmançının İran İslam Respublikasını açıq-aşkar müdafiə etməsini onun daha bir üstünlüyü adlandıraraq dedi: “Düşmənlərin İslam Respublikasına qarşı apardıqları soyuq müharibənin daimi metodlarından biri də ölkəmizdə, guya ki, müxtəlif sferaları təmsil edən elitanın hakim quruluşun əleyhinə olduğu barədə yanlış rəy formalaşdırmaqdır. Siz isə atdığınız addımla İslam dövlətinə bağlılığınızı beynəlxalq miqyaslı bir pyedestaldan elan etdiniz”.

“Müsəlman İranının gənc idmançılarının beynəlxalq arenalarda iştirak etməsi özü olduqca dəyərli bir haldır” – deyən Ali Məqamlı Rəhbər xanım Haşimi kimi gənclərin varlığına görə Allaha şükürlər etdiyini bildirdi.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /