Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Seyid Məhəmmədəli Şəhidi Məhəllatinin vəli-fəqihin Şəhid və Veteranlar Fondundakı nümayəndəsi təyin olunması haqqında sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Seyid Məhəmmədəli Şəhidi Məhəllati,

Cənabınızın Şəhid və Veteranlar Fondunun sədri təyin olunmasını və Sizə olan şəxsi etimadımı nəzərə alaraq, Sizi o möhtərəm və müqəddəs qurumda öz nümayəndəm təyin edirəm.

Vəli-fəqihin bu nümayəndəliyinin öhdəsinə fondun əsasnaməsində əksini tapmış vəzifələrdən başqa, İslam İnqilabına, ölkəmizin müstəqilliyinə əsl sərmayəni qoymuş şəhidlərin ailə üzvləri və veteranlarla mənəvi-mədəni iş aparmaq kimi mühüm bir vəzifə də düşür. Ümidvaram ki, Siz keçmiş iş təcrübənizdən istifadə edərək bu mühüm məsuliyyətin öhdəsindən ən gözəl şəkildə gələcəksiniz. 25 ilə yaxın müddət ərzində şəhid ailələrinə və veteranlara böyük qayğı və sədaqətlə xidmət etmiş, bu sferada parlaq və təqdirəlayiq fəaliyyət yolu keçmiş cənab Höccətül-İslam Şeyx Məhəmmədhəsən Rəhimiyana da təşəkkür və qədirdanlığımı ifadə etməyi lazım bilirəm.

Uca Yaradandan bu məsuliyyətli vəzifəni yerinə yetirməkdə Sizə mənəvi dəstək olmasını diləyirəm.

Seyid Əli Xamenei
27 şəhrivər 1392


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /