Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər cənab Rəcəbəli Tahirinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ixtisasca mühəndis olmuş cənab Rəcəbəli Tahirinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Şah diktaturasının boğucu repressiyaları dövründə, eləcə də inqilabdan əvvəl və sonra gedən mübarizə hərəkatının ixlaslı mücahidlərindən olan köhnə dostumuz, ixtisasca mühəndis olmuş cənab Rəcəbəli Tahirinin vəfatı ilə əlaqədar olaraq, möhtərəm ailə üzvlərinə, bütün qohum-əqrəbasına və dostlarına başsağlığı verir, Uca Yaradandan mərhuma ilahi rəhmət və mükafat diləyirəm.

Seyid Əli Xamenei
25 mehr 1392
17 oktyabr 2013






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /