Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Novruz bayramı və İran İslam Respublikasının yaranması günü münasibəti ilə bir qrup məhkumu əfv etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qarşıdan gələn Novruz bayramı və 12 fərvərdin – İran İslam Respublikasının yaranması günü münasibəti ilə ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1059 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsi təklifini müsbət cavablandırdı.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək qarşıdan gələn Novruz bayramı və İran İslam Respublikasının yaranması günü münasibəti ilə əfv üçün zəruri tələblərə cavab verdikləri Məhkəmə Hakimiyyətinin Mərkəzi Amnistiya Komissiyası tərəfindən müəyyən edilmiş 1059 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsi təklifi ilə çıxış etmişdi. Ali Məqamlı Rəhbər təklifi müsbət cavablandırdı.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /