Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Novruz səfərlərinin və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Novruz səfərləri və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərdən bir qrupu ilə bu gün (şənbə günü) günorta baş tutan görüşündə Novruz səfərləri ilə bağlı işləri həyata keçirən müxtəlif struktur və təşkilatların əməkdaşlarına böyük təşəkkürünü bildirərək vurğuladı: “Bütün rəsmi strukturlar çalışmalıdırlar ki, Novruz səfərləri zamanı yollarda qəza hadisələrinin sayı, mümkün qədər, minimuma endirilsin”.

Bayram tətilləri zamanı əhaliyə xidmət etməyin ilahi dəyər və mükafatının ilin digər günləri ilə müqayisədə daha böyük olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Bu xidmətlərin hamısı Allah dərgahında qeyd olunur və hesaba alınacaq”.

Ali Məqamlı Rəhbər dedi: “Uca Yaradan hər şeyi bildiyinə, hər bir yaxşılıq üçün təşəkkür etdiyinə görə bayram tətilləri zamanı insanlara xidmət etməyin zəhmət və çətinliklərinə bələd olmaqdan əlavə, sözsüz ki, bu gözəl işlərə görə hər kəsə öz təşəkkür və mükafatını da nəsib edəcək”.

Həzrət Ayətullah Xamenei həmçinin Novruz səfərlərinə cavabdeh olan rəsmi strukturların əməkdaşlarının bayram günlərində yaxınlarından uzaq düşmək məcburiyyətində qalmış ailə üzvlərinə də sonsuz təşəkkürünü bildirdi.

Çıxışının davamında Ali Məqamlı Rəhbər Novruz səfərləri zamanı baş verən yol-nəqliyyat hadisələrinin bu günlərdə əhalinin narahatçılığına səbəb olan amillərdən olduğunu bildirərək dedi: “Səfərlərin təşkilinə təsir göstərən və yol hərəkəti qaydalarına riayət olunmasına cavabdeh olan bütün strukturlar yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi üçün əllərindən gələni etməlidirlər”.

Ali Məqamlı Rəhbər həmçinin əhalidən və turistlərdən bu sevincli günlərdə xoşagəlməz hadisələrin yaşanmaması üçün qayda-qanunlara əvvəlkindən də artıq əməl etmələrini xahiş etdi.

Sonda Həzrət Ayətullah Xamenei dedi: “Ümidvaram, bayram günləri və Novruz tətilləri bütün İran xalqı üçün xoş keçəcək, camaatımız bu günləri sevinc və könül xoşluğu ilə yaşayacaq”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Polis Qüvvələrinin baş komandanı briqada generalı Əhmədi Moqəddəm Novruz səfərləri, yol-nəqliyyat hadisələrinin sayının və insan tələfatının azaldılması ilə bağlı nəzərdə tutulmuş proqram və tədbirlər haqda məlumat verdi. O, ötən illərdə yol-nəqliyyat hadisələrinin sayının və yollarda insan tələfatının azalmasına səbəb olmuş amillər sırasında kütləvi maarifləndirmə tədbirlərini və sosial intizam mədəniyyətinin oturuşmasını, yol hərəkətinə nəzarətdə yeni texnologiyalardan və smart sistemlərdən istifadə olunmasını, yeni yol hərəkəti və sürücülük qaydalarının təsdiqlənməsini və icrasını, dəmir yollarının genişləndirilməsini, yollarda təhlükəsizliyin təmin edilməsini və yol qəzalarında yaralanan insanlara təcili tibbi yardım göstərilməsini qeyd edərək dedi: “Avtomobil istehsalçıları da daha təhlükəsiz avtomobillər istehsal etmək üçün daha ciddi çalışmalıdırlar”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /