İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra görkəmli din alimi, mücahid qələm sahibi, vəli-fəqihin Laristan ostanı üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Hacı Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Aliqədr ruhani, mücahid qələm sahibi Höccətül-İslam vəl-muslimin Seyid Müctəba Musəvi Larinin vəfat etməsi barədə xəbəri son dərəcə böyük təəssüf hissi ilə aldım.
Bu böyük, görkəmli və dəyərli din aliminin son bir neçə onillikdə İslam təlimləri və Əhli-Beyt (ə) məktəbinin bütün dünyada təbliği sahəsində göstərdiyi xidmətlər, doğrudan da, əvəzsizdir. Haqqa təşnə olan minlərlə vicdanlı insan onun elmi ustalıqla, aydın və məntiqli dildə qələmə alınmış və Yer kürəsinin 5 qitəsində çap olunmuş əsərlərinin köməyi ilə həqiqət çeşməsinə yol tapmış, İslam dinini tanımış və ona iman gətirmişlər.
Bu mömin alim qətiyyən özünü göstərmək niyyəti və ya hər hansı bir ambisiyası olmadan, təkbaşına, ona-buna arxalanmadan bütün ömrünü və bacarığını bu böyük cihada sərf etdi, öhdəsinə düşən vəzifəni yerinə yetirib, Allahın razılığını qazanmağı bir çalışmaq, səy göstərmək tərzinə çevirdi.
Bu ixlaslı alimin vəfatı ilə əlaqədar, Fars ostanının və Laristanın şərəfli əhalisinə, bütün dostlarına və şagirdlərinə, onun kitablarından bəhrələnən hər kəsə, özəlliklə də möhtərəm ailə üzvlərinə və dəyərli qohum-əqrəbasına başsağlığı verirəm. Uca Yaradandan mərhumun ruhuna dərgahında ən ali dərəcələri nəsib etməsini, rəhmət və bağışlanma diləyirəm.
Seyid Əli Xamenei
19 isfənd 1391

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir