Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər özünün Kohgiluyə və Boyer-Əhməd ostanı üzrə nümayəndəsini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Seyid Şərəfəddin Məlikhüseyninin vəli-fəqihin Kohgiluyə və Boyer-Əhməd ostanı üzrə nümayəndəsi təyin olunması barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Seyid Şərəfəddin Məlik Hüseyni,

Cənabınızın möhtərəm və müəzzəm atası, aliqədr alim Ayətullah Hacı Seyid Kəramətullah Məlikhüseyninin (Allah ona Behişti nəsib etsin!) vəfatından sonra mərhuma və Sizə mənən bağlı olan insanların xahiş və təklifinə əsasən, əlhəmdulillah, atanızın əməlisaleh xələfi, elm və təqva ilə zinətlənmiş olan Sizi Kohgiluyə və Boyer-Əhməd ostanı üzrə öz nümayəndəm təyin edirəm. Ümidvaram ki, Sizin həmin ostanda və onun dəfələrlə sınaqlardan başıuca çıxmış qeyrətli və inqilabçı əhalisi arasındakı fəaliyyətiniz bölgənin günü-gündən inkişaf edərək daha da bərəkətlənməsinə yol açacaq.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
14 isfənd 1391
4 маrt 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /