Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Bitki örtüyünün və meşələrin məhv edilməsi çoxsaylı qlobal problemlərə yol aça bilər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Təbii resurslar həftəsi və Ağacəkmə günü ilə əlaqədar olaraq, bu gün (çərşənbə axşamı) günorta iki ting əkdi.

Daha sonra Ali Məqamlı Rəhbər çıxış edərək bildirdi ki, ağaclar və yaşıllıq hər bir ölkə və ümumilikdə bəşəriyyət üçün bərəkət və abadlıq mənbəyidir. O, İslam dininin ağac əkməyi və ağacları qorumağı, həmçinin ağacların məhv edilməsinin qarşısını almağı öyrətdiyini deyərək əlavə etdi: “Yaşıllaşdırma sahəsi ilə əlaqədar olan rəsmilər ağaclara ehtiyac olan yerlərdə bəzən yüzlərlə ağacın kəsildiyindən gileylənirlər”.

O, əlavə etdi: “Özünün maddi maraqları naminə yam-yaşıl bölgələri sementə, çoxmərtəbəli binalara çevirən bəzi şəxslər şəhər və kəndlərin ətrafındakı torpaqları tutur, bitki örtüyünü məhv edirlər. Bundan əlavə, ölkənin bütün meşələri də təhlükə altındadır.

“Böyük şəhərlərin ətrafındakı məntəqələrin qeyri-qanuni şəkildə tutulmasının qarşısını almaq üçün ortaya qəti əzm və iradə qoymaq vacibdir” – deyən Ali Məqamlı Rəhbər bunun səbəbini aşağıdakı kimi açıqladı: “Şəhərətrafı yaşıllıqların, xüsusilə də meşələrin məhv edilməsi çoxlu sayda qlobal problemlərlə nəticələnəcək. Hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində və şəhər meriyalarında sözügedən mövzuya aidiyyəti olan bütün rəsmilər bu yanlış tendensiyanın qarşısının alınması üçün ciddi tədbir görməlidirlər”.

Mərasimdə Əkinçilik Cihadı Naziri, Ətraf Mühiti Qoruma Təşkilatının sədri, həmçinin Tehranın meri və valisi iştirak edirdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /