İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei möhtəşəm həcc toplumuna ünvanladığı müraciətdə qeyd edir ki, həcc mövsümünün yetişməsi İslam ümməti üçün böyük bir bayram, İslam dünyasının zəif cəhətlərinə əlac etmək üçün möcüzəvi bir fürsətdir. Ali Məqamlı Rəhbər öz müraciətində dünya imperializm cəbhəsinin və cinayətkar sionist şəbəkəsinin islami oyanışı əzib təsirsiz etmək, Fələstinin, müsəlman xalqlarının qurtuluşu kimi mühüm məsələləri arxa plana keçirmək üçün var gücləri ilə səy göstərdiklərini qeyd edərək aşağıdakıları vurğulayır: “Müsəlmanların tövhid bayrağı altında bir olub qardaşlaşması, düşmənlərini tanıyaraq onun məkrli planlarına və işlətdiyi hiyləgər metodlara qarşı mübarizə aparmaları həcc ziyarətinin ən bariz dərslərindən biri, hal-hazırda İslam dünyasında mövcud olan acınacaqlı vəziyyətin aradan qaldırılması üçün ən başlıca əlacdır”.
Ali Məqamlı Rəhbərin böyük həcc toplumuna ünvanladığı müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Həcc mövsümünün yetişməsini İslam ümməti üçün böyük bir bayram kimi dəyərləndirmək lazımdır. Bu dəyərli günlərin hər il dünya müsəlmanları üçün yaratdığı əvəzsiz fürsət möcüzəvi bir iksirdir. Qədrini bilib layiqincə istifadə edə bilsək, bu iksir İslam dünyasının bir çox bəlalarına və zəif cəhətlərinə əlac olar.
Həcc qaynayıb daşan ilahi feyz çeşməsidir. Siz hacılardan hər birinizə hazırda belə bir böyük xoşbəxtlik nəsib olub ki, səfa və mənəviyyat dolu bu ayin və əməlləri yerinə yetirərək qəlbinizi və varlığınızı bir yaxşıca paklayasınız, bu rəhmət, izzət və qüdrət mənbəyindən bütün ömrünüz üçün ehtiyat götürəsiniz. Bu ilahi təlim-tərbiyə meydanından siz özünüz üçün mərhəmətli Allah qarşısında itaət və təslimkarlığı, hər bir müsəlmanın çiyinlərinə düşən vəzifələrə qarşı məsuliyyət hissini, dini və dünyəvi işlərdə fəallığı, din qardaşlarınızla münasibətdə güzəşt və mərhəməti, çətin hadisələr qarşısında cürət və özünəinamı, hər yerdə və hər şeydə Yaradanın yardım və dəstəyinə ümidvar olmağı – qısası, özünüzü bir insan kimi müsəlmana yaraşan şəkildə islah və tərbiyə etməyi öyrənə, bu zinətlərlə bəzənmiş, bu dəyərli ehtiyatlardan bəhrələnmiş şəkildə geri dönərək ölkəniz, xalqınız və nəhayət İslam ümməti üçün bir töhfə ola bilərsiniz.
Bu gün İslam ümmətinin, hər şeydən çox, məfkurəsi və əməlləri iman, saf niyyət və ixlasla, qatı düşmənlərə qarşı müqaviməti mənəvi-psixoloji özünütərbiyə ilə yanaşı olan insanlara ehtiyacı var. Bu, böyük müsəlman toplumunun ya açıq-aşkar düşmənlərin əli ilə törədilən, ya da əzm, iman və bəsirətlərinin zəif olması ucbatından keçmişdən düçar olduqları çətinliklərdən yeganə qurtuluş yoludur.
Şübhə yoxdur ki, hazırkı dövr müsəlmanların oyanış və özünüdərki dövrüdür. Bu gerçəkliyi müsəlman ölkələrinin üzləşdiyi qarşıdurmalardan da açıq-aydın anlamaq olar. Məhz belə bir şəraitdə iman, təvəkkül, bəsirət və müdrikliyə söykənən əzm və iradə müsəlman xalqlarının bu qarşıdurmalardan qalibiyyət və başucalığı ilə çıxmasına yol aça, onların müqəddəratına nüfuz və ehtiramı yaza bilər. Müsəlmanların oyanışını və heysiyyətə qovuşmasını heç cür həzm edə bilməyən qarşı cəbhə var gücü ilə buna qarşı mübarizə aparır, müsəlmanları əzmək, onların başını özlərinə qatmaq üçün bütün hərbi, psixoloji, təhlükəsizlik və təbliğat imkanlarından istifadə edir. Pakistan və Əfqanıstandan tutmuş Suriya, İraq və Fələstinə qədər Qərbi Asiya ölkələrinə, Fars Körfəzi ölkələrinə, eləcə də Liviya, Misir və Tunisdən tutmuş Sudana qədər Şimali Afrika ölkələrinə və bəzi digər ölkələrə nəzər saldıqda insana bir çox həqiqətlər aydın olur. Vətəndaş müharibələri, din və məzhəb zəminində gedən kor-koranə konfliktlər, qeyri-sabit siyasi vəziyyət, qəddar terrorizmin rəvac tapması, qədim tarixdə mövcud olmuş vəhşi qəbilələr kimi insanların sinəsini yırtıb ürəklərini çeynəyən ifratçı qruplaşma və cərəyanların ortaya çıxması, qadın və uşaqları qətlə yetirən, kişilərin başını kəsən, qadınların namusuna təcavüz edən, hətta bəzi hallarda bu rüsvayçı cinayətləri din adına və din bayrağı altında törədən silahlılar – bütün bunlar xarici kəşfiyyat xidmətlərinin və regionda onlarla əlbir olan hökumət adamlarının imperialist niyyətli, şeytani planlarının nəticəsidir. Bu planlar münasib zəminin mövcud olduğu ölkələrdə reallaşaraq insanların həyatını qaraldır, onları əzab-əziyyətə düçar edir. Sözsüz ki, belə bir şəraitdə müsəlman ölkələrinin öz maddi və mənəvi boşluqlarını doldurmalarını, oyanış və özünüdərkin bərəkətli nəticələrindən olan təhlükəsizlik, rifah, elmi inkişaf və beynəlxalq nüfuza qovuşmalarını gözləmək olmaz. Bu üzücü vəziyyət islami oyanışı səmərəsiz, İslam dünyasında yaranmış psixoloji hazırlığı puç edə, müsəlman xalqlarını bir daha uzunillik ətalət, təcrid və tənəzzülə sürükləyə, onların diqqətini Fələstinin nicatı, müsəlman xalqlarının Amerika və sionizmin ağalığı altına keçməkdən qurtulması kimi əsas və mühüm problemlərindən yayındıra bilər.
Bu dərdlərin əsas çarəsini iki qısa cümlənin məzmununda ifadə etmək olar ki, onların da hər ikisi həccin bariz dərslərindəndir:
1. Müsəlmanların tövhid bayrağı altında bir olub qardaşlaşması;
2. Düşməni tanımaq, onun məkrli planlarına və işlətdiyi metodlara qarşı mübarizə aparmaq;
Qardaşlıq və həmrəylik psixologiyasının gücləndirilməsi həccin bizə öyrətdiyi böyük bir dərsdir. Burada hətta ətrafdakılarla dava-dalaş etmək və kobud danışmaq da qadağandır. Burada insanların eyni libasda olması, eyni ayinləri yerinə yetirməsi, eyni hərəkətləri etməsi və bir-birinə qarşı mehriban rəftarı bu tövhid mehvərinə tapınan və ürəkdən bağlı olan hər kəsin bərabər və qardaş olması anlamına gəlir. Bu, İslam dininin Kəbə evinə və təkallahlılığa inancı olan bir qrup müsəlmanı İslamdan kənar hesab edə biləcək istənilən əqidə, fikir və çağırışı açıq-aşkar rədd etdiyi deməkdir. Bu gün qəddar sionistlərin və onların Qərbdəki himayədarlarının əlində siyasi oyuncağa çevrilmiş, ağır cinayətlərə əl ataraq müsəlmanların, günahsız insanların qanını tökən təkfirçi ünsürlər, eləcə də ruhani libası geyib dindarlıq iddiası edən, amma şiə-sünni konfliktini və digər bu kimi dağıdıcı alovları körükləyən şəxslər bilsinlər ki, həcc mərasiminin ab-havası onların iddialarını puça çıxarır. Çox qəribədir! Kökü Peyğəmbərin (s) əməlinə dayanan müşriklərə etiraz mərasimini həcdə qadağan olunmuş dava-dalaş kimi qələmə verənlərin özləri müsəlmanlar arasında qanlı qarşıdurmaların törədilməsində ən aparıcı simalardandırlar.
İslam alimlərindən və İslam ümmətinə can yandıran insanlardan çoxu kimi, mən də bir daha elan edirəm ki, müsəlmanlar arasında konflikt alovunun körüklənməsinə səbəb olan istənilən söz və addım, həmçinin istənilən müsəlman firqəsinin müqəddəs bildiyi atributların təhqir edilməsi, yaxud İslam məzhəblərindən hansınınsa təkfir olunması küfr və şirk cəbhəsinə xidmət, İslama xəyanət və şəri cəhətdən haramdır.
Düşməni tanımaq, onun planlarına və işlətdiyi metodlara qarşı mübarizə aparmaq da ikinci əsas şərtdir. Əvvəla, məkrli düşmənin varlığını heç bir zaman yaddan çıxarmaq lazım deyil. Həcdə Şeytana daş atma mərasimin bir neçə dəfə təkrarlanması da məhz bunun simvolik nişanəsidir. İkincisi, əsl düşməni tanımaqda səhvə yol vermək olmaz. Bu gün o əsl düşmən dünya imperializm şəbəkəsi və cinayətkar sionizm şəbəkəsidir. Üçüncüsü, bu mənfur düşmənin müsəlmanlar arasına təfriqə salmaqdan, siyasi korrupsiya və əxlaqsızlığa rəvac verməkdən, tanınmış simaları hədələmək və şirnikləndirməkdən, xalqlara iqtisadi təzyiqlər göstərməkdən, müsəlmanların dini inancına şübhə toxumu səpməkdən ibarət olan metodlarını dəqiq surətdə dərk etmək, düşməndən asılı olan qüvvələri, qəsdən və ya bilməyərəkdən onun dəyirmanına su tökənləri bu yolla tanımaq lazımdır.
Amerika başda olmaqla imperialist dövlətlər genişmiqyaslı və ən son media vasitələrinin köməyi ilə öz gerçək simalarını ört-basdır edir, demokratiya və insan haqlarının tərəfdarı olduqlarını iddia edərək dünya ictimaiyyətinin qarşısında riyakarlıq edirlər. Müsəlman xalqları onların törətdiyi fitnələrin atəşini fiziki və mənəvi cəhətdən hər keçən gün keçmişdəkindən daha artıq hiss etdikləri halda, onlar insan haqlarından dəm vururlar. On illərdir ki, hər gün İsrail rejiminin və onun himayədarlarının törətdiyi cinayətlərin acısını çəkən məzlum Fələstin xalqına, yaxud imperialistlərin və onların regiondakı havadarlarının yürütdüyü siyasətin yetirməsi olan terroristlərin xalqlarının həyatını ağrı-acıya döndərdiyi Əfqanıstan, Pakistan və İraqa, yaxud antisionist cərəyanı dəstəklədiyinə görə beynəlxalq imperializmin və onların regiondakı icraçılarının kininə tuş gələrək vətəndaş müharibəsinə sürüklənmiş Suriyaya, yaxud müsəlmanların hərəsində bir şəkildə kədər və əziyyətə düçar olduqları, onların düşmənlərinin isə himayə olunduğu Bəhreyn və Myanmara, yaxud Amerika və onun müttəfiqləri tərəfindən ardıcıl surətdə hərbi hücumlar, iqtisadi təzyiqlər və ya təxribatçı təhlükəsizlik planları ilə təhdid olunan digər müsəlman xalqlarına bircə dəfə nəzər saldıqda imperializmin başında duranların gerçək siması hər kəsə aydın olur.
İslam dünyasının hər yerində dini və siyasi liderlər, tanınmış mədəniyyət xadimləri özlərini bu həqiqətlərin dünyaya açıqlanmasında vəzifəli bilməlidirlər. Bu, bizim hamımızın dini və əxlaqi vəzifəmizdir. Bu gün, təəssüflər olsun ki, kəskin daxili qarşıdurmalara məruz qalmış Şimali Afrika ölkələri bu böyük məsuliyyətə – yəni düşməni, onun məkrli plan və taktikalarını tanımaq vəzifəsinə hər kəsdən artıq diqqət yetirməlidirlər. Bu ölkələrdə milli cərəyanlar arasında konfliktlərin davam etməsi, vətəndaş müharibəsinin doğura biləcəyi risklərə önəm verilməməsi İslam ümməti üçün bu tezliklə kompensasiya edilməsi mümkün olmayan nəticələrə yol açacaq böyük bir təhlükədir.
Əlbəttə, bizim heç bir şübhəmiz yoxdur ki, regionun ayağa qalxaraq islami oyanışa həyat vermiş xalqları, Allahın izni ilə, vaxtın əqrəblərinin geri getməsinə, korrupsiya, siyasi asılılıq və diktatura dövrünün təkrarlanmasına imkan verməyəcəklər. Lakin imperialist dövlətlərin fitnələrin törədilməsində, dağıdıcı müdaxilələrdə oynadığı roldan bixəbər olmaq onların işini çətinləşdirəcək, milli qürur, rifah və təhlükəsizliyə qovuşmalarını illərlə geri salacaq. Biz xalqların gücünə, Hikmətli Yaradanın xalq kütləsinin əzm, iman və bəsirətinə bəxş etdiyi qüvvəyə bütün qəlbimizlə inanırıq, 30 ildən çoxdur ki, İran İslam Respublikasında bunun öz gözlərimizlə şahidi olmuş, bütün varlığımızla təcrübədən keçirmişik. Biz bütün müsəlman xalqlarını bu yorulmaq bilməyən, vüqarlı ölkədəki qardaşlarının təcrübəsinə dəvət etmək əzmindəyik.
Uca Yaradana müsəlmanların vəziyyətini yaxşılaşdırması, düşmənlərin məkrini onlardan uzaqlaşdırması üçün dualar edirəm. Beytüllahı ziyarət edən bütün hacılara həclərinin qəbul olunmasını, canlarının sağlığını, bu ziyarətdən mənəviyyat dolu bir tədarüklə geri dönmələrini arzu edirəm.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
Seyid Əli Xamenei
5 zilhiccə 1434-cü il
19 mehr 1392-ci il
11 oktyabr 2013-cü il

بسم الله الرحمن الرحيم
والحمدلله رب العالمين و الصلوة والسلام علي سيدالانبياء و المرسلين و علي آله الطيبين و صحبه المنتجبين

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir