Bu gün (şənbə günü) səhər Şəhid Səttari adına Aviasiya Akademiyasında Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının birgə buraxılış mərasimi keçirildi.
Meydana daxil olan Həzrət Ayətullah Xamenei əvvəlcə ordu sıralarından şəhid olmuş döyüşçülərin anıldığı məkanı ziyarət etdi, “Fatihə” oxuyaraq Allahdan şəhidlərə dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.
Daha sonra Ali Baş Komandan meydana düzülmüş hərbi birləşmələri salamladı.
Çıxışına başlayan Həzrət Ayətullah Xamenei bildirdi ki, hərbi akademiyalara yenicə qəbul olunmuş gənclər üçün İran İslam Respublikasının şanlı və cəsur silahlı qüvvələrinin sıralarına qoşulmaq qürurvericidir. O, İslam dövlətinin daxili strukturunu möhkəmlətmək, milli birliyi gücləndirməklə yanaşı, silahlı qüvvələrin döyüş hazırlığını yüksəltməyin, müdafiə gücünü artırmağın da zəruri olduğunu qeyd etdi. Ali Məqamlı Rəhbər vurğuladı: “Biz xalqa xidmət etmək əzmində olan hazırkı administrasiyaya inandığımız və nikbin yanaşdığımız üçün onun atdığı diplomatik addımları, o cümlədən Nyu-York səfərini dəstəkləyirik. Lakin səfər zamanı müşahidə olunmuş bəzi nüanslar yersiz idi. Çünki biz Amerikanı etimada layiq olmayan, öz mənafeyini güdən, məntiqsiz və verdiyi sözün arxasında durmayan bir dövlət kimi tanıyırıq”.
O, əlavə etdi: “Biz öz rəsmilərimizə inanırıq və onlardan istədiyimiz budur ki, bütün aspektləri nəzərə alaraq, diqqətlə möhkəm addımlar atsınlar və milli mənafeyi yaddan çıxarmasınlar”.
İslam dövlətinin daxili strukturunu möhkəmləndirməyin vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İslam İnqilabının qələbəsinin ilk günündən bəri bu inqilabı və İran xalqını qorumuş, ölkənin inkişafına yol açmış əsas element İslam dövlətinin uca amallarına, milli qürura önəm verilməsi olmuşdur. Odur ki milli qürur və heysiyyəti qorumaq bütün rəsmilərin və xalqın vəzifəsidir”.
İslam dövlətinin Amerikaya inanmadığını və pessimist yanaşdığını qeyd edən Ali Məqamlı Rəhbər Amerika dövlətinin sionistlərin pəncəsində olan bir dövlət olduğunu bildirdi. O dedi: “Amerika dövləti, əslində, sionistlərin mənafeyinə uyğun hərəkət edir, bütün dünyadan bac alır, özü də İsrail rejiminə bac verir”.
Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı ki, İran xalqı heç vaxt heç bir ölkə üçün təhlükə kəsb etməsə də, silahlı qüvvələrin möhkəmləndirilməsi İslam dövlətinin təhlükəsizliyini qorumaq üçün ən mühüm amildir. O, əlavə etdi: “Ordu, Keşikçi Korpus, Bəsic və Polis Qüvvələri də daxil olmaqla silahlı qüvvələr düşmənlərin məkrli planları qarşısında möhkəm bir sədd olmalıdırlar”.
Ali Baş Komandan İran xalqının düşmənlərinin dönə-dönə səsləndirdikləri, nifrət doğuran təhdidlərə toxunaraq aşağıdakıları vurğuladı: “İranı dildə hədələməyə adət etmiş hər kəs bilsin ki, bizim İran xalqına qarşı hər cür pisliyə verəcəyimiz cavab ciddi və ağır olacaq”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı həm öz amallarını və mənafeyini qorumaq yolunda nə qədər əzmkar olduğunu, həm də sülh, asayiş və mehribanlıq şəraitində yaşamağa nə qədər meylli olduğunu nümayiş etdirib. Çünki bu ikisi paralel olmalıdır”.
Sonda Ali Baş Komandan İran İslam Respublikası Ordusunun, xüsusən də Hərbi Hava Qüvvələrinin 8 illik Müqəddəs Müdafiə Savaşında göstərdiyi rəşadət və fədakarlıqları yüksək qiymətləndirdi, bu savaşda şəhid olmuş dəyərli döyüşçülərin, o cümlədən şəhid Babayi və Səttarinin xatirələrini ehtiramla yad etdi.
Ali Baş Komandanın çıxışından öncə Hərbi Hava Qüvvələrinin Komandanı general-mayor Şahsəfi Həzrət Ayətullah Xameneini salamlayaraq aşağıdakıları dedi: “İİR Ordusunun hərbi akademiyalarının tədris planında yeni elmi biliklərin və texnologiyaların öyrənilməsi ilə yanaşı, dini-ideoloji bilgilərin öyrənilməsi də önəmli yer tutur”.
O, Hərbi Hava Qüvvələrində yerli və strateji layihələrin icra olunduğunu, cürbəcür simulyatorların quraşdırıldığını qeyd edərək vurğuladı: “Öz müdafiə və önləmə bacarığını gücləndirən Hərbi Hava Qüvvələri İran İslam Respublikasının hava sərhədlərini qorumaq üçün tam hazırlıqlı vəziyyətdədir”.
Şəhid Səttari adına Aviasiya Akademiyasının komandanı polkovnik Bəxşəndə də rəhbərlik etdiyi akademiyanın tədris və elmi-tədqiqat proqramları, xüsusilə də pilotsuz döyüş təyyarələri və yeni reaktiv qırıcı təyyarə layihələri haqda məlumat verdi.
Mərasim zamanı Ordunun hərbi akademiyalarının nümunəvi komandir, müəllim və tələbələrinə, eləcə də şəhid ailələrindən bir qrupuna müqəddəs Qurani-Kərim və digər hədiyyələr təqdim olundu, yeni qəbul olunmuş müdavimlərin və təhsilini başa vurmuş məzunların nümayəndələri poqonlarını şəxsən Ali Baş Komandandan aldılar.
Mərasimin davamında hərbi akademiyaların tələbələri “Fədakarlıq əhdi” adlanan nümayiş marşını ifa etdilər.
Şəhid Səttari adına Aviasiya Akademiyasının bugünkü mərasim üçün hazırladığı daha bir çıxış meydanda nümayiş olunan döyüş nümunəsindən ibarət oldu.
Mərasimin sonunda meydanda düzülmüş hərbi birləşmələr özünəinam əməliyyatı nümayiş etdirdilər və Ali Baş Komandanın önündən paradla ötüb keçdilər.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir