Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyid Məhəmmədmehdi Hüseyni Həmədaninin vəli-fəqihin Əlborz ostanındakı nümayəndəsi və Kərəc şəhərinin imam-cüməsi təyin olunması haqqında sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Seyid Məhəmmədmehdi Hüseyni Həmədani,

Kərəcin imam-cüməsi olduğu illərdə göstərdiyi dəyərli xidmətlərə görə cənab Höccətül-İslam Kazeruniyə təşəkkür və qədirdanlığımı bildirir, onun tutduğu vəzifədən istefa etdiyini nəzərə alaraq Sizi həmin şəhərin imam-cüməsi və Əlborz ostanında öz nümayəndəm təyin edirəm. Düşünürəm ki, Allahın yardımı və dəstəyi ilə, Sizin elmi və dini səriştəniz bu mühüm ostan və şəhərdə əhalinin, xüsusilə də gənc və intellektual nəslin diqqətini çox emosional və fəal bir şəkildə dini bilgilərə, inqilabın yoluna və inqilabi fəaliyyətlərə yönəltməyiniz üçün şərait yaradacaq, inşallah. O mömin və sədaqətli əhaliyə öz səmimi  salam və dualarımı çatdırır, Allahdan hamınıza xeyir-bərəkət arzu edirəm.

Seyid Əli Xamenei
9 mehr 1392-ci il
1 oktyabr 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /