Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər general Qasim Süleymaninin anasının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasim Süleymaninin anasının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Allahın adı ilə!

General Qasim Süleymani,

Əziz ananızın vəfatı ilə əlaqədar olaraq, Sizə və mərhumun digər qohumlarına başsağlığı verirəm. Cənabınızın İslam dininə və müsəlmanlara göstərdiyi dəyərli xidmətlər və çəkdiyi zəhmətlər, şübhəsiz ki, belə bir övlad yetişdirmiş ana üçün ilahi ədalət divanında dəyərli bir ehtiyatdır. Uca Yaradandan mərhumun ruhuna rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
19 şəhrivər 1392-ci il
10 sentyabr 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /