Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Hacı Seyidhəsən Tahiri Xorrəmabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Ayətullah Hacı Seyidhəsən Tahiri Xorrəmabadinin vəfatı ilə əlaqədar etdiyi rəsmi başsağlığı müraciətində bu böyük alimin İmam Xomeyni (r.ə) hərəkatındakı rolunu, eləcə də İslam İnqilabının qələbəsindən sonrakı sədaqətli və effektiv fəaliyyətini yüksək qiymətləndirərək vurğulayır: “Sayıqlıq və mətinliklə yanaşı olan təqva və ixlas bu mücahid və mübariz ruhaninin qabarıq xüsusiyyətlərindən idi”.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mücahid alim Ayətullah Hacı Seyidhəsən Tahiri Xorrəmabadinin uzun sürən üzücü xəstəlikdən sonra vəfat etdiyi barədə xəbəri son dərəcə böyük təəssüf və kədər hissi ilə aldım. İmam Xomeyni (r.ə) hərəkatının başladığı ilkin dövrlərdən mübarizənin ön sıralarında yer almış bu böyük alim qələbədən sonrakı dövrdə də daim effektiv rola malik olmuş, siyasət və ideologiyanın, eləcə də cihadın müxtəlif sferalarında sadiqliklə mühüm rol oynamışdır. Sayıqlıq və mətinliklə yanaşı olan təqva və ixlas bu mücahid və mübariz ruhaninin qabarıq xüsusiyyətlərindən idi. Mərhumun övladlarına və qohum-əqrəbasına, bütün dostlarına və ona mənən bağlı olan insanlara səmimiyyətlə başsağlığı verirəm. Uca Yaradandan dərgahında ona ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
16 şəhrivər 1392-ci il
7 sentyabr 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /