Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər şəhid Ayətullah Səidinin həyat yoldaşının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid Ayətullah Səidinin həyat yoldaşı, Qumun imam-cüməsi Höccətül-İslam vəl-muslimin Seyid Məhəmməd Səidinin anasının vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi:

Ali Məqamlı Rəhbərin müraciətin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam vəl-muslimin Hacı Seyid Məhəmməd Səidi,

Əziz ananızın vəfatı ilə əlaqədar Sizə, möhtərəm qardaşlarınıza, şəhid Ayətullah Səidinin bütün ailə üzvlərinə, Təbatəbayi ailəsinə, eləcə də digər qohumlarınıza və yaxınlarınıza başsağlığı verirəm. Uca Allahın dərgahından mərhuməyə rəhmət, bağışlanma, axirət məkanının Behişt olmasını diləyir, ailə üzvlərinə bu müsibət qarşısında səbir və mənəvi dəstək arzulayıram.

Seyid Əli Xamenei
13 şəhrivər 1392-ci il
4 sentyabr 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /