İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Oman kralı Sultan Qabus və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə iki ölkə arasındakı dostluq əlaqələrinə, Oman ölkəsi və dövləti ilə bağlı İran xalqının yaddaşında xoş xatirələr olduğuna toxunaraq aşağıdakıları vurğuladı: “İki ölkə arasında müxtəlif sferalarda, özəlliklə də qaz sektorunda əməkdaşlığın əvvəlkindən də artıq genişləndirilməsi üçün əlverişli zəmin mövcuddur”.
Omanın İran İslam Respublikasına yaxşı və həqiqi qonşu olduğunu qeyd edən Ali Məqamlı Rəhbər regionda gedən proseslərlə bağlı aşağıdakıları dedi: “Hazırda regionda həssas və riskli bir şərait hökm sürür və ölkələrimiz arasında daha artıq koordinasiyaya ehtiyac var”.
Regionun böhran həddində olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Regionda hökm sürən hazırkı vəziyyətin başlıca səbəbi buraya xaricdən edilən müxtəlif müdaxilələrdir”.
“Regiondakı təhlükəli məqamlardan biri də din və məzhəblə bağlı məsələlərin ölkələrdəki siyasi ixtilaflara qarışdırılmasıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüflər olsun ki, bəzi region ölkələrinin himayəçiliyi altında bütün müsəlman firqələri ilə qarşıdurmada olan təkfirçi bir qrup yaranıb. Amma bu cərəyanı himayə edənlər bilməlidirlər ki, bu atəş bir gün onların özünü də yaxalayacaq”.
Həzrət Ayətullah Xamenei İsrail rejiminin də region üçün Amerika tərəfindən hərtərəfli himayə edilən daimi bir təhlükə olduğunu qeyd edərək aşağıdakıları əlavə etdi: “Anbarlar dolusu, olduqca təhlükəli kütləvi qırğın silahlarına malik olan fasid İsrail dövləti də region üçün ciddi bir təhlükədir”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Regionun ümumi asayişə ehtiyacı var. Bu mühüm hədəfi isə yalnız regionda kütləvi qırğın silahlarının həqiqətən qadağan olunduğunu elan etməklə reallaşdırmaq mümkündür”.
Ölkə başçısı cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Oman kralı Sultan Qabus Ali Məqamlı Rəhbərlə görüşündən son dərəcə məmnun olduğunu bildirərək İran və Oman arasındakı tarixi-mədəni bağlar nəzərə alınmaqla bu iki ölkənin münasibətlərinin çox yaxşı səviyyədə olduğunu qeyd etdi. O dedi: “İran prezidenti ilə baş tutan danışıqlarda iki ölkə arasında müxtəlif sferalarda, o cümlədən iqtisadiyyat, tranzit, özəlliklə də qaz sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün mümkün olan zəminlər nəzərdən keçirildi”.
O, Həzrət Ayətullah Xameneinin regionda həssas və təhlükəli bir şəraitin hökm sürməsi, habelə İsrail rejiminin doğurduğu təhlükə ilə bağlı səsləndirdiyi fikirləri təsdiqləyərək aşağıdakıları vurğuladı: “Mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün regionda yaşayan əhalinin mənafeyinin nəzərə alınmasına və region ölkələrinin əməkdaşlığına ehtiyac var”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir