Mömin, müvəhhid və həmrəy İran xalqı Uca Yaradana bir aylıq oruc və ibadətin şükrü olaraq, böyük və əzəmətli İranın dörd bir yanında xüsusi bir möhtəşəmliklə mübarək Fitr bayramı namazını qıldı.
Bu böyük mənəvi çevrənin tam mərkəzində – paytaxt Tehranda da bu gün səhər dindar insanlar Tehran Universitetində və kilometrlərlə uzanan ətraf küçələrdə toplaşaraq İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə mübarək Fitr bayramı namazını qıldılar.
Bayram namazının xütbələrində Ali Məqamlı Rəhbər böyük İran xalqını və dünyadakı bütün müsəlmanları bu mübarək bayram münasibətilə təbrik edərək bildirdi ki, bu isti və uzun günlərdə ibadət edərək oruc tutmaq Yaradanın razılığına, insanlarda mənəvi sevinc və xoş əhval-ruhiyyə hisslərinin yaranmasına səbəb olur. O dedi: “Ümidvaram ki, Allah-Taala bütün xalqımıza Ramazan ayında çalışıb çətinliklə əldə etdiyi nailiyyətləri qoruyub saxlamaq üçün mənəvi güc əta edəcək”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, İran xalqının Ramazan ayında cihad əzmi ilə göstərdiyi səylərdən biri də Ümumdünya Qüds Günü yürüşlərində başucalıqla iştirak etməsi oldu. O dedi: “İran xalqı bu ümummilli yürüşlə dünya və İslam tarixinin mühüm problemlərdən birinə münasibətdə fəal olduğunu və ümumxalq miqyasda reaksiya verdiyini sübuta yetirdi. Bu addımın əhəmiyyətini, doğrudan da, heç bir söz və cümlə ilə ifadə etmək mümkün deyil”.
Həzrət Ayətullah Xamenei məscid və küçələrdə sadə iftar süfrələrinin açılmasını da yaxşı bir ənənə kimi dəyərləndirərək bunun Ramazan ayında atılan çox layiqli addımlardan biri olduğunu bildirdi. Bəzi şəxslərin açdıqları iftar süfrələrində israfçılığa yol verməsini tənqid edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ramazan ayında ehsan etmək, Allah yolunda malından xərcləmək niyyətində olan hər kəs məscidlərdə və ictimai məkanlarda sadə iftarlar vermək ənənəsinə diqqət yetirsə, çox gözəl olar”.
Namazın ikinci xütbəsində Ali Məqamlı Rəhbər hamını rəftar və danışığında pəhrizkarlığa, ictimai, iqtisadi və siyasi mövqe seçimində təqvaya dəvət edərək ölkədə və İslam regionunda baş verən bəzi mühüm olayların mahiyyəti haqda danışdı.
Yeni icraedici hakimiyyətin formalaşdırılmasını mühüm bir hadisə adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Allahın fəzli və göstərilən hərtərəfli səylər sayəsində xalqın bu qanuni istəyi, bu milli ənənə ən yüksək səviyyədə yerinə yetirildi”.
Yeni seçilmiş ölkə prezidentinə Allahdan mənəvi dəstək və yardım diləyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnşallah, tezliklə parlamentin əməlisaleh nazirlər seçərək öhdəsinə düşən vəzifəyə əməl etməsi ilə yeni hökumət kabineti də təşkil olunar və hökumət xalqın dəstəyi ilə böyük milli mənafeyi ehtiva edən böyük, mühüm və çətin işləri ən gözəl formada həyata keçirər”.
İranda gedən prosesləri Şimali Afrika və Qərbi Asiyada baş verən hadisələrlə, bir növ, müqayisə edən Həzrət Ayətullah Xamenei dedi: “Təəssüflər olsun ki, İranda gedən sevindirici proseslərin əksinə olaraq, İslam regionunda baş verən olaylar narahatlıq doğurur”.
Məzlum Fələstin xalqına qarşı sionist zülmünün hələ də davam etdiyinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Müasir dünyanın fəlakətlərindən biri də insan haqları və demokratiya tərəfdarı olduqlarını iddia edən yalançıların qəsbkar İsrail rejiminin açıq-aşkar cinayətlərini himayə etmələridir”.
Həzrət Ayətullah Xamenei Fələstin Muxtariyyəti ilə İsrail arasında danışıqların bərpa olunması məsələsinə toxunaraq aşağıdakıları vurğuladı: “Şübhə yoxdur ki, bu danışıqların – daha öncə də olduğu kimi – fələstinlilərin hüquqlarının tapdanması, təcavüzkarın daha artıq zorakılıq və cinayətlərə təşviq olunmasından başqa heç bir nəticəsi olmayacaq”.
Amerikanın bu danışıqlarda vasitəçi olmaq iddiasına münasibət bildirən Ali Məqamlı Rəhbər dedi: “Amerikanın qəsbkar sionistlərin tərəfində olduğu açıq-aydındır və imperializmin əli, sözsüz ki, fələstinlilərin ziyanına işləyəcək”.
O, əlavə etdi: “İslam dünyası bu böyük zülmə bir an belə olsun dözümlü yanaşmamalı, yırtıcı sionist canavarlarının və beynəlxalq arenada onları himayə edənlərin əməllərini ittiham etməlidir”.
Həzrət Ayətullah Xamenei Misirdəki ciddi narahatlıq doğuran vəziyyətə də toxunaraq aşağıdakıları dedi: “Bu ölkədə vətəndaş müharibəsinin başlaması ehtimalı getdikcə güclənir. Bu isə bir faciədir”.
Ali Məqamlı Rəhbər böyük Misir xalqını, bu ölkənin siyasi partiya və liderlərini, din alimlərini mövcud vəziyyətin doğura biləcəyi təhlükəli nəticələr barədə ciddi düşünməyə çağıraraq dedi: “Məgər misirlilər Suriyadakı hadisələri, vətəndaş müharibəsinin olduqca təhlükəli təsirlərini, İslam dünyasının müxtəlif məntəqələrində Qərb və sionizmin muzdur ünsürlərinin, terroristlərin mövcudluğunun doğurduğu acınacaqlı nəticələri dərk edib ibrət götürə bilmirlərmi?”
Ali Məqamlı Rəhbər Misirdəki insan qırğınını kəskin şəkildə pisləyərək dedi: “Şübhə yox ki, ayrı-ayrı qrupların bir-birinə qarşı aqressiv danışması faydasızdır və əgər ölkədə vətəndaş müharibəsi başlasa, xarici dövlətlərin müdaxiləsi üçün əlverişli bəhanə yaranacaq, Misir xalqının başına böyük bir bəla gələcək”.
Həzrət Ayətullah Xamenei demokratiya və xalq hakimiyyətinə diqqət yetirmək lazım olduğunu vurğulayaraq dedi: “Misirdəki düyünü bu ölkənin siyasi partiyaları və dini qrupları, nüfuzlu şəxsləri və din alimləri açmalı, yadellilərin müdaxiləsinə imkan verməməlidirlər”.
“İraqdakı vəziyyət də təəssüf doğurur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İraqda xalqın səsinə söykənən bir dövlət və hökumət hakimiyyətdədir. Bu isə super-dövlətləri və regiondakı irticanı narahat edir”.
O, əlavə etdi: “İraqda baş verən terror hadisələri, insan ölümləri, sözsüz ki, bəzi region və trans-region ölkələrinin maliyyə və siyasi dəstəyi sayəsində həyata keçirilir. Məqsəd isə İraq xalqının rahat nəfəs almasına imkan verməmək, bu ölkəni asayiş və abadlığa həsrət qoymaqdır”.
Sonda Həzrət Ayətullah Xamenei Misir və İraqda, həmçinin ixtilaf və asayiş pozuntusu içində çapalayan digər ölkələrdəki vəziyyətin sionistləri məmnun etdiyini bildirərək dedi: “Şiə, sünni, kürd, yaxud ərəb olmasından asılı olmayaraq, İraqın siyasi partiya və liderləri, eləcə də əhalinin müxtəlif təbəqələri daxili qarşıdurmanın təhlükəli sonluqla bitəcəyinə diqqət yetirməli, vətəndaş müharibəsinin infrastrukturu məhv etdiyini, xalqların gələcəyini korladığını unutmamalıdırlar”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir