Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər əfv fərmanı imzaladı

Mübarək şəbaniyyə bayramları və bəşəriyyətin xilaskarı Həzrət Höccət ibnil-Həsən Əskərinin (ə.f) mövludu münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1249 məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi təklifini müsbət cavablandırıb.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərə rəsmi məktubla müraciət edərək mübarək şəbaniyyə bayramları ilə əlaqədar olaraq, Mərkəzi Əfv və Amnistiya Komissiyası tərəfindən zəruri tələblərə cavab verdikləri müəyyən edilmiş 1249 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsini təklif etmişdi. İslam İnqilabını Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei təklifi müsbət cavablandırdı.









Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /