Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibətilə əlil və veteranların evinə nümayəndə heyətləri göndərdi

Qəməri-Bəni-Haşim Həzrət Əbəlfəzl Abbasın mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, bu gün (cümə axşamı) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən ezam edilmiş 4 nümayəndə heyəti paytaxt Tehranda yaşayan veteranlardan bir qrupunun mənzillərinə baş çəkərək, vətən uğrunda fədakarlıq etmiş bu insanların rəşadətini, səbir və müqavimətini təqdir edib.

Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində əlil və veteranları mənzillərində ziyarət edən Höccətül-İslamlar cənab Təqəvi, Rəhimiyan, Qumi və Hacı Əliəkbəri onlarla söhbət etmiş, həyat şəraitləri, müalicələrinin gedişi, işləri və problemləri ilə maraqlanmış, etdikləri fədakarlıqlara görə Müqəddəs Müdafiə veteranlarına təşəkkür və qədirdanlıq bildirmişlər.

Eyni zamanda ölkənin müxtəlif regionlarında da vəli-fəqihin vilayət mərkəzlərindəki nümayəndələri və imam cümələr Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində müharibə veteranlarından bir qrupunun evlərinə baş çəkmiş, Müqəddəs Müdafiənin bu dəyərli yadigarlarına sonsuz ehtiram və qədirdanlıq ifadə etmişlər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /