Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Burundi Respublikasının prezidenti ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Burundi Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə İran İslam Respublikasının Afrika ölkələrinə müsbət yanaşdığına toxunaraq vurğuladı: “İran Afrika ölkələrinin inkişafını və onlar arasındakı birliyi müsbət qarşılayır”.

Bəzi Avropa ölkələrinin, habelə Amerikanın Afrika ölkələrini işğal etməyə və bu ölkələrdə öz fitnəkar planlarını həyata keçirməyə çalışdıqlarını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Ümidvarıq ki, Afrikanın, o cümlədən Burundinin gələcəyi qat-qat yaxşı olacaq və günü-gündən artan nailiyyətlərlə müşayiət olunacaq”.

İran-Burundi əlaqələrinin genişləndirilməsini alqışladığını bildirən Həzrət Ayətullah Xamenei vurğuladı: “Afrika Birliyi bütün Afrika ölkələri üçün güc mərkəzi ola bilər. İran İslam Respublikası bu birlikdə daha artıq konvergensiyanın əldə olunmasını dəstəkləyir”.

Ölkə başçısı Mahmud Əhmədinejadın da iştirak etdiyi görüşdə Burundi Respublikasının prezidenti İran-Burundi əlaqələrinin 28 illik tarixə malik olduğunu qeyd edərək Tehrana səfərinin iki ölkə arasındakı münasibətlərdə daha artıq dinamika yaratmaq məqsədi daşıdığını bildirdi.

Burundi prezidenti böyük dövlətlərin Afrikanı işğal etməsi nəticəsində yaşanan əzab-əziyyətlərə toxunaraq dedi: “Afrika ölkələri, o cümlədən Burundi daha yaxşı gələcək üçün çalışırlar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /