Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ilk matəm mərasimində iştirak etdi

İslam peyğəmbərinin sevimli qızı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan matəm günlərinin yetişməsi ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ilk əza mərasimi təşkil olundu.

Xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə natiqlər və Əhli-Beyti (ə) mədh edən söz ustadları imamlar anası Həzrət Fatimənin (s.ə) ali şəxsiyyətindən, yüksək keyfiyyətlərindən və üzləşdiyi müsibət və bəlalardan söz açdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə beş gün ərzində keçiriləcək mərasim 15 aprel 2013-cü il, bazar ertəsi gününə qədər davam edəcək.









Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /