Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi

İslam peyğəmbərinin gülü Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və dövlət rəsmilərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.

İlahi feyz dolu bu mərasimdə Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Xatəmi və cənab Səid Həddadiyan ismət və paklıq xanımının faciəsinə həsr olunan nitqlərlə çıxış etdilər, mərsiyələr söylədilər.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə 12 aprel 2013-cü il tarixindən etibarən keçirilən bu mərasim 15 aprel 2013-cü il bazar ertəsi gününə qədər davam edəcək.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /