İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər 2012-ci ildə keçirilmiş beynəlxalq idman yarışlarında, olimpiya və paraolimpiya oyunlarında iştirak edərək medal qazanmış qabaqcıl idmançılarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, ölkənin idman cəngavərləri İran xalqının milli kimliyini, individuallığını, böyük əzmini, yüksək intellektini, xalqın etiqad bəslədiyi dinə iman və bağlılığı dünyaya tanıdan elçilərdir. O vurğuladı: “İdman çempionlarımız camaata, xüsusilə də gənc istedadlara yüksəlişə can atmaq üçün stimul verən zirvədirlər”.
“Möhkəm iradə və əzmə, güclü zəkaya malik olmadan yüksək idman pyedestallarında durmaq mümkün deyil” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Çempionlar xalqın istedad və bacarığının təcəssümüdürlər və elə buna görə də xalqda milli güvən və özünəinamı artırırlar”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, idmançıların beynəlxalq idman arenalarında etik normalara, şəri qanun-qaydalara riayət edərək, alicənablıq ruhunu qoruyaraq iştirak etməsi xalqın təqdirəlayiq keyfiyyətlərinin və dəyərlərinin dünyada təbliğinə yol açır. O, əlavə etdi: “Buna nümunə olaraq, qadın idmançılarımızın beynəlxalq yarışlarda hicablı formada iştirakını qeyd etmək olar. Bu, olduqca mühüm və dəyərli bir addımdır”.
Avropada hicablı qadınların qətlə yetirilməsi, rəsmən təqib və təhdidlərə məruz qalması kimi çoxsaylı hallara rast gəlindiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Belə bir şəraitdə müsəlman inanclı, hicablı bir İran qadını çempionluq pyedestalına çıxır və hamını onu ehtiramla alqışlamağa vadar edirsə, bu, çox möhtəşəm bir işdir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hicablı formada, vüqar və mətanətlə beynəlxalq idman arenalarına çıxan xanım idmançılarımızı hamımız səmimi-qəlbdən dəyərləndirməli və təqdir etməliyik”.
Ali Məqamlı Rəhbər idmançıların dünyaya mesajlar verməsinə daha bir nümunə kimi, əlil və müharibə veteranı olan idmançıların uğurlarını qeyd etdi. O vurğuladı: “Bütün fiziki əngəllərinə və çətinliklərinə baxmayaraq, əlil bir idmançının dünya səviyyəsində yüksək bir yer qazanması həmin idmançının, eləcə də onun təmsil etdiyi xalqın böyük əzmindən, güclü milli iradəsindən xəbər verir”.
Ali Məqamlı Rəhbər dedi: “Mənim beynəlxalq yarışlarda uğur qazanmış idmançılarımıza rəsmən təşəkkür müraciətləri ünvanlamağım gerçək və səmimi duyğulardan irəli gəlir. Düşünürəm ki, idmançılar yüksək nailiyyətlər qazanmaqla, əslində, öz ölkələrinə və millətlərinə xidmət edir, İran xalqının əzm və iradə, müqavimət və iman mesajlarını dünya ictimaiyyətinə çatdırırlar”.
Həzrət Ayətullah Xamenei iranlı çempionların beynəlxalq arenalarda dini-mənəvi ayin və atributlara önəm verməsinə toxunaraq dedi: “İdman arenalarında imamların (ə) adını dilə gətirən, səcdə edən, əl açıb dua edən, yaxud qələbə qazandıqdan sonra azan deyən bütün idmançılarımıza, həmçinin iffət baxımından şəri qaydalara riayət edən bütün qadın idmançılarımıza səmimi təşəkkürümü bildirirəm”.
İdmançıların bu davranışlarının gənclərin imansızlıq və laqeydliyə sövq edildiyi müasir dünyada mənəviyyatın dirçəldilməsi baxımından, doğrudan da, təşəkkürə layiq olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Buna görə də idmançılar öz dəyərlərini bilməli, özlərində qəhrəmanlıq və comərdlik keyfiyyətlərinin, mənəviyyat ruhunun qorunması üçün səy göstərməlidirlər”.
Həzrət Ayətullah Xamenei həmçinin gənc İran idmançılarının İsrail idmançıları ilə yarışmaqdan imtina etməsinə toxunaraq dedi: “Bu, çox dəyərli bir addım, qəsbkar İsrailə qarşı mübarizədə çox mühüm bir tədbirdir”.
İslam İnqilabından sonra gənc istedadların müxtəlif sferalarda özlərini büruzə verməsi üçün zəmin yarandığını bildirən Ali Məqamlı Rəhbər dedi: “İranlı gənclərin idmanda qazandığı uğur və nailiyyətlər onu göstərir ki, gənclərimiz müxtəlif sferalarda olduqca yüksək istedad və potensiala malikdirlər və bu istedadlardan professionallar yetişdirmək üçün işə sərmayə qoymaq lazımdır”.
“İranlı gənclərin müxtəlif elm, texnologiya və tədqiqat sferalarında yüksək istedad və potensiala malik olması inkaredilməz bir həqiqətdir” – deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Müsəlman İranının tarixi də buna sübutdur. İbn Sina, Zəkəriyyə Razi, Farabi, Sədi və Hafiz kimi görkəmli simaların varlığı dünyanın bu bölgəsinin parlaq istedadların beşiyi olduğunu göstərir”.
Ali Məqamlı Rəhbər bildirdi ki, professional idmançıların öhdəsinə düşən daha bir mühüm vəzifə camaat, xüsusilə də gənclər arasında bədən tərbiyəsinə kütləvi həvəs və marağın artırılmasıdır. O, əlavə etdi: “Ölkənin əsas ehtiyaclarından biri də camaat arasında idmana marağın artırılması, idmanın kütləviləşdirilməsidır”.
Professional idmanı kollektiv idmanın hərəkətverici qüvvəsi adlandıran Həzrət Ayətullah Xamenei kollektiv idmana əvvəlkindən daha artıq diqqət göstərmək lazım olduğunu vurğulayaraq dedi: “Hər bir ölkənin inkişafı sağlam, intellektli, əzmli və dindar insan potensialından asılıdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bədən tərbiyəsinə həvəs və marağın əhali arasında genişləndirilməsinin müsbət nəticələrindən biri də cəmiyyətin narkomaniya kimi mənəvi-əxlaqi problemlərindən bir çoxunun həllidir”.
İdmanda tərbiyə və əxlaq məsələsinin çox mühüm olduğunu qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı: “Xoşbəxtlikdən, bizim idman ictimaiyyətimiz sağlamdır. Lakin idmançı bir gənc dünyada aparılan mənfi təbliğatın təsiri altına düşərsə, mənəvi-əxlaqi baxımdan onu ciddi təhlükələr gözləyə bilər. Buna görə də o, özündən ehtiyatlı olmalıdır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bir idmançı üçün zəruri olan əxlaqi keyfiyyətlərdən biri də özünü çəkməmək, xalqa yaxın olmaq, sadəliyini və comərdliyini qorumaq, xalqa can yandırmaqdır. İdmançılarımız özlərində bu ruhiyyənin qorunması və gücləndirilməsi üçün çalışmalıdırlar”.
Həzrət Ayətullah Xamenei dedi: “İdmanda çempion olan şəxsin özünəinamı yüksək olduğuna görə o, fərdi miqyasda da, bir qayda olaraq, yaltaqlıq və riyakarlıq, yalançılıq və ikiüzlülük kimi bəyənilməyən keyfiyyətlərdən uzaq olmalıdır”.
Ali Məqamlı Rəhbər bəzilərinin böhtan və yalanlar yaymaq, insanlar arasında konfliktləri qızışdırmaq, ayrı-ayrı şəxslərə qarşı provokasiyalar törətməklə idman ictimaiyyəti içərisindəki atmosferi korlamağa səy göstərməsindən gileylənərək dedi: “Təəssüf ki, bu yanlış işdə idman mediasının da payı az deyil və mən hər kəsə bu barədə xəbərdarlıq edirəm”.
Ali Məqamlı Rəhbər dedi: “Bəzi idman mediaları kiçik məsələləri şişirtmək, dava-dalaş atmosferi yaratmaqla müsahibə götürdükləri insanları kəskin və xoşagəlməz ifadələr işlətməyə təhrik edirlər. Bu, yanlış bir addımdır və mediada tam əks bir tendensiya genişləndirilməlidir”.
Ölkənin idman rəsmilərinə idman sahələri arasında prioritetləri müəyyənləşdirməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei vurğuladı: “Ölkədə tarixi kökləri olan və kifayət qədər təcrübəyə malik idman sahələrinə daha çox diqqət ayırmaq və investisiya qoymaq lazımdır”.
Ölkə idmanı üçün olduqca vacib olan digər bir məqam kimi idman sahəsində elmi tədqiqatların aparılmasını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Müxtəlif idman sahələri ilə bağlı mövcud olan elmi qaydalara və bu istiqamətdə elmi araşdırmalara daha artıq diqqət yetirmək, yalnız xaricdə aparılan tədqiqatlarla kifayətlənməmək lazımdır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bizim gənc alim və mütəxəssislərimiz mürəkkəb elm sahələrində böyük və diqqətəlayiq uğurlar əldə edə biliblərsə, sözsüz ki, idman sahəsində də elmi tədqiqatlar aparmağa və yeni fikirlər irəli sürməyə qadirdirlər”.
Həzrət Ayətullah Xamenei sonda üzünü çempionlara və qocaman idmançılara tutaraq dedi: “Siz İran xalqının gözünün nurusunuz və ümidvaram ki, bu, həmişə belə olacaq”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə müxtəlif yarışlarda çempionluq və medal qazanmış idmançılardan, habelə qocaman idman xadimlərindən aşağıda adları sadalana 6 nəfəri ölkə idmanının problemləri ilə bağlı rəy və təklifləri ilə çıxış etdilər:
Həmid Suriyan – Olimpiya oyunlarının Yunan-Roma güləşi üzrə qızıl medalçısı, eyni idman növü üzrə dünya müsabiqələrində 5 dəfə medal qazanmışdır – müxtəlif idman sahələri üçün akademiyaların təsis olunması təklifini vurğuladı, diqqətəlayiq dərəcədə çoxsaylı ailələrin övladlarını professional idmana istiqamətləndirməyə meylli olduqlarını, lakin onların övladlarının gələcəyindən, xüsusilə də məşğulluq problemindən nigaranlıq duyduqlarını qeyd etdi, professional idmançıların işlə təmin olunması haqqında qanunun tez bir zamanda icra olunması istəyi ilə çıxış etdi.
Həsən Gerami – alpinist, Pakistanda yerləşən, dünyanın ən hündür qaya divarı sayılan Tranqo Qüllələrinə qalxmış ilk ekspedisiyanın rəhbəri; iranlı alpinistlərin mühüm nailiyyətləri, o cümlədən dünyanın ən önəmli zirvələrində azan sədasının ucaldılması haqda məlumat verdi.
Məhliqa Canbozorgi – 2012-ci il olimpiya oyunlarında iştirak etmiş milli atıcılıq komandasının üzvü; İranın qadın idmançılarının beynəlxalq idman arenalarında hicaba riayət edərək uğurlu çıxış etdiklərinə toxunaraq bildirdi ki, bunun başqa müsəlman ölkələrindən olan qadın idmançılara təsiri böyükdür.
O, idman növlərinin qadınlarla bağlı infrastrukturuna daha artıq diqqət yetirilməsi, qadınlar üçün ayrıca idman məkanlarının təmin olunması istəyini dilə gətirdi.
Ehsan Ləşkəri – 2012-ci il olimpiadasının medalçısı, sərbəst güləş üzrə dünya çempionu; ölkənin idman rəsmilərinin diqqət və səyləri sayəsində qürurverici bir idman növü olan güləşin olimpiya proqramından çıxarılmasının qarşısının alınacağına ümidvar olduğunu bildirdi.
Cəlil Baqiricəddi – I qrup əlil, ağırlıq atma üzrə paraolimpiya çempionu; əlil və veteranların idman fəaliyyətinə həvəsləndirilməsi üçün yolların və ümumi nəqliyyat sisteminin fiziki qüsurlu insanların sərbəst hərəkətinə uyğunlaşdırılması məsələsinə diqqət çəkdi.
Həsən Rzazadə – Ağırlıqqaldırma Federasiyasının prezidenti, bu idman növünün qocaman nümayəndəsi; ölkə idmanının inkişafı üçün yeni-yeni istedadları tapıb aşkara çıxaracaq mərkəzlərin fəaliyyətinin gücləndirilməsinin zəruri olduğunu qeyd etdi.
O həmçinin idmana prinsipial yanaşmanın vacib olduğunu, idman sahəsində qeyri-peşəkar yanaşmalardan və ikili-üçlü siyasətlərdən çəkinməyin əhəmiyyətini də vurğuladı.
İdman və Gənclər Naziri cənab Abbasi də ölkə idmançılarının beynəlxalq müsabiqələrdə, olimpiya və paraolimpiya yarışlarında, Asiya çempionatında qazandıqları uğur və nailiyyətlər haqda məlumat verərək dedi: “Ölkə idmanının tarixində ən parlaq uğurlar 1391-ci ilə təsadüf etdi”.
O həmçinin ölkənin idman infrastrukturunun inkişafı üçün İdman və Gənclər Nazirliyi tərəfindən görülən tədbirlər və həyata keçirilən proqramlar haqda da məlumat verdi.
Görüşün sonunda müxtəlif idman sahələri üzrə ölkənin fəxri olan idmançılar Ali Məqamlı Rəhbərlə səmimi bir atmosferdə yaxından görüşərək söhbət etdilər.

Materialdan
istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir