Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak etdi

Bu gün səhər – şəhidlər ağası Əba Əbdillah Hüseynin (ə), o həzrətin səhabə və dostlarının şəhadətinin 40-cı (ərbəin) günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə İmam Hüseynə (ə) əzadarlıq etmək üçün toplaşmış tələbə kollektivlərinə ev sahibliyi etdi.

Tələbə kollektivlərinin mərasimi Quranın nurlu ayələrinin qiraəti ilə başladı, ardınca Höccətül-İslam vəl-muslimin Rəfii “Ərbəin ziyarəti”ndən bir parça oxuyaraq İmam Hüseynin (ə) şanlı qiyamının hədəfləri və fəlsəfəsi haqda danışdı.

Bu mənəvi mərasimin davamında Əhli-Beyti (ə) vəsf edən söz ustadları Həzrət Seyyidüşşühədanın (ə) və Kərbəladan gedən əsirlər karvanının çəkdiyi müsibətlər haqda mərsiyələr oxudular, universitetlərin tələbə və müəllim kollektivləri Ali Məqamlı Rəhbərlə birgə əzadarlıq edərək sinə vurdular.

Mərasimin sonunda isə tələbə və müəllimlər Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazlarını qıldılar.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /