Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin xatirəsinə matəm mərasimi təşkil etdi

Bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü və iştirakı ilə ruhani alim, əxlaq ustadı Ayətullah Hacıağa Müctəba Tehraninin xatirəsinə anım və matəm mərasimi keçirildi.

Ayətullah Tehraninin ailə üzvləri və qohumlarının, mərhumun işlər idarəsinin rəsmilərinin, üçlü hakimiyyət qüvvələrinin başçılarının, alim və ruhanilərin, ordu və hökumət rəsmilərinin, habelə xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirak etdiyi mərasimdə qarilər və Əhli-Beyt (ə) məddahları Qurani-Məciddən ayələr tilavət etdilər,  Həzrət Seyyidüşşühədanın (ə) müsibətinə və Ayətullah Tehraninin vəfatına mərsiyələr oxudular.

Mərasimin davamında Höccətül-İslam vəl-muslimin Sədiqi çıxış edərək Ayətullah Hacıağa Müctəba Tehraninin həyat yolu, şəxsiyyətinin müxtəlif aspektləri haqda danışdı. O dedi: “Allaha, Əhli-Beyt (ə) məktəbinə dəvət bu rəbbani alimin xarakterində, təbiətində idi. Onda bütün ictimai fəsadların mənşəyi olan xudbinlik və mənsəbpərəstlikdən zərrə qədər belə olsun yox idi”.

Ayətullah Tehraninin bir vaxtlar İmam Xomeyninin (r.ə) şagirdi olduğunu, İslam inqilabının qələbəsindən əvvəl və sonra islami hərəkatı dəstəklədiyini qeyd edən cənab Sədiqi əlavə etdi: “Mərhum Ayətullah Hacıağa Müctəba Tehrani o rəbbani alimlərdən, o əxlaq ustadlarından idi ki, onun məclisləri İslam maarifinə təşnə olan hər kəsə açıq idi. O, pak əxlaqlı, əməlisaleh şagirdlər yetişdirməklə inqilabın və şəri hakimiyyətin inkişaf kursunda öhdəsinə düşən dini missiyanı yerinə yetirdi”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /