Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtin xatirəsinə matəm mərasimi təşkil etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü ilə bu gün (bazar günü) günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə Tanrı arifi, əxlaq ustadı Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin xatirəsinə həsr olunan matəm və anım mərasimi keçirildi.

Ali Məqamlı Rəhbərin, Ayətullah Xoşvəxtin ailə üzvləri və yaxınlarının, üçlü hakimiyyət qüvvələrinin, Xubriqan Məclisinin və Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın başçılarının, alim və ruhanilərin, ordu və hökumət rəsmilərinin, habelə xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə keçən mərasimdə qarilər Qurani-Məciddən ayələr tilavət etdilər, ardınca Əhli-Beyti (ə) mədh edən söz ustadları Həzrət Seyyiddüşşühədaya (ə), eləcə də mərhum Ayətullah Xoşvəxtin matəminə həsr olunmuş mərsiyələr oxudular.

Mərasimin davamında çıxış edən Höccətül-İslam vəl-muslimin Sədiqi Ayətullah Xoşvəxtin keçdiyi həyat, ürfan və özünütərbiyə yolu haqda söz açaraq dedi: “Bu rəbbani alim özünü ilahi rəhmət nəsimi yoluna həsr etmiş saf mənəviyyatlı bir insan idi və  o, bərəkətli ömrünün sonuna qədər bu nurlu yoldan çıxmadı”.

O, Ayətullah Xoşvəxtin danışıq və davranışlarda diqqətli olmaq, günahdan çəkinməklə bağlı təkidlə verdiyi tövsiyələri xatırladaraq dedi: “Ayətullah Xoşvəxtin mənəvi cəhətdən zəngin və istedadlı şəxsiyyətlər yetişdirməkdə tətbiq etdiyi tərbiyəvi metod əxlaq və mərifət müəllimləri üçün mükəmməl bir nümunədir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /