Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı ümumi siyasətləri elan etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinin icrasına müvafiq olaraq, Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı müəyyən olunmuş başlıca siyasətləri elan edərək bildirdi ki, hökumət kabineti bu siyasətlərin mümkün olan tez bir zamanda reallaşmasını sürətləndirməli, bu sahədə əsas təlimatları verməli və tələb olunan hüquqi proseduraların həyata keçirilməsini təmin etməlidir.

Milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı ümumi siyasətlərinin əks olunduğu sənəd üçlü hakimiyyət qüvvələrinin başçılarına və Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinə təqdim olunmuşdur. Sənədin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı başlıca siyasətlər:

1. Aşağıda sadalanan vasitələrlə rəqabət qabiliyyətinin yüksəldilməsi, istehsal amillərinin səmərəliliyinin artırılması:

- Milli istehsalda struktur islahatların aparılması və yenidənqurma tədbirlərinin həyata keçirilməsi;

- Xərclərin azaldılması və istehsalın keyfiyyətinin yüksəldilməsi;

- Həvəsləndirmə və cəza tədbirlərinin tətbiqi;

- İstehsal amilləri arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılması;

2. Aşağıdakı hədəfləri təmin etmək məqsədilə tədqiqatların, inkişafın və innovasiyaların və onların infrastrukturlarının möhkəmləndirilməsi və istiqamətləndirilməsi:

- Milli istehsalın keyfiyyət baxımından yüksəldilməsi və kəmiyyət baxımından artırılması;

- Yerli istehsalın səviyyəsinin son məhsula qədər yüksəldilməsi;

- Məhsulun texnologiyasının ticariləşməsinin himayə olunması, texniki biliklərin və müasir texnologiyaların cəlb olunması və ötürülməsindən istifadə, milli innovasiyalar sisteminin yaradılması;

3. Biliklərə əsaslanan iqtisadiyyatın əsas komponentlərinin inkişafını önə çəkməklə bu iqtisadiyyatın genişləndirilməsi, o cümlədən:

- Kommunikasiya infrastrukturu, elmi tədqiqatlar nəticəsində əldə olunmuş nailiyyətlərin texnologiyaya çevrilməsinin və istifadəyə verilməsinin asanlaşdırılması üçün zəmin yaradılması, hüquqi və fiziki şəxslərin hüquqlarının qanunla müdafiəsi, ölkənin elmi-tədqiqat sferaları ilə istehsal sferaları arasında əlaqə yaradılması;

4. Ümumi istehlakda, yaxud ölkənin istehsal sektorunda ehtiyac duyulan və strateji mahiyyət daşıyan məhsulların istehsalının himayə olunması;

5. Sağlam rəqabət və konkret mərhələdə xammalın satışına fasilə vermə prinsiplərinə əməl etməklə xammaldan son məhsula qədər istehsal zəncirinin təkmilləşdirilməsi;

6. Rəqabət qabiliyyəti ölkəyə xalis müsbət və ölkədən xalis mənfi valyuta axınına uyğun olan məhsulların istehsalının himayə edilməsi;

7. Milli istehsalın ehtiyaclarının, məşğulluğun və milli valyutanın dəyərinin sabitləşdirilməsinin təminatına diqqət yönəltməklə valyuta ehtiyatlarının idarə edilməsi;

8. Milli istehsalın artırılması məqsədilə biznes atmosferinin yaxşılaşdırılması, mədəni, qanunvericilik, icraiyyə və idarəçilik sferalarında islahatların aparılması.

9. Aşağıda sadalanan metodlarla milli istehsalda özəl sektorun və kooperativlərin payının artırılması:

- Milli əzm və stimulun gücləndirilməsi,  Konstitusiyanın 44-cü maddəsində əksini tapan siyasətlərin tam icrasına ciddi səy göstərilməsi və prosesin sürətləndirilməsi, büdcənin və maliyyə vəsaitlərinin sərf olunmasında dövlət tərəfindən müəyyənləşdirilmiş normalara riayət edilməsi;

- Dövlət sektoru ilə özəl sektor və kooperativlər arasında ayrı-seçkiliyin aradan qaldırılması;

- Kiçik və orta həcmli istehsal müəssisələrinin effektivliyini təmin etmək üçün bu tip müəssisələrin təşkili və himayəsi;

10. Ümumi qeyri-dövlət iqtisadi qurumlarının rolunun milli istehsalın gücləndirilməsi istiqamətində tənzimlənməsi;

11. Statistik və digər informasiyaların vaxtında və şəffaf şəkildə alınmasının təmin olunması, əlçatanlığının asanlaşdırılması, müxtəlif sferalarda investisiya qoyuluşu və investorluq şansları, investisiyanın aspektləri ilə bağlı informasiyanın bütün vətəndaşlara sərbəst şəkildə çatdırılması, informasiyanın müstəsna formada əldə olunma hallarına qarşı ciddi mübarizə.

12. Motivasiyanın, məharətin və kreativliyin yüksəldilməsi yolu ilə işçi qüvvəsinin bacarıqlarının təkmilləşdirilməsi və əmək məhsuldarlığının artırılması, təhsil və tədqiqat mərkəzləri ilə əmək bazarı arasında uyğunluğun təmin olunması;

13. Məşğulluq üçün zəmin yaradılması, məşğulluğun, iranlı işçi qüvvəsinin milli, regional və qlobal miqyasda miqrasiyasının tənzimlənməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi;

14. Milli istehsalın inkişafı üçün QHT-lərin fəaliyyətini genişləndirməklə insan, təbiət, sosial və fiziki resursların yüksəldilməsi;

15. İran insanının investisiyanı, əməyini, istehsal etdiyi məhsulları və təqdim etdiyi xidmətləri dəstəkləmə mədəniyyətinin genişləndirilməsi, iqtisadiyyatla bağlı qəbul olunan qərarlarda mütəxəssislərin rəyindən istifadə;

16. Transkorporativ texniki və konsaltinq xidmətlərinin yaradılması və genişləndirilməsinə xüsusi diqqət ayırmaqla İranın fiziki və insan kapitalının itirilməsinin və durğunluğunun qarşısının alınması, iqtisadiyyatın müxtəlif sferalarında bu investisiyaların iqtisadi səmərəsinin yüksəldilməsi;

17. İnvestisiya bazarında investisiya vasitələrinin çoxnövlülüyünün genişləndirilməsi, onun strukturunun təkmilləşdirilməsi, investisiya bazarında bütün vətəndaşların, daxili, beynəlxalq, özəlliklə regional investorların iştirakına təkan vermək üçün təşviqedici siyasətlərin icrası;

18. Tədqiqatçılara və investorlara dəstək verilməsi, İran kapitalının elmi tədqiqatları ehtiva edən riskli sferalara daxil olmasına təkan verilməsi və bu sferada investisiyalar üçün tərəfdaşlıq və zəmanət fondlarının təsis olunması ilə inkişafa nail olunması;

19. İstehsal imkanlarının optimallaşdırılması və sinergiyası, İran insanının əməyinin və sərmayəsinin keyfiyyət baxımından yüksəldilməsi üçün Milli İnkişaf Fondunda mövcud olan resursların idarəetməsində effektivliyin artırılması;

20. İstehsalın müxtəlif sferalarında fəaliyyəti asanlaşdırmaq, qanunlarda nisbi stabilliyin təmin olunmaması baxımından milli investisiyanın qarşılaşdığı maneələri aradan qaldırmaq üçün qanunlarda və normativ hüquqi aktlarda (o cümlədən maliyyə, bank, sosial təminat və vergilərlə bağlı qanunlarda) zəruri dəyişikliklərin edilməsi və islahatların aparılması;

21. Şəffaflıq və informasiya mexanizmindən istifadə etmək,  vacib olmayan və qeyri-effektiv vasitələri azaltmaqla məhsul və xidmətlərin bölgüsü sisteminin effektivliyini təmin etmək;

22. Milli istehsalın potensialının artırılması, ehtiyac duyulan maliyyə xərclərinin azaldılması istiqamətində maliyyə resurslarının genişləndirilməsi və bu resursların effektiv idarəetməsi, xüsusilə də bunun inkişaf və sığorta maliyyə qurumlarının təşkili, genişləndirilməsi və himayəsi hesabına həyata keçirilməsi;

23. İstehlaka qədər olan istehsal və ticarət siklində inhisarçılığın qarşısının alınması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /