Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranda ölkənin və inqilabın sahibi xalq özüdür!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər fakültativ fiqh mühazirəsində 22 bəhmən günü möhtəşəm və əzəmətli bir milli qəhrəmanlığa imza atmış İran xalqının gözüaçıqlığını, qəhrəmanlığını, həssas anları dəyərləndirmə bacarığını təqdir edərək xalqın ictimai-siyasi proseslərdə bu cür izdihamlı iştirakını böyük bir hadisə adlandırdı. O vurğuladı: “İslam İnqilabının qələbəsindən 34 il keçdiyi halda, kişili-qadınlı, qocalı-cavanlı xalqın bütün təbəqələrinin ictimai-siyasi proseslərdə fəal iştirak etməsi ən böyük ilahi nemətdir və biz ona görə ömrümüz boyu Allaha şükürlər etməliyik”.

İslam İnqilabının ildönümünün İranda qeyd olunmasını inqilabların baş verdiyi digər ölkələrlə müqayisə edən Ali Məqamlı Rəhbər dedi: “Böyük və diqqətəlayiq hünər odur ki, İranda inqilabın və ölkənin sahibi xalq özüdür və inqilabın ildönümü ilə bağlı tədbirlərin keçirilməsi işi xalqın öz çiyinlərinə düşür. Elə buna görə də xalq qürur və istiqlalının mayası olan bu böyük sərvətə sahib çıxır, ehtiyac duyulan hər bir yerdə meydanlarda var olduğunu nümayiş etdirir”.

Zəruri anda ictimai-siyasi proseslərin arenasında fəal iştirak etdiyinə görə xalqın hər bir nümayəndəsinə ayrılıqda təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının qürur və istiqlalına düşmən olanlar onun inqilabın və İslam Respublikasının çağırışına cavab verməyəcəyini düşünürdülər. Məhz belə bir anda xalq meydanlarda fəal iştirakı ilə düşmənin arzusunu ürəyində qoyub onu məyus etdi”.

“Düşmən xalq hərəkatının bu əzəmətli mənzərələrini öz təbliğatında solğunlaşdırmağa çalışır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, onlar meydandakı reallıqları görür, dərk və analiz edərək bu nəticəyə gəlirlər ki, bu xalqla mübarizə aparmaq mümkün deyil”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /