Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

1298 məhkumun cəzasının əfvinə, yaxud yüngülləşdirilməsinə razılıq verdi

Sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri, həmçinin İran İslam İnqilabının möhtəşəm qələbəsinin 34-cü ildönümü ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş 1298 məhkumun cəzasının əfvinə, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Həzrət Peyğəmbərin (s) miladı və İslam İnqilabının ildönümü münasibəti ilə Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək müvafiq komissiya tərəfindən lazımi tələblərə cavab verdikləri müəyyən olunmuş 1298 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsini təklif etmişdi. Təklif Ali Məqamlı Rəhbər tərəfindən müsbət cavablandırıldı.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /