Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikası öz hədəflərinə çatmaq üçün kifayət qədər güc və bacarığa malikdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin rəsmiləri və komandan heyəti ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüşdə İİR-in qarşıya qoyduğu ali hədəflərə, İslam dövlətinin bu hədəflərin qazanılması yolunda əldə etdiyi ardıcıl nailiyyətlərə  toxunaraq dedi: “Dünya və regiondakı vəziyyətə nəzər saldıqda bu proseslərə İslam Respublikasının effektiv təsirini açıq-aydın görmək mümkündür”.

“İslam Respublikası əleyhinə yaradılan qalmaqalın səbəblərindən biri də əldə etdiyimiz uğurlardır” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərbin və İran İslam Respublikasının Orta Şərq siyasətini müqayisə etdikdə açıq-aydın görünür ki, İİR-in Orta Şərq siyasəti öz hədəflərinə yaxınlaşıb”.

Ali Baş Komandan qeyd etdi ki, İslam Respublikası öz hədəflərinə çatmaq üçün kifayət qədər güc və bacarığa malikdir. O vurğuladı: “İnkişafa nail olub maneələrdən keçmək bizə Allahın mənəvi dəstəyi, əzm, yüksək ruh və stimul sayəsində müyəssər olacaq”.

7 azər günü – Ordunun Dəniz Qüvvələrinin ildönümündə keçirilən görüşdə Ali Baş Komandan qeyd etdi ki, İslam Respublikasının geniş ərazidə uzanan dəniz sərhədləri, xüsusilə də Oman dənizi sahilləri və Mokran məntəqəsindəki sahil bölgəsi böyük bir milli sərvətdir. O dedi: “Hökumət və digər rəsmilər dəniz zonalarına strateji baxımdan yanaşıb əllərindən gələn köməyi göstərsələr, bu böyük və mühüm məntəqə İslam Respublikası üçün bir sıra imkanlar yarada bilər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Ordunun Dəniz Qüvvələrinin Komandanı kontr-admiral Səyyari Ali Baş Komandanlıq tərəfindən İİR Ordusunun Dəniz Qüvvələri ilə bağlı həyata keçirilmiş tədbirlərə toxunaraq sözügedən qüvvələrin yerüstü və yeraltı gəmilər, kadr potensialı və beynəlxalq sularda iştirak sahələrindəki cari və gələcək fəaliyyət proqramları haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /