Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər “Şam-e qəriban” gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi

Bu gecə (bazar günü) – Həzrət Əba-Əbdillah Hüseynin (ə) “Şam-e qəriban” gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə Kərbəla ağasına və onun vəfalı silahdaşlarına həsr olunan matəm mərasimi keçirildi.

Hökumət nümayəndələrindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirak etdiyi mərasimdə Höccətül-İslam vəl-muslimin Rəfii əzəmətli Aşura hadisəsinin müxtəlif aspektlərini şərh etdi, Seyid Məhəmməd Musəvi və Mehdi Sələhşur İmam Hüseynin (ə) və o həzrətin səhabələrinin çəkdiyi müsibətlərdən söz açdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan əza mərasimləri bazar ertəsi günü – məhərrəm ayının 11-nə qədər davam edəcək.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /