Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Aşura gecəsi keçirilən matəm mərasimində iştirak etdi

Bu gecə (şənbə) – şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynin (ə) Aşura gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.

Hökumət nümayəndələrindən bir qisminin və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirak etdiyi mərasimdə Əba-Əbdillah Hüseynin (ə) hərəkatının müxtəlif aspektləri açıqlandı, daha sonra pak və məsum Əhli-Beyti (ə) mədh edən şairlər Əba-Əbdillahın, o həzrətin ailə üzvlərinin və səhabələrinin çəkdiyi müsibətləri  söz sənətinin dili ilə nəql etdilər.

Həzrət İmam Hüseynə (ə) həsr olunan matəm mərasimləri İmam Xomeyni (r.ə) adına hüseyniyədə məhərrəm ayının 11-nə qədər davam edəcək.









Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /