Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ilk matəm gecəsində iştirak etdi

İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunmuş matəm mərasimi keçirildi.

Hökumət nümayəndələrindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirak etdiyi mərasimdə Əba-Əbdillah Hüseynin (ə) əzəmətli hərəkatının müxtəlif aspektləri şərh olundu, ardınca pak və məsum Əhli-Beyti (ə) mədh edən söz ustadları Seyyidüşşühədanın (ə), o həzrətin ailə üzvlərinin və əshabələrinin çəkdiyi müsibətləri şerin dili ilə təsvir etdilər.

Mərasim bazar ertəsi günü – məhərrəm ayının 11-nə qədər davam edəcək.









Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /