Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunan ikinci matəm gecəsi keçirildi

Tasua gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunan ikinci matəm gecəsi keçirildi.

Xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirak etdiyi mərasimdə Höccətül-İslam vəl-muslimin Seyidəhməd Xatəmi Aşura hadisəsinin müxtəlif aspektlərini şərh etdi.

Mərasim zamanı həmçinin cənab Murtəza Tahiri və Mahmud Kərimi də Həzrət İmam Hüseynin (ə) və səhabələrinin çəkdiyi müsibətlərdən danışdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan matəm mərasimləri bazar ertəsi günü – məhərrəm ayının 11-nə (26 noyabr) qədər davam edəcək.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /