150-yə yaxın elm xadimi, fikir adamı, universitet və teoloji mərkəz müəllimi, tədqiqatçı və elmi əsər müəllifi ötən gecə (çərşənbə axşamı günü) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə 4-cü strateji ideyalar konfransında bir araya gələrək “azadlıq” mövzusunun müxtəlif aspektləri ətrafında fikir mübadiləsinə başladı.
Görüşün əvvəlində mütəxəssislərdən və fikir adamlarından 10 nəfəri azadlıq mövzusu ilə bağlı rəy və görüşlərini ifadə edən çıxışlar etdilər. Ardınca 17 nəfər müəllim və tədqiqatçı səslənən çıxışlar haqda müzakirələr apardılar, tənqidi fikirlərini bildirdilər.
Konfrans zamanı çıxış edən Ali Məqamlı Rəhbər əvvəlcə ölkədəki ümumi atmosferə, dünya imperializminin İslam Respublikası ilə qarşıdurmaya girməsi nəticəsində ortaya çıxmış iqtisadi problemlərə toxunaraq vurğuladı: “Təbii ki, heç kəs əhalinin həyatındakı ümumi narahatlıqdan kənar deyil, lakin bugünkü iclasımız mövzunun əhəmiyyəti baxımından və əvvəlcədən müəyyənləşmiş proqrama əsasən, eləcə də uzunmüddətli əhəmiyyət kəsb edən mövzuların araşdırılması istiqamətində bir addım olaraq keçirilir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, strateji ideya konfranslarının təşkil olunmasının əsas hədəfi və səbəbi ölkənin fundamental mövzular ətrafında fikir yürüdülməsinə, yeni ideyaların ortaya qoyulmasına duyduğu kəskin ehtiyacdır. O, əlavə etdi: “Coşub-daşan bir çay kimi irəli gedən İran xalqı əsas və fundamental mövzular ətrafında fikir yürüdülməsinə, yeni ideyaların fəallaşdırılmasına böyük ehtiyac duyur”.
O həmçinin bildirdi ki, strateji ideya konfranslarının keçirilməsində digər əsas hədəf elm adamları ilə birbaşa əlaqə yaratmaq, fundamental mövzular, eləcə də ictimai həyatla bağlı mühüm sualların cavablandırılması üçün zəmin yaratmaqdır.
Bu konfransların dərin mahiyyətli və genişmiqyaslı ideoloji cərəyanların yaranması üçün zəmin yaratdığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu iclaslardan sonra əsas işə başlanmalı, universitetlərin və teoloji mərkəzlərin açıq fikirli tədqiqatçıları və fikir adamları ortaya qoyulan mövzular ətrafında yeni ideyalar yürütməyə başlamalıdırlar”.
Azadlıq anlayışının müxtəlif aspektlərinin qavranması və izahı ilə bağlı ölkədə bir sıra boşluqların və hissediləcək çatışmazlıqların mövcud olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Son bir neçə əsrdə Qərbdə digər mövzulara nisbətən azadlıq mövzusu daha çox diqqət obyektinə çevrilib. Bunun ümumilikdə səbəbi Qərbdə sözügedən mövzu ətrafında bir növ ideoloji tufanın baş qaldırması ilə nəticələnmiş bir sıra proses və hadisələrdir”.
Ali Məqamlı Rəhbər Qərbdə azadıq anlayışı zəminində genişmiqyaslı ideoloji dalğaların yaranmasına səbəb olmuş əsas hadisə və amillər sırasında intibahı, sənaye inqilabını, Böyük Fransa və Böyük Oktyabr Sosialist inqilablarını qeyd etdi.
O, əlavə etdi: “Qərbdən fərqli olaraq, Məşrutə hərəkatına qədər bizdə azadlıq anlayışı ilə bağlı ideoloji dalğa yaradacaq elə bir konkret mövqe sərgilənməyib. Mövcud şərait isə mühüm əhəmiyyət daşıyan bir nöqsan, yəni ziyalıların Qərbi təqlid etməsi ucbatından azadlıq anlayışı ilə bağlı diqqətəlayiq bir nailiyyətin əldə edilməsi ilə sonuclanmayıb”.
Həzrət Ayətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Hansısa ideologiyanı, yaxud stimulu başqalarından götürəndə əgər öz düşüncəni, təfəkkürünü də işə qoşursansa, orada yeni ideyalar doğur. Lakin konkret bir fikri, ideyanı kimdənsə götürüb təqlid edirsənsə, təbii ki, burada ortaya daha heç bir yeni ideya çıxmayacaq. Məhz buna görə də azadlıq məsələsində ziyalıların Qərb təfəkkürünü təqlid etməsi Məşrutədən sonra heç bir davamçı məfkurənin, heç bir yeni ideoloji sistemin yaranmamasına səbəb oldu.
İslam mənbələrində azadlıqla bağlı çoxlu təlimlərin mövcud olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu mənbələrin varlığına baxmayaraq, azadlıq məsələsində çoxlu boşluqlarımız var. Biz bu mövzu ətrafında düşünərək, yeni ideyalar irəli sürərək, azadlıq anlayışı ilə bağlı ortaya çıxan bütün sualları cavablandıraraq sistemləşməyə doğru getməliyik”.
O vurğuladı: “Bu hədəfin gerçəkləşməsi üçün ciddi işə, İslam və Qərb mənbələrinin tam şəkildə öyrənilməsinə ehtiyac var”.
İclasın müzakirə predmeti olan mövzunu açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Azadlıq dedikdə biz mənəvi azadlığı, Allaha doğru mənəvi seyr və yüksəlişi yox, dünyanın akademik və ziyalı dairələrində işlədilən və geniş yayılmış mənanı, yəni fərdi və ictimai azadlıqları nəzərdə tuturuq”.
Həzrət Ayətullah Xamenei azadlığı hər şeydən, bütün məhdudiyyətlərdən mütləq şəkildə qurtulma hesab edən ideologiyaları tənqid edərək dedi: “Azadlıq haqda danışarkən məhdudiyyətlərdən qorxmaq lazım deyil”.
“Bizim məqsədimiz İslam dininin azadlıq anlayışına yanaşmasını öyrənməkdir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dini ilə Qərbin azadlıqla bağlı görüşlərini fərqləndirən ən mühüm cəhət azadlıq mövzusunun mənşəyi, əsasıdır. O, dedi: “Liberalist düşüncədə azadlığın mənşəyi insanpərvərlik təfəkkürü – humanizmdir. İslamda isə azadlığın mənşəyi Allaha etiqad, Şeytana etiraz mənasında tövhiddir”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “İslama görə, insan Allaha itaət və bəndəçilikdən başqa, bütün asılılıq və tabeliklərdən azaddır”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslamda azadlığın digər başlıca əsaslarından biri də insanın böyüklüyü və ehtiramıdır. O, İslam mənbələrində azadlıq mövzusuna 4 aspektdən toxunulduğunu dedi: Quranda haqq, fiqh və hüquqda haqq, şəri vəzifə və dəyərlər sistemi. Həzrət Ayətullah Xamenei əlavə etdi: “Quranda haqq sistemli və məqsədyönlü bir toplu mənasını verir. Məhz buna əsasən də yaradılış aləmi və dini şəriətin hər ikisi haqdır. İnsanın azadlığı da batilə zidd olan haqdır”.
Ali Məqamlı Rəhbər fiqh və hüquqdakı haqq baxımından azadlığın “tələb etmək imkanının olması” anlamını verdiyini qeyd edərək şəri vəzifə aspektindən azadlıq haqda aşağıdakıları dedi: “Bu aspektdən yanaşdıqda, insan özünün və başqalarının azadlığı üçün çalışmalıdır”.
İslamda azadlıq anlayışı barədə söhbətini yekunlaşdıran Ali Məqamlı Rəhbər ortaya bu sualı qoydu: İslam dini və Qərbin azadlıq məfhumuna yanaşmaları arasında belə köklü və dərin fərqin mövcud olduğu nəzərə alınarsa, sözügedən mövzuda araşdırma apararkən Qərbə aid nəzəriyyə və görüşlərə müraciət etmək doğrudurmu?
Sualı cavablandırmazdan öncə Həzrət Ayətullah Xamenei Qərb cəmiyyətində azadlığın reallıqlarına bir neçə nümunə qeyd etdi. O bildirdi ki, Qərb cəmiyyətindəki azadlığın nəticələri bunlardır: iqtisadiyyat sferasında azad olmaq üçün iqtisadiyyatı idarə edən bir qrup kapitalistin sırasında olmaq və yalnız bu halda xüsusi imtiyazlardan yararlanmaq, siyasi arenada azadlıq əldə etmək üçün iki partiyadan birinin inhisarını qəbul etmək, əxlaqi cəhətdən azad olmaq üçün isə homoseksualizm kimi fəsadların aşkara çıxması ilə barışmaq lazımdır.
O dedi: “Bunlar Qərbdə olduqca pis, acınacaqlı, çirkin, bəzən isə nifrət doğuran bir reallığın mövcud olduğunu göstərir. Bu reallığın nəticəsi isə diskriminasiya, zorakılıq, militarizm, insan haqları və demokratiya kimi ülvi anlayışlara ikili yanaşmadır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu təəssüf doğuran reallıqların mövcudluğuna baxmayaraq, azadlıq məfhumunu araşdırmaq üçün Qərb mütəfəkkirlərinin baxışlarına müraciət etməkdə fayda var. Çünki azadlıq anlayışı ilə bağlı ideoloji nəzəriyyələrin işlənməsi, fərqli fikirlərin irəli sürülməsi baxımından Qərb çoxəsrlik təcrübəyə malikdir”.
Sonda o, aşağıdakıları vurğuladı: “Qərb mütəfəkkirlərinə müraciət etməyin əsas şərti təqlidçilikdən çəkinməkdir, belə ki təqlidin özü azadlığa ziddir”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə mütəxəssislərdən 10 nəfəri elmi məqalələrinin xülasəsi ilə çıxış etdilər.
İlk natiq – Əllamə Təbatəbayi adına Universitetin müəllimi, siyasi elmlər professoru Dr. Dehqani Firuzabadi “Düşüncə azadlığı və İran İslam Respublikasının milli mənafeyi” adlı məqaləsinin referatını təqdim etdi. O qeyd etdi ki, xalqın hökumətin xarici siyasət istiqamətində qəbul etdiyi qərarları daha çox dəstəkləməsi, siyasətçilərlə politoloqlar arasında etimadın artması milli mənafe sferasında azad düşüncənin nəticələrindəndir.
Konfransın ikinci natiqi – Şəhid Behişti adına Universitetin müəllimi, siyasi elmlər professoru Höccətül-İslam Dr. Mirəhmədi “Quranda siyasi azadlıq” adlı məqaləsi ilə çıxış edərək qeyd etdi ki, Qurani-Kərim baxımından, azadlığın ən mühüm hədəfi tövhid və ədalətin gerçəkləşməsi, insanın seçim, tənqid, sərbəst ifadə və sərbəst toplaşma kimi hüquqlardan yararlanmasıdır.
Pedaqoji Universitetin sosiologiya müəllimi Dr. Şücayizəndin təqdim etdiyi məqalə “Azadlıq və ədalətin dini mənşəyi” adlandırdı. Strateji ideyalar konfransının üçüncü natiqi din və azadlığı bir-birinə zidd hesab etməyin yanlış olduğunu qeyd edərək bildirdi ki, bu yanlış yanaşmanı düzəltməyin yolu monoteist dinlərdə azadlıq və ədalətin əsl köklərinə qayıtmaqdır.
Dördüncü natiq – Höccətül-İslam Dr. Yusifi mövzuya iqtisadi aspektdən yanaşaraq “İslam təlimlərinə əsasən, insan mehvərli iqtisadi azadlıq” adlı məqaləsi ilə çıxış etdi.
İslam Mədəniyyəti və İslami Düşüncə Araşdırmalar Mərkəzində İslam iqtisadiyyatı fənnini tədris edən Dr. Yusifi sərvət, hakimiyyət və azadlığın kapitalistlərin əlində cəmlənməsinin təhlükəli bir hal olduğunu qeyd edərək, bildirdi ki, İslam dininin insanın iqtisadi azadlığına yanaşması bölgü, istehlak, idarəetmə və gəlir əldə olunmasında hamının ədaləti iştirakına əsaslanır.
Strateji ideyalar konfransının 5-ci natiqi Əllamə Təbatəbayi adına Universitetin müəllimi, siyasi elmlər professoru Dr. Bərzgər oldu. O, “İslamın üçlü modelində azadlıq” adlı məqaləsini təqdim edərək azadlığı üç müstəvidə: etiqad, əxlaq və siyasət müstəvilərində nəzərdən keçirdi. O, Qərb azadlığı ilə bağlı şübhələrə cavab olaraq, bu müstəvilərin bir-birinə qarşılıqlı təsirini şərh etdi.
Növbəti natiq – fiqh və İslam hüququnun əsasları üzrə doktorantura tələbəsi xanım Mühəddisə Moini liberalizm nəzəriyyəsinin ailəyə təsirlərini araşdırdı. O, öz məqaləsində cinsi liberalizmin nəticələri kimi, Qərbdəki dərin sosial böhrana, ailə institutunun dağılmasına, azad cinsi münasibətlərə və əxlaq pozğunluğuna, homoseksualizmə və nikahdan kənar doğumların sayının artmasına toxundu.
Konfransın 7-ci natiqi “Azadlığın islami qavramındakı norma və hüdudlar” adlı məqalə ilə çıxış etdi. Baqirül-ulum adına Universitetin professoru Höccətül-İslam Dr. Vaizi bu məqalədə azadlıq anlayışını fəlsəfi aspektdən yanaşaraq araşdırdı.
O, ictimai münasibətlər sistemində azadlığın əsas rol oynadığını qeyd edərək dedi: “Bu rolun lazımınca ifası üçün siyasət, mədəniyyət və iqtisadiyyat sferalarında nümunəvi modellər, məqsədəuyğun mədəniyyət yaratmaq, ilkin şərtləri bilmək lazımdır”.
8-ci natiq – sosiologiya sahəsi üzrə dosent Dr. Əmad Əfruğ “Azadlıq anlayışı və onun ətrafında gedən fikir ayrılıqları” adlı məqaləsini təqdim etdi. O, bu məqalədə fəlsəfi, abstrakt və konkret, habelə konkret yanaşma aspektlərindən azadlıq anlayışı ətrafında yaranmış konfliktlərə toxunaraq liberalizmin sözügedən anlayışa verdiyi tərifi tənqid etdi.
“İslami oyanışın və İran milli ideologiyasının təkamülündə azadlıq məfkurəsinin mərtəbələri” adlı növbəti məqaləni siyasət elmləri üzrə dosent Dr. Musa Nəcəfi təqdim etdi.
Dr. Nəcəfi məqalədə İran siyasi tarixində, xüsusilə də İslam İnqilabının qələbəsindən sonra azadlıq ideyasının müxtəlif mərhələlərinə, bu ideyanın din məfhumu ilə paralel inkişafına nəzər saldı, Qərb düşüncəsində və ali dini düşüncədə azadlığın tərifini təqdim etdi.
Konfransın sonuncu natiqi – Tehran Universitetinin professoru, politoloq Dr. Mustafa Mələkutiyan “Fransa və İran İslam inqilablarında azadlıq anlayışının ideoloji əsaslarının və funksiyalarının müqayisəli araşdırması” adlı məqaləsini təqdim etdi.
Məqaləsində şəhid Ayətullahi Məhəmmədbaqir Sədrin ideyalarından istifadə edən Dr. Mələkutiyan Fransa və İran İslam inqilablarında azadlıq anlayışını araşdırmış, dialektik və metafizik görüşlərdə insana və azadlıq məfhumuna verilən tərifi müqayisə etmişdi.
Görüşün əvvəlində strateji ideya konfranslarının katibi Dr. Vaizzadə bu konfransların təşkilinin mərhələləri və onların keçirilməsi zərurətini yaradan səbəblər haqda məlumat verdi. O bildirdi ki, “Tərəqqinin İran-İslam modeli”nin işlənib hazırlanmasında strateji ideya konfranslarında irəli sürülən fikirlərdən istifadə olunması bu konfransların ən mühüm nailiyyətidir.
İndiyə qədər üç mövzuda: “Tərəqqinin İran-İslam modeli”, “Ədalət”, “Qadın və ailə” mövzularında strateji ideya konfransları təşkil olunmuşdur. Bu konfransların keçirilməsində məqsəd elmi-tətbiqi diskursun yaradılması istiqamətində yeni ideyaların irəli sürülməsi, fərqli fikirlərin bir araya gəlməsi üçün elmi-professional atmosferin yaradılması, həmçinin strateji mövzular, uzunmüddətli proqramlarla bağlı qərarların qəbuludur.

Materialdan
istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir