1 00:00:00,400 --> 00:00:02,880 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,600 --> 00:00:14,640 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد 3 00:00:25,200 --> 00:00:33,600 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّة ‌الله في الارضين 4 00:00:34,320 --> 00:00:46,560 Əziz bəsicilər, İran xalqının gözlərinin nuru, gələcəyə ümidi olan əziz gənclər, çox xoş gəlmisiniz. 5 00:00:46,880 --> 00:00:55,040 Bəsic həftəsi münasibətilə sizi də, özümü də, bütün İran xalqını da təbrik edirəm. 6 00:00:56,560 --> 00:01:09,200 Keşikçi Korpusun komandanına və Bəsic Təşkilatının sədrinə dəyərli çıxışlarına görə təşəkkürümü bildirirəm. 7 00:01:10,640 --> 00:01:31,040 Düşünürəm ki, Keşikçi Korpusun komandanı cənab Salaminin analitik fikirləri yazıya alınıb gənclərə təqdim olunsa, çox yaxşı olar. 8 00:01:31,040 --> 00:01:34,240 Çünki onun çıxışı çox gözəl və yüksək səviyyədə idi. 9 00:01:35,040 --> 00:01:44,800 Bu gün mən əsasən bəsic haqda danışacağam, amma bəsic barədə söhbətə keçməmişdən əvvəl 10 00:01:45,920 --> 00:01:57,760 böyük İran xalqına son bir neçə gündə nümayiş etdirdiyi möhtəşəm davranışlara görə 11 00:01:58,400 --> 00:02:06,960 öz dərin təşəkkürümü bildirməyi lazım bilirəm. Mən xalqımızın qarşısında təzim edirəm. 12 00:02:10,560 --> 00:02:22,960 Həqiqətən də, İran xalqı güclü və əzəmətli olduğunu bir daha sübut etdi. 13 00:02:24,800 --> 00:02:36,880 Mən israr edirəm ki, xalqımızın hər bir nümayəndəsi özünün bu əzəmət və iqtidarına diqqət yetirsin. 14 00:02:38,720 --> 00:02:56,560 Dərindən düşünülmüş, genişmiqyaslı və çox təhlükəli bir plan hazırlanmışdı, kifayət qədər pul da xərcləmişdilər – böyük məbləğdə pul xərcləyiblər – zəhmət də çəkmişdilər ki, 15 00:02:58,000 --> 00:03:14,240 münasib fürsətdə, həssas bir məqam yaranan kimi öz təxribatçı fəaliyyətlərinə start versinlər, qətllər baş versin, müxtəlif obyektlərə od vurulsun və sair şər əməllər törədilsin. 16 00:03:15,840 --> 00:03:29,120 Bu yanacaq məsələsi ortaya çıxan kimi də: “Fürsətdir”, – deyə düşünüb öz qüvvələrini meydana yeritdilər. 17 00:03:30,000 --> 00:03:48,880 Amma bu plan xalqın vasitəsilə məhv edildi. Bəli, polis qüvvələri, bəsicilər, Keşikçi Korpus və başqaları o bir neçə gündə meydana girib 18 00:03:48,880 --> 00:03:56,720 çox çətin qarşıdurma şəraitində öz işlərini gördülər, öhdələrinə düşən vəzifəni yerinə yetirdilər, 19 00:03:57,920 --> 00:04:11,200 lakin bu bir həftə ərzində xalqın gördüyü iş meydanda həyata keçirilən bütün işlərdən daha yüksəkdə dururdu və daha önəmli idi. 20 00:04:11,760 --> 00:04:26,480 Yəni bu hərəkat Zəncan və Təbrizdən start götürərək ölkənin bütün şəhərlərinə, hətta eşitdiyimə görə, bəzi kəndlərə belə yayıldı 21 00:04:26,720 --> 00:04:34,880 və son olaraq srağagün də Tehranda o əzəmətli nümayiş baş tutdu. 22 00:04:38,480 --> 00:04:50,400 Düşmən – bu alçaq, cılız, həqir insanlar yox; o əsl düşmən – yəni dünya imperializmi, dünya sionizmi, 23 00:04:51,040 --> 00:05:02,800 özünün əsas siyasi monitorlarının arxasında oturub dünyadakı vəziyyəti seyr edənlər 24 00:05:02,800 --> 00:05:19,360 bu hərəkatın nə demək olduğunu yaxşı dərk edirlər. Onlar İran xalqının bu əzəmətli hərəkatı qarşısında ağızlarından yumruq yemiş kimi olur, geri otururlar. 25 00:05:22,480 --> 00:05:31,200 Buna görə Allaha şükürlər edir və xalqımıza dərin təşəkkürümüzü bildiririk. 26 00:05:34,000 --> 00:05:48,640 Bu həqir bəndənin təşəkkürünün bir qiyməti, dəyəri yoxdur. İnşallah, Allah-taala özü bu əzəmətli xalq hərəkatına görə xalqımıza sağ ol deyir və deyəcək. 27 00:05:52,320 --> 00:06:06,160 Bəsicə gəlincə; əvvəla, İslam Respublikasında təşkil olunan bəsicin – zəif və yoxsul təbəqənin səfərbərliyinin dünyada analoqu yox idi. 28 00:06:06,640 --> 00:06:17,600 Bu təşkilat qurulduğu zaman dünyada analoqu yox idi. Bəsicin heç bir şeyi kimdənsə götürülmə, 29 00:06:18,800 --> 00:06:26,080 dünyada hansısa xalqdan və ya dövlətdən kopyalama deyil. 30 00:06:26,720 --> 00:06:37,840 Əsla! Bu, tam olaraq, yüzdə-yüz inqilabi ideologiyaya, islami təfəkkürə əsaslanan bir hərəkat idi. 31 00:06:39,280 --> 00:06:47,440 Allah-taala onu dahi liderimiz İmam Xomeyninin (r.ə) qəlbinə saldı və bu təzahür ölkəmizdə reallaşdı. 32 00:06:48,720 --> 00:07:03,040 Belə demək mümkündür ki, bəsic bütün dünyada ən böyük mədəni, sosial və hərbi şəbəkədir. 33 00:07:05,360 --> 00:07:18,960 Mən dünyanın heç bir yerində bu qədər genişmiqyaslı, 34 00:07:20,560 --> 00:07:27,920 üzvlərinin sayı bu qədər çox olan bir xalq şəbəkəsi barədə eşitməmişəm. Bu yalnız bizim ölkəmizdəki bəsicə aiddir. Bəsic ən böyük şəbəkədir. 35 00:07:30,800 --> 00:07:48,560 O vaxt böyük lider İmam Xomeyni bu misilsiz təzahürü necə icad etmişdi? Sizlər İmam Xomeynini görməmisiniz, biz isə onunla illərlə birlikdə olmuşuq. 36 00:07:50,320 --> 00:08:06,560 Böyük İmamımızın hünəri bunda idi ki, o bu misilsiz təzahürü ölkənin şəhərlərinin arxa küçələrindən, dalanlarından yaradaraq formalaşdırdı. 37 00:08:07,360 --> 00:08:26,640 Bəsic şəklində təcəssüm edən bu gözəl həqiqət xalqın içindən baş qaldırdı. İnsanların içindən, evlərin arasından başlanğıc götürdü. Bunu İmam Xomeyni etdi. 38 00:08:27,520 --> 00:08:37,200 Bəsicin təşkil olunması təhdidin fürsətə çevrilməsinin tam bir nümunəsi idi. 39 00:08:38,880 --> 00:08:50,160 Diqqət edin: 1358-ci ilin 13 abanında casus yuvasının ifşa olunması olayı baş verdi. 40 00:08:52,160 --> 00:09:02,640 Bu olayda amerikalılar təhqir olunduqları üçün buna reaksiya verərək ölkəmizi təhdid etməyə başladılar. 41 00:09:03,680 --> 00:09:15,440 Həm sözlə təhdid edirdilər, həm də hərbi gəmiləri Fars Körfəzinə doğru tökülüşmüşdü; yəni əməli təhdid də var idi. 42 00:09:16,320 --> 00:09:28,640 Bəli, İran xalqı kimi o dövrdə nə hərbi qüvvəsi, nə müdafiə imkanları, nə raketi, 43 00:09:29,040 --> 00:09:39,280 nə doğru-dürüst döyüş təyyarələri olan bir xalqa qarşı qəflətən Amerika bütün varlığı ilə mübarizəyə qalxmış və onu təhdid edirdi. 44 00:09:39,760 --> 00:09:53,280 Bu, təhdiddir, elə deyilmi? 13 aban hadisəsindən 1 ay keçməmişdi ki, 1358-ci il azər ayının 5-də İmam Xomeyni bəsicin təşkil olunması barədə fərman imzaladı. 45 00:09:54,640 --> 00:10:07,440 Yəni 13 aban hadisəsindən sonra 1 aydan da az vaxtda Amerikanın təhdidi qarşısında 46 00:10:08,400 --> 00:10:20,320 bu əzəmətli hərəkat, bu əzəmətli iştirak, bu böyük güc nümayişi ərsəyə gəldi. Bu o deməkdir ki, əslində, bəsic təhdidin fürsətə çevrilməsinə səbəb oldu. Bəsicin həqiqəti budur. 47 00:10:20,960 --> 00:10:34,000 Əgər kimsə o təhdiddən qorxuya düşsəydi, məsələn, fərz edək ki, İmam Xomeyni sözündən geri dursaydı və ya düşmənin zərbə vura biləcəyindən ehtiyatlansaydı, 48 00:10:34,800 --> 00:10:44,000 bu əzəmətli hərəkat təşkil olunmasaydı, bilmək olmaz, ölkənin müqəddəratı necə olardı. 49 00:10:45,280 --> 00:10:50,160 Bəsicin varlığı o təhdidin belə bir böyük fürsətə çevrilməsinə səbəb oldu. 50 00:10:50,880 --> 00:11:03,120 Deməli, bəsicin əsl məntiqi budur: təhdidləri dəf etmək və onları fürsətə çevirmək. 51 00:11:04,720 --> 00:11:17,120 Hazırda bizə qarşı bir çox təhdidlər var, onların hər biri bəsicilərimizin təşəbbüsü ilə bir fürsətə çevrilməlidir. 52 00:11:17,920 --> 00:11:30,240 Təhdidlər nə qədər çoxdursa, fürsətlər də bir o qədər çoxdur. Odur ki təhdidlər bizim üçün artıq təhdid deyil, əksinə, bəsicin bərəkəti sayəsində təhdidlər bizim üçün fürsət yaradır. 53 00:11:31,280 --> 00:11:49,920 Burada bir önəmli məqam var, o da bundan ibarətdir ki, imperializm sistemi əsasən ədalət və azadlığın əleyhinədir. 54 00:11:49,920 --> 00:12:03,920 “İmperializm sistemi” ifadəsi siyasi lüğətə bizim daxil etdiyimiz bir ifadədir; imperializm sistemi dedikdə zalımların qurduğu sistem başa düşülür; bu sistemin başında zalımlar durur və onlar dünya ölkələrini iki dəstəyə ayırıblar: 55 00:12:03,920 --> 00:12:13,280 imperialistlər və imperializmə boyun əyənlər. Üçüncü dəstə yoxdur, heç kim müstəqil olmamalıdır. 56 00:12:14,480 --> 00:12:26,640 İmperializm sistemi budur. Bu sistem həm azadlığa, həm də ədalətə ziddir. 57 00:12:27,120 --> 00:12:36,480 Ədalətə necə zidd olduğunu özünüz görürsünüz: imperializm sisteminin ABŞ 58 00:12:36,480 --> 00:12:44,640 və bəzi Avropa ölkələri kimi zəngin ölkələrinin özündə belə, insanlar yol kənarında acından ölürlər. 59 00:12:44,640 --> 00:12:53,520 Evsiz-eşiksiz adamlar yayda küçələrdə istidən, qışdasa soyuqdan dünyalarını dəyişirlər. 60 00:12:57,280 --> 00:13:04,720 Bu ölkələrdəki sərvətin əsas hissəsi məhdud saylı bir qrupun əlində cəmlənib. 61 00:13:05,120 --> 00:13:16,240 Qalanları bir qarın çörək üçün dəridən-qabıqdan çıxıb işləməlidirlər. İşləmək imkanı olmayanlarsa 62 00:13:17,200 --> 00:13:22,800 küçədə yaşamaq məcburiyyətindədir. Bu sistem ədalətə ziddir. 63 00:13:23,440 --> 00:13:33,440 Öz ölkələrində vəziyyət bu cürdür. Dünya xalqlarına qarşı da çəkinmədən əllərindən gələn ədalətsizliyi edirlər. 64 00:13:33,920 --> 00:13:45,280 İmperializm sistemi azadlığa da qarşıdır. Xalqların ən mühüm azadlığı ümumilikdə ölkələrinin azadlığıdır; yəni suverenlik. 65 00:13:45,680 --> 00:13:59,280 Bir dəfə mən söyləmişdim ki, suverenlik bütöv bir xalqın azadlığı deməkdir. Biz suverenlikdən danışırıqsa, bir xalqın azadlığından, 66 00:13:59,280 --> 00:14:05,760 azad şəkildə öz işlərini idarə edə bilməsindən danışırıq. İmperializm sistemi bu azadlığın əleyhinədir. 67 00:14:06,080 --> 00:14:15,280 Bir vaxtlar müstəmləkəçiliklə, sonra neo-müstəmləkəçiliklə, hazırda da günümüzün metodları ilə – yumşaq savaş taktikaları ilə 68 00:14:15,840 --> 00:14:25,040 xalqların atasına od vurublar. Əlbəttə, lazım olan yerdə çəkinmədən hərbi güclə də təsir göstərirlər. 69 00:14:25,680 --> 00:14:36,080 Hazırda amerikalılar Suriyada Fərat çayının şərqindəki bölgəyə girirlər, özləri də deyirlər ki, biz neft üçün gəlmişik. 70 00:14:36,640 --> 00:14:48,000 Məgər ora sizin evinizdir? Başqa bir ölkənin ərazisidir, amma deyirlər ki, burada neft var, biz də neft üçün gəlmişik. Yəni bunu açıq-aşkar deməkdən xəcalət də çəkmirlər. 71 00:14:49,680 --> 00:15:03,200 Və ya icazəsiz durub gəlib İraq kimi bir ölkəyə girirlər, nə hökuməti itirib-axtarırlar, nə paytaxtı itirib-axtarırlar, 72 00:15:03,760 --> 00:15:14,000 orada özlərinin bazası var, o bazaya gedirlər. Yəni xalqların azadlığını, müstəqilliyini rəsmən təhqir edirlər. 73 00:15:14,720 --> 00:15:18,640 Odur ki imperializm sistemi ədalətə də, azadlığa da ziddir. 74 00:15:19,120 --> 00:15:30,400 İslam dini isə ədalət və azadlığın bayraqdarıdır. İslam ədalətin də, azadlığın da bayraqdarıdır, 75 00:15:30,400 --> 00:15:37,840 özü də heç kimin qarşısında üzgörənliyi olmayan, qətiyyətli bir bayraqdarı. 76 00:15:39,280 --> 00:15:49,840 İslam öz sözünü gizlətmədən zülm və ədalətsizliyə qarşı açıq-açığına mübarizə aparır. 77 00:15:51,280 --> 00:16:00,880 İnqilabın əvvəllərində amerikalılar bu inqilabın əleyhinə çıxıb sanksiyalar və cürbəcür problemlər yaratdıqları zaman 78 00:16:01,280 --> 00:16:10,800 keçmiş Sovet İttifaqı Əfqanıstana girdi. İmam Xomeyni elə həmin gün Sovet İttifaqına etirazını elan etdi, 79 00:16:11,280 --> 00:16:19,840 xatırladığım qədər, onların səfirini çağırıb İmamın dilindən sovetlər ölkəsinin Əfqanıstana girməsi ilə bağlı ona etiraz bildirdilər. 80 00:16:20,880 --> 00:16:33,920 Yəni o vaxt dünyada hamı deyirdi ki, axı siz Amerikaya müxalifsiniz, Sovet İttifaqının bu addımına bu şəkildə qarşı çıxmayın. İmam Xomeyni bu sözü əsla qəbul etmədi. 81 00:16:34,320 --> 00:16:45,040 O vaxt mən ölkə prezidenti idim, beynəlxalq toplantılarda iştirak edirdik, o dövrdə Amerika ilə Sovet İttifaqı dünyanın iki super-gücü olaraq bir-birinə qarşı idilər. 82 00:16:45,600 --> 00:16:57,280 Biz isə onların ikisini də baltalayırdıq; həm Amerikanı, həm də Sovet İttifaqını; heç kimi və heç nəyi nəzərə almadan. İslam dini bu cürdür, əsl İslam bu cürdür. 83 00:16:58,800 --> 00:17:12,800 İslamdan dəm vurduqları halda, dünyanın kapitalist, yaxud sosialist cinahının – 84 00:17:12,800 --> 00:17:24,160 bir vaxtlar bu da var idi – imperializminə boyun əyməyə hazır olanlar İslamdan uzaqdır. İslam dini imperializmə qətiyyətlə qarşıdır. Yəni ədalət və azadlığın tərəfdarıdır. 85 00:17:24,640 --> 00:17:30,880 Odur ki qarşıdurma və mübarizə qaçılmaz surətdə var, mövcuddur. 86 00:17:32,320 --> 00:17:39,760 Hazırda müəyyən səbəblərdən hərbi qarşıdurma yoxdur, lap yaxşı, amma növbənöv digər qarşıdurma şəkilləri var. 87 00:17:40,240 --> 00:17:46,640 Hər bir bölgədə müəyyən şərtlər ucbatından qarşıdurma mütləq xarakter alıb. 88 00:17:46,960 --> 00:17:58,160 Amma mühüm olan budur ki, İslamın hansı bölgədə olmağından, hansı formatda özünü büruzə verməyindən asılı olmayaraq, 89 00:17:58,160 --> 00:18:08,400 az öncə qeyd etdiyim səbəblərdən imperializm sistemi bu dinə qarşıdır. İntəhası bu din İslam Respublikası kimi 90 00:18:09,280 --> 00:18:16,640 öz əhalisi, dövləti, ordusu, silahlı qüvvələri, 91 00:18:17,040 --> 00:18:27,120 elmi-akademik imkanları olan bir siyasi rejim, dövlət formatında ortaya çıxıb özünü büruzə verdiyi zaman 92 00:18:27,120 --> 00:18:29,920 onların düşmənçiliyi birə-yüz artır. 93 00:18:31,280 --> 00:18:37,920 İmperializmin hansısa ölkədəki hansısa islami yönlü siyasi partiyaya qarşı olan düşmənçiliyini 94 00:18:38,560 --> 00:18:49,280 İslam Respublikasına qarşı olan düşmənçiliyi ilə müqayisə etmək olmaz. İslam Respublikası möhkəm surətdə bərqərar olunmuş, 95 00:18:49,920 --> 00:19:02,400 geniş əraziyə, bütün lazımi dövlət strukturlarına, söz demək, təsir göstərmək, dünyanın bütün bölgələrində iştirak etmək gücünə sahib olan, 96 00:19:03,600 --> 00:19:12,960 səksən milyondan artıq əhalini idarə edən bir dövlətdir. Onların belə bir dövlətə qarşı olan düşmənçiliyi artıq qeydi-adi bir düşmənçilikdir. 97 00:19:14,240 --> 00:19:22,000 Bu elə bir həqiqətdir ki, ona diqqət yetirməyən şəxs öz siyasi kursunda səhvə yol verəcək. 98 00:19:22,960 --> 00:19:36,560 İmperializm sistemi bütün varlığı, gücü, xəbisliyi ilə İslam dövlətinə qarşı durmaq, onunla mübarizə aparmaq niyyətindədir, bu onların qəti qərarıdır. 99 00:19:37,520 --> 00:19:44,880 Mən dəfələrlə demişəm: Amerika və onu dəstəkləyən imperializm sistemi 100 00:19:45,280 --> 00:19:53,840 İranla bağlı, İran xalqı və İslam Respublikası əleyhinə görə bildiyi hər bir işi görüb. 101 00:19:55,440 --> 00:20:04,960 Nəyi etməyiblərsə, mümkün olmadığına, hansısa səbəblər buna mane olduğuna görə etməyiblər. 102 00:20:05,360 --> 00:20:10,160 Düşmənçilikdə nə mümkün idisə, ediblər. 103 00:20:10,960 --> 00:20:22,640 Nəticəsi də gördüyünüz kimidir: bu möhtəşəm, bu pak ağac, Tuba ağacı günbəgün daha da güclənib. 104 00:20:22,640 --> 00:20:33,200 Bu möhkəm bina hər gün ötən günkündən daha da sarsılmaz şəkildə düşmənə boy göstərir. 105 00:20:34,320 --> 00:20:45,840 Məhz bu yerdə müqavimət sözü məna kəsb edir. “Müqavimət qüvvələri”, “müqavimət hərəkatı”, “müqavimət cəbhəsi” deyərkən biz bunu nəzərdə tuturuq. 106 00:20:47,120 --> 00:20:59,680 Yəni müasir dövrdə İslam adlı bir həqiqət baş qaldırıb. 50-100 il əvvəl belə bir nəhəng hərəkat yox idi. 107 00:21:00,880 --> 00:21:15,920 Bu gün isə var, imperializmin yaxasından möhkəm yapışaraq azadlıq və ədalət uğrunda çalışır. 108 00:21:16,240 --> 00:21:25,440 Bu gün artıq bu yaranıb. Onların hər cür imkanları var, bu imkanları sərf edərək bu həqiqətə qarşı mübarizə aparmaq, onu geri oturtmaq istəyirlər. Məhz burada Quranın buyurduğu kimi: 109 00:21:25,440 --> 00:21:28,880 “ (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol”. (“Şura” surəsi, 15-ci ayədən) – 110 00:21:29,840 --> 00:21:35,360 həm insanları haqqa dəvət etmək, həm də möhkəm olmaq lazımdır. Müqavimət budur. 111 00:21:36,960 --> 00:21:48,720 Ölkəmizdəki Bəsic Təşkilatının – yəni sizin təşkilatınızın tam adı nədir? Zəiflərin Səfərbərlik və Müqavimət Qüvvələri. 112 00:21:51,040 --> 00:22:01,200 Zəiflər kimlərdir? Bu təşkilatın adındakı “zəiflər” sözünü 113 00:22:02,720 --> 00:22:12,000 kasıb, yoxsul insanlar mənasında izah edirlər, yaxud son zamanlar – yəni son bir neçə ildə geniş yayılıb, 114 00:22:12,320 --> 00:22:22,640 bəla və müsibətə düçar olmuş təbəqə kimi mənalandırırlar. Xeyr, Quran zəiflər deyərkən bunları nəzərdə tutmur. Quran buyurur: 115 00:22:22,640 --> 00:22:31,520 "Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək". (“Qəsəs” surəsi, 5-ci ayə) 116 00:22:32,320 --> 00:22:41,200 “Zəiflər” deyərkən bəşər dünyasının potensial rəhbərləri, öndərləri nəzərdə tutulur. “Zəiflər” ifadəsinin mənası budur: 117 00:22:42,720 --> 00:22:52,720 yer üzünün və orada olanların varisi olacaq kəslər. Bəsic – zəiflərin səfərbərliyi bu deməkdir. 118 00:22:53,760 --> 00:23:04,640 “Zəiflər” deyərkən yer üzünün potensial vərasət sahibləri, xəlifələri, 119 00:23:05,040 --> 00:23:09,760 bəşər aləminin potensial lider və öndərləri nəzərdə tutulur. 120 00:23:09,760 --> 00:23:16,480 Bəli, deməli, qərara almışıq ki, müqavimət göstərək. Müqavimət üçün mənəvi baza lazımdır. 121 00:23:17,680 --> 00:23:26,560 Mən məhz bunun üzərində təkidlə durur, israr edirəm. Müqavimət göstərmək istəyirsinizsə, mənəvi bazanız olmalıdır. 122 00:23:27,200 --> 00:23:37,920 Mənəvi baza maddi və hərbi bazadan daha önəmlidir. Hərbi baza top-tüfəngdən, tank, raket və sair bu kimi texniki imkanlardan ibarətdir. 123 00:23:39,120 --> 00:23:55,440 Mənəvi baza isə sizin öz daxilinizdə, qəlbinizdə olan və hərəkətlərinizin, davranışınızın mahiyyətinə təsir göstərən bir sıra həqiqətlərdir. 124 00:23:55,920 --> 00:24:06,160 Mən özəlliklə gəncləri nəzərdə tuturam. Özünüz də görürsünüz ki, mən gənclərə çox bağlıyam, bir qayda olaraq gələcək haqda danışarkən onlara böyük ümidlər bəsləyirəm. 125 00:24:07,600 --> 00:24:21,040 İntəhası ölkənin yeni İslam sivilizasiyasına doğru möhtəşəm hərəkatının avanqardı olacaq gənclər hansı gənclərdir? Bu gənclər necə olmalıdır? 126 00:24:21,920 --> 00:24:38,320 Mənəvi baza məsələsi məhz burda önəm kəsb edir. Bu gənclər stimullu, imanlı, ağıllı, oz güc və imkanlarının qədrini bilən, 127 00:24:40,880 --> 00:24:51,920 zəhmətkeş, təşəbbüskar, Allaha təvəkkül edən, özünəinamlı gənclər olmalıdır. 128 00:24:52,400 --> 00:25:02,800 Düşmənin bizim gənclərimiz üçün arzuladığının tam əksinə. Düşmən istəyir ki, ölkəmizin gəncləri stimulsuz, 129 00:25:02,800 --> 00:25:16,160 imansız, ümidsiz, şəhvət əsiri, tənbəl, işsiz-gücsüz olsunlar, gileylənməkdən başqa heç bir şey bilməsinlər, işləməsinlər, 130 00:25:16,560 --> 00:25:22,160 narkomaniyaya düçar olsunlar, naqis olsunlar. Gənclərimizi bu cür görməyi arzulayırlar. 131 00:25:22,880 --> 00:25:31,760 Ölkəmizin gəncləri üzərində apardıqları işlərin hədəfi budur – bizim lazım bildiyimizin tam əksi. 132 00:25:32,080 --> 00:25:42,080 Bəsici bir gənc – əla növ gəncdir. Bizim bütün ümidlərimiz bunadır və elə belə də olmalıdır. 133 00:25:42,400 --> 00:25:52,240 Yəni stimullu, imanlı, Allaha bağlı, təvəkkül edən, özünə inanan, təşəbbüskar və əməksevər olmalı, 134 00:25:52,560 --> 00:25:57,360 öz gəncliyinin, ona verilmiş bədən nemətinin qədrini bilməlidir. 135 00:25:59,280 --> 00:26:05,120 Bizdə özündə bu keyfiyyətləri əks etdirən, bu cür əzəmətli bir toplumun olmağı – Allaha şükürlər olsun ki, elə var da 136 00:26:05,520 --> 00:26:11,920 və həmin toplum ölkə üzrə geniş miqyasda yayılmış bəsicilərimizdir – 137 00:26:12,240 --> 00:26:21,440 təbii ki, bəşəriyyətin, ədalət və azadlığın düşmənlərinin bizə qarşı olan düşmənçiliyini daha da artıracaq. 138 00:26:22,240 --> 00:26:35,440 Bir qədər sonra mən bəsicin fəaliyyətlərinin miqyası ilə bağlı bir neçə cümlə qeyd edəcəyəm, qoy xalq bilsin; siz özünüz bilirsiniz, qoy camaatımız da bilsin. 139 00:26:36,960 --> 00:26:56,480 İmperializm sistemi, imperiazlim cəbhəsi ölkənin digər strukturları ilə müqayisədə daha çox, yaxud ilk növbədə bəsiclə düşmənçilik edir. 140 00:26:58,960 --> 00:27:07,760 Nəinki təkcə İranda, başqa hansı yerdə bəsic tipli bir təşkilat varsa, ona münasibətləri bu cürdür. Misal üçün, 141 00:27:08,400 --> 00:27:18,240 bunlar İraqdakı Xalq Səfərbərlik Qüvvələri ilə də eyni dərəcədə düşməndirlər, Livandakı “Hizbullah”la da. 142 00:27:19,360 --> 00:27:34,080 Bunlar da stimullu, Allaha bağlı gəncləri özündə birləşdirən təşkilatlardır. Əlbəttə ki, imperialistlər bizim ölkəmizdə təkcə bəsicə düşmən deyil. 143 00:27:34,400 --> 00:27:42,000 Dediyim kimi, bəsicə daha çox düşməndirlər, amma bütün xalqla düşmənçilik aparırlar. Bəs bütün xalqa düşmən olmalarının səbəbi nədir? 144 00:27:42,560 --> 00:27:48,960 Son bir neçə gündə baş tutan ümumxalq yürüşləri bu səbəbi çox yaxşı müəyyənləşdirir. 145 00:27:49,760 --> 00:28:00,960 Səbəb odur ki, bizim xalqımız düşmənin meydanda olduğunu, fəaliyyətə keçdiyini hiss etdiyinə baxmayaraq, fiziki varlığı ilə meydanlara çıxmaqdan çəkinmir və çıxır da. 146 00:28:01,920 --> 00:28:10,000 Bu bir həftə, həqiqətən də, İran xalqının əzəmət və möhtəşəmliyinin zirvəsi idi. 147 00:28:11,360 --> 00:28:16,960 Onları bizə düşmən edən budur. 148 00:28:18,480 --> 00:28:26,160 Onlara ürək qızdıran hər kəs də İran xalqına bu cür yanaşır. 149 00:28:27,120 --> 00:28:36,560 İntəhası mütləq bir fakt da var ki, onların düşmənçiliyinin heç bir təsiri yoxdur. Yəni qələbə zəmanət altındadır. 150 00:28:37,520 --> 00:28:48,240 Bunu sizə deyim. İran xalqının, bəsicin, ölkəmizdəki bu əzəmətli inqilabi cərəyanın qələbəsi zəmanət altına alınıb. 151 00:28:50,000 --> 00:28:53,040 Allah-taala Quranda buyurur: 152 00:28:53,600 --> 00:28:57,360 “Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz”. (“Ali-İmran” surəsi, 160-cı ayə) 153 00:28:58,320 --> 00:29:02,640 Allah yardımçınız olsa, heç kəs sizə qalib gələ bilməz. 154 00:29:02,640 --> 00:29:06,880 Yaxşı bəs Allah insana necə yardımçı olur? 155 00:29:07,120 --> 00:29:09,520 “Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (“Muhəmməd” surəsi, 7-ci ayə) 156 00:29:10,240 --> 00:29:25,680 Siz Allahın dininə, ilahi tendensiyaya, Allahın məntiqinə, Allahın yoluna yardım edib dəstək olsanız, Allah da sizdən öz dəstək və yardımını əsirgəməyəcək. 157 00:29:26,240 --> 00:29:35,440 Bu gün bu var. Ölkəmizdə nəhəng bir inqilabi cərəyan ilahi hədəfləri izləyir, islami cəmiyyət qurmaq uğrunda çalışır, 158 00:29:36,240 --> 00:29:48,000 ölkədə ilahi şəriətin gerçəkləşməsini tələb edir, bunu qarşısına məqsəd qoyub. 159 00:29:48,560 --> 00:29:55,040 Bu, Allah naminə görülən işdir, Allahın yoludur, Allaha yardım etmək deməkdir. Allaha yardım olunanda 160 00:29:55,680 --> 00:29:59,840 Allah da öz yardımını edir, Allah yardım edəndən sonra isə: 161 00:30:00,080 --> 00:30:01,600 “فَلا غالِبَ لَکُم” 162 00:30:01,600 --> 00:30:04,640 – heç kəs sizə qalib gələ bilməz. 163 00:30:06,960 --> 00:30:14,720 Əlbəttə ki, bəsicin 2 fəaliyyət müstəvisi var. Buna, mütləq, diqqət etmək lazımdır. 164 00:30:15,120 --> 00:30:29,280 Bunlardan biri müharibə meydanında cihaddır. Elə buna görə siz hərbi təlimlər keçirsiniz. 165 00:30:29,840 --> 00:30:38,960 8 illik Müqəddəs Müdafiə savaşı dövründə bəsicin iştirakı öz möcüzəsini göstərdi. 166 00:30:40,080 --> 00:30:48,320 Döyüş meydanlarında bizim hərbi birləşmələrimiz bəsicin iştirakı sayəsində daha da ürəklə vuruşurdular. 167 00:30:48,720 --> 00:30:59,600 Ondan sonra da ölkədə baş verən müxtəlif olaylar zamanı bəsic hər dəfə ağır hərbi meydanlara atılaraq ölkəmizi və xalqımızı müdafiə edib. 168 00:31:00,400 --> 00:31:10,800 Eynilə yumşaq müharibə meydanlarında, 169 00:31:11,760 --> 00:31:18,480 yəni elm, xalqa xidmət, quruculuq, dini təbliğat, 170 00:31:19,920 --> 00:31:30,800 mədəniyyət sferalarında da bəsicilər hərbi meydanlarda olduğu kimi 171 00:31:31,520 --> 00:31:38,880 fəal iştirak ediblər; fəal iştirak etməlidirlər də; çalışmalıdırlar, hərəkət etməlidirlər. 172 00:31:39,280 --> 00:31:47,280 Bəsicin sıralarında Hüseyn Fəhmidə, Behnam Məhəmmədi, 173 00:31:47,680 --> 00:32:00,880 Mohsen Hücəci və İbrahim Hadidən tutmuş şəhid nüvə alimlərinə qədər müxtəlif simalar olub. 174 00:32:02,000 --> 00:32:11,280 Bu şəxsiyyətlərin kimliyinə nəzər salın! Görün onlar arasında sosial status baxımından nə qədər fərq var. Buna baxmayaraq, bəsicin sıralarında onlar yan-yanadır. 175 00:32:12,160 --> 00:32:22,160 Şəhid nüvə alimləri də bəsicidirlər, adlarını çəkdiyim o insanlar da. 176 00:32:22,640 --> 00:32:29,680 Himmət, Bakiri, Zeynəddin, Hüseyn Xərrazi və digərləri Keşikçi Korpusda xidmət edirdilər, amma bəsici idilər. Səyyad İİR Ordusunun zabiti idi, amma bəsici idi; 177 00:32:30,320 --> 00:32:39,520 Babayi də həmçinin. Onların göstərdiyi fəaliyyət bəsici fəaliyyəti idi. Xasiyyətləri, davranış tərzləri bir bəsiciyə uyğun idi. 178 00:32:39,920 --> 00:33:06,560 Çəmrana, Aviniyə, Kazimiyə və sairə qədər hamısı bəsicidirlər. 179 00:33:07,200 --> 00:33:19,200 Bizə kök hüceyrələri sahəsindəki nailiyyətləri ərməğan etmiş Kazimi Aştiyani ölkəmiz üçün eynilə Hüseyn Xərrazi və Hüseyn Fəhmidə qədər bəsicidir. 180 00:33:19,920 --> 00:33:26,560 Bunlar hamısı bəsicilərdir, bəsic budur. Yüzlərlə digər şanlı şəxsiyyətlər bəsicidir, 181 00:33:26,960 --> 00:33:31,360 Yüzlərlə digər şanlı şəxsiyyətlər bəsicidir, bu geniş sıralar bəsicin təzahürüdür. 182 00:33:31,360 --> 00:33:42,240 Mənim əzizlərim! Bütün bu adları sadalamaqla mən onu demək istəyirəm ki, bu insanlar örnəkdir, nümunədir. Dünyanın istənilən yerində gənclərin bir örnəyə ehtiyacı var. 183 00:33:42,240 --> 00:33:49,600 Bu şəxsiyyətlər gənclər üçün örnəkdir. Bu örnəkləri daim yaşadın, həmişə göz önündə tutun. 184 00:33:50,560 --> 00:33:55,120 Əlbəttə ki, kitablar, bioqrafiyalar yazılır, amma bunlar kifayət deyil. 185 00:33:56,240 --> 00:34:07,280 Bu insanların həyat yolunu və şəxsiyyətini bir örnək, bir nümunə kimi müasir dünyada yayılmış cürbəcür metodlarla daim göz önündə saxlayın. Ən gözəl örnək bunlardır. 186 00:34:07,920 --> 00:34:12,000 Ən gözəl örnəkləri bəsicdə tapmaq olar. 187 00:34:12,000 --> 00:34:23,200 Bu şəxsiyyətləri yenidən yetişdirin; belə simalar bəsicin sıralarında hər gün üzə çıxmalıdır. 188 00:34:23,200 --> 00:34:27,440 “Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər”. (“İbrahim” surəsi, 25-ci ayə) 189 00:34:27,440 --> 00:34:46,400 İmam Xomeyni (r.ə) demişdir: “Bəsic pak bir ağacdır”. Pak ağac isə, hər zaman, bütün dövrlərdə öz barını verəcək. 190 00:34:47,280 --> 00:35:00,640 Yaxşı, sizə bir neçə tövsiyəmi də edim. Hazırda bəsicin yaranmasından 40 il ötür, artıq qazanılmış təcrübədən istifadə etmək vaxtıdır. 191 00:35:01,520 --> 00:35:11,120 Bu 40 ilin təcrübəsinə bacardığınız qədər diqqət yetirməli və ondan yararlanmalısınız. 192 00:35:11,440 --> 00:35:16,880 Mən burada bir neçə tövsiyə qeyd etmişəm. Allaha şükürlər olsun ki, dəyərli dostlarımız diqqətli və məsuliyyətlidirlər. 193 00:35:17,360 --> 00:35:25,440 Keşikçi Korpusun və Bəsic Təşkilatının möhtərəm rəsmiləri görülməsi vacib olan işlərə kifayət qədər diqqətlə yanaşırlar. Mənim tövsiyələrim də aşağıdakılardır: 194 00:35:25,680 --> 00:35:37,280 Birinci tövsiyəm: bütün sferalarda – yəni bir qədər əvvəl sadaladığım bütün sahələrdə: hərbi sferada, yarıhərbi sferada, yumşaq müharibədə – 195 00:35:37,760 --> 00:35:50,240 işə hazır olun. Ölkənin bütün küçə və məhəllələrində səfərbər olmuş bir şəkildə hazır strategiya və taktikanız olsun. 196 00:35:51,760 --> 00:36:10,720 Cürbəcür olaylara qarşı hazır strategiya və taktikanız olsun; həm hərbi və yarıhərbi müdafiə sferasında, həm də digər müxtəlif sferalarda. 197 00:36:12,000 --> 00:36:17,920 Qəfil yaxalanmayın; çalışın heç bir hadisədə qəfil yaxalanmayın. 198 00:36:18,320 --> 00:36:26,720 Komitələrin 60-cı ildə yaşadığı təcrübə çox yaxşı bir təcrübədir, ondan istifadə olunmalıdır. 199 00:36:27,760 --> 00:36:34,800 1360-cı ildə İslam İnqilabı komitələri müxtəlif məhəllələrdə, müxtəlif yerlərdə, hər yerdə iştirak edirdi; 200 00:36:35,120 --> 00:36:47,520 özü də həmişə iştirak edirdi. O bölgədə baş verən istənilən hadisədə ilk növbədə komitədən olan qardaşlarımızı görürdün. 201 00:36:47,760 --> 00:36:58,080 Əlbəttə ki, onlar işdə təzə idilər, nə hazırda sizin olduğunuz qədər məlumatlı idilər, nə də sizin qədər imkanlara sahib idilər, amma daim meydanda hazır idilər. 202 00:36:58,400 --> 00:37:01,840 Bu daimi iştirak çox önəmlidir. 203 00:37:03,040 --> 00:37:09,760 Növbəti tövsiyəm: yumşaq müharibədə heç vaxt düşmənə əks-reaksiya verməyin. 204 00:37:10,240 --> 00:37:25,600 Əlbəttə, düşmənin cavabını vermək lazımdır, lakin qarşılıq olaraq hərəkət etməkdən, əks-reaksiya verməkdən daha yaxşısı ilk addımı özü atmaq, təşəbbüs göstərməkdir. 205 00:37:26,720 --> 00:37:37,280 Düşməninizdən həmişə bir addım öndə olun, onun nə etmək istədiyini, hansı hərəkətləri etmək niyyətində olduğunu öncədən proqnozlaşdırın 206 00:37:37,600 --> 00:37:46,640 və ondan öncə neytrallaşdırıcı, qabaqlayıcı tədbirlər həyata keçirin. Məharətli bir şahmatçı kimi; 207 00:37:47,520 --> 00:37:58,080 şahmatçılar qarşı tərəfin hansı addımı atacağını öncədən ehtimal edərək ondan əvvəl elə bir hərəkət edir ki, 208 00:37:58,080 --> 00:38:06,000 rəqibi gözləmədiyi vəziyyətlə üz-üzə qalıb planlaşdırdığı gedişi edə bilməsin. Həmişə düşməndən öncə hərəkət edin. 209 00:38:08,320 --> 00:38:17,520 Məscidlə əlaqənizin zəifləməsinə imkan verməyin. Bəsic məscidlərdə yaranıb, 210 00:38:18,000 --> 00:38:36,400 məscidlərdən cəbhələrə yola salınıb, şəhidlərin pak nəşləri məscidlərə qaytarılıb. Bəsicilik bir qayda olaraq məscidlə əlaqəli bir fəaliyyət kimi mənalandırılıb. Məscidlərdən uzaqlaşmayın. 211 00:38:36,880 --> 00:38:48,720 Əlbəttə ki, məsciddə də özünüzü İslam əxlaqına uyğun aparın. Orda olmağınız ikitirəliyə, konfliktə, dava-dalaşa səbəb olmasın. 212 00:38:50,240 --> 00:39:03,200 Müqavimət qüvvələrinin sırasına daxil olmasalar belə, bəsicin hədəfləri istiqamətində çalışan kollektivlərlə səmərəli əməkdaşlıq etməyə çalışın. 213 00:39:04,560 --> 00:39:17,200 Ölkədə bütün sferalarda belə kollektivlər var; universitetlərdə, universtetlərdən kənarda, digər müxtəlif yerlərdə. Onlar bəsici müqavimət qüvvələrindən olmasalar da, 214 00:39:17,200 --> 00:39:25,760 işləri, fəaliyyətləri bəsicin hədəfləri istiqamətindədir. Onlarla əməkdaşlıq edin, əl-ələ verib səmərəli fəaliyyət göstərin. 215 00:39:28,240 --> 00:39:40,160 Bəsicin xidmətlərini ictimaiyyətə çatdırın. Bəsicin saysız-hesabsız, böyük xidmətləri var, amma camaatın çoxunun bunlardan xəbəri yoxdur. 216 00:39:41,600 --> 00:39:51,360 Əksəriyyət bu barədə məlumatsızdır. Bəsic hansısa regionda böyük bir iş həyata keçirdiyi zaman o bölgənin camaatı bu barədə xəbər tutur, qalanları isə bilmir. 217 00:39:52,320 --> 00:40:05,600 Burada mənim üçün bir neçə statistik məlumatı qeyd edib gətirmişdilər – əlbəttə ki, bunları mənə Bəsic Təşkilatı özü təqdim etməyib, kənardan almışam – çox maraqlıdır: 218 00:40:06,160 --> 00:40:19,760 11 min yerli cihad qrupu 40 min xidmət layihəsini həyata keçirməyi öhdəsinə götürüb 219 00:40:20,720 --> 00:40:34,320 və bu layihələrin tən yarısını təhvil verib. Bu rəqəmlərin böyüklüyünə baxın. Xidmət sektorunda fəaliyyət göstərən 11 min cihad qrupu 220 00:40:35,360 --> 00:40:44,720 və həyata keçirilmiş bir bu qədər xidmət layihəsi! Bu yaxınlarda tələbə bəsici 221 00:40:45,120 --> 00:41:03,360 4500 tələbənin iştirakı ilə problemlərin həllinə fokuslanmış və mütəxəssislərin aparıcı rolunu önə çəkən hərəkata start verib. 222 00:41:04,480 --> 00:41:09,600 Biz bunu tələbələrə daim tövsiyə edirik. Böyük, önəmli bir işdir, bizim həmişəki tövsiyələrimizdən biridir. 223 00:41:10,000 --> 00:41:14,160 Tələbə bəsicinə start veriblər, iş görürlər. 224 00:41:16,800 --> 00:41:29,280 Müxtəli məhəllələrdə 12 min “qərzül-həsənə” (təmənnasız borc – red.) fondu təsis edilib. 225 00:41:29,840 --> 00:41:40,320 Məncə, hələ bundan da çoxdur, mənə verilən məlumatda 12 min göstərilir. 226 00:41:41,360 --> 00:41:56,000 Tayfaların bəsici, qadınların bəsici, “Malik Əştər” festivalı daha yüksək mövqe qazanmağa başlayıb. Bütün bunlar qürurvericidir. 227 00:41:56,880 --> 00:42:10,080 Universitet müəllimlərinin bəsic qrupu bir neçə ay bundan qabaq inqilabın 40 illiyində pessimist, 228 00:42:11,360 --> 00:42:23,840 necə deyərlər, ruhən çökmüş insanların o məktubuna cavab olaraq 900 nəfərin imzaladığı bir məktub yayımladı. 229 00:42:25,280 --> 00:42:35,920 Onlar bir məktub yazmışdılar, 900 nəfər universitet müəllimi məsələyə qoşulub çox yüksək səviyyədə, müfəssəl, arqumentlərlə əsaslandırılmış bir məktub yazdı. 230 00:42:37,200 --> 00:42:43,920 Bu elə meydanda var olmaq, vaxtında iştirak etmək deməkdir. 231 00:42:45,200 --> 00:42:52,240 Nazirliklərin bəsic heyətləri cümə namazlarında xidmət masaları təşkil edir, xalqla yaxın təmasda olur, qayğı və problemlərini dinləyir. 232 00:42:52,640 --> 00:43:02,080 Kənd təsərrüfatı bəsici 30 min aqronomla – rəqəmlərə diqqət edin – 233 00:43:03,280 --> 00:43:16,240 buğda, taxıl, qarğıdalı və sair bu kimi 5 əsas məhsulun istehsalını öhdəsinə götürüb. 234 00:43:17,360 --> 00:43:23,200 Bunlar bəsicin həyata keçirdiyi işlərin sadəcə bir neçə nümunəsi idi. 235 00:43:23,600 --> 00:43:29,600 Möhtərəm bəsic rəsmiləri bu işlər barədə ictimaiyyətimizə peşəkar formada məlumat verməlidirlər. 236 00:43:30,160 --> 00:43:36,720 Qoy xalq bilsin ki, bəsic yalnız xalqın ümumi və xüsusi mülkiyyətinə, 237 00:43:37,200 --> 00:43:47,920 evlərinə od vurub xaraba qoymaq tapşırığı almış şəxslərin şər əməlləri qarşısında 238 00:43:47,920 --> 00:43:58,480 polis qüvvələri və digər rəsmi qurumlarla çiyin-çiyinə onların təhlükəsizliyinin keşiyində durmur, 239 00:44:00,160 --> 00:44:07,920 həm də bu qəbildən olan böyük xidmətləri həyata keçirir. 240 00:44:07,920 --> 00:44:16,320 Bunlar çox əhəmiyyətli məsələlərdir və əziz xalqımız hökmən bu barədə məlumatlandırılmalıdır. 241 00:44:16,720 --> 00:44:25,280 Daha bir tövsiyəm: bəsici qüvvələri geniş miqyasda yayılmaqdan əlavə, həm də çevik olmalıdır. 242 00:44:26,560 --> 00:44:38,240 Bəsic Təşkilatının bürökratik əngəllərə düçar olmasına imkan verməyin. 243 00:44:39,840 --> 00:44:53,520 Bir sıra bürökratik xarakterli məsələlər var ki, onlar müxtəlif kollektivlərin əl-ayağını bağlayıb işini ləngidir. Bəsicin əl-ayağının bağlanmasına imkan verməyin. 244 00:44:54,000 --> 00:45:08,560 Və son olaraq bunu qeyd etmək istəyirəm: bilin ki, bəsic düşmənin məkrli planlarına kəskin surətdə məruz qalır. Düşmən bəsicin içinə nüfuz etməyə çalışır. Bunu bilin, bunu unutmayın. 245 00:45:09,040 --> 00:45:21,040 Bayaq bəsicin əhəmiyyətindən danışarkən sadaladığımız dəlillər ucbatından düşmən bəsic əleyhinə plan qurmaq, 246 00:45:21,600 --> 00:45:30,640 bu təşkilata daxildən nüfuz edərək problemlər yaratmaq üçün özünün bütün imkan və səylərini səfərbər edib. 247 00:45:30,640 --> 00:45:42,480 Əlbəttə ki, bu, böyük bir hərəkat, böyük bir mübarizə və qarşıdurmadır. Bunu da bilin ki, Allahın köməyi ilə, siz bütün bunlara qalib gələcəksiniz. 248 00:46:06,880 --> 00:46:15,520 Bu pak ağacı, bu mübarək fidanı torpağımıza əkmiş dahi liderimiz İmam Xomeyniyə Allah rəhmət etsin. 249 00:46:16,000 --> 00:46:29,680 Bu yolun əziz şəhidlərinə, bu illər ərzində bəsic üçün zəhmət çəkib dünyadan getmiş rəhbər işçilərə və sıravi bəsicilərə Allah rəhmət etsin. 250 00:46:30,240 --> 00:46:39,360 İnşallah, Allah-taala hamınıza mənəvi dəstək olsun. Bəsic həftəsi və Bəsicilər günü münasibətilə hamınızı təbrik edirəm. 251 00:46:39,360 --> 00:46:41,360 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.