1 00:00:00,220 --> 00:00:02,510 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,800 --> 00:00:11,940 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي القاسم المصطفي محمّد 3 00:00:23,140 --> 00:00:32,510 و علي آله الطّيّبين الطّاهرين المنتجبين سيّما بقيّةالله في الارضين 4 00:00:33,310 --> 00:00:51,710 Xalqımıza lütf göstərib mənəvi dəstək olduğuna görə Allah-taalaya bütün varlığımızla şükürlər edirik. 5 00:00:52,800 --> 00:01:09,710 Belə ki ötən illərdə olduğu kimi, bu il də əziz İran xalqımız öz içindən bir qrup adamı həcc fərizəsini yerinə yetirmək üçün vəhy diyarına göndərərək 6 00:01:11,420 --> 00:01:19,080 İslam ümmətinin bu möhtəşəm toplantısına qatılacaq. 7 00:01:21,820 --> 00:01:39,200 Siz – həcc ziyarətinin təşkilatçıları, az öncə çıxış edən cənabların da qeyd etdiyi kimi, Rəhman Allahın verdiyi ziyafətin xidmətçiləri 8 00:01:40,050 --> 00:01:56,110 gördüyünüz işin qədrini bilməlisiniz; sizin işiniz çox əhəmiyyətlidir, çünki həcc müstəsna bir fərizədir. Həcc ziyarətində 9 00:01:58,170 --> 00:02:09,020 başqa heç bir vacib əməldə olmayan bir sıra islami dəyərlər öz əksini tapır. 10 00:02:09,310 --> 00:02:32,680 Fərz buyurulmuş başqa heç bir ayində İslam dininin bir bu qədər təqdirəlayiq, vurğulanası xüsusiyyətləri yoxdur. 11 00:02:35,140 --> 00:02:45,480 Əslində, həcc ziyarəti üstün müsəlman toplumunun kiçik bir nümunəsi, 12 00:02:46,850 --> 00:02:59,080 bizim qarşıya məqsəd qoyduğumuz İslam sivilizasiyanın bir modelidir. 13 00:03:00,450 --> 00:03:05,370 İslam sivilizasiyası bəşəriyyətə belə bir toplum bəxş etməlidir. 14 00:03:07,310 --> 00:03:27,770 Yeni İslam sivilizasiyasında maddiyyatla paralel olan mənəviyyat, maddi həyatın inkişafı ilə yanaşı, mənəvi-əxlaqi, ruhi yüksəliş, itaətkarlıq, 15 00:03:29,310 --> 00:03:37,370 Yaradana dua və yalvarış var. Həcc belə bir sivilizasiyanın göstəricisidir. 16 00:03:38,740 --> 00:03:53,940 Özünüzün də açıq-aydın müşahidə etdiyiniz kimi, həcc ziyarətində həm bəndəlik və itaətkarlığın nümayişi var – 17 00:03:54,970 --> 00:04:03,310 həcc əməlləri başdan-sona bəndəlikdir, təslimkarlıqdır, dua və yalvarışdır – 18 00:04:05,710 --> 00:04:22,400 həm də eyni zamanda bu yüzdə-yüz mənəvi əməllərlə yanaşı, həccin bir sosial aspekti də var ki, bu da vəhdətdən, qardaşlıqdan, harmoniyadan ibarətdir. 19 00:04:23,880 --> 00:04:41,080 Varlı-kasıb, müxtəlif irqlərin və millətlərin nümayəndələri birlikdə, eyni məqsəd və stimulla eyni ibadəti yerinə yetirirlər. 20 00:04:41,420 --> 00:04:58,000 Başqa harda belə bir şey görmək olar? Nə İslam dinində, nə də haqqında bildiyimiz digər dinlərin heç birində belə bir şey yoxdur. 21 00:04:58,800 --> 00:05:06,280 Eyni zamanda həcc ziyarətinin özündə bir hərəkətverici amil də var. 22 00:05:06,510 --> 00:05:18,450 İbadətdir, lakin bu ibadətdə bir hərəkətlilik olduğunu görürsən; təvaf var, səy var, get-gəl var, 23 00:05:19,650 --> 00:05:24,680 lakin eyni zamanda birlikdəlik, bir arada olma da müşahidə olunur. 24 00:05:25,020 --> 00:05:38,910 Ərəfatda, Məşərül-həramda, yaxud Mina günlərində insanların heyrətamiz bir şəkildə toplanaraq bir arada olması 25 00:05:40,400 --> 00:05:48,910 İslamın sosial həyatının bir təzahürüdür. Həcc ziyarətində bütün bunlar var. 26 00:05:49,370 --> 00:05:51,770 Həcc ziyarəti əxlaqın nümayişidir: 27 00:05:54,000 --> 00:05:57,880 “...həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz”. (“Bəqərə” surəsi, 197-ci ayə) 28 00:05:59,140 --> 00:06:04,400 Ora qardaşlıq yeridir, əxlaq yeridir, güzəşt etmək yeridir, 29 00:06:05,200 --> 00:06:13,200 dava-dalaş etmək, höcətləşmək yeri deyil. Gördüyünüz kimi, 30 00:06:14,000 --> 00:06:23,250 həcc ziyarətində bu heyrətamiz dərəcədə konstruktiv və ibrətamiz elementlərin hamısı toplanıb. Həcc ziyarəti dinimizin bax belə bir vacib əməlidir. 31 00:06:23,940 --> 00:06:41,540 Çox yanlış olan və bəzi diqqətiz insanların zaman-zaman dilə gətirdiyi fikirlərdən biri də budur ki, 32 00:06:42,170 --> 00:06:53,420 “həcci siyasiləşdirmək lazım deyil”. “Siyasiləşdirmək lazım deyil” nə deməkdir? 33 00:06:53,420 --> 00:07:06,110 Bizim həcdə siyasi cəhətdən təbliğ etməli oluğuqlarımız eynilə İslamın təlimləridir. Vəhdət yaratmaq siyasi xarakterli bir işdir, eyni zamanda bu, İslamın da əmridir, ibadətdir; 34 00:07:08,910 --> 00:07:13,600 “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (“Ali-İmran” surəsi, 103-cü ayədən) 35 00:07:15,310 --> 00:07:30,510 Həcc ziyarəti əsnasında biz məzlum Fələstin xalqına, yaxud İslam dünyasının Yəmən xalqı və digər bu kimi məzlum xalqlarına öz dəstəyimizi ifadə ediriksə, 36 00:07:30,510 --> 00:07:39,080 bu, siyasi xarakterli bir işdir, lakin İslam təlimləri ilə üst-üstə düşən bir siyasətdir. 37 00:07:40,570 --> 00:07:47,370 Məzlumu müdafiə etmək dinimizə görə vacib bir əməldir. Biz bu vacib əməli yerinə yetiririk. 38 00:07:48,050 --> 00:08:02,450 Və ya müşriklərə etiraz; biz bu məsələnin üzərində durur, bu mərasimləri israrla təşkil ediriksə – 39 00:08:02,450 --> 00:08:14,400 inşallah, hər il daha da yükək səviyyədə keçirmək lazımdır – bunu ona görə edirik ki, bu, İslamın vacib bildiyi bir əməldir. 40 00:08:15,770 --> 00:08:19,080 “Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur”. (“Tövbə” surəsi, 3-cü ayədən) 41 00:08:19,310 --> 00:08:21,820 Möminlər də müşriklərdən uzaqdır. 42 00:08:22,000 --> 00:08:34,680 “...bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” (“Mumtəhinə” surəsi, 4-cü ayədən) 43 00:08:35,420 --> 00:08:49,710 Bütün bunlar dində var. Bəli, siyasətdir, həcc əməlində siyasi iş var, amma bu siyasi iş eynilə dinin insan üçün şəri vəzifə bildiyi bir şeydir, 44 00:08:49,880 --> 00:08:57,200 ibadətdir. Baxın, bunlar çox önəmli məqamlardır. 45 00:08:57,770 --> 00:09:10,340 Bəli, kimlərinsə bu qəbildən olan siyasi hərəkatları qadağan etməsi də siyasi bir addımdır, intəhası o, qeyri-dini siyasətdir, 46 00:09:11,540 --> 00:09:23,540 dinə zidd olan siyasətdir. Onların: “Həcdə Amerikaya gözün üstə qaşın var deməyə haqqınız yoxdur”, – deməsi də siyasi bir addımdır, 47 00:09:23,710 --> 00:09:31,250 intəhası şeytani bir siyasətdir, qeyri-islami mahiyyət daşıyan bir siyasi addımdır. 48 00:09:32,000 --> 00:09:38,970 Sizin orada istənilən müşrikə, İslama zidd olan istənilən qüvvəyə 49 00:09:40,170 --> 00:09:50,970 öz etirazınızı bildirməyiniz isə siyasi addımdır, lakin dinlə yüzdə-yüz üst-üstə düşən bir siyasətdir. Bu, dini siyasətdir. 50 00:09:51,250 --> 00:09:56,170 Bunlar həcc məsələsində bizim bilməli olduğumuz məqamlardır. 51 00:09:56,170 --> 00:10:04,800 Həcc ziyarətində son dərəcə önəmli olan məsələlərdən biri də elə mehribanlıq və qardaşlıq məsələsidir. 52 00:10:06,570 --> 00:10:13,540 Bizə doğru yolu göstərən imamlarımızdan (ə) nəql edilən rəvayətlərdə dönə-dönə vurğulanır ki, 53 00:10:14,000 --> 00:10:25,140 Məscidül-həram, yaxud Məscidül-nəbidə şiə olmayanlarla birlikdə namaz qılın, 54 00:10:25,650 --> 00:10:38,340 onların namazına qoşulun, onlara iqtida edin. Bunlar bizim rəvayətlərimizdə var, imamlarımız (ə) bizi buna təşviq etmişlər. Ülfət budur, müsəlman qardaşlar arasında mehribanlıq yaratmaq budur. 55 00:10:38,800 --> 00:10:48,110 Eşitdiyimə görə, bəziləri avtobusların durduğu yerdə, otellərdə və digər məkanlarda camaat namazı qılmağa çalışırlar. 56 00:10:48,340 --> 00:11:02,110 Bu, düzgün bir metod, doğru bir siyasət deyil. Qoy camaata qarışsınlar, Məscidül-həramdakı digər müsəlmanlara, 57 00:11:12,280 --> 00:11:16,170 Məscidül-nəbidə namaz qılan insanların sıralarına qoşulsunlar. Müsəlmanlardan ibarət böyük kütlələrlə İslam ümmətinin formalaşdırılması həcc ziyarətinin özündə ehtiva etdiyi nüanslardan biridir. 58 00:11:16,680 --> 00:11:24,800 İranlı zəvvarların diqqət yetirməli olduğu mühüm məsələlərdən biri də budur ki, 59 00:11:25,250 --> 00:11:36,340 İrandan həcc ziyarətinə gedən şəxs İran İslam Respublikasına, İran xalqına, iranlı kimliyinə hörmət və nüfuz qazandırmaq barədə unutmamalıdır; 60 00:11:37,250 --> 00:11:39,250 – “Bizim bəzəyimiz olun”. 61 00:11:40,800 --> 00:11:54,570 İranlı hacının rəftar və davranışları İran xalqının yüksək ictimai keyfiyyətlərini nümayiş etdirməlidir; 62 00:11:54,970 --> 00:12:07,480 o istər öz yol yoldaşları ilə gündəlik münasibətdə vüqar, mətanət, ağıl və müdrikliklə davranmalı, 63 00:12:08,110 --> 00:12:26,280 istərsə də digər millətlərin, məzhəb və firqələrin nümayəndələrinə sevgi, məntiq və hörmətlə yanaşmalıdır. 64 00:12:26,620 --> 00:12:29,480 Bu, həqiqətən də, çox önəmlidir. 65 00:12:30,450 --> 00:12:41,820 Yenə də bizim imamlarımızdan (ə) nəql edilən hədislərdə şiələrə təkidlə tövsiyə olunur ki, başqa müsəlmanlarla ünsiyyətdə olduqları, danışdıqları zaman 66 00:12:42,400 --> 00:12:52,910 şiələrə hörmət və nüfuz qazandıracaq bir şəkildə davransınlar, onlarla bu şəkildə keçinməyə çalışsınlar. 67 00:12:55,940 --> 00:13:10,050 Həcc ziyarətinin təşkil olunduğu o bölgələrdə – Məkkə, Mədinə və sairdə 68 00:13:10,340 --> 00:13:22,400 işlərə cavabdeh olan şəxslərin, yəni Səudiyyə dövlətinin də öhdəsinə ağır vəsifə və məsuliyyət düşür. Bu vəzifələr sırasına hacıların təhlükəsizliyinin, 69 00:13:22,970 --> 00:13:33,940 hörmət və ləyaqətinin qorunması da daxildir. Hacıların ləyaqətinin qorunması çox önəmlidir, onlar ilahi ziyafətin iştirakçılarıdır, Allah-taalanın qonaqlarıdır, 70 00:13:35,140 --> 00:13:46,510 bu insanların ehtiramı qorunmalıdır. Onların ləyaqətinə xələl gətirən, həcc zəvvarı üçün təhqir sayıla biləcək davranışlar 71 00:13:46,510 --> 00:13:50,450 hökmən aradan qaldırılmalıdır. Əlbəttə ki, polis rejimi yaratmaq lazım deyil; 72 00:13:51,600 --> 00:13:59,820 hacıların təhlükəsizliyini təmin etsinlər, amma polis rejimi yaratmasınlar. Həcdə rahat, yaxşı, sakit bir atmosfer olmalıdır. 73 00:14:00,970 --> 00:14:11,250 Məkkə, Mədinə və digər bölgələrdə olduqları müddətdə – 74 00:14:11,940 --> 00:14:16,620 aşağı-yuxarı bir ay ərzində – hacıların bir-birinə qarşı davranışı uyğun bir tərzdə olmalıdır. 75 00:14:17,370 --> 00:14:25,770 Duaya, namaza, Allah qarşısında itaətkarlığa, Yaradana təvəssülə çox diqqət yetirin; 76 00:14:25,770 --> 00:14:37,200 Məscidül-həram və Məscidül-nəbidə olmaq adi bir insan üçün asanlıqla başa gəlməyən, 77 00:14:37,480 --> 00:14:50,570 həqiqətən də, çox dəyərli bir fürsətdir. Bu gün sizin üçün, eləcə də ölkəmizdən həcc ziyarətinə yola düşən o möhtərəm zəvvarlar üçün 78 00:14:50,570 --> 00:15:01,940 bu fürsət yaranıb, bu uğura nail olublar, bu yerə qədər gəlib çıxıblar. Məscideyndə dua edib namaz qılmaq, Məscidül-həramı təvaf etmək, 79 00:15:04,050 --> 00:15:14,850 Allah dərgahına yalvarışlarla üz tutmaq – bütün bunları əldən buraxmamaq lazımdır. Düşüb bazarları gəzmək, orda-burda alış-veriş etmək 80 00:15:15,140 --> 00:15:23,200 İbrahim (ə) həccinin qədrini bilən, mömin bir zəvvara yaraşmaz. 81 00:15:24,450 --> 00:15:32,110 Xülasə, həcc müstəsna və üstün bir fərizədir. 82 00:15:33,770 --> 00:15:43,880 Həclə bağlı ayə və rəvayətlər hamısı bunu göstərir ki, 83 00:15:44,280 --> 00:15:49,820 bu fərizənin onu yerinə yetirməyə müvəffəq olmuş insanlara 84 00:15:50,970 --> 00:16:04,110 fərdi və ictimai miqyasda müxtəlif öyrədici təsirləri olmalıdır. Sözün əsl mənasında 85 00:16:04,450 --> 00:16:12,050 bu əmrə itaət edib, bu böyük fərizəni laiqincə yerinə yetirmək istəyiriksə, bu məqamlara diqqət yetirməli və onlara riayət etməliyik. 86 00:16:13,080 --> 00:16:29,140 Qeyd etdiyim kimi, Məscideyndə camaat namazlarına qatılmaq və dua etmək kimi, müşriklərə etiraz mərasimlərinin keçirilməsi də 87 00:16:29,140 --> 00:16:40,740 önəmli və lazımlı işlərdəndir. Bir qayda olaraq, iranlı hacılar “Nüdbə” və “Kumeyl” dualarının oxunuşunu çox gözəl təşkil edirlər; 88 00:16:41,020 --> 00:16:53,480 çox yaxşı bir tədbirdir; inşallah, çalışın, bu il də keçirilsin. Çünki bu, ən gözəl məkanlarda birgə surətdə Allaha diqqət yönəltmək, 89 00:16:54,680 --> 00:17:05,770 dua və yalvarış etməkdir. Allahdan istəyin ki, İslam ümmətinin, müsəlman toplumlarının problem 90 00:17:06,910 --> 00:17:15,310 və çətinliklərini aradan qaldırsın, İslam dünyasının başından düşmənlərin şərini azaltsın. 91 00:17:16,170 --> 00:17:28,050 Bu gün İslam dininin məhz az öncə qeyd etdiyim təlim və həqiqətləri İslam düşmənlərinin kəskin ədavəti ilə üzləşir. 92 00:17:28,450 --> 00:17:36,110 O imperialistlərin, Amerikanın düşmənçiliyi məhz İslamın o həqiqətlərinə yönəlib. 93 00:17:37,650 --> 00:17:50,170 Gördüyünüz kimi, müsəlman toplumlarına, İslamın üstünlük təşkil etdiyi regionlara müxtəlif mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sferalarına 94 00:17:51,370 --> 00:17:56,450 vəhşicəsinə hücumlar edirlər. 95 00:17:57,140 --> 00:18:08,280 Müsəlmanlar İslamın bu həqiqətlərini kənara qoyub, onlara oxşamağa, onlar kimi yaşamağa başlasalar, bu düşmənçiliklər ortadan qalxar. 96 00:18:08,740 --> 00:18:17,200 İslamın bu həqiqətlərinə düşməndirlər, çünki bu həqiqətlər onların zülmkar xislətinə ziddir. 97 00:18:17,480 --> 00:18:22,970 Siz itaətkarlıq və yalvarışla namaz qıldığınız zaman deyirsiniz: 98 00:18:22,970 --> 00:18:26,740 “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (“Həmd” surəsi, 5-ci ayə) 99 00:18:27,880 --> 00:18:38,970 Yaradanın qarşısında itaətkarlıq nümayiş etdirib, Ona tamamilə təslim olduğunuzu ifadə edirsiniz, bu isə o deməkdir ki, Allahdan başqasının, maddi güclərin qarşısında itaətkar deyilsiniz, onlara təslim olmaq niyyətiniz yoxdur. 100 00:18:40,740 --> 00:18:55,710 Onların düşmənçiliyinin səbəbi, İslam ümmətininsə qələbə, inkişaf, xeyir və qurtuluşunun yolu budur. 101 00:18:56,850 --> 00:19:06,050 Məhz İslamın əsaslarına, İslam şəriətinə bağlılıq müsəlmanlara qurtuluş bəxş edə bilər. 102 00:19:07,020 --> 00:19:16,740 Elə bizim öz ölkəmizdə, cəmiyyətimizdə bu, açıq-aydın hiss olunur ki, biz İslamın əsaslarına, dinimizin müəyyənləşdirdiyi hüdudlara 103 00:19:17,140 --> 00:19:26,340 harada və nə qədər çox bağlılıq nümayiş etdirmişiksə, Allah-taala bizə bir o qədər çox yardım edib, 104 00:19:26,800 --> 00:19:35,770 problemlərin öhdəsindən gələ bilmişik. Harda diqqətsizliyə yol verib qəflətə varmışıqsa, öz diqqətsizliyimizin zərbəsini almışıq. 105 00:19:36,400 --> 00:19:46,740 Və mən bu ölkənin, hətta İslam ümmətinin gələcəyi ilə bağlı bunu hiss və müşahidə edirəm ki, 106 00:19:47,140 --> 00:20:00,220 İslam dünyasının, İran xalqının və müsəlman ümmətinin vəhşi, yırtıcı xislətli və zalım düşmənləri 107 00:20:00,570 --> 00:20:06,510 sonda İslamın qarşısında diz çökməyə məcbur olacaqlar. 108 00:20:29,940 --> 00:20:42,510 Allahın köməyi ilə, gələcəkdə İslam dini və müsəlmanlar hörmət və nüfuza, müsəlman toplumları tərəqqi və inkişafa nail olacaq. 109 00:20:42,510 --> 00:20:50,740 Bu gələcək mütləqdir, intəhası çalışmaq lazımdır. Çalışıb-vuruşmadan, fədakarlıq etmədən, 110 00:20:51,370 --> 00:20:58,400 əl-ələ verib işləmədən heç bir məqsədə nail olmaq, heç bir şey əldə etmək mümkün deyil. 111 00:20:58,800 --> 00:21:08,050 Ümidvarıq, Allah-taala hamımıza, bütün İran xalqına, dünyanın bütün müsəlmanlarına 112 00:21:08,450 --> 00:21:17,650 bu yolda əlimizdən gələni edərək Yaradanın nəsib etdiyi uğura nail olmaq üçün mənəvi dəstək olacaq, inşallah. 113 00:21:18,170 --> 00:21:20,050 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.