1 00:00:09,240 --> 00:00:11,520 Mərhəmətli və Bağışlayan Allahın adı ilə! 2 00:00:11,580 --> 00:00:13,680 Həmd olsun Allaha – aləmlərin rəbbinə! 3 00:00:14,180 --> 00:00:18,300 Məhəmmədə, onun pak ailəsinə, 4 00:00:20,040 --> 00:00:22,940 həmçinin Allahın yer üzündə qalan sonuncu xəlifəsinə (İmam Zamana) salam və salavat göndəririk! 5 00:00:23,160 --> 00:00:27,220 Möhtərəm cənablar, xoş gəlmisiniz. 6 00:00:29,160 --> 00:00:34,680 Xubriqan Məclisinin möhtərəm sədri cənab Yəzdinin 7 00:00:34,660 --> 00:00:38,780 qeyd etdiyi üstünlüklərdən əlavə, 8 00:00:39,360 --> 00:00:43,240 bu iclasların daha bir üstün cəhəti də var ki, şəxsən mənə aiddir. 9 00:00:44,580 --> 00:00:53,240 Bu iclaslarda mən fürsət tapıb əziz qardaşlarımızla, 10 00:00:53,980 --> 00:00:56,160 möhtərəm cənablarla yaxından görüşürəm. 11 00:00:57,900 --> 00:01:06,540 Uca Yaradandan diləyim budur ki, öhdəmizə düşən bu ağır vəzifəni, 12 00:01:07,840 --> 00:01:11,100 ən gözəl surətdə, layiqincə yerinə yetirməkdə 13 00:01:11,280 --> 00:01:14,420 sizin hamınıza, dostlarımıza uğurlar nəsib etsin. 14 00:01:17,320 --> 00:01:21,960 Əvvəla, mən Xubriqan Məclisinə sədrlik etmək məsuliyyətini öhdəsinə götürdüyü üçün 15 00:01:22,680 --> 00:01:27,760 cənab Yəzdini təbrik edirəm. 16 00:01:28,920 --> 00:01:33,360 Onun şəxsiyyəti, keçmişi, şəxsi keyfiyyətləri 17 00:01:34,100 --> 00:01:41,960 bütün bunlar bu seçimin münasib və layiqli bir seçim olduğunu göstərir. 18 00:01:42,180 --> 00:01:47,280 İnşallah ki, can sağlığı və digər müxtəlif hazırlıqlar baxımından da 19 00:01:49,020 --> 00:01:52,540 Allah-Taala ona öhdəsinə düşən vəzifələri yerinə yetirməkdə kömək edər. 20 00:01:55,220 --> 00:02:00,820 Mərhum cənab Mehdəvinin də xatirəsini ehtiramla yad edirik. 21 00:02:02,560 --> 00:02:05,540 O, görkəmli bir şəxsiyyət idi. 22 00:02:06,960 --> 00:02:17,020 Doğrudan da, inqilabın qələbəsindən əvvəlki mücahidələrindən əlavə, mərhum cənab Mehdəvinin varlığı 23 00:02:17,360 --> 00:02:20,320 İslam İnqilabının qələbəsindən sonra uzunillik bir dövr ərzində də çox effektli oldu. 24 00:02:20,940 --> 00:02:32,140 O, fəal bir ruhaninin, elminə əməl edən bir alimin bariz təzahürü idi. 25 00:02:33,520 --> 00:02:40,300 Ümidvarıq ki, Uca Yaradan onu ən layiqli şəkildə mükafatlandıracaq, 26 00:02:40,340 --> 00:02:44,900 onu Öz rəhmət və bağışlamasının kölgəsi altına alacaq. 27 00:02:45,060 --> 00:02:53,960 Aldığım məlumata görə, daxili seçki keçirdiyiniz iclas, əlhəmdulillah, çox qətiyyətli, 28 00:02:54,780 --> 00:02:58,960 bu tip seçkilərin keçirildiyi qurumlar üçün örnək ola biləcək bir şəraitdə baş tutmuşdur; 29 00:02:59,740 --> 00:03:06,840 əlhəmdulillah, tam səbat və mətinliklə, 30 00:03:06,980 --> 00:03:16,240 səsvermələrin keçirildiyi iclaslarda adətən rast gəlinən o söz-söhbətlərdən, 31 00:03:16,900 --> 00:03:21,500 xoşagəlməz hallardan uzaq bir atmosferdə böyük bir işi həyata keçirmisiniz. 32 00:03:24,120 --> 00:03:29,040 Mən regionumuza 33 00:03:30,880 --> 00:03:36,160 və ola bilsin ki, dünyaya hakim olan vəziyyəti, 34 00:03:37,920 --> 00:03:45,380 İslam Respublikası ilə bir neçə hegemon, imperialiast dövlət arasında müxtəlif məsələlər- 35 00:03:46,660 --> 00:03:52,740 istər nüvə məsələsi, istərsə də digər mövzularla bağlı mövcud olan problemləri, 36 00:03:55,180 --> 00:04:01,280 həmçinin ölkə daxilindəki iqtisadi vəziyyəti, 37 00:04:03,000 --> 00:04:08,580 müxtəlif strukturların rəsmilərinin İslam dininin məqsədlərini reallaşdırmaq, xalqın mənafeyini təmin etmək üçün 38 00:04:08,780 --> 00:04:15,460 hər birinin özünəməxsus surətdə həyata keçirdiyi tədbirləri və göstərdikləri səyləri, 39 00:04:15,880 --> 00:04:21,640 ən nəhayət, bu gün Qərb və imperializm dünyasında 40 00:04:21,740 --> 00:04:30,180 yayğın bir təzahür olan islamafobiyanı- 41 00:04:30,280 --> 00:04:38,000 bütün bunları nəzərə alaraq düşündüm ki, bu gün bir məsələnin üzərində xüsusilə dayanmaq yerinə düşər; 42 00:04:38,000 --> 00:04:47,040 Qurana bütövlükdə nəzər saldıqda və dini təlimlərdən ümumilikdə yararlandıqda biz bir şeyi anlayırıq ki, 43 00:04:47,040 --> 00:04:58,460 İslamın müsəlmanlardan istədiyi şey mükəmməl bir islami sistemin yaradılmasıdır. 44 00:05:01,360 --> 00:05:06,460 İslam bu dinin mükəmməl şəkildə reallaşdırılmasını tələb edir. 45 00:05:08,680 --> 00:05:13,280 Qurana və dini təlimlərə nəzər salqdıqda insan ümumilikdə bunu hiss edir. 46 00:05:13,280 --> 00:05:22,040 Minimal din, minimumlarla kifayətlənmək – İslam nöqteyi-nəzərindən bunlar qəbuledilməzdir. 47 00:05:23,560 --> 00:05:30,440 Bizim dini maarifimizdə minimal din deyə bir şey yoxdur. 48 00:05:30,440 --> 00:05:35,380 Əksinə, Qurani-Kərimin bir çox yerində 49 00:05:36,000 --> 00:05:41,260 bəzi dini təlimlərə etinasız yanaşaraq digərləri ilə kifayətlənmək məzəmmət olunmuşdur. 50 00:05:43,280 --> 00:05:47,900 Məsələn: “O kəslər ki, Quranı hissələrə böldülər (onun bir hissəsinə əməl etdilər, bir hissəsinə isə yox)” (“Hicr” surəsi, ayə 91) – ayəsində, 51 00:05:49,500 --> 00:05:54,560 yaxud münafiqlərlə bağlı 52 00:05:55,360 --> 00:05:59,060 ““Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, – deyənlər...” (“Nisa” surəsi, 150-ci ayədən) ayəsində buna işarə olunur. 53 00:06:01,780 --> 00:06:08,880 Hətta dinin ədalətin bərqərar edilməsi kimi 54 00:06:10,300 --> 00:06:16,520 müstəsna əhəmiyyət daşıyan hissələri belə kifayət deyil ki, 55 00:06:16,780 --> 00:06:24,060 insan bununla özünü sakitləşdirib belə düşünsün: “Biz ədalətin bərqərar edilməsi üçün çalışırıq, ədaləti bərqərar edəcəyik, 56 00:06:24,060 --> 00:06:26,780 İslamı gerçəkləşdirmiş oluruq”. Xeyr, belə deyil. 57 00:06:26,780 --> 00:06:33,540 Doğrudur, cəmiyyətdə ədalətin bərqərar edilməsi mühüm bir məsələdir. 58 00:06:34,560 --> 00:06:36,500 “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. 59 00:06:36,840 --> 00:06:46,400 Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər”. (“Hədid” surəsi, 25-ci ayədən) 60 00:06:47,720 --> 00:06:51,080 “Hədid” surəsinin bu mübarək ayəsinə nəzər saldıqda ilk baxışdan belə görünür ki, 61 00:06:51,760 --> 00:06:58,580 peyğəmbərin göndərilməsində, kitabın və dini təlimlərin nazil edilməsində məqsəd ədaləti bərqərar etməkdir. 62 00:07:00,060 --> 00:07:06,740 لِيَقومَ النّاسُ بِالقِسط cümləsini istənilən formada mənalandırsaq belə, 63 00:07:07,820 --> 00:07:13,520 yenə də cəmiyyətdə ədalətin bərqərar edilməsinin əhəmiyyətini çatdırır; 64 00:07:13,520 --> 00:07:19,240 istər لِيَقومَ النّاسُ بِالقِسط yəni لِيُقيمَ النّاسُ القِسطَ mənasında, yəni “ba” hərfini təsirsiz feli təsirli felə çevirən önqoşma kimi götürək 65 00:07:20,100 --> 00:07:26,220 və deyək ki, yaşadıqları mühitdə ədaləti bərqərar etmək camaatın vəzifəsidir, 66 00:07:27,100 --> 00:07:32,080 istərsə də لِيَقومَ النّاسُ بِسَبَبِ القِسط kimi, yəni “ba” hərfini vasitəçilik mənası verən önqoşma kimi götürüb 67 00:07:32,420 --> 00:07:38,800 deyək ki, xalqla ədalətli davranmaq lazımdır – 68 00:07:38,800 --> 00:07:45,240 hər iki halda cəmiyyətdə ədalətin əhəmiyyəti açıqlanır. 69 00:07:45,240 --> 00:07:51,820 Lakin bu o demək deyil ki, müqəddəs dinimiz 70 00:07:51,820 --> 00:07:55,280 bizdən yalnız ədaləti bərqərar etməklə kifayətlənməyimizi, 71 00:07:55,740 --> 00:07:59,840 məsələn, İslamın digər hökmlərinə etinasızlıq göstərilsə belə, 72 00:08:00,380 --> 00:08:07,100 bütün əzm və gücümüzü ədalətin bərpasına yönəltməyimizi qəbul edir. 73 00:08:07,100 --> 00:08:09,960 Xeyr. Şərif ayədə buyurulur ki: 74 00:08:09,880 --> 00:08:17,340 “O kəslər ki, əgər onlara yer üzündə güc və imkan versək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər”. (“Həcc” surəsi, 41-ci ayədən) 75 00:08:19,240 --> 00:08:26,160 – yəni Allah-taalanın yer üzündə güc-qüdrət verdiyi kəslərdən gözləntisi budur ki, 76 00:08:26,160 --> 00:08:28,200 əvvəla, اَقامُوا الصّلوة – namaz qılsınlar, daha sonra isə 77 00:08:30,180 --> 00:08:36,460 – zəkat versinlər, insanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirsinlər; bütün işlərin sonu Allaha aiddir. 78 00:08:37,180 --> 00:08:41,840 Belə deyil ki, əgər biz ədalətin bərpasına önəm veririksə, 79 00:08:41,840 --> 00:08:46,260 namaz qılmamağa, namaza əhəmiyyət verməməyə, yaxud zəkat verməməyə, 80 00:08:46,260 --> 00:08:52,240 “əmr be məruf və nəhy əz münkər”ə etinasız yanaşmağa haqqımız var. 81 00:08:52,520 --> 00:08:58,740 Əksinə, “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin” – deyə peyğəmbərlər göndərmişik”. (“Nəhl” surəsi, 36-cı ayədən) 82 00:08:58,800 --> 00:09:04,640 – bu söz, bu məzmun Quranda bir neçə dəfə təkrar olunub 83 00:09:04,740 --> 00:09:10,940 və onu göstərir ki, Uca Yaradan peyğəmbərləri tövhid üçün, 84 00:09:11,460 --> 00:09:19,220 insanları Tağutdan çəkindirmək, Allaha ibadətə dəvət etmək üçün göndərmişdir. İşin əsasında bu durur. 85 00:09:19,820 --> 00:09:26,660 Yaxud Allah-Taalanın “Şura” surəsinin şərif ayəsində 86 00:09:27,020 --> 00:09:33,420 Nuha, İbrahimə, Musaya və digərlərinə verdiyi öyüd-nəsihətdən: “Dini doğru-dürüst tutun (qoruyub-saxlayın)” (“Şura” surəsi, 13-cü ayədən) 87 00:09:34,080 --> 00:09:37,580 ifadəsindən görünür ki, məqsəd dini bərpa etməkdir. 88 00:09:38,620 --> 00:09:41,200 Yəni dini bütövlüklə bərqərar etmək lazımdır. 89 00:09:41,320 --> 00:09:52,160 “... onda (dində) ayrılığa düşməyin...Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” (“Şura” surəsi, 13-cü ayə) 90 00:09:52,700 --> 00:10:01,540 – yəni dinə bütövlükdə, bütün tərkib hissələri və başlıca prinsipləri ilə birgə diqqət yetirilməlidir. 91 00:10:02,160 --> 00:10:09,680 Bu yanaşmanın, yəni dinin bütünlüklə, bütün tərkib hissələri ilə birgə 92 00:10:09,800 --> 00:10:15,520 bərqərar olunmasının başlıca əleyhdarları isə 93 00:10:17,300 --> 00:10:24,100 dünyanın quldur dövlətləri, imperialistləridir: 94 00:10:24,740 --> 00:10:28,480 “Sənin dəvət etdiyin şey müşriklərə ağır gəlir”. 95 00:10:28,720 --> 00:10:33,440 Yaxud da mübarək “Əhzab” surəsinin əvvəlindəki şərif ayədə: 96 00:10:33,860 --> 00:10:42,340 “Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (“Əhzab” surəsi, 1-ci ayə) 97 00:10:42,460 --> 00:10:51,560 yəni aləmin bütün zərrələrini və onların həyatı üçün vacib olanları bilən Allah-taala 98 00:10:51,560 --> 00:10:55,240 həm alimdir, elmlidir, həm də hikmətli. 99 00:10:55,700 --> 00:11:01,400 Bu məcmunun tərkibində sənin yolunu hikmətlə müəyyənləşdirib və sən o yolla getməlisən. 100 00:11:01,400 --> 00:11:11,160 “Rəbbindən sənə vəhy olunana tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır! Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər”. (“Əhzab” surəsi, 2, 3-cü ayələr) 101 00:11:11,560 --> 00:11:22,080 Sənin bu hərəkətinə qarşı düşmənçilik edənlər olacaq. Odur ki əsas məsələ budur. 102 00:11:22,560 --> 00:11:28,620 Bizim iddiasında olduğumuz, bərqərar etməyə çalışdığımız islami quruluş, İslam dövləti – 103 00:11:29,400 --> 00:11:36,100 İslami quruluş deyəndə ölkədə xalqın və rəsmilərin ümumi fəaliyyətini təşkil edən 104 00:11:36,800 --> 00:11:43,740 potensialın məcmusu nəzərdə tutulur; buna biz hökumət quruluşu deyirik, dövlət deyirik; 105 00:11:44,700 --> 00:11:49,520 xalqın və rəsmilərin ümumi hərəkatını stimullaşdıran 106 00:11:49,520 --> 00:11:52,500 güc və potensialın məcmusu islami quruluşdur, İslam dövlətidir – 107 00:11:52,840 --> 00:11:57,400 bu dövlət yalnız o zaman həqiqətən islami mahiyyətli olar ki, 108 00:11:57,760 --> 00:12:01,040 onda İslamın bütün komponentləri qorunsun, 109 00:12:02,020 --> 00:12:06,500 siması və mahiyyəti özünü göstərsin. 110 00:12:07,180 --> 00:12:12,320 İslamın siması bizim danışdıqlarımız, səsləndirdiyimiz fikirlər, gördüyümüz işlər 111 00:12:12,540 --> 00:12:17,770 və sair zahiri məsələlərdir. İslami mahiyyət isə odur ki, 112 00:12:18,000 --> 00:12:24,670 biz qarşımıza bir məqsəd qoyaq, özümüz üçün bir hədəf, ideal nəzərdə tutaq 113 00:12:24,750 --> 00:12:31,850 və o ideala çatmaq üçün əməlli-başlı fəaliyyət proqramları quraq, 114 00:12:32,150 --> 00:12:39,020 bu yolda iş görək, irəliləyək, bütün varlığımızla çalışıb-vuruşaq. 115 00:12:39,500 --> 00:12:47,900 Belə olan halda İslamın mahiyyəti həm qorunacaq, həm də mükəmməlləşməyə doğru gedəcək. 116 00:12:48,150 --> 00:12:51,300 Yəni hansısa etapda dayanıb qalmayacaq. 117 00:12:51,620 --> 00:12:59,200 Qarşıya qoyduğumuz hədəfə çatmaq üçün bizim ehtiyacımız olan şey həmin o mükəmməl fəaliyyət proqramıdır. 118 00:12:59,750 --> 00:13:08,220 Bu gün islami hakimiyyət quruluşunun, 119 00:13:09,350 --> 00:13:14,000 konkret olaraq İslam Respublikasının düşməni olan imperialistlər 120 00:13:14,650 --> 00:13:21,250 davranış dəyişikliyindən danışırlar, 121 00:13:21,400 --> 00:13:25,670 bəzən deyirlər ki, İslam Respublikasında hakimiyyətin dəyişməsini yox, İslam dövlətinin öz davranışını dəyişməsini istəyirlər 122 00:13:25,700 --> 00:13:29,650 – bu da elə həmin şeydir. Davranışın dəyişməsi ilə dövlətin dəyişməsinin heç bir fərqi yoxdur, 123 00:13:30,020 --> 00:13:38,120 eyni şeydir; yəni İslamın mahiyyətinin dəyişməsidir. Davranışın dəyişməsi bu deməkdir. 124 00:13:39,150 --> 00:13:45,820 İslam dövlətinin öz davranışlarını dəyişməsi o deməkdir ki, siz qarşıya qoyduğunuz hədəfə aparan yolun 125 00:13:45,950 --> 00:13:50,100 mütləq və vacib tələblərindən əl çəkəsiniz, 126 00:13:50,570 --> 00:13:57,470 onlara ciddi yanaşmayasınız, əzm və qətiyyətinizi əldən verəsiniz. 127 00:13:57,470 --> 00:14:00,520 Davranışları dəyişməyin mənası budur; 128 00:14:00,520 --> 00:14:08,550 yəni bəzən müəyyən adamların çıxışlarında və yazılarında rast gəldiyimiz, “minimal din” adlandırılan şey 129 00:14:09,100 --> 00:14:16,720 – idealları azaltmaq və dolayısı ilə, əslində, elə dinin mahiyyətinin məhv olması. 130 00:14:17,650 --> 00:14:23,500 Bu minimal din, əslində, elə dinin aradan getməsi deməkdir. 131 00:14:25,950 --> 00:14:31,000 Belə olan halda bizim əsas hədəfimiz 132 00:14:31,000 --> 00:14:36,900 və mütləq hərəkət kursumuz 133 00:14:36,900 --> 00:14:41,900 İslamı bütünlüklə, tam olaraq bərqərar etmək olmalıdır. 134 00:14:42,050 --> 00:14:48,000 Yəni biz əlimizdən gəldiyi, gücümüz yetdiyi qədər çalışmalıyıq ki, 135 00:14:48,170 --> 00:14:53,670 – düzdür, Allah-taala bizdən gücümüz, imkanlarımız xaricində olan bir şeyi gözləmir, 136 00:14:54,170 --> 00:14:57,620 amma yenə də məqsədimiz, çalışdığımız bu olmalıdır ki, 137 00:14:58,020 --> 00:15:06,700 – İslam dini bizim cəmiyyətimizdə bütövlüklə, tam olaraq reallaşsın. 138 00:15:07,520 --> 00:15:12,970 Hədəfimiz bu olanda dərhal ortaya bir problem çıxır – islamafobiya. 139 00:15:13,150 --> 00:15:23,250 İslamafobiya bu gün dünyada geniş yayılmış bir təzahürdür. Mənim fikrimcə, islamafobiya qarşısında əsla passiv mövqe seçmək olmaz. 140 00:15:23,920 --> 00:15:28,820 İslamafobiya var, 141 00:15:28,820 --> 00:15:37,850 müəyyən qüvvələr xalqları, cəmiyyətləri, gəncləri, beyinləri İslamdan qorxutmağa çalışır. 142 00:15:37,850 --> 00:15:45,950 Bunlar kimlərdir? Məsələni düzgün araşdırıb təhlil etdikdə 143 00:15:46,270 --> 00:15:59,600 görürük ki, bunlar elə İslamın hakimiyyətə gəlməsindən qorxan, hegemonluq iddiasında olan bir ovuc soyğunçu dövlətdir. 144 00:15:59,600 --> 00:16:01,600 Onlar siyasiləşmiş İslamdan qorxurlar, 145 00:16:01,850 --> 00:16:08,220 İslamın cəmiyyətin yaşamında əks olunmasından qorxurlar. 146 00:16:08,220 --> 00:16:12,700 Bu qorxularının səbəbi isə mənafelərinə zərbə dəyə biləcəyini ehtimal etmələridir. 147 00:16:12,700 --> 00:16:21,170 İslamafobiya, əslində, super güclərin İslam qarşısında qorxusunun, çaşqınlığının təzahür formasıdır. 148 00:16:21,450 --> 00:16:28,300 Məsələ bundan ibarətdir. Yəni siz burada zəhmət çəkmisiniz, İran xalqı çalışıb, 149 00:16:28,300 --> 00:16:36,300 zəhmət çəkib, əzab-əziyyətə qatlaşıb, İslam dövlətini hakimiyyətə gətirib, bu hakimiyyət quruluşunu təsbit edib, 150 00:16:36,300 --> 00:16:43,970 əsaslarını möhkəmləndirib, cürbəcür olaylar qarşısında ona toxunulmazlıq və təhlükəsizlik qazandırıb, 151 00:16:44,100 --> 00:16:50,000 bunlar elə İslamın hakimiyyətə gəlməsindən qorxan, hegemonluq iddiasında olan bir ovuc soyğunçu dövlətdir. 152 00:16:50,100 --> 00:16:57,820 Bu gün dünyada mövcud olan islamafobiya, əslində, onların narahatlığının, 153 00:16:57,820 --> 00:17:01,620 çaşqınlığının inikasıdır; onu göstərir ki, siz irəli getmisiniz; 154 00:17:02,020 --> 00:17:08,450 onu göstərir ki, bu yerə qədər İslam uğurla irəliləyə bilib. 155 00:17:09,000 --> 00:17:18,870 Əlbəttə ki, onların İslamın əleyhinə apardığı bütün bu işlər, 156 00:17:18,870 --> 00:17:23,270 islamafobiya üçün göstərdikləri səylər əks nəticə verəcək. 157 00:17:23,270 --> 00:17:27,500 Bu mənada ki, gənclərdə İslamla bağlı saysız-hesabsız suallar doğuracaq. 158 00:17:28,820 --> 00:17:35,450 Yəni dünya ölkələrində yaşayan adi insanlara tək bir işarə olunsa, 159 00:17:35,900 --> 00:17:38,250 bu məsələyə diqqətlərini çəkmək mümkün olsa 160 00:17:38,720 --> 00:17:45,250 birdən-birə düşünəcəklər ki, sionist mediasında, 161 00:17:45,250 --> 00:17:50,200 güclü maliyyə dairələrindən asılı olan bu televiziya şəbəkələrində 162 00:17:50,550 --> 00:17:54,870 İslama qarşı bu qədər hücumlar edilməsinin səbəbi nədir? 163 00:17:55,500 --> 00:18:03,100 Bunun özü sual doğurur və mənə elə gəlir ki, bu sual bərəkətli olub, 164 00:18:03,100 --> 00:18:07,500 bu təhdidi fürsətə çevirməyə qadirdir. 165 00:18:07,770 --> 00:18:16,770 Biz İslam Respublikasında yaşayan insanlar hamımız çalışmalıyıq ki – 166 00:18:16,970 --> 00:18:23,320 yəni bizim öhdəmizə düşən böyük və mühüm bir iş odur ki – 167 00:18:23,320 --> 00:18:27,220 əsl İslamı dünyaya təqdim edək, 168 00:18:28,100 --> 00:18:36,520 məzlumun havadarı, zalımın düşməni olan İslamı dünyaya tanıdaq. 169 00:18:37,850 --> 00:18:43,900 Avropada, Amerikada və ya dünyanın digər uzaq bir yerində yaşayan gənclər 170 00:18:44,450 --> 00:18:49,920 İslamın zalımın əleyhinə, məzlumun isə tərəfində olan bir qüvvə, 171 00:18:50,770 --> 00:18:53,650 stimul və hərəkatdan ibarət olduğunu, 172 00:18:53,820 --> 00:19:06,850 bunu öz vəzifəsi hesab etdiyini və bu istiqamətdə çalışmağa qərarlı olduğunu öyrənəndə 173 00:19:07,250 --> 00:19:08,800 bu xüsusiyyətlər onları həyəcanlandıracaq. 174 00:19:09,100 --> 00:19:18,750 Rasionallığın tərəfdarı olan, özündə dərin fəlsəfələri ehtiva edən, 175 00:19:18,750 --> 00:19:28,620 Quranda ağıl, məntiq və düşüncəyə bu qədər önəm vermiş İslamı dünyaya tanıtmalıyıq. 176 00:19:28,620 --> 00:19:39,920 Sağlam düşüncənin tərəfdarı olan, hər cür ayrı-seçkiliyin, mürtəceliyin, öz təxəyyül və fantaziyalarının əsirinə çevrilməyin – 177 00:19:40,120 --> 00:19:43,120 belə ki müəyyən insanlar İslam adı altında bu şeyləri təbliğ edirlər – 178 00:19:43,120 --> 00:19:45,850 bu kimi şeylərin əleyhinə olan, əsl, qatqısız İslamı dünyaya təqdim edib: “İslam budur!” – deməliyik; 179 00:19:46,500 --> 00:19:51,250 məsuliyyətli, bivecliyi, etinasızlığı qəbul etməyən İslamı tanıtmalıyıq. 180 00:19:52,500 --> 00:19:57,950 Bəli, bu gün bir çox qurumlar gəncləri vecsizliyə, 181 00:19:58,150 --> 00:20:06,050 cürbəcür hadisələrə qarşı laqeydliyə, laübalılığa sövq edir. 182 00:20:06,220 --> 00:20:09,920 İnsanı məsuliyyətli bir varlıq bilən İslam dini isə 183 00:20:09,920 --> 00:20:13,650 onu məsuliyyətli görmək istəyir, ondan bunu tələb edir. 184 00:20:14,250 --> 00:20:20,000 Sekulyar İslama qarşı insanların həyatında əks olunan İslam! 185 00:20:20,320 --> 00:20:24,100 Sekulyar İslam kilsənin küncünə çəkilmiş, 186 00:20:24,720 --> 00:20:28,770 özünü həbs etmiş, 187 00:20:29,700 --> 00:20:34,520 real həyatda heç bir iştirakı olmayan sekulyar xristianlıq kimidir; 188 00:20:34,900 --> 00:20:36,550 sekulyar İslam da belədir. 189 00:20:36,550 --> 00:20:40,800 Bu gün bəziləri insanları təcrid olunmuş, inzivaya çəkilmiş İslama dəvət edirlər; 190 00:20:40,800 --> 00:20:43,770 camaatın yaşamı ilə heç bir əlaqəsi olmayan, 191 00:20:43,920 --> 00:20:49,770 insanları yalnız ibadətə, məscidlərin, evlərin küncündə sıxılıb qalan bir şeyə çağıran İslama. 192 00:20:51,320 --> 00:20:58,300 Biz isə insanların həyatına daxil olan İslamı tanıtdırmalıyıq; zəiflərə qarşı mərhəmətli olan, 193 00:20:58,920 --> 00:21:04,870 imperialistlərə qarşı cihad edib mübarizə aparan İslamı. Məncə, bu, hamının öhdəsinə düşən bir vəzifədir. 194 00:21:04,870 --> 00:21:14,150 Bizim təbliğat qurumlarımız, elmi mərkəzlərimiz, teoloji mərkəzlərimiz bu hədəfi izləməlidirlər. 195 00:21:14,150 --> 00:21:19,950 Bu gün onların İslamı hədəfə almalarının, 196 00:21:20,320 --> 00:21:23,800 İslama qarşı hücumlar etməyinin səbəbi budur. Hədəfə alanların kimliyi 197 00:21:23,800 --> 00:21:29,020 hansı strukturlar, hansı cərəyanlar olduğu da bəllidir; aydındır. 198 00:21:29,400 --> 00:21:36,320 Bunlar əksəriyyət etibarilə yəhudi sionistlərə, 199 00:21:36,520 --> 00:21:45,050 yəhudi sionistlərə olmasa da, sionistlərə aid olan siyasi və iqtisadi güc və maliyyə mərkəzlərindən asılı qüvvələrdir; 200 00:21:45,050 --> 00:21:49,300 dediyim kimi, bu gün dünyada yəhudi olmayan sionistlər də var. 201 00:21:50,200 --> 00:21:55,020 Onlara cavab olaraq biz fürsətdən istifadə edib 202 00:21:55,450 --> 00:22:02,370 dünya ictimaiyyətinə, gənclərə bu sualı təlqin etməliyik: 203 00:22:02,520 --> 00:22:05,050 fikirləşin, görün İslama nəyə görə bu qədər hücumlar olunur? 204 00:22:05,050 --> 00:22:08,920 Daha sonra isə əsl, gerçək İslamı onlara təqdim etməliyik. 205 00:22:08,920 --> 00:22:16,850 Məncə, əgər biz ruhanilər, elm əhli, 206 00:22:16,850 --> 00:22:20,970 din problemləri ilə məşğul olan insanlar 207 00:22:22,150 --> 00:22:29,050 bütün işlərimizdə bunu – yəni İslamın tam şəkildə reallaşmasını, 208 00:22:29,700 --> 00:22:37,220 buna düşmən olanlarla mübarizəni qarşıya məqsəd qoysaq, çoxlu uğurlar əldə edə bilərik. 209 00:22:38,020 --> 00:22:40,500 Biz dünya miqyasında da bir çox problemlərlə üz-üzəyik. 210 00:22:40,500 --> 00:22:45,600 Düşünürəm ki, dünyada məruz qaldığımız problem və qarşıdurmalara səthi yanaşmaq lazım deyil. 211 00:22:49,870 --> 00:22:49,900 Bu gün biz Amerika, 212 00:22:50,320 --> 00:22:53,170 eləcə də bəzi Avropa dövlətləri ilə problemlər yaşayırıq. 213 00:22:53,770 --> 00:23:00,220 Doğrudur, bu gün açıq-aşkar mübahisə doğuran mövzu nüvə məsələsidir, 214 00:23:00,320 --> 00:23:05,320 amma bizimlə onlar arasında problemlərə yol açan digər cürbəcür məsələlər də var. 215 00:23:05,320 --> 00:23:10,420 Gəlin baxaq görək bu problemlər, qarşıdurmalar nədən doğur? 216 00:23:10,700 --> 00:23:16,970 Yəni kökləri araşdıraq və səthi yanaşmadan çəkinək. 217 00:23:17,350 --> 00:23:22,900 Bir də onu deyim ki, biz qarşılaşdığımız problemləri düzgün araşdırmalıyıq. 218 00:23:23,250 --> 00:23:29,970 Məsələn, sanksiyalara məruz qalmışıq 219 00:23:29,970 --> 00:23:36,720 və bundan iqtisadiyyatımıza, həyatımızın cürbəcür sferalarına zərbə dəyib. 220 00:23:37,100 --> 00:23:42,120 Bu zərbələr nədən qaynaqlanır? Diqqətlə incələyəndə görürsən ki, 221 00:23:42,520 --> 00:23:49,270 məsələn, bu zərbələr bizim neftdən asılılığımızdan qaynaqlanır. 222 00:23:50,820 --> 00:23:59,370 Yaxud daha çox əhalinin iqtisadiyyatda iştirakının zəif olmasından, 223 00:23:59,370 --> 00:24:03,000 yəni dövlət sektorunun üstünlük təşkil etməsindən irəli gəlir; daha çox bunlardan qaynaqlanır. 224 00:24:03,950 --> 00:24:13,450 Əgər biz əsas amili tapıb üzə çıxarsaq və ona bu və ya digər şəkildə əlac etsək, 225 00:24:13,870 --> 00:24:16,800 sanksiyalar neytrallaşar və ya təsiri azalar. 226 00:24:17,420 --> 00:24:20,100 Düşmən ona görə bizə sanksiyalar tətbiq edə bilir, 227 00:24:20,100 --> 00:24:26,020 məsələn, neftimizə əl qoyub bununla bizə əziyyət verə bilir ki, 228 00:24:26,120 --> 00:24:31,720 biz yaşamımızda və iqtisadiyyatımızda neftə başlıca yer ayırmışıq. 229 00:24:32,720 --> 00:24:36,570 Bu sanksiyalar ona görə birbaşa dövlətə yönəlir, 230 00:24:36,700 --> 00:24:41,300 cürbəcür hökumət strukturlarına təsir göstərir ki, 231 00:24:41,450 --> 00:24:44,070 bu qurumlar dövlətə aiddir. 232 00:24:44,570 --> 00:24:52,150 Biz iqtisadi sferaya cürbəcür ictimai qurumları cəlb edə bilərdik. 233 00:24:52,670 --> 00:25:00,070 İnqilabın əvvəllərində bizim yol verdiyimiz səhv odur ki, 234 00:25:00,200 --> 00:25:03,270 hər bir şeyin dövlətin mülkiyyətində, dövlətə aid olmalı olduğuna israr edirdik. 235 00:25:04,150 --> 00:25:09,450 Biz həyatın hətta xırda, elementar sferalarını belə dövlətə həvalə etmişik, 236 00:25:09,450 --> 00:25:13,600 nəticəsi də bu olub; bunların çarəsini tapmaq lazımdır. 237 00:25:15,870 --> 00:25:21,520 Məncə, əgər biz bu cür düşünüb bu cür hərəkət etsək, problemlər həllini tapar. 238 00:25:21,750 --> 00:25:29,670 Yəni biz problemlərimizin həllində qarşı tərəfin yaxşı və ya pis münasibətindən asılı olmarıq. 239 00:25:30,020 --> 00:25:33,500 Bizimlə düşmənlərimiz, 240 00:25:34,020 --> 00:25:40,220 imperialistlər arasında olan qarşıdurma atmosferinə, 241 00:25:40,220 --> 00:25:43,870 o cümlədən hazırda gedən danışıqlara, doğrudan da, özümüz təsir göstərə bilərik. 242 00:25:44,370 --> 00:25:58,300 Hazırda bizim diplomatik fəaliyyətimizdə, xarici siyasətlə bağlı fəaliyyətimizdə 243 00:25:58,300 --> 00:26:01,070 daha çox önə keçən məsələ nüvə ətrafında gedən danışıqlardır. 244 00:26:01,350 --> 00:26:11,420 Düşünürəm ki, o dediklərim, həmin meyar, həmin məntiq bu danışıqlarda da tam effektiv ola bilər. 245 00:26:12,050 --> 00:26:14,620 Əlbəttə ki, bu yerdə mən bir şeyi də demək istəyirəm: 246 00:26:15,900 --> 00:26:22,970 möhtərəm ölkə başçımızın nüvə danışıqları üçün təyin etdiyi komandada 247 00:26:23,500 --> 00:26:27,520 yaxşı və etibarlı insanlar təmsil olunur. 248 00:26:27,870 --> 00:26:33,550 Onlardan bəzilərini mən yaxından tanıyıram, doğrudan da, layiqli olduqlarını bilirəm, 249 00:26:33,550 --> 00:26:38,500 bəziləri haqda isə məndə uzaqdan – gördükləri işlərdən, səsləndirdikləri bəyanatlardan müəyyən fikir yaranıb; 250 00:26:38,770 --> 00:26:43,920 həm etibarlıdırlar, həm də canıyanan; işləyirlər, çalışırlar; 251 00:26:44,050 --> 00:26:47,670 bunu insafla etiraf etməliyik. 252 00:26:47,670 --> 00:26:50,620 Amma mən 253 00:26:51,370 --> 00:26:59,950 bu dostlarımızın, qardaşlarımızın yaxşı, etibarlı insanlar olduğunu, 254 00:27:00,470 --> 00:27:04,800 ölkənin mənafeyi üçün çalışdıqlarını bilsəm də, yenə nigaranam; 255 00:27:04,800 --> 00:27:09,750 çünki qarşı tərəf çox hiyləgər biridir. 256 00:27:10,500 --> 00:27:14,600 Adətən zahirən böyük, möhtəşəm olan şəxslərin 257 00:27:15,100 --> 00:27:24,470 və ya tərəflərin hiyləgərliyi diqqətdən yayınır. 258 00:27:24,470 --> 00:27:26,570 İnsan bunların da hiyləgərlik edə biləcəyini düşünmür. 259 00:27:28,120 --> 00:27:32,900 Bəli, bu gün Amerika zahirən möhtəşəmdir, 260 00:27:33,050 --> 00:27:39,070 maliyyə, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından güclüdür 261 00:27:40,470 --> 00:27:45,120 və belə qüdrətli bir dövlətin 262 00:27:45,520 --> 00:27:49,670 zəiflərə qarşı da hiylə işlədə biləcəyi ağıla gəlmir; amma o, bunu edir. 263 00:27:51,200 --> 00:27:59,270 Hiyləgərdir, ikiüzlüdür, arxadan zərbə vurandır; 264 00:28:00,050 --> 00:28:05,350 belədir. Biz elə düşünməməliyik ki, onların nüvə silahı, 265 00:28:05,350 --> 00:28:14,920 güclü ordusu var deyə hiyləyə, məkrli planlara əl atmağa ehtiyacları yoxdur. 266 00:28:15,650 --> 00:28:19,470 Xeyr, məhz elə onların ehtiyacı daha çoxdur və bunu edirlər də; 267 00:28:19,570 --> 00:28:23,770 doğrudan da, hiyləgərlik edirlər. Məni narahat edən budur. 268 00:28:23,920 --> 00:28:28,170 Düşmənin hiylələrindən ehtiyatlı olmalıyıq. 269 00:28:28,170 --> 00:28:32,920 Hər dəfə danışıqların yekunlaşması üçün konkret vaxt təyin olunanda 270 00:28:33,150 --> 00:28:37,020 və o vaxt yaxınlaşanda qarşı tərəf, 271 00:28:37,120 --> 00:28:42,350 xüsusilə də Amerika daha kəskin, daha aqressiv, daha acıqlı tonla danışmağa başlayır. 272 00:28:42,500 --> 00:28:49,220 Bu da onların hiylələrindən, məkrli planlarından biridir. 273 00:28:49,770 --> 00:28:54,070 Görürsünüz ki, səsləndirdikləri bəyanatlar da, həqiqətən, 274 00:28:54,070 --> 00:28:55,920 necə alçaq, nifrətamizdir. 275 00:28:56,120 --> 00:28:59,150 Bu günlərdə Amerika rəsmiləri 276 00:28:59,950 --> 00:29:07,150 bir sionist təlxək ora gedib nələrsə danışıb deyə, 277 00:29:08,200 --> 00:29:12,220 yaxalarını kənara çəkmək üçün müəyyən fikirlər səsləndiriblər, 278 00:29:12,220 --> 00:29:17,070 amma İranı da ittiham ediblər ki, İran terrorizmin tərəfdarıdır. 279 00:29:17,150 --> 00:29:19,670 Bu, gülünc bir sözdür. 280 00:29:19,670 --> 00:29:23,620 Bu gün dünyada hamı açıq-aydın görür ki, 281 00:29:23,970 --> 00:29:29,470 İŞİD və bu kimi ən murdar terroristlərə 282 00:29:29,470 --> 00:29:34,420 himayədarlıq edən, bunları ortaya çıxaran, 283 00:29:34,900 --> 00:29:38,670 hələ də üzdə onlarla mübarizə apardığını dediyinə baxmayaraq, 284 00:29:39,100 --> 00:29:44,450 onları dəstəkləməkdən əl çəkməyən dövlətlər Amerika və onun müttəfiqləridir. 285 00:29:44,550 --> 00:29:50,050 Terrorizmin, murdar və qəddar terroristlərin tərəfdarları bu gün regionda 286 00:29:50,050 --> 00:29:51,820 Amerika ilə əl-ələ verib 287 00:29:51,900 --> 00:30:00,270 onu dəstəkləyənlər, ona kömək edənlər, əməkdaşlıq edənlərdir. 288 00:30:01,020 --> 00:30:09,470 Amerikalılar terrorçu olduğunu rəsmən etiraf edən bir dövləti, 289 00:30:09,470 --> 00:30:13,850 yəni qondarma İsrail rejimini himayə edirlər; 290 00:30:13,850 --> 00:30:17,420 açıq-aşkar himayə edirlər. Terrorizmi himayə etmək əslində budur. 291 00:30:18,120 --> 00:30:22,720 Onlar terrorizmi ən çirkin formada himayə edir, 292 00:30:22,720 --> 00:30:28,950 bununla belə, sonra da İslam Respublikasını 293 00:30:28,950 --> 00:30:34,700 terrorun tərəfdarı olmaqda ittiham edirlər. Bütün bunlara diqqət yetirmək lazımdır. 294 00:30:34,700 --> 00:30:38,650 Senatorların yazdığı o məktubda da – 295 00:30:39,570 --> 00:30:46,320 hansında ki, doğrudan da, müəyyən məqamları müşahidə etmək olurdu – 296 00:30:46,370 --> 00:30:51,500 Amerika dövlətində siyasi əxlaqın tənəzzülə uğramasının əlamətlərini görmək olurdu; 297 00:30:51,800 --> 00:30:54,700 bu, açıq-aydın göz önündədir, onlar, həqiqətən də, iflasa uğramaqdadır. 298 00:30:54,700 --> 00:31:06,200 Çünki dünyadakı bütün dövlətlər qəbul edilmiş beynəlxalq qərarlara əsasən öhdələrinə düşən vəzifələrə əməl edirlər. 299 00:31:06,650 --> 00:31:11,100 Hökumət administrasiyaları dəyişilsə də, 300 00:31:11,470 --> 00:31:15,520 o öhdəçiliklər yerində qalır və əməl olunur; 301 00:31:15,770 --> 00:31:17,400 pozulmur. 302 00:31:17,720 --> 00:31:27,070 Cənab senatorlar isə götürüb açıq-aşkar elan ediblər ki, əgər Amerikada hazırkı hökumət hakimiyyətdən getsə, 303 00:31:27,620 --> 00:31:32,470 sizinlə bağlanan bu müqavilə, qəbul olunan öhdəçilik elə bil ki heç olmayıb! 304 00:31:32,850 --> 00:31:36,650 Bu, siyasi əxlaqın tənəzzülünün ən son həddidir 305 00:31:37,350 --> 00:31:42,470 və onu göstərir ki, o administrasiyanın hakimiyyətini davam etdirməsi, həqiqətən də, mümkün deyil. 306 00:31:42,670 --> 00:31:48,270 Yəni əgər bir administrasiyada belə şeylər müşahidə olunursa, 307 00:31:48,470 --> 00:31:54,270 o artıq daxildən çürümüş bir administrasiyadır. 308 00:31:54,270 --> 00:32:01,520 Sonra da deyirlər ki, biz iranlılara qanunlarımızın nə olduğunu başa salmaq, öyrətmək istəyirik. 309 00:32:01,800 --> 00:32:06,470 Bizim onların dərsinə ehtiyacımız yoxdur; biz hansısa razılaşma əldə etsək belə, 310 00:32:06,670 --> 00:32:13,420 bilirik necə etmək lazımdır ki, sonradan onlar İslam Respublikasını qapı arxasında qoya bilməsinlər. 311 00:32:13,700 --> 00:32:18,020 İslam Respublikasının rəsmiləri necə hərəkət etmək lazım olduğunu yaxşı bilirlər, 312 00:32:18,270 --> 00:32:22,170 onların dərsinə ehtiyacları yoxdur, amma onlar bunu edirlər. 313 00:32:22,170 --> 00:32:24,800 Bu, doğrudan da, iflasın, tənəzzülün əlamətidir. 314 00:32:25,950 --> 00:32:29,100 Hər halda, bizim bütün işlərimiz, 315 00:32:29,170 --> 00:32:31,050 bütün səylərimiz, 316 00:32:31,050 --> 00:32:35,320 istər iqtisadi, istərsə də mədəni məsələlərlə bağlı 317 00:32:35,320 --> 00:32:42,270 qəbul etdiyimiz qərarlar – əgər yeni ilin əvvəlinə sağ-salamat çıxsaq, 318 00:32:42,470 --> 00:32:47,200 bu barədə deyiləsi bəzi məqamlar var ki, inşallah, qeyd edəcəyik 319 00:32:47,420 --> 00:32:57,970 – bütün bunlarda bir başlıca prinsipi yaddan çıxarmamalıyıq ki, bizim vəzifəmiz İslamı tam, mükəmməl şəkildə reallaşdırmaqdır. 320 00:32:58,500 --> 00:33:02,350 Məqsədimiz kamil İslam olmalıdır. 321 00:33:02,520 --> 00:33:08,100 Belə olmasın ki, məsələn, 322 00:33:09,520 --> 00:33:13,550 filan işdə uğur qazanmaq üçün İslamın ideallarından azaldaq; yox, 323 00:33:13,650 --> 00:33:18,150 bizim uğurumuz, bizim inkişafımız İslamı mükəmməl surətdə reallaşdırmağımızdan asılıdır. 324 00:33:18,150 --> 00:33:21,900 Belə olsa, Uca Yaradan da bizə yardım edəcək. 325 00:33:22,770 --> 00:33:31,700 İlahi yardım, sözsüz və heç şübhəsiz, bizim Allahın dininə nə dərəcədə yardım etməyimizə bağlıdır. 326 00:33:32,400 --> 00:33:35,700 “Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım etsəniz, O da sizə yardım edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən) 327 00:33:35,870 --> 00:33:40,400 Daha bundan açıq, bundan aydın söz ola bilməz. 328 00:33:40,600 --> 00:33:43,820 اِن تَنصُرُوا الله – Yəni Allahın dininə yardım etməlisiniz. 329 00:33:44,270 --> 00:33:47,900 “Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və sizi sabitqədəm edər”. 330 00:33:48,650 --> 00:33:51,150 “Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cə ayədən) 331 00:33:51,270 --> 00:33:57,920 Bunlar Allah-taalanın təkidlə, qətiyyətlə verdiyi vədlərdir. Allahın bu vədlərinə etinasız yanaşmaq olmaz. 332 00:33:58,550 --> 00:34:01,100 “...Allah barədə bədgüman olanlar ...” (“Fəth” surəsi, 6-cı ayədən) 333 00:34:02,750 --> 00:34:12,670 – insanın Allahın verdiyi vədlərin reallaşa bilməyəcəyini düşünməsi Uca Yaradana qarşı bədgümanlığın ən pis formasıdır. 334 00:34:12,670 --> 00:34:16,600 Allah-taala mübarək “Fəth” surəsində 335 00:34:17,420 --> 00:34:22,370 belələrinə qəzəbi tutduğunu bildirmişdir. 336 00:34:22,370 --> 00:34:26,050 Ümidvaram ki, Allah-taala bu sahədə öhdəmizə düşən 337 00:34:26,520 --> 00:34:31,450 hər bir vəzifəni yerinə yetirməkdə sizə və bizə mənəvi dəstək olacaq 338 00:34:32,170 --> 00:34:37,000 və inşallah, bu işlərdən qaynaqlanan bərəkətlər bizə, 339 00:34:37,000 --> 00:34:42,220 ölkəmizə və xalqımıza şamil olunacaq. 340 00:34:42,220 --> 00:34:47,620 Ümid edirəm ki, Allah-taala dahi İmam Xomeyninin (r.ə) pak ruhunu şad edəcək, 341 00:34:48,170 --> 00:34:53,320 bizə bu yolu göstərmiş, bu yolu bizim üzümüzə açmış, bizi bu yolda irəliləməyə ruhlandırmış 342 00:34:53,470 --> 00:34:56,770 şəhidlərimizin də pak ruhlarını, inşallah, şad edəcək. 343 00:34:57,320 --> 00:35:00,020 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.