1 00:00:08,490 --> 00:00:11,020 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:12,430 --> 00:00:15,880 Peyğəmbərimiz və mövlamız Əbülqasim Mustafa Muhəmmədə və onun pak ailəsinə salam və salavat göndəririk. 3 00:00:25,120 --> 00:00:35,210 Hörmətli görüş iştirakçıları, əziz qonaqlar, 4 00:00:37,310 --> 00:00:45,560 bu böyük, tarixi və misilsiz bayram münasibətilə sizi, İran xalqını 5 00:00:48,350 --> 00:00:52,750 və yer üzünün bütün müsəlmanlarını, 6 00:00:56,480 --> 00:01:08,170 habelə qəlbi ədalət, insanlıq və azadlıq uğrunda döyünən bütün insanları təbrik edirəm. 7 00:01:11,150 --> 00:01:19,020 Besət təkcə müsəlmanların yox, hamının bayramıdır. 8 00:01:24,310 --> 00:01:42,350 Besət bayramı, besət gününün bayram edilməsi, əslində, daha çox bunun üçündür ki, 9 00:01:43,420 --> 00:01:53,680 biz besətin mahiyyətini bir daha nəzərdən keçirib ondan ibrət dərsi götürək; məqsəd budur. 10 00:01:54,400 --> 00:02:00,750 Besətin ibrətverici dərslərinə bizim həmişə ehtiyacımız var. 11 00:02:02,400 --> 00:02:09,910 Besət yalnız müəyyən bir etap üçün əhəmiyyət kəsb edən tarixi bir hadisə deyil; 12 00:02:10,710 --> 00:02:13,280 tarixin bütün dövrləri üçündür. 13 00:02:14,530 --> 00:02:26,000 Bu gün mən besətin böyük bir çoxluq təşkil edən dərsləri içərisindən 14 00:02:26,000 --> 00:02:36,440 qısaca olaraq bunu qeyd etmək istəyirəm ki, besət cahiliyyətlə mübarizə aparmaq üçün gəlmişdi. 15 00:02:37,020 --> 00:02:49,110 İslam ədəbiyyatında Peyğəmbəri-Əkrəmin (s) gəlişindən əvvəlki dövr cahiliyyət adlanır. 16 00:02:50,750 --> 00:03:08,840 Elə güman etmək lazım deyil ki, bu cahiliyyət təkcə Ərəbistan yarımadasına, Məkkə, Hicaz və digər məntəqələrin ərəblərinə aid idi. 17 00:03:09,280 --> 00:03:18,750 Xeyr, bu cahiliyyət ümumi xarakter daşıyırdı. O dövrün İranı da, 18 00:03:18,970 --> 00:03:23,820 Roma imperatorluğu da cahiliyyətə qərq olmuşdu. 19 00:03:28,080 --> 00:03:36,620 İslam dini və Peyğəmbərin besəti ümumilikdə bu cahiliyyətlə mübarizə aparmaq üçün təzahür etmişdi. 20 00:03:37,460 --> 00:03:43,460 Cahiliyyət təkcə elmsizlik demək deyil. 21 00:03:45,510 --> 00:03:54,840 İslam dini ilə bağlı ədəbiyyatda cahiliyyət daha geniş şəkildə mənalandırılır. 22 00:03:55,020 --> 00:04:02,040 Elmsizlik, elmin yoxluğu cahiliyyətin bir hissəsidir, 23 00:04:04,170 --> 00:04:12,040 amma geniş mənada cahiliyyət 24 00:04:12,350 --> 00:04:24,130 şəhvət və qəzəbin insan həyatına hakim kəsilməsindən ibarətdir. Cahiliyyət bax budur. 25 00:04:27,060 --> 00:04:47,950 Cahiliyyət o deməkdir ki, cəmiyyət əksəriyyət etibarilə öz hakim dairələrinin şəhvət və qəzəb meyillərinin elə bir formada təsiri altına düşür ki, 26 00:04:48,130 --> 00:04:56,570 gözəl keyfiyyətlər onda itib-batır, rəzilliklər isə qabarıq surətdə üzə çıxır. Cahiliyyət budur. 27 00:04:59,600 --> 00:05:09,110 Cahiliyyət dövrünün insanlarının həyatında müxtəlif cür azğınlıqlar geniş bir şəkildə özünü göstərirdi: 28 00:05:10,710 --> 00:05:21,680 bir yandan cinsi və nəfsani və s. bu kimi ehtiraslar cilovlanmaz bir şəkildə tüğyan edirdi – 29 00:05:22,400 --> 00:05:28,880 həmin dövrdə Ərəbsitan yarımadasının vəziyyətinə baxın; o biri məntəqələr də eynilə o cür idi; 30 00:05:29,510 --> 00:05:39,150 ipə-sapa yatmayacaq bir şəkildə şəhvətlərə qərq olmuşdular, imkanı olan hər kəs şəhvətbazlıq edirdi – 31 00:05:40,170 --> 00:05:57,680 digər tərəfdən də şəhvətinə tabe olmuş həmin insanların qəddarlığı, dağıdıb viran etmək, qan tökmək həvəsi 32 00:05:58,220 --> 00:06:08,220 o qədər təsəvvürəgəlməz dərəcəyə çatmışdı ki, onlar hətta öz övladlarını belə öldürürdülər. 33 00:06:10,750 --> 00:06:13,950 قَد خَسِرَ الَّذينَ قَتَلوا اَولادَهُم 34 00:06:16,170 --> 00:06:20,620 –“öz övladını öldürən şəxslər”. 35 00:06:21,730 --> 00:06:24,260 – “səfehlik üzündən”; 36 00:06:25,370 --> 00:06:29,150 səfehliyin nəticəsi idi. Bu səfehlik də elə cahiliyyətdir. 37 00:06:30,530 --> 00:06:39,060 İnsanın qəddarlığı o həddə çatır ki, başqalarının uşaqları, günahsız qadınları və körpələri bir yana qalsın, 38 00:06:40,310 --> 00:06:46,750 öz övladına da rəhm etmir! Cahiliyyət budur. 39 00:06:49,420 --> 00:06:55,510 Bir yandan şəhvət, bir yandan qəzəb. O zaman həyat 40 00:06:56,350 --> 00:07:03,110 bu iki ipə-sapa yatmayan, özbaşına hissin əsirinə çevrilmişdi. 41 00:07:05,240 --> 00:07:08,660 İslam dini bu vəziyyəti dəyişmək üçün gəldi. 42 00:07:08,930 --> 00:07:14,880 Əlbəttə ki, eyni vəziyyət İran Sasani saraylarında da, 43 00:07:15,730 --> 00:07:20,840 Roma imperatorluğunun saraylarında da, 44 00:07:21,860 --> 00:07:32,480 zalım və müstəbid hökmdarların idarə etdiyi digər saray və imperatorluqlarda da mövcud idi. 45 00:07:32,970 --> 00:07:40,440 İslam dini bütün bu çirkin reallıqlar qarşısında baş qaldırdı. 46 00:07:40,710 --> 00:07:43,150 لِلعلَمينَ نَذيرًا 47 00:07:45,640 --> 00:07:54,880 - Bütün dünyaya xəbərdarlığını etdi. İslam dininin mesajı budur. 48 00:07:57,240 --> 00:08:09,460 Bu gün də dünyamızda cahiliyyət var. Biz gözümüzü yaxşı açıb bu cahiliyyətin nədən ibarət olduğunu bilməliyik. 49 00:08:09,910 --> 00:08:23,110 Eynilə həmin şey bu gün də var – cilovlanması mümkün olmayan, haqq-hesab tanımayan, məntiqsiz şəhvətpərəstlik. 50 00:08:24,970 --> 00:08:31,240 Bu gün Qərb dünyasında şəhvətpərəstliyi meyilliliklə əsaslandırırlar. 51 00:08:31,910 --> 00:08:39,020 Deyirik, homoseksualizmə, eynicinsli münasibətlərə nəyə görə rəvac verirsiniz? 52 00:08:39,420 --> 00:08:43,510 Deyirlər ki, bu, insanlara xas olan bir meyillilikdir. Məntiqləri budur! 53 00:08:46,350 --> 00:08:56,570 Şəhvətpərəstlikdə heç bir qırmızı xətt, hədd-hüdud tanımayanlar, 54 00:08:57,060 --> 00:09:07,150 cinsi və cürbəcür insani ehtiraslarına durmadan rəvac verib irəli gedənlər 55 00:09:07,730 --> 00:09:16,220 növbə gəlib qəddarlığa çatanda da eyni vəziyyəti yaradırlar: 56 00:09:16,930 --> 00:09:29,370 insanları qətlə yetirirlər, günahsızları öldürürlər, heç bir günahı olmayan xalqları əzirlər. 57 00:09:30,040 --> 00:09:34,170 Bu gün mövcud olan cahiliyyət budur – modern cahiliyyət. 58 00:09:35,910 --> 00:09:45,600 Bu cahiliyyətlə İslamın ilkin dövrlərindəki cahiliyyətin – Quran təbiri ilə desək, 59 00:09:46,310 --> 00:09:57,950 ilkin cahiliyyətin – fərqi budur ki, bu gün cahiliyyət elm, bilik silahı ilə silahlanıb. 60 00:09:58,880 --> 00:10:05,330 Yəni insanın rahatlığı üçün şərait yaratmalı olan elm 61 00:10:06,880 --> 00:10:16,040 insanların gününü qara etmək, bəşər cəmiyyətini bədbəxt etmək üçün bir vasitəyə çevrilib. 62 00:10:16,800 --> 00:10:20,750 Bu gün dünyada hegemonluq edənlər 63 00:10:21,600 --> 00:10:28,040 məhz öz elmi nailiyyətlərinə söykənərək zorakılıq edirlər. 64 00:10:29,600 --> 00:10:36,130 Əllərindəki silahlar elmin nailiyyətidir, biliyin məhsuludur, 65 00:10:36,570 --> 00:10:45,240 ixtiyarlarında olan informasiya, təhlükəsizlik, nəhəng təbliğat imkanları – 66 00:10:46,400 --> 00:10:53,820 bütün bunlar elmin nailiyyətləridir. Bütün bunlar o şəhvət və qəzəbə xidmət edir. 67 00:10:54,880 --> 00:11:02,350 Bu gün dünya bu vəziyyətdədir. İslam cəmiyyəti belə bir reallıqla üz-üzədir 68 00:11:02,840 --> 00:11:07,150 və İslam dünyası bunu hiss etməli, dərk etməlidir. 69 00:11:11,460 --> 00:11:14,710 Bu gün cahiliyyət yenidən meydana gəlib; 70 00:11:15,680 --> 00:11:32,710 özü də daha böyük güc və imkanlarla, İslamın gəldiyi ilk günlərdə olan cahiliyyətdən yüz, bəlkə də, min dəfələrlə təhlükəli bir formada. 71 00:11:34,350 --> 00:11:40,260 Əlbəttə, Allaha şükürlər olsun ki, bu gün İslamın da imkanları daha genişdir. 72 00:11:40,400 --> 00:11:50,880 Bu gün müxtəlif imkan və vasitələrin köməyi ilə İslamın möhtəşəm gücü dünyada geniş yayılıb. 73 00:11:52,440 --> 00:12:02,840 Uğura, düşmənin məkrli planlarına qələbə çalmağa olan ümid heç də az deyil; 74 00:12:02,840 --> 00:12:11,640 çox böyük ümid var. Lazım olan isə ilk növbədə gözüaçıqlıq, 75 00:12:12,930 --> 00:12:22,000 ikinci növbədə isə əzm və təpərdir. Biz müsəlman xalqlarının ehtiyacı olan şey budur. 76 00:12:22,260 --> 00:12:26,710 Doğrudur, bu gün İslam dünyası böyük problem və çətinliklərə düçar olub. 77 00:12:27,240 --> 00:12:34,040 Öz regionunuzdakı müsəlman ölkələrinin vəziyyətinə baxın: 78 00:12:35,020 --> 00:12:43,820 Pakistan və Əfqanıstandan tutmuş Suriya, Livan və Fələstinə, 79 00:12:44,800 --> 00:12:55,510 Yəməndən tutmuş Liviyaya qədər. Bu gün Qərbi Asiya və Şimali Afrika regionundakı ölkələrin 80 00:12:56,400 --> 00:13:04,660 çoxlu problemləri var: təhlükəsizliklə bağlı problemləri var, ərazilərində qardaş qırğını gedir, 81 00:13:05,150 --> 00:13:12,480 Allahdan bixəbər qruplaşmaların işğalı altındadırlar. Bütün bunların pərdəarxasında isə 82 00:13:12,480 --> 00:13:20,530 başda Amerika olmaqla super-dövlətlərin imperialist planlarının hədəfindədirlər. 83 00:13:21,510 --> 00:13:27,600 İmperialistlər öz mənafeyini qorumaq adı ilə ortaya düşüb 84 00:13:28,040 --> 00:13:34,970 bu ölkələrdə ürəkləri istəyəni edirlər – həmin şəhvət və qəzəbin atını oynadırlar; 85 00:13:35,910 --> 00:13:43,460 yəni günahsız insanları qətlə yetirir, dinsiz qruplaşmaları himayə edirlər. 86 00:13:44,350 --> 00:13:51,550 Təbliğatları da, həqiqətən, çox genişdir, bütün bu əməllərinə cürbəcür donlar geydirirlər. 87 00:13:53,420 --> 00:14:07,550 Əvvəlki nəslin məşhur ingilis siyasətçisi olan Çörçilin – Çörçil adı biz iranlılara çox tanışdır 88 00:14:08,800 --> 00:14:15,200 – özündə çox qəribə ironiya gizlədən bir sözü var. 89 00:14:15,200 --> 00:14:22,130 O deyir: “Həqiqət o qədər dəyərlidir ki, 90 00:14:22,800 --> 00:14:29,460 onu, mütləq, bir yalana büküb qorumaq lazımdır!” 91 00:14:29,950 --> 00:14:42,170 Məntiqə baxın! Yalan, reallığın əksinə aparılan təbliğat, həqiqətin tam tərsini demək 92 00:14:43,240 --> 00:14:48,220 – qərblilərin siyasətində insan bunları müşahidə edir. 93 00:14:48,220 --> 00:14:54,850 Bu gün amerikalılar terrorizmə qarşı mübarizə aparmaq istədiklərini iddia edirlər, 94 00:14:55,540 --> 00:15:03,480 halbuki ən təhlükəli və ən qəddar terror qruplaşmalarını onlar özləri yaradıblar. 95 00:15:03,940 --> 00:15:05,940 İŞİD-i kim yaradıb? 96 00:15:08,310 --> 00:15:17,450 İŞİD-in meydana gəlməsində başlıca rol və paya malik olduqlarını özləri etiraf ediblər. 97 00:15:20,170 --> 00:15:32,050 İŞİD kimi irili-xırdalı digər terror qruplaşmalarını Suriya, İraq və digər məntəqələrin canına kim salıb? 98 00:15:33,020 --> 00:15:48,880 İnsan qatili olan bu cinayətkarların cibinə axan dollarlar, onların istifadə etdiyi silah və texnika haradan gəlir? 99 00:15:48,880 --> 00:15:53,650 Bütün bu pullar haradan gəlir? 100 00:15:55,480 --> 00:16:07,480 Amerika siyasətinin göstərişi ilə regionun qəddar və təhlükəli terror qruplarını dəstəkləyənlər kimlərdir? 101 00:16:08,400 --> 00:16:23,370 Regionumuzda terrorizmin meydana gəlib genişlənməsində, terrorçulara yardım 102 00:16:23,420 --> 00:16:28,710 və dəstək göstərilməsində imperialzimin ən böyük rola malik olduğuna şübhə ola bilərmi? 103 00:16:30,250 --> 00:16:34,370 Bu regionun hansı nöqtəsinə baxsan, 104 00:16:34,370 --> 00:16:46,710 terror təzahürünün ortaya çıxmasında düşmənlərin xəbis barmağını müşahidə etmək olur. 105 00:16:48,020 --> 00:16:56,680 Qəzzada və İordan çayının qərb sahilində 106 00:16:56,680 --> 00:17:03,770 Fələstinə o cür təzyiqlər göstərən qondarma İsrail rejimini kim himayə edir? 107 00:17:06,140 --> 00:17:12,540 Onlara havadarlıq edən kimdir? 108 00:17:14,280 --> 00:17:19,110 Onlar üçün yolu kim açır? Onların arxasında kim durur? 109 00:17:20,140 --> 00:17:23,710 Başda Amerika olmaqla Qərb dövlətləri! 110 00:17:24,770 --> 00:17:32,620 Sonra da çıxıb şüarlar verirlər ki, “biz terrorizmə qarşıyıq”, “biz İŞİD-ə qarşıyıq”. 111 00:17:32,620 --> 00:17:40,620 Yalan deyirlər, reallığın əksini deyirlər. Cahiliyyət budur. 112 00:17:40,940 --> 00:17:47,110 Bu gün dünyada mövcud olan cahiliyyət bax budur. Biz sayıq olmalıyıq. 113 00:17:48,600 --> 00:17:57,970 Əziz qardaşlar, əziz İran xalqı, böyük İslam ümməti, ölkələrin başında duran insanlar! Bilin ki, 114 00:17:58,680 --> 00:18:02,450 biz bu cahiliyyətin qarşısında dura bilərik. 115 00:18:24,820 --> 00:18:35,000 Bu gün imperialistlər regionumuzda vasitəli müharibələr yaratmaq kimi çirkin bir siyasət aparır. 116 00:18:36,910 --> 00:18:48,480 Öz mənafeləri xatirinə region ölkələrini, yaxud bu ölkələrdəki müyyən qrupları bir-biri ilə vuruşmağa təhrik 117 00:18:48,480 --> 00:18:54,880 və vadar edir, öz mənafelərini təmin etmək istəyirlər. 118 00:18:57,080 --> 00:19:02,140 Silah istehsal edən şirkətlərin cibini doldursunlar, 119 00:19:03,080 --> 00:19:09,620 məhv olmaq üzrə olan iqtisadiyyatlarının siyasətləri düzəlsin 120 00:19:10,050 --> 00:19:12,510 – onların məqsədi budur. Sayıq olmalıyıq. 121 00:19:13,080 --> 00:19:17,170 Fars Körfəzi regionu haqda danışırlar. 122 00:19:18,510 --> 00:19:28,310 Fars Körfəzi regionunun təhlükəsizliyi buradakı ölkələrin müştərək mənafeyidir. 123 00:19:29,310 --> 00:19:36,740 Bizim – Fars Körfəzi regionunda yerləşən ölkələrin mənafeyi müştərəkdir, biz qonşuyuq, 124 --> buranın təhlükəsizliyi bizim hamımızın xeyrinədir. Fars Körfəzində sabitlik və təhlükəsizlik hökm sürərsə, biz hamımız bu təhlükəsizlikdən bəhrələnəcəyik. 125 00:19:47,740 --> 00:19:57,170 Yox əgər burada təhlükəsizlik olmasa, hamımızın təhlükəsizliyi pozulacaq. 126 00:19:57,480 --> 00:20:04,110 Qeyri-sabit, təhlükəli bir Fars Körfəzi hamı üçün təhlükəli olacaq. Bu təhlükəsizliyi qorumalı olanlar isə o kəslərdir ki, Fars Körfəzi onlarındır, 127 00:20:04,250 --> 00:20:07,080 onlara aiddir, onların evidir. 128 00:20:08,510 --> 00:20:18,310 Amerika nəkarədir ki, gəlib burada Fars Körfəzinin problemləri ilə bağlı fikir bildirsin, özünə müttəfiqlər yığsın? 129 00:20:19,850 --> 00:20:24,170 Onları bu regionun təhlükəsizliyi yox, öz mənafeləri maraqlandırır 130 00:20:24,450 --> 00:20:31,170 və əgər hansısa nöqtədə təhlükəsizliyin pozulmasını lazım bilsələr, bunu edəcək və edənləri dəstəkləyəcəklər. 131 00:20:31,420 --> 00:20:42,710 Bu gün Yəməndə sabitlik pozulub; Yəmən qadın və uşaqların qətlə yetirildiyi bir meydana çevrilib. 132 00:20:43,110 --> 00:20:46,680 Bu, təhlükəsizliyin pozulması deyilmi? Bu proseslərin arxasında kim durur? Amerika. 133 00:20:48,220 --> 00:20:55,540 Təəssüflər olsun ki, bütün bunları həyata keçirənlər adı müsəlman olanlardır, 134 00:20:55,540 --> 00:21:03,220 region ölkələridir, amma onlar aldanıblar. Layihəni hazırlayan ABŞ-dır, işin arxasında duran odur; 135 00:21:06,000 --> 00:21:08,850 terrorizmə rəvac verən onlardır. 136 00:21:08,850 --> 00:21:15,200 Sonra da deyirlər ki, İran terrorizmi himayə edir. Biz terrorizmə qarşı mübarizə aparmışıq, 137 00:21:16,170 --> 00:21:18,850 terrorçulara silləmizi vurmuşuq. 138 00:21:20,570 --> 00:21:31,110 Bizim ölkəmizin daxilində düşmənin pulu və Amerikanın planı ilə terrorizm baş qaldırmışdı, 139 00:21:31,110 --> 00:21:37,850 amma İran xalqı ölkə daxilindəki bu terrorçuların başını yumruğu ilə əzdi; bundan sonra da eynilə bu cür olacaq. 140 00:21:59,710 --> 00:22:05,910 Biz öz ölkəmizdə, habelə İraqda, Suriyada, Livanda 141 00:22:06,770 --> 00:22:10,970 terrorizmə qarşı vuruşanlarla əməkdaşlıq etmişik, 142 00:22:10,970 --> 00:22:15,680 onlara öz köməyimizi göstərmişik, yenə də göstəririk; biz terrorizmə qarşıyıq. 143 00:22:17,280 --> 00:22:23,020 Bu regionun ən təhlükəli və ən murdar terrorçuları sionistlərdir. 144 00:22:24,250 --> 00:22:27,570 Biz sionistlərlə üz-üzə durub onlara qarşı mübarizə aparırıq. 145 00:22:28,740 --> 00:22:33,880 Bizim haqqımızda deyirlər ki, İran terrorizmi himayə edir! Terrorizmi himayə edən sizsiniz! 146 00:22:34,770 --> 00:22:39,850 Amerika terrorçu İsrail dövlətinin himayəçisidir. 147 00:22:41,770 --> 00:22:47,170 Amerika İŞİD-i meydana gətirib, Amerika İŞİD-i dəstəkləyib. 148 00:22:47,940 --> 00:22:56,080 Siz Suriyada insanları qətlə yetirən, insanlara diri-diri od vuran, 149 00:22:57,800 --> 00:23:02,770 ölülərin sinəsindən ürəyini çıxarıb çeynəyən terrorçuları himayə etmisiniz; 150 00:23:03,970 --> 00:23:12,200 siz bunlara havadarlıq etmisiniz, bunları ürəkləndirib ortaya salmısınız. 151 00:23:16,000 --> 00:23:24,740 Sizin pilotsuz təyyarələriniz Əfqanıstan və Pakistanda insanların evlərini viran qoyub, 152 00:23:24,940 --> 00:23:31,820 toy məclisini yasa çevirib; eyni hadisələr İraqda da baş verib. 153 00:23:32,220 --> 00:23:40,110 Bu işləri görən sizsiniz. Terrorizm sizə aiddir, terrorçu sizsiniz. 154 00:23:42,770 --> 00:23:49,080 Biz terrora qarşıyıq və istənilən terrorçu ilə mübarizə aparacağıq. 155 00:24:11,800 --> 00:24:19,910 Biz hər bir məzlumu müdafiə edəcəyik. Bu gün Yəmən xalqı məzlumdur. 156 00:24:20,020 --> 00:24:27,420 Bundan böyük zülm ola bilməz ki, haram ayda – rəcəb ayı haram aydır – müsəlmanları qətlə yetirirsiniz. 157 00:24:29,140 --> 00:24:34,450 Hətta Məkkə müşrikləri belə, rəcəb ayı çatanda müharibəni dayandırırdılar. 158 00:24:36,820 --> 00:24:45,480 Bu gün haram ayda – rəcəb ayında – yəmənli ailələri yasa oturdanlar 159 00:24:48,050 --> 00:24:51,510 o vaxtın məkkəlilərindən daha pis və çirkindirlər. 160 00:24:52,420 --> 00:25:01,170 Uydurma bəhanələrlə, yanlış arqumentlərlə, yalan iddialarla 161 00:25:01,570 --> 00:25:09,080 eyni nöqtəyə sutkada 100, 200 dəfə təyyarə ilə hücum edirlər. 162 00:25:11,080 --> 00:25:16,200 Bu xalq məzlum bir xalqdır. Yəmən xalqı məzlumdur, 163 00:25:16,200 --> 00:25:25,800 Bəhreyn xalqı məzlumdur, Fələstin xalqı xroniki şəkildə məzlumluğa düçar olub, 164 00:25:28,220 --> 00:25:32,540 bu xalq artıq uzun illərdir ki, davamlı olaraq təzyiqlərə məruz qalır. 165 00:25:33,020 --> 00:25:37,140 Biz bacardığımız qədər məzlumları müdafiə edəcəyik 166 00:25:37,420 --> 00:25:46,110 və nə qədər ki, gücümüz, imkanımız çatır, bunu etmək bizim vəzifəmizdir. 167 00:25:47,200 --> 00:25:52,680 – “Zalımın düşməni, məzlumun dostu ol”. 168 00:25:53,220 --> 00:25:58,650 Bu, Əmirəlmöminin Əlinin tapşırığıdır. Biz: 169 00:25:59,820 --> 00:26:03,570 “Zalım da, məzlum da olsa, qardaşına yardım et” – demirik. 170 00:26:03,570 --> 00:26:11,450 Bu, cahil bir şüardır ki, “Qardaşın zalım da olsa, məzlum da olsa, 171 00:26:11,450 --> 00:26:20,820 onu müdafiə və himayə etməlisən” – deyirlər. Quran isə bunu demir. İslam maarifi bunu qadağan edir. 172 00:26:20,940 --> 00:26:28,680 Zalım hər kim olsa da, ona qarşı mübarizə aparmaq və zülmünün qarşısını almaq lazımdır. 173 00:26:29,570 --> 00:26:33,310 Məzlum hər kim olsa da, onu himayə etmək lazımdır. 174 00:26:35,740 --> 00:26:38,850 Region ölkələri ehtiyatlı olmalıdır; 175 00:26:39,450 --> 00:26:46,540 bu regionun, müsəlmanların kompakt şəkildə yaşadığı bu kompleksin düşmənləri 176 00:26:47,080 --> 00:26:53,220 bu ölkələrdə biri-birinə qarşı qorxu yaratmaq siyasəti güdürlər. Uydurma bir düşmən düzəldib 177 00:26:54,740 --> 00:27:04,800 əsas düşməni – imperializmi, təcavüzkar və zalım şirkətləri, onlardan asılı olanları, 178 00:27:05,400 --> 00:27:13,850 sionistləri diqqətdən yayındırmaq istəyirlər. Uydurma düşmən düzəltmək istəyirlər: 179 00:27:16,450 --> 00:27:22,340 ərəb ölkələrinə qarşı İran, filan etnosa qarşı filan etnos, 180 00:27:22,510 --> 00:27:31,850 şiələrə qarşı sünnilər– bütün bunlar düşmənin siyasətidir, buna qarşı mübarizə aparmaq lazımdır. 181 00:27:31,850 --> 00:27:37,140 Bu tip siyasətlərə qarşı mübarizə elə cahiliyyətlə mübarizədir. 182 00:27:38,140 --> 00:27:46,370 Bu günün modern cahiliyyəti qəddar, rəhimsiz, daşürəkli, cürbəcür, 183 00:27:47,710 --> 00:27:51,220 növbənöv alət və vasitələrlə təchiz olunmuş bir cahiliyyətdir. 184 00:27:51,910 --> 00:28:00,770 Onunla sayıqlıqla mübarizə aparmaq lazımdır və İran xalqı bu mübarizəni aparıb, bundan sonra da aparacaq. 185 00:28:02,770 --> 00:28:05,820 Sevindirici haldır ki, region xalqları artıq oyanıblar. 186 00:28:05,820 --> 00:28:15,740 Doğrudur, islami oyanışı müvəqqəti olaraq əzib sıxışdırıblar, amma bu, əzilib məhv ediləsi bir oyanış deyil. 187 00:28:17,770 --> 00:28:20,910 Gözüaçıqlıq sıxışdırılmaqla yox olan bir şey deyil. 188 00:28:22,940 --> 00:28:30,510 İran xalqı oyanıb, regionun əksər xalqları məlumatlı və oyaqdırlar. 189 00:28:30,620 --> 00:28:37,680 İslam ümməti də, Allaha həmd olsun ki, oyanış halındadır. 190 00:28:37,940 --> 00:28:39,940 Əlbəttə ki, düşmənlər müəyyən qədər irəli gedir, uğurlar əldə edir. 191 00:28:39,940 --> 00:28:41,570 لِلباطِلِ جَولَة 192 00:28:43,600 --> 00:28:46,200 – batil cövlan edər, toz-duman qaldırar. 193 00:28:47,310 --> 00:28:57,650 Bu gün Peyğəmbərin (s) besətinin yada salınması baxımından bizim öhdəmizə düşən vəzifələr bunlardır. Biz diqqətli olmalı, 194 00:28:58,800 --> 00:29:07,310 İslam ümmətinin üzərinə düşən missiyanı unutmamalı, İslam ümmətinin gücünü gözardına vurmamalıyıq. 195 00:29:07,480 --> 00:29:11,370 Xoşbəxtlikdən, İslam ümməti çox böyük bir gücə sahibdir. 196 00:29:13,110 --> 00:29:20,570 Bunun açıq-aydın sübutu da var: illərdir ardıcıl olaraq, 197 00:29:21,170 --> 00:29:27,200 var qüvvələri ilə regiondakı oyanış və müqaviməti əzməyə çalışırlar, amma buna müvəffəq ola bilməyiblər. 198 00:29:28,880 --> 00:29:35,820 Bu oyanışın mehvəri olan İslam Respublikasına qarşı 35 ildir ki, mübarizə aparırlar; 199 00:29:36,480 --> 00:29:40,250 əlhəmdulillah, məğlub olublar, bundan sonra da məğlub olacaqlar. 200 00:29:40,910 --> 00:29:53,800 Pərvərdigara, bu yolda şəhid olmuş və cihad edərək əzab-əziyyət çəkmiş bütün insanlara öz rəhmət və bağışlanmanı yağdır! 201 00:29:53,800 --> 00:30:02,050 Pərvərdigara, bizə bütün bu dərsləri öyrətmiş, bu yolu bizim üzümüzə açmış İmam Xomeynini (r.ə) 202 00:30:02,850 --> 00:30:10,250 məhşərə övliyalarınla birgə gətir! Əziz şəhidlərimizi məhşərə Peyğəmbərlə (s) birgə gətir. 203 00:30:10,250 --> 00:30:14,200 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.