1 00:00:08,770 --> 00:00:10,420 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:10,820 --> 00:00:18,910 Əziz qardaşlarımıza “Müsəlman Kürd Pişmərgə” şəhidlərinin 3 00:00:20,310 --> 00:00:27,820 əziz xatirəsini yaşatmaq, 4 00:00:27,820 --> 00:00:34,110 və onların göstərdikləri fədkarlığın unudulmaması üçün 5 00:00:35,710 --> 00:00:39,340 göstərdiyiniz səylərə, çəkdiyiniz zəhmətlərə görə öz təşəkkürümü bildirirəm. 6 00:00:40,940 --> 00:00:50,600 Eyni zamanda cənab Hüseyniyə, cənab komandir Rəcəbiyə, 7 00:00:50,600 --> 00:00:54,050 və köhnə dostum cənab Mollaqadirə etdikləri çıxışlarına görə də çox sağ ol deyirəm. 8 00:00:54,220 --> 00:00:58,800 Allah sizin hamınıza müvəffəqiyyət nəsib etsin, köməyiniz olsun. 9 00:01:00,110 --> 00:01:17,600 Bəli, qeyd etdiyiniz kimi, Kürdmənşəlli bölgələrdə ixlaslı və igid qardaşlar az deyildi 10 00:01:20,170 --> 00:01:28,170 və həqiqətən də Kürdlər yaşayan yerlərdə İnqilabın əsas mayası olmuş 11 00:01:29,940 --> 00:01:33,600 olmuş mömin və ixlaslı qardaşlar vardılar. 12 00:01:34,680 --> 00:01:46,450 Onların ən seçmələri, “Müsəlman Kürd Pişmərgələr” qruplarında birləşmiş cavanlar idilər. 13 00:01:46,710 --> 00:01:54,340 Həmin cavanlar əllərinə silah alıb döyüş meydanlarına getdilər; bunu edərkən də, onlar həm öz həyatlarını, 14 00:01:54,570 --> 00:01:58,850 həm də yaxınlarının həyatlarını təhlükəyə atırdılar. Bu önəmli bir məqamdır. 15 00:01:58,940 --> 00:02:04,400 Əgər Isfəhanda, Tehranda, Yəzddə, Məşhəddə, Təbrizdə 16 00:02:05,570 --> 00:02:12,880 hanısa bir ailənin övladı döyüş meydanına atılaraq şəhid olsaydı, 17 00:02:12,880 --> 00:02:21,220 həmin ailəyə qarşı insanlar öz sədaqətlərini göstərərdilər. Həmin ailələri təhdid etməyə nə kimsənin cürəti çatardı, 18 00:02:21,940 --> 00:02:25,420 nədəki ümumiyyətlə kimsə təhdid fikrinə düşməzdi. 19 00:02:25,420 --> 00:02:31,820 Amma Kürdüstanda durum belə deyildi; orada övladları şəhid olan 20 00:02:31,820 --> 00:02:40,400 yaxud müharibədə iştirak edən bəzi ailələr əksinqilabçı qrupların təhdidinə məruz qalırdılar. 21 00:02:41,420 --> 00:02:48,420 “Müsəlman Kürd Pişmərgələr” qrupunun üzvü olan, döyüş meydanına igidcəsinə atılan bir gənc – 22 00:02:48,420 --> 00:02:55,620 mənim yaxşı yadımdadır və bu qrupla yaxından tanış idim, özüm dəfələrlə oralara gedib şahid olmuşam, 23 00:02:55,710 --> 00:03:06,200 gənclər gəlirdilər – gedirdilər - həm öz həyatını, həm də 24 00:03:06,850 --> 00:03:09,540 yaxınlarının həyatını təhlükəyə atırdı. 25 00:03:09,540 --> 00:03:11,910 Onlar belə olacağını bilmələrinə rəğmən yenə də döyüş meydanlarına gəlirdilər. 26 00:03:12,220 --> 00:03:18,140 Bu qeyd etdiklərim çox əhəmiyyətlidir. Onlar sınaqdan yaxşı çıxdılar; həqiqəti desək sınaqdan üzüağ çıxdıar. 27 00:03:18,820 --> 00:03:25,820 İlk gündən etibarən düşmən Kürdmənşəlli məntəqələri hədəfə aldı; iki səbəbə görə; 28 00:03:25,910 --> 00:03:34,800 biri etnik mənsubiyyət, digəri isə məzhəb. Bu iki cəhətə görə məsələyə təsir edə biləcəklərinə umid edirdilər; 29 00:03:36,600 --> 00:03:44,200 Bəluçestanda bir yolla, Türkmən səhrasında bir yolla, Kürdüstanda da başqa bir yolla. 30 00:03:44,650 --> 00:03:51,140 Kürdüstan məntəqəsində diktator rejimin 31 00:03:51,140 --> 00:03:57,910 Təhlükəsizlik organlarının arxivində gizli saxlanılan sənədlərin hamısı bizim əlimizə düşdü; 32 00:03:57,910 --> 00:04:02,110 beləcə biz onların kürdlərlə əlaqəli siyasətlərinin nədən ibarət olduğunu və orada hansı işləri gördüklərini anladıq. 33 00:04:03,220 --> 00:04:07,680 Onlar İslam İnqilabının qələbəsindən sonra bu siyasətdən istifadə etmək, 34 00:04:08,770 --> 00:04:14,340 Kürdüstan bölgəsini qeyri – sabit 35 00:04:14,340 --> 00:04:18,570 və inqilaba zərbə mərkəzinə çevirmək niyyətində idilər. Məqsəd bu idi. 36 00:04:20,200 --> 00:04:23,820 Bunun üçün də fərqli şüarlar - bəziləri solçu, 37 00:04:23,820 --> 00:04:26,050 bəziləri isə, hətta İslami şüarlar səsləndirirdilər. 38 00:04:26,510 --> 00:04:31,740 Elə həmin bu Kürdüstan bölgəsində – İslamın əleyhinə olan əksinqilabçılar 39 00:04:31,740 --> 00:04:33,740 Quran ayəsi oxuyurdular - 40 00:04:34,280 --> 00:04:38,510 hamısı yadımdadır, bu hadisədə iştirak edənlərin də hamısı bunu xatırlayır – 41 00:04:38,970 --> 00:04:46,250 amma əslində İnqilab əleyhinə, Amerikanın, sionist rejimin maraqları üçün çalışırdılar 42 00:04:46,250 --> 00:04:53,050 və həmin bölgənin sabitliyini pozmaq üçün bütün imkanlardan istifadə edirdilər. 43 00:04:53,820 --> 00:04:56,540 lakin bu bölgənin sabitliyi pozulmadı. 44 00:04:56,540 --> 00:05:05,140 Bəli, ölkənin müxtəlif yerlərindən olan gənclərimiz döyüşmək üçün Kürdüstana gedirdilər, amma əgər Kürd xalqının ürəyində inqilaba sevgi olmasaydı 45 00:05:05,220 --> 00:05:08,140 bu cavanlarımız yenə də orada bir iş görə bilərdilər? Aydın məsələdirki yox; 46 00:05:08,800 --> 00:05:13,820 Kürd xalqı onlarla olmasaydı oraya göndərdiyimiz insani qüvvədən 47 00:05:14,050 --> 00:05:19,250 on qat artığını göndərmiş olsaydıq belə cavanlarımız heç bir iş görə bilməzdilər; 48 00:05:19,800 --> 00:05:24,050 Kürd xalqı və bir çox din alimləri onların tərəfində idilər. 49 00:05:24,740 --> 00:05:29,140 Bəzi Kürd din alimləri elə əksinqilabçılar tərəfindən şəhid edilmişdi, 50 00:05:29,140 --> 00:05:32,250 buna misal olaraq bir neçə il bundan əvvəl şəhid edilmiş mərhum Şeyxulislamın adını çəkmək olar; 51 00:05:32,620 --> 00:05:39,050 bu ixlaslı və saf insanı Sənəndəcdə şəhid etdilər. 52 00:05:39,170 --> 00:05:46,510 Buna görə də həmin məntəqədə görülən işlər məhz bu qardaşlarımızın zəhməti nəticəsində baş verdi. 53 00:05:46,650 --> 00:05:51,850 Bu məntəqə ilə bağlı mənim çoxlu xatirələrim var; Pavə haqqında bir az əvvəl cənab Mollaqadir danışdı. 54 00:05:51,850 --> 00:05:59,080 Yadımdadır, Pavə hadisələrindən sonra birinci dəfə biz ora getmışdik, hava da soyuq idi, 55 00:05:59,340 --> 00:06:05,450 şəhərin mərkəzinə getdik, oraya toplanmış gəncləri gördük və onlarla birlikdə məscidlərinə getdik. 56 00:06:06,740 --> 00:06:14,910 Həqiqətən də, bu bölgədə insanlar öz evlərində keçirdikləri qəribçilik hissinə rəğmən 57 00:06:14,970 --> 00:06:21,340 İslam Respublikası üçün çalışırdılar, xidmət göstərirdilər və zəhmət çəkirdilər. 58 00:06:21,480 --> 00:06:23,020 Doğurdan da bu belə idi. 59 00:06:23,420 --> 00:06:28,080 Şükürlər olsun ki çəkilən zəhmətlər nəticəsiz qalmadı. Elə bu gün də bu ərazidə insanların İnqilaba olan münasibəti əvvəlki kimidir. 60 00:06:28,080 --> 00:06:33,800 Önəmli olan bizim, düşmənin əlini əlinin üzərinə qoyub oturmadığını bilməyimizdir. 61 00:06:34,540 --> 00:06:39,680 Əgər biz təsəvvür etsək ki, düşmən sakit otracaq, bu düzgün olmaz – 62 00:06:39,880 --> 00:06:50,600 düşmən bacardığı qədər düşmənçilik edəcək, plan çəkəcək, işini davam etdirəcəkdir, 63 00:06:51,080 --> 00:06:55,200 ixtiyarında maliyyə imkanları, geniş kəşfiyyat 64 00:06:55,910 --> 00:07:00,280 və təbliğat vəsaitləri vardır durmadan, çalışırlar; 65 00:07:00,280 --> 00:07:04,970 Biz ayıq-sayıq olmalıyıq. 66 00:07:05,170 --> 00:07:11,280 Qeyd etdiyim kimi, şiəlik və sünnülük məsələsi olduqca mühüm məsələdir. 67 00:07:12,540 --> 00:07:17,250 Ona görə də bu məsələnin üzərində israrla dayanıblar. 68 00:07:18,110 --> 00:07:23,450 Məzhəb təəssübkeşliyini hər iki tərəfdə, 69 00:07:24,600 --> 00:07:33,650 həm şiə həm də sünnü tərəfdə alovlandırmağa çalışırlar. 70 00:07:33,650 --> 00:07:40,880 Bəli, bu kimi məsələlərdə bir qrup insanlar da məlumatsızlıq ucbatından onların oyuncağına çevrilir. 71 00:07:41,680 --> 00:07:48,220 Ölkənin mənafeyini düşünən vətəndaşlar onların əsrinə çevrilməmək üçün diqqətli olmalıdılar. 72 00:07:50,370 --> 00:08:01,280 Reallıq budur ki, sünnü tərəfkeşliyi adı altında şiyələrə hüçüm edib 73 00:08:01,740 --> 00:08:14,310 və öz düşmənçiliyində həddini aşan bir sünnü məzhəbin əslində İslam və sünnülüklə heç bir əlaqəsi yoxdur. 74 00:08:14,820 --> 00:08:17,200 Eyni sözlər şiələr haqqında da keçərlidir; 75 00:08:17,710 --> 00:08:26,540 şiələr arasında da əhli sünnəyə qarşı təəssübkeşlik alovunu körükləyən qüvvələr vardır, 76 00:08:26,540 --> 00:08:33,110 halbuki onların heç biri dini ideyanın daşıyıcısı deyillər. Bəs bu kimi qarşıdurma yaradanlar məqsədlərinə çatmaq üçün 77 00:08:33,420 --> 00:08:41,170 kimlərdən istifadə edirlər? Ətrafdakı hadisələri düzgün və obyektiv şəkildə analiz edə bilməyən 78 00:08:41,280 --> 00:08:53,480 orta düşüncəli, dini marağı olan, düşmənin məqsədini anlamaq üçün yetərincə ağlı, diqqəti və müdrüklüyü olmayan qüvvələrdən faydalanırlar. 79 00:08:54,540 --> 00:08:56,620 Düşmən hər iki tərəfdən təxribata sövq edir, 80 00:08:56,880 --> 00:09:02,050 buna görə də hamımız ehtiyatlı davranmalı, bu fitnənin reallaşmasına yol verməməliyik. 81 00:09:02,340 --> 00:09:09,710 Şiə və sünnülük arasında konfilikt yaratmaqda ingilislərin 82 00:09:09,800 --> 00:09:12,050 amerikalılara nisbətən 83 00:09:12,280 --> 00:09:21,200 daha təcrübəli olduqlarını mən hələ çox əvvəllər demişdim. 84 00:09:21,250 --> 00:09:25,970 Bəli, onlar tərəfləri bir birinə qarşı qoymaq üçün nəyi necə edəcəklərini bilirlər. 85 00:09:26,650 --> 00:09:31,800 Birdə görürsən elə danışırlar ki, sanki sünnülüyün tərəfdarıdırlar – 86 00:09:31,800 --> 00:09:44,680 siz özünüz də gördünüz, Amerika konqressi Ərəb - İraq sünnülərini müdafiə etmək üçün necə plan hazırlayır! 87 00:09:45,020 --> 00:09:50,820 Yaxşı, indi doğurdanmı onlar əhli – sünnənin mənafeyini düşünürlər? 88 00:09:51,140 --> 00:09:58,200 Onlar İslamı xatırladan hər bir şeyin əleyhinədilər, ona görə də onlar üçün şiəlik və sünnülük arasında fərq yoxdur, 89 00:09:59,850 --> 00:10:01,850 bu məqama xüsusi diqqət edilməlidir. 90 00:10:02,220 --> 00:10:09,480 Buna görə də məzhəb faktoru önəmli bir məsələdir. O ki qaldı etnik mənsubiyyət məsələsinə - xoşbəxtlikdən kürdlərlə əlaqəli etnik mənsubiyyət problemi gündəmdə yoxdur 91 00:10:09,710 --> 00:10:12,570 və düşmən konfilikt yaratmaq üçün Kürd faktorundan istifadə edə bilməz. 92 00:10:12,570 --> 00:10:16,910 Halbuki bir sıra ölkələrdə Kürd amilindən yaxşıca yararlanırlar, amma İranda bu amildən istifadə edə billməyəcəklər. Etnik mənsubiyyət məsələsi ciddi problemdir. 93 00:10:17,080 --> 00:10:19,110 Ona görə də düşmənin əlinə hər hansısa bəhanə verilməməlidir. 94 00:10:20,480 --> 00:10:25,800 Cənab Mollaqadir mədəni tədbirlərlə əlaqəli yürütdüyü fikirlərində tamamilə haqlıdır. Mədəni tədbirlərin keçrilməsi çox yaxşıdır. 95 00:10:25,800 --> 00:10:33,080 “Müsəlman Kürd Pişmərgə” şəhidləri ilə bağlı keçirdiyiniz bu tədbirin özü də əslində 96 00:10:33,080 --> 00:10:38,510 mahiyyət etibarı ilə mədəni bir tədbirdir; əgər bu işi gələcəkdə də inşaallah yaxşı və hərtərəfli şəkildə həyata keçirsəniz, 97 00:10:38,970 --> 00:10:43,540 bunun özu də dəyərli mədəni bir tədbir olacaqdır, bu işi davam etdirin. 98 00:10:43,600 --> 00:10:49,200 Eyni zamanda iqtisadiyyat və xidməti sahədə də bir sıra işlər görülməlidir; həqiqətəndə bizim gənclər bekar qalmamalıdırlar. 99 00:10:49,740 --> 00:10:57,370 Bekarçılıq fəsad mənbəyidir, bu səbəbdən də gənclərə aid olan problemlər birinci dərəcəli məsələlərdir. 100 00:10:57,510 --> 00:11:01,370 Başladığınız bu işləri ən yaxşı şəkildə sona çatdırmaq üçün 101 00:11:01,480 --> 00:11:06,680 ümid edirəm, Allah taala sizin hamınıza uğur nəsib edəcək inşaallah. 102 00:11:07,250 --> 00:11:09,420 Allahın salamı və rəhməti üzərinizə olsun.