1 00:00:07,350 --> 00:00:09,420 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:13,070 --> 00:00:15,700 والحمدلله ربّ العالمين 3 00:00:18,770 --> 00:00:23,250 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا 4 00:00:25,670 --> 00:00:31,400 و حبيب قلوبنا ابي‌القاسم المصطفي محمّد 5 00:00:43,660 --> 00:00:48,800 و علي ءاله الأطيبين الأطهرين المنتجبين 6 00:00:52,530 --> 00:00:56,800 سيّما بقيّةالله في الأرضين 7 00:01:01,260 --> 00:01:05,400 اللّهمّ کن لوليّک الحجّة بن الحسن 8 00:01:07,730 --> 00:01:20,800 صلواتک عليه و علي ءابائه في هذه السّاعة و في کلّساعة وليّاً و حافظاً 9 00:01:22,800 --> 00:01:30,200 و قائداً و ناصراً و دليلاً و عيناً 10 00:01:33,260 --> 00:01:42,330 حتّي تسکنه ارضک طوعاً و تمتّعه فيها طويلاً 11 00:01:46,660 --> 00:01:56,860 اللّهمّ اعطه في نفسه و ذريّته و شيعته و رعيّته 12 00:01:59,660 --> 00:02:09,660 و خاصّته و عامّته و عدوّه و جميع اهل الدّني 13 00:02:11,660 --> 00:02:17,060 ما تقرّ به عينه و تسرّ به نفسه 14 00:02:20,800 --> 00:02:27,860 Sözümün əvvəlində İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) 15 00:02:30,260 --> 00:02:43,000 müqəddəs hüzuruna ona olan bağlılığımızı ifadə etməyi lazım bilirəm. 16 00:02:48,000 --> 00:02:59,660 Bütün təkallahlı dinlərdə dünyanın sonuna doğru yer üzünə bir xilaskarın gələcəyi ilə bağlı inanc və etiqad var. 17 00:03:06,840 --> 00:03:21,570 Təkallahlılıq əqidəsinə söykənən dinlər yer üzünə dünyanı zülm və haqsızlıq çirkabından xilas edəcək bir nəfərin gələcəyini hamılıqla qəbul edirlər. 18 00:03:24,840 --> 00:03:33,570 Təkallahlılıq əqidəsinə söykənən dinlər bir nəfərin gələcəyini hamılıqla qəbul edirlər.l 19 00:03:34,000 --> 00:03:42,840 İslam dinində bu xilaskarın adı da dəqiqləşdirilib; 20 00:03:45,890 --> 00:03:54,730 bütün İslam məzhəbləri bu ilahi varlığı, bu böyük 21 00:03:56,100 --> 00:04:04,210 və qeyri-adi insanı Mehdi adı ilə tanıyırlar. 22 00:04:15,400 --> 00:04:26,530 İslam firqələri arasında, demək olar, elə birini tapmaq olmaz ki, 23 00:04:28,530 --> 00:04:45,330 Mehdinin (ə.f) zühur edəcəyinə və onun Peyğəmbərin nəslindən olacağına etiqad bəsləməsin. 24 00:04:48,330 --> 00:04:55,330 Hətta o Həzrətin adını və künyəsini də dəqiqliklə deyirlər. 25 00:04:59,200 --> 00:05:08,860 Şiə etiqadının özünəməxsus cəhəti isə budur ki, 26 00:05:09,660 --> 00:05:17,330 burada həmin şəxsiyyət haqda dəqiqliklə məlumat verilir, 27 00:05:20,330 --> 00:05:29,530 onun Əhli-Beyt imamlarından olan 11-ci imamın 28 00:05:31,000 --> 00:05:36,730 – İmam Həsən Əskərinin (ə) övladı olduğu bildirilir. 29 00:05:39,730 --> 00:05:57,200 Şiə əqidəli tarix və kəlam (sxolastika) alimləri bu şəxsin doğum tarixi haqda da dəqiqliklə, açıq-aydın məlumat verirlər. 30 00:06:00,930 --> 00:06:16,330 Digər İslam firqələri əksəriyyət etibarilə bu fikri qeyd etməmiş və ya qəbul etməmişlər, 31 00:06:16,460 --> 00:06:35,600 lakin şiələr qəti və danılmaz arqumentlərlə o böyük insanın dünyaya gəlişini, varlığını və bu gün yaşadığını sübuta yetirirlər. 32 00:06:41,930 --> 00:06:48,530 Bəziləri belə bir şeyin inanılmaz olduğunu bildirmiş, “Necə ola bilər ki, 33 00:06:50,200 --> 00:07:02,330 bir insan doğulsun və bu qədər uzun müddət sağ qalsın” – demişlər. 34 00:07:04,930 --> 00:07:23,060 Müxaliflərin Həzrət Mehdi mövzusunda irəli sürərək təkrarladıqları yeganə şübhə və irad bundan ibarətdir. 35 00:07:25,800 --> 00:07:39,200 Lakin Qurani-Kərim öz “nəs” – açıq-aydın ayəsi ilə bu iradı rədd etmişdir. 36 00:07:41,200 --> 00:07:51,130 Quranda Həzrət Nuh peyğəmbər (ə) haqda buyurulur: 37 00:07:51,130 --> 00:07:57,600 فَلَبِثَ فيهِم اَلفَ سَنَةٍ اِلّا خَمسينَ عامًا 38 00:07:59,930 --> 00:08:09,530 – yəni Nuh öz qövmü arasında 950 il yaşadı. 39 00:08:13,060 --> 00:08:16,330 Bu o demək deyil ki, onun ömrü bu qədər olub, 40 00:08:17,200 --> 00:08:25,330 mövzunun zahirindən belə anlaşılır ki, onun dəvəti 950 il sürüb. 41 00:08:26,200 --> 00:08:29,930 Odur ki bu iradın yeri yoxdur. 42 00:08:32,800 --> 00:08:46,600 Bu inancın şiələr arasında buraxdığı ən böyük təsir ümid yaratmaqdır. 43 00:08:49,400 --> 00:09:07,000 Şiə toplumu təkcə keçmişdəki parlaq tarixinə söykənmir, gözünü gələcəyə dikib. 44 00:09:10,060 --> 00:09:25,730 Şiə etiqadına əsasən Həzrət Mehdinin gəlişinə inanan bir insan ən çətin anlarda belə, 45 00:09:28,130 --> 00:09:38,200 ümidini itirmir, qəlbində daim ümid şöləsi olur; bilir ki, 46 00:09:38,530 --> 00:09:49,800 bu qaranlıq, zülm dolu, haqsızlıq 47 00:09:52,060 --> 00:10:00,930 və batilin ağalıq etdiyi dövran, heç şübhəsiz, geridə qalacaq. 48 00:10:00,930 --> 00:10:09,930 Bu etiqadın ən mühüm təsir və nəticələrindən biri budur. 49 00:10:11,200 --> 00:10:24,260 Əlbəttə ki, şiəliyin Həzrət Mehdi ilə bağlı etiqadı təkcə bununla məhdudlaşmır. 50 00:10:25,400 --> 00:10:33,460 بِيُمنِهِ رُزِقَ الوَري‌ وَ بِوُجُودِهِ ثَبَتَتِالأرضُ و السَّماء 51 00:10:35,260 --> 00:10:40,530 Mehdəviyyət məsələsi belə bir əqidədir. 52 00:10:42,200 --> 00:10:49,330 Əsrlərdir ki, bu parlaq şölə, bu nur saçan işıq 53 00:10:51,060 --> 00:10:59,800 şiə toplumu içərisindədir, bundan sonra da olacaq 54 00:11:01,600 --> 00:11:13,200 və inşallah, Mehdinin intizarında olanların intizarı sona çatacaq. 55 00:11:16,400 --> 00:11:21,600 Əziz qardaş və bacılar, dünən o böyük insanın dünyaya gəlişinin ildönümü idi, 56 00:11:23,200 --> 00:11:32,930 ona görə də sizin qarşınızda sözə başlayarkən Həzrət Mehdiyə 57 00:11:33,200 --> 00:11:40,800 qısaca olaraq sevgi və bağlılıq ifadə etməyi lazım bildim. 58 00:11:44,000 --> 00:11:50,260 Bu möhtəşəm və böyük məclisdə toplaşmış 59 00:11:53,800 --> 00:12:03,260 əziz qardaş və bacılarım, həmçinin bütün İran xalqı üçün 60 00:12:04,730 --> 00:12:09,330 4 xordad münasibətilə qeyd edəcəyim məsələlər isə 61 00:12:10,800 --> 00:12:18,530 həmişəki kimi dahi liderimiz İmam Xomeyni (r.ə) ilə bağlıdır. 62 00:12:19,860 --> 00:12:34,130 Bu barədə çox danışmışıq, amma bu böyük insan haqda hələ deyiləsi sözlər var. 63 00:12:37,530 --> 00:12:57,400 Bu gün sizə İmamın şəxsiyyətinin təhrif olunması barədə danışmaq istəyirəm. 64 00:13:00,060 --> 00:13:06,000 Şəxsiyyətləri də təhrif etmək mümkündürmü? 65 00:13:08,330 --> 00:13:20,930 Adətən təhrif anlayışını, təhrif sözünü hansısa mətnlər haqda işlədirik. 66 00:13:22,800 --> 00:13:29,330 Bəs görəsən şəxsiyyətləri də təhrif etmək olarmı? Bəli. 67 00:13:31,530 --> 00:13:45,330 Şəxsiyyətin təhrif olunması budur ki, böyük bir insanın şəxsiyyətinin əsas cizgiləri, 68 00:13:46,660 --> 00:14:00,400 onun başlıca həyat prinsipləri ya öyrənilmədən qalır, ya yanlış surətdə mənalandırılır, ya da təhrif olunmuş şəkildə, səthi formada dəyərləndirilir. 69 00:14:02,730 --> 00:14:09,130 Bütün bunlar sonda şəxsiyyətin təhrif olunması ilə nəticələnir. 70 00:14:11,130 --> 00:14:19,130 Cəmiyyət üçün örnək olan, rəhbər və lider olan, 71 00:14:20,730 --> 00:14:33,460 davranışı, söylədiyi fikirlər özündən sonrakı nəsl üçün bələdçi yolgöstərən olan bir şəxsiyyət 72 00:14:33,730 --> 00:14:41,730 təhrif olunduğu zaman bunun zərəri böyük olur. 73 00:14:46,130 --> 00:14:59,930 İmam Xomeyniyə sırf çox hörmətli bir tarixi şəxsiyyət kimi yanaşmaq lazım deyil. 74 00:15:01,460 --> 00:15:09,730 Bəziləri məhz belə olmasını istəyirlər. İmam bu ölkənin tarixində 75 00:15:10,330 --> 00:15:17,660 öz dövrü üçün fəal, faydalı və çox hörmətli bir şəxsiyyət olub, 76 00:15:18,060 --> 00:15:25,730 sonra isə dünyadan gedib və onun dövrü bitib; 77 00:15:26,530 --> 00:15:33,060 hörmətini saxlayırıq, adını hörmətlə anırıq, vəssalam 78 00:15:34,130 --> 00:15:46,330 – bəziləri İmamı bu şəkildə tanımaq və tanıtdırmaq, bu formada qələmə vermək istəyirlər. Amma bu, yanlışdır. 79 00:15:46,460 --> 00:15:59,930 İmam Xomeyni İran xalqının başlatdığı və öz tarixində dönüş nöqtəsinə çevirdiyi möhtəşəm hərəkatın obyektiv təzahürüdür; 80 00:16:02,460 --> 00:16:12,200 İmam siyasi, ideoloji və ictimai bir məktəbin banisidir. 81 00:16:14,400 --> 00:16:29,400 İran xalqı bu məktəbi, bu yolu, bu yol xəritəsini qəbul edərək ona əsasən hərəkət etməyə başlayıb. 82 00:16:31,130 --> 00:16:41,460 Xalqımızın tutduğu bu yolun davam etdirilməsi bu yol xəritəsinin düzgün oxunmasından, öyrənilməsindən asılıdır. 83 00:16:43,530 --> 00:16:53,000 İmamı doğru-dürüst tanımadan – onun başlıca prinsiplərini bilmək mənasında deyirəm 84 00:16:54,330 --> 00:16:58,130 – bu yol xəritəsini öyrənmək mümkün deyil. 85 00:17:00,000 --> 00:17:08,330 Aydındır ki, bu gün biz İmamın əsas ideoloji prinsipləri haqda danışacağıq, 86 00:17:08,930 --> 00:17:19,000 konkret zaman və ya məkana, müəyyən etapa aid olan qərarları haqda danışmayacağıq. 87 00:17:20,130 --> 00:17:27,660 Dahi İmam Xomeyninin ideologiyasının əsas sxemindən danışacağıq; 88 00:17:28,060 --> 00:17:31,330 bax bunu doğru-dürüst bilmək istəyirik. 89 00:17:33,730 --> 00:17:43,260 Əlbəttə ki, İmam böyük bir fəqih idi; həm böyük və görkəmli bir fəqih idi, 90 00:17:44,660 --> 00:17:52,530 həm filosof idi, həm nəzəri irfan sahəsinin bilicisi idi, 91 00:17:54,460 --> 00:18:05,130 bu elm sahələrində, bu məsələlərdə mütəxəssis hesab olunurdu, 92 00:18:06,000 --> 00:18:16,860 amma İmamın şəxsiyyətinin böyüklüyü bunların heç biri ilə əlaqəli deyil. 93 00:18:17,800 --> 00:18:29,060 İmamın əsl şəxsiyyəti bax bu ayənin məzmununun gerçəkləşməsindən ibarət idi: 94 00:18:29,060 --> 00:18:32,600 “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”. 95 00:18:35,060 --> 00:18:43,730 Elmin müxtəlif sahələrində görkəmli alim olan İmam Xomeyni 96 00:18:45,400 --> 00:18:49,730 Allah yolunda cihad meydanına qədəm qoymuşdu. 97 00:18:51,800 --> 00:19:08,130 O, bu cihadı ömrünün sonuna qədər davam etdirdi və əzəmətli bir hərəkatın əsasını qoydu; 98 00:19:08,130 --> 00:19:20,000 nəinki təkcə öz ölkəsində, bəlkə bütövlükdə regionumuzda, İslam dünyasında 99 00:19:20,530 --> 00:19:30,800 və müəyyən mənada elə bütün dünyada. Bu hərəkatın səmərəsi misilsiz oldu. 100 00:19:33,200 --> 00:19:44,860 İmamın vasitəsi ilə ölkəmizin tarixində iki böyük və misilsiz iş reallaşdı. 101 00:19:46,800 --> 00:20:00,060 Bunlardan biri ölkəmizdə min illərlə keçmişi olan qeyri-rasional 102 00:20:01,130 --> 00:20:08,130 və müstəbid monarxiya rejiminin hakimiyyətinə son qoyulması idi. 103 00:20:09,660 --> 00:20:27,000 Ona qədər bir neçə minillik ərzində ölkəmizdə hakimiyyət çürük və yanlış monarxiya rejiminə məxsus idi, 104 00:20:27,460 --> 00:20:31,800 ölkənin idarəçiliyi hakimiyyəti atasından miras olaraq qəbul edən, 105 00:20:33,200 --> 00:20:41,200 yaxud qılınc və hərbi güc sayəsində ələ keçirərək 106 00:20:42,600 --> 00:20:50,800 sonradan yenə də nəsildən-nəslə miras kimi bir-birinə ötürən insanların əlində idi; 107 00:20:51,600 --> 00:21:01,460 minilliklər boyu ölkəmizdə belə bir yanlış və məntiqsiz ənənə hökm sürmüşdü. 108 00:21:01,460 --> 00:21:15,130 İmamın ilk işi bu yanlış qurulmuş binanı uçurmaq və ölkənin idarəçiliyini onun əhalisinə həvalə etmək oldu. 109 00:21:18,330 --> 00:21:24,330 Dahi İmam Xomeyninin həyata keçirdiyi ikinci böyük iş 110 00:21:25,000 --> 00:21:34,130 İslam dininə əsaslanan bir dövlət quruluşu və hökumət yaratmaq olmuşdu. 111 00:21:35,600 --> 00:21:48,460 Bu həm ölkəmizin tarixində, həm də ilkin İslam dövründən sonra bütövlükdə İslam tarixində görünməmiş bir hadisə idi. 112 00:21:50,930 --> 00:22:00,130 Dahi İmamımızın böyük cihadının belə qiymətli nəticələri olmuşdu 113 00:22:01,860 --> 00:22:06,260 və elə buna görə də onun haqqında danışarkən 114 00:22:06,260 --> 00:22:09,460 – “O, Allah yolunda layiqincə cihad edib” – demək yerinə düşər. 115 00:22:10,200 --> 00:22:14,200 Necə ki Quranda buyurur: 116 00:22:14,200 --> 00:22:16,800 “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”. 117 00:22:18,200 --> 00:22:22,600 Eynilə dinin böyük övliyaları haqda deyildiyi kimi, 118 00:22:23,330 --> 00:22:30,860 bu böyük insan da “جاهَدَ فِي اللهِ حَقَّ جِهادِه” – “O, Allah yolunda layiqincə cihad edib” – cümləsinin bariz nümunəsidir. 119 00:22:32,600 --> 00:22:40,330 Əlbəttə, söhbətdən haşiyəyə çıxaraq demək istəyirəm ki, 120 00:22:40,330 --> 00:22:53,460 bu böyük insanın cihadı sırf siyasi, ictimai və ya ideoloji cihad deyildi. 121 00:22:54,600 --> 00:23:03,000 Bütün bu cihadlarla yanaşı onda daxili bir cihad, nəfslə cihad, 122 00:23:05,600 --> 00:23:12,860 Allah-taala ilə ardıcıl və qırılmaz rabitəyə, bağlılığa sadiqlik var idi. 123 00:23:13,600 --> 00:23:24,130 Bunun özü də öyrədici əhəmiyyət kəsb edir. O demək deyil ki, əgər biz ideoloji, siyasi, 124 00:23:24,600 --> 00:23:37,130 elmi və ya hərbi cihad meydanında fəaliyyət göstəririksə, cihadın bu sferasını diqqətdən yayındırmağa haqqımız var. 125 00:23:37,800 --> 00:23:48,330 Dahi İmam Xomeyni Allah-taala qarşısında həddən ziyadə təslimkar, daim dua edən, Rəbbinə və Onun övliyalarına təvəssül edən, göz yaşları və yalvarışlarla Allah dərgahına üz tutan bir insan idi. 126 00:23:50,060 --> 00:24:03,400 Elə bu mübarək şəban ayında söhbətlərində həmişə şəbaniyyə minacatından olan bu fraqmenti təkrarlayırdı: 127 00:24:03,930 --> 00:24:16,200 اِلهي هَب لي کَمالَ الِانقِطاعِ اِليکَ وَ اَنِر اَبصارَ قُلوبِنا بِضِياءِ نَظَرِها اِلَيکَ 128 00:24:17,730 --> 00:24:25,600 حَتَّي تَخرِقَ اَبصارُ القُلوبِ حُجُبَ النّورِ فَتَصِلَ اِلي‌ مَعدِنِ العَظَمَة 129 00:24:27,600 --> 00:24:36,730 Bu, onun həmişəki davranışları idi: sübh çağı ağlamaq, dua və minacat etmək, 130 00:24:38,000 --> 00:24:55,730 daim Allah-taala ilə rabitədə olmaq. Bu böyük insanın ardıcıl cihadının mənəvi dayağını onun bu halları təşkil edirdi. 131 00:24:56,260 --> 00:25:06,400 Dahi liderimizin Allah yolunda cihadından danışarkən bunu da unutmayaq. 132 00:25:08,930 --> 00:25:25,460 İmam Xomeyninin ideoloji sistemi ictimai, siyasi və ideoloji bir məktəbə xas bütün xüsusiyyətləri tam şəkildə ehtiva edir. 133 00:25:25,930 --> 00:25:37,000 Əvvəla, müəyyən dünyagörüşünə söykənir və əsaslanır ki, həmin dünyagörüşü də tövhiddən ibarətdir. 134 00:25:37,860 --> 00:25:53,200 Onun başdan-başa bütün fəaliyyəti, məntiqi bütün islami məfkurələrin əsas bazasını təşkil edən tövhidə əsaslanır. 135 00:25:56,460 --> 00:26:08,930 Bu ideoloji sistemin onu sözün əsl mənasında bir məktəb halına gətirən digər bir xüsusiyyəti 136 00:26:10,130 --> 00:26:17,200 günün tələblərinə cavab verməyidir. 137 00:26:17,460 --> 00:26:26,000 O, bəşər cəmiyyətlərinin və İran cəmiyyətinin problemli məsələlərinə toxunurdu 138 00:26:27,130 --> 00:26:31,800 və auditoriya da bunu hiss edirdi. 139 00:26:33,000 --> 00:26:43,260 İmamın ideoloji məktəbində ilk sözü anti-imeprializm və anti-despotizm söyləyirdi. 140 00:26:44,530 --> 00:26:51,530 Bunu İran xalqı da, digər müsəlman 141 00:26:51,800 --> 00:27:01,400 və hətta qeyri-müsəlman xalqları da hiss edirdi. 142 00:27:01,730 --> 00:27:05,860 Məhz elə buna görə də bu dəvət genişləndi. 143 00:27:08,530 --> 00:27:22,600 Bu ideoloji məktəbin digər bir xüsusiyyəti onun canlılığı, dinamikliyi, uyğunlaşma qabiliyyəti və praktik olması idi; 144 00:27:24,130 --> 00:27:34,200 dildə gözəl və cəlbedici sözlərdən ibarət olan, əməli işə keçəndə isə heç bir effekti olmayan 145 00:27:35,200 --> 00:27:45,730 bəzi intellektual nəzəriyyə və fikir sistemləri kimi deyildi. 146 00:27:47,930 --> 00:27:53,730 İmamın məntiqi, düşüncəsi, yolu əməli xarakter daşıyırdı, 147 00:27:55,260 --> 00:27:59,330 praktikada reallaşmağa qabil idi. 148 00:28:00,130 --> 00:28:05,060 Elə buna görə də qələbə çalaraq irəli getdi 149 00:28:05,860 --> 00:28:12,530 və bu irəliləyiş ölkəmizin tarixi kursunu dəyişdi. 150 00:28:13,600 --> 00:28:24,060 Biz İran xalqı yadlara tabeçilik edən, məqsədsizlik və ümidsizlik içində qərq olmuş bir xalq idik, 151 00:28:26,730 --> 00:28:35,930 asılı bir xalq idik. Bizi qəsdən geridə saxlayırdılar. 152 00:28:37,660 --> 00:28:44,860 Həm öz fikirlərini bizə diktə edirdilər, həm də mədəniyyətlərini. 153 00:28:45,600 --> 00:28:49,600 Həm iqtisadi resurslarımızı sovurub aparırdılar, 154 00:28:50,530 --> 00:29:02,000 həm də ardı-arası kəsilmədən ölkəmizə öz çirkin adətlərinin bataqlığını çəkib gətirirdilər. 155 00:29:02,460 --> 00:29:10,730 Biz belə bir xalq idik. İmam Xomeyni bizi stimul dolu, 156 00:29:11,130 --> 00:29:22,060 ümid dolu, dinamik, qarşısına böyük hədəflər qoymuş bir xalqa çevirdi. 157 00:29:22,400 --> 00:29:27,800 Bu gün İran xalqı dinamikdir, stimula malikdir, 158 00:29:27,800 --> 00:29:33,730 sabaha ümidlə baxır və böyük hədəflərə doğru irəliləyir. 159 00:29:35,130 --> 00:29:41,260 Əlbəttə ki, bizim öz hədəflərimizə çatmağımıza hələ var, 160 00:29:41,930 --> 00:29:45,060 amma əsas odur ki, hərəkətdəyik. 161 00:29:45,660 --> 00:29:53,260 Mühüm olan odur ki, xalqımız özündə inkişaf etmək, irəli getmək üçün güc və təpər tapıb. 162 00:29:54,260 --> 00:30:03,660 Əsas odur ki, gənclərimiz bu hədəflərə çatmağa, 163 00:30:03,930 --> 00:30:10,000 sosial ədaləti tam olaraq təmin etməyə, 164 00:30:10,200 --> 00:30:16,530 bu ölkəyə sərvət və inkişaf qazandırmağa, 165 00:30:16,860 --> 00:30:29,530 bizi mütərəqqi, öz tarixi kimliyinə uyğun gücə sahib olan bir ölkəyə çevirməyə qadir olduqlarına inanırlar. 166 00:30:30,130 --> 00:30:41,060 Bu gün ölkəmiz bu ümidlərlə dalğalanır və gənclərimiz bu istiqamətdə hərəkət edir. 167 00:30:41,600 --> 00:30:50,600 Biz süstlük, yuxululuq halından çıxmışıq. 168 00:30:50,600 --> 00:30:58,400 Bu işi dahi liderimiz İmam Xomeyninin hərəkatı və o böyük insan həyata keçirib. 169 00:30:59,060 --> 00:31:11,260 Əgər İran xalqı o hədəfə çatmaq, bu yolu davam etdirmək istəyirsə, 170 00:31:12,130 --> 00:31:19,860 İmam Xomeyninin yolunu doğru-düzgün öyrənməli, onun prinsiplərini dürüst bilməli, 171 00:31:20,600 --> 00:31:27,530 İmam Xomeyni şəxsiyyətinin təhrif olunmasına imkan verməməlidir. 172 00:31:28,200 --> 00:31:40,800 Belə ki İmamın şəxsiyyətinin təhrif olunması onun yolunun təhrif olunması, İran xalqının öz düzgün kursundan yayındırılması deməkdir. 173 00:32:00,220 --> 00:32:14,570 Əgər biz İmamın qoyub getdiyi yolu itirsək, yaddan çıxarsaq və ya Allah eləməmiş, qəsdən ondan kənara çıxsaq, 174 00:32:14,570 --> 00:32:17,420 İran xalqına zərbə dəyəcək. 175 00:32:31,330 --> 00:32:47,290 Hər kəs bilməlidir ki, imperializmin doymaq bilməyən mədəsi hələ ölkəmizdən gözünü çəkməyib. 176 00:32:48,080 --> 00:33:01,440 Böyük, zəngin, Yer kürəsinin strateji əhəmiyyətli yolayrıcında yerləşən bir ölkə 177 00:33:02,400 --> 00:33:09,200 dünyanın hiyləgər və məkrli gücləri üçün olduqca əhəmiyyətlidir. 178 00:33:10,080 --> 00:33:17,360 Onlar öz tamahlarından əl çəkməyiblər, gözlərini yığmayıblar. 179 00:33:18,160 --> 00:33:28,800 Yalnız bir halda geri çəkiləcəklər: siz İran xalqı o qədər güclənəsiniz, 180 00:33:29,040 --> 00:33:34,560 o qədər inkişaf edəsiniz ki, ümidləri kəsilsin. 181 00:34:03,200 --> 00:34:14,720 İmamın təhrif olunması məhz bu məqamda əhəmiyyət kəsb etməyə başlayır. 182 00:34:16,400 --> 00:34:25,040 İmamın şəxsiyyəti təhrif olunsa, pis tanıtdırılsa, yanlış təqdim olunsa, 183 00:34:26,960 --> 00:34:32,160 İran xalqı bütün bu böyük təhlükələrlə üz-üzə qalacaq. 184 00:34:33,760 --> 00:34:47,120 Məhz bu baxımdan İmamın təhrif olunmasının yaratdığı təhlükə ilə bağlı ölkə rəsmilərinə, 185 00:34:47,920 --> 00:35:00,160 inqilabi ideologiyanın nəzəriyyəçilərinə, İmamın köhnə şagirdlərinə, bu yola mənən bağlı olan şəxslərə 186 00:35:01,040 --> 00:35:15,360 və ümumilikdə gənclərə, ziyalılara, dini və dünyəvi təhsil alan tələbələrə xəbərdarlıq etmək vacibdir. 187 00:35:16,480 --> 00:35:20,880 Bəli, sözümün müqəddiməsi bu idi. 188 00:35:22,240 --> 00:35:30,560 İmamın həyatda olduğu dövrdə də onun şəxsiyyətinin təhrif olunmasına səy göstərilirdi. 189 00:35:31,920 --> 00:35:40,800 Bir yandan düşmən inqilabın ilk günündən İmamı 190 00:35:41,760 --> 00:35:47,840 quru və kobud bir inqilabçı kimi qələmə verməyə çalışırdı 191 00:35:49,440 --> 00:35:56,960 – necə ki dünya tarixinin Fransa İnqilabı, Sovetlərin marksist inqilabı 192 00:35:56,960 --> 00:36:06,880 və bəzi digər inqilablar kimi böyük və məşhur inqilablarında bu xüsusiyyətləri müşahidə edirik. 193 00:36:08,320 --> 00:36:16,480 İmamı quru, qaba, qaşının düyünü açılmayan, 194 00:36:17,600 --> 00:36:31,280 sırf düşmənlə mübarizəyə köklənmiş, heç bir emosiya və hissiyatı olmayan 195 00:36:31,280 --> 00:36:38,160 bir insan kimi təqdim edirdilər və bu, yanlış idi. 196 00:36:38,800 --> 00:36:49,280 Doğrudur, İmam qətiyyətli idi, mətin idi, verdiyi qərarlarda – az sonra qeyd edəcəyim kimi – möhkəm və sarsılmaz idi, 197 00:36:50,480 --> 00:36:58,560 amma bir emosionallıq, həssaslıq, incəlik, mehribanlıq, 198 00:36:59,280 --> 00:37:11,120 Allah-taalaya və Onun yaratdıqlarına, xüsusilə də cəmiyyətin məzlum 199 00:37:11,450 --> 00:37:18,160 və zəif təbəqələrinə qarşı sevgi mücəssəməsi idi. 200 00:37:18,850 --> 00:37:24,050 Düşmən isə ilk gündən bəri dünyada apardığı təbliğatda bizim inqilabımız 201 00:37:24,550 --> 00:37:28,500 və İmamımız haqda bu cür fikir formalaşdırmağa çalışırdı. 202 00:37:29,900 --> 00:37:38,930 Ölkənin daxilində də bəziləri bilmədən, bəziləri isə bilə-bilə İmamın şəxsiyyətini təhrif edirdilər; 203 00:37:38,930 --> 00:37:47,150 hətta İmamın özü həyatda olduğu zaman belə. İmam haqda istədikləri hər sözü danışırdılar; 204 00:37:47,150 --> 00:37:52,050 halbuki bütün bunların ona heç bir aidiyyəti yox idi. 205 00:37:54,600 --> 00:38:00,450 Bu hal İmamın vəfatından sonra da davam edib; 206 00:38:00,650 --> 00:38:07,950 hətta iş o yerə gəlib çatıb ki, 207 00:38:08,650 --> 00:38:20,750 bəziləri İmamı siyasət, hətta ideologiya və mədəniyyət sferalarındakı davranışlarında 208 00:38:21,300 --> 00:38:27,150 heç bir qeyd-şərt bilməyən, liberal bir insan kimi təqdim edirlər. 209 00:38:27,150 --> 00:38:31,000 Bu da həddən artıq yanlış və reallığa zidd olan bir şeydir. 210 00:38:32,050 --> 00:38:42,850 Əgər biz İmamın şəxsiyyətini sözün əsl mənasında araşdırıb öyrənmək istəyiriksə, bunun yolu var. 211 00:38:44,750 --> 00:38:51,650 Bu yolla getsək – bu barədə danışacağam – məsələ həll olunacaq, 212 00:38:51,650 --> 00:39:02,300 əks təqdirdə, bu gün kimlərsə gəlib İmamı öz istədikləri, öz siyasi əqidələrinə uyğun şəkildə təqdim etdikləri kimi, 213 00:39:02,550 --> 00:39:11,650 ola bilsin, sabah da bir başqaları gələcək və başqa siyasi əqidələrə, 214 00:39:12,450 --> 00:39:16,700 dünyada gedən başqa proseslərə uyğun olaraq, 215 00:39:17,800 --> 00:39:23,500 İmamı başqa bir şəkildə təqdim etməyi məsləhət biləcəklər; amma belə olmaz. 216 00:39:24,600 --> 00:39:31,200 İmam xalq arasında sevilir və bu, qalıcı bir sevgidir. 217 00:39:32,200 --> 00:39:35,150 Düşmən onu yox edə bilməyib. 218 00:39:36,500 --> 00:39:49,600 Elə buna görə də böyük bir xalq kütləsinin qəlbində özünə yer etməyi bacarmış İmamın şəxsiyyətinin təhrif olunması məsələsi 219 00:39:49,600 --> 00:39:54,700 – istər ölkədə, istərsə də ölkədən kənarda – böyük bir təhlükə hesab olunur. 220 00:39:54,700 --> 00:40:05,400 Bu təhrifin qarşısını almağın yolu isə İmamın prinsiplərini dönə-dönə nəzərdən keçirib araşdırmaqdır. 221 00:40:07,300 --> 00:40:12,500 İmamın müəyyən prinsipləri, əsas ideyaları var. 222 00:40:12,850 --> 00:40:21,150 Bu prinsip və ideyalar İmamın ölkədə İslam dövlətinin qurulmasından sonrakı 10 il ərzində, 223 00:40:22,600 --> 00:40:32,850 eləcə də ondan əvvəl – inqilabi hərəkatın getdiyi 15 il ərzində etdiyi müxtəlif çıxışlarda, bəyanatlarda öz əksini tapmışdır. 224 00:40:34,000 --> 00:40:39,100 İmamın əsas prinsiplərini bu bəyanatlarda görmək olar. 225 00:40:39,950 --> 00:40:45,650 Bu prinsipləri, bu xətləri paralel surətdə nəzərdən keçirdikdə 226 00:40:46,350 --> 00:40:55,000 dahi İmam Xomeyni şəxsiyyətinin portretini bütövlüyü ilə müşahidə etmək olar; İmamın şəxsiyyəti budur. 227 00:40:56,050 --> 00:41:00,600 Mən demirəm ki, bütün təfərrüatlara diqqət yetirmək vacibdir. 228 00:41:00,600 --> 00:41:06,950 Bütün başqa insanlar kimi, İmam Xomeyninin də həyatında eniş-yoxuşlar olub, 229 00:41:07,250 --> 00:41:12,850 cürbəcür hadisələr baş verib, hər birinin də öz tələbləri olub. 230 00:41:13,750 --> 00:41:19,850 Mən başlıca məqamları nəzərdə tuturam, o şeyləri ki, inkaredilməzdir, 231 00:41:20,650 --> 00:41:26,600 İmamın danılmaz ideyalarındandır, İmam onları uzun illər boyu 232 00:41:27,100 --> 00:41:34,050 – istər İslam hökuməti qurulmamışdan əvvəl, istər bu hökumətin qurulduğu dövrdə, 233 00:41:34,550 --> 00:41:41,200 istər 8 illik məcburi savaş zamanı, istər ondan əvvəl və ondan sonra 234 00:41:41,650 --> 00:41:45,500 – ardıcıl olaraq öz bəyanatlarında dönə-dönə səsləndirib. 235 00:41:46,100 --> 00:41:49,600 Özü də bu prinsip və ideyalar arasında seçim etmək lazım deyil. 236 00:41:50,150 --> 00:41:54,600 Doğrudur, bu gün mən onlar arasından 5-6-sını qeyd edəcəyəm, 237 00:41:55,150 --> 00:42:00,850 amma elə buradaca deyirəm ki, İmamın əsas prinsipləri təkcə bunlar olmaya bilər. 238 00:42:01,400 --> 00:42:07,750 Qoy mütəxəssislər, bu işin öhdəsindən gələ biləcək insanlar 239 00:42:08,300 --> 00:42:13,900 bununla məşğul olsunlar, İmamın bəyanatlarını nəzərdən keçirsinlər və onlardan İmamın əsas prinsip və ideyalarını 240 00:42:13,900 --> 00:42:19,750 əxz etsinlər – əlhəmdulillah, hamısı yazıya alınıb, var, hər kəs üçün əlçatandır. 241 00:42:19,750 --> 00:42:28,350 Bu gün mən İmamın onun bəyanatlarından çıxarıla biləcək bütün prinsiplərini qeyd edə bilmərəm, 242 00:42:28,350 --> 00:42:33,650 onlardan 5-6-sını vurğulayacağam, amma onlar arasında seçim edilməsini də istəmirəm 243 00:42:34,050 --> 00:42:38,750 və elə buna görə də deyirəm ki, qoy bu sahənin adamları araşdırma aparsınlar, müəyyən məqamları üzə çıxarsınlar. 244 00:42:38,900 --> 00:42:48,700 Mənim bu gün qeyd edəcəklərim isə İmamın məntiqinin, İmamın məktəbinin, İmamın yolunun və İmamın kursunun açıq-aydın, danılmaz cəhətləridir. 245 00:42:49,750 --> 00:42:57,050 İmam Xomeyni məktəbində öz əksini tapan birinci məsələ 246 00:42:57,500 --> 00:43:17,400 Məhəmməd peyğəmbərin (s) yer üzünə gətirdiyi əsl İslamın təsbit, amerikasayağı İslamın isə inkar edilməsidir. 247 00:43:19,750 --> 00:43:28,100 İmam əsl İslamı amerikasayağı İslamla qarşı-qarşıya qoyurdu. 248 00:43:28,800 --> 00:43:30,750 Amerikasayağı İslam nədir? 249 00:43:30,750 --> 00:43:38,230 İstər bu dövrdə, istər İmamın yaşadığı dövrdə, istərsə də bütün dövrlərdə 250 00:43:38,360 --> 00:43:42,400 – bizim bildiyimiz qədər; ola bilsin ki,hələ gələcəkdə də belə olacaq 251 00:43:43,130 --> 00:43:52,600 – amerikasayağı İslamın yalnız 2 qolu olub: biri sekulyar İslam, ikincisi isə mürtəce İslam. 252 00:43:53,860 --> 00:43:59,300 Elə buna görə də İmam Xomeyni sekulyar təfəkkürə malik, 253 00:44:00,100 --> 00:44:09,300 yəni dini, cəmiyyəti, insanların sosial davranışlarını İslamdan ayrı görmək istəyən insanları 254 00:44:10,130 --> 00:44:18,500 dinə mürtəce yanaşmanın daşıyıcısı olan insanlara bərabər tutur, eyni sırada görürdü; 255 00:44:19,130 --> 00:44:30,760 dinə mürtəce yanaşma dedikdə yeni fikirli insanların dərk edə bilmədiyi, 256 00:44:31,630 --> 00:44:38,130 yanlış əsaslara və fanatizmə söykənən gerilikçi yanaşma nəzərdə tutulur. 257 00:44:38,930 --> 00:44:43,330 İmam bunların hər ikisini həmişə birgə qeyd edirdi. 258 00:44:44,460 --> 00:44:53,530 Bu gün diqqət yetirsəniz, görərsiniz ki, İslam dünyasında amerikasayağı İslamın bu iki nümunəsindən ikisi də var, 259 00:44:54,530 --> 00:45:02,900 özü də hər ikisi dünyanın soyğunçu super-dövlətləri tərəfindən, Amerika tərəfindən himayə olunur. 260 00:45:16,600 --> 00:45:30,560 Bu gün həm azğın İŞİD, “Əlqaidə” və onlar kimilər Amerika və İsrail tərəfindən himayə olunur, 261 00:45:31,630 --> 00:45:41,830 həm də İslam adı altında fəaliyyət göstərən, əslində isə İslamın bəyəndiyi davranış tərzinə, 262 00:45:42,260 --> 00:45:48,800 İslam şəriətinə və İslam fiqhinə yad olan bəzi cərəyanlar Amerikadan dəstək alır. 263 00:45:49,230 --> 00:45:58,430 Dahi İmam Xomeyninin nəzərində əsl İslam aydın düşüncəli, 264 00:45:59,600 --> 00:46:11,600 zamana və məkana bələd olan insanlar tərəfindən teoloji mərkəzlərdə işlənib püxtələşmiş 265 00:46:12,360 --> 00:46:18,300 və oturuşmuş elmi metodlarla tədqiq olunaraq əldə edilmiş, Kitaba və sünnəyə əsaslanan İslamdır. 266 00:46:19,130 --> 00:46:25,530 Mənbələrdən dini təlimlərin çıxarılma metodu diqqət tələb edən, mühüm bir məsələdir. 267 00:46:26,800 --> 00:46:35,930 Mənbələrdən dini təlimlərin çıxarılma metodu diqqət tələb edən, mühüm bir məsələdir. 268 00:46:35,930 --> 00:46:44,300 Bunun bir metodu, üsulu var. Bu, elmi əsaslara malik, işlənmiş bir metoddur, 269 00:46:45,130 --> 00:46:49,030 ondan istifadə edə bilən insanlar var. 270 00:46:49,500 --> 00:46:54,360 İmam Xomeyninin nəzərində əsl, saf İslam bax budur. 271 00:46:54,500 --> 00:47:01,800 Əlbəttə ki, həmin metodu, həmin üsulu bilən hər kəs də bu işi uğurla həyata keçirməyə qadir deyil; 272 00:47:01,960 --> 00:47:06,930 aydın düşüncəsi olmalıdır, zamana və məkana bələd olmalıdır, 273 00:47:08,260 --> 00:47:16,130 bəşər və İslam cəmiyyətinin faktiki ehtiyaclarının hansılar olduğunu bilməlidir, 274 00:47:16,930 --> 00:47:21,660 düşməni tanımalı, onun işlətdiyi düşmənçilik üsullarına bələd olmalıdır. 275 00:47:22,460 --> 00:47:32,060 Yalnız bu zaman o, əsl İslamı müəyyən edə, tanıya və tanıtdıra bilər. 276 00:47:32,900 --> 00:47:41,330 Saray axundlarının İslamı – İmam onları dəfələrlə bu ifadə ilə adlandırmışdı 277 00:47:41,760 --> 00:47:52,900 – İŞİD-in İslamı; digər tərəfdən sionistlərin, 278 00:47:53,400 --> 00:48:04,910 Amerikanın cinayətlərinə etinasız qalan İslam, gözünü Amerikaya, böyük dövlətlərə dikmiş, Amerikanın işarəsini gözləyən İslam 279 00:48:04,930 --> 00:48:10,730 – bunlar hamısı bir bezin qırağıdır, bir-birindən geri qalan deyil. 280 00:48:11,400 --> 00:48:14,150 İmamın nəzərində bunlar hamısı qəbuledilməzdir. 281 00:48:14,880 --> 00:48:20,020 İmamın tanıtdığı İslam bütün bunlara qarşıdır. 282 00:48:20,800 --> 00:48:29,220 İmamın ardıcılı olan, onun yolu ilə gedən insan sərhədlərini müəyyən etməlidir 283 00:48:30,140 --> 00:48:44,510 – həm mürtəce İslamla, həm də sekulyar İslamla. 284 00:48:45,050 --> 00:48:51,110 Əsl İslamın nə olduğunu bilməli və o yolla getməlidir. İmamın əsas prisniplərindən biri budur. 285 00:48:52,000 --> 00:48:56,970 Bu, İmamın bir dəfə dilə gətirib dediyi bir fikir deyil. Onun əsərlərində, bəyanatlarında bu ideyalar başdan-başa, geniş şəkildə öz əksini tapır. 286 00:48:57,310 --> 00:49:05,310 İkincisi: İmamın prinsiplərindən biri də Allahın köməyinə təvəkkül etmək, 287 00:49:05,740 --> 00:49:10,200 ilahi vədlərin doğruluğuna inanmaq 288 00:49:11,280 --> 00:49:19,820 və bunun əksi – yəni dünyanın hegemon və imperialist dövlətlərinə etimadsızlıqdır. 289 00:49:20,940 --> 00:49:23,600 İmam Xomeyni məktəbinin elementlərindən biri budur; 290 00:49:25,600 --> 00:49:32,740 Allahın qüdrətinə təvəkkül etmək. Allah-taala möminlərə vəd verib 291 00:49:33,650 --> 00:49:41,480 və bu vədə inanmayan şəxslər Yaradanın öz kəlamında lənətlənib: 292 00:49:41,650 --> 00:49:48,170 وَ لَعنَهُمُ الله، وَ غَضِبَ اللهُ عَلَيهِم 293 00:49:48,400 --> 00:49:49,480 “Allah onlara lənət etmişdir”. (“Tövbə” surəsi, 68-ci ayə) “Allah onlara qəzəblənmişdir”. (“Mücadilə” surəsi, 14-cü ayədən) 294 00:49:49,910 --> 00:49:55,340 – Ona qarşı bədgüman olan kəsləri əzaba düçar etsin. 295 00:49:55,510 --> 00:50:02,420 Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Allah Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir! 296 00:50:03,620 --> 00:50:10,600 Allah-taala buyurmuşdur: 297 00:50:10,600 --> 00:50:12,600 “Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”. “Muhəmməd” surəsi, 7-ci ayə. 298 00:50:13,310 --> 00:50:18,080 Bu ilahi vədə, onun doğruluğuna inam dahi İmamımızın məfkurəsinin əsas dayaqlarından biridir. 299 00:50:19,050 --> 00:50:22,310 Bu vədə inanmaq və təvəkkül etmək lazımdır. 300 00:50:23,140 --> 00:50:29,600 Və bunun tam əksi olaraq, düşmənin, 301 00:50:29,600 --> 00:50:35,940 imperialistlərin, dünyanın super güclərinin aldadıcı vədlərinə mütləq surətdə etimad göstərməmək lazımdır. 302 00:50:36,940 --> 00:50:45,800 İmamın atdığı addımlarda, onun davranışında, bəyanatlarında bu da tam olaraq müşahidə olunur. 303 00:50:46,510 --> 00:50:52,200 Allahın qüdrətinə olan bu təvəkkül və inamı 304 00:50:53,050 --> 00:51:02,710 İmamın öz inqilabi mövqeyi üzərində qətiyyətlə durmasına səbəb olurdu. 305 00:51:03,420 --> 00:51:12,820 İmam çəkinmədən danışırdı; inandığı şeyləri açıq-aydın söyləyirdi, çünki Allaha arxalınırdı. 306 00:51:12,970 --> 00:51:18,970 O demək deyil ki, bu fikirlərin hansısa güclü dövlətlərə xoş gəlməyəcəyini, 307 00:51:19,820 --> 00:51:22,510 onları qəzəbləndirəcəyini bilmirdi, bilirdi, 308 00:51:23,050 --> 00:51:30,910 amma Allahın gücünə, Allahın yardımına, Allahın köməyinə inamı var idi. 309 00:51:33,420 --> 00:51:39,480 Müxtəlif olaylarla qarşılaşdığı zaman kimi, ya nəyisə nəzərə alıb üzgörənlik etmirdi. 310 00:51:41,480 --> 00:51:54,150 Ona ünvanlanmış məktublardan birinə tam qətiyyətlə, açıq-aşkar cavab vermişdi 311 00:51:54,750 --> 00:52:00,800 (səhv etmirəmsə, İmam imperialist dövlətlərin başçılarının və ya onlardan asılı olan şəxslərin 312 00:52:01,450 --> 00:52:05,200 ona ünvanladığı məktublar arasından ikisini cavablandırmışdı); 313 00:52:05,800 --> 00:52:08,850 o zaman həmin cavab məktubu “Səda və sima” Dövlət Teleradiosu vasitəsilə də yayımlanmışdı. 314 00:52:08,850 --> 00:52:22,950 Əlbəttə ki, İmam etik qaydalar çərçivəsində danışırdı, amma həmin məktublarda öz qəti və aydın mövqeyini ortaya qoymuşdu. 315 00:52:23,450 --> 00:52:31,850 İmam özündə olan bu təvəkkülü İran xalqının da canına yeritdi. 316 00:52:32,750 --> 00:52:42,950 Xalq da Allah-taalaya təvəkkül etməyə, Allahın yardımına inanmağa başlayıb bu yola qədəm qoydu. 317 00:52:43,950 --> 00:52:52,150 İmamın imperialistlərə qarşı heç bir etimad və inam hiss etməməsi 318 00:52:52,950 --> 00:52:58,650 onların vədlərinə etinasız yanaşmasına səbəb olurdu. 319 00:52:59,600 --> 00:53:05,750 Amerika prezidenti – Reyqan, hansı ki güclü bir prezident idi 320 00:53:06,550 --> 00:53:11,800 – İmama məktub yazmış, adam göndərmiş, xəbər yollamışdı, 321 00:53:12,050 --> 00:53:17,150 amma İmam ona heç bir əhəmiyyət vermədi, cavab vermədi, 322 00:53:17,150 --> 00:53:20,400 verdiyi vədi heç saydı. 323 00:53:21,650 --> 00:53:29,050 Başqa bir epizodda məcburi savaşın sona çatdırılmasının qarşılığında İmama müəyyən vədlər verilmişdi; 324 00:53:29,950 --> 00:53:33,500 bu vədləri Amerikadan asılı olan dövlətlərdən biri vermişdi, 325 00:53:34,150 --> 00:53:40,200 söhbət yüz milyardalardan, trilyondan gedirdi. 326 00:53:40,200 --> 00:53:43,750 İmam buna heç bir əhəmiyət verməmişdi, inanmamışdı. 327 00:53:44,800 --> 00:53:52,050 İndi biz öz başımıza gələn hadisələrdə bunun yaxından şahidi olur, 328 00:53:52,850 --> 00:53:58,400 görürük ki, imperialistlərin vədlərinə, doğrudan da, inanmaq olmaz, 329 00:53:59,300 --> 00:54:05,000 onların təkbətək görüşlərdə verdiyi vədlərə etimad etmək olmaz; 330 00:54:05,000 --> 00:54:06,650 bu gün biz özümüz bunun şahidi oluruq. 331 00:54:07,050 --> 00:54:15,700 Allaha etimad, imperialistlərə inamsızlıq – İmam bunu öz fəaliyyəti üçün ana xətlərdən biri kimi seçmişdi. 332 00:54:39,550 --> 00:54:45,000 Əlbəttə ki, bu yanaşmanın mənası dünya ilə əlaqələri kəsmək deyildi, 333 00:54:45,900 --> 00:54:53,700 belə ki ölkə başçıları müxtəlif əlamətdar hadisələr münasibəti ilə İmama təbrik mesajları ünvanlayırdılar, 334 00:54:53,700 --> 00:54:57,850 İmam da onların təbrikinə cavab verirdi. 335 00:54:58,150 --> 00:55:04,950 Bu tərzdə, normal həddə, hörmət və etika çərçivəsində əlaqələr var idi, 336 00:55:05,700 --> 00:55:15,300 amma imperialistlərə, soyğunçu dövlətlərə və onlara tabeçilik edən, onlardan asılı olan dövlətlərə heç bir şəkildə inam yox idi. 337 00:55:16,050 --> 00:55:33,300 Üçüncüsü: xalqın güc və iradəsinə inam, bütün proseslərdə hökumətin aparıcı rolu üzərində təmərküzləşməyə qarşı olmaq. 338 00:55:34,000 --> 00:55:39,450 Bu da İmamın davranışının əsas cizgilərindən biri idi. 339 00:55:40,800 --> 00:55:47,600 O zaman yanlış bir başlanğıc ucbatından 340 00:55:48,650 --> 00:55:55,400 ölkənin bütün iqtisadi məsələlərinin dövlətə həvalə olunmasına, dövlətdən asılı olmasına səy göstərilirdi. 341 00:55:55,750 --> 00:55:59,450 İmam dönə-dönə xatırladırdı ki, 342 00:55:59,450 --> 00:56:04,300 bu məsələləri xalqın öhdəsinə buraxmaq lazımdır; 343 00:56:04,850 --> 00:56:07,550 bu xatırlatmalar onun bəyanatlarında açıq-aydın öz əksini tapır. 344 00:56:08,000 --> 00:56:11,550 İmam iqtisadi məsələlərdə, 345 00:56:12,150 --> 00:56:15,750 hərbi məsələlərdə xalqın gücünə inanırdı. 346 00:56:16,450 --> 00:56:24,650 Bir məqama diqqət yetirmək lazımdır: İmam ilk gündən ölkədə güclü ordunun qurulmasını dəstəkləmişdi. 347 00:56:25,400 --> 00:56:30,950 Ölkədə ordunun buraxılmasına şəxsən o özü mane olmuşdu, 348 00:56:31,450 --> 00:56:35,700 buna baxmayaraq, Keşikçi Korpusu yaratdı, 349 00:56:36,850 --> 00:56:40,500 daha sonra isə Bəsic Təşkilatının əsasını qoydu. 350 00:56:42,050 --> 00:56:47,250 Hərbi fəaliyyətləri xalqa aid bir prosesə çevirdi. 351 00:56:49,250 --> 00:56:57,200 İqtisadi məsələlərdə xalqa arxalanırdı, hərbi məsələlərdə xalqa arxalanırdı, 352 00:56:57,950 --> 00:57:04,400 ölkənin quruculuğu ilə bağlı məsələlərdə xalqa arxalanırdı – və elə buna görə də quruculuq cihadına start vermişdi 353 00:57:05,150 --> 00:57:14,450 – təbliğatla bağlı məsələlərdə xalqa arxalanırdı və bütün bunlardan daha önəmlisi seçki məsələsində 354 00:57:15,150 --> 00:57:22,050 – xalqın səs verərək ölkənin idarəçiliyində, siyasi rejimin təşkilində son sözü deyə biləcəyinə inanırdı. 355 00:57:22,800 --> 00:57:32,200 İmam Xomeyninin hakimiyyətdə olduğu müddət ərzində – dahi İmamımız 10 il hakimiyyətdə oldu ki, 356 00:57:32,800 --> 00:57:37,500 bunun da 8 ili ərzində ölkədə müharibə oldu, 357 00:57:39,050 --> 00:57:43,800 şəhərlər bombalanırdı, cəbhələrdə döyüşlər gedirdi 358 00:57:44,450 --> 00:57:52,550 – bütün bu illər ərzində ölkədə 10-a yaxın seçki keçirildi, 359 00:57:53,700 --> 00:58:00,050 amma bu müxtəlif seçkilər müəyyən olunduğu tarixdən 1 gün belə təxirə salınmadı. 360 00:58:00,050 --> 00:58:05,050 İstənilən etapda, istənilən halda, istənilən şəraitdə 361 00:58:05,900 --> 00:58:12,300 İmam seçkilərin müəyyən olunmuş tarixdə baş tutmasına israr edirdi. 362 00:58:12,750 --> 00:58:17,750 Bəzi ölkələrdə qaydadır, fövqəladə hal elan edib seçkinin vaxtını dəyişirlər, 363 00:58:17,850 --> 00:58:23,700 İmam isə bircə gün də fövqəladə hal elan etmədi; seçkiyə bu dərəcədə əhəmiyyət verirdi. 364 00:58:24,750 --> 00:58:31,400 Seçki günü məntəqəyə ilk ayaq basan insanlar sırasında 365 00:58:32,200 --> 00:58:34,550 böyük liderimiz özü də olurdu. 366 00:58:35,250 --> 00:58:45,250 Xalqa inanırdı, xalqın seçiminə, xalqın fikrinə, 367 00:58:46,850 --> 00:58:52,500 xalqın rəyinə sözün əsl mənasında hörmət bəsləyirdi. 368 00:58:53,000 --> 00:58:56,950 Ola bilsin, xalqın seçdiyi bir şey müəyyən cəhətdən 369 00:58:57,550 --> 00:59:00,350 onun fikri ilə üst-üstə düşməsəydi belə, 370 00:59:01,550 --> 00:59:05,550 yenə də əhalinin rəyinə hörmətlə yanaşır, 371 00:59:06,200 --> 00:59:15,000 xalqı möhtərəm, mötəbər sayırdı. Bu da önəmli məqamlardan biridir. 372 00:59:15,000 --> 00:59:23,050 İmam Xomeyni xalqa münasibətdə bununla da kifayətlənməyərək deyirdi ki, xalq rəsmilərin əlindəki nemətin sahibidir. 373 00:59:23,650 --> 00:59:29,950 İmam dəfələrlə demişdi ki, bu xalq bizim əlimizdə olan nemətin sahibidir. 374 00:59:30,450 --> 00:59:38,150 Elə olurdu ki, özünü xalqın xidmətçisi adlandırırdı; 375 00:59:38,250 --> 00:59:43,700 deyirdi ki, “mənə xalqın rəhbəri deməkdənsə, xidmətçisi desələr, daha yaxşı olar”. 376 00:59:43,700 --> 00:59:53,150 Bu, böyük bir fikirdir, xalqın, onun rəyinin, seçiminin, iştirakının 377 00:59:53,150 --> 00:59:59,900 İmamın nəzərində nə qədər dəyərli və önəmli olduğunu göstərir. 378 00:59:59,900 --> 01:00:08,650 Xalq da öz rəhbərinə adekvat cavab verərək meydanlarda hazır oldu. 379 01:00:09,300 --> 01:00:17,400 Onun bircə işarəsi bəs idi ki, insanlar cani-dildən o yerdə hazır olsunlar. 380 01:00:17,800 --> 01:00:23,550 Bu, qarşılıqlı bir şey idi. İmam xalqa, xalq da İmama inanırdı. 381 01:00:24,250 --> 01:00:28,100 İmam xalqı, xalqa da İmamı sevirdi. 382 01:00:28,100 --> 01:00:30,700 Bu qarşılıqlı rabitə təbii bir işdir. 383 01:00:32,700 --> 01:00:38,150 İmamın əsas prinsipləri haqda danışarkən vurğulamaq istədiyim dördüncü məqam ölkənin daxili məsələləri ilə bağlıdır. 384 01:00:38,880 --> 01:00:48,880 İmam xalqın yoxsul, zəif təbəqəsinin himayə edilməsinin ciddi surətdə tərəfdarı idi. 385 01:01:12,370 --> 01:01:19,370 O, iqtisadi bərabərsizliyi çox kəskin şəkildə və hiddətlə rədd edirdi; 386 01:01:19,800 --> 01:01:25,020 dəbdəbəli, aristokratik həyat tərzini çox sərt, barışmaz formada rədd edirdi. 387 01:01:25,550 --> 01:01:32,120 İmam sözün əsl mənasında sosial ədalətin tərəfdarı idi. 388 01:01:32,520 --> 01:01:38,020 Böyük ldierimizin, demək olar ki, öz bəyanatlarında ən çox təkrarladığı mövzulardan biri 389 01:01:38,020 --> 01:01:44,020 yoxsul, zəif təbəqənin himayə edilməsinin vacibliyidir. Bu, İmamın müəyyən etdiyi aydın xətlərdən, 390 01:01:44,850 --> 01:01:47,450 onun qəti, danılmaz prinsiplərindən biridir. 391 01:01:48,220 --> 01:01:55,900 O bildirirdi ki, hamı yoxsulluğun kökünün kəsilməsi, 392 01:01:56,220 --> 01:02:01,870 kasıbların məhrumiyyətdən qurtulması, 393 01:02:03,020 --> 01:02:08,570 ölkənin imkanları daxilində onlara yardım edilməsi üçün çalışmalıdır. 394 01:02:09,270 --> 01:02:16,700 Digər tərəfdənsə o, rəsmilərə də saray həyatına rəğbət bəsləmək xasiyyətindən çəkinmələri ilə bağlı xəbərdarlıqlar edir, hamını bu xüsusiyyətdən uzaq olmağa çağırırdı. 395 01:02:17,250 --> 01:02:20,550 Bu məsələyə Quranda da toxunulur: 396 01:02:20,550 --> 01:02:23,550 “Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz”. (“İbrahim” surəsi, 45) 397 01:02:24,320 --> 01:02:30,920 İmam rəsmilərə xitabən dönə-dönə vurğulayırdı ki, 398 01:02:31,650 --> 01:02:39,970 yoxsul təbəqənin sədaqətinə inansınlar. 399 01:02:40,600 --> 01:02:47,850 İmam dönə-dönə deyirdi ki, məhz daxmalarda, yoxsulluq içində yaşayanlar 400 01:02:48,870 --> 01:02:56,750 bütün məhrumiyyətlərə baxmayaraq, bu meydanları doldurublar; heç bir etiraz da etmirlər, 401 01:02:56,870 --> 01:02:59,720 təhlükəli meydanlara atılan da onlardır. 402 01:03:05,800 --> 01:03:09,950 Maddi nemətlərdən daha çox yararlananlar isə 403 01:03:10,720 --> 01:03:19,850 müxtəlif situasiyalarda çətinliklə qarşılaşdıqda daha çox elə onlar etirazlarını bildirirlər. 404 01:03:20,470 --> 01:03:26,600 İmamın nəzərində əhalinin orta və yoxsul təbəqəsinin bu sədaqəti 405 01:03:27,320 --> 01:03:32,850 çox diqqətəlayiq və önəmli bir məsələ idi və o, bunu dəfələrlə vurğulayırdı. 406 01:03:33,200 --> 01:03:42,350 İmam beytülmalın düzgün xərclənməsini, israfdan çəkinməyin vacibliyini də vurğulayırdı. 407 01:03:43,350 --> 01:03:45,870 Bunlar da onun əsas prinsiplərindən idi: 408 01:03:46,270 --> 01:03:50,970 sosial ədalət, yoxsulların müdafiəsi, 409 01:03:51,700 --> 01:04:01,120 cah-calala, aristokrat həyat tərzinə pərəstiş xarakterindən uzaq olmaq və bu məcrada davranmaq. 410 01:04:02,720 --> 01:04:06,950 5-ci məqam İmamın xarici siyasəti ilə bağlıdır. 411 01:04:07,650 --> 01:04:17,850 O, beynəlxalq arenadakı quldur dövlətlər, imperialistlər qarşısında açıq-aşkar müxalif mövqe tutur, 412 01:04:18,150 --> 01:04:19,950 bu məsələdə heç kimi və heç nəyi nəzərə almırdı. 413 01:04:36,070 --> 01:04:45,130 Məhz elə buna görə də İmam dünyanın soyğunçu, imperialist, 414 01:04:45,130 --> 01:04:52,900 hegemon dövlətləri ilə məzlumların qarşıdurmasında məzlumlarn cəbhəsində yer alırdı; 415 01:04:54,300 --> 01:04:58,930 bunu birbaşa, heç kimi və heç nəyi nəzərə almadan, çəkinmədən, açıq-aşkar deyirdi. 416 01:05:00,000 --> 01:05:09,030 O, bütün dünyadakı məzlumların ciddi tərəfdarı idi. İmam imperiaslitlərlə heç cür barışığa getmək niyyətində deyildi. 417 01:05:09,560 --> 01:05:19,100 Amerikanın ünvanına deyilmiş “böyük şeytan” ifadəsi ilk dəfə İmamın işlətdiyi heyrətamiz bir bənzətmə idi. 418 01:05:41,600 --> 01:05:50,460 Bu ifadənin daşıdığı məna yükü və onun əməli dəyəri çox böyükdür. 419 01:05:51,600 --> 01:05:57,600 İnsan hansısa şəxsi, hansısa qurumu şeytan hesab edirsə, 420 01:05:58,330 --> 01:06:01,900 aydındır ki, ona qarşı davranışı, 421 01:06:03,160 --> 01:06:06,430 hiss və emosiyaları necə olmalıdır. 422 01:06:07,260 --> 01:06:13,760 O, Amerika haqda “böyük şeytan” ifadəsini 423 01:06:14,630 --> 01:06:25,260 həm dildə işlədir, həm də buna bütün qəlbi ilə inanırdı. 424 01:07:12,200 --> 01:07:26,000 Ondan fərqli olaraq, inqilabın ilk illərindən bəri elə insanlar var idi ki, 425 01:07:26,600 --> 01:07:37,530 İran xalqının əli ilə devrilmiş şah diktaturasının arxasında Amerikanın durduğunun, bu zalım rejimin Amerikanın əlindən yemləndiyinin fərqinə varmırdılar. 426 01:07:38,400 --> 01:07:42,200 İran xalqı şah diktaturasını devirmişdi, 427 01:07:43,130 --> 01:07:51,660 buna baxmayaraq, o dövrdə elə insanlar var idi ki, ölkə daxilində Amerikanın iştirakına, fəaliyyətinə 428 01:07:52,600 --> 01:07:59,400 – hətta bəzi ABŞ qurumlarının fəaliyyətinə razı idilər. 429 01:07:59,860 --> 01:08:08,060 Müvəqqəti dövlətin İmamla fikir ayrılığı da əsasən məhz bu mövzu ilə bağlı idi. Biz bunun yaxından şahidi olurduq. 430 01:08:09,130 --> 01:08:18,330 Onlar despot rejimin yemini Amerikanın verdiyinə diqqət etmirdilər. 431 01:08:19,130 --> 01:08:27,600 Bu gün həmin rejimin hakimiyyətinə son qoyulub, amma onu yemləyən maşın hələ durur, fəaliyyətdədir. 432 01:08:28,130 --> 01:08:35,260 Ona meydan verilsə, macal verilsə, yenə də öz işi ilə məşğul olacaq, 433 01:08:35,860 --> 01:08:41,860 zərbə vuracaq, zəif nöqtələri axtarıb tapıb, 434 01:08:41,860 --> 01:08:45,550 onların köməyi ilə təsirini göstərəcək; bax buna diqqət yetirmirdilər. 435 01:08:46,570 --> 01:08:53,550 İmam isə bunu görürdü, casus yuvası məsələsi ilə bağlı tutduğu mövqe də 436 01:08:54,170 --> 01:08:57,730 məhz onun bu yanaşmasından, bu baxışlarından irəli gəlirdi. 437 01:08:58,570 --> 01:09:05,450 Dünyada da kimlərsə bu məqama diqqət yetirmədilər və buna görə onlara zərbə dəydi; 438 01:09:05,450 --> 01:09:09,900 mən kiməsə rişxənd etmək, kimisə qınamaq istəmirəm, 439 01:09:10,550 --> 01:09:13,450 amma bu, bir reallıqdır ki, bəziləri 440 01:09:13,450 --> 01:09:20,170 mürtəce və diktator dövlətləri yıxdıqları halda, və buna görə də zərbə aldılar. 441 01:09:20,450 --> 01:09:28,920 İmam Xomeyni isə həmin qüvvəni ilk gündən sezmişdi və ona qarşı mübarizə aparırdı. 442 01:09:29,200 --> 01:09:41,770 Elə buna görə də o, son günə qədər Amerikanın, bu ölkənin siyasi və təhlükəsizlik aparatının əleyhinə çıxış edirdi. 443 01:09:41,770 --> 01:09:51,570 Qarşılığında dahi liderimiz İmam Xomeyni bu uzun illər ərzində Fələstini dəstəklədi, müdafiə etdi. 444 01:09:52,250 --> 01:09:55,400 O, Fələstini, Əfqanıstanı müdafiə edirdi. 445 01:09:56,720 --> 01:10:00,420 Sovet İttifaqının Əfqanıstana daxil olduğu gündən, 446 01:10:01,700 --> 01:10:05,820 Amerikanın düşmənçiliyi bizə problem yaratdığına baxmayaraq 447 01:10:06,900 --> 01:10:14,250 – halbuki belə hallarda adətən dövlətlər tərəflərdən biri ilə problem yaşadıqları zaman digər tərəflə ittifaqa girirlər 448 01:10:15,450 --> 01:10:22,250 – İmam Sovet hökumətinə qarşı qəti mövqe tutdu. 449 01:10:23,470 --> 01:10:31,350 Hətta bəzi qərbmeyilli dövlətlər də Sovet İttifaqına qarşı belə qətiyyətli mövqedən çıxış etməmişdilər. 450 01:10:32,400 --> 01:10:37,720 Dahi liderimiz isə heç kimi və heç nəyi nəzərə almadan əfqan xalqını dəstəklədi, 451 01:10:37,870 --> 01:10:50,020 Livan xalqını dəstəklədi, fələstinlilərə tam səmimiyyətlə dəstək verdi. 452 01:10:50,750 --> 01:10:54,300 İmperializmə qarşı mübarizədə İmamın məntiqi bu idi. 453 01:10:54,370 --> 01:11:04,620 Bu gün dünyada gedən prosesləri də bu məntiqlə araşdırıb düzgün mövqeyin hansı olduğunu anlamaq olar. 454 01:11:04,720 --> 01:11:12,200 Bu gün biz İŞİD-in Suriya və İraqdakı zülmkar 455 01:11:12,900 --> 01:11:18,150 və vəhşi davranışlarının nə dərəcədə əleyhinəyiksə, 456 01:11:18,320 --> 01:11:26,120 Amerika federal polisinin öz ölkəsindəki zülmkar davranışlarının da həmin dərəcədə əleyhinəyik 457 01:11:26,900 --> 01:11:28,420 – bunlar ikisi də birdir; 458 01:11:49,720 --> 01:11:57,100 eynilə həmin dərəcədə Qəzzanın blokadasının da əleyhinəyik 459 01:11:57,170 --> 01:12:00,950 – hansı ki bu, Qəzza əhalisinə qarşı tətbiq olunan zülmkar bir blokadadır 460 01:12:01,420 --> 01:12:08,370 heç bir pənah yeri olmayan məzlum Yəmən əhalisinin bombalanmasının da əleyhinəyik, 461 01:12:08,920 --> 01:12:16,020 Bəhreyn xalqına qarşı yol verilən aqresiv davranışların da əleyhinəyik, 462 01:12:16,820 --> 01:12:24,300 Amerikanın pilotsuz təyyarələrinin 463 01:12:24,820 --> 01:12:30,170 Əfqanıstan və Pakistanda əhaliyə etdiyi hücumların da əleyhinəyik. 464 01:12:30,700 --> 01:12:38,600 Bu, İmamın məntiqidir. Zülmün mövcud olduğu hər bir yerdə iki tərəf var: zalım və məzlum. 465 01:12:38,770 --> 01:12:42,470 Biz məzlumun tərəfində, zalımınsa əleyhinəyik. 466 01:12:42,470 --> 01:12:51,770 Bu, İmamın açıq-aşkar tutduğu mövqedir, onun rəhbər tutduğu əsas prinsiplərdən biridir. 467 01:12:51,900 --> 01:12:59,070 Elə buna görə də Fələstin məsələsi bu gün də bizim üçün əsas əhəmiyyət daşıyan məsələlərdən biridir; 468 01:12:59,650 --> 01:13:08,800 bunu hamı bilsin. Fələstin məsələsi İran İslam Respublikasının gündəliyindən çıxmayacaq. 469 01:13:30,700 --> 01:13:38,900 Fələstin məsələsi İslamın vacib və lazımlı cihad meydanlarından biridir, 470 01:13:39,070 --> 01:13:43,250 heç bir olay bizi bu məsələdən ayıra, uzaqlaşdıra bilməz. 471 01:13:44,600 --> 01:13:51,650 Fələstin meydanında öhdəsinə düşən vəzifəyə əməl etməyən müəyyən şəxslər ola bilər, 472 01:13:51,650 --> 01:13:55,350 onların haqq-hesabı başqadır, 473 01:13:55,350 --> 01:14:01,070 amma Fələstin əhalisini, Fələstin xalqını, Fələstinin cihadını biz təsdiqləyir və dəstəkləyirik. 474 01:14:01,500 --> 01:14:08,700 İmamın məfkurəsində əsas məqamlardan və prinsiplərdən biri də 475 01:14:08,700 --> 01:14:15,920 ölkənin müstəqilliyi, xaricilərin ağalığının inkarıdır. 476 01:14:17,850 --> 01:14:20,450 Bu da mühüm müddəalardan biridir. 477 01:14:21,000 --> 01:14:27,870 Ötən il mən elə bu görüşdə iştirak edənlərin qarşısında demişdim ki, 478 01:14:28,070 --> 01:14:36,300 istiqlaliyyət bütöv bir xalq miqyasında azadlıq deməkdir; istiqlaliyyətin mənası budur. 479 01:14:37,970 --> 01:14:47,270 Kiminsə dildə, şüarlarda fərdi azadlıqlar istəməsi, 480 01:14:47,570 --> 01:14:52,370 amma ölkənin müstəqilliyinin əleyhiə çıxış etməsi ziddiyyətdir. 481 01:14:53,970 --> 01:15:01,020 Necə ola bilər ki, insanların fərdi azadlığına hörmətlə yanaşılsın, 482 01:15:02,100 --> 01:15:07,200 amma bir xalqın azadlığı, müxaliflərin, yadellilərin sanksiya 483 01:15:08,920 --> 01:15:14,500 və təzyiqləri qarşısında ölkə miqyasında azadlıq hörmətə layiq olmasın?! 484 01:15:14,500 --> 01:15:17,470 Bu əsla başa düşüləcək, məqbul sayıla biləcək bir şey deyil. 485 01:15:17,850 --> 01:15:31,970 Təəssüflər olsun, elə insanlar var ki, ölkənin müstəqilliyini inkar etmək üçün nəzəriyyələr hazırlayır, 486 01:15:33,020 --> 01:15:36,150 müstəqilliyi gah təcrid olunmaq kimi mənalandırır, 487 01:15:37,400 --> 01:15:43,920 gah da bu gün ölkələrin müstəqilliyinin dəyər hesab olunmadığını əsas gətirərək 488 01:15:45,050 --> 01:15:50,970 cürbəcür yazılar yazır, çıxışlar edirlər və bu sözlər cəmiyyət arasında yayılır. 489 01:15:52,670 --> 01:15:54,850 Belə hərəkətlərə yol verənlər var. 490 01:15:55,520 --> 01:16:02,100 Bu, böyük bir səhv, olduqca əhəmiyyətli və təhlükəli bir xətadır. 491 01:16:02,320 --> 01:16:10,820 İmam ölkənin müstəqilliyinə, xarici ağalığın rədd edilməsinə mütləq surətdə inanırdı. 492 01:16:12,770 --> 01:16:21,120 Bu illər ərzində düşmənin ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi fəaliyyətlərin 493 01:16:21,120 --> 01:16:27,170 önəmli bir hissəsinin məqsədi müstəqilliyimizə zərbə vurmaq olub; 494 01:16:27,920 --> 01:16:34,100 istər sanksiyaları, istərsə də təhdidləri ilə onlar müstəqilliyimiz hədəfə alıblar. 495 01:16:35,150 --> 01:16:39,620 Hamı sayıq olmalı, düşmənin hədəflərinin hansılar olduğunu bilməlidir. 496 01:16:40,120 --> 01:16:42,170 Bu da əsas xətlərdən biridir. 497 01:16:42,920 --> 01:16:51,550 İmamın təfəkkürünün, İmamın yolunun, İmamın kursunun ana xətlərindən daha biri 498 01:16:52,870 --> 01:16:59,050 milli birlik məsələsidir, xalq arasında təfriqə salmağa çalışanların 499 01:17:00,120 --> 01:17:11,920 məkrli planlarına qarşı diqqətli olmaqdır – bu, qeyd edəcəyim sonuncu məqamdır – istər bu, sünni və şiələr arasında məzhəb zəminində təfriqələr olsun, 500 01:17:13,170 --> 01:17:23,150 istərsə də fars, ərəb, türk, kürd, lor, bəluc və bu kimi etnoslar arasında etnik mənsubiyyət zəminində təfriqələr. 501 01:17:24,820 --> 01:17:29,470 Təfriqə salmaq düşmənin qəti siyasətlərindən biri idi 502 01:17:30,870 --> 01:17:39,700 və dahi liderimiz İmam Xomeyni ilk gündən milli birliyin, xalqın nümayəndləri arasında vəhdətin əhəmiyyətini inanılmaz bir səylə vurğulayırdı. 503 01:17:40,920 --> 01:17:48,020 Bu, onun əsas prinsiplərindən biridir. Bu gün biz bu prinsipi də ciddi surətdə izləməliyik. 504 01:17:49,000 --> 01:17:55,750 Özünüz görürsünüz ki, bu gün dünya arenasında imperialistlərin başlıca siyasətlərindən biri 505 01:17:56,600 --> 01:17:59,870 İslam dünyasının içərisinə konfliktlər salmaqdır. 506 01:18:01,020 --> 01:18:08,270 Amerikalılar işi o yerə çatdırıblar ki, artıq şiə-sünni adı çəkirlər: 507 01:18:08,800 --> 01:18:16,050 şiələrin İslamı, sünnilərin İslamı. Birini müdafiə, digərinə hücum edirlər. 508 01:18:16,450 --> 01:18:25,750 Halbuki İran İslam Respublikasının ilk gündən bəri məzhəb ixtilafı məsələsinə yanaşması 509 01:18:26,470 --> 01:18:30,350 tam olaraq birmənalı olub. 510 01:18:31,000 --> 01:18:37,000 Biz sünni məzhbəli fələstinli qardaşlarımızla 511 01:18:37,700 --> 01:18:43,800 eynilə şiə məzhəbli livanlı hizbullahçı qardaşlarımızla davrandığımız kimi davranmışıq. Biz hər yerdə eyni münasibət sərgiləmişik. 512 01:19:35,820 --> 01:19:43,450 Dahi liderimizin ölkə daxilində məzhəblərə yanaşması bu idi. İslam Respublikasının da İslam dünyasına yanaşması 513 01:19:44,600 --> 01:19:53,770 vahid ümmət prinsipi üzərində qurulub; biz bütöv İslam ümməti ideyasını rəhbər tuturuq. 514 01:19:55,620 --> 01:20:06,270 Bu gün Amerikanın ikinci əl nökərlərinin ortaya atdığı şiə hilalı məsələsi 515 01:20:07,770 --> 01:20:11,620 təfriqəçi siyasətlərin göstəricisidir. 516 01:20:13,770 --> 01:20:19,870 Amerikalıların, apardığı geniş təbliğata baxmayaraq, 517 01:20:20,670 --> 01:20:33,150 elə İraq və Suriyadakı həmin təkfirçi qruplaşmaları dəstəkləmələri də onu göstərir ki, 518 01:20:34,800 --> 01:20:43,400 İslamın, müsəlmanların, İslam Respublikasının düşmənləri üçün İslam dünyasında konfliktlərin qızışdırılması 519 01:20:45,650 --> 01:20:49,120 olduqca böyük rola malikdir (yəqin ki hələ müəyyən məqamlarda özləri onlara gizli şəkildə yardımlar edirlər,əlaltıları isə açıq-açığına bu qruplaşmaları dəstəkləyir). 520 01:20:49,120 --> 01:20:59,100 Buna hamı diqqət yetirsin – şiələr də, sünnilər də. Düşmənin oyununa düşməsinlər. 521 01:20:59,420 --> 01:21:04,400 İslam Respublikasının düşmənləri üçün İslam dünyasında konfliktlərin qızışdırılması olduqca böyük rola malikdir 522 01:21:04,400 --> 01:21:13,220 (yəqin ki hələ müəyyən məqamlarda özləri onlara gizli şəkildə yardımlar edirlər, əlaltıları isə açıq-açığına bu qruplaşmaları dəstəkləyir).Buna hamı diqqət yetirsin – şiələr də, sünnilər də. Düşmənin oyununa düşməsinlər. 523 01:21:15,150 --> 01:21:20,700 Amerikanın himayə etdiyi sünnilik də, 524 01:21:21,950 --> 01:21:30,420 Londonun mərkəzindən dünyaya ixrac olunan şiəlik də 525 01:21:30,500 --> 01:21:34,900 bir-birinin tayıdır. Hər ikisi şeytanın qardaşlarıdır, 526 01:21:35,570 --> 01:21:39,700 hər ikisi Amerikanın, Qərbin və imperializmin əlaltısıdır. 527 01:21:58,820 --> 01:22:08,750 Mənim bu ilin əvvəlində haqqında söz açdığım, sonradan da 528 01:22:10,050 --> 01:22:16,200 dəfələrlə vurğuladığım söz və ürək birliyi məhz bu baxımdan əhəmiyyətlidir. 529 01:22:17,570 --> 01:22:24,920 Ölkənin daxilində müxtəlif məzhəblərdən, müxtəlif etnoslardan olan 530 01:22:25,270 --> 01:22:33,020 qardaş və bacılarımız əl-ələ verib yumruq kimi birləşməlidirlər 531 01:22:34,050 --> 01:22:36,700 – necə ki, əlhəmdulillah, bu günə qədər elə bu cür də olub 532 01:22:37,020 --> 01:22:44,570 – düşmənin İslam dünyasının ərazisinə nüfuz etməsinə imkan verməməlidirlər. 533 01:22:44,570 --> 01:22:54,750 Daha böyük və geniş miqyasda da sünni və şiə qardaşlar bir olmalı 534 01:22:54,920 --> 01:23:01,370 və bilməlidirlər ki, ortada İslamın bilavasitə varlığını təhdid edən bir düşmənçilik var. 535 01:23:01,370 --> 01:23:04,020 Bu da İmamın izlədiyi əsas sərhədlərdən biridir. 536 01:23:04,020 --> 01:23:10,570 Mən İmamın əsas prinsiplərindən 7-sini qeyd etdim 537 01:23:12,300 --> 01:23:17,520 və sözsüz ki, İmamın başlıca ideya və prinsipləri bunlarla məhdudlaşmır. 538 01:23:19,420 --> 01:23:28,200 Qoy başqaları da bu mövzuda araşdırma aparsınlar, intəhası hərə öz xoşuna gələn fikri İmama aid etməsin. 539 01:23:29,620 --> 01:23:39,600 İmama aid etdiyimiz hər bir şeyə onunla bağlı mənbələrdə rast gəlinməlidir; 540 01:23:39,600 --> 01:23:47,000 özü də bir yox, bir neçə dəfə, dönə-dönə, ardıcıl olaraq. Mənim qeyd etdiyim bu 7 məqam kimi. 541 01:23:48,030 --> 01:23:55,130 İmamın illər boyu etdiyi çıxışlara müraciət etsəniz, görərsiniz ki, 542 01:23:55,700 --> 01:24:02,000 əvvəldən axıra qədər bütün bəyanatlarda həmin fikirlərə rast gəlinir; 543 01:24:02,000 --> 01:24:08,830 əsas prinsiplər bax belə olmalıdır. Qoy başqaları da bu metod əsasında araşdırma aparıb İmamın digər prinsip və ideyalarını üzə çıxarsınlar. 544 01:24:09,430 --> 01:24:13,930 İmamın şəxsiyyətinin eyni dərəcədə həm həddən artıq simpatiya, həm də həddən artıq antipatiya yaratmasının səbəbi bu prinsip və ideyalar idi. 545 01:24:15,000 --> 01:24:18,530 Biz də istəyirik ki, kimlərdəsə simpatiya, kimlərdəsə antipatiya 546 01:24:19,660 --> 01:24:24,260 yaratmağımızın səbəbi həmin prinsiplər olsun. 547 01:24:26,800 --> 01:24:35,730 Bunu da hamı bilsin ki, düşmənin cürbəcür sifətə düşməkdə 548 01:24:36,430 --> 01:24:40,060 və dona girməkdə məqsədi ölkədə ağalığı ələ keçirməkdir; 549 01:24:40,960 --> 01:24:44,030 görürsünüz, gah qaş-qabaq tökürlər, 550 01:24:45,530 --> 01:24:52,260 gah üzümüzə gülürlər, gah vəd verir, gah da təhdid edirlər. 551 01:24:53,160 --> 01:25:04,130 Düşmən bu ölkədə qeyd-şərtsiz ağalıq etdiyi dövrana qayıtmaq istəyir. 552 01:25:05,200 --> 01:25:12,900 İslam dini bu qayıdışın qəti əleyhinə olduğu üçün, 553 01:25:13,860 --> 01:25:22,960 düşmənin bu məkrli planı qarşısında müqavimət göstərən qüvvə İslam dini olduğu üçün, bu dinin əleyhinədirlər. 554 01:25:23,930 --> 01:25:28,560 Düşmən ona görə islama qarsi çıxırkı, 555 01:25:29,330 --> 01:25:38,960 islam təlimlərinin, bu dinin hökmlərinin, onun qarsısında keçilməz səd qurduğunu bilir. 556 01:25:40,060 --> 01:25:48,560 Bizim xalqımızın əleyhinədilər, çünki xalq onların qarşısında dağ kimi durub. 557 01:25:49,130 --> 01:26:02,260 Xalq arasında da düşmənə daha güclu müqavimət göstərənlərin daha çox əleyhinədirlər. 558 01:26:03,360 --> 01:26:06,530 Daha çox isə mömin, ruhani insanların, 559 01:26:07,300 --> 01:26:12,230 inqilabi qurum və təşkilatların, 560 01:26:13,230 --> 01:26:17,030 Allah yolunda çalışıb-vuruşan qüvvələrin əleyhinədirlər. 561 01:26:17,760 --> 01:26:26,200 Çünki bunların düşmənlərin qarşısında möhkəm və keçilməz sədd olduğunu bilirlər. 562 01:26:26,360 --> 01:26:34,000 Düşmən müstəmləkəçilik dərdindədir və onun bütün səyləri 563 01:26:34,730 --> 01:26:40,660 İslam Respublikasının bu xalqın inkişaf, tərəqqi 564 01:26:41,560 --> 01:26:48,900 və yüksəlişinin mayası olmuş dini hərəkatının qarşısını almağa yönəlib. 565 01:26:49,500 --> 01:26:58,800 Amerikanın keçmiş siyasət adamlarından biri belə bir fikir səsləndirmişdi ki, “təkfirçi terror qruplaşmaları 566 01:26:59,660 --> 01:27:04,100 biz qərblilər üçün heç bir əhəmiyyət kəsb etmir, qoy olsunlar, eybi yoxdur, 567 01:27:04,930 --> 01:27:08,330 bizim üçün mühüm olan İran İslam dövlətidir. 568 01:27:09,130 --> 01:27:14,100 Çünki İranda hakimiyyətdə olan İslam dövləti möhtəşəm bir İslam sivilizasiyası formalaşdırmaq niyyətindədir 569 01:27:14,730 --> 01:27:23,960 (əlbəttə ki, o, “imperatorluq” ifadəsini işlətmişdi ki, bu, yanlışdır). 570 01:27:24,830 --> 01:27:32,460 Odur ki biz İran İslam dövlətini özümüzə əks cəbhədə görməli və mühüm düşmənimiz bilməliyik”. 571 01:27:33,130 --> 01:27:37,830 Bu fikirlər bizə vahid ümmət yaratmağın əhəmiyyətini də çatdırır. 572 01:27:38,530 --> 01:27:42,630 Sizin üçün qeyd etmək istədiklərim bunlar idi. 573 01:27:43,000 --> 01:27:48,160 Əziz qardaşlar, bu gün siz uzaq yollar qət edib müxtəlif şəhərlərdən bura təşrif gətirmisiniz. 574 01:27:48,760 --> 01:27:51,430 Hamınızı salamlayır, yorulmayasınız deyirəm. 575 01:27:51,930 --> 01:27:54,560 Allah-taala hamınızı qorusun, inşallah. 576 01:27:54,620 --> 01:28:00,050 Pərvərdigara! Səni and veririk Məhəmmədə (s) və onun ailəsinə, 577 01:28:00,450 --> 01:28:08,260 bu böyük və nəcib xalqa Öz rəhmət və bərəkətini nazil et. 578 01:28:09,640 --> 01:28:16,220 Pərvərdigara! Bu nurlu yolu bizim üzümüzə açmış 579 01:28:16,420 --> 01:28:24,000 o dahi insana, o böyük liderə Öz rəhmət və bərəkətini nazil et. 580 01:28:25,510 --> 01:28:32,130 Pərvərdigara! Bizi bu yolun sadiq yolçularından et 581 01:28:32,640 --> 01:28:37,280 və bizə bu yolda şəhid olaraq ölməyi nəsib et. 582 01:28:38,820 --> 01:28:48,640 Pərvərdigara! İmam Mehdi Sahibəzzamanın (Ruhumuz ona fəda olsun!) müqəddəs qəlbini bizdən razı və məmnun et. 583 01:28:50,280 --> 01:28:53,420 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.