1 00:00:10,160 --> 00:00:12,440 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:13,240 --> 00:00:20,200 İmam Müctəbanın – İmam Həsənin (ə) mövludu günüdür; 3 00:00:22,400 --> 00:00:31,200 Peyğəmbəri-Xatəmin (s) dili ilə desək, “hüsne-mücəssəm– gözəlliyin təcəssümünün 4 00:00:36,320 --> 00:00:41,080 dünyaya gəldiyi gündür. Bu mövluda bu adı o həzrət verib 5 00:00:41,080 --> 00:00:46,920 və Peyğəmbərin bu mübarək körpəni, bu əzəmətli insanı 6 00:00:48,720 --> 00:00:57,080 “Həsən” adı ilə adlandırması çox böyük və əhəmiyyətli bir məsələdir. 7 00:00:57,800 --> 00:00:59,960 İnşallah, hamınız üçün mübarək olsun. 8 00:01:02,680 --> 00:01:11,080 Sizin həssas qəlblərinizə, 9 00:01:12,120 --> 00:01:18,040 incə ruhlarınıza, zərif duyğularınıza 10 00:01:20,000 --> 00:01:29,360 ramazan ayının bərəkətlərini də xatırlatmaq istəyirəm. 11 00:01:29,720 --> 00:01:37,080 Bu bitib-tükənməyən bərəkət zəmisindən istifadə edəcək bir kimsə varsa,o cümlədən ən çox istifadə etməli olan və edən insanlar, 12 00:01:37,200 --> 00:01:46,160 doğrudan da, incə zövqlü, ruhu, qəlbi, zərif duyğuları olan insanlardır; yəni sizlər. 13 00:01:48,960 --> 00:01:58,480 Allaha yaxınlaşmaq, qəlbin riqqətə gəlməsi, Allah-taala ilə ünsiyyət, zikr, itaət ayı olan bu ayın dəqiqələrindən, 14 00:01:59,080 --> 00:02:11,920 anlarından, günlərindən, gecələrindən bəhrələnmək üçün sizdən yaxşı kim ola bilər? 15 00:02:13,560 --> 00:02:23,760 Bütün bunlar üçün belə pak, incə qəlbə, zərif duyğulara malik insanlardan münasib kim ola bilər? 16 00:02:27,840 --> 00:02:35,520 Zikr, ünsiyyət və şövq behiştinə daxil olmaq üçün 17 00:02:38,240 --> 00:02:44,480 ən yaxşı vasitə bu ayda oxunması tövsiyə olunan dualardır; 18 00:02:47,080 --> 00:02:51,200 istər bu aya məxsus olan dualar, 19 00:02:53,160 --> 00:02:59,600 istərsə də “Şəbaniyyə minacatı”, “Səhifeyi-Səccadiyyə”dən olan dualar kimi 20 00:02:59,880 --> 00:03:09,360 bütün həssas məqamlarda oxunması mümkün olan dualar. Bunlardan istifadə etmək olduqca dəyərlidir. 21 00:03:10,600 --> 00:03:21,200 وَ اسمَع دُعائي اِذا دَعَوتُک، وَ اسمَع نِدائي اِذا نادَيتُک، وَ اقبِل عَلَيَّ اِذا ناجَيتُک 22 00:03:22,840 --> 00:03:33,360 Sizin incə qəlbləriniz bunları daha böyük itaətkarlıqla, daha artıq diqqətlə bəyan edə bilər. 23 00:03:35,520 --> 00:03:40,280 فَقَد هَرَبتُ اِلَيکَ وَ وَقَفتُ بَينَ يَدَيک 24 00:03:43,480 --> 00:03:56,240 Bunlar ən incə qəlblərdən, ən bəlağətli dillərdən süzülmüş sözlər, ifadələrdir. 25 00:03:57,560 --> 00:04:02,520 Bunları sizdən yaxşı, bu pak, incə qəlblərdən yaxşı kim qəbul etməli, dərk etməli, 26 00:04:03,240 --> 00:04:10,040 onlardan sizdən yaxşı kim bəhrələnməlidir? Bu ayda dua etməyə səhlənkar yanaşmayın. 27 00:04:15,560 --> 00:04:21,560 “Şəbaniyyə minacatı” duasında oxuyuruq: 28 00:04:21,560 --> 00:04:37,680 هَب لي قَلباً يُدنيهِ مِنکَ شَوقُهُ وَ لِساناً يُرفَعُ اِلَيکَ صِدقُهُ وَ نَظَراً يُقَرِّبُهُ مِنکَ حَقُّه 29 00:04:40,480 --> 00:04:48,680 Şövqündən yüksələn, ucalan, 30 00:04:50,080 --> 00:04:55,360 Rəbbin zatına yaxınlaşan bir qəlb – insan Allahdan bunu istəyir. 31 00:04:56,200 --> 00:05:03,240 Hansı qəlb buna o həssas, incə qəlbdən daha hazır ola bilər? 32 00:05:05,480 --> 00:05:09,440 Əlhəmdulillah, sizlərdə bu var. 33 00:05:13,160 --> 00:05:17,360 “Əbi-Həmzə Sumali” duasında: بِکَ عَرَفتُکَ 34 00:05:18,640 --> 00:05:26,760 وَ اَنتَ دَلَلتَني عَلَيکَ وَ دَعَوتَني اِلَيکَ وَ لَولا اَنتَ لَم اَدر ما اَنت 35 00:05:28,880 --> 00:05:38,120 Həzrəti-Haqla, məhəbbət və izzətin qaynağı ilə bu cür lətif şəkildə 36 00:05:39,160 --> 00:05:44,400 mənəvi əlaqə yaratmaq; bunlar çox dəyərlidir, çox əhəmiyyətlidir, 37 00:05:45,120 --> 00:05:51,360 həssas qəlbləri, həqiqətən də, isidir, 38 00:05:51,360 --> 00:06:01,040 qoruyur, ümid bəxş edir, onların pənah yerinə, dayağına çevrilir. 39 00:06:02,160 --> 00:06:08,520 “Ey xəlvətə çəkilib tənha qaldığım, saflıq, möhtəşəmlik dolu 40 00:06:08,920 --> 00:06:13,760 ən gözəl anların pənahı və dayağı! Ey mənim şirin sulu, şan-şövkətli çayım!” 41 00:06:15,040 --> 00:06:21,480 – mərhum Əxəvan bu şeiri nə üçün, kimə həsr edib, bununla işim yoxdur, 42 00:06:21,960 --> 00:06:26,440 mən onu “Səhifeyi-Səccadiyyə”yə həsr edərək oxuyuram. 43 00:06:27,320 --> 00:06:32,160 Mən bu şeri Əbi-Həmzə Sumali duasına xitabən oxuyuram. 44 00:06:33,280 --> 00:06:38,600 “Ey xəlvətə çəkilib tənha qaldığım, saflıq, möhtəşəmlik dolu 45 00:06:39,240 --> 00:06:44,600 ən gözəl anların pənahı və dayağı! 46 00:06:45,120 --> 00:06:48,920 Ey mənim şirin sulu, şan-şövkətli çayım!” 47 00:06:49,600 --> 00:07:01,080 Dua budur, bundan əl götürməyin, duadan üz çevirməyin. Dua çox dəyərlidir. 48 00:07:02,600 --> 00:07:15,840 Dua ümidsizlik, bədbinlik içində olan, 49 00:07:16,840 --> 00:07:25,800 yanlış emosiyalara qapılmış qəlblərin halını dəyişməyə, 50 00:07:25,800 --> 00:07:36,960 onları doğru yola istiqamətləndirməyə qadir olan bir iksirdir. Dua belə bir şeydir. 51 00:07:37,200 --> 00:07:45,560 Bu gecələrdən istifadə edin. Dua edə, duadan həqiqətən bəhrələnə biləcək 52 00:07:45,560 --> 00:07:49,800 ən layiqli şəxslər sizsiniz, bundan istifadə edin. 53 00:07:50,680 --> 00:07:57,080 Əlbəttə ki, duanı mənasını düzgün dərk etmədən, sadəcə üzündən oxumaq, 54 00:07:57,080 --> 00:08:03,320 yaxud mənanın yalnız zahirini anlayaraq oxumaq dua oxumağın ən aşağı mərhələsidir, 55 00:08:03,560 --> 00:08:10,760 buna baxmayaraq, dua ilə qaynayıb-qarışmaq, o mənalarla ünsiyyətdə olmaq, 56 00:08:11,600 --> 00:08:14,320 onlara baş vurmaq çox dəyərlidir. 57 00:08:15,080 --> 00:08:21,800 Bəli, şeir çox güclü təsirə malik bir faktordur; 58 00:08:23,520 --> 00:08:32,360 sözün, fikrin bütün digər ifadə formaları ilə müqayisədə şeir, poeziya ikiqat artıq təsir effektinə malikdir. 59 00:08:32,960 --> 00:08:39,280 Yəni nə qədər gözəl, nə qədər bəlağətli, mənalı olmağından asılı olmayaraq, 60 00:08:40,360 --> 00:08:49,080 heç bir söz insanlara şeir qədər təsir göstərə bilmir. Şeir belə bir mexanizmdir, belə bir faktordur. 61 00:08:49,360 --> 00:08:57,440 İnsanları təşviq etmək, həvəsləndirmək lazım olduğu yerdə şeir stimulverici rol oynayır. 62 00:08:57,880 --> 00:09:03,240 Şeir dinləyiciyə və ya onu özü üçün oxuyan şəxsə istiqamət verir, bələdçi, yolgöstərən olur. 63 00:09:03,680 --> 00:09:11,360 Bu isə həmin şeir müəllifinin üzərinə məsuliyyət qoyur. 64 00:09:13,600 --> 00:09:18,320 Sizin əlinizdə böyük işlər üçün 65 00:09:19,560 --> 00:09:24,480 istifadə edə biləcəyiniz bir sərvət, imkan varsa 66 00:09:24,480 --> 00:09:30,000 və siz ondan istifadə etmirsinizsə, məsuliyyətsiz davranmış olursunuz 67 00:09:30,520 --> 00:09:35,640 Şeirin təsir gücü sizin üzərinizə məsuliyyət qoyur. Allah-taala bu neməti sizə verib, 68 00:09:36,320 --> 00:09:42,960 amma bütün başqa nemətlər kimi, bu nemət haqda da sorğu-sual ediləcək; 69 00:09:43,920 --> 00:09:46,360 bu ilahi bəxşiş haqda haqq-hesab çəkiləcək. 70 00:09:46,920 --> 00:09:50,240 Sizdən bu nemətlə nə etdiyiniz soruşulacaq. 71 00:09:51,480 --> 00:10:00,120 Şeir vasitəsilə auditoriyanı doğru yola, “sirati-müstəqim”ə də istiqamətləndirmək olar, 72 00:10:00,520 --> 00:10:05,960 yanlış yola istiqamət verib məhv etmək də. 73 00:10:06,600 --> 00:10:11,480 Şeir insanı uçuruma da itələyə bilər. 74 00:10:11,720 --> 00:10:20,560 Belə şeirlər var; xüsusilə bu gün. Təəssüflər olsun ki, 75 00:10:21,360 --> 00:10:28,040 hazırda yeni texnologiyalar– yeni media vasitələrinin köməyi ilə insanlıqdan, 76 00:10:28,560 --> 00:10:33,560 əxlaqdan uzaq olan azğın bir mədəniyyət baş alıb gedir 77 00:10:34,040 --> 00:10:38,040 və bəzən şeir insanların doğru yoldan sapması, günah 78 00:10:38,040 --> 00:10:45,040 və əxlaqsızlıq bataqlığında boğulması üçün bir vasitəyə çevrilir. Məsələnin o biri tərəfi də budur. 79 00:10:45,040 --> 00:10:48,640 Odur ki şeir bu ikisindən hər birinə yol aça bilər. 80 00:10:49,040 --> 00:10:56,880 İncə duyumlu şair ətrafda baş verənləri dərk edir, 81 00:10:57,360 --> 00:11:03,200 onda bir həvəs, şövq yaranır, bu duyğular onu sıxır, narahat edir və o, yazmağa başlayır. 82 00:11:04,760 --> 00:11:12,440 Şairin şeir yazmağı təşviq olunmağından, sıxıntı keçirməyindən, 83 00:11:13,360 --> 00:11:22,320 başqalarının görə bilmədiyi bir şeyi görüb, duyub, dərk etməyindən irəli gəlir. 84 00:11:23,600 --> 00:11:26,000 Amma bunun iki tərəfi ola bilər: 85 00:11:26,840 --> 00:11:33,320 şair insanları yaxşılıqlara doğru da istiqamətləndirə bilər, bunun əksinə də. 86 00:11:34,120 --> 00:11:42,040 Şeir ifrat dərəcədə cinsi instinktlərin təsiri altına düşərsə - 87 00:11:42,800 --> 00:11:47,400 təəssüf ki, bu gün ölkəmizdə bəzi insanlar 88 00:11:47,400 --> 00:11:52,760 şeiri məhz bu səmtə yönəldirlər. 89 00:11:54,120 --> 00:12:00,360 Gənclərimiz saf, olduqca gözəl, 90 00:12:00,680 --> 00:12:06,640 qəhrəmanlıq ruhlu, mənəvi-inqilabi atmosferdə yaşadıqdan sonra 91 00:12:06,960 --> 00:12:11,080 hazırda bəzi əllər müxtəlif yerlərdə zorla onları bu istiqamətə çəkirlər. 92 00:12:11,080 --> 00:12:16,920 Ən çox da internet məkanında. Başqa vasitələr öz yerində, 93 00:12:16,920 --> 00:12:24,320 şeir vasitəsilə də gəncləri ifrat cinsi instinktlərə sövq edirlər. 94 00:12:24,560 --> 00:12:30,040 Bu, çox pis bir şeydir, artıq həyəcan təbili çalmaq lazımdır. 95 00:12:30,400 --> 00:12:34,040 Bəzən ifrat şəhvətpərəstliyə, bəzən yalnız öz şəxsi mənafeyini güdməyə, 96 00:12:35,680 --> 00:12:42,080 bəzən isə zülmə pərəstişə çağırırlar. 97 00:12:42,600 --> 00:12:49,200 Təəssüflər olsun ki, ölkəmizin tarixində bunun, yəni zülmə, zalıma pərəstişin kökü çox uzaqlara gedib çıxır. 98 00:12:51,560 --> 00:12:55,440 Əlhəmdulillah, bu gün ölkəmizdə bu tendensiyanın əleyhinə olan, buna qarşı çıxanlar da var. 99 00:12:55,440 --> 00:13:04,080 Elə gənc şairlər arasında da mən bunun əleyhinə çıxış edən insanları görmüşəm. 100 00:13:04,200 --> 00:13:10,920 Yəmənlə bağlı şeirləri – cənab Səyyarın və başqalarının şeirlərini bundan əvvəl də eşitmişdim, 101 00:13:10,920 --> 00:13:16,640 oxumuşdum, çox yaxşıdır. Sizin yazdığınız, elə bu axşam dostlarımızın oxuduğu şeirlər də 102 00:13:17,360 --> 00:13:25,200 çox yaxşıdır. Düzgün olanı budur, düzünü siz edirsiniz. 103 00:13:25,200 --> 00:13:32,200 Allah-taalanın haqqında sorğu-sual edəcəyi məsuliyyət hissi bax budur. 104 00:13:32,760 --> 00:13:37,040 “Məkarimül-əxlaq” duasının fraqmentlərindən birində oxuyuruq: 105 00:13:37,160 --> 00:13:39,960 وَ اسْتَعْمِلْنِي بِمَا تَسْأَلُنِي غَداً عَنْهُ 106 00:13:41,120 --> 00:13:45,600 Bu haqda düşünmək, bunun üçün narahat olmaq lazımdır – sabah məni sorğu-suala çəkəcək, nələrisə soruşacaqlar. 107 00:13:46,720 --> 00:13:49,720 Deyir, “Pərvərdigara, o şeyi ki sabah məndən soruşacaqsan, 108 00:13:49,720 --> 00:13:55,440 bu gün ona əməl etmək, o işlə məşğul olmaq üçün lazım olan vasitələri mənə nəsib et”. 109 00:13:56,320 --> 00:14:01,760 Həmin vasitə sizdə var. Ola bilsin, kimlərinsə ürəyi doludur, deyə bilmirlər, 110 00:14:01,760 --> 00:14:05,080 amma siz, əlhəmdulillah, deməyi bacarırsınız. Deyin, təsiri də olacaq. 111 00:14:05,640 --> 00:14:11,480 Sizin Bəhreyn, Yəmən, Livan, 112 00:14:11,480 --> 00:14:17,800 Qəzza, Fələstin və ya Suriya üçün dediyiniz şeirlər, 113 00:14:17,800 --> 00:14:23,160 İslam ümmətinin hədəfləri uğrunda söylədiyiniz hər bir şeir 114 00:14:23,720 --> 00:14:28,760 istənilən yerdə oxunur və istifadə olunur. 115 00:14:29,480 --> 00:14:33,400 Əgər şeir bu istiqamətlərdə işlənsə, 116 00:14:33,400 --> 00:14:35,400 – “Həqiqətən də, şeirdə hikmət var” 117 00:14:36,200 --> 00:14:43,720 deyimi sizin yaradıcılığınızın timsalında gerçəkləşəcək. Şeir, doğrudan da, hikmətdir. 118 00:14:43,720 --> 00:14:49,840 Bir şeyi demək istəyirəm – əlbəttə, mən bunu sizinlə keçirdiyimiz görüşlərdə də, başqa görüşlərin çoxunda da dəfələrlə demişəm 119 00:14:51,600 --> 00:14:59,240 – ki, haqla batilin davasında bitərəf qalmağın mənası yoxdur. 120 00:15:00,880 --> 00:15:05,520 Biri var tərəflərin kimliyi tam aydın olmayan, şübhəli bir davadır – o, ayrı bir söhbətdir, 121 00:15:05,760 --> 00:15:10,880 amma əgər ortada bir haqq və bir batil varsa, o yerdə bitərəf qalmaq mənasızdır. 122 00:15:11,120 --> 00:15:13,680 Haqqın tərəfini tutub batilə qarşı çıxmaq lazımdır. 123 00:15:14,200 --> 00:15:21,960 İndi biri bunu hərbi üsulla edə bilər, biri siyasi üsulla. 124 00:15:22,920 --> 00:15:26,520 Batilə qarşı müxtəlif formalarda çıxış etmək olar. Kimlərsə də bunu dillə, 125 00:15:26,520 --> 00:15:32,120 düşüncələrini sözdə ifadə etməklə edə bilər; amma etmək lazımdır. 126 00:15:32,120 --> 00:15:36,280 Şair haqla batilin qarşıdurmasında bitərəf qala bilməz. 127 00:15:38,600 --> 00:15:46,720 Şair, sənət adamı bitərəf qalarsa, Allahın verdiyi neməti hədər etmiş olar. 128 00:15:47,000 --> 00:15:52,680 Əgər Allah eləməmiş, batilin tərəfini tutarsa, o zaman xəyanət edib, 129 00:15:52,680 --> 00:15:59,800 cinayət edib. Burada artıq səhlənkarlıqdan söhbət getmir, cinayətdir. 130 00:16:00,960 --> 00:16:06,840 Sizin xalqınız uzun illər boyu çox zülmlərə məruz qalıb, 131 00:16:08,000 --> 00:16:13,320 bu zülmləri demək, dünyaya çatdırmaq lazımdır. 132 00:16:14,880 --> 00:16:22,320 1366-cı ildə – elə bu günlərdə – Sərdəşti bombaladılar. 133 00:16:23,960 --> 00:16:29,520 Bu, zarafatdır? Bütöv bir şəhəri kimyəvi silahlarla bombalasınlar, 134 00:16:29,920 --> 00:16:39,560 uşaqlı-böyüklü, qocalı-cavanlı, qadınlı-kişili minlərlə adamı məhv etsinlər, 135 00:16:39,720 --> 00:16:51,120 dünya isə sussun! O dünya ki, bəzən bir pişiyin çalaya düşməsi onun üçün 136 00:16:51,280 --> 00:16:54,360 xəbər proqramlarında, qəzet və televiziyalarda 137 00:16:55,640 --> 00:17:01,520 danışılacaq səviyyədə bir problemə çevrilir. Deyirlər ki, bəli, bu gün bir pişik, ya məsələn, bir tülkü çalaya düşmüşdü, 138 00:17:01,720 --> 00:17:06,280 filan-filan qurumlar heyvanı o çaladan sağ-salamat çıxarmaq üçün yığışıb səy göstəriblər; 139 00:17:07,080 --> 00:17:13,280 və ya sahilə çıxmış bir su heyvanının xilas edilməsi 140 00:17:14,120 --> 00:17:18,200 və sair bu kimi şeylər üçün dünyada hay-küy qaldırılır. 141 00:17:18,960 --> 00:17:24,640 Bütöv bir şəhərin kimyəvi silahlarla bombalanması qarşısında isə bu dünya susur! 142 00:17:24,640 --> 00:17:30,960 Dünya deyəndə mən xalqları nəzərdə tutmuram, xalqların əlindən nə gəlir, nələri var? 143 00:17:31,400 --> 00:17:36,080 Mən dünyanın təbliğat agentliklərinə ağalıq edən böyük dövlətləri nəzərdə tuturam; 144 00:17:36,520 --> 00:17:47,440 bizim dildə desək, Amerikanı, İngiltərəni, imperialist Qərb dövlətlərini, sionistləri. 145 00:17:48,640 --> 00:17:55,440 Dünyanın təbliğat atmosferinə öz hökmünü diktə edənlər bunlardır, imkan verməzlər ki, bir dodaq tərpədəsən, bir iş görəsən. 146 00:17:55,640 --> 00:18:01,120 Hazırda Yəməni gecə-gündüz o cür bombalayırlar, heç kimdən səs çıxmır; 147 00:18:01,360 --> 00:18:07,560 dünən Qəzzanı o cür bombalayırdılar, bundan bir az qabaq Livanı vururdular, heç kəs cınqırını çıxarmadı. 148 00:18:08,600 --> 00:18:12,960 Ancaq misal üçün, haradasa iki qaçaqmalçı mühakimə olunsa, edam olunsa, 149 00:18:13,120 --> 00:18:16,160 səs-küylü təbliğat başlayar. Dünya bax belədir, 150 00:18:16,320 --> 00:18:18,160 Dünya bax belədir, belə bir dünyanın qarşısında nə etmək lazımdır? 151 00:18:19,880 --> 00:18:26,720 Dini motivasiyanı, imandan irəli gələn vəzifələri bir kənara qoyaq, şərəfi olan bir insan 152 00:18:27,240 --> 00:18:30,080 belə bir cəbhələşmənin, belə bir həyasızlığın, 153 00:18:33,080 --> 00:18:40,960 belə bir xəbisliyin qarşısında nə edər? İnsanın şərəfi, vicdanı, 154 00:18:41,120 --> 00:18:46,240 insanlığı nəyə hökm edir? Bütün bunlar insanın çiyinlərinə düşən yükdür. 155 00:18:47,040 --> 00:18:54,000 Mən, əlbəttə ki, inqilabdan sonrakı dövrdə ölkədə poeziyanın inkişafından çox razıyam, 156 00:18:55,280 --> 00:18:59,440 doğrudan da, çox yaxşılaşıb. Bu gün şeir oxuyan gənclər 157 00:19:00,440 --> 00:19:09,360 10 il əvvəlki gənc şairlərdən açıq-aydın çox fərqlənirlər. 158 00:19:09,360 --> 00:19:13,120 Yəni doğrudan da, inkişaf var, yazılan şeirlər çox yaxşıdır. 159 00:19:13,120 --> 00:19:19,480 İntəhası ölkəmizdə şeirin, poeziyanın imkanları bundan daha yüksəkdir; qat-qat çoxdur. 160 00:19:20,080 --> 00:19:24,200 Baxın bu xanım qızımız şagirddir 161 00:19:24,800 --> 00:19:34,160 – eşitmişəm, bilirəm ki, “Ədəbiyyat şəhərciyi” şagird poeziya dərnəkləri təşkil edib, insanları başına toplayır 162 00:19:34,160 --> 00:19:40,360 – bizim şagirdlərimiz, gənclərimiz, yeniyetmələrimiz, qızlarımız, oğlanlarımız 163 00:19:40,880 --> 00:19:46,280 şeir yazırlar, özü də bu qədər yaxşı səviyyədə, bu qədər gözəl mövzularda, belə güclü təxəyyüllə. 164 00:19:47,160 --> 00:19:54,760 Bu, çox yaxşıdır, amma onu da deyim ki, bu gün ölkəmizdə poeziyanın səviyyəsi 165 00:19:56,040 --> 00:20:03,280 ümumilikdə hələ İran şeirinə layiqli həddə çatmayıb. 166 00:20:03,480 --> 00:20:09,240 O qədər də uzaq olmayan keçmişdə müəyyən mərhələlərdə ölkəmizdə yazılan şeirlər ümumilikdə, 167 00:20:09,800 --> 00:20:15,200 yəni o dövrdə yaşanan zirvələri nəzərə alsaq, indikindən yüksək səviyyədə olub. 168 00:20:15,800 --> 00:20:18,200 Məşhur poeziya ustadlarımız, görkəmli şairlərimiz olub; 169 00:20:18,200 --> 00:20:21,360 istər qəsidə janrında, istər qəzəldə, istərsə də digər janrlarda. 170 00:20:23,880 --> 00:20:26,600 Bu gün də elə şairlər olmalıdır ki, şeirin səviyyəsi yüksəlsin. 171 00:20:26,720 --> 00:20:28,920 Bunun üçün işləmək lazımdır, səy göstərmək lazımdır. 172 00:20:29,160 --> 00:20:32,880 Bizim poeziyamızın miqyası çox genişdir. 173 00:20:34,120 --> 00:20:40,600 Çalışıb bu miqyası daha da genişləndirməliyik; bunu həyata keçirmək lazımdır. 174 00:20:40,920 --> 00:20:45,960 Əlbəttə ki, bu işdə poeziya sənətində təmsil olunan insanların da öhdəsinə məsuliyyət düşür, 175 00:20:45,960 --> 00:20:57,200 hökumət strukturlarının, dövlətlə bağlı orqanların 176 00:20:57,520 --> 00:21:02,160 – “Səda və sima” Dövlət Teleradiosunun və başqalarını da. Hamının çiyinlərinə müəyyən vəzifə düşür. 177 00:21:02,360 --> 00:21:10,320 Şeirə qiymət vermək lazımdır. Şeir çox böyük, çox əhəmiyyətli bir təzahürdür. 178 00:21:10,560 --> 00:21:17,280 Amma belə görürəm ki, dövlətimizdə, ölkəmizdə bu həqiqəti dərk etməli olan şəxslər 179 00:21:17,720 --> 00:21:26,040 – hamısını demirəm, ən azından bəziləri – şeirin əhəmiyyətinin dərinliyinə lazımınca varmayıblar, şeirə ümumiyyətlə dəyər verməyiblər. 180 00:21:26,440 --> 00:21:29,120 ما قَدَروا الشِّعرِ حَقَّ قَدرِه 181 00:21:29,800 --> 00:21:35,280 Doğrudan da, şeirin qədr-qiymətini layiqincə anlaya bilməyiblər. 182 00:21:35,800 --> 00:21:42,680 Şeir çox heyrətamiz bir təsirə malikdir. Bəzən bir beyt şeir və ya məsələn, bir qəzəl, 183 00:21:42,680 --> 00:21:47,040 bir şeir parçası hansısa elm adamının, 184 00:21:47,040 --> 00:21:50,600 mütəxəssisin 1-2 saatlıq nitqindən daha təsirli olur. 185 00:21:51,560 --> 00:21:59,080 Bu, çox əhəmiyyətli bir şeydir;belə demək mümkünsə, qiymətli bir gövhərdir, 186 00:21:59,400 --> 00:22:04,480 bu qədər əhəmiyyətlidir. Bunun qədrini bilməlidirlər. 187 00:22:04,480 --> 00:22:09,480 Onu da deyim ki, əlhəmdulillah, ölkəmizdə müşahidə olunan müsbət hallardan biri də 188 00:22:10,160 --> 00:22:16,600 gənc şairlərimizin hadisələrə dərhal reaksiya verməsidir. Bugünkü görüşdə də 189 00:22:17,000 --> 00:22:25,200 bunun təsiri hiss olundu, bundan əvvəl də mən bunu müşahidə etmişdim və çox razıyam. 190 00:22:25,480 --> 00:22:27,720 Bu, çox yaxşıdır, çox dəyərlidir. 191 00:22:28,480 --> 00:22:33,680 Əsla heç kəs düşünməsin ki, bu, mənfi bir haldır; bu, çox müsbət bir təzahürdür. 192 00:22:33,960 --> 00:22:40,360 Tarix boyu və elə bu yaxın keçmişdə də biz bu sürətli reaksiya nəticəsində 193 00:22:40,360 --> 00:22:51,640 ən yaxşı əsərlərin ərsəyə gəldiyinin şahidi olmuşuq. 194 00:22:51,760 --> 00:22:57,240 O vaxt o qız İsrail təyyarəsini qaçıranda 195 00:22:57,240 --> 00:23:01,840 mərhum Əmiri Firuzkuhi bir qəsidə demişdi. 196 00:23:01,840 --> 00:23:03,960 Əmiri Firuzkuhini tanıyan dostlarımız bilir ki, 197 00:23:04,440 --> 00:23:11,280 onda o nə gənc idi, nə də inqilabi ideyaların daşıyıcısı idi. Amma o vaxt 198 00:23:11,440 --> 00:23:17,080 – qırx neçənci ildə emosiyalarının təsiri altında çox gözəl, yüksək səviyyəli, 199 00:23:18,120 --> 00:23:21,560 zamana və məqama uyğun bir qəsidə yazmışdı; 200 00:23:22,720 --> 00:23:27,920 “Orada bir Qəzalə...” – bu sözlərlə başlayırdı. İndi beytlərinin çoxunu xatırlamıram, 201 00:23:28,280 --> 00:23:32,880 amma o zaman bilirdim, özündən eşitmişdim. 202 00:23:33,800 --> 00:23:41,920 Hər halda, bu, çox yaxşıdır. Hadisələrə dərhal, sürətlə reaksiya vermək, 203 00:23:42,400 --> 00:23:44,920 nə baş verdiyini aydınlaşdırmaq – bu, çox yaxşıdır. 204 00:23:45,560 --> 00:23:56,000 Ümidvaram ki, inşallah, günü-gündən ölkəmizdə inqilabi poeziya daha da yüksək status qazanacaq. 205 00:23:56,440 --> 00:24:02,600 Əlbəttə ki, inqilabi poeziya dedikdə mən əks-inqilab mövzulu şeirlər də daxil olmaqla 206 00:24:02,720 --> 00:24:07,840 inqilab dövründə yazılmış bütün şeirləri nəzərdə tutmuram. 207 00:24:08,080 --> 00:24:12,880 Bəziləri elə bilir ki, müharibə şeiri dedikdə müharibə mövzusunda yazılmış bütün şeirlər nəzərdə tutulur; 208 00:24:12,880 --> 00:24:17,800 müharibənin əleyhinə olsa da. Amma bu müharibə şeiri deyil, müharibənin əleyhinə olan şeirdir. 209 00:24:18,600 --> 00:24:22,000 İnqilabi poeziya deyəndə də inqilabın hədəflərinə xidmət edən poeziya nəzərdə tutulur. 210 00:24:22,520 --> 00:24:26,120 İnqilabi şeir budur, daha inqilab dövründə yazılmış hər şeir yox. İnqilabi poeziya deyərkən mən də 211 00:24:26,760 --> 00:24:31,680 inqilab dövründə yazılmış bütün şeirləri yox, inqilabın hədəflərinə xidmət edən şeir nümunələrini nəzərdə tuturam. 212 00:24:31,680 --> 00:24:35,320 Ədalətə, insanlığa, dinə, 213 00:24:35,920 --> 00:24:39,720 birliyə, milli yüksəlişə, 214 00:24:40,360 --> 00:24:43,880 ölkənin hərtərəfli inkişafına, 215 00:24:44,520 --> 00:24:49,520 ölkədə sözün əsl mənasında insan yetişdirilməsinə xidmət edən şeirləri. 216 00:24:49,600 --> 00:24:53,600 İnqilabın hədəflərinə xidmət edən inqilabi şeir budur. 217 00:24:53,760 --> 00:24:56,360 Ümidvaram ki, inşallah, Allah-taala sizin hamınıza uğurlar nəsib edəcək, 218 00:24:56,800 --> 00:25:06,320 sizi qoruyacaq, aranızdakı gənclər uzun illər boyu bu doğru yolda irəliləyəcək, 219 00:25:07,240 --> 00:25:11,920 ölkəmiz, gələcəyimiz və gələcək nəsillər onlardan bəhrələnəcək. 220 00:25:12,320 --> 00:25:14,280 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.