1 00:01:02,640 --> 00:01:04,800 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:01:05,480 --> 00:01:09,080 Əziz qardaş və bacılar, xoş gəlmisiniz. 3 00:01:11,080 --> 00:01:13,840 Bundan əvvəl də mən demişəm ki , 4 00:01:15,160 --> 00:01:21,880 əziz və hörmətli universitet müəllimlərimizlə bu görüşləri keçirməkdə məqsədimiz 5 00:01:22,720 --> 00:01:28,640 ilk növbədə onların yüksək məqamına 6 00:01:30,600 --> 00:01:35,840 hörmət ifadə etməkdir. 7 00:01:39,040 --> 00:01:43,240 Biz ölkədə müəllimə, ustada sonsuz hörmət mədəniyyətinin 8 00:01:45,120 --> 00:01:49,640 oturuşmasını istəyirik. 9 00:01:51,920 --> 00:01:59,800 Bu, İslam dinində təlim-tərbiyənin ən böyük prinsiplərindən biridir. 10 00:02:02,680 --> 00:02:05,680 Keçmiş alimlərimiz bu barədə kitablar yazıblar, 11 00:02:05,680 --> 00:02:08,720 hədislər rəvayət ediblər, Quran ayələri qeyd ediblər. 12 00:02:10,360 --> 00:02:14,320 Məqsədimiz ilk növbədə budur. Bu, ustada sonsuz hörmət ifadə etmək üçün 13 00:02:15,560 --> 00:02:19,000 atılan simvolik bir addımdır. 14 00:02:19,960 --> 00:02:24,440 2-ci və 3-cü hədəfimiz isə – əlbəttə ki, bunlar da mühümdür 15 00:02:25,440 --> 00:02:35,240 – ali məktəblərdə dərs deyən qardaş və bacılarımızdan şifahi şəkildə müəyyən məsələləri eşitmək, 16 00:02:35,640 --> 00:02:39,520 ola bilsin diqqətimizi çəkəcək məsələləri onlara çatdırmaqdır. 17 00:02:41,440 --> 00:02:46,080 Bugünkü görüşümüz çox yaxşı keçdi; təəssüf ki, vaxtımız dar idi, 18 00:02:47,560 --> 00:02:54,040 çıxış etməsi nəzərdə tutulan digər müəllimlərimizi eşidə bilmədik. 19 00:02:55,720 --> 00:03:00,840 Lakin çıxış edən dostlarımızın toxunduğu mövzular çox diqqətəlayiq idi. 20 00:03:02,200 --> 00:03:05,240 Onlardan bəziləri tərəfimizdən hökmən nəzərə alınmalı, bu istiqamətdə iş görülməlidir. 21 00:03:05,640 --> 00:03:08,080 Mən bu barədə müvafiq tapşırıqlar verəcəyəm və işlərin gedişini müntəzəm olaraq izləyəcəyəm. 22 00:03:08,400 --> 00:03:12,160 2-3 məqamı qeyd etmək istəyirəm: 23 00:03:13,280 --> 00:03:23,080 birincisi, ustad təkcə müəllim mənasında deyil, 24 00:03:25,160 --> 00:03:28,280 bəlkə, bu sözdə tərbiyəçi, mürəbbi mənası da var. 25 00:03:30,840 --> 00:03:36,160 Bu, hər kəsə məlum olan, hər kəsin fərqinə vardığı təbii bir sirdir: 26 00:03:38,440 --> 00:03:48,080 nə isə öyrəndiyimiz, üzümüzə elmin hansısa qapısını açan bir şəxs 27 00:03:48,520 --> 00:03:55,680 təbii olaraq bizim qəlbimizə, ruhumuza təsir gücü qazanır. 28 00:03:58,280 --> 00:04:11,600 Demək olar ki, təlimin bərəkəti sayəsində şagirddə, tələbədə müəllimin təsiri altına düşmək kimi bir hal yaranır. 29 00:04:13,280 --> 00:04:16,200 Bu, çox böyük və müstəsna bir fürsətdir. 30 00:04:18,040 --> 00:04:25,720 Atasından, babasından, anasından, 31 00:04:26,640 --> 00:04:31,520 digər ailə üzvlərindən heç bir nəsihət eşitmək istəməyən, 32 00:04:33,240 --> 00:04:41,680 amma müəllimin, ustadın bir sözü, bir işarəsinin dərin təsir göstərdiyi gənclər az deyil. 33 00:04:44,960 --> 00:04:55,320 Müəllim belə bir mövqeyə malikdir. Təlim prosesi təbii olaraq tərbiyə ilə paralel gedir, tərbiyələndirmək üçün imkan yaradır. 34 00:04:55,920 --> 00:05:01,920 Bu fürsətdən istifadə etmək lazımdır. Əgər bizim müəllimlərimiz dindar olsa, 35 00:05:03,880 --> 00:05:13,440 milli qürura, inqilabi stimula malik olsa, 36 00:05:15,440 --> 00:05:28,640 zəhmətkeş olsa, təbii olaraq bu keyfiyyətlər onların dərs dediyi tələbələrə də ötürülər. 37 00:05:31,760 --> 00:05:34,560 Bunun əksi də eynilə müvafiq nəticələr verir. 38 00:05:39,320 --> 00:05:46,640 Müəlimlər insaflı, əxlaqlı insanlar olsa, 39 00:05:48,400 --> 00:05:56,080 insaflı və əxlaqlı tələbələrin yetişdirilməsi şansı daha da yüksəlir; 40 00:05:56,960 --> 00:05:58,400 bunun da əksi eynilə. 41 00:06:02,520 --> 00:06:15,000 Bu gün ölkəmizin onun inkişafı üçün güclü biləklər ola biləcək, 42 00:06:15,000 --> 00:06:24,600 imandan doğan stimula, dini bilgilərdən irəli gələn uzaqgörənliyə, 43 00:06:26,720 --> 00:06:36,480 böyük əzmə malik, iş görməkdə ürəkli, özünəinamlı, 44 00:06:38,440 --> 00:06:46,800 “Biz bacaracağıq!” prinsipinə inanan, gələcəyə optimist yanaşan, 45 00:06:49,000 --> 00:06:53,680 ölkənin gələcək üfüqlərini aydın və parlaq görən, 46 00:06:56,560 --> 00:07:06,760 özünü yadellilərə ehtiyacsız hesab edən – xaricilərdən nəyi isə öyrənməkdən imtina etmək mənasında yox, 47 00:07:07,400 --> 00:07:10,680 bunu biz heç vaxt tövsiyə etməmişik və etmirik, 48 00:07:11,880 --> 00:07:17,600 bizdən çox bilənlərin şagirdi olmağa həmişə hazırıq; 49 00:07:19,280 --> 00:07:26,720 söhbət özünü elmi biliklərin ötürülməsi zamanı təsir altına düşməyə, məcburən nəyi isə qəbul etməyə, 50 00:07:27,720 --> 00:07:36,600 sui-istifadə hallarına boyun əyməyə ehtiyacsız hesab etməkdən gedir; bu gün 51 00:07:36,880 --> 00:07:40,480 imperialist dövlətlərin əlində olan elm aləmində bu kimi hallar çox geniş yayılıb; 52 00:07:41,160 --> 00:07:44,600 gənclərimizdə bu özünütəminetmə, ehtiyacsızlıq psixologiyası olmalıdır 53 00:07:48,000 --> 00:07:52,480 – ölkəmizin mövqeyini, 54 00:07:53,840 --> 00:08:03,640 bizim harada olduğumuzu, hara çatmaq istədiyimizi, bu yolu necə qət etməli olduğumuzu düzgün dərk edən 55 00:08:05,160 --> 00:08:14,720 – müəllimlərimizin bugünkü çıxışlarında, doğrudan da, bu mövzu ilə bağlı aydın məqamlar var idi 56 00:08:17,520 --> 00:08:27,560 – milli istiqlalımıza uzanan əllərə, edilən təcavüzlərə, zərbə vurmaq cəhdlərinə qarşı qətiyyətli olan gənclərə ehtiyacı var. 57 00:08:27,800 --> 00:08:31,760 Bizə belə ruhiyyəyə malik gənclər lazımdır. 58 00:08:34,680 --> 00:08:42,000 Müəllimlərimiz ölkəmizdə təhsillə, elm öyrənməklə məşğul olan 59 00:08:42,320 --> 00:08:54,000 gənc nəslə bu ruhiyyəni aşılaya, yeridə, onlarda bu yüksək keyfiyyətləri yarada bilərlər. Ustad, müəllim budur. 60 00:08:56,960 --> 00:09:04,760 Əlbəttə ki, əxlaq dərsi keçməklə yox, öz davranışları, xarakterləri ilə. 61 00:09:05,520 --> 00:09:12,360 Mən demirəm ki, bu və ya digər elm sahəsini tədris edən müəllimlər tələbələrə ayrıca əxlaq dərsi də keçsin; bu, ayrı bir işdir. 62 00:09:15,200 --> 00:09:20,680 Müəllimlərimiz öz davranışları, danışıqları, xarakterləri, 63 00:09:22,360 --> 00:09:25,720 müxtəlif mövzularla bağlı düşüncələri ilə 64 00:09:25,920 --> 00:09:36,400 öz tələbələrinə, bugünün gənclərinə bu təsiri göstərə, onlara bu xüsusiyyətləri aşılaya, bu keyfiyyətləri onlarda yarada bilərlər. 65 00:09:38,360 --> 00:09:45,000 Mən həmişə deyirəm ki, universitet müəllimləri soyuq müharibənin komandirləridir. Mənim bu fikrim məhz onların tələbələr üzərindəki bu təsir gücünə əsaslanır. 66 00:09:46,920 --> 00:09:55,280 Tələbələr – bundan əvvəl də dəfələrlə qeyd etdiyim kimi – soyuq müharibənin gənc əsgərləridirsə, 67 00:09:57,280 --> 00:10:02,040 müəllimlər onların komandirləridir və bu komandanlıq dediyim formada 68 00:10:05,720 --> 00:10:12,920 həyata keçirilir. Odlu-alovlu müharibələrdə də 69 00:10:14,680 --> 00:10:19,080 həmişə belə olurdu: komandir özü 70 00:10:20,600 --> 00:10:29,800 – batalyon komandiri, bölük komandiri, briqada komandiri döyüş meydanında, qaynar nöqtədə iştirak edəndə, 71 00:10:30,960 --> 00:10:39,360 yəni şəxsən özü döyüşəndə bu, əsgərlərə inanılmaz təsir göstərirdi. Özü də bu təkcə bizə aid deyil, 72 00:10:41,080 --> 00:10:42,240 başqaları da belədir. 73 00:10:42,240 --> 00:10:49,280 Napaleon öz əsgərlərinin yanında əynindəki geyimlə quru yerdə yatırmış. 74 00:10:49,560 --> 00:10:55,640 Onun öz dövründə qazandığı fövqəladə hərbi uğurların sirri də məhz bundadır: 75 00:10:57,360 --> 00:11:07,840 əsgərləri ondan təkcə şifahi tapşırıqlar almırdı, Napaleon döyüşçülərinə nümunə olmaqla əməli cəhətdən də təlimat verirdi. 76 00:11:08,720 --> 00:11:12,400 8 illik Müqəddəs Müdafiə savaşında bizim gənclərimiz də belə davranırdı. 77 00:11:12,400 --> 00:11:22,560 Bəzən döyüş meydanında qərargah komandiri adi döyüşçülərdən də öndə vuruşurdu. 78 00:11:22,560 --> 00:11:27,440 Ön sıralarda döyüşür, bəzən hətta kəşfiyyata da gedirdi. 79 00:11:28,840 --> 00:11:31,800 Qərargah komandiri özü kəşfiyyata gedirdi! 80 00:11:32,000 --> 00:11:38,000 Dünya ordularında bu, məntiqsiz və qəbuledilməz bir şey hesab olunur, 81 00:11:38,280 --> 00:11:42,560 amma bizdə bu baş verirdi 82 00:11:42,720 --> 00:11:48,880 və Müqəddəs Müdafiədə möhtəşəm və heyrətamiz uğurların əldə edilməsinə də məhz belə faktlar səbəb oldu. 83 00:11:49,480 --> 00:11:51,320 Soyuq müharibədə də eynilə belədir. 84 00:11:51,960 --> 00:12:01,200 Müəllimlər özləri bu ciddi, həyat əhəmiyyətli, 85 00:12:02,880 --> 00:12:05,880 müqəddəs meydanda iştirak etməlidirlər; 86 00:12:08,680 --> 00:12:12,480 belə ki elə “soyuq müharibə” dedikləri də bir müqəddəs müdafiədir. 87 00:12:13,240 --> 00:12:21,240 Bu gün ölkəmizdə 70 minə yaxın elmi şura üzvü var ki, bu da bizim üçün böyük bir qürur mənbəyidir. 88 00:12:21,440 --> 00:12:30,360 Yadımdadır, inqilabın əvvəllərində – 60-cı illərin birinci yarısında, bəlkə, ikinci yarısına qədər 89 00:12:31,760 --> 00:12:37,520 – elmi şura üzvlərinin ümumilikdə sayı 5-6 min arası idi. 90 00:12:38,600 --> 00:12:42,760 Bu gün bu rəqəm 70 minə çatıb. 91 00:12:43,960 --> 00:12:50,680 Bu, bizim ölkəmiz, inqilabımız, universitetlərimiz üçün iftixar mənbəyidir. 92 00:12:52,520 --> 00:12:59,280 Sevindirici haldır ki, bu böyük və genişmiqyaslı qüvvənin böyük bir hissəsi 93 00:12:59,880 --> 00:13:08,720 mömin, dindar, inqilabi ideyaların daşıyıcısı olan, dinin və inqilabın əsas prinsiplərinə inanan insanlardır. 94 00:13:10,280 --> 00:13:13,840 Bu da çox mühüm bir faktdır, diqqətəlayiq bir təzahürdür. 95 00:13:16,520 --> 00:13:24,120 Elmi şuralardakı mömin, inqilabçı insanların qədrini bilmək lazımdır. 96 00:13:24,600 --> 00:13:28,040 Mən bunu dəyərli rəhbər işçilərimizə, 97 00:13:28,680 --> 00:13:36,080 Ali Təhsil Nazirliyinin, Səhiyyə və Tibbi Təhsil Nazirliyinin rəsmilərinə xitabən deyirəm. 98 00:13:36,760 --> 00:13:47,480 Həmin insanların qədrini bilin! Möhtərəm nazirlər, 99 00:13:47,720 --> 00:13:58,200 nazirliklərin rəhbər vəzifəli işçiləri dini dəyərlərə sadiq olan, 100 00:13:58,360 --> 00:14:07,320 cürbəcür təbliğat hücumlarından, altdan-altdan aparılan riyakarlıqlardan 101 00:14:07,320 --> 00:14:16,000 – bunların çoxundan bizim də xəbərimiz var – bütün bunlardan qorxmadan, geri çəkilmədən öz haqq sözü üzərində möhkəm duran mömin müəllimlərin qədrini bilməlidirlər. 102 00:14:16,480 --> 00:14:24,400 Hörmətli rektorlar! Universitetlərdə mömin işçilərə, mömin müəllimlərə dəyər verin. 103 00:14:26,120 --> 00:14:31,160 Müəllimlərin əhəmiyyəti ilə bağlı qeyd etmək istədiyim birinci məqam bu idi. 104 00:14:31,480 --> 00:14:41,120 Əgər mənim ölkəmizin universitetlərində çalışan o 70 min nəfər əziz müəllimimizlə görüşmək imkanım olsaydı, 105 00:14:41,120 --> 00:14:48,200 bunu mütləq edərdim. Əgər onları bircə-bircə dinləməyim mümkün olsaydı, hökmən dinləyərdim. 106 00:14:48,200 --> 00:14:58,480 Amma məlumdur ki, bizim qolumuz qısa, o şirin və dəyərli xurma isə hündür bir ağacdadır. 107 00:15:01,800 --> 00:15:04,600 Qeyd etmək istədiyim ikinci məsələ isə elmlə bağlıdır. 108 00:15:05,560 --> 00:15:12,600 Sevindirici haldır ki, ölkə elmində müşahidə olunan canlanma, irəliləyiş bu gün davamlı bir hərəkata, cərəyana çevrilib. 109 00:15:13,800 --> 00:15:18,120 Artıq bu, ölkədə özünü təsdiq etmiş, təsbit olunmuş, heç bir şübhə yeri olmayan bir cərəyandır. 110 00:15:19,240 --> 00:15:26,240 Son 10-15 ildə müəllimlərimiz, elm adamlarımız, gənclərimiz bu sahədə gərgin işləyiblər. 111 00:15:29,320 --> 00:15:37,040 Bunun təsirini də ölkənin dünya üzrə elmi inkişafına görə ilbəil daha yüksək yer tutmasında müşahidə edirik. 112 00:15:38,040 --> 00:15:42,720 Biz elmi inkişafımıza görə dünya üzrə 16-cı yerə çatmışıq; bu, çox mühümdür. 113 00:15:43,640 --> 00:15:47,160 Vaxt var idi ki, bu göstərici bundan çox-çox aşağı idi. 114 00:15:48,840 --> 00:15:55,960 Ölkəni 16-cı yerə çatdırıblar və bu, çox dəyərli bir faktdır. 115 00:15:58,280 --> 00:16:02,920 Burada bir neçə mühüm məqam var: birincisi, 116 00:16:03,880 --> 00:16:11,560 bizim elmdə yüksək mərtəbəyə çatmağımız işlərin qeyri-adi sürət tempi ilə aparılmasının nəticəsidir. 117 00:16:13,600 --> 00:16:18,080 Dünya statistikasına əsasən, ölkəmizdə elmi inkişafın sürət tempi 118 00:16:18,600 --> 00:16:22,040 dünya üzrə orta göstəricidən 13 dəfə çox olub. 119 00:16:22,400 --> 00:16:30,760 Bunu qlobal elmi statistika mərkəzləri də, onlardan qabaq biz də dəfələrlə elan etmişik. 120 00:16:31,080 --> 00:16:40,240 Bu gün isə bu sürət tempi yavaşıyıb. Bu gün bəziləri elmi inkişaf baxımından geri qaldığımızı deyir, 121 00:16:40,240 --> 00:16:44,080 bəziləri isə bu fikri təkzib edirlər və hər iki tərəf öz dediyini əsaslandırmaq üçün statistika təqdim edir. 122 00:16:44,640 --> 00:16:53,320 Bu təzadın səbəbi də elə bundadır: belə baxanda, doğrudur, 16-cı yerdən aşağı enməmişik, 123 00:16:53,600 --> 00:16:58,280 amma daha da irəli getməli idik. 124 00:16:59,200 --> 00:17:04,240 Yəni o sürət tempi bu gün davam etdirilməli idi, amma əksinə, azalıb. 125 00:17:05,080 --> 00:17:12,800 Nazirliklərdə rəhbər vəzifələrdə çalışan yoldaşlar bu məqama diqqət yetirsinlər; həmin sürət tempi bu gün yoxdur. 126 00:17:14,480 --> 00:17:21,840 Elə edin ki, elmi inkişafın sürət tempi aşağı enməsin. 127 00:17:22,480 --> 00:17:28,400 Silahlı müharibələrin hərbçilərinin dili ilə desək, imkan verməyin ki, əməliyyatlara ara verilsin. 128 00:17:29,240 --> 00:17:34,680 Əlbəttə, bilirik ki, irəli getdikcə təbii olaraq bu temp yavaşıyacaq. 129 00:17:34,960 --> 00:17:40,440 Yəni nə qədər ki biz geridə idik, istifadə olunmamış imkan və potensialımız daha çox idi, 130 00:17:40,440 --> 00:17:44,480 irəli getdikcə, təbii ki, bu potensial azalır, çünki istifadə olunur 131 00:17:45,000 --> 00:17:55,320 – bunu bilirik – amma elmi inkişafda zəruri olan müvafiq sürət tempi azalmamalıdır. 132 00:17:57,040 --> 00:18:06,840 İkinci məqam budur ki, ölkənin elmi mühitini siyasi söz-söhbətlərdən uzaq tutun. 133 00:18:08,040 --> 00:18:13,920 Yanlış anlaşılmasın, mən demirəm ki, universitetlərdə siyasət olmasın 134 00:18:14,600 --> 00:18:25,400 – çoxlarının yadında olar, bir neçə il əvvəl mən elə ali məktəb müəllimlərimizlə keçirdiyimiz bu ramazan görüşündə 135 00:18:26,840 --> 00:18:30,160 universitetlər, tələbələr arasında siyasətin əl-ayağını yığmaq istəyən, 136 00:18:30,160 --> 00:18:34,320 bununla da çoxlarının narazılığına səbəb olan şəxslərin ünvanına 137 00:18:34,640 --> 00:18:42,000 sərt bir ifadə işlətmişdim – yox, mən bu fikirdəyəm ki, elmi dairələrdə, universitetlərdə 138 00:18:42,000 --> 00:18:48,600 siyasi dərk, siyasi təhlil, siyasi bilgilər, siyasi məlumatlılıq olmalıdır. Mən bunun əleyhinə deyiləm, yox. 139 00:18:49,760 --> 00:18:57,600 Dediyim budur ki, siyasətbazlıq olmasın, siyasətlə baş qatmaq olmasın, insanların siyasi görüşləri ilə bağlı söz-söhbətlərə rəvac verilməsin. 140 00:18:58,320 --> 00:19:04,880 Bu cür söz-söhbətlər əsas işə, yəni elmi inkişafa, elmi işlərə 141 00:19:05,000 --> 00:19:11,000 və bu mövzu ilə əlaqəli digər məsələlərə xələl gətirir. 142 00:19:11,360 --> 00:19:20,960 Son bir-iki ildə yol verilən ən yanlış işlərdən biri də bu burs məsələsi idi. 143 00:19:21,800 --> 00:19:30,160 Bütün o söz-söhbətlər doğru olsaydı belə – əlbəttə, sonradan araşdırdılar, məlum oldu ki, heç o şəkildə olduğu doğru da deyilmiş; 144 00:19:31,440 --> 00:19:35,400 bu məsələ ətrafında oyun qurmuş qəzetlərdə yazıldığı formada deyilmiş; 145 00:19:35,800 --> 00:19:40,680 mənə araşdırmalara əsasən dəqiq hesabat verdilər 146 00:19:41,360 --> 00:19:48,400 – yenə də yolu bu deyildi ki, biz məsələni qəzet manşetlərinə çıxaraq. 147 00:19:49,920 --> 00:19:55,800 Bir qrup insan qanuna zidd olaraq müəyyən imtiyaz əldə etmişdi. 148 00:19:55,800 --> 00:20:01,360 Olsun, bunun qanunla həlli yolu var: o imtiyazı ləğv etsinlər. Səs-küy salmaq lazım deyil. 149 00:20:02,160 --> 00:20:10,200 Yaradılan ajiotaj kimlərinsə ətrafında xoşagəlməz söz-söhbətlərin yayılmasına yol açır, bu isə ölkənin elmi mühiti üçün 150 00:20:10,920 --> 00:20:13,600 öz işini yavaş-yavaş görəcək zəhərə bənzəyir. 151 00:20:14,560 --> 00:20:20,800 Təəssüflər olsun ki, müəyyən şəxslər 152 00:20:21,240 --> 00:20:31,400 həmin o siyasətbazlıq düşüncəsi əsasında bu zəhəri ölkə universitetlərinin canına yeritdilər. Nə üçün? 153 00:20:32,040 --> 00:20:38,920 İnsanlara zülm edilməsindən əlavə – o məsələdə çoxlarına zülm edilmişdi – bu iş həm qanuna zidd idi, 154 00:20:39,120 --> 00:20:47,760 həm məsləhətli deyildi, həm də etikadan kənar idi; sonra da durmadan etikadan, əxlaqdan dəm vururlar. 155 00:20:49,320 --> 00:20:56,400 Şair demişkən: – “Tövbəni tövsiyə edənlər özləri nə üçün az tövbə edirlər?!” O, etikaya uyğun idi? 156 00:20:59,000 --> 00:21:07,640 İnsanların ətrafında söz-söhbət yaymaq, mənfi fikir formalaşdırmaq lazım deyil. Ali təhsil mühitində bu kimi halların baş alıb getməsinə imkan verməyin. 157 00:21:08,520 --> 00:21:11,480 Digər bir mühüm məsələ humanitar elmlər məsələsidir. 158 00:21:12,480 --> 00:21:14,800 Humanitar elmlər sahəsində biz geriyik. 159 00:21:17,000 --> 00:21:20,440 Humanitar elmlər barədə danışan yoldaşlar 160 00:21:20,440 --> 00:21:29,640 çox düzgün olaraq vurğuladılar ki, bu məsələ hətta sənaye sahəsində də əhəmiyyətlidir. Bu, doğrudur. 161 00:21:32,240 --> 00:21:36,400 Əziz qardaşımızın təqdim etdiyi statistika məndə böyük maraq doğurdu. 162 00:21:37,360 --> 00:21:43,000 O bildirdi ki, sənayenin inkişafında işin 40 və ya misal üçün, 50 faizi 163 00:21:43,320 --> 00:21:47,600 mühəndislərin, texniki məsələlərin, 164 00:21:48,080 --> 00:21:54,840 50-60 faizi isə humanitar elmlərin, məsələn, menecment, əməkdaşlıq, gərgin əmək mədəniyyəti və s. bu kimi məsələlərin payına düşür. 165 00:21:56,080 --> 00:21:58,280 Doğru deyirlər, bu, çox əhəmiyyətlidir. 166 00:22:00,000 --> 00:22:04,800 Sevindirici haldır ki, bu gün qardaşlarımızdan bir neçəsi humanitar elmlərlə bağlı 167 00:22:05,440 --> 00:22:08,320 çox yaxşı məsələləri qeyd etdilər, ürəyimdən xəbər verdilər. 168 00:22:09,200 --> 00:22:14,200 Əlbəttə ki, bunları mən dildə də deyirəm. Bu məsələləri mən də zaman-zaman qeyd etmişəm. 169 00:22:15,240 --> 00:22:17,320 Himanitar elmlər çox əhəmiyyətlidir. 170 00:22:19,240 --> 00:22:27,240 Humanitar elmlər sahəsində dəyişikliklərin edilməsi bir sıra dəlillərə əsasən, vacib və lazımlı bir məsələdir 171 00:22:28,440 --> 00:22:34,040 və bunun üçün daxildən bir canlanmaya və kənardan dəstəyə ehtiyac var. 172 00:22:35,480 --> 00:22:37,640 Xoşbəxtlikdən, bu gün daxildən canlanma var. 173 00:22:39,080 --> 00:22:42,800 Mən aparılan işlər haqda hesabatları görürəm; həm Ali Mədəni İnqilab Şurasında 174 00:22:42,800 --> 00:22:47,200 – yəni bu qurumun nəzdində fəaliyyət göstərən Humanitar Elmlər Sahəsində Dəyişikliklər Şurasında; orada çalışan yoldaşlar gərgin işləyirlər – həm universitetlərimizin özündə 175 00:22:47,560 --> 00:22:49,640 – gördüyünüz kimi, 176 00:22:50,320 --> 00:22:53,680 bu gün bəzi yoldaşlarımız humanitar elmlər haqda danışdılar. 177 00:22:54,600 --> 00:22:59,200 Bütün bunlar onu göstərir ki, universitetlərimizdə, 178 00:22:59,760 --> 00:23:07,080 özü də ziyalılarımız, elm adamlarımız tərəfindən bu canlanma müşahidə olunur. 179 00:23:07,400 --> 00:23:09,960 Kənardan dəstək də olmalıdır; 180 00:23:12,000 --> 00:23:17,920 müxtəlif formada. Bu dəstəyin göstəricilərindən biri də 181 00:23:18,400 --> 00:23:25,480 universitetlərin və nazirliyin Dəyişikliklər Şurasının qərarlarına tabe olmasıdır. 182 00:23:25,640 --> 00:23:31,040 Sözügedən şuranın müəyyən qərarları var. Elə bu gün də yoldaşlardan biri 183 00:23:31,480 --> 00:23:35,760 burada qeyd etdi: nəzəri işlər görüldükcə 184 00:23:37,520 --> 00:23:42,960 mərhələ-mərhələ həyata keçirilməli, reallaşdırılmalıdır. 185 00:23:45,960 --> 00:23:58,680 Dəftərlərdə, kitablarda, qovluqlarda – və onlar demişkən, nazirliyin, 186 00:23:58,800 --> 00:24:04,000 yaxud Ali Mədəni İnqilab Şurasının döngə-dalanında qalmamalıdır, əməli işə çevrilməlidir. Bu, tamamilə doğrudur. 187 00:24:05,360 --> 00:24:10,040 Nazirlik bu məqama diqqət yetirsin. Cənab Dr. Fərhadi də burada oturub, 188 00:24:10,800 --> 00:24:18,800 mən xüsisilə onun diqqətinə çatdırıram ki, bu işlərin gedişini nəzarətdə saxlasın. 189 00:24:18,920 --> 00:24:24,800 Bu, böyük bir işdir. Bu gün ölkəmizdə elmin, 190 00:24:24,800 --> 00:24:30,720 universitetlərin kələfinin ucu bu dəyərli qardaşlarımızın əlindədir. 191 00:24:31,760 --> 00:24:36,600 Bunlar işlərin gedişini sözün əsl mənasında və canıyananlıqla nəzarətdə saxlamalıdırlar. 192 00:24:39,000 --> 00:24:41,920 Qeyd olunası digər bir məqam büdcədən elmi tədqiqatlara ayrılan vəsaitdir. 193 00:24:41,920 --> 00:24:47,320 Əlbəttə ki, mənim toxunduğum bu məsələlər müəyyən izahat da tələb edir, 194 00:24:47,320 --> 00:24:53,840 intəhası azan yaxınlaşır və mən mövzunu geniş şəkildə aça bilməyəcəyəm. 195 00:24:55,000 --> 00:24:59,200 Büdcədən elmi tədqiqatlara ayrılan vəsaitin həcmi çox əhəmiyyətli bir məsələdir. 196 00:24:59,200 --> 00:25:05,840 Neçə ildir mən elə bu görüşlərdə də, digər görüşlərimizdə də, 197 00:25:05,840 --> 00:25:10,400 ölkənin icraedici rəsmiləri ilə keçirdiyimiz xüsusi iclaslarda da bu məsələnin üzərində dururam, 198 00:25:10,400 --> 00:25:15,080 amma aldığımız məlumatlar, bizə çatdırılan hesabatlar 199 00:25:15,080 --> 00:25:21,120 göstərir ki, dediyimiz bütün sözlər elə nəsihət kimi qalıb 200 00:25:21,320 --> 00:25:26,200 – elə bil bir nəfər minbərə çıxıb moizə oxudu, nəsihət etdi; 201 00:25:26,360 --> 00:25:30,600 bu cür baxılıb. Amma belə deyil, çalışmaq lazımdır. 202 00:25:32,160 --> 00:25:41,080 Gələcəkdə ümumi büdcə vəsaitinin 4 faizinin elmi tədqiqatlar üçün ayrılması nəzərdə tutulub. 203 00:25:41,280 --> 00:25:46,000 Düzdür, biz bunu qısa müddət ərzində həyata keçirməyi planlaşdırmırıq, 204 00:25:46,720 --> 00:25:53,320 amma mümkün olan və müzakirə olunan o 1.5, 2 faiz reallaşdırılmalıdır. 205 00:25:53,320 --> 00:25:59,520 Hələ ki elmi tədqiqatlara ayrılan vəsait haqda danışılarkən “sıfr tam yüzdə neçə” ilə ifadə olunan rəqəmlər söylənilir. 206 00:25:59,840 --> 00:26:07,960 Önəmli məqamlardan biri budur.Digər bir məsələ isə elmi tədqiqatlar üçün ayrılan maliyyə mənbələrinin düzgün, planlı şəkildə xərclənməsidir. 207 00:26:09,000 --> 00:26:13,680 Bu vəsait düzgün və yerində xərclənməlidir. 208 00:26:13,880 --> 00:26:19,880 Növbəti bir məsələ isə ölkənin kompleks elmi planı məsələsidir. 209 00:26:20,920 --> 00:26:30,520 Doğrudur, kompleks elmi plan yoldaşlarımızın zəhmət və səyləri nəticəsində 210 00:26:31,440 --> 00:26:40,600 ölkə üçün gözəl və mükəmməl bir sənəd şəklində işlənib hazırlanıb və bu, çox dəyərlidir. 211 00:26:41,920 --> 00:26:48,520 Aldığım məlumata görə, bu sənəd mütəxəssislər, 212 00:26:49,240 --> 00:26:56,360 ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. 213 00:26:57,520 --> 00:27:03,200 Yəni Ali Mədəni İnqilab Şurasının hazırladığı bu sənədə 214 00:27:03,400 --> 00:27:08,120 ciddi, böyük bir irad tutulmayıb; təsdiqlənib, 215 00:27:08,280 --> 00:27:14,080 məqbul hesab olunub. Amma bu kompleks elmi planı əməldə reallaşdırmaq, həyata keçirmək lazımdır. 216 00:27:14,640 --> 00:27:16,920 Bu işdə ilk addım isə müvafiq diskurs formalaşdırmaqdır. 217 00:27:17,800 --> 00:27:22,920 Əyalətlərə səfər edən, ölkə universitetlərində olan 218 00:27:22,920 --> 00:27:28,080 dostlarımızdan eşidirəm ki, müəllimlərin çoxunun 219 00:27:28,920 --> 00:27:37,360 – o ki qala tələbələrin – hətta rəhbər kadrların ölkənin kompleks elmi planı haqda doğru-dürüst məlumatı yoxdur. 220 00:27:38,240 --> 00:27:43,960 Hətta yoldaşlardan biri burada dedi ki, “çoxlarının sizin dediyiniz müqavimət iqtisadiyyatından 221 00:27:44,560 --> 00:27:48,840 da xəbəri yoxdur”. Bax bizim işimizin zəif cəhətlərindən biri budur. 222 00:27:49,720 --> 00:27:57,240 Əgər biz nəyinsə reallaşmasını istəyiriksə, 223 00:27:57,440 --> 00:28:03,160 ilk addım olaraq, həmin istəyimizi cəmiyyətdə qəbul olunan bir diskurs formasına salmalıyıq. 224 00:28:04,000 --> 00:28:08,320 Elmi inkişaf da belə oldu: konkret diskurs formalaşdı, 225 00:28:09,360 --> 00:28:16,880 təbii şəkildə əməli iş prosesinə keçdi, 226 00:28:17,760 --> 00:28:21,360 reallaşdı və bir hərəkat şəklinə düşdü. Bu məsələ də eynilə elədir. 227 00:28:21,520 --> 00:28:28,440 Ölkənin kompleks elmi planı ilə əlaqəli məsələlər bir diskursa çevrilməli 228 00:28:28,960 --> 00:28:32,560 və ciddi surətdə icra olunmalıdır; kompleks elmi planla bağlı önəmli məqamlardan biri budur. 229 00:28:34,240 --> 00:28:38,560 Mövzu ilə bağlı digər mühüm bir məsələ 230 00:28:38,560 --> 00:28:44,480 ali təhsil haqda sənədin hazrılanması məsələsidir. 231 00:28:46,680 --> 00:28:56,080 Yoldaşlardan biri qeyd etdi ki, “əgər nəzərdə tutduğumuz hər şey 232 00:28:56,440 --> 00:29:02,840 bizim üçün prioritet olsa, bu o deməkdir ki, bizim ümumiyyətlə prioritetimiz yoxdur”. Bu, doğrudur, əsaslı sözdür. 233 00:29:04,720 --> 00:29:09,400 Belə bir fikir səsləndi ki, biz konkret sənaye sahələrində 234 00:29:10,560 --> 00:29:15,160 inkişafa nail olmağı qarşıya məqsəd qoymalı, 235 00:29:15,760 --> 00:29:20,680 sərmayəni, insan və maliyyə resurslarını, 236 00:29:21,320 --> 00:29:24,440 əzm və imkanlarımızı həmin istiqamətə yönəltməliyik. Bu, tamamilə doğru fikirdir. 237 00:29:25,000 --> 00:29:29,280 Bir vaxtlar mən bunu idman haqda demişdim; 238 00:29:29,440 --> 00:29:36,760 demişdim ki, biz idmanın 2-3 sahəsi üzrə dünyada birinci, yaxud ikinci ola biləriksə, 239 00:29:37,760 --> 00:29:45,960 lap yaxşı, gəlin həmin sahələrə güc verək. Bəzi sahələrdə, onsuz da, birinci və ya ikinci olmağa ümidimiz yoxdur; 240 00:29:46,840 --> 00:29:51,160 dünya çempionatlarını, beynəlxalq yarışları nəzərdə tuturam. 241 00:29:52,160 --> 00:29:57,680 Necə oldusa, elə belə də etdilər; yəni bu sahədə müəyyən işlər gördülər, 242 00:29:57,680 --> 00:30:01,240 faydalı və effektiv də oldu. Bu sahədə də eynilə. 243 00:30:02,480 --> 00:30:08,320 Baxaq görək ölkənin hansı regionunda, 244 00:30:08,920 --> 00:30:15,280 hansı universitetdə hansı elm sahəsi prioritet təşkil edir. 245 00:30:16,200 --> 00:30:21,640 Ölkə üzrə elmi planlama bu deməkdir. 246 00:30:24,000 --> 00:30:31,160 Biz baxmalıyıq ki, arzulanan nəticəni əldə etmək üçün hansı universitetlərdə 247 00:30:31,440 --> 00:30:36,760 hansı sahələrə daha çox diqqət ayırmaq, sərmayə qoymaq lazımdır. 248 00:30:40,640 --> 00:30:48,000 Odur ki sözügedən sənədin işlənib hazırlanması, icrasına start verilməsi, bu istiqamətdə işlərə başlanması da mühüm məsələlərdən biridir. 249 00:30:48,880 --> 00:30:54,560 Sonda mən bunu demək istəyirəm ki, əziz qardaş və bacılar, 250 00:30:55,000 --> 00:30:59,800 gördüyünüz işin qədrini bilin. 251 00:31:00,960 --> 00:31:12,400 Bu gün insanlarımızın məşğul olduğu işlər arasında bundan dəyərli, bundan hörmətli bir iş tapmaq mümkün deyil. 252 00:31:13,400 --> 00:31:21,640 Siz öhdənizə çox böyük işlər götürmüsünüz və onları həyata keçirməkdəsiniz. 253 00:31:24,600 --> 00:31:33,440 Əgər bütün bunların reallaşmasını istəyiriksə, Elmlər Nazirliyində 254 00:31:35,080 --> 00:31:36,920 çalışan yoldaşlarımızın iş əzmi günü-gündən artmalıdır. 255 00:31:37,000 --> 00:31:40,200 Mən burada bir məsələni də özüm üçün qeyd etmişəm. 256 00:31:40,920 --> 00:31:47,600 Bu, ali təhsilin yuxarı pillələrində, magistratura və doktoranturada təhsil alan tələbələrin sayının artımı məsələsidir. 257 00:31:48,800 --> 00:31:54,160 Sevindirici haldır ki, son bir neçə ildə bu sahədə diqqətəlayiq artım müşahidə olunur 258 00:31:55,480 --> 00:31:58,600 və bu, bizim üçün heyrətamiz bir üstünlükdür. 259 00:31:59,160 --> 00:32:16,160 Lakin bu mühüm təzahürün nəticələrinə yanaşmada düzgün planlama olmalıdır. 260 00:32:18,880 --> 00:32:26,800 Magistratura və doktoranturada tələbələr müəyyən elmi araşdırmalar aparmaq, 261 00:32:26,800 --> 00:32:31,840 elmi iş yazmaq, kitab çap etdirmək istəyirlər. Ölkənin ərsəyə gələn bu elmi işlərdən, 262 00:32:32,320 --> 00:32:38,760 kitablardan yararlana bilməsi üçün bu sahədə işlərin sistemləşdirilməsinə, ümumi bir yanaşmaya, istiqamətləndirməyə ehtiyac var. 263 00:32:40,440 --> 00:32:44,240 Belə olmasa, resurslar hədər yerə xərclənmiş olar: 264 00:32:46,280 --> 00:32:51,240 Belə olmasa, resurslar hədər yerə xərclənmiş olar: həm müəllimlərin, tələbələrin, 265 00:32:51,240 --> 00:32:56,320 rəhbər işçilərin əməyini, həm də maliyyə vəsaitini və digər növbənöv imkanları havayı sərf etmiş olarıq. 266 00:32:57,720 --> 00:33:02,040 Bu kompleks yanaşma, planlama, 267 00:33:02,640 --> 00:33:07,800 Elmlər Nazirliyinə aid məsələlərin ümumi şəkildə sistemləşdirilərək nizama salınması 268 00:33:07,800 --> 00:33:11,640 olduqca önəmli işlərdir və mütləq, həyata keçirilməlidir. 269 00:33:13,080 --> 00:33:19,400 Düyün düşmüş məsələlər də, inşallah, bu yolla açılacaq. 270 00:33:20,120 --> 00:33:24,440 Siz müəllimlərin gördüyünüz iş olduqca əhəmiyyətlidir. 271 00:33:25,400 --> 00:33:31,840 Ölkədə elm sahəsini idarə edən qurumların 272 00:33:32,320 --> 00:33:42,960 – əsasən nazirliklərin, həmçinin prezidentin elmi məsələlər üzrə müavinliyinin həyata keçirdiyi iş çox əhəmiyyətlidir. Bu işlərə önəm vermək lazımdır, 273 00:33:44,200 --> 00:33:52,880 onlar həqiqi qiymətini, dəyərini almalıdır. Biz həyata keçirilən bu işlərin nə qədər əhəmiyyətli olduğunu bilməliyik. 274 00:33:53,560 --> 00:33:58,360 Yoldaşlardan bəzilərinin də öz çıxışlarında qeyd etdikləri kimi, 275 00:33:59,320 --> 00:34:05,000 İran xalqının düşmənlərinin məqsədi bu ölkənin, 276 00:34:05,120 --> 00:34:10,160 bu xalqın öz layiqli mövqeyinə, layiq olduğu sivilizasiyaya yetişməsinə əngəl olmaqdır. 277 00:34:12,800 --> 00:34:17,840 Çünki onlar ölkədə bu hərəkatın artıq start götürdüyünü hiss ediblər. Sanksiyaların da məqsədi budur. 278 00:34:18,280 --> 00:34:24,160 Bəli, mən də bu fikirdəyəm ki, sanksiyaların məqsədi təkcə nüvə məsələsi deyil; 279 00:34:24,400 --> 00:34:28,280 insan haqları və ya terrorizm də deyil. 280 00:34:29,840 --> 00:34:36,960 Belə bir məsəl var: soruşurlar, rövzəxan Əliəsğərdən oxudu, filankəs niyə ağlamadı? 281 00:34:36,960 --> 00:34:41,600 Deyir, o özü yüzlərlə Əliəsğərin başını kəsib, Əliəsğər rövzəsinə ağlayacaq?! 282 00:34:43,040 --> 00:34:47,840 İndi bunlar da; özləri terrorçu yetişdirirlər, özləri insan haqlarına qarşıdırlar, 283 00:34:48,200 --> 00:34:52,400 bunlar insan haqları naminə hansısa ölkəyə təzyiq göstərəndirlər? 284 00:34:53,120 --> 00:35:00,120 Məsələ bunda deyil. Burada söhbət bu kimi şeylərdən daha yüksək hesablamalardan gedir. 285 00:35:00,760 --> 00:35:08,080 Yəni ideologiyası, izlədiyi əsas prinsiplər imperializm, zülm 286 00:35:08,360 --> 00:35:19,000 və istibdadın prinsiplərinə tam zidd olan bütöv bir xalq, bir hərəkat, bir mahiyyət yaranıb, 287 00:35:19,840 --> 00:35:23,960 onun irəliləyib uğur əldə etməsini istəmirlər. Biz belə bir mövqeyə, 288 00:35:24,240 --> 00:35:30,080 belə bir statusa malikik. Çalışmalı, hərəkət etməliyik. 289 00:35:31,040 --> 00:35:38,160 Sanksiyalar da, əlbəttə ki, müəyyən çətinliklər törədir, amma inkişafa mane olmamalıdır. 290 00:35:38,280 --> 00:35:45,040 İmkan və potensialımızdan istifadə etməliyik. Və siz müəllimlərin bu işdə öhdəsinə mühüm rol düşür. 291 00:35:45,040 --> 00:35:51,640 Elmlər Nazirliyinin də, elmlə əlaqəli digər qurumların da öhdəsinə mühüm və əsaslı vəzifələr düşür. 292 00:35:52,560 --> 00:35:58,040 Bu vəzifələrin qədrini bilin, onları layiqincə yerinə yetirin. İnşallah, Uca Yaradandan da kömək istəyin. 293 00:35:58,560 --> 00:36:00,640 Az öncə yoldaşlar Qurandan bir ayə oxudular: 294 00:36:00,640 --> 00:36:04,920 “Əgər siz Allaha (Onun dininə və Peyğəmbərinə) kömək etsəniz, Allah da sizə kömək edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən) 295 00:36:04,920 --> 00:36:07,400 Bu, Allah-taalanın danılmaz vədidir. 296 00:36:07,640 --> 00:36:12,040 Pərvərdigara! Bu gündüzlərin və gecələrin bərəkəti xatirinə, 297 00:36:14,560 --> 00:36:20,120 Əmirülmömininin (ə) pak qanının 298 00:36:21,280 --> 00:36:27,480 və bu illər ərzində haqq uğrunda tökülmüş pak qanların bərəkəti xatirinə – 299 00:36:27,480 --> 00:36:33,640 ölkəmiz çoxlu şəhidlər verib 300 00:36:34,440 --> 00:36:40,320 – bu qanların, bu mücahidələrin bərəkəti xatirinə, bu müqəddəsliklərin xatirinə 301 00:36:40,600 --> 00:36:46,200 xalqımızı həqiqi səadət və başucalığına günü-gündən daha da yaxınlaşdır. 302 00:36:47,240 --> 00:36:51,360 Pərvərdigara! Bu yolun mücahidlərinə, bu yolun fəallarına, 303 00:36:52,040 --> 00:36:58,360 o cümlədən çox hörmətli müəllimlərimizə, tələbələrimizə – elm yolunda çalışan hər kəsə 304 00:36:58,800 --> 00:37:02,400 öz mənəvi dəstəyini nəsib et. 305 00:37:03,280 --> 00:37:11,080 Dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarını məhşərə ilkin İslam dövrünün şəhidləri ilə birgə gətir. 306 00:37:12,200 --> 00:37:15,040 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.