1 00:00:00,620 --> 00:00:03,200 Mərhəmətli və bağışlayan Allahın adı ilə. 2 00:00:05,480 --> 00:00:14,570 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم‌ المصطفيٰ محمّد 3 00:00:23,020 --> 00:00:32,970 و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين 4 00:00:33,940 --> 00:00:50,680 Peyğəmbəri-Əkrəmin (s) böyük və misilsiz besət bayramı münasibət ilə bu gün bu görüşdə iştirak edən hər kəsi, 5 00:00:51,250 --> 00:00:59,420 İslam Respublikasında olan əziz qonaqlarımızı, müsəlman ölkələrinin möhtərəm səfirlərini, 6 00:00:59,420 --> 00:01:08,050 bütün İran xalqını, yer üzündəki bütün müsəlmanları, dünyanın bütün azadlıqsevər insanlarını təbrik edirəm. 7 00:01:08,570 --> 00:01:21,600 Besət – Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün yer üzünə göndərilməsi 8 00:01:22,910 --> 00:01:27,820 elə bir yeganə və misilsiz hadisədir ki, həqiqətən də, bəşər tarixində 9 00:01:29,480 --> 00:01:43,880 başqa heç bir hadisə onun qədər əhəmiyyətli və əzəmətli deyil. 10 00:01:44,280 --> 00:01:58,110 İnsanların doğru yola istiqamətləndirilməsi, kamilliyin zirvəsinə çatdırılması üçün yer üzünə peyğəmbərlərin göndərilməsi Yaradanın bəşər övladına qarşı mərhəmətinin zirvəsi idi, 11 00:01:59,250 --> 00:02:09,140 Yaradanın bəşəriyyətə nəsib etdiyi ən böyük rəhmətdir, bu prosesin zirvə nöqtəsi isə Peyğəmbəri-Əkrəmin (s) besətidir. 12 00:02:11,080 --> 00:02:19,710 Bu besətlə bəşəriyyətin üzünə onu dünyanın sonuna qədər irəli aparmaq, 13 00:02:20,620 --> 00:02:25,880 inkişaf etdirmək gücü və potensialına malik olan bir yol açılmışdır; 14 00:02:26,170 --> 00:02:36,620 gördüyümüz kimi, o gündən bu günə qədər bəşəriyyət elə inkişaf edib də. Səmavi dinlərin 15 00:02:37,770 --> 00:02:49,820 bəyan etməyə mükəlləf olduğu həqiqətlərin əksəriyyəti bu gün insanların düşüncəsində oturuşub, bəşər cəmiyyətinin ənənəvi prinsiplərinə çevrilib 16 00:02:51,820 --> 00:03:02,220 və Allaha həmd olsun ki, insanların qəlbi mənəviyyata doğru meyillənib. 17 00:03:03,710 --> 00:03:15,250 Besətdə məsələnin əsas mahiyyəti tövhiddən ibarətdir; tövhid dedikdə yalnız və yalnız Allah-taalaya bəndəlik etmək nəzərdə tutulur; 18 00:03:17,080 --> 00:03:27,200 yəni insanın həyatına nəfsin növbənöv həvəsləri, istəkləri, şəhvətləri və qəzəbləri hakim olmamalıdır; 19 00:03:28,680 --> 00:03:38,740 yəni insanın həyatını diktaturalar, istibdadlar, eqolar idarə etməməlidir. 20 00:03:39,080 --> 00:03:52,110 İnsanı idarə edən başlanğıc yalnız ilahi elm, ilahi qüdrət, ilahi rəhmət, ilahi feyz və hidayət olmalıdır; tövhidin mənası budur. 21 00:03:54,680 --> 00:04:03,650 Tövhid şüarı ilk növbədə öz eqosu, təkəbbürü, 22 00:04:04,680 --> 00:04:16,850 istibdadı və zülmü ilə bir və ya bir neçə bəşər cəmiyyətini idarə etmək istəyənləri 23 00:04:17,420 --> 00:04:25,710 rədd edir və elə buna görə də onlar tövhidə düşmən kəsilirlər. 24 00:04:26,000 --> 00:04:37,540 “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən) 25 00:04:38,280 --> 00:04:50,110 Bütün peyğəmbərlər güc və sərvət sahibləri ilə, yer üzündəki istibdadçılarla, hegemonlarla, 26 00:04:50,280 --> 00:04:59,020 fironlarla qarşı-qarşıya gəliblər və onlara qarşı mübazirə aparıblar. 27 00:04:59,940 --> 00:05:06,620 Haqqın mübarizəsi olmadan batil geri çəkilməyə məcbur olmur. 28 00:05:07,140 --> 00:05:20,620 Məhz mübarizə sayəsində insanlıq bəşər tarixinin əvvəlindən bu günə qədər ilahi təlimlərə günbəgün daha da yaxınlaşıb; 29 00:05:20,970 --> 00:05:24,340 çünki haqq mübarizə aparmalıdır. 30 00:05:24,680 --> 00:05:31,250 “İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağut yolunda vuruşurlar”. (“Nisa” surəsi, 76-cı ayədən) 31 00:05:31,480 --> 00:05:42,340 Bəşəriyyətin istibdadçıları, hegemonları, bədxahları və zalımları ilə mübarizə aparmadan haqqı irəli aparmaq olmaz; 32 00:05:42,620 --> 00:05:54,620 mübarizə lazımdır və peyğəmbərlər bu mübarizəni aparıblar; tövhid isə bu mübarizənin ümumi məsələlərini, əsas prinsip və cizgilərini zəmanət altına alınır. 33 00:05:55,080 --> 00:06:07,600 “La ilahə illəllah” sırf ideoloji, fəlsəfi bir məsələ deyil; “La ilahə illəllah”dan təsir doğur, əməl doğur. 34 00:06:08,220 --> 00:06:16,970 Bir qədər əvvəl cənab prezident ilk İslam dövlətindən danışdı, onun Mədinədə yarandığını qeyd etdi; bax o dövlət də “La ilahə illəllah”dan qaynaqlanırdı; 35 00:06:17,600 --> 00:06:25,370 yəni ilahi dinlərdə hökumət Allah-taalanın və onun göndərdiyi peyğəmbərlərin əli ilə qurulmadığı təqdirdə heç bir məna kəsb etmir. 36 00:06:25,600 --> 00:06:28,970 Məhz elə buna görə də Peyğəmbər (s): 37 00:06:29,140 --> 00:06:32,110 “La ilahə illəllah” söyləyib qurtulun” – deyən kimi, 38 00:06:33,140 --> 00:06:41,310 Məkkənin dar, məhdud mühitində güc və sərvət sahibləri ona qarşı çıxdılar; 39 00:06:42,970 --> 00:06:54,280 sonradan Mədinədə İslam dövləti təşkil olunduqdan sonra isə dünyanın imperatorları, böyük gücləri İslama qarşı mübarizə aparmağa başladı. 40 00:06:54,280 --> 00:07:04,800 Bu cəbhələşmə ilk gündən bu günə qədər olub və ilk gündən bu günə qədər də bu qarşıdurmada məğlub olub geri çəkilmək 41 00:07:05,250 --> 00:07:10,000 batilin, irəliləmək isə haqqın müqəddəratı olub. 42 00:07:10,450 --> 00:07:16,110 O zaman Məkkədə böyük təzyiqlər altında yaşayan o azsaylı toplum 43 00:07:16,110 --> 00:07:20,800 bu gün saysız-hesabsız qürurverici nailiyyətlərə, imkanlara, 44 00:07:21,540 --> 00:07:26,110 sonsuz ümidə və işıqlı gələcəyə sahib olan əzəmətli bir insan cəmiyyətidir. 45 00:07:26,280 --> 00:07:35,140 Bir şeyi dərk etmək lazımdır ki, İslam ümməti bütün varlığı və səmimiyyəti ilə tövhidə qayıtmalıdır. 46 00:07:35,880 --> 00:07:46,170 Əgər bizim tövhidə etiqadımız varsa, zülmə və zorakılığa boyun əyə bilmərik, 47 00:07:46,740 --> 00:07:49,820 zalıma qarşı çıxmaya bilmərik; tövhidin təbiəti budur. 48 00:07:50,000 --> 00:08:01,250 Elə buna görə də İslam Respublikası elan edir ki, harada məzlum varsa və köməyə ehtiyac varsa, biz orada varıq, hazırıq; məhz buna görə 49 00:08:01,770 --> 00:08:08,850 biz Fələstin məsələsinin üzərində bu qədər israr edirik. 50 00:08:09,140 --> 00:08:21,200 Çünki tövhid zalımın məzluma etdiyi zorakılığa qarşı çıxmağı tələb edir; tövhidin həqiqəti budur, 51 00:08:21,540 --> 00:08:29,880 besət də bizə bunu xatırladır; və bu prinsip, heç şübhəsiz, uğur qazanaraq irəli gedir də. 52 00:08:30,170 --> 00:08:39,880 Əlbəttə, bu günlərdə və indiyə qədər – bu 70 ildə – Fələstin xalqına çox təzyiqlər edilib, 53 00:08:40,110 --> 00:08:53,250 amma baxın, bir vaxtlar sionistlərin asanlıqla məğlub edib, ölkəsində ağalığı ələ keçirə bildikləri 54 00:08:53,250 --> 00:09:01,080 vətənindən əlini üzüb didərgin saldıqları o zəif xalq, 55 00:09:01,420 --> 00:09:06,280 o kiçik və məzlum toplum, bu gün İsrail hökumətini təhdid edən 56 00:09:06,570 --> 00:09:20,450 güclü bir Fələstinə çevrilib və sionist rejim onlarla qarşıdurmada özünü zəif, aciz hiss edir. 57 00:09:21,600 --> 00:09:30,050 Və heç şübhəsiz, fələstinlilər sionistlərə qalib gələcək, Fələstin fələstinlilərə geri qayıdacaq. 58 00:09:54,510 --> 00:10:03,370 Bizim Qərbi Asiya regionunda müqavimət dəstələrinin yanında olmağımızın səbəbi də elə budur. 59 00:10:03,650 --> 00:10:16,280 Suriyada – Amerika və onun əlaltılarının regionda yaratdığı terroristlərə qarşı mübarizədə iştirak etməyimiz də bu səbəbdəndir. 60 00:10:17,080 --> 00:10:25,600 “İran İslam Respublikası ərazisini genişləndirməyə çalışır, filan yeri işğal etmək niyyətindədir” və sair bu kimi deyilənlər 61 00:10:26,050 --> 00:10:39,420 puç, mənasız, reallığa zidd olan, yalan sözlərdir. Xeyr, bizim əsla belə bir məqsədimiz yoxdur və dünyanın heç bir nöqtəsinə öz ərazimizi genişləndirmək niyyəti ilə baxmırıq; 62 00:10:39,710 --> 00:10:48,000 buna heç ehtiyacımız da yoxdur; əlhəmdulillah, İran xalqının ixtiyarında böyük, abad, imkanlarla zəngin olan bir ölkə var. 63 00:10:48,340 --> 00:10:56,220 Bu iştirakımız isə ona görədir ki, Suriya və Qərbi Asiyada 64 00:10:56,680 --> 00:11:04,800 zülmə qarşı müqavimət var idi və bu gün də var; biz məhz bu səbəbdən həmin bölgələrdə iştirak etmişik. 65 00:11:05,200 --> 00:11:13,250 Elə buna görə də, gördüyünüz kimi, Allahın nəsib etdiyi uğur sayəsində, edilən yardımların 66 00:11:13,540 --> 00:11:23,770 və Suriya qüvvələrinin şücaətinin bərəkəti ilə müqavimət cəbhəsi Amerika və Qərbin, 67 00:11:24,050 --> 00:11:34,170 habelə onların regiondakı muzdurlarının (Səudiyyə hökuməti və sair kimi) himayə etdiyi, daha doğrusu, 68 00:11:34,450 --> 00:11:38,220 ərsəyə gətirdiyi terrorçulara qalib gələ bildi. 69 00:11:39,080 --> 00:11:52,110 Dünən İŞİD-i aşkar və gizli surətdə himayə edənlər bu gün o terrorçularla mübarizədə 70 00:11:52,620 --> 00:11:58,400 iştirak edib, onları məğlub etdiklərini iddia edirlər. Ağ yalandır! Belə bir şey yoxdur, onların bu işə heç bir dəxli olmayıb. 71 00:12:00,050 --> 00:12:06,800 Amerika prezidenti elə bir neçə saat bundan əvvəl etdiyi çıxışda söyləyir ki, 72 00:12:07,020 --> 00:12:14,740 “Biz Suriyada İŞİD-i məğlub edə bildik”. Açıq-aşkar və ağ yalandır! 73 00:12:16,110 --> 00:12:22,050 Onlar lazım bildikləri məqamda müdaxilə edib kömək göstərdilər; 74 00:12:22,220 --> 00:12:28,850 İŞİD-in əsas adamları mühasirədə olduğu zaman işə qoşulub onları xilas etdilər. 75 00:12:30,570 --> 00:12:38,570 Ona qədər İŞİD-in yaradılmasında da bunların rolu və təsiri olmuşdu; Səudiyyə hökumətinin və onlar kimilərin pulları ilə 76 00:12:38,910 --> 00:12:45,020 bu çirkin varlıqları yaradaraq İraq və Suriya camaatının canına salmışdılar, 77 00:12:45,370 --> 00:12:54,220 intəhası müqavimət qüvvələri Amerika və onun əlaltılarının qarşısında bu iki ölkəni xilas edə bildi; ondan sonra da bu cür. 78 00:12:55,480 --> 00:13:03,940 Suriyaya dünən səhər edilmiş o hücum cinayətdir! 79 00:13:04,740 --> 00:13:14,740 Mən açıq-aşkar elan edirəm: Amerika və Fransa prezidentləri, İngiltərənin baş naziri cinayətkardırlar, cinayət işləyiblər! 80 00:13:37,650 --> 00:13:50,400 Əlbəttə ki, bu əməllərindən heç bir xeyir də görməyəcəklər, heç bir mənfəət əldə edə bilməyəcəklər; necə ki ötən illər ərzində İraq, 81 00:13:51,250 --> 00:13:58,970 Suriya və Əfqanıstanda iştirak ediblər, bu cür cinayətlər törədiblər, 82 00:13:59,480 --> 00:14:08,910 amma heç bir mənfəət əldə edə bilməyiblər. Elə bundan bir neçə gün öncə Amerika prezidenti belə bir fikir səsləndirmişdi ki, Qərbi Asiya regionunda 83 00:14:09,140 --> 00:14:16,680 (onun təbiri ilə “Orta Şərqdə”) 7 trilyon dollar pul xərcləmişik, amma heç bir xeyrimiz olmayıb. Doğru da deyir, əllərinə heç nə keçməyib. 84 00:14:17,370 --> 00:14:27,020 Amerika bundan sonra da bilsin ki, nə qədər xərc çəksə, nə qədər çalışsa belə, bu regionda əlinə heç bir şey keçməyəcək. 85 00:14:50,400 --> 00:14:58,110 Bu hadisələrin qarşısında biz sayıq olmalı, diqqətimizi toplamalıyıq; 86 00:14:59,250 --> 00:15:10,050 müsəlman xalqları, müsəlman ölkələri, müsəlman dövlətləri baş verənlərdən təcrübə toplamalı, nə etdiklərini, hansı yolu tutduqlarını dərk etməlidirlər. 87 00:15:10,970 --> 00:15:15,080 Bunlar İslam ümmətinə zərbə vurmaq istəyirlər; 88 00:15:15,080 --> 00:15:21,310 hədəf təkcə Suriya, İraq və ya Əfqanıstan deyil; 89 00:15:22,110 --> 00:15:29,820 hədəf İslam dininin bu regiondakı varlığıdır; buna zərbə vurmaq istəyirlər. Müsəlman ölkələri bunu başa düşməlidir; 90 00:15:30,050 --> 00:15:43,370 müsəlman dövlətləri Amerikanın və bəzi təcavüzkar Qərb dövlətlərinin məqsədlərinə xidmət etməməlidir. 91 00:15:43,880 --> 00:15:50,170 Amerika prezidentinin hansısa müsəlman ölkəsi üçün: 92 00:15:50,400 --> 00:15:58,050 “Biz onlara südverən inək kimi baxırıq” – deməyi heç də başıucalıq deyil! Onlara südverən inək kimi yanaşırlar; bu, fəxrdir? 93 00:15:59,250 --> 00:16:11,310 Amerikanın hazırkı prezidenti elə ötən il son seçkiqabağı təbliğat çıxışında bu sözləri demişdi; 94 00:16:11,600 --> 00:16:24,970 söyləmişdi ki, “biz Səudiyyə hökumətinə südverən inək gözü ilə baxırıq”. Bundan da böyük alçaqlıq olarmı? Bir ölkə üçün, bir xalq üçün 95 00:16:25,370 --> 00:16:36,800 bundan da o yana rəzalət ola bilərmi? Pulunu alalar, sonra da adına “südverən inək” deyələr, təhqir edələr; 96 00:16:39,140 --> 00:16:45,940 bir ölkə üçün, bir dövlət üçün bundan betər zillət ola bilməz. İslam bu cür rəzilliklərə qarşıdır. 97 00:16:45,940 --> 00:16:50,280 “Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, 8-ci ayədən) 98 00:16:50,510 --> 00:17:02,850 Mömindirlərsə, izzətli olmalıdırlar, heysiyyətli olmalıdırlar. Bu cür rəzil olmaları onu göstərir ki, imanları yoxdur, mömin deyillər, 99 00:17:04,170 --> 00:17:11,650 ağaları kimi, bunlar da yalan danışırlar. Amerika prezidenti deyir ki, “biz Suriyaya 100 00:17:12,000 --> 00:17:19,080 kimyəvi silahdan istifadə ilə mübarizə aparmaq üçün hücum etmişik”. Yalandır! 101 00:17:19,540 --> 00:17:28,800 Onlar kimyəvi silahdan istifadəyə heç bir şəkildə qarşı deyillər; nə kimyəvi silahdan istifadəyə, nə də bəşəriyyətə qarşı yol verilən istənilən başqa bir cinayətə; 102 00:17:29,140 --> 00:17:35,820 hazırda Yəmən hər gün bombalanır, onlarsa buna himayəçilik edirlər. 103 00:17:36,910 --> 00:17:48,280 Dünyanın müxtəlif bölgələrində müsəlmanlar təzyiqlərə məruz qalırlar, ABŞ hökuməti isə həmin zalımları himayə edir, onlara kömək göstərir. 104 00:17:50,000 --> 00:17:56,170 İnsanların əziyyət çəkməyi, dərd çəkməyi bunları narahat etmir. 105 00:17:58,680 --> 00:18:05,600 Bunlar cinayətkar Səddamın da arxasında durub onu himayə edirdilər; 106 00:18:05,880 --> 00:18:18,450 minlərlə iranlı və iraqlı Səddamın istifadə etdiyi kimyəvi silahın təsiri ilə məhv oldu, yaxud xəsarət aldı. 107 00:18:18,910 --> 00:18:28,910 Bizim camaatımızın arasında o vaxtlar sağlamlığına zərər dəymiş və əziyyət çəkən gənclər hələ də var. 108 00:18:29,940 --> 00:18:38,280 Bunlar kimyəvi silahın əleyhinə deyillər; bunlar öz müstəmləkəçilik və beynəlxalq diktatura hədəfləri naminə ortalığa düşüb, 109 00:18:39,200 --> 00:18:46,680 onu-bunu diktatorluqda ittiham edirlər, halbuki özləri transmilli diktatordurlar. 110 00:18:47,650 --> 00:18:56,510 Əlbəttə ki, diktator və istibdadçılar dünyanın heç bir yerində istədiklərinə çatmayacaqları kimi, bunların da arzuları ürəklərində qalacaq, 111 00:18:56,970 --> 00:19:06,680 Amerika regionumuzda, habelə zülmünü yürüdəcəyi istənilən regionda, heç şübhəsiz, uğursuzluqla üzləşəcək 112 00:19:07,420 --> 00:19:13,540 və sözsüz ki, xalqlar qalib olacaq; inşallah, elə regionumuzda da bu cür olacaq. 113 00:19:13,540 --> 00:19:23,140 Allaha həmd olsun ki, xalqımız ayağa qalxıb; İran xalqı özünün 40 illik təcrübəsi ilə 114 00:19:23,420 --> 00:19:32,620 mübarizə və müqavimətdə mətin və dönməzdir. Biz bunu sınaqdan çıxarmışıq: düşmənin qarşısında geri çəkilmək onu daha da cürətləndirir, 115 00:19:33,020 --> 00:19:38,050 müqavimət göstərmək isə onun geri çəkilməsinə səbəb olur. 116 00:19:38,280 --> 00:19:50,510 “Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. Allahın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!” (“Fəth” surəsi, 22-23-cü ayələr) 117 00:19:50,510 --> 00:19:57,770 Bu, Allah-taalanın müəyyən etdiyi bir qaydadır; yer üzündəki cinayətkarların zülmü, istibdadı, hegemonluğu, 118 00:19:58,850 --> 00:20:08,110 xəbisliyi və cinayətləri qarşısında müqavimət göstərsiniz, mütləq, geri çəkilməyə məcbur olacaqlar; Qurani-Kərim bunu Allah-taalanın 119 00:20:08,450 --> 00:20:15,200 və tarixin mütləq qaydası kimi xatırladır 120 00:20:15,650 --> 00:20:24,910 və inşallah, bu qayda həyata keçəcək. Və ümidvaram, İran, Suriya, İraq, məzlum Fələstin, 121 00:20:25,250 --> 00:20:36,110 Kəşmir və Myanmar xalqları, habelə dünyanın müxtəlif regionlarında təzyiqlərə məruz qalan bütün müsəlmanlar, 122 00:20:36,110 --> 00:20:44,170 inşallah, yaxın gələcəkdə uğur qazanıb, 123 00:20:44,570 --> 00:20:52,570 düşmənlərini geri oturda biləcəklər. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, 124 00:20:53,080 --> 00:21:01,310 şəhidlərin – haqq və həqiqət şəhidlərinin və dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhlarını öz lütf və feyzinlə sirab et. 125 00:21:02,220 --> 00:21:04,110 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.