1 00:00:00,860 --> 00:00:03,660 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:05,000 --> 00:00:11,800 والحمدللّه ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:17,400 --> 00:00:20,200 سيّما بقيّة اللّه في الارضين 4 00:00:20,660 --> 00:00:29,460 Çox xoş gəlmisiniz. Mənim üçün həmişə olduğu kimi çox xoş və arzulanan bir görüşdür. 5 00:00:30,800 --> 00:00:43,000 Mənim üçün də bügünkü görüşümüz bu yerdə yekunlaşmış sayılır; bu mənada ki mən bu görüşdən alacağım zövqü aldım, faydalana biləcəyim qədər faydalandım; 6 00:00:43,800 --> 00:00:53,600 əvvəla sizləri gördüm, fikirlərinizi eşitdim, xoşbəxtlikdən, bu gün gənclərimizdə görə bildiyimiz o əzm, stimul 7 00:00:54,600 --> 00:01:05,200 və ruhiyyəni sizdə hiss etdim. Və etdiyiniz çıxışlardan bəhrələndim; yəni həqiqətən də, faydalandım. 8 00:01:05,730 --> 00:01:11,930 Odur ki mən bu görüşdən öz faydamı götürdüm. İndi bir neçə cümlə də mən deyim. 9 00:01:12,330 --> 00:01:18,400 Unutmadan sizdən xahiş edim ki, müəyyən səbəblərlə, 10 00:01:18,930 --> 00:01:27,930 vəziyyət və şəraitlə bağlı builki görüşümüzdə iştirak etməyən, lakin iştirak etməyə haqqı çatan digər çoxsaylı gənc alimlərə, 11 00:01:28,260 --> 00:01:36,200 mənim əziz qardaş və bacılarıma da salamımı çatdırasınız. Mən onları da salamlayıram. 12 00:01:37,000 --> 00:01:49,330 Mən həmişə gənclərin, xüsusilə də gənc alimlərin arasında olanda ilk növbədə şükür hissi keçirirəm; Allah-taalaya şükür etmək istəyirəm; 13 00:01:49,800 --> 00:01:52,600 “Sizə gələn hər bir nemət Allahdandır”. (“Nəhl” surəsi, 53-cü ayədən) 14 00:01:53,200 --> 00:02:05,530 Siz bizim üçün Allahın nemətisiniz. Bu dövlətə canı yanan insanlar üçün ilahi bəxşiş hesab olunursunuz. 15 00:02:06,130 --> 00:02:17,800 Mənim kimi uzun ömür yaşamış şəxslər üçün siz gənclər, həqiqətən də, Allahın lütfü və nemətisiniz; şükür Allaha. 16 00:02:18,200 --> 00:02:32,130 İkincisi, ümid; ölkənin gələcəyinə, qarşımızdakı üfüqlərə önəm veririk; sizi görəndə insan bu gələcəyin, 17 00:02:32,330 --> 00:02:45,130 inşallah ki, ümid etdiyimiz və arzuladığımız kimi olacağına ümidlənir. 18 00:02:48,130 --> 00:02:58,400 Cənab Səttarinin də qeyd etdiyi kimi, ölkəmiz dünya üzrə misilsiz bir insan potensialına malikdir. 19 00:02:58,800 --> 00:03:06,800 Bu potensialın qaymaqları isə cəmiyyətimizin intellektual elitasıdır; 20 00:03:08,400 --> 00:03:17,660 onlar hər bir şəxsdə məsuliyyət hissini oyada bilər. 21 00:03:18,200 --> 00:03:25,330 İntellektual elita düzgün istiqamət götürüb doğru yolda irəlilədiyi zaman 22 00:03:25,730 --> 00:03:32,600 onları tanıyan və görən hər kəsdə məsuliyyət hissi yaranır. 23 00:03:33,860 --> 00:03:44,930 Elə ona görə də mən görkəmli şəxslərin cəmiyyətdəki rolu və əhəmiyyətinə çox böyük və dərin inam bəsləyirəm; yəni sizləri qəbul və təqdir edirəm. 24 00:03:46,260 --> 00:03:56,660 Eyni zamanda mən ümid və xahiş edirəm ki, Görkəmli Xadimlər Fondu, eləcə də hökumətdə təmsil olunan, prezidentin müavini olan cənab Səttari özü 25 00:03:57,060 --> 00:04:10,000 bütün ölkə rəsmilərinin intellektual elitanın bu rolu və əhəmiyyətinə sözün həqiqi mənasında inanması üçün çalışsınlar. Mənim gözləntilərimdən biri budur: rəsmilər ziyalılara, görkəmli şəxslərə inansınlar. 26 00:04:10,460 --> 00:04:19,730 Əvvəla inansınlar ki, bu insanlar bizdə var; ikinci növbədə inansınlar ki, bu görkəmli şəxslər ölkənin müqəddəratını 27 00:04:20,400 --> 00:04:27,060 hər kəsin məqbul hesab edib razı qalacağı, alqışlayacağı bir şəkildə dəyişə bilərlər. 28 00:04:27,460 --> 00:04:35,860 Rəsmilərimizdən bəzilərində bu inam yoxdur, bu məsələyə diqqət və önəm vermirlər; onlarda bu inamı yaratmaq, diqqətlərini bu mövzuya çəkmək lazımdır. 29 00:04:36,400 --> 00:04:44,130 Yaxşı, mən Görkəmli Xadimlər Fondu, ictimaiyyətimizin intellektual elitası və sair barədə bir neçə cümlə deyəcəyəm, 30 00:04:44,400 --> 00:04:47,800 sonda isə siyasi mövzuda da bir cümlə qeydim olacaq. 31 00:04:48,460 --> 00:04:58,130 Birinci məsələ, yaxud birinci məqam odur ki, elmi inkişaf ölkəni qüdrətli edir. 32 00:04:58,860 --> 00:05:12,400 Dəyərli aparıcımız bu gün bir hədis söylədi: اَلعِلمُ سُلطان – “Elm şahdır”. “Şah” – güc, qüdrət, iqtidar deməkdir. Elm gücdür, iqtidardır. 33 00:05:13,060 --> 00:05:24,130 Həmin hədisdə elmi olan kəs haqda “صالَ” – gücü, qüdrəti olacaqdır deyilir. 34 00:05:24,930 --> 00:05:36,000 Elmi olmayanın isə “صيلَ عَلَيه” – başı üzərində güclülər ağalıq edəcəklər; yəni o, zəif və başqalarının hökmranlığı altında olacaq; elm budur. 35 00:05:36,800 --> 00:05:48,260 Bu gün siz özünüz də bunu müşahidə edirsiniz; amerikanlar və avropalılar əldə etdiklrəi elmi inkişaf sayəsində bütün dünyada ağalıq etməyə müvəffəq olublar. 36 00:05:49,000 --> 00:05:58,730 Bildiyiniz kimi, Amerika, İngiltərə, Fransa və bir çox digər Avropa ölkələri – hətta kiçik dövlətlər belə - 37 00:05:59,060 --> 00:06:10,730 uzun illər, bəziləri isə əsrlər boyu müxtəlif ölkələri işğal ediblər, onların sərvətini göyə sovuraraq məhv ediblər. 38 00:06:11,060 --> 00:06:21,460 Sahib olduqları elm sayəsində xalqlar üzərində ağalıq ediblər; daim elmi inkişaf arxasınca olublar. Biz isə bu parlaq istedadımıza, 39 00:06:21,930 --> 00:06:30,200 zəngin tarixi keçmişimizə rəğmən, qəflətə düçar olub dünya elminin karvanından geri qalmışıq; başqaları irəli gediblər. İndi biz bu boşluğu doldurmalı, bu geriliyi ortadan qaldırmalıyıq. 40 00:06:31,530 --> 00:06:41,600 Bəzi qərbmeyilli insanlar hələ 100 il öncə deyirdilər ki, əgər ölkənizin inkişaf etməsini, 41 00:06:41,860 --> 00:06:47,600 İranın irəli getməsini istəyirsinizsə, gərək Qərbin kölgəsinə sığınasınız 42 00:06:48,330 --> 00:06:55,200 (yəni qərbpərəstlik; “qərbpərəstlik” ifadəsini ilk dəfə işlədən, yazan da mərhum Ale-Əhməd olmuşdu); 43 00:06:56,000 --> 00:07:05,260 bu, yanlış bir fikir idi. Onu da deyim ki, bu ideyanı cəmiyyətdə yaymağa çalışanlardan bəziləri bunu xainlikdən, 44 00:07:05,260 --> 00:07:13,930 bəziləri isə cahillikdən edirdilər. Hələ indi də onların uzantılarından olan (tör-töküntülərindən desək, daha uyğun olar) 45 00:07:13,930 --> 00:07:22,660 bəzi insanlar bu fikri təbliğ edirlər ki, “Biz Qərbin dəstəyi ilə, Qərbin kölgəsində inkişaf etməliyik”. Xeyr, Pəhləvi dövründə 46 00:07:22,930 --> 00:07:39,260 ölkə 50 il Qərbin kölgəsində yaşadı; 50 il! O aralar bir müddət Rzaxan dövründə Almaniyaya sığınmışdıq, sonradan da sona qədər bir müddət Amerikanın kölgəsində yaşadıq; 47 00:07:39,660 --> 00:07:50,330 ölkə hansı inkişafa nail ola bilmişdi? Bədbəxtlikdən, gerilikdən, əsas sərmayəsinin məhv edilməsindən savayı nə qazanmışdı? 48 00:07:50,660 --> 00:08:00,330 Xeyr, Qərbə sığınmaqla inkişaf etmək olmur, mümkün deyil. Ölkənin Qərbin kölgəsində inkişaf edə biləcəyini deyən şəxslər nə dediklərini anlayırlarsa, 49 00:08:00,660 --> 00:08:06,000 ölkəyə xəyanət edirlər; ola da bilsin ki, cahildirlər, nə dediklərini özləri də anlamırlar. 50 00:08:07,000 --> 00:08:15,200 Yaxşı, bəs biz nə etməliyik? Asılılığa son qoymalıyıq. 51 00:08:15,200 --> 00:08:23,660 Əlbəttə ki, asılılıq hər cür olur: siyasi, iqtisadi, mədəni və sair; amma əsas siyasi asılılıqdır. Birinci növbədə 52 00:08:23,930 --> 00:08:34,200 siyasi asılılıq gəlir və ardınca digər asılılıqları gətirir. Siyasi asılılıq nəticəsində, təbii olaraq, yad mədəniyyətin də, 53 00:08:34,660 --> 00:08:44,600 iqtisadiyyatın da ölkəyə nüfuz etməsi üçün zəmin yaranır, bütün sferalarda, hətta təhlükəsizlik sahəsində belə asılılıq meydana gəlir; eynilə şah diktaturası dövründə olduğu kimi. 54 00:08:44,860 --> 00:08:51,200 O zaman biz təhlükəsizlik sferasında da asılı idik; iqtisadi asılılıq ki, ən yüksək həddə idi; mədəniyyət sahəsi eynilə. 55 00:08:51,200 --> 00:08:55,130 İslam İnqilabının bərəkəti sayəsində siyasi asılılığımız aradan götürülüb, 56 00:08:57,400 --> 00:09:05,200 lakin digər asılılıqlardan qurtulmaq daha çətindir; çalışıb-vuruşmaq lazımdır. Mən bunu indi demirəm, 57 00:09:05,200 --> 00:09:13,260 hələ ölkə prezidenti olduğum dövrdə cümə namazının xütbəsində söyləmişdim ki, siyasi asılılığımıza son qoyulub, 58 00:09:13,530 --> 00:09:21,530 əlhəmdulillah, qurtulmuşuq, amma yenə də asılıyıq; iqtisadi cəhətdən asılıyıq, mədəni cəhətdən asılıyıq; 59 00:09:21,930 --> 00:09:28,000 bunun üzərində düşünməliyik. Asılılıq acizliyə, çarəsizliyə gətirib çıxarır. 60 00:09:28,400 --> 00:09:38,800 Məhəmmədrza Pəhləvinin dostlarının yazdığı xatirələrə nəzər salanda – mən bunu o kitabların çoxunda oxumuşam – 61 00:09:39,730 --> 00:09:49,660 görürsən ki, o diktator Məhəmmədrza şahın özü bəzən amerikalıların əlindən bərk əsəbiləşirmiş. 62 00:09:50,530 --> 00:09:59,730 Onları söydüyü, nalayiq sözlər dediyi də olub; əlbəttə ki, öz kabinetində, yaxın dostlarının yanında! Evinin arxasına keçib, 63 00:10:00,330 --> 00:10:08,530 o an uzaqda olan, onu əsla eşidə bilməyəcək şəhər valisini söyən birisi kimi. Öz kabinetində arxalarınca söyüb də, 64 00:10:08,930 --> 00:10:16,060 amma buna baxmayaraq, ingilis, yaxud amerikan səfirindən bir ismarıc, 65 00:10:16,400 --> 00:10:24,660 bir telefon zəngi, bir tapşırıq gələn kimi əli qoynunda o tapşırığı yerinə yetirməyə hazır olub; başqa çarəsi olmayıb; məcbur olub. 66 00:10:24,930 --> 00:10:28,730 Asılılıq budur; buna son qoymaq lazımdır. 67 00:10:28,930 --> 00:10:37,860 Xoşbəxtlikdən, ölkəmizdə siyasi asılılığın kökü tamamilə kəsilib, lakin digər sferalarda bu baxımdan 68 00:10:38,460 --> 00:10:46,730 hələ çox iş görülməlidir. Asılılıqdan qurtuluşun başlıca amillərindən biri isə 69 00:10:47,060 --> 00:10:55,400 elə sizin vasitənizlə reallaşdırılan elmi inkişafdır. Buna əsasən, elmi-texnoloji inkişaf yolunda heç bir maneə, heç bir əngəl olmamalıdır. 70 00:10:56,000 --> 00:11:07,130 Dövlət qurumları, ictimai qurumlar, mədəniyyət və sair bu kimi müxtəlif sferaların fəalları 71 00:11:07,600 --> 00:11:12,260 elmi inkişaf yolunda heç bir əngəl yaratmamalıdırlar. 72 00:11:12,260 --> 00:11:19,860 Allaha şükürlər olsun ki, möhtəşəm potensialımız da var; nümunələrini bu gün burada gördünüz; 73 00:11:20,400 --> 00:11:31,660 mən də müxtəlif vaxtlarda çoxlu sayda belə nümunələrlə rastlaşıram, onlar barədə mənə təqdim olunan hesabatlardan məlumat alıram və ya şəxsən özləri ilə görüşürəm. 74 00:11:31,930 --> 00:11:38,260 Bilirəm ki, potensialımız fövqəladə dərəcədə böyükdür, irəli gedə bilərik. Bu, birinci məqam. 75 00:11:38,600 --> 00:11:47,400 Qeyd etmək istədiyim ikinci məqam isə Görkəmli Xadimlər Fondu və prezidentin elmi məsələlər üzrə müavinliyində mövcud olan vəziyyətlə bağlıdır. Əlhəmdulillah, xeyli inkişaf ediblər, yaxşılaşıblar. 76 00:11:47,730 --> 00:11:56,130 Son bir neçə ildə həm prezidentin elmi məsələlər üzrə müavinliyində, həm də Görkəmli Xadimlər Fondunda vəziyyətin yaxşılaşmasına şərait yaratmış bir sıra amillər özünü göstərib. 77 00:11:56,800 --> 00:12:09,330 Elmi əsaslı şirkətlər sıçrayışla inkişaf edib. Hələ 1393-cü ildə mən bu görüşdə elmi əsaslı şirkətlərin rövnəqləndirilməsinin vacib olduğunu vurğulamışdım. 78 00:12:09,660 --> 00:12:18,530 Sevindirici haldır ki, bu gün həmin şirkətlər müsbət dinamika ilə, sıçrayışlı bir şəkildə inkişaf edib; yaxşı investisiyalar yatırılıb. 79 00:12:18,730 --> 00:12:29,200 Əlhəmdulillah, universitetlərimizdə elmi heyətlər, elmi mərkəzlər yaranıb; mən bunu da dönə-dənə vurğulayırdım. 80 00:12:29,800 --> 00:12:41,460 Gənc alimlərin yetişdirilməsi prosesindəki ideoloji tendensiyalara düzəlişlər edilib. Sizin burada toxunduğunuz məqamların çoxu 81 00:12:41,730 --> 00:12:46,860 Görkəmli Xadimlər Fondu və prezidentin elmi məsələlər üzrə müavinliyində təmsil olunan rəsmilərin də 82 00:12:47,330 --> 00:13:00,930 diqqət mərkəzindədir, mənimlə bu barədə söhbətlər ediblər və əslində optimallaşdırılmış, təkmilləşdirilmiş bir kurs və metodikanın tətbiq olunması nəzərdə tutulub. 83 00:13:00,930 --> 00:13:07,930 Bütün bunlar var, intəhası yenə də məni qane etmir. “Məni qane etmir” yox, 84 00:13:08,930 --> 00:13:14,930 bunlarla kifayətlənmək olmaz. Arzulanan mövqeyə çatmaq üçün bizim qarşımızda hələ xeyli yol var, hələ o nöqtədən çox uzağıq. 85 00:13:15,730 --> 00:13:26,200 Mən bunu xüsusilə vurğulamaq istəyirəm; həm cənab Dr. Səttarinin özü üçün, həm burada iştirak edən digər rəsmilər üçün, həm də siz əzizlərim – gənc alimlər üçün. 86 00:13:26,530 --> 00:13:39,860 Elmi inkişaf məsələsində biz hansısa universitetin, tədqiqat mərkəzinin və sairin əldə etdiyi uğurlarla kifayətlənməməliyik; 87 00:13:40,400 --> 00:13:49,660 bunu ardıcıl bir proses şəklinə gətirmək lazımdır; ölkədə elm və elmi inkişaf sahəsində bir cərəyan formalaşdırılmalıdır; 88 00:13:50,460 --> 00:13:58,600 elmi inkişaf dayandırılması mümkün olmayan bir proses, cərəyan halına gəlməlidir. Hakimiyyətə gələn bu və ya digər hökumət, 89 00:13:59,000 --> 00:14:06,600 yaxud hökumət rəsmisi öz siyasi düşüncəsinə uyğun olaraq elmi inkişafa təsir göstərə, bu sahədə, 90 00:14:06,930 --> 00:14:13,600 misal üçün, müəyyən durğunluq yarada bilməməlidir. Hakimiyyətə gəlib-gedən siyasi əqidə və idarəetmə metodları 91 00:14:14,260 --> 00:14:25,730 ölkənin elmi inkişafına təsir göstərməməlidir. Bunu isə yalnız o zaman təmin etmək mümkün olacaq ki, elmi inkişaf ardıcıl gedən bir proses olsun. 92 00:14:26,330 --> 00:14:38,730 Elmi əsaslı şirkətlərə gəlincə, bu şirkətlərlə bağlı qayda və normaları azaltmaq lazım deyil. Diqqət yetirmək lazımdır ki, onların fəaliyyəti ilə bağlı qaydalar artırılsın. 93 00:14:39,200 --> 00:14:48,600 Biz təkcə kəmiyyəti artırmamalıyıq. Elm və texnologiyaya ayrılan büdcə də azaldılmamalı, əksinə, artırılmalıdır. 94 00:14:48,930 --> 00:14:57,930 Əlbəttə, dostlarımız mənə söylədilər ki, İnnovasiyalar Fondunun bəzi problemləri var. İnşallah, mən həmin problemlərin ortadan qaldırılması üçün 95 00:14:58,130 --> 00:15:03,000 tapşırıq verəcəyəm. Əlbəttə ki, maliyyə mənbələri də düzgün idarə olunmalıdır. 96 00:15:03,800 --> 00:15:09,400 Elmi məqalələrlə də bağlı bir məqama toxunmaq istəyirəm. 97 00:15:09,860 --> 00:15:18,200 Sevindirici haldır ki, bu məqalələrin sayı bizdə xeyli yüksəkdir, lakin bu, kifayət deyil; hətta deməliyik ki, bu, 98 00:15:18,600 --> 00:15:26,800 bir o qədər böyük əhəmiyyət də kəsb etmir; önəmli olan məqalələrin keyfiyyətidir. Mənim eşitdiyimə və mənə verilən məlumatlara görə, 99 00:15:27,060 --> 00:15:38,330 elmi məqalələrin keyfiyyəti baxımından bizdə vəziyyət o qədər də yaxşı deyil. Keyfiyyəti, keyfiyyət meyarlarını yüksəltmək, 100 00:15:38,800 --> 00:15:48,460 elmi məqalələrin sayı əvəzinə, onların ölkənin problemləri ilə nə dərəcədə əlaqəli olub-olmadığına diqqət yetirmək lazımdır; 101 00:15:48,660 --> 00:15:56,530 əlbəttə ki, bayaq çıxış edən tələbələrdən bəziləri də bu mövzuya toxundular. Tələbələr özləri bu barədə mənə söyləyiblər, elə mən özüm də bu fikirdəyəm ki, 102 00:15:56,930 --> 00:16:02,930 elmi araşdırma məqalələri ölkənin ehtiyclarına xidmət etməli 103 00:16:03,260 --> 00:16:11,800 və bu ehtiyaclar da elm adamları üçün açıqlanmalıdır. Onların çoxunun ölkənin real ehtiyacları barədə məlumatı olmaya bilər. 104 00:16:12,800 --> 00:16:21,600 Mövzu ilə bağlı bir məqamı da qeyd etmək istəyirəm; mən bunu daha öncə də cənab Səttarinin diqqətinə çatdırmışam. Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi 105 00:16:21,930 --> 00:16:30,530 və Elm Xadimləri Fondu vahid qərargah halında fəaliyyət göstərməyə önəm verməlidirlər. Yəni vahid qərargahın timsalında əslində 106 00:16:30,860 --> 00:16:36,800 ölkənin elm və texnologiya məsələlərinə təsir göstərə biləcək müxtəlif qurumlardan istifadə etsinlər; 107 00:16:37,000 --> 00:16:51,800 həm ali təhsillə əlaqəli iki nazirliyin, həm Azad Universitetin, həm də sənaye və neft sektorları ilə əlaqəli nazirliklərin potensialından yararlansınlar. 108 00:16:52,260 --> 00:16:58,660 Çünki bütün bu qurumlar elm və texnologiyanın inkişafına xidmət edə biləcək geniş imkanlara malikdir. 109 00:16:59,060 --> 00:17:09,260 Prezidentin elmi məsələlər üzrə müavinliyi yüksək dövlət qurumu kimi öz mövqeyinə dayanaraq bu işi həyata keçirə bilər. Paralel olaraq elm adamlarından da iş tələb etmək lazımdır; 110 00:17:10,060 --> 00:17:20,260 onlar varlıqlarının xeyirli olduğunu hiss etməlidirlər; yəni elm adamları özlərini cəmiyyət üçün xeyirli və lazımlı hiss etməlidirlər. Bu onları məmnun edəcək, xoşhallandıracaq, 111 00:17:20,600 --> 00:17:25,800 ayaqlarını yerə daha möhkəm basmalarına, ölkəyə daha çox bağlanmalarına səbəb olacaq; öz ölkələri üçün faydalı olduqlarını, ona xeyir gətirdiklərini dərk edəcəklər. 112 00:17:26,060 --> 00:17:32,200 Elm adamlarından iş istəmək lazımdır və zənnimcə, bunu az öncə qeyd etdiyim 113 00:17:32,530 --> 00:17:45,000 vahid qərargahın fəaliyyəti sayəsində reallaşdırmaq mümkündür. Digər bir məqam budur ki, biz ölkənin sənayesi ilə bağlı nə isə bir şey fikirləşməliyik. Dostlarımızın bayaqkı çıxışlarından mən belə başa düşdüm ki, 114 00:17:46,200 --> 00:17:56,330 bu problem böyük bir kəsimi narahat edir. Bizim sənayemizin keçmişdən ona miras qalmış bir “montaj-quraşdırma” bəlası var. 115 00:17:56,730 --> 00:18:02,060 Əsas məsələ montaj etmək olduqdan sonra innovasiya bir o qədər də önəm və məna kəsb etmir; 116 00:18:02,930 --> 00:18:09,530 innovasiya olmadıqda artıq elmi iş, elmi inkişaf da olmur; 117 00:18:10,600 --> 00:18:17,200 elmi inkişaf olmadıqda isə sənaye müəssisələri ilə universitetlər arasında əlaqə məsələsi də (hansının ki, haqqında biz bu qədər dad-fəryad edirik) reallaşmır. 118 00:18:17,460 --> 00:18:23,800 Sənaye müəssisələri və universitetlər bir-biri ilə əlaqə yaratdıqda həm universitetlər inkişaf edir, həm də sənaye; bu aydındır. 119 00:18:24,260 --> 00:18:32,460 Əlbəttə, mən bu məsələni hələ xeyli müddət bundan əvvəl hökumət iclaslarında vurğulayırdım, 120 00:18:32,860 --> 00:18:38,060 bizim təzyiq və israrımız nəticəsində sonda universitetlərlə sənaye müəssisələri arasında 121 00:18:39,060 --> 00:18:46,860 əlaqənin reallaşdırılması üçün həmin bu Elmi Məsələlər üzrə Müavinlik təsis olundu. Lakin universitetlərlə sənaye müəssisələri arasında 122 00:18:47,200 --> 00:18:53,660 sözün həqiqi mənasında əlaqə yalnız o zaman reallaşdırıla bilər ki, sənaye müəssisələri universitetlərə ehtiyac hiss etsin. 123 00:18:54,060 --> 00:19:01,000 Montaj-quraşdırma fəaliyyətində isə bu ehtiyac duyulmur. Sənaye müəssisələrinə tapşırıq vermək lazımdır; 124 00:19:01,800 --> 00:19:08,460 çıxış edən dostlarımızdan biri də söylədi ki, sənayenin qarşısına tələb qoymaq lazımdır. Bəli, ancaq sənayenin qarşısına tələb qoymaq bir şeydir, 125 00:19:09,000 --> 00:19:14,860 ölkə sənayesinin özünün ehtiyac hiss etməsi başqa bir şey. Bu ehtiyac hissini yaratmaq lazımdır ki, 126 00:19:15,200 --> 00:19:19,330 bu da bayaq qeyd etdiyim o çoxdankı bəlanın aradan qaldırılmasından asılıdır. 127 00:19:19,660 --> 00:19:28,000 Müəyyən mərhələdə, misal üçün, qarşıdakı onillikdə (çox tələsik olmasını da istəmirəm) “ 128 00:19:28,200 --> 00:19:42,600 montajçılıqdan innovasiyalara keçid” məsələsi sənayemizin qarşısına bir problem kimi qoyulmalı və ölkədə bu tendensiya hakim olmalıdır. 129 00:19:44,060 --> 00:19:55,600 Elm adamları, Elm Xadimləri Fondu və sairlə bağlı digər bir məqam da budur ki, fondda mədəni işlərə də əhəmiyyət verilməlidir; 130 00:19:56,400 --> 00:20:08,930 bu, çox önəmli bir məsələdir. Biz buna diqqət yetirməliyik ki, texnologiya özü ilə mədəniyyət də gətirir; 131 00:20:09,800 --> 00:20:18,530 hər bir texnologiya bir mədəniyyətin daşıyıcısıdır; bunu nəzərə almamaq olmaz. Biz başqalarından hansısa texnologiyanı götürəndə 132 00:20:18,530 --> 00:20:25,200 əslində onların mədəniyyətini də götürüb gətirmişik. Düzdür, biz müstəqil texnologiya arxasıncayıq, 133 00:20:25,200 --> 00:20:32,130 buna heç bir şübhə yoxdur və bu reallaşdırımalıdır, intəhası bu, birləşmiş qablar kimidir; 134 00:20:32,660 --> 00:20:40,730 bütün sferalarda “ver – götür” prinsipi işləyir. Odur ki mədəniyyət məsələsinə önəm vermək lazımdır. 135 00:20:41,000 --> 00:20:54,930 Elm Xadimləri Fondu və Elmi Məsələlər üzrə Müavinlikdə mədəniyyətlə bağlı məsələlərə önəm verilməli, düzgün və məqsədyönlü mədəni işlər həyata keçirilməlidir. 136 00:20:56,400 --> 00:21:06,330 Mövzu ilə əlaqədar son olaraq bunu qeyd etmək istərdim ki, qoy bizim əziz elm xadimlərimiz özlərindən muğayat olsunlar; 137 00:21:07,930 --> 00:21:14,800 özünüzdən muğayat olun. Dostlarımızdan biri qeyd etdi ki, müharibə gedir, 138 00:21:15,400 --> 00:21:22,330 müharibənin isə şəhidi də olar, əlili də, veteranı da. Doğrudur, müharibə gedir. 139 00:21:25,330 --> 00:21:33,660 İdeoloji terror, beyinlərin terroru fiziki terrordan daha təhlükəlidir. 140 00:21:34,860 --> 00:21:44,330 İndiyə qədər bizim alimlərimizi terror etdikləri olub, şəhid ediblər – özünüz şahidsiniz – amma elm adamlarımızı 141 00:21:45,060 --> 00:21:53,260 Alimlərimiz əsir olmamalıdır; bundan ehtiyatlı olmaq vəzifəsi isə 142 00:21:54,730 --> 00:22:01,600 birinci növbədə elə elm xadimlərimizin öz öhdəsinə düşür; elm adamları özləri özlərindən muğayat olmalıdırlar. 143 00:22:01,860 --> 00:22:07,330 Quranda başdan-sona dönə-dönə təkrarlanan təqva bu mənadadır; 144 00:22:07,530 --> 00:22:21,530 Quranın əvvəlində: هُدًي لِلمُتَّقين “Bu, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”. (“Bəqərə” surəsi, 2-ci ayədən) – deyilir və bu mövzu axıra qədər dəfələrlə vurğulanır. 145 00:22:22,200 --> 00:22:38,400 Təqva – özündən muğayat olmaq, özünü saxlamaq deməkdir. Bu, hər sahədə belədir; təqvalı olmağa çalışın. 146 00:22:38,730 --> 00:22:46,060 Demişdik ki, siyasətdən də danışacağıq; bir neçə cümlə ilə deyim. Qeyd etdiyim kimi, 147 00:22:46,860 --> 00:22:56,060 siyasi asılılıq çox təhlükəli bir şeydir. Siyasi asılılığın nəticəsi başıqapazlı olmaqdır. 148 00:22:56,660 --> 00:23:09,200 Elm barədə deyilmiş “صيلَ عَلَيه” – “elmi olmayanın başı üzərində başqaları hökmranlıq edərlər” prinsipi 149 00:23:09,530 --> 00:23:16,130 siyasi asılılıq məsələsində daha ağır formada özünü göstərir; insan, həqiqətən, qapazaltıya çevrilir. Siyasi cəhətdən asılı olan bir xalq 150 00:23:17,060 --> 00:23:27,260 nökərçiliyi, qapazaltı olmağı qəbul etmək məcburiyyətindədir; qapazaltı olacaq. 151 00:23:27,730 --> 00:23:39,260 Bəli, dedik ki, elmi inkişaf bu asılılığa zidd bir amildir; indi mənim demək istədiyim budur ki, düşmənimiz bizim iqtidarımızdan, dinamikliyimizdən, 152 00:23:39,600 --> 00:23:47,930 sizin elmi inkişafa, ölkənin tərəqqisinə bu qədər can atmağınızdan son dərəcə hiddətlənir; düşmən çox əsəbiləşib. 153 00:23:48,600 --> 00:23:57,060 O, ölkədəki vəziyyəti bacardığı qədər, yaxından-uzaqdan diqqətlə izləyib 154 00:23:57,600 --> 00:24:07,600 və ölkəmizin qüdrətinin artmasından bərk narahatdır. Hazırda dünyada bizə kənardan nəzər salan hər kəsə aydındır ki, 155 00:24:08,200 --> 00:24:13,330 bugünün İranı 40 il əvvəlki İrandan yerlə-göy qədər fərqlənir. 156 00:24:13,660 --> 00:24:24,930 40 il əvvəl biz aşağı kateqoriyalı, geridəqalmış, onun-bunun əmrlərini yerinə yetirməyə məhkum bir ölkə və xalq idik, bu gün isə biz nüfuzlu, təsir gücünə malik, 157 00:24:25,660 --> 00:24:35,860 iqtidar – elmi, siyasi iqtidar yolunda iri addımlarla irəliləyən bir ölkəyik; 158 00:24:36,600 --> 00:24:41,930 bu, tam olaraq hiss olunur. Düşmən bundan narahatdır, buna görə hiddətlənir. 159 00:24:43,000 --> 00:24:56,060 Əlbəttə ki, əsas düşmən, yəni İrana və İran xalqına qarşı meydanda ən çox fəallıq göstərən də Amerika rejimidir; 160 00:24:56,260 --> 00:25:09,130 burada söhbət Amerika xalqından getmir. Səbəbini də bayaq dedim: bunlar uzun illər boyu bu ölkəyə yiyəlik ediblər, 161 00:25:10,130 --> 00:25:19,730 bu ölkənin hər bir şeyi əllərində olub, İslam İnqilabı və İran İslam Respublikası isə bu imkanları onlardan alıb. 162 00:25:20,000 --> 00:25:31,460 Elə ona görə də ilk gündən əsəbi və narahat idilər, bizə qarşı sanksiyalar qoydular, məkrli planlar cızdılar, haqqımızda nalayiq danışdılar. 163 00:25:31,730 --> 00:25:40,660 Bu günün söhbəti deyil, bu işlər ilk gündən başlayıb. O vaxt hələ ortada nə nüvə enerjisi, 164 00:25:40,660 --> 00:25:48,330 nə raket, nə də Qərbi Asiya – onların təbirincə desək, Orta Şərq – regionunda nüfuz əldə etmək problemləri var idi. Bu mövzuların heç biri yox idi, 165 00:25:48,860 --> 00:25:52,000 amma onlar yenə də bizimlə davaya başladılar; səbəbi məlumdur: ağalıqları əllərindən çıxıb. 166 00:25:52,530 --> 00:26:02,400 Bəli, biz bu ölkədə Amerikanın ağalığını dəf edə bilmişik; yəni Amerikanın bu ölkənin başı üzərində ağalığına – 167 00:26:02,400 --> 00:26:09,660 siyasi ağalığına, təhükəsizlik məsələlərində ağalığına, iqtisadi ağalığına tam olaraq son qoya bilmişik; Amerikanın əlini bu ölkədən kəsmişik. 168 00:26:10,400 --> 00:26:18,730 Bundan əlavə, Amerikanın düşmənçiliyinə rəğmən, güclənməyi də bacarmışıq; bu, çox önəmlidir! 169 00:26:19,200 --> 00:26:32,530 Bizim timsalımızda bütün dünya xalqları gördülər ki, bir xalq super-güclərin kölgəsinə sığınmadan, hətta onların düşmənçiliyinə baxmayaraq da 170 00:26:33,660 --> 00:26:41,330 inkişaf edə, hərəkət edə, müqavimət göstərə, öz ayaqları üzərində duraraq irəli gedə bilər; 171 00:26:41,800 --> 00:26:52,600 Biz bunu əməli surətdə nümayiş etdirdik; bu da onları hiddətləndirir. İran xalqı ölkələr və xalqlar üçün bir örnəyə, 172 00:26:53,530 --> 00:27:07,330 super-güclərə müqavimət göstərib onlardan qorxmadan da inkişaf etməyin mümkün olduğunu göstərən bir nümunəyə çevrilib. 173 00:27:08,000 --> 00:27:15,860 Bilirsiniz ki, ölkəmizin müdafiə sənayesi sahəsində əldə etdiyi bütün uğurlar, bütün bu raketlər, onları bu qədər narahat edən bu texnologiyalar hamısı 174 00:27:16,260 --> 00:27:25,930 sanksiyalar dövründə əldə olunub; yəni biz sanksiya və hərtərəfli qadağalar şəraitində idik! 175 00:27:26,730 --> 00:27:35,060 Nə olubsa, bu dövrdə olub; onları təəccübləndirən və eyni zamanda narahat edən də məhz budur. 176 00:27:35,460 --> 00:27:44,930 Bir neçə il bundan əvvəl mənə bir məlumat çatdı; İsrail rejiminin generallarından biri 177 00:27:45,330 --> 00:27:55,130 qəzetlərdən birinə müsahibə vermişdi (o vaxt biz bu raketlərimizdən birini yenicə sınaqdan çıxarmışdıq; 178 00:27:55,730 --> 00:28:02,860 o adam hərbi sahədə mütəxəssis idi, hər şeydən yaxşı başı çıxırdı, anlayırdı; onlar peyk və sair vasitəsilə izləyirlər, başa düşürlər, prosesləri düzgün qiymətləndirə bilirlər), demişdi ki, 179 00:28:03,060 --> 00:28:10,930 mən İranın bu işi necə görə bildiyinə təəccüb edirəm. 180 00:28:11,330 --> 00:28:20,200 Söyləmişdi ki, mən İrana düşmənəm, ancaq bu işi həyata keçirə bildiyi üçün bu ölkəni yüksək qiymətləndirirəm; üzərində olan bu qədər ağır sanksiyalara rəğmən, 181 00:28:20,530 --> 00:28:25,600 belə bir iş görə bilib; onun müsahibəsi təxminən bu məzmunda idi. Düşmən görür, anlayır. 182 00:28:26,530 --> 00:28:40,930 Əlbəttə ki, mən vaxtımızı Amerikanın o ağzının danışığını bilməyən, şarlatan prezidentinin həyasız və mənasız danışıqlarına cavab verməyə sərf etmək istəmirəm; 183 00:28:41,660 --> 00:28:50,660 buna, həqiqətən, lüzum yoxdur. Ölkə rəsmiləri çıxış ediblər, cavabını veriblər, kifayət qədər yaxşı, düzgün də veriblər. 184 00:28:51,000 --> 00:29:01,200 Mən ona cavab vermək istəmirəm; yəni onun sözlərinə baş qoşmaq əslində vaxtını puç etmək deməkdir! 185 00:29:03,530 --> 00:29:13,800 Amma sizə və mənim bu sözlərimi eşidəcək hər kəsə bir şey demək istəyirəm: düşməni tanıyın; düşməni tanıyın. 186 00:29:14,600 --> 00:29:21,130 Hər bir xalqı təhdid edən təhlükələrdən biri də öz düşmənini tanımamaq, 187 00:29:22,000 --> 00:29:30,000 onu özünə düşmən yox, ya dost, ya da bitərəf bilməkdir. Bu, çox böyük bir təhlükədir. 188 00:29:31,260 --> 00:29:43,060 Bu, qəflət yuxusunda yatmaq deməkdir. Həm düşməni tanıyın, həm də onun düşmənçilik metodlarını; baxın, görün hansı yollarla düşmənçilik edir. 189 00:29:45,400 --> 00:30:00,330 Biz qəflətdə olmamalıyıq; əks təqdirdə, qarət olunacağıq; gözləmədiyimiz anda və hazırlıqsız yaxalanacağıq; gəlin qəflətə varmayaq. 190 00:30:00,860 --> 00:30:04,860 Əmirəlmöminin (ə) “Nəhcül-bəlağə”də buyurur: 191 00:30:04,860 --> 00:30:10,460 اللَّهِ لَا اَکونُ کَالضَّبُعِ تَنامُ عَلَي طولِ اللَّدم‌ 192 00:30:11,130 --> 00:30:22,460 – “Mən ovçuların dəyənəklə yeknəsəq səslər çıxararaq yuxuya verib ovladıqları heyvan kimi olmayacağam”; 193 00:30:22,800 --> 00:30:28,400 mən yatmayacağam, oyağam, ətrafımda nə baş verdiyindən xəbərim var; 194 00:30:28,860 --> 00:30:40,730 Əmirəlmöminin (ə) bizdən də bu cür davranmağımızı istəmişdir. Yuxuya getməməliyik, qəflətə varmamalıyıq. 195 00:30:41,800 --> 00:30:52,130 Əlbəttə, sizə onu da deyim ki, düşmənimiz zehni cəhətdən geridir; 196 00:30:52,460 --> 00:30:57,600 indi bu barədə bir qədər ətraflı deyəcəyəm. Təkcə o prezidentləri yox, 197 00:30:58,130 --> 00:31:05,460 hakimiyyətdə olan bütün administrasiyaları, həqiqətən də, şüur baxımından bir qədər gerilik yaşayır. Bunlar gənc, 198 00:31:05,860 --> 00:31:13,000 mömin, inqilabçı, fəal, mütərəqqi İranı 50 il əvvələ geri qaytarmaq istəyirlər; 199 00:31:14,000 --> 00:31:23,730 amma mümkün deyil axı; məlumdur ki, mümkün deyil! Yəni bu ölkənin vəziyyətini, bu xalqla olan münasibətlərini 50 il əvvəlki vəziyyətinə qaytarmağı 200 00:31:24,060 --> 00:31:30,800 xəyal edirlər. Bu, əqli gerilik deyil, bəs nədir? 201 00:31:34,060 --> 00:31:42,330 50 il bundan əvvəlki kimi düşünürlər; burada nə baş verdiyini dərk edə bilmirlər. 202 00:31:44,000 --> 00:31:53,930 Bu regionda çox mühüm proseslər baş verib; əlbəttə ki, onlardan ən önəmlisi İslam İnqilabı və İran İslam Respublikasının yaranmasıdır, 203 00:31:54,600 --> 00:32:00,800 amma yenə də ətrafımızda digər bir sıra mühüm hadisələr də baş verib; bunları düzgün dərk edə bilmirlər. 204 00:32:01,200 --> 00:32:11,460 Dərk edə bilmədiklərinə görə də məğlub olmağa məhkumdurlar; yanlış hesablamaları mütləq məğlubiyyətlərinə səbəb olur. 205 00:32:12,460 --> 00:32:18,260 İraqda hesablamaları yanlış idi, məğlubiyyətə uğradılar; Suriyada hesablamaları yanlış idi, məğlub oldular; 206 00:32:20,600 --> 00:32:27,600 bizim şərqimizdə yerləşən regionda da eynilə (indi mən təfərrüatlara varmaq istəmirəm), 207 00:32:27,930 --> 00:32:33,130 hesablamaları yanlış olduğuna görə məğlubiyyətə düçar oldular; ta bugünə qədər. Elə bizim öz ölkəmizlə də bağlı bu cürdür; 208 00:32:34,600 --> 00:32:41,200 40 ildir ki, bunlar bizimlə düşmənçilik edirlər, ağızlarının üstündən vurulur, məğlub olurlar. Nəyə görə? 209 00:32:42,260 --> 00:32:50,000 Çünki hesablamaları yanlışdır, reallığı düzgün dərk edə bilmirlər; düzgün dərkə sahib deyillər. 210 00:32:52,000 --> 00:33:03,260 Bəli, Amerika – yəni Amerika dövləti, ABŞ siyasi rejimi – əlbəttə ki, çox şər və pis bir şeydir; 211 00:33:03,600 --> 00:33:12,460 İmam Xomeyninin (r.ə) buyurduğu kimi, ən böyük Şeytandır; həqiqətən də, çox böyük bir Şeytandır. Regionumuzdakı qeyri-sabitliyin səbəbkarı Amerikadır; 212 00:33:12,930 --> 00:33:23,260 regionumuzda müşahidə etdiyiniz bütün bu asayiş pozuntusunun, konfliktlərin kökü Amerikadır. Amerika dünya sionizminin iş icraçısıdır. 213 00:33:25,530 --> 00:33:36,000 Bu gün dünyada “beynəlxalq sionizm” adlı çox çirkin və təhlükəli bir şəbəkə mövcuddur; Amerika onların icraçısıdır. 214 00:33:37,330 --> 00:33:49,260 Amerika suveren xalqlara düşməndir; regionumuzda, eləcə də dünyanın əksər bölgələrində baş verən şər əməllərdən, müharibələrdən, soyqırımlardan çoxunun arxasında Amerika durur. 215 00:33:49,530 --> 00:34:04,660 Amerika bir zəli kimi xalqların var-yoxunu, resurslarını sormaq məqsədi güdür; 216 00:34:05,130 --> 00:34:10,600 Amerika budur; Amerika siyasi rejimi bu gün budur. 217 00:34:11,800 --> 00:34:21,260 İndi nə vaxtsa bu siyasi rejimi yaradanlar işin bu cür nəticələnəcəyini bilirdilər, ya yox – bu, başqa söhbətdir, 218 00:34:21,530 --> 00:34:31,460 amma bu gün Amerika budur. Amerika administrasiyası son illər belə bir vəziyyətdədir. 219 00:34:31,730 --> 00:34:44,460 Törətdikləri cinayətlərdə sionistlərin əsas günah ortağı Amerikadır; istər Fələstində, istər Livanda, istər Suriyada, istərsə də dünyanın digər bölgələrində. 220 00:34:45,600 --> 00:34:56,600 İŞİD-i və bu fəallıq edən əlisilahlı təkfirçi cərəyanını yaradan Amerikadır; 221 00:34:56,930 --> 00:35:04,930 o adam özü seçkiqabağı təbliğat kompaniyası apardığı dövrdə bunu açıq-aşkar demişdi; 222 00:35:05,260 --> 00:35:13,600 demokratlara tutduğu iradlardan biri də bu idi ki, “İŞİD-i siz yaratmısınız!” Özü etiraf edib! 223 00:35:15,860 --> 00:35:23,660 Yaxşı, indi siz istəyirsiniz ki, bunlar İŞİD-in qarşısını almış bir qüvvəyə kin və nifrət bəsləməsinlər?! 224 00:35:24,200 --> 00:35:34,530 Onlar İŞİD-i konkret məqsədlə yaradıblar. Gördüyünüz kimi, indi cürbəcür çıxışlar edir, İŞİD-in qarşısına sədd çəkməyi bacarmış Keşikçi Korpusun əleyhinə 225 00:35:34,530 --> 00:35:39,330 hay-küy qaldırırlar; bu, tamamilə təbiidir. 226 00:35:39,800 --> 00:35:44,660 Qarşı tərəfi tanıyandan sonra onun bu davranışları adama çox təbii görünür. 227 00:35:45,930 --> 00:35:55,260 Bəli, bütün bunlara görə də bizə qarşı qəzəbli və aqressivdirlər; aqressiyalarının bir səbəbi, bayaq qeyd etdiyim kimi, bu ölkədən əllərinin kəsilməsidir; 228 00:35:55,460 --> 00:36:05,200 və bu gün də İslam Respublikası Amerikanın Orta Şərqlə bağlı planlarını poza bildiyinə görə hiddətldirlər; 229 00:36:05,460 --> 00:36:13,260 Qərbi Asiya regionunda görüləsi o qədər işləri, o qədər planları var idi axı! 230 00:36:13,600 --> 00:36:21,460 İslam Respublikası onların Livan, Suriya, İraqla bağlı planlarının hamısını pozmağa müvəffəq olub. 231 00:36:22,400 --> 00:36:31,400 Sionistlərin Livanda Hizbullaha məğlub olması; bəli, olayın arxasında bunlar var idi; 232 00:36:31,660 --> 00:36:39,000 bu, həmin vaxt idi ki, Amerikanın Xarici İşlər Naziri çıxış edərək: “Yeni bir Orta Şərq doğulmaqdadır” – demişdi. 233 00:36:39,000 --> 00:36:44,330 Elə bilirdilər ki, böyük bir dəyişiklik həyata keçməkdədir. 234 00:36:45,000 --> 00:36:56,800 Mən üzümü siyasət, media və mədəniyyət sferalarında fəaliyyətdə olan insanlara, habelə ölkə rəsmilərinə tutaraq son hadisələr, onların bu əməlləri ilə bağlı 235 00:36:57,530 --> 00:37:04,330 bir neçə tövsiyə etmək istəyirəm. Əvvəla, hamı əmin olsun ki, 236 00:37:05,530 --> 00:37:11,060 Amerika bu dəfə də inqilabçı İran xalqından layiqli cavabını alıb ona məğlub olacaq; 237 00:37:33,730 --> 00:37:46,400 dəqiq bilin ki, bu məhz belə olacaq. Necə ki son bir neçə onillikdə həmişə bu cür olub: 238 00:37:46,800 --> 00:37:51,130 İslam Respublikası ilə dəfələrlə qarşı-qarşıya gəliblər, amma məğlub olublar; bu, birincisi. 239 00:37:51,800 --> 00:38:00,460 İkincisi: Amerika prezidenti səfeh hərəkətlər edir, amma bu 240 00:38:00,800 --> 00:38:09,860 bizim düşmənin məkrli planlarından arxayın olub oturmağımıza səbəb olmamalıdır. Düşməni həqir və aciz hesab etmək olmaz. 241 00:38:10,660 --> 00:38:20,000 Kimisə “səfeh”, “axmaq” adlandıra bilərik (belə deyənlər var, bunları eşidirik; ola da bilsin ki, dediklərində tam haqlıdırlar), 242 00:38:20,000 --> 00:38:28,860 amma eyni zamanda bu bizdə düşmənin məkrli niyyətlərinə qarşı diqqətsizlik yaratmamalıdır. 243 00:38:29,460 --> 00:38:39,660 Hamı ehtiyatlı davranmalı, ayıq-sayıq və hazırlıqlı olmalıdır. Müharibə olmayacaq, 244 00:38:40,400 --> 00:38:45,730 amma elə şeylər var ki, müharibədən heç də az əhəmiyyət daşımır. 245 00:38:46,200 --> 00:38:51,800 Ehtiyatlı olmalı, düşmənin nə etdiyinə, nə məqsəd güddüyünə baxmalıyıq; bunları əvvəlcədən sezə bilməliyik. 246 00:38:52,600 --> 00:39:00,130 Üçüncüsü: düşmən İslam Respublikasının iqtidarına qarşıdır; 247 00:39:00,530 --> 00:39:08,460 İslam Respublikasına güc və iqtidar qazandıran nə varsa, düşmən o şeylərin əleyhinədir. 248 00:39:08,460 --> 00:39:15,930 Biz isə düşmənin bu münasibətinə rəğmən, İslam Respublikasının daxilində ona güc və iqtidar bəxş edən amilləri daha da artırmağa çalışmalıyıq. 249 00:39:17,530 --> 00:39:29,200 Onlardan biri sizin bilavasitə əlaqəli olduğunuz elmdir; elm, həqiqətən də, mübarizə meydanıdır, ölkənin qüdrət mənbəyidir. 250 00:39:31,400 --> 00:39:37,060 Digər bir amil ölkənin müdafiə gücüdür; həmin o raket məsələsi, ətrafında bu qədər hay-küy qopardıqları mövzular. 251 00:39:37,460 --> 00:39:47,660 Bu müdafiə gücü günbəgün daha da artırılmalıdır və əlbəttə ki, artırılır da; onlara göz dağı olaraq, günbəgün daha da artırılacaq. 252 00:39:50,730 --> 00:39:59,730 Üçüncü amil iqtisadi gücdür; ölkənin iqtisadi cəhətdən güclənməsi üçün çalışın. 253 00:39:59,730 --> 00:40:05,530 İqtisadi güc isə ondan-bundan asılı qalmaqla əldə oluna bilməz. 254 00:40:05,930 --> 00:40:18,400 Mən indi yox, çoxdan – bundan illər öncə dönə-dönə demişəm ki, xaricilərin ölkəyə investisiya yatırmasına razıyam, bunun qətiyyən əleyhinə deyiləm; 255 00:40:18,730 --> 00:40:26,930 Qərb ölkələri olsun, Avropa ölkələri olsun, problem deyil; intəhası ölkənin iqtisadiyyatı 256 00:40:27,200 --> 00:40:35,330 elə bir dayağa söykənməməlidir ki, tutalım, hansısa Trampın nərəsi ilə sarsıla bilə; 257 00:40:35,600 --> 00:40:46,460 bu cür olmamalıdır. Ölkə iqtisadiyyatının o güvənilən dayağı ölkənin öz daxilinə aid olmalı, 258 00:40:46,460 --> 00:40:54,730 iqtisadiyyatımız daxildən güc alaraq inkişaf etməlidir. Başqa sözlə, müqavimət iqtisadiyyatı olmalıdır; bu barədə danışılıb, siyasətləri də elan olunub; həmin siyasətlər həyata keçirilməlidir. 259 00:40:55,130 --> 00:41:00,400 Odur ki bu da önəmli məqamlardan biridir; ölkəni qüdrətli edən daxili amillər hamısı daha da gücləndirilməlidir: müdafiə gücü, regional məsələlərə təsir gücü və sair. 260 00:41:01,060 --> 00:41:12,530 Dördüncüsü: düşmənin qəsdən yaratdığı aldadıcı təsəvvürlərə əhəmiyyət vermək lazım deyil. Düşmən daim hansısa yanlış təsəvvürlər yaradır; 261 00:41:13,060 --> 00:41:21,260 Birgə Kompleks Tədbirlər Planı məsələsində belə bir təsəvvür yaratmağa çalışırdılar ki, əgər razılaşma əldə olunsa, düşmənçilik aradan götürüləcək, yox əgər razılaşmaya getməsək, bizimlə düşmənçilik edəcəklər. 262 00:41:21,260 --> 00:41:26,260 Yaxşı, razılaşma da əldə olundu, amma düşmənçilik heç də azalmadı, əksinə, daha da artdı. 263 00:41:27,060 --> 00:41:35,930 Düşmən özü qəsdən belə bir fikir formalaşdırırdı ki, əgər razılığa getməsək və ya gec tərpənsək, elə olacaq, belə olacaq. 264 00:41:36,860 --> 00:41:45,060 Bu gün daha ortaya başqa bir mövzu atmasınlar ki, əgər filan məsələdə razılaşma əldə olunmasa – misal üçün, ölkənin hansısa regionda iştirakı məsələsində 265 00:41:45,530 --> 00:41:54,530 razılığa getməsək – nəticəsi bizim üçün yaxşı olmaya bilər; xeyr, bunlar hamısı düşmənin təlqin etdiyi yanlış təsəvvürlərdir. 266 00:41:55,400 --> 00:42:10,930 Biz öz xeyir və mənafeyimizi özümüz ölçüb-biçməli, özümüz üzə çıxarmalı, nəyin xeyrimizə olduğunu özümüz anlamalıyıq; düşmənə qulaq asmamalıyıq. 267 00:42:11,330 --> 00:42:18,800 Beşincisi: bizim ölkənin müdafiə gücünün üzərində bu qədər israrla durmağımızın səbəbi keçmişdə yaşadığımız təcrübədir; təcrübədə şahidi olmuşuq. 268 00:42:18,800 --> 00:42:27,000 Vaxt var idi ki, bu ölkə – bax elə bu gün sizin küçələrdə, Allaha şükür, arxayınlıqla, təhlükəsiz şəraitdə gediş-gəliş etdiyiniz bu Tehran şəhəri – 269 00:42:27,330 --> 00:42:37,930 Səddamın raketlərinin altında idi; sizlərdən çoxunuz, yəqin ki, o vaxt heç dünyaya gəlməmişdiniz. 270 00:42:39,530 --> 00:42:50,530 Bizim əlimizdə heç bir müdafiə vasitəsi yox idi, Səddama isə hamı kömək edirdi; Amerika o raketləri, müxtəlif müdafiə texnikalarını, 271 00:42:51,060 --> 00:42:57,660 hətta müharibə meydanının xəritəsini əldə etmək üçün Səddama kömək göstərirdi; peykləri və sair vasitəsilə. 272 00:42:58,330 --> 00:43:06,000 Fransa kömək edirdi; Fransa həm raket verirdi, həm də təyyarə. Almaniya kömək edirdi; 273 00:43:06,000 --> 00:43:13,860 kimyəvi maddələr verirdi. Bildiyiniz kimi, Səddamın ordusu bir çox hallarda kimyəvi silahdan istifadə edib. 274 00:43:14,330 --> 00:43:20,860 Bizim kimyəvi silahlardan zərər çəkmiş nə qədər müharibə əlillərimiz var, onlardan nə qədəri dünyadan köçüb! Həmin silahlar üçün kimyəvi maddəni onlara Almaniya verirdi; 275 00:43:21,800 --> 00:43:28,600 kimyəvi silah düzəltmələri üçün Səddam ordusunu zəruri kimyəvi maddələrlə təchiz edən Almaniya idi. 276 00:43:28,930 --> 00:43:37,060 Hətta bəzən onlara birbaşa olaraq kimyəvi bombalar da verirdilər; Səddama hamı kömək edirdi, bizim isə əlimiz boş idi, heç bir müdafiə vasitəmiz yox idi; 277 00:43:37,060 --> 00:43:43,530 elə ona görə də lazımi müdafiə imkanları əldə etmək fikrinə düşdük. Başladıq; əslində sıfırdan başladıq. 278 00:43:43,860 --> 00:43:49,730 Mən sizin üçün danışsam, təsvir etsəm ki – təəssüf ki, indi heç vaxtımız da yoxdur – 279 00:43:50,060 --> 00:43:59,200 bizim ilk dəfə hazırladığımız, uzağavurma qabiliyyəti də təxminən 20 kilometr olan raket hansı olub, bəlkə də, gülməyiniz gələr! 280 00:43:59,860 --> 00:44:09,930 RPQ raketini birtəhər 15-20 kilometr uzağa ata bilməyimiz üçün 281 00:44:10,200 --> 00:44:18,730 navalça kimi bir qurğu düzəltmişdilər; bu cür başlamışdıq. 282 00:44:19,130 --> 00:44:28,130 Sonra imkanlarımızı daha da artırmağa müvəffəq olduq. Düşmən imkanlarımızın artdığını, bizim də ona eyni səviyyədə cavab verməyə qadir olduğumuzu görəndən sonra 283 00:44:28,130 --> 00:44:30,800 artıq dayandı; bu bizim yaşadığımız bir təcrübədir. 284 00:44:31,460 --> 00:44:36,530 Biz öz müdafiə gücümüzü artırmasaq, 285 00:44:37,000 --> 00:44:44,130 düşmənlərimiz cürətlənəcək, özlərində cəsarət taparaq 286 00:44:44,800 --> 00:44:55,930 üstümüzə hücum etmək həvəsinə düşəcəklər. Bizim müdafiə gücümüz elə bir səviyyədə olmalıdır ki, düşmən bizə qarşı hansısa addım atmaq, hansısa yanlış hərəkətə yol vermək fikrinə düşməyə. 287 00:44:56,200 --> 00:45:11,460 Altıncısı: Avropa dövlətləri nüvə razılaşmasının həyata keçirilməsinə təkid ediblər; 288 00:45:11,730 --> 00:45:20,930 O demişdi ki, cıracağam, nə bilim, nə edəcəyəm – qələt edir – bunlar qınayıblar, deyiblər, yox, cırmaq lazım deyil və sair. 289 00:45:20,930 --> 00:45:28,130 Yaxşı, lap yaxşı; yəni bu qədərini biz də alqışlayırıq, yaxşıdır, 290 00:45:28,660 --> 00:45:35,800 amma təkcə ona: “Anlaşmanı cırmayın!” – demələri kifayət etmir. Düzdür, Birgə Kompleks Tədbirlər planı onların xeyrinədir; 291 00:45:35,800 --> 00:45:41,460 həm Avropa dövlətləri, həm də Amerikanın öz xeyrinədir; təbii ki, cırılmasını istəməyəcəklər; 292 00:45:42,130 --> 00:45:48,260 əlbəttə, biz də demişik ki, əgər qarşı tərəf cırmasa, biz də cırmayacağıq, 293 00:45:48,460 --> 00:45:52,800 yox, əgər onlar cırsa, biz tikə-tikə doğrayacağıq! Hərçənd bundan əvvəl başqa bir şey demişdim. 294 00:45:53,200 --> 00:45:56,600 Odur ki bura qədər olanı yaxşıdır, amma kifayət deyil. 295 00:45:56,860 --> 00:46:04,600 Əvvəla, avropalılar Amerikanın atdığı addımlara etiraz etməlidirlər. 296 00:46:05,130 --> 00:46:13,600 O bu sazişi cırmasa belə, müddəalarını pozarsa (məsələn, hazırda konqreslərindən gözlədikləri 297 00:46:13,860 --> 00:46:22,800 sanksiya qərarları və sairlə), avropalılar ona qarşı çıxmalıdırlar; Fransa, Almaniya; ingilislərin ki, nə isə edəcəyi bir o qədər də gözlənilən deyil. 298 00:46:23,260 --> 00:46:27,600 Etiraz etməlidirlər; “Biz əleyhinəyik” – demələri kifayət deyil. 299 00:46:27,600 --> 00:46:37,600 İkincisi, bizim əsas işlərimizə, misal üçün, ölkənin müdafiə gücü və sair bu kimi məsələlərə qarışmaqdan çəkinsinlər; Amerikanın səsinə səs verməsinlər. 300 00:46:38,460 --> 00:46:45,200 Avropa dövlətlərinin Amerikanın dediyini təkrarlayaraq: “İran regionda nə üçün iştirak edir?” – deməsi 301 00:46:45,200 --> 00:46:51,800 (Gözünüzü çıxarır?! Nəyə görə iştirak etməməlidir ki?!) 302 00:46:52,660 --> 00:47:00,060 və ya o bizə: “Sizdə nə üçün 2000-3000 kilometr uzağa vuran raketlər var?” – deyə irad tutduğu zaman 303 00:47:00,930 --> 00:47:06,260 bunların da onun səsinə səs verməsi məntiqsiz və mənasızdır. Sizə nə dəxli var? 304 00:47:06,860 --> 00:47:12,460 Yaxşı, bəs onda sizin özünüzün niyə raketiniz var? Sizdə niyə nüvə raketləri var? Sizdə niyə atom silahı var? 305 00:47:13,600 --> 00:47:24,530 Biz avropalıların İslam Respublikasının özünümüdafiə qabiliyyəti ilə bağlı məsələlərə müdaxilə edərək nə isə demələrini də qəti surətdə qəbul etmirik. 306 00:47:25,260 --> 00:47:37,600 Deməli, Amerikanın yanlış və hegemon danışıqlarını dəstəkləməsinlər; bu da altıncısı idi. 307 00:47:37,600 --> 00:47:44,600 Yeddincisi: iqtisadiyyat sferasının rəsmiləri müqavimət iqtisadiyyatına ciddi yanaşsınlar. 308 00:47:45,260 --> 00:47:53,660 Daxili istehsalın rövnəqləndirilməsi, idxalın qadağan olunması, qaçaqmalçılığın qarşısının alınması – bunlar müqavimət iqtisadiyyatının prioritet məsələləridir. Bu il məşğulluq ilidir. 309 00:47:54,260 --> 00:48:03,400 Hazırda da mehr ayının ikinci yarısındayıq; yəni ilin yarısından çoxu geridə qalıb. 310 00:48:03,930 --> 00:48:12,530 Məşğulluq, daxili istehsal, milli istehsal sahələrində daha çox iş görülməlidir; 311 00:48:12,530 --> 00:48:16,400 səyləri ikiqat artırmaq, geridə olduğumuz cəhətləri aradan qaldırmaq lazımdır. 312 00:48:17,130 --> 00:48:25,330 Bir müddət başımız seçkiyə, seçki ilə bağlı söhbətlərə qarışdı, vaxt ötdü; bu boşluğu doldurmaq lazımdır ki, 313 00:48:25,730 --> 00:48:28,400 bu sahədə hansısa nəticə ala bilək. 314 00:48:29,530 --> 00:48:39,200 Mən demişəm: biz xarici investorları can-başla qəbul edirik, amma ümidimizi yalnız onların gördüyü işə bağlamırıq; çünki onlara etibar yoxdur. 315 00:48:39,200 --> 00:48:44,800 Xarici investor bu gün gəlir, sabah bir hadisə olan kimi, bizim üçün problem yaradır. 316 00:48:44,800 --> 00:48:48,930 Qoy xarici investorlar gəlsinlər, investisiya da yatırsınlar, 317 00:48:49,260 --> 00:48:55,800 ancaq ölkənin iqtisadiyyatı daxili amillərə söykənməlidir. Bizim daxili imkanlarımız heç də az deyil, çoxdur, 318 00:48:56,400 --> 00:49:08,130 görüləcək ilk işlər də aydındır, yaxşıdır; bayaq cənab Səttari də qeyd etdi. 319 00:49:08,130 --> 00:49:19,200 Bu məntiq də tamamilə düzgün bir məntiqdir ki, bizim iqtisadiyyatımız neft iqtisadiyyatıdır, təbii resursa söykənən bir iqtisadiyyatdır; yəni eləcə sərmayəni sat, ye; 320 00:49:19,660 --> 00:49:27,260 sərmayədir də, bəs nədir?! Bu vəziyyət dəyişilməlidir; iqtisadiyyatımız əlavə dəyərə əsaslanmalıdır. 321 00:49:27,730 --> 00:49:34,930 Biz hətta qiymətli daşlarımızın – ölkəmizdə olan qiymətli inşaat materiallarının da 322 00:49:34,930 --> 00:49:42,330 əksəriyyətini eləcə emal olunmamış formada xarici ölkələrə ixrac edirik. Bu, çox qəribədir 323 00:49:42,730 --> 00:49:51,660 və bəzi nazirlərimiz bu məsələlərdə, həqiqətən də, səhlənkarlıq ediblər. Bəli, qeyd etdiyim bu bir neçə məqam siyasi məsələlərlə bağlı idi. 324 00:49:52,130 --> 00:49:59,660 Son olaraq sizə bir şeyi də demək istəyirəm; burada da qeyd etmişəm. Əziz gənclər, fürsətdən istifadə edin. 325 00:50:00,460 --> 00:50:05,400 Bu gün sizin əlinizdə ölkənin gələcəyini qurmaq üçün fürsət var. 326 00:50:07,130 --> 00:50:16,800 Sizin dövrünüz bizim gənclik dövrümüzdən fərqlənir. Biz çox ağır, təhlükəli bir dövrdə yaşamışıq. 327 00:50:17,330 --> 00:50:24,660 Siz yaşda olanda biz ya həbsxanada olurduq, ya təzyiq və işgəncə altında, ya da sürgündə. 328 00:50:25,400 --> 00:50:37,130 Sonralar İslam İnqilabı qələbə qazanandan sonra da – inqilabın o ilk illərində – gecə-gündüz işləyirdik; dincəlmək yox idi; daim iş. 329 00:50:37,660 --> 00:50:45,600 İndi mən bir-iki ildən sonra ölkə prezidenti oldum, yoldaşlarımızdan bəziləri 330 00:50:46,000 --> 00:50:52,130 heç belə yüksək vəzifə postu da tutmamışdılar, gərgin surətdə işləyirdilər; biz də ölkə başçısı olaraq bir başqa cür çalışıb-vuruşurduq. 331 00:50:52,400 --> 00:51:01,130 Yəni siz yaşda və sizdən bir qədər böyük olduğumuz dövrlərdə biz, doğrudan da, çox çətinliklər çəkmişik. 332 00:51:02,000 --> 00:51:13,400 Sizin zəmanəniz isə bu cür deyil, siz sakit, təhlükəsiz şəraitdə yaşayırsınız, elmlə məşğul olmaq imkanınız var, bacarığınız var, 333 00:51:13,730 --> 00:51:21,330 sizə dəyər verirlər, həvəsləndirirlər! Bunun qədrini bilin, bu fürsətdən istifadə edin. 334 00:51:22,000 --> 00:51:26,400 Qiymətli bir gövhər olan gənclik sizin ixtiyarınızdadır 335 00:51:27,530 --> 00:51:34,860 və bu, elə bir qiymətli gövhərdir ki, qiyamət günü Allah-taala bizi onu hara xərclədiyimiz, necə keçirdiyimiz barədə sorğu-sual edəcək. 336 00:51:35,800 --> 00:51:41,600 Qiyamət günü bizdən soruşulacaq şeylərdən biri də budur: cavanlığını necə keçirdin? Cavab verməli olacağıq. 337 00:51:44,330 --> 00:51:53,000 Öz dini vəzifənizi və vicdan borcunuzu unutmayın; bacardığınız qədər çalışın. 338 00:51:53,800 --> 00:52:04,600 Və sizin səyləriniz xeyirli olacaq; yəni əgər ölkənin tutduğu yol yanlışdırsa, siz onu doğru istiqamətə yönəldə, 339 00:52:05,400 --> 00:52:13,330 problemli məqamları yoluna qoya bilərsiniz. Xoşbəxtlikdən, ölkəmiz doğru istiqamət götürüb, düz yoldadır; 340 00:52:13,660 --> 00:52:18,660 əlbəttə, orada-burada müəyyən problemlər var, çoxdur, amma əsas istiqamət doğrudur. 341 00:52:19,130 --> 00:52:28,530 Odur ki siz də nöqsanlı cəhətləri aradan qaldıra, düzgün tendensiyaların korlanmamasına, dəyişməməsinə, sapmamasına yardımçı ola bilərsiniz. 342 00:52:28,530 --> 00:52:36,660 Siz gənclər – gənc alimlər bu işi görə bilərsiniz. Bu fürsətdən istifadə edin 343 00:52:37,260 --> 00:52:43,460 və bilin ki, inşallah, Allah-taala da sizə yardım edəcək; 344 00:52:44,600 --> 00:52:48,130 “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq”. (“Ənkəbut” surəsi, 69-cu ayədən) 345 00:52:48,460 --> 00:52:56,730 Siz Allah-yolunda çalışıb-vuruşursunuzsa, Allah-taala özü sizi doğru yola istiqamətləndirəcək. 346 00:52:57,460 --> 00:53:00,260 “Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər”. (“Təğabun” surəsi, 11-ci ayədən) 347 00:53:00,260 --> 00:53:04,530 Allah-taala sizin qəlbinizi görməli olduğunuz işlərə istiqamətləndirəcək. 348 00:53:05,400 --> 00:53:11,800 Çalışın ki, niyyətiniz öhdənizə düşən vəzifəni hiss etmək, yerinə yetirmək olsun, Allaha bağlı olsun; 349 00:53:11,800 --> 00:53:18,130 inşallah, Allah da öz köməyini edəcək. Və mən əminəm ki, 350 00:53:18,860 --> 00:53:24,130 gələcək onilliklərdə, inşallah, ölkədə hər bir işin başında durduğunuz zaman 351 00:53:24,460 --> 00:53:30,060 sizin qarşınızda bugünkündən qat-qat daha yaxşı, daha mütərəqqi, 352 00:53:30,400 --> 00:53:37,660 daha nizamlı bir İran olacaq və siz onu idarə edəcəksiniz, inşallah. 353 00:53:38,400 --> 00:53:39,860 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.