1 00:00:00,460 --> 00:00:02,530 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,800 --> 00:00:14,460 Bu axşamkı görüşümüz çox xoş, ürəkaçan və inşallah ki, faydalı bir görüş oldu; 3 00:00:16,060 --> 00:00:30,600 əvvəla, çox gözəl şeirlər dinlədik və ölkəmizdə fars şeirinin getdikcə inkişaf etməsinə olan ümidlərimiz daha da artdı; 4 00:00:31,660 --> 00:00:46,660 ikincisi, ölkənin müxtəlif yerlərindən, cürbəcür mühitlərdə yetişmiş, 5 00:00:47,260 --> 00:00:57,330 fərqli baxışlara, fərqli siyasi əqidələrə malik olan şairlər burada iştirak etdi və cürbəcür şeirlər oxudular. Demək olar ki, səslənən şeirlər hamısı yaxşı idi; 6 00:00:58,460 --> 00:01:02,060 bütün bunlar ürəkaçan və ümidvericidir. 7 00:01:02,330 --> 00:01:15,530 Şeir bir milli sərvətdir; bütün şeir janrları – qəzəl, qəsidə, rübai, 8 00:01:16,130 --> 00:01:27,730 qitə, məsnəvi və ya necə deyərlər, klassik şeir nümunələri, hətta Nimasayağı, yəni müasir şeirlər – 9 00:01:28,400 --> 00:01:37,260 hamısı sərvətdir, milli sərvətdir. Bu sərvətin hansı yolda xərclənəcəyi çox önəmlidir; 10 00:01:39,000 --> 00:01:49,460 indiyə qədər və elə indinin özündə də ölkəmizdə bu sərvəti İslam İnqilabının bizə təqdim etdiyi, 11 00:01:49,930 --> 00:02:04,930 qazandırdığı və bərqərar etdiyi dəyərlərdən uzaq məfhumlara xidmət yolunda sərf etməyə çalışanlar olub; bu kimi səylər var; 12 00:02:07,200 --> 00:02:18,660 əlbəttə ki, inqilabın əvvəlindən bəri də olub. Səbəbi də budur ki, inqilabdan əvvəl bizim yaxşı şairlərimiz var idi; müxtəlif şeir janrlarında, 13 00:02:19,660 --> 00:02:29,930 müxtəlif keyfiyyətdə və müxtəlif səviyyələrdə şeir yazan böyük şairlər var idi; 14 00:02:30,400 --> 00:02:38,860 amma o şeirlər arasında bu xalqın işinə yaraya biləcək əsərlər bir o qədər də çox deyildi, az idi; 15 00:02:39,460 --> 00:02:45,930 istər qədim – cənablar demişkən, klassik şeirlər olsun, istərsə də müasir şeirlər. 16 00:02:46,600 --> 00:02:53,860 Biz o dövrün ədəbi mühitində olduğumuza görə görürdük; 17 00:02:54,600 --> 00:03:04,000 bəzi insanlar var idi ki, şeir yazırdılar, yeni səpkidə şeirlər yazırdılar, hətta novatorluq, yeni fikir irəli sürmək iddiası da edirdilər, amma əslində 18 00:03:04,460 --> 00:03:13,000 ölkənin inkişafına, gerçək və düzgün şəkildə müasirləşməsinə heç bir xidmət göstərmirdilər. 19 00:03:14,200 --> 00:03:23,460 Yeni şeir deyib bununla qürrələnən, yeni məfhumlara xidmət etdiyi iddiası ilə ədabazlıq edən adamların çoxu 20 00:03:23,460 --> 00:03:30,800 saraya, saraya yaxın şəxslərə və sairə nökərçilik edirdi; 21 00:03:31,060 --> 00:03:40,660 yəni onların etdiyinə əməkdaşlıq demək olmazdı; sözün həqiqi mənasında nökərçilik edirdilər; biz özümüz bəzilərini yaxından, 22 00:03:40,930 --> 00:03:48,930 bəzilərini isə qiyabi olaraq tanıyırdıq; nə etdiklərini görür, eşidirdik. Şeir inqilabi məfhumlara xidmət etmirdi; 23 00:03:49,260 --> 00:04:01,660 ölkənin oyanışına və məlumatlanmasına yol açacaq məfhumlara xidmət etmirdi; demək olmaz ki, heç yox idi, az idi, çox az idi; olmalı olduğundan az idi; 24 00:04:02,530 --> 00:04:15,660 olanlar da kütlənin, istiqamətləndirilməyə ehtiyacı olan təbəqənin faydalana biləcəyi şəkildə deyildi. 25 00:04:16,130 --> 00:04:23,400 O dövrün yenilikçi şairləri içərisində - qaymaqlar arasında – misal üçün, 26 00:04:23,930 --> 00:04:29,600 yaradıcılığı ilə bu cür məfhumlara hamısından daha çox xidmət edəni Əxəvan idi; 27 00:04:30,060 --> 00:04:40,200 intəhası Əxəvanın şeirləri elədir ki, çoxları onlardan ümumiyyətlə doğru-dürüst bir şey anlamırdı; elə üstüörtülü, 28 00:04:40,730 --> 00:04:49,460 simvolik şəkildə danışırdı ki, çoxları başa düşmürdü; düzdür, bilənlər, onun dili ilə tanışlığı olanlar anlayırdı; 29 00:04:50,130 --> 00:04:56,060 şairlərdən bu sahəyə qətiyyən yad olan, başı çıxmayanlar isə başqa məfhumlara xidmət edirdi. 30 00:04:56,060 --> 00:05:04,600 Eynilə klassik şairlər də; əlbəttə, kənar-bucaqda dini və ya inqilabi mövzularda 31 00:05:05,130 --> 00:05:18,060 şeirlər yazan insanlar var idi, amma çox az idi; poeziya ölkəni irəli aparacaq, insanların gözlərini açacaq məfhumlara xidmət etmirdi. 32 00:05:18,400 --> 00:05:27,330 İnqilabdan sonra isə o gedişat dəyişdi; gənc şairlər, əzmkar insanlar ortaya çıxdı. 33 00:05:27,730 --> 00:05:38,130 Əlhəmdulillah, həmin gənclər sonradan poeziya aləmində çox yüksək mövqe də qazandılar – mərhum Hüseyni kimi, mərhum Qeysər Əminpur kimi, 34 00:05:38,400 --> 00:05:45,000 cənab Əli Müəllim kimi (bugünkü görüşümüzdə yoxdur) və bəzi digərləri kimi; bunlar yaradcılığa 35 00:05:45,200 --> 00:05:59,800 inqilabın əvvəllərində başlamış gənclər idi – həqiqətən, xidmət etdilər. Yəni onlar inqilabı yeni bir müstəviyə keçirdilər. 36 00:06:00,660 --> 00:06:10,600 Onlar kimilər, həqiqətən də, xidmət göstərdi; o zaman sayları az idi, amma günbəgün çevrələri genişləndi. 37 00:06:11,000 --> 00:06:21,930 Əlbəttə, bəzən mən başqa məfhumlara xidmət edən şeir nümunələri də görürəm; 38 00:06:22,660 --> 00:06:31,000 indi bəzilərində dini, inqilabi anlayışlara qarşı inadkarlıq var, bəzilərində isə yox, heç bir indakarlıq yoxdur – 39 00:06:31,460 --> 00:06:35,400 belə ki bəzən gəlib şeirlərini bizə də gətirdikləri olur; baxırıq, görürük – 40 00:06:35,730 --> 00:06:45,200 buna baxmayaraq, bu gün ümumi ölkə miqyasında inqilaba uyğun şeirlər üstünlük təşkil edir; 41 00:06:45,600 --> 00:06:53,330 indi ya dini mövzudadır, ya inqilabi mövzudadır, ya da Müqəddəs Müdafiə və bu kimi məsələlərlə bağlı anlayışları əks etdirir. 42 00:06:53,530 --> 00:07:00,800 Cürbəcür belə şeirlər var. Sevindirici haldır ki, bu gün bu sərvət bu istiqamətdə istifadə olunmağa başlayır. 43 00:07:01,530 --> 00:07:08,660 Bir neçə il əvvələ qədər şeirin mayası, yəni şeirə həvəs var idi, amma keyfiyyət yüksək deyildi; 44 00:07:08,930 --> 00:07:16,860 bu gün isə, xoşbəxtlikdən, keyfiyyət baxımından da inkişaf, irəliləyiş var. Oxunan şeirlərdə bunu müşahidə etmək olur. 45 00:07:18,460 --> 00:07:26,730 Əvvəllər mən ramazan ayının ortasında keçirdiyimiz görüşlərdə – artıq bir neçə ildir, 46 00:07:26,930 --> 00:07:34,460 təxminən 30 ilə yaxındır ki, bu görüşlərimiz olur – eşidirdim, dinləyirdim, amma oxunan şeirlərdən, həqiqətən də, 47 00:07:34,730 --> 00:07:44,400 qıcıqlanırdım; çünki görürdüm ki, şeirlər lazımi səviyyədə deyil. 48 00:07:44,400 --> 00:07:50,660 İndi isə yox! Dostlarımızdan hər biri öz şeirini oxuyanda insan iftixar duyur, 49 00:07:51,000 --> 00:08:02,600 hiss edirsən ki, əlhəmdulillah, iş irəli gedir; yəni poeziya – inkişafa, qol-qanad açmağa qadir olan bu mayanın özü – 50 00:08:02,800 --> 00:08:11,600 daim inkişafdadır. Şeir bu cürdür; yəni incəsənət bu cürdür; bir çox həqiqətlər bu cürdür ki, 51 00:08:11,860 --> 00:08:21,600 əgər vaxt keçdikcə ölkədə onların üzərində işlənsə, inkişaf edir, yüksəlir. Eynilə günbəgün qol-budaq atıb böyüyən bir ağac kimi; 52 00:08:21,800 --> 00:08:32,930 əgər ona diqqət və qayğı göstərilsə, yerində qulluq edilsə, sulansa, budansa və sair şərtlərə əməl edilsə, 53 00:08:33,400 --> 00:08:42,000 günbəgün inkişaf edəcək, xeyri, meyvəsi daha çox olacaq. Sevindirici haldır ki, bu gün ölkəmizdə poeziya sahəsində bu vəziyyət mövcuddur. 54 00:08:42,260 --> 00:08:56,130 Odur ki bu iki xüsusiyyət müşahidə olunur: həm poeziya – bu böyük insani sərvət – digər sferalara nisbətdə götürdükdə 55 00:08:56,800 --> 00:09:02,860 yaxşı məfhumlara xidmət edir, həm də bu məfhumlara xidmət edən şeirin səviyyəsi heç də pis deyil, yüksəkdir, 56 00:09:02,860 --> 00:09:08,400 yaxşıdır və get-gedə inkişaf etməkdə, irəliləməkdədir; bu iki məqam var. 57 00:09:08,730 --> 00:09:22,330 Lakin mən qeyd etmək istəyirəm ki, belə sahələrdə durğunluq, özünü lazımi səviyyəyə çatmış kimi hiss etmək öldürücü zəhərə bərabərdir. 58 00:09:22,930 --> 00:09:29,130 Sizdən hər biriniz, gözəl, zövqverici şeirləri olanlar 59 00:09:29,600 --> 00:09:37,200 əgər artıq son dayanacağa çatdıqlarını və ardınca daha heç nə olmadığını hiss etsələr, heç şübhəsiz, 60 00:09:37,530 --> 00:09:44,530 ətalətə uğrayıb getdikcə eniş etməyə başlayacaqlar. Bundan əlavə, bu hiss həm də yanlışdır; tutalım ki, bu gün burada 61 00:09:44,860 --> 00:09:53,460 bir dəyərləndirmə keçirdik və kimsə birinci yeri tutdu. Burada toplaşanlar arasında birinci yerə çıxmış o şəxs 62 00:09:54,000 --> 00:10:03,000 ümumilikdə poeziya aləmində birinci olmayacaq; yəni ən azından Sədi, Hafiz, Firdovsi, Cami və sair bu kimi dahilərlə arasında böyük məsafə olacaq, 63 00:10:03,400 --> 00:10:12,200 hələ onlara çatmalıdır. Əlbəttə, onlardan da yüksəyə qalxmaq olar; belə deyil ki, Hafizin şeirləri 64 00:10:12,800 --> 00:10:21,730 ən mükəmməl poeziya hesab olunmalıdır; xeyr, ondan da yuxarı qalxmaq mümkündür; həm şeirin dili, 65 00:10:22,460 --> 00:10:31,530 münasib söz və ifadələrdən istifadə baxımından, həm də məzmun, tematika baxımından; misal üçün, 66 00:10:31,860 --> 00:10:42,000 Saibin, Kəlimin, Həzinin, hamısından da çox Bidəlin şeirinin tematikası kimi. 67 00:10:42,330 --> 00:10:50,330 Bir sözlə, bu sahədə daha çox işləmək lazımdır, işləmək olar da və bu ağac 68 00:10:50,730 --> 00:10:56,530 bundan daha çox inkişaf edib qol-budaq atmaq potensialına malikdir. 69 00:10:56,530 --> 00:11:06,660 Demək istədiyim budur ki, şeirdə, əlhəmdulillah, müəyyən səviyyəyə gəlib çatmış, yaradıcılığı tərifəlayiq olan dostlarımız 70 00:11:06,860 --> 00:11:15,860 düşünməsinlər ki, “lap yaxşı, Allaha şükür, artıq çatdıq, daha qurtardı”; xeyr, hələ çalışmalı, işləməli, irəli getməlidirlər. 71 00:11:16,130 --> 00:11:26,800 Şeir aləmindən – hələ bundan əvvəlki nəsildən – elə insanlar tanıyırıq ki, 72 00:11:27,130 --> 00:11:34,260 yazdıqları şeirlər poetik baxımdan bu günün yaxşı şairlərindən kifayət qədər yüksək səviyyədə olub; 73 00:11:34,530 --> 00:11:42,730 yəni məsələn, qəzəldə, doğrudan da, yüksək səviyyə tutublar. İndi məzmunla işimiz yoxdur; 74 00:11:43,060 --> 00:11:53,800 məzmunu qəbul etməyə bilərik, amma qəzəlin quruluşu baxımından yüksək səviyyədədirlər; misal üçün Əmiri Firuzkuhi, ya Rəhi Moəyyeri, 75 00:11:54,400 --> 00:12:01,260 ya elə bu yaxınlara qədər mərhum Qəhrəman, Qüdsi və ya bəzi digərləri; bunlar poetik baxımdan yüksək səviyyədə olublar, 76 00:12:01,800 --> 00:12:11,130 bunlardan keçmək olmaz. Yeni şeirdə də eynilə; yeni şeirdə də həqiqətən görkəmli simalar olub; 77 00:12:11,530 --> 00:12:17,800 indi bizim tanıdıqlarımız, mənim tanıdıqlarım; mərhum Əxəvan və sair onun kimilər. 78 00:12:17,800 --> 00:12:24,460 İstənilən halda irəli getmək lazımdır, yerində saymaq olmaz. Bu bir məqam. 79 00:12:24,800 --> 00:12:32,400 Yazdığınız şeirlərə bacardığınız qədər diqqətli yanaşın; həm mövzu seçimi baxımından, həm söz və ifadələrin gözəlliyi baxımından, 80 00:12:32,730 --> 00:12:40,130 həm də bu günün ehtiyacı olan anlayışlara istiqamətləndirmə baxımından; o anlayışları tapıb üzə çıxarın. 81 00:12:40,600 --> 00:12:53,930 Əlimizi vicdanımıza qoyub deyək ki, biz iranlılar öz həqiqətlərimizi və şəxsiyyətlərimizi tanıyıb-tanıtdırmaqda tənbəlik; həqiqətən, belədir. 82 00:12:53,930 --> 00:13:06,060 Əlbəttə ki, bunun səbəbini araşdırmaq sosioloqların işidir; araşdırsınlar, görsünlər ki, bu, bizim milli xüsusiyyətimizdir, 83 00:13:06,400 --> 00:13:15,130 yoxsa zamanla kənardan qanımıza yeridilib. Biz öz şəxsiyyətlərimiz barədə araşdırma aparmağa tənbəllik edirik. Misal üçün, dahi liderimiz İmam Xomeyni 84 00:13:15,460 --> 00:13:27,400 birinci dərəcəli, parlaq bir şəxsiyyətdir; yəni heç kim – nə dost, nə də düşmən – onun misilsiz və dahi bir şəxsiyyət olduğuna şübhə etmir 85 00:13:28,460 --> 00:13:35,130 və əzəmətini sual altına salmır. Kimsə onu qəbul etməyə bilər, amma əzəmətini hökmən qəbul edir. 86 00:13:35,330 --> 00:13:44,130 İndi gəlin görək biz müasirimiz olmuş və 30 ilə yaxındır ki, dünyasını dəyişmiş bu böyük şəxsiyyət haqda neçə cild kitab yazmışıq? 87 00:13:45,200 --> 00:13:51,600 Həqiqətən, düşünün, görün biz İmam barədə neçə kitab yazmışıq? 88 00:13:53,060 --> 00:14:01,260 Bunu, məsələn, Amerikada Abraham Linkoln haqda yazılmış kitablarla müqayisə edin. 89 00:14:01,530 --> 00:14:09,130 Mən bir mənbədən oxumuşdum ki, əgər Abraham Linkoln barədə kitabların hamısını üst-üstə yığsan, 90 00:14:09,400 --> 00:14:13,660 10 metrlik bir sütun alınar; təsəvvür edin. 91 00:14:14,060 --> 00:14:22,730 İndi Abraham Linkolnun onu başqa ABŞ prezidentlərindən fərqləndirən bir ad-sanı var – hərçənd mənim fikrimcə, o ad-san da yalançıdır; deyilənə görə, 92 00:14:23,200 --> 00:14:30,200 qullara azadlıq verilməsində və sairdə onun böyük rolu olub; hamısı havayı sözlərdir, həqiqətə uyğun deyil; indi hər nə isə, tarixdə bu adla qalıb – 93 00:14:30,730 --> 00:14:43,860 amma Ayzenhauer və başqaları kimi adi ABŞ prezidentləri haqqında da bəzən minlərlə cild kitab yazılıb! 94 00:14:44,200 --> 00:14:52,130 Zarafatdır?! Baxın görün biz İmam Xomeyni haqqında neçə kitab yazmışıq? 95 00:14:52,400 --> 00:15:00,260 Biz iranlılar bu məsələdə geridəyik, yoxsa mən hətta ərəb ölkələrində də görmüşəm ki, 96 00:15:00,530 --> 00:15:10,600 bir hadisə baş verən kimi, dərhal o barədə kitab yazılır. Dərhal analizlər, siyasi kitablar və sair bu qəbildən olan yazılar yazırlar. 97 00:15:11,530 --> 00:15:17,600 Lehinə və əleyhinə olanlar müxtəlif aspektlərdən, müxtəlif siyasi mövqelərdən 98 00:15:18,260 --> 00:15:25,660 analiz edirlər. İnsafla deməliyik ki, biz bu sahədə geriyik. Poeziyada da bu cürdür. 99 00:15:26,130 --> 00:15:34,330 Misal üçün, Dəməşqdə baş verən olaylar, müqəddəs hərəmləri müdafiə edən insanların şəhid olması; 100 00:15:35,060 --> 00:15:41,800 yeri var ki, bu barədə yüzlərlə şeir yazılsın. 101 00:15:42,530 --> 00:15:49,860 Və ya İraqda baş verənlər; orada gedən proseslər olduqca önəmlidir; 102 00:15:50,060 --> 00:15:56,600 əlbəttə ki, bu məsələdə camaatımıza bir qədər haqq qazandırmaq olar, çünki xalqımızın əksəriyyəti 103 00:15:56,930 --> 00:16:05,600 İraqda əslində nə baş verdiyindən – Amerikanın İraqda nələr etmək istədiyindən, başının daşa necə dəydiyindən, 104 00:16:05,860 --> 00:16:11,730 buna hansı amillərin səbəb olduğundan – bir qayda olaraq xəbərsizdir, 105 00:16:11,930 --> 00:16:19,860 amma yenə də İraq adlı ölkədə, doğrudan da, çox qəribə və heyrətamiz hadisələr baş verir. Kimin ağlına gələrdi ki, 106 00:16:20,400 --> 00:16:28,660 Səddam Hüseynin İraqı Şəhid Həkimin İraqına çevrilə! Görün aralarında nə qədər fərq var! 107 00:16:29,200 --> 00:16:42,200 Təsəvvürəgəlməzdir, amma bu, baş verdi. Bu barədə yüzlərlə, minlərlə şeirlər yazılmalı, poemalar qələmə alınmalıdır. 108 00:16:42,200 --> 00:16:53,800 Bu gün yoldaşlardan biri bir poemasını gətirmişdi, baxdım; quruluşu dəqiq yadımda deyil, deyəsən, dördlük idi; poema idi. 109 00:16:54,460 --> 00:17:05,460 Poema janrında da biz kifayət qədər işləməmişik. Müəyyən bir mövzunu nəzərdə tutun, o barədə poema yazın; 110 00:17:06,130 --> 00:17:16,330 keçmişdəki şairlərimiz kimi. Mərhum Əmir Firuzkuhinin maraqlı və diqqətəlayiq işlərindən biri də onun poemaları idi. 111 00:17:16,330 --> 00:17:26,600 O, 3 cür, 3 janrda, 3 səpkidə şeir yazırdı: birincisi, qəzəl – 112 00:17:26,930 --> 00:17:35,460 hind üslubunda gözəl, bəlağətli, məsələn, dolğun məzmunlu qəzəlləri var idi; ondan sonra, Xaqani üslubunda qəsidələri var idi; 113 00:17:35,800 --> 00:17:42,800 Əmiri Firuzkuhinin qəsidələrinə nəzər salanda bəzən onları Xaqaninin qəsidələri ilə qarışıq salmaq olur; 114 00:17:43,260 --> 00:17:51,530 həqiqətən də, Xaqani üslubunda qəsidələr yazıb; və üslub baxımından bu iki janrdan tamamilə uzaq olan poemaları var idi; yeni üslubda. 115 00:17:51,530 --> 00:18:00,200 Tutalım, Simindəştdə bir ağaca – məsələn, şimalda yerləşən mülküdə 116 00:18:00,530 --> 00:18:10,660 hansısa bir ağac olub – ona poema həsr etmişdi; yəni əvvəllər bunlar olub. Və ya mərhum İlahi Qəmşeyi; 117 00:18:10,860 --> 00:18:20,400 onun o “Hüseynə nəğmə” şeiri poemadır; o şeiri o, 118 00:18:20,400 --> 00:18:32,660 oğlu Hüseynağa üçün yazıb. Mərhum cənab İlahi şəxsən özü mənə bu şeirin yazılma tarixçəsini danışmışdı; həmin uşaq südəmər vaxtı bərk xəstələnib, 119 00:18:33,460 --> 00:18:45,530 atası onun sağalmağından ümidini üzüb. Nəzir edib ki, əgər bu uşaq sağ qalsa, 120 00:18:46,000 --> 00:18:51,930 İmam Hüseynə (ə) bir poema yazacaq. 121 00:18:52,600 --> 00:19:00,460 Deyirdi, fikirləşməyə başladım, gördüm uşaq ölür, daha axır saatlarıdır, gedəcək, öləcək; 122 00:19:00,660 --> 00:19:04,800 anası uşağın can verməyini görməsin deyə 123 00:19:05,060 --> 00:19:10,330 ona dedim ki, çardağa çıxsın; dedim, get çıx çardağa, başını aç, dua et, filan et; 124 00:19:10,600 --> 00:19:20,730 bu bəhanə ilə anasını uzaqlaşdırmaq istəyirdim ki, uşağın can verməyini görməsin; özümün isə birdən-birə ağlıma belə bir nəzir etmək gəldi ki, 125 00:19:21,460 --> 00:19:29,800 əgər bu uşaq yaxşılaşsa, İmam Hüseyn (ə) barədə bir poema yazım. 126 00:19:30,460 --> 00:19:36,260 Sonra başladım düşünməyə ki, məsələn, haradan başlayacağam, necə yazacağam və sair; 127 00:19:36,530 --> 00:19:42,200 yavaş-yavaş beynimdə düzüb-qoşmağa başlamışdım ki, gəlib çatdım Əliəsğərə, Əliəsğərin suya həsrət qalmağına. 128 00:19:42,600 --> 00:19:49,730 Qəflətən ağlıma gəldi ki, bu uşaq həkimin göstərişi ilə 3 gündür nə su içib, nə də süd. Həkim demişdi ki, 129 00:19:49,930 --> 00:19:58,060 suyun, südün bu uşağa ziyanı var, əgər içsə, öləcək. Özüm-özümə dedim ki, bu uşaq susuzluqdan yanır, 130 00:19:58,400 --> 00:20:03,930 indi ki daha ölür, qoy mən ona su verim, sonra ölsün. Onsuz da ölür, heç olmasa susuz getməsin. 131 00:20:04,200 --> 00:20:12,330 Deyirdi, qalxıb su gətirdim, çay qaşığı ilə damcı-damcı dodaqlarının arasına tökməyə başladım. 132 00:20:12,330 --> 00:20:19,330 İki-üç dəfə tökəndən sonra gördüm ki, gözləri açıldı; daha da çox su verdim, ağlamağa başladı; 133 00:20:19,600 --> 00:20:26,800 kandara çıxıb anasını çağırdım, dedim gəl, uşağın süd istəyir. 134 00:20:27,200 --> 00:20:34,260 Deyirdi, anası elə bildi ki, uşaq ölüb, mən bu cür dil deyirəm ki, “gəl, uşağına süd ver”. 135 00:20:34,260 --> 00:20:40,930 Aşağı düşdü, gördü ki, yox, uşaq ağlayıb süd istəyir, başladı onu əmizdirməyə. Deyirdi ki, bununla da uşaq yaxşılaşdı! 136 00:20:41,330 --> 00:20:47,000 Əlbəttə ki, bu hadisəni o “Hüseynə nəğmə” şeirinin əvvəlində də danışıb; 137 00:20:47,000 --> 00:20:55,330 mənə danışdıqları şeirdə yazdıqlarından bir qədər fərqlənir: 138 00:20:55,930 --> 00:21:01,460 “Adlar içində Hüseyn adı göydən gəlib”. 139 00:21:01,930 --> 00:21:08,200 O nitq söyləyən Hüseyn İlahi (Qəmşeyi) həmin o uşaqdır; o uşaq belə bir hadisədən sonra sağ qalıb. 140 00:21:08,600 --> 00:21:12,930 “Adlar içində Hüseyn adı göydən gəlib”. 141 00:21:13,130 --> 00:21:22,860 Əlqərəz, “Hüseynə nəğmə” poemasını o yazıb və cənab İlahi Qəmşeyinin ən gözəl şeirlərindən biri də elə bu şeirdir; 142 00:21:22,860 --> 00:21:31,660 yəni “Hüseynə nəğmə” onun ən yüksək səviyyəli şeirlərindən biridir. Demək istədiyim odur ki, indi poemalar yoxdur, yazılmır. 143 00:21:32,330 --> 00:21:39,930 Dostlarımızdan biri qeyd etdi ki, hazırda bizdə olmayan şeylərdən biri də – onun dediyinə görə – həcv janrıdır; 144 00:21:39,930 --> 00:21:46,930 bu avropa terminləri də o qədər yayılıb ki, onlar olmadan, elə bil, adam deyiləni başa düşmür; 145 00:21:47,400 --> 00:21:55,200 həcv üslubu. Peyğəmbər (s) Həssan ibn Sabitə buyurub ki, bunları həcv et; 146 00:21:55,530 --> 00:22:03,200 oda həcv etməyə başlayıb. Siz də həcvlər yazın; qılınc rəqsi edir! Modern cahiliyyətlə 147 00:22:03,530 --> 00:22:09,330 qəbilə prinsipli cahiliyyət yan-yana durub! Həcv yazmaq üçün bundan yaxşı nə mövzu, 148 00:22:09,660 --> 00:22:18,730 nə mənzərə ola bilər?! Öz şeirinizdə bunu həcv edin. Misal üçün bu barədə yüzlərlə şeir yazmaq olar. Bir şeyi də qeyd edim ki, 149 00:22:19,000 --> 00:22:24,860 biri var həcv, biri də var satira; xoşbəxtlikdən, satira yazanlarımız var. 150 00:22:25,130 --> 00:22:32,260 Bu axşam öz şeirini təqdim edən dostumuz da, cənab Nasir Feyz də – hərçənd o şeir oxumadı – başqaları da, 151 00:22:32,460 --> 00:22:40,330 şükürlər olsun ki, satira cəhətdən pis deyillər; yavaş-yavaş müəyyən irəliləyişlər etmişik; amma həcvin yeri görünür; 152 00:22:40,600 --> 00:22:47,200 bəzi adamların bəzən gördüyü bəzi işlər həcv edilməlidir. Misal üçün, 153 00:22:47,600 --> 00:22:54,460 Səudiyyə Ərəbistanı kimi bir dövlətə BMT-nin İnsan Haqları Komissiyasında, nə bilim, hansı missiyanı həvalə etmək! 154 00:22:54,800 --> 00:23:02,600 Həcv üçün bundan maraqlı mövzu ola bilməz! Həcvin, doğrudan da, yeri var, həcv etməmək heyifdir; 155 00:23:02,600 --> 00:23:08,930 belə bir şeyi həcv etməsən, həqiqətən, heyif olar, əldən buraxılmış olar. 156 00:23:09,200 --> 00:23:14,060 Bu da belə. İnşallah, Allah hamınıza uğurlar nəsib etsin. Daha saat 12 olub, xudahafiz.