1 00:01:02,360 --> 00:01:04,400 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:01:04,640 --> 00:01:06,400 الحمدلله ربّ العالمين 3 00:01:07,560 --> 00:01:11,680 و الصّلاة و السّلام علي سيّدنا محمّد و ءاله الطّاهرين 4 00:01:22,560 --> 00:01:25,160 سيّما بقيّة الله في الارضين 5 00:01:26,320 --> 00:01:31,040 Əzizlərim, gözəl gənclər, çox xoş gəlmisiniz. 6 00:01:33,440 --> 00:01:41,320 Mən bu görüşə, doğrudan da, ürəkdən, həddən artıq şadam. 7 00:01:45,000 --> 00:01:50,520 Gənclərin ölkənin müxtəlif məsələləri ilə bağlı sferalarda fəal, dinamik, 8 00:01:52,440 --> 00:02:00,800 həvəslə iştirak etməsi çox mühüm bir məsələdir, 9 00:02:01,080 --> 00:02:03,560 çox əhəmiyyətli bir hadisədir. 10 00:02:06,840 --> 00:02:12,080 Mən burada özüm üçün müəyyən qeydlər etmişəm, onların ətrafında danışacağam. 11 00:02:12,600 --> 00:02:24,000 Əvvəla, elə sözə başlayarkən deyim ki, xoşbəxtlikdən, İran gəncləri yüksək əhval-ruhiyyəli, stimullu gənclərdir; 12 00:02:26,360 --> 00:02:29,400 qərəzli, bir qayda olaraq 13 00:02:31,160 --> 00:02:49,600 xaricdən qaynaqlanan və ya əsasən elə xarici statistika mərkəzlərinin car çəkib dünyaya elan etdiyindən tam fərqli olaraq. 14 00:02:49,960 --> 00:02:53,800 Onlar İran gənclərinin pessimist olduğunu deyirlər. 15 00:02:56,960 --> 00:02:58,920 Hələ bir təsnifat da aparıb 16 00:03:01,560 --> 00:03:13,360 deyirlər ki, iranlı gənclər pessimizmin filan dərəcəsindədir; çox yüksək bir göstərici qeyd edirlər. 17 00:03:14,880 --> 00:03:20,600 Hazırda bax belə çirkin, ağ yalanlar danışılır və bu, 18 00:03:20,600 --> 00:03:25,240 silsilə şəkildə bir çox başqa yanlış məsələlərə də yol açır – 19 00:03:26,560 --> 00:03:34,360 İran gənci pessimizmə, ruh düşkünlüyünə qapılıb, odur ki onun üçün ortalığı şənləndirməli, əhval-ruhiyyəsini yüsəltməliyik. Necə? 20 00:03:35,120 --> 00:03:40,360 Konsertlər təşkil etməklə, oğlanlı-qızlı, qarışıq cinsli tədbirlər, müxtəlif ekskursiyalar təşkil etməklə 21 00:03:41,680 --> 00:03:46,000 və bu qəbildən olan başqa “azadlıqlar”la. Bütün bunlar həmin fikrin davamıdır. 22 00:03:47,640 --> 00:03:57,360 Amma xeyr, əksinə, bu gün İran gəncliyi dünyanın ən fəal, dinamik, canlı gəncliyidir. 23 00:03:59,440 --> 00:04:06,080 Qərb dünyasına nəzər salın, Avropada gənclər ruh düşkünlüyü içindədir. 24 00:04:07,800 --> 00:04:11,280 Orada intihar hallarının statistikası həddən artıq yüksəkdir. 25 00:04:14,160 --> 00:04:21,080 Ruh düşkünlüyü Avropadadır ki, orada bir gənc psixoloji gərginlik altında 26 00:04:22,240 --> 00:04:29,080 əlinə tüfəng alıb tamamilə təhlükəsiz görünən bir sahilə gedir 27 00:04:29,520 --> 00:04:34,360 və ardıcıl şəkildə atəş açaraq 80-ə yaxın uşağı güllələyib öldürür. 28 00:04:34,560 --> 00:04:41,280 Avropa ölkələrindən birində bir neçə il əvvəl baş vermiş bu hadisə 29 00:04:41,520 --> 00:04:46,360 bütün dünyada əks-səda doğurmuşdu, hamı bundan xəbər tutmuşdu. Pessimizm budur. 30 00:04:48,840 --> 00:05:02,200 Ruh düşkünlüyü odur ki, avropalı gənclər intihar etmək üçün gedib İŞİD-in sıralarına qoşulur. 31 00:05:04,160 --> 00:05:15,320 Bizdə olan məlumatlara görə, İŞİD-in kamikadzelərindən çoxu avropalı gənclərdən ibarətdir. 32 00:05:16,920 --> 00:05:21,760 Özlərini öldürmək istəyirlər, “bu şəkildə intihar etmək daha həyəcanvericidir 33 00:05:22,720 --> 00:05:31,240 və başqa üsullardan, misal üçün, filan Avropa ölkəsində özünü çaya atıb boğulmaqdan daha yaxşıdır” deyə düşünür, buna görə də gedib İŞİD-ə qoşulurlar. 34 00:05:33,040 --> 00:05:39,120 Tamamilə ruh düşkünlüyü içində olduqlarına görə həyəcan axtarırlar; pessimist onlardır. 35 00:05:41,400 --> 00:05:51,800 İran gəncləri isə ramazan ayının 23-cü günü orucağız, həmin gecə oyaq qalıb 36 00:05:52,800 --> 00:06:02,360 Qədr gecəsini qeyd etdiklərinə baxmayaraq, yayın qızmar istisində küçələrə çıxıb yürüş edir, 37 00:06:02,720 --> 00:06:10,160 ardınca da günün altında oturub cümə namazını keçirir. 38 00:06:10,720 --> 00:06:17,240 Belə bir gənclik pessimizmdən kilometrlərcə uzaqdır, canlıdır, yüksək əhval-ruhiyyədədir. 39 00:06:19,120 --> 00:06:26,480 Bugünkü görüşümüz, əziz balalarımın, gənclərimizin etdiyi çıxışlar, 40 00:06:27,960 --> 00:06:34,000 bir sıra məsələləri ehtiva edən söhbətlər – bütün bunlar canlılıqdan, fəallıqdan xəbər verir. 41 00:06:34,320 --> 00:06:42,320 Bu, mənə və mənim kimi insanlara da təsir göstərir. 42 00:06:42,920 --> 00:06:48,520 Yəni bu fəallıq, bu canlılıq sizi dinləyənlərə də təsirsiz ötüşmür. 43 00:06:50,560 --> 00:06:58,120 Hər halda, mən sizinlə olan bugünkü görüşümüzdən çox məmnun qaldım və çıxış edənlərdən hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. 44 00:06:58,640 --> 00:07:03,680 Gənclər çıxş etdikcə mən burada 45 00:07:04,840 --> 00:07:17,840 özüm üçün bəzi qeydlər də götürmüşəm ki, sonradan bəzi məqamlarla bağlı müəyyən şeylər əlavə edim. 46 00:07:18,200 --> 00:07:19,840 Amma bilmirəm vaxtımız çatacaq, ya yox. 47 00:07:22,760 --> 00:07:29,640 Əziz tələbələrimizdən biri belə bir cümlə işlətdi ki, 48 00:07:30,440 --> 00:07:33,360 şüarla iş görülmür. 49 00:07:34,120 --> 00:07:42,720 Bəli, bu fikir o mənada doğrudur ki, biz elə daim şüarlar irəli sürək və ardınca heç bir iş görməyək. 50 00:07:42,720 --> 00:07:47,160 Bu baxımdan tamamilə doğrudur, sırf şüarlarla çıxış etməklə heç bir iş başa gəlmir. 51 00:07:47,600 --> 00:07:54,520 Lakin şüarları əhəmiyyətsiz bir şey hesab etmək də doğru deyil; şüarlar çox mühümdür. 52 00:07:56,400 --> 00:08:01,640 Heç yadımdan çıxmaz, inqilabdan illər öncə Məşhəddə 53 00:08:02,800 --> 00:08:06,520 tələbələr arasında bir tədbir keçirirdik, təfsir mövzusunda söhbətlərimiz olurdu. 54 00:08:07,800 --> 00:08:15,920 Bir qrup tələbə – sayları da o vaxtkı toplantılarda iştirak edən insanların sayına görə az sayılmazdı, bir neçə yüz nəfər 55 00:08:16,360 --> 00:08:25,120 və ya bundan bir qədər az olardı – bir yerə yığılırdı, mən də təfsirdən danışırdım. Nə isə, bu barədə çox şey danışmaq olar, 56 00:08:25,120 --> 00:08:35,920 bir gün həmin toplantıda bir nəfər bir şüar səsləndirdi. Mən o tədbirləri müəyyən tərtibatla, öncədən nəzərdə tutduğum proqramla aparırdım, 57 00:08:36,320 --> 00:08:44,760 yəni ayələrin təfsiri əsnasında inqilabın əsas, prinsipial ideyalarını da auditoriyaya ötürürdüm. 58 00:08:44,760 --> 00:08:54,560 İstəmirdim ki, üzdə hansısa işlər görülsün və hökumət bundan həssaslaşıb işimizin qarşısını alsın. 59 00:08:54,560 --> 00:08:57,680 Söhbət zamanı mən dedim ki, xahiş edirəm, şüarlar səsləndirməyin; 60 00:08:58,600 --> 00:09:01,600 şüar nə danışmaqdır, nə iş görmək. 61 00:09:02,120 --> 00:09:10,200 Danışmaq deyil, çünki bir neçə kəlmədən ibarətdir, əməl deyil, çünki adamın boğazından çıxan səsdir. 62 00:09:11,360 --> 00:09:18,480 Həmin toplantıda mən belə bir fikir səsləndirmişdim. Növbəti həftə tələbələrdən biri qalxıb dedi ki, 63 00:09:18,840 --> 00:09:26,960 mən ötən həftə bir nəfərin dediyi bir fikrə etirazımı bildirmək istəyirəm. 64 00:09:28,240 --> 00:09:35,160 Dedik, buyur, bildir. Dedi: “O adam dedi ki, şüar nə danışmaqdır, nə iş görmək, 65 00:09:35,880 --> 00:09:38,520 halbuki şüar elə həm danışmaqdır, həm də iş görmək. 66 00:09:40,760 --> 00:09:49,360 Danışmaqdır, çünki müəyyən sözlərdən ibarətdir və mühüm məzmun daşıyır; 67 00:09:49,920 --> 00:09:58,800 düzdür, bir cümlədir, amma bitkin bir mənanı, məzmunu ehtiva edir; 68 00:10:00,280 --> 00:10:04,800 odur ki ixtiyarında tribuna olan sizlər, – bizim ixtiyarımızda tribuna var idi, 69 00:10:04,800 --> 00:10:09,600 danışırdıq, nələrisə bəyan edirdik , – bu sözün qədrini bilməlisiniz. 70 00:10:09,840 --> 00:10:13,920 Və şüar işdir, əməldir, ona görə ki ətrafdakılara stimul verir, 71 00:10:14,800 --> 00:10:20,800 şüarlar insanları meydanlara çəkib gətirir, səfərbər edir, istiqamətləndirir; buna görə də əməldir. 72 00:10:21,640 --> 00:10:30,960 Bəli, şüarın nə danışıq, nə də əməl olduğunu bildirən ustadın , – məni nəzərdə tuturdu, – dediyinin tam əksinə, 73 00:10:31,200 --> 00:10:36,200 şüar həm sözdür, həm də əməl”. O vaxt bu sözü deyən gənc tələbə 74 00:10:36,200 --> 00:10:39,920 bu gün sizin hamınızın yaxşı tanıdığı ölkə rəsmilərimizdən biridir. 75 00:10:41,600 --> 00:10:51,160 Həmin gün mən orada idim və müzakirəyə hazır idim. Qulaq asdım, gördüm ki, o insan doğru deyir, 76 00:10:51,760 --> 00:10:54,680 haqlıdır. Şüar həm sözdür, həm də əməl. 77 00:10:54,920 --> 00:11:03,480 İndi həmin sözü sizə deyirəm. Yaxşı, dolğun məzmunlu, 78 00:11:04,160 --> 00:11:12,880 genişləndirilməyə layiq bir ideoloji həqiqətin carçısı olan şüarlar seçilərsə, bu həm sözdür, həm də əməl. 79 00:11:13,640 --> 00:11:17,240 Bu cür şüarı irəli sürmək kütləyə istiqamət verir, stimul verir. 80 00:11:19,080 --> 00:11:26,800 Odur ki kimsə elə gəlib bir kəlmə, misal üçün, bizim dediyimz müqavimət iqtisadiyyatı məsələsini 81 00:11:26,960 --> 00:11:33,840 daim təkrar etsin, ardınca heç bir iş görülməsin, bəli, sırf bu sözü dildə deməklə heç bir iş reallaşmayacaq. 82 00:11:35,000 --> 00:11:45,160 Amma əgər bu “müqavimət iqtisadiyyatı” şüarının özü ölkənin fəallarının, 83 00:11:45,840 --> 00:11:51,000 o cümlədən bu sırada ən önəmli simalar olan siz tələbələrin qəlbində və dilində özünə möhkəm yer etsə, təkrarlansa, bunun mühüm nəticələri olar; 84 00:11:51,000 --> 00:12:00,040 inşallah, azana qədər vaxtımız olsa, bu barədə bir neçə söz deyəcəyəm. 85 00:12:00,400 --> 00:12:06,400 Belə bir məqam da qeyd olundu ki, inqilabi yönümlü tələbə təşkilatlarına sərt yanaşılır. 86 00:12:06,680 --> 00:12:11,800 Bu gün burada gənclərdən bir neçəsi bu məsələyə toxundu, bu barədə mənə də məlumat veriblər. 87 00:12:12,040 --> 00:12:17,520 Mən elə buradaca bugünkü görüşümüzdə iştirak edən rəsmilərə – möhtərəm nazirlərimizə deyirəm ki, 88 00:12:18,520 --> 00:12:24,720 rəhbər kadrların inqilabi yönümlü, dini yönümlü təşkilatlara qarşı 89 00:12:25,440 --> 00:12:29,120 sərt mövqe sərgiləməsinə heç bir vəchlə imkan verməyin. 90 00:12:29,680 --> 00:12:36,680 Belə bir şeyə qətiyyən icazə verilməsin, qeyd etdiyim təşkilatlar üçün sıxıntı yaratmasınlar. 91 00:12:36,680 --> 00:12:40,720 İmkan versinlər, inqilabi, dini təşkilatlar işləsin. 92 00:12:41,200 --> 00:12:44,080 Burada danışılan sözlər hamısı elə bizim demək istədiklərimizdir; 93 00:12:45,000 --> 00:12:49,120 bizim deməli olduğumuz fikirlərdir, bizim görməli olduğumuz işlərdir. 94 00:12:50,040 --> 00:12:56,800 Bu gənclər də elə o fikirləri, o sözləri vurğulayırlar. Bu sözlərin tələbələrin dilindən deyilməsinin 95 00:12:56,800 --> 00:13:00,800 və dönə-dönə vurğulanmasının nə qədər effektiv təsirə malik olduğunu az sonra mən qeyd edəcəyəm. 96 00:13:01,600 --> 00:13:04,040 Qoy onlar bütün bunları dilə gətirib desinlər, qoy işləsinlər. 97 00:13:04,280 --> 00:13:08,080 İmkan verin, tələbə təşkilatları, inqilabi, dini yönümlü təşkilatlar – 98 00:13:08,080 --> 00:13:14,760 mən inqilabi yönümlü təşkilatların üzərində özəlliklə dururam – qol-qanad açsınlar, 99 00:13:14,920 --> 00:13:19,520 imkanları geniş olsun; onları çərçivəyə salmasınlar. 100 00:13:22,600 --> 00:13:26,320 Əziz tələbələrimizdən biri digər bir məsələni – universitetlərdə konsertlərin təşkil olunmasını qeyd etdi 101 00:13:29,600 --> 00:13:33,600 və dedi ki, universitet konsert yeri deyil. Düzdür, 102 00:13:33,760 --> 00:13:37,480 bu məsələni mən də özüm üçün qeyd etmişdim, mənim qeydlərimin arasında da bu var. 103 00:13:39,240 --> 00:13:48,800 Öz ağlımızca, tələbə ictimaiyyəti içərisinə canlanma, ruh yüksəkliyi gətirmək üçün 104 00:13:49,440 --> 00:13:56,760 universitetlərdə konsertlər təşkil etmək, yaxud tələbələri məhrəm-naməhrəmin bir-birinə qarışdığı düşərgələrə aparmaq ən yanlış işlərdəndir. 105 00:13:59,840 --> 00:14:06,840 Tələbələri canlandırmaq, onlara yüksək ruh bəxş etmək üçün başqa yollar da var. 106 00:14:07,280 --> 00:14:15,440 Bunun üçün onları günaha tərəf çəkmək, təqva pərdələrini yırtmağa sövq etmək lazım deyil; 107 00:14:15,440 --> 00:14:22,160 xoşbəxtlikdən, bu günün dindar gəncləri təqvasını qorumaqda israrlıdır. 108 00:14:23,240 --> 00:14:29,280 Onları Cəhənnəmə yox, Cənnətə tərəf çəkmək lazımdır. 109 00:14:31,160 --> 00:14:33,880 Bəli, universitetlərdə bu kimi işlərə qətiyyən lüzum yoxdur. 110 00:14:33,880 --> 00:14:39,200 Mən, əlbəttə ki, bu məsələnin, bu problemin əlamətlərini illər öncə sezmişdim. 111 00:14:40,120 --> 00:14:46,200 O vaxt tələbə təşkilatlarından biri universitetlərdən birində bir tədbir təşkil etmişdi. 112 00:14:47,000 --> 00:14:57,160 Hələ o zaman mən bu barədə xəbərdarlıq etdim, amma təəssüflər olsun ki, məsələnin üstünə düşən olmadı, ziyanını da çəkdik. 113 00:14:57,520 --> 00:15:05,520 Bir neçə il ziyanını çəkdik. Bu gün belə işlərə icazə verilməməlidir 114 00:15:06,640 --> 00:15:11,080 və bu, azadlıq istəyinə qarşı çıxmaq deyil. 115 00:15:11,960 --> 00:15:18,360 Belə işlər azadlıq istəyinin, azadlığa meylin əlaməti deyil. 116 00:15:20,080 --> 00:15:26,160 Bunlar İran cəmiyyətinin, müsəlman cəmiyyətinin, İslam sivilizasiyasının, 117 00:15:26,520 --> 00:15:31,120 özəlliklə də iranlı tələbələrin düşmənlərinin planlarıdır. 118 00:15:31,120 --> 00:15:34,760 Onların məqsədi budur ki, bu gənclərin arasından Şəhriyarilər çıxmasın, 119 00:15:36,600 --> 00:15:39,360 Dr. Çəmranlar çıxmasın. 120 00:15:41,480 --> 00:15:46,120 Bu insanlar pak, təqvalı bir ömür yaşamışdılar. Təkcə nüvə sahəsi də deyil. 121 00:15:47,240 --> 00:15:49,720 Statistik məlumatlarda 122 00:15:49,960 --> 00:15:55,680 cürbəcür sahələrdə qazandığımız irəliləyişlər haqda eşidirsiniz, dünya üzrə 123 00:15:57,280 --> 00:15:59,280 8, 9, 10 ölkədən biri olduğumuz deyilir. 124 00:15:59,680 --> 00:16:06,080 Bu işlərdə ön sıralarda gedən insanların əksəriyyəti inqilabi ideyaların daşıyıcı olan dindar insanlardır. 125 00:16:06,400 --> 00:16:09,320 Nüvə sahəsində də belədir, nano-texnologiyalar sahəsində də belədir, 126 00:16:09,320 --> 00:16:13,240 bu gün fəal elmi tədqiqatların aparıldığı digər sahələrin çoxunda da belədir. 127 00:16:13,480 --> 00:16:19,280 Bütün bunlar mömin, dindar, inqilabi ruhlu balalarımızın əlinin məhsuludur. 128 00:16:20,200 --> 00:16:22,640 Bu böyük işləri həyata keçirən onlardır. 129 00:16:24,760 --> 00:16:32,400 İndi biz durub belə yanlış işlərlə uşaqlarımızı inqilaba, İslama, dinə, mənəviyyata 130 00:16:32,400 --> 00:16:36,000 meyildən uzaqlaşdıraq? Bu, ən səhv addımlardandır. 131 00:16:37,120 --> 00:16:45,840 Əlbəttə ki, hər iki möhtərəm nazirimiz mənim inandığım insanlardır, intəhası rəhbərlikləri altında çalışanlara diqqət etsinlər. 132 00:16:46,360 --> 00:16:54,400 Belə işləri təşkil edən insanlara qarşı çox diqqətli olsunlar, 133 00:16:55,640 --> 00:16:59,440 nələrin baş verdiyini bilsinlər. Vacib olan məqamlardan biri də bu idi. 134 00:17:00,240 --> 00:17:04,000 Əziz tələbələrimizdən biri də 135 00:17:04,200 --> 00:17:07,960 sözün həqiqi mənasında azad fikir klublarının təşkil olunması məsələsinə toxundu. 136 00:17:08,480 --> 00:17:14,040 Tamamilə doğrudur, mən bununla tam razıyam. 137 00:17:14,200 --> 00:17:17,960 Elə əvvəldən biz azad fikir klubları deyəndə bunu nəzərdə tuturduq: 138 00:17:17,960 --> 00:17:19,960 insanlar gəlib öz fərqli, müxalif düşüncələrini ifadə etsinlər. 139 00:17:20,440 --> 00:17:25,560 İntəhası sizlər – gənc, inqilabi ideyaların daşıyıcısı olan, müsəlman, 140 00:17:25,800 --> 00:17:33,600 dini hökuməti dəstəkləyən tələbələr o qədər güclü məntiqə və arqument gətirmə bacarığına malik olmalısınız ki, 141 00:17:33,600 --> 00:17:39,240 gedib, necə lazımsa, soyuqqanlılıqla onların qarşısında durasınız və arqumentlərini bir-bir inkar edəsiniz. Bu, yaxşıdır, 142 00:17:40,360 --> 00:17:44,280 düzgündür. Və bu gün bu mümkündür. 143 00:17:44,960 --> 00:17:50,600 Ola bilsin, 10 il, 12 il, 15 il əvvəl mümkün deyildi, amma bu gün mümkündür. 144 00:17:50,600 --> 00:17:56,480 Bu gün din sahəsində fəaliyyət göstərən 145 00:17:56,920 --> 00:18:03,880 və gözəl intellektual bacarıqlara malik gənclər çoxdur. Azad fikir klublarının təşkil olunmasında 146 00:18:04,280 --> 00:18:08,560 heç bir problem yoxdur. Əlbəttə ki, burada da etik normalar, 147 00:18:09,000 --> 00:18:13,400 ədəb-ərkan gözlənilməlidir. Yəni azad fikir klublarında müəyyən etik normalar, ədəb qaydaları olmalıdır. 148 00:18:13,400 --> 00:18:18,200 Əlaqədar qurumların rəsmiləri, ağıllı insanlar oturub düşünməli 149 00:18:18,360 --> 00:18:26,360 və azad fikir klublarını düzgün istiqamətdə fəaliyyətə yönəldəcək bu qayda və normaları müəyyənləşdirməlidirlər. 150 00:18:26,640 --> 00:18:27,960 Qeyd olunası önəmli bir məqam da bu idi. 151 00:18:28,400 --> 00:18:36,520 Digər bir məqam: dedilər ki, kimlərsə Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində onun adından danışır. 152 00:18:36,680 --> 00:18:41,120 Əlhəmdulillah, mənim özümün hələ ki dilim söz tutur; 153 00:18:42,160 --> 00:18:44,600 mənim öz dediklərim onların sözündən irəlidir. 154 00:18:45,640 --> 00:18:47,960 Mənim sözüm mənim dilə gətirib dediklərimdir. 155 00:18:48,400 --> 00:18:55,080 Danışanlar isə – Rəhbərliyin nümayəndələri, Rəhbərliyə bu və ya digər şəkildə aidiyyəti olanlar – 156 00:18:55,640 --> 00:19:00,200 Rəhbərliyin adından danışmırlar. Buna diqqət yetirin. 157 00:19:00,600 --> 00:19:03,840 Xüsusilə də o məsələdə – ad da çəkildi – adını çəkdiyiniz insan 158 00:19:04,160 --> 00:19:09,680 öz adından danışıb, Rəhbərliyin adından heç nə deməyib. 159 00:19:09,920 --> 00:19:13,440 Mən də öz sözümü demişəm: həm ondan əvvəl, həm də sonra. 160 00:19:13,720 --> 00:19:15,880 Siz mənim sözümü mənim özümdən eşidin. 161 00:19:15,920 --> 00:19:19,400 Bəli, ola bilər ki, Rəhbərliyə bu və ya digər şəkildə aidiyyəti olan bir nəfər 162 00:19:19,760 --> 00:19:22,920 hansısa məsələdə mənimlə həmfikir olmasın, 163 00:19:23,040 --> 00:19:24,960 bunun heç bir eybi yoxdur; belə də olur. 164 00:19:25,720 --> 00:19:30,080 Rəhbərliyin işçisi sayılan möhtərəm cənablardan bir çoxu 165 00:19:30,200 --> 00:19:34,480 konkret olaraq hansısa siyasi, ictimai və ya ideoloji məsələdə 166 00:19:34,640 --> 00:19:39,480 Rəhbərlikdən fərqli fikirdə ola bilər; biz heç vaxt bunda problem görməmişik. 167 00:19:40,400 --> 00:19:45,080 Bizim üçün ən əhəmiyyətlisi ümumi tendensiyalardır, inqilabi kursdur. 168 00:19:45,200 --> 00:19:48,560 Yoxsa biz elə hər məsələ üçün oturub koordinasiya aparmırıq ki, 169 00:19:49,080 --> 00:19:54,680 görək işçilərimiz bizimlə həmfikirdir, ya yox. Həmin adam öz fikrini deyib. 170 00:19:55,440 --> 00:19:59,880 Axı belə də olmaz ki, haradasa bizim nümayəndələrimizdən biri ağzını açıb bir söz deyən kimi, 171 00:20:00,040 --> 00:20:04,520 mən: “Ağa, siz bunu səhv demisiniz, bunu düz demisiniz” – deyim, 172 00:20:04,720 --> 00:20:07,840 Rəhbərliyin İctimaiyyətlə əlaqələr şöbəsi də bunu hamıya elan eləsin; belə də olmaz. 173 00:20:08,200 --> 00:20:16,280 Bəli, əgər kiminsə mənim adımdan yanlış bir söz dediyi qulağıma çatsa, 174 00:20:16,640 --> 00:20:20,160 mən dərhal həmin adamın özünə bu barədə xəbərdarlıq edirəm. Dəfələrlə belə olub. 175 00:20:20,840 --> 00:20:25,480 Xəbərdarlıq etmişik, demişik ki, özünüz düzəliş edin, həmin adam da çıxıb düzəlişini edib. 176 00:20:26,320 --> 00:20:29,600 Amma mən heç də düzgün hesab etmirəm ki, biri bir şey deyən kimi, 177 00:20:29,600 --> 00:20:35,320 biz də burada götürüb elan verək ki, filankəs qələt edib filan sözü deyib. Belə olmaz axı. 178 00:20:36,120 --> 00:20:41,080 Harada mənim fikrimin əksinə bir söz deyilsə – əlbəttə ki, mənim adımdan; öz adlarından olsa, yox – 179 00:20:41,320 --> 00:20:44,680 xəbərdarlıq edirik, deyirik, ağa, eşitmişik ki, 180 00:20:44,760 --> 00:20:51,200 siz bizim adımızdan filan sözü demisiniz, özünüz buna düzəliş etməlisiniz. Bu da belə. 181 00:20:51,600 --> 00:20:54,000 Burda belə bir sual da verdilər ki, 182 00:20:54,320 --> 00:20:57,640 nüvə danışıqları başa çatandan sonra imperializmə qarşı mübarizə məsələsi necə olacaq? 183 00:20:57,880 --> 00:21:00,880 Məgər imperializmə qarşı mübarizə ara verilməsi mümkün olan bir məsələdir? 184 00:21:02,840 --> 00:21:06,920 İmperializmə, müstəmləkə sisteminə qarşı mübarizə fasilə verilməyəcək bir işdir. 185 00:21:07,120 --> 00:21:13,320 Təsadüfən mən elə özüm üçün də qeyd etmişdim ki, bu gün bu məsələni sizə deyim. 186 00:21:14,160 --> 00:21:19,560 Bu, bizim görməli olduğumuz əsas işlərdən biridir, İslan İnqilabının başlıca prinsiplərindəndir. 187 00:21:21,280 --> 00:21:26,320 Yəni əgər imperializmə qarşı mübarizə olmasa, bu o deməkdir ki, biz ümumiyyətlə Qurana tabe olmamışıq. 188 00:21:26,520 --> 00:21:28,560 Bizim imperializmə qarşı mübarizəmiz heç vaxt bitməyəcək. 189 00:21:29,080 --> 00:21:36,280 İmperializmin təcəssümünə gəlincə, bu gün Amerika onun bariz nümunəsidir, imperializmi hərtərəfli təcəssüm etdirir. 190 00:21:38,360 --> 00:21:43,040 Biz nüvə danışıqlarında iştirak edən möhtərəm rəsmilərə də demişik – 191 00:21:44,000 --> 00:21:49,680 onlara icazə verilib ki, xarici ölkə rəsmiləri ilə üz-üzə danışıqlar aparsınlar; 192 00:21:49,800 --> 00:21:54,640 əlbəttə, bundan əvvəl də belə görüşləri olub, amma bu səviyyədə yox, daha aşağı ranqlı rəsmilərlə olub; 193 00:21:55,000 --> 00:21:56,560 bu səviyyədə ilk dəfə idi – 194 00:21:56,560 --> 00:22:01,320 onlara da demişik ki, sizin yalnız nüvə məsələsi ətrafında danışıqlar aparmaq hüququnuz var, 195 00:22:01,640 --> 00:22:05,680 heç bir başqa mövzu ətrafında müzakirələr apara bilməzsiniz; onlar da elə belə də edirlər. 196 00:22:07,000 --> 00:22:12,560 Qarşı tərəf bəzən regional problemləri, Suriya, Yəmən və bu kimi məsələləri önə çəkir, 197 00:22:12,560 --> 00:22:16,600 rəsmilərimiz isə həmin məsələlər ətrafında danışıqlar aparmağa gəlmədiklərini bildirir, bu söhbətə qoşulmurlar. 198 00:22:17,520 --> 00:22:19,600 Müzakirələr yalnız nüvə məsələsi ətrafında gedir; 199 00:22:19,600 --> 00:22:23,720 o da mənim dəfələrlə qeyd etdiyim dəlillər əsasında. 200 00:22:24,360 --> 00:22:32,880 Nüvə məsələsində bizim nəyə görə bu kursu, bu strategiyanı seçdiyimizi 201 00:22:33,080 --> 00:22:38,160 mən bir neçə dəfə qeyd etmişəm, bu barədə ətraflı danışmışam. İmperializmə qarşı mübarizəyə isə əsla ara vermək olmaz, 202 00:22:38,440 --> 00:22:45,680 bu məsələdə üzərimizə hansı dini vəzifə düşdüyü tamamilə aydındır. İmperializmə qarşı mübarizəni davam etdirməyə hazır olun. 203 00:23:09,240 --> 00:23:13,800 Axıra yaxın bir məsələyə də toxundular: gənclərin evlilik məsələsi. 204 00:23:15,240 --> 00:23:22,280 Heç şübhəsiz, bu məsələ hamını – qızları da, oğlanları da maraqlandırır. 205 00:23:22,280 --> 00:23:29,560 Məndən bu məsələni ata-anaların diqqətinə çatdırmağımı istəmiş həmin əziz gəncimizin tövsiyəsi ilə 206 00:23:30,160 --> 00:23:34,200 mən bunu elə buradaca etmək istəyirəm. Üzümü valideynlərə tutub xahiş edirəm ki, 207 00:23:35,080 --> 00:23:40,960 evlilik məsələsini bir az asanlaşdırsınlar, nikaha daxil olmaq üçün tələb olunan şətləri bir az yüngülləşdirsinlər. 208 00:23:41,240 --> 00:23:46,360 Ata-analar işi çətinləşdirir, çox şey tələb edirlər. Buna əsla lüzum yoxdur. 209 00:23:47,280 --> 00:23:52,440 Sözsüz ki, təbii olan müəyyən problemlər var: 210 00:23:52,960 --> 00:23:56,520 ev məsələsi, iş məsələsi və sair, amma 211 00:23:56,760 --> 00:23:59,840 amma “Əgər yoxsuldurlarsa, Allah-taala Öz lütfü ilə onları dövlətli edər”. (Nur surəsi, ayə 32) 212 00:23:59,840 --> 00:24:01,200 – baxın, bunu Quran deyir. 213 00:24:01,600 --> 00:24:05,240 Ola bilsin ki, hansısa gəncin bu an üçün maddi imkanı uyğun səviyyədə deyil, 214 00:24:05,520 --> 00:24:09,120 amma ailə qurandan sonra, inşallah, Allah-taala işlərini düzəldəcək. 215 00:24:09,280 --> 00:24:11,720 Buna görə gənclərin evlənmək işini gecikdirməsinlər. 216 00:24:13,360 --> 00:24:17,280 Xahiş edirəm, ata-analar bu məsələyə diqqət yetirsinlər. 217 00:24:17,280 --> 00:24:26,120 Bu mövzu ilə əlaqəli daha bir mühüm məsələ var: 218 00:24:26,320 --> 00:24:31,680 təəssüf ki, son vaxtlar qızların ərə verilməsində vasitəçilik etmək, vasitəçinin məsləhəti ilə qız istəməyə getmək ənənəsi azalıb, 219 00:24:32,320 --> 00:24:36,840 arxa plana keçib; amma bu, lazımlı bir şeydir. 220 00:24:37,480 --> 00:24:39,080 Əvvəllər belə bir adət var idi, 221 00:24:39,080 --> 00:24:45,400 bu gün də cəmiyyətimizdə gənc nəslin çoxluğunu nəzərə alaraq demək olar ki, bu ənənənin indi də daha geniş şəkildə yayılmasına ehtiyac var. 222 00:24:46,320 --> 00:24:49,600 Kiminsə tanışları arasında münasib bir oğlan olur, onu qız evinə təqdim edir, 223 00:24:49,600 --> 00:24:52,560 yaxud münasib bildiyi bir qız var, onu oğlan evinə məsləhət görür. 224 00:24:52,960 --> 00:24:58,160 Düzüb-qoşur, bu gənclərin evlənmək işini asanlaşdırır. Qoy bunlar olsun. 225 00:24:58,600 --> 00:25:07,360 Biz ətrafımızdakı gənclərin cinsi problemlərini nə qədər uğurla həll edə bilsək, 226 00:25:07,640 --> 00:25:12,920 bu, cəmiyyətimizin dünya və axirəti üçün bir o qədər faydalıdır; ölkəmizin dünya və axirəti üçün faydalıdır. 227 00:25:13,520 --> 00:25:18,280 Bundan əlavə, mənim dönə-dönə üzərində durduğum nəsil artımı məsələsi baxımından da əhəmiyyətlidir. 228 00:25:19,280 --> 00:25:25,800 Mən elə buradaca hörmətli Səhiyyə Nazirinə müraciət edirəm. 229 00:25:25,800 --> 00:25:31,880 Mənə çatdırılan hesabatlardan görünür ki, sizin də, mənim də nail olmağa çalışdığımız məsələ, 230 00:25:32,240 --> 00:25:38,440 yəni nəsil artımının əngəllənməsinə qarşı mübarizə 231 00:25:39,240 --> 00:25:41,160 düzgün formada həyata keçirilmir; nəsil artımının əngəllənməsi 232 00:25:42,360 --> 00:25:49,520 nə vaxtsa bir siyasət idi, hazırda qərara gəlinib ki, bu siyasətin qarşısı alınsın. 233 00:25:49,680 --> 00:25:55,240 Amma bəzi yerlərdə elə əvvəlki kimi köhnə hamam, köhnə tasdır. 234 00:25:55,400 --> 00:26:07,320 Əzizlərim, ramazan ayı – mənəviyyat fəsli, mənəviyyat baharı, saflıq baharı başa çatmaq üzrədir; 235 00:26:08,480 --> 00:26:10,760 ramazan ayının son günlərini yaşayırıq. 236 00:26:13,640 --> 00:26:19,640 Bu ayda sizin qəlbinizin, pak ruhlarınızın məhsuldar torpağı, 237 00:26:20,520 --> 00:26:30,240 inşallah, ilahi lütf və mərhəmətin narın yağışı ilə sulanarsa, 238 00:26:30,240 --> 00:26:33,920 bu, gələcəkdə öz bəhrəsini verəcək. 239 00:26:36,200 --> 00:26:43,440 Əlbəttə ki, gənclər üçün mənəvi kamilləşmə fəsli heç vaxt başa çatmır. 240 00:26:43,880 --> 00:26:48,840 Doğrudur, ramazan ayının özünəməxsus cəhətləri var, özəllikləri var, 241 00:26:50,000 --> 00:26:55,200 Lakin gənclərin mənən kamilləşməsi, inkişaf etməsi hər zaman mümkündür. 242 00:26:55,520 --> 00:27:03,800 Gənclər bu barədə mənə dönə-dönə suallar verirlər – məktubla və ya hazırda mövcud olan əlaqə vasitələri ilə – 243 00:27:04,680 --> 00:27:08,920 mənəviyyat, ruhi yüksəliş və bu kimi şeylər barədə nəsihət istəyirlər. 244 00:27:09,960 --> 00:27:18,960 Bu gün bu mövzuda müxtəlif cür təbliğatlar aparan, “mənəvi kamilliyin büsatı” və sair bu kimi adlar altında 245 00:27:18,960 --> 00:27:23,600 cürbəcür fikirlər yayan insanlar çoxdur. Onların hamısına etimad etmək olmaz; bəziləri bu gəlişigözəl sözlərlə yalnız şəxsi mənfəətini güdür, 246 00:27:23,840 --> 00:27:30,960 onlara inanmaq olmaz. Mən isə bu mövzuda böyüklərimizdən bir kəlmə söz eşitmişəm və onu sizə demək istəyirəm: 247 00:27:31,440 --> 00:27:37,280 ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ günahdan çəkinməkdir. 248 00:27:38,160 --> 00:27:44,080 Ən mühüm iş budur. Çalışın günahdan çəkinəsiniz. 249 00:27:46,040 --> 00:27:54,400 Günahlar da müxtəlifdir: dil ilə edilən günahlar var, gözə aid olan günahlar var, 250 00:27:54,400 --> 00:27:59,200 əllə edilən günahlar var – cürbəcür günahlar var. 251 00:28:00,000 --> 00:28:04,400 Günahları tanıyın və özünüzü onlardan gözləyin. 252 00:28:05,240 --> 00:28:08,480 Təqva! Təqva da elə odur: günahdan özünü gözləmək. 253 00:28:09,240 --> 00:28:15,840 Təhlükəli bir küçə ilə gedəndə dörd gözlə ətrafınıza diqqət yetirirsiniz; bax təqva da belədir. 254 00:28:16,800 --> 00:28:22,320 Ehtiyatlı olun, özünüzü gözləyin ki, günahdan çəkinəsiniz. Mənəvi yüksəlişin ən başlıca yolu budur. 255 00:28:22,560 --> 00:28:26,200 Əlbəttə, bundan dərhal sonra vacib əməlləri həyata keçirmək gəlir; 256 00:28:26,640 --> 00:28:29,760 vacib əməllər arasında da hamısından əhəmiyyətlisi namazdır; 257 00:28:30,480 --> 00:28:33,400 vaxtın əvvəlində, hüzuri-qəlblə qılınan namaz. 258 00:28:33,640 --> 00:28:36,280 Hüzuri-qəlb odur ki, namaz qıldığın vaxt 259 00:28:36,560 --> 00:28:41,440 kiminlə həmsöhbət olduğunu, kimə üz tutduğunu biləsən, buna diqqət yetirəsən. 260 00:28:42,160 --> 00:28:44,640 Bəzən namazda insanın diqqəti yayınır, eybi yoxdur. 261 00:28:45,280 --> 00:28:47,920 Yenidən diqqətini toplayan kimi özündə həmin haləti, 262 00:28:47,920 --> 00:28:54,840 yəni kimə üz tutduğunu bilmək hissini bərpa etsin və sona qədər qorumağa çalışsın; 263 00:28:55,160 --> 00:28:58,920 hüzuri-qəlb budur. Namazı hüzuri-qəlblə, vaxtın əvvəlində, 264 00:28:59,200 --> 00:29:01,200 əlindən gəldiyi qədər camaatla qılmaq – 265 00:29:02,360 --> 00:29:06,800 əgər bu şeylərə riayət etsəniz, mənəvi yüksəlişə nail olacaqsınız, bir mələyə çevriləcəksiniz, 266 00:29:07,600 --> 00:29:10,280 mələkdən də uca olacaqsınız. Bunu bilin. 267 00:29:10,640 --> 00:29:14,600 Siz gəncsiniz, qəlbiniz təmizdir, ruhunuz safdır, 268 00:29:15,720 --> 00:29:18,240 çirkinliklərə bulaşmamısınız və ya çox az bulaşmısınız. 269 00:29:18,920 --> 00:29:22,240 Bizim yaşımıza çatanda bu baxımdan insan bir çox çətinliklərlə qarşılaşır. 270 00:29:24,160 --> 00:29:29,000 Odur ki əgər bunlara riyaət etəniz, başqa heç bir nəsihətə ehtiyacınız olmaz. 271 00:29:29,520 --> 00:29:32,280 Hansısa xüsusi zikrlərə və bu kimi şeylərə heç bir lüzum yoxdur. 272 00:29:33,400 --> 00:29:35,920 Əlbəttə, çox yaxşı olar ki, Quranla ünsiyyətdə olasınız, 273 00:29:36,160 --> 00:29:40,640 hər gün bir neçə ayə də olsa, hökmən oxuyasınız; 274 00:29:41,720 --> 00:29:44,240 bunlar çox yaxşıdır. Amma vacib əməllərə qarşı çox diqqətli olun. 275 00:29:44,360 --> 00:29:48,400 Tələbələrin də öhdəsinə düşən özünəməxsus vacib əməllər var. 276 00:29:48,920 --> 00:29:53,560 Tələbələr özəl, seçilən bir təbəqədir; 277 00:29:54,000 --> 00:29:59,840 bunu nəyə əsasən söylədiyimi mən illər boyu ramazan ayında tələbələrlə keçirdiyim bu görüşlərdə dəfələrlə qeyd etmişəm, 278 00:30:00,160 --> 00:30:05,280 artıq təkrara yol vermək istəmirəm. Tələbələrin də öhdəsində onlara vacib olan müəyyən işlər var. 279 00:30:06,240 --> 00:30:12,720 Bunlardan biri ideallara can atmaqdır. 280 00:30:13,240 --> 00:30:18,960 Bəziləri elə təbliğat aparır, belə bir fikir yaratmağa çalışırlar ki, ideallara can atmaq realistlliyin əksidir. 281 00:30:18,960 --> 00:30:25,280 Xeyr, ideallara can atmaq realistliyin yox, mühafizəkarlığın əksidir. 282 00:30:25,560 --> 00:30:32,520 Mühafizəkarlıq odur ki, nə qədər acı, nə qədər pis də olsa, 283 00:30:33,320 --> 00:30:35,960 istənilən reallığa təslim olasan və heç bir hərəkət, heç bir tərpəniş göstərməyəsən; bu, mühafizəkarlıqdır. 284 00:30:36,560 --> 00:30:43,200 İdeallara can atmaq isə reallıqlara nəzər salıb onları düzgün qavramaqdır. 285 00:30:43,400 --> 00:30:50,000 Müsbət reallıqlardan istifadə etmək, mənfi, qəbuledilməz reallıqlara qarşı isə mübarizə aparmaqdır. 286 00:30:50,480 --> 00:30:53,400 İdeallara can atmağın mənası budur. İdealları qarşıya məqsəd qoyun. 287 00:30:55,920 --> 00:30:57,360 Tələbələrin öhdəsinə düşən birinci vacib məsələ budur. 288 00:30:57,560 --> 00:31:04,280 Bəs ideallar nədən ibarətdir? Mən bu barədə bəzi qeydlər etmişəm: 289 00:31:05,240 --> 00:31:13,320 birincisi, İslam cəmiyyəti, İslam sivilizasiyası yaratmaq; 290 00:31:13,840 --> 00:31:17,160 yəni siyasi İslam məfkurəsini yenidən dirçəltmək. 291 00:31:18,560 --> 00:31:27,120 Əsrlər öncə müəyyən qruplar İslamı insanların həyatından, siyasətdən, 292 00:31:27,440 --> 00:31:32,600 cəmiyyətin idarə olunması işindən bacardıqları qədər uzaqlaşdırmağa, şəxsi məsələlərlə məhdudlaşdırmağa, 293 00:31:33,720 --> 00:31:37,840 şəxsi məsələləri də yavaş-yavaş qəbiristanlıq, 294 00:31:38,600 --> 00:31:45,440 qəbir, kəbin oxutma və s. bu kimi işlərin çərçivəsinə salmağa çalışıblar. Amma yox, İslam dini gəlib ki, 295 00:31:46,480 --> 00:31:48,320 “Allahın izni ilə ona itaət olunsun”. (Nisa surəsi, ayə 64) 296 00:31:48,320 --> 00:31:50,680 Təkcə İslam da deyil; bütün peyğəmbərlərin gətirdiyi dinlər belədir. 297 00:31:52,120 --> 00:31:58,720 İlahi dinlər cəmiyyətdə işləklik qazanmaq, həqiqətən reallaşmaq üçün gəlib. 298 00:31:59,720 --> 00:32:07,080 Bunu həyata keçirmək lazımdır. Ən mühüm ideallardan biri budur. 299 00:32:07,320 --> 00:32:14,200 Digər bir ideal isə özünəinamdır; 300 00:32:14,440 --> 00:32:20,600 yəni elə sizin çıxışlarınızda da hiss olunan “Biz bacaracağıq!” ideyasıdır. 301 00:32:21,480 --> 00:32:27,600 Bu, bir idealdır. Milli özünəinam, 302 00:32:28,560 --> 00:32:33,240 xalqın güc və bacarığına güvənc təfəkkürünü rəhbər tutmaq, 303 00:32:34,160 --> 00:32:37,200 bir ideal kimi hökmən buna can atmaq lazımdır. 304 00:32:37,360 --> 00:32:44,040 Əlbəttə ki, idealların arxasınca getməyin müəyyən tələbləri də var ki, onlara riayət olunmalıdır. 305 00:32:44,320 --> 00:32:50,440 Mənim burda qeyd etdiyim ideallardan biri də imperializmə, müstəmləkə sisteminə qarşı mübarizədir. 306 00:32:50,600 --> 00:32:58,800 İmperializm sistemi 2 tərəf: imperia və imperianın ağalığını qəbul edən tərəf arasındakı münasibətə əsaslanan bir sistemdir. 307 00:32:59,400 --> 00:33:03,560 Yəni dünya ölkələri, yaxud dünyadakı bəşər cəmiyyətləri 308 00:33:03,920 --> 00:33:08,840 imperialistlərə və onların ağalığını qəbul edənlərə bölünür. Bu gün dünyada mövcud olan vəziyyət budur: 309 00:33:10,520 --> 00:33:13,240 bir qrup imperialistlərdir, digər bir qrup isə onların ağalığına tabe olanlar. 310 00:33:13,240 --> 00:33:16,520 İrana qarşı aparılan dava da elə bunun ucbatındandır; bunu biləsiniz. 311 00:33:17,520 --> 00:33:24,040 İran İslam Respublikasına qarşı aparılan düşmənçiliyin səbəbi odur ki, bu ölkə həmin o “imperialistlər və onların ağalığına tabe olanlar sistemi”ni qəbul etməyib. 312 00:33:24,240 --> 00:33:30,200 İmperialist deyil, imperianın ağalığına tabe olanların sırasından da kənara çəkilərək öz sözünün üstündə möhkəm durub. 313 00:33:32,040 --> 00:33:36,200 Əgər İran uğur qazana bilib, inkişaf edibsə, 314 00:33:37,280 --> 00:33:41,720 elmdə, sənayedə, iqtisadiyyatda, sosial sferada, 315 00:33:41,960 --> 00:33:48,520 dünya və regionda nüfuzunu genişləndirməkdə diqqətəlayiq nailiyyətlər əldə edibsə, bu, 316 00:33:49,040 --> 00:33:55,360 başqa xalqlara onu nümayiş etdirir ki, imperianın ağalığını qəbul etmədən, öz sözünün üstündə duraraq da 317 00:33:55,840 --> 00:34:02,000 inkişafa nail olmaq mümkündür. İmperialistlər isə bunun baş verməsini istəmirlər. Dava bunun üstündədir, 318 00:34:05,120 --> 00:34:08,720 qalan sözlər bəhanədir. İdeallardan biri də ədalətpərvərlikdir; 319 00:34:09,240 --> 00:34:14,280 qardaşlarımızdan bəziləri bu barədə müəyyən fikirlər söylədi. 320 00:34:15,200 --> 00:34:18,640 Ədalətpərvərlik məsələsi son dərəcə əhəmiyyətlidir və onun müxtəlif qolları var; 321 00:34:22,040 --> 00:34:25,560 özü də bu məsələdə təkcə danışmaqla kifayətlənmək olmaz, ədalətin reallaşması üçün, doğrudan da, çalışmaq lazımdır. 322 00:34:27,280 --> 00:34:32,600 İdealların sırasına islami həyat tərzi məsələsi də, azadlıqsevərlik məsələsi də daxildir. 323 00:34:32,600 --> 00:34:40,400 Azadlıq deyəndə mən Qərbdə bu sözlə başa düşülən yanlış, azdırıcı anlayışları nəzərdə tutmuram. 324 00:34:40,880 --> 00:34:45,200 Onlar üçün azadlığın mənası yalnız budur ki, qızlar belə yaşamalıdır, oğlanlar elə yaşamalıdır. 325 00:34:47,960 --> 00:34:54,080 İslam dininin ənənələrinə, bəşər cəmiyyətindəki evlilik ənənəsinə zidd olaraq nikahın, 326 00:34:54,800 --> 00:34:58,160 evliliyin açıq-açığına əleyhinə çıxış edən insanlara Allah lənət etsin! 327 00:34:59,480 --> 00:35:04,720 Təəssüflər olsun ki, bizim bəzi mədəniyyət qurumları, ölkəmizdə yayılan bəzi nəşrlər də bunu təbliğ edir. 328 00:35:06,360 --> 00:35:07,880 Bunlara qarşı mübarizə aparmaq lazımdır. 329 00:35:10,560 --> 00:35:19,080 Azadlıqsevərlik insanın düşüncəsində, fərdi, siyasi, 330 00:35:19,240 --> 00:35:28,000 sosial davranışlarında və bütövlükdə cəmiyyətdə olmalıdır. Cəmiyyətin azadlıqsevərliyi də elə müstəqilliyə can atmasıdır. 331 00:35:29,640 --> 00:35:31,800 İdealların sırasına daxil olan mövzulardan biri də elmi inkişafdır; 332 00:35:32,000 --> 00:35:38,960 əməksevərlik, tənbəllikdən, yarım-yarımçıq iş görməkdən çəkinmək də ideallardandır. 333 00:35:40,480 --> 00:35:48,000 İslam dininin kriterilərinə uyğun universitetlərin olması da bizim ideallarımızdandır; bunlar cəmiyyətimizin can atmalı olduğu ideallardır. 334 00:35:48,160 --> 00:35:55,680 Aranızdan kimsə deyə bilər ki, biz bu idealların gerçəkləşməsində nə kimi rol oynaya bilərik? 335 00:35:55,840 --> 00:36:01,320 Axı bizim ölkəyə elə bir təsirimiz yoxdur; rəhbər vəzifələrdə çalışan bir qrup insan var, öz işlərini görürlər, 336 00:36:01,320 --> 00:36:04,320 bizim də əlimizdən gələn odur ki, burda şüarlar səsləndirək, danışaq. 337 00:36:05,480 --> 00:36:11,280 Bu, məsələni kökündən yanlış anlamaq deməkdir; əsla belə deyil. 338 00:36:12,040 --> 00:36:18,680 Tələbələr mühüm qərarların qəbul edilməsində önəmli rola malik ola bilərlər; tələbələr bu və ya digər diskursun formalaşdırılmasında aparıcı rol oynaya bilərlər. 339 00:36:20,200 --> 00:36:26,600 Siz hər hansı bir ideyanı rəhbər tutduğunuz, bu barədə danışdığınız, dönə-dönə onu təkrarladığınız 340 00:36:27,560 --> 00:36:33,480 və üzərində ciddi şəkildə durduğunuz zaman bu, cəmiyyətdə müvafiq diskursun yaranması ilə nəticələnir, 341 00:36:33,680 --> 00:36:35,480 həlledici qərarların qəbul edilməsinə səbəb olur. 342 00:36:37,080 --> 00:36:45,480 Hər hansı bir ideya cəmiyyətdə diskursa çevrildikdə ölkənin administrativ qurumlarında çalışan rəhbər işçilər 343 00:36:46,280 --> 00:36:50,160 həmin istiqamətdə tədbirlər görməyə məcbur olur. 344 00:36:51,200 --> 00:36:58,160 Buna canlı nümunə olaraq, bir müddət əvvəl ölkədə aktuallıq qazanmış elmi inkişaf hərəkatını göstərmək olar. 345 00:36:59,160 --> 00:37:03,960 O zaman ölkədə elmi inkişaf hərəkatının dirçəlişi məsələsi qaldırıldı, dönə-dönə təkararlandı və çox sevindirici haldır ki, müsbət qarşılandı, 346 00:37:04,480 --> 00:37:07,600 bir diskurs halına gəldi. Cəmiyyət bu diskursu rəhbər tutaraq fəaliyyətə keçdi. 347 00:37:08,080 --> 00:37:12,320 Artıq 10-15 ildir ki, biz elmi baxımdan irəliləməkdəyik, inkişaf edirik. 348 00:37:13,440 --> 00:37:17,400 Bütün sferalarda da belədir, tələbələr effektiv rol oynaya bilər. 349 00:37:17,840 --> 00:37:25,640 Dostlarımızdan biri danışırdı ki, mərhum şəhid Beheşti nə vaxtsa belə bir fikir işlədib: 350 00:37:26,040 --> 00:37:27,720 “Tələbələr cəmiyyətin azançılarıdır, 351 00:37:28,760 --> 00:37:33,880 onlar yatıb qalanda camaat da yatıb qalır”. Gözəl deyimdir. 352 00:37:35,240 --> 00:37:42,160 Siz cəmiyyəti ayılda, diskurs yarada bilərsiniz. 353 00:37:42,520 --> 00:37:47,480 Əsla elə düşünməyin ki, siz tələbələrin gördüyü bu işlər təsirsizdir. 354 00:37:47,680 --> 00:37:50,360 Vaxtınızı boşuna keçirməyin. 355 00:37:50,880 --> 00:37:54,600 Övladlarımızın çoxu – istər tələbə olanlar, istərsə də başqaları – 356 00:37:54,800 --> 00:37:58,800 sosial şəbəkələrdə və bu kimi başqa yerlərdə vaxtlarını hədər edirlər, 357 00:37:59,160 --> 00:38:04,080 yaxud elə o şəbəkələrdə olduğu kimi, hardasa oturub faydasız mübahisələrlə məşğul olurlar. 358 00:38:05,040 --> 00:38:08,040 Vaxtınızı hədər yerə sərf etməyin, vaxtınızdan düzgün istifadə edin, 359 00:38:08,440 --> 00:38:14,000 həm dərsinizə, həm də təşkilatdakı işlərinizə vaxt ayırın. Bunların hər ikisinə vaxt çatdırmaq lazımdır. 360 00:38:14,440 --> 00:38:19,000 Azan da verildi; mən demək istədiklərimin 361 00:38:19,920 --> 00:38:24,080 çox az hissəsini dedim, böyük bir qismi qaldı. 362 00:38:25,360 --> 00:38:27,000 İndi nə fikirləşirsiniz, necə edək?.. 363 00:39:03,240 --> 00:39:06,920 İstəyirsiniz, iftardan sonra siz hazır olun, əgər mənim də halım olsa, davam edərik. 364 00:39:07,640 --> 00:39:10,760 Əlbəttə ki, söhbət eləsəm də, qısa danışacağam.