1 00:00:00,000 --> 00:00:02,720 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,720 --> 00:00:05,120 Həmd olsun aləmlərin Rəbbi olan Allaha! 3 00:00:05,360 --> 00:00:11,280 Salam olsun ağamız və peyğəmbərimiz Əbülqasim Mühəmməd Mustafaya, 4 00:00:21,760 --> 00:00:28,640 onun ən pak-pakizə və nəcib Əhli-beytinə; xüsusilə, yer üzünün canişini olan Bəqiyyətullaha (İmam Mehdiyə)! 5 00:00:30,800 --> 00:00:38,320 Möhtərəm iştirakçılara, 6 00:00:38,800 --> 00:00:40,880 əziz bacı və qardaşlara, 7 00:00:43,200 --> 00:01:04,080 istər Ümumdünya Əhli-beyt (ə.s) Assosiasiyasından bura təşrif gətirən, 8 00:01:06,800 --> 00:01:11,040 istər İslam ölkələrinin 9 00:01:11,840 --> 00:01:18,640 radio-televiziya şuralarına bağlı olan bacı və qardaşlara, 10 00:01:20,720 --> 00:01:28,240 istərsə də burada olan möhtərəm şəhid ailələrinin üzvlərinə xoşgəldin söyləyir, 11 00:01:30,080 --> 00:01:36,160 hər biriniz üçün Allah-təaladan onun bərəkətini diləyirəm. 12 00:01:38,880 --> 00:01:43,600 Ümumdünya Əhli-beyt (ə.s) Assosiasiyası, 13 00:01:45,120 --> 00:01:57,040 eləcə də, radio-televiziya şuraları barədə bəzi nüanslara toxunmaq istərdim. 14 00:01:57,760 --> 00:02:01,760 Ümumdünya Əhli-beyt (ə.s) Assosiasiyasına gəlincə, 15 00:02:04,240 --> 00:02:12,320 onun əhəmiyyəti Əhli-beytə (ə.s) bağlı olmasındadır. 16 00:02:14,800 --> 00:02:31,520 Çünki Peyğəmbərin Əhli-beyti (ə.s) haqqında Quranda Uca Allahın elə bir qəti ifadəsi vardır ki, 17 00:02:33,440 --> 00:02:46,080 başqa az qrup barəsində bu cür ifadəyə rast gəlirik. O da bundan ibarətdir: 18 00:02:46,080 --> 00:02:53,360 “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” 19 00:03:03,440 --> 00:03:13,920 Əhli-beyti (ə.s) tanıtdıran əsas xüsusiyyət onların paklığı və Allahın onları pak etməsidir. 20 00:03:15,680 --> 00:03:19,600 Bu paklığın bir çox cəhətləri vardır. 21 00:03:22,800 --> 00:03:33,360 Əgər hər hansı qrup özünü Əhli-beytə (ə.s) bağlı bilirsə, 22 00:03:33,360 --> 00:03:38,240 bəzi lazımi tələblərə riayət etməlidir. Sözümüzün məğzi budur. 23 00:03:39,200 --> 00:03:43,040 Bəzi lazımi tələblər var ki, onlara riayət olunmalıdır. 24 00:03:47,280 --> 00:04:00,960 İmamlar (ə.s) bir neçə məqsəd uğrunda çalışıb səy göstərirdilər: 25 00:04:01,440 --> 00:04:10,400 Birincisi, haqq olan İslam maarifini, 26 00:04:10,400 --> 00:04:15,600 İslamın köklərini və özüllərini diri saxlamaq, bunları qorumaq idi. 27 00:04:17,360 --> 00:04:27,040 Zalım hökumətlərin və ümmətin tağutlarının səyi isə buna yönəlmişdi ki, 28 00:04:28,320 --> 00:04:38,400 İslam maarifini ya məhv etsinlər ya da dəyişdirsinlər, tərsinə çevirsinlər, təhrif etsinlər. 29 00:04:39,120 --> 00:04:48,240 İmamların (ə.s) fəaliyyətinin ən mühüm xətlərindən biri buna qarşı durmaq, 30 00:04:50,240 --> 00:04:55,280 İslam maarifini qorumaq və dirçəltmək idi. 31 00:04:56,720 --> 00:05:04,160 İmamların (ə.s) daha bir fəaliyyəti ilahi hökmləri icra etmək, 32 00:05:05,280 --> 00:05:08,240 ilahi hökmlərin icrasına çalışmaq idi. 33 00:05:09,680 --> 00:05:12,800 İstər əllərində hökumət olduğu zaman, 34 00:05:13,360 --> 00:05:19,600 istərsə də hakimiyyətdən və gücdən uzaqlaşdırıldıqları zaman 35 00:05:19,920 --> 00:05:30,480 öz səylərini cəmiyyətdə ilahi hökmləri reallaşdırmağa yönəldirdilər. 36 00:05:30,880 --> 00:05:43,520 İmamların (ə.s) digər fəaliyyəti Allah yolunda çalışmaqdan ibarət idi. 37 00:05:45,200 --> 00:05:49,120 Siz imamların ziyarətnaməsində oxuyursunuz: 38 00:05:49,440 --> 00:05:54,000 “Şəhadət verirəm ki, siz Allah yolunda cihadın haqqını verərək cihad etdiniz”. 39 00:05:54,400 --> 00:06:06,480 yəni Allah yolunda çalışmaqda heç nəyi əsirgəmədilər, 40 00:06:06,480 --> 00:06:17,280 bütün vücudları ilə, bütün gücləri ilə, bütün tutumları ilə Allah yolunda səy göstərdilər. 41 00:06:19,920 --> 00:06:28,240 Özlüyündə müstəqil bir mövzu olan bu mücahidənin mühüm bir bölümü 42 00:06:28,240 --> 00:06:34,320 zülmlə və zalımla mübarizə idi. 43 00:06:34,800 --> 00:06:46,560 İmamların (ə.s) həyatı başdan-başa zalımlarla və zülmlə mübarizədən ibarət idi. 44 00:06:46,960 --> 00:06:55,360 Bütün bu təzyiqlərin, zəhərlənmələrin, şəhadətə çatdırılmaların və sairənin səbəbi də o idi. 45 00:06:55,360 --> 00:07:01,040 Çünki zülmə və zalıma qarşı mübarizə aparırdılar. İmamların həyatı bu cürdür. 46 00:07:02,240 --> 00:07:13,120 Biz Əhli-beytin ardıcılı olmaq istəyiriksə, bu məsələlərə riayət etməliyik. 47 00:07:13,600 --> 00:07:17,840 Gərək İslam maarifini yayaq, 48 00:07:20,400 --> 00:07:26,000 ilahi hökmlərin icrasını özümüzə məqsəd bilək. 49 00:07:26,560 --> 00:07:31,360 Allah yolunda bütün vücudumuzla mübarizə aparmalıyıq, 50 00:07:33,200 --> 00:07:39,920 zülmlə döyüşməliyik, zalımla döyüşməli, vuruşmalıyıq. 51 00:07:41,280 --> 00:07:49,040 Bu, bizim vəzifəmizdir. Cihad etmək yalnız döyüş deyil. 52 00:07:49,920 --> 00:07:55,120 Cihad mədəni mübarizədən tutmuş 53 00:07:55,840 --> 00:08:00,160 siyasi və iqtisadi mübarizəyə kimi 54 00:08:00,560 --> 00:08:07,440 müxtəlif mübarizə növlərindən ibarətdir. Bütün bunlar cihad anlayışına daxildir. 55 00:08:07,680 --> 00:08:11,200 Ağlımız yalnız döyüşə getməsin. 56 00:08:12,080 --> 00:08:18,720 Nə zamansa, haradasa döyüş olması da mümkündür, amma cihad bütünlükdə bu deyil. 57 00:08:20,240 --> 00:08:31,440 Fikrimizcə, bu gün biz müsəlmanların, 58 00:08:31,600 --> 00:08:36,160 biz Əhli-beyt ardıcıllarının qarşısında vəzifə kimi duran 59 00:08:36,160 --> 00:08:43,200 cihadın mənası İslam ölkələrində imperializmin qurduğu planlarla mübarizədən ibarətdir. 60 00:08:43,680 --> 00:08:51,600 Bu gün ən böyük cihad budur. İmperializmin planları ilə mübarizə aparmaq lazımdır. 61 00:08:51,600 --> 00:08:58,960 Əvvəlcə bu planları tanımaq, düşmənim dəsti-xəttini oxuya bilmək, 62 00:08:58,960 --> 00:09:01,440 onun nə etmək istədiyini bilmək lazımdır. 63 00:09:02,080 --> 00:09:08,960 Sonra əyləşib proqram hazırlamalı, düşmənin məqsədləri ilə mübarizə aparmalıyıq. 64 00:09:10,480 --> 00:09:15,760 Bu, yalnız müdafiə və barışqanlıq deyil, 65 00:09:15,760 --> 00:09:21,280 mübarizə müdafiədən və hücumdan ibarətdir. 66 00:09:21,680 --> 00:09:26,720 İnsanın bəzən müdafiə mövqeyində, 67 00:09:27,920 --> 00:09:31,680 bəzən də hücum mövqeyində durması lazımdır. 68 00:09:32,160 --> 00:09:40,480 Hər iki halda hədəf bütün islami bölgələrdə, 69 00:09:41,200 --> 00:09:44,160 xüsusilə, Asiyanın qərbi olan bu bölgədə 70 00:09:47,040 --> 00:09:55,040 əsas və köklü düşmən olan imperializmin planları ilə mübarizədən ibarətdir. 71 00:09:55,680 --> 00:10:00,960 Avropalılar israrla çalışırlar ki, bu bölgənin adını Orta Şərq qoysunlar, 72 00:10:02,240 --> 00:10:08,000 yəni şərqi, günçıxanı Avropanın gözü ilə ölçürlər. 73 00:10:08,480 --> 00:10:14,160 Bir tərəf Uzaq Şərqdir, başqa tərəf Orta Şərqdir, bir başqa tərəf də Yaxın Şərqdir. 74 00:10:14,640 --> 00:10:23,440 Avropalıların təkəbbürünə bir baxın! Əvvəldən bura Orta Şərq oldu. 75 00:10:24,160 --> 00:10:27,360 “Orta Şərq” sözü səhvdir. Bura Asiyanın qərbidir. 76 00:10:27,360 --> 00:10:33,120 Asiya böyük bir qitədir, biz Asiyanın qərbində yerləşirik. 77 00:10:35,440 --> 00:10:38,160 Bu bölgə çox həssas bölgədir. 78 00:10:38,640 --> 00:10:44,080 Strateji cəhətdən, 79 00:10:44,960 --> 00:10:49,600 hərbi cəhətdən, yeraltı sərvətlər baxımından, 80 00:10:50,080 --> 00:10:56,800 üç qitə – Asiya, Avropa və Afrika arasında rabitə sarıdan mühüm bölgədir. 81 00:10:57,200 --> 00:11:02,400 mühüm regiondur. Onların bu bölgə barədə planları var. 82 00:11:02,400 --> 00:11:07,680 Gərək bu planların nədən ibarət olduğunu görək, buna qarşı duraq. Bu olar cihad. 83 00:11:08,160 --> 00:11:17,530 Quran bizə buyurur: “Allah yolunda layiqincə cihad edin”. Bu gün Allah yolunda cihad budur. 84 00:11:20,330 --> 00:11:27,260 İslam dünyasının, xüsusilə də, bu bölgənin əleyhinə qurulan məkrli planlar yeni məsələ deyil. 85 00:11:29,060 --> 00:11:37,260 Ötən illərdən – yüz il əvvəldən, Birinci Dünya müharibəsindən bu yana – 86 00:11:38,600 --> 00:11:47,260 bu bölgə imperialist qüvvələrin çoxsaylı basqılarına məruz qalıb. 87 00:11:47,400 --> 00:11:54,930 Bir zamanlar İngiltərə, indi Amerika, bir müddət Fransa... 88 00:11:55,200 --> 00:12:01,350 İmperialist qüvvələr yüz il və ya daha artıq müddətdir ki, bu yerlərdə fəaliyyətdədirlər. 89 00:12:01,350 --> 00:12:09,150 Amma bu basqılar, proqramlar, məkrli planlar 90 00:12:10,150 --> 00:12:16,900 İranda İslam İnqilabının qələbəsindən bəri şiddətlənib. 91 00:12:19,600 --> 00:12:28,250 Çünki İran kimi mühüm, iri və həssas bir ölkədə 92 00:12:28,250 --> 00:12:35,250 İslamın qələbə çalması imperializm üçün sarsıdıcı hadisə idi. 93 00:12:36,500 --> 00:12:42,050 Hadisənin əvvəlindən başlayaraq dünya gücləri bir müddət baş verənləri təhlil etdi. 94 00:12:42,550 --> 00:12:48,900 Biz hadisələri izləyərək görürdük ki, onlar əvvəlcə sarsılmışdılar. 95 00:12:50,150 --> 00:12:54,100 Sonra özlərinə gəldilər və basqılara başladılar. 96 00:12:54,100 --> 00:12:59,150 Basqının mərkəzi də İran İslam Respublikası idi. 97 00:12:59,950 --> 00:13:11,250 İlk növbədə çalışırdılar ki, bu təcrübə başqa ölkələrdə təkrar olmasın. Bu məqsədi izləyirdilər. 98 00:13:12,200 --> 00:13:16,050 Bu qərara gəldilər ki, İrana təzyiqləri artırsınlar. 99 00:13:16,050 --> 00:13:22,600 Biz 35 ildir ki, düşmənin basqılarına adət etmişik. 100 00:13:22,600 --> 00:13:25,500 İran xalqı təzyiqlərə – 101 00:13:26,350 --> 00:13:33,800 təhdidlərə, baykota, təhlükəsizlik basqısına, müxtəlif siyasi hiylələrə adət edib. 102 00:13:34,000 --> 00:13:40,300 Biz 35 ildir ki, təzyiqin fərqli növləri ilə üz-üzəyik. 103 00:13:40,300 --> 00:13:46,600 İranda İslam İnqilabının qələbəsindən bəri belədir. 104 00:13:47,200 --> 00:14:01,800 Lakin 4-5 il bundan əvvəl Şimali Afrikada, Misirdə, Tunisdə və bəzi başqa yerlərdə 105 00:14:01,800 --> 00:14:12,250 başlamış islami oyanış hərəkatından sonra düşmənlərin reaksiyası daha da şiddətləndi. 106 00:14:13,050 --> 00:14:19,350 Yəni sözün həqiqi mənasında düşmən başını itirdi, əl-ayağa düşdü, 107 00:14:20,800 --> 00:14:25,650 çox işlər gördülər, indi də davam etməkdədirlər. 108 00:14:26,150 --> 00:14:32,250 Əlbəttə, onlar elə təsəvvür edirlər ki, İslami oyanış hərəkatını yatırdılar, 109 00:14:32,550 --> 00:14:39,100 amma mənim fikrim budur ki, islami oyanış hərəkatı yatırılası deyil. 110 00:14:41,350 --> 00:14:46,950 Doğrudur, bəzi işlər gördülər, amma bu hərəkat mövcuddur. 111 00:14:46,950 --> 00:14:53,150 Bir az tez, ya bir az gec, hər şey öz yerini tapacaq. 112 00:14:53,500 --> 00:15:00,550 Hər halda, onlar son bir neçə ildə öz səylərini artırdılar, 113 00:15:00,550 --> 00:15:11,450 çox iş gördülər, müvazinət meydanına yeni amillər daxil etdilər. 114 00:15:12,600 --> 00:15:20,850 Əvvəlcə bunu deyim: Biz düşmən deyərkən 115 00:15:21,450 --> 00:15:26,300 xəyali və uydurma bir varlıq nəzərdə tutmuruq. 116 00:15:27,100 --> 00:15:35,550 Düşmən deyərkən məqsədimiz imperializm sistemidir, 117 00:15:37,350 --> 00:15:50,150 imperialist qüvvələrdir, başqalarını istila etmək, 118 00:15:52,000 --> 00:16:00,000 başqalarının işinə qarışmaq, başqalarının maliyyə və canlı ehtiyatlarını ələ keçirmək üzərində öz varlığını quran qüvvələrdir. Bunlar imperialistlərdir, 119 00:16:00,850 --> 00:16:06,500 başqa sözlə desək, hegemonluq sisteminin liderləridir. 120 00:16:07,600 --> 00:16:16,300 Siyasi ədəbiyyatımızda belə bir termin var: hegemonluq sistemi. 121 00:16:16,750 --> 00:16:26,500 Yəni dünya hegemon və hegemonluğu qəbul edən tərəflərə bölünüb. Bu, hegemonluq sistemidir. 122 00:16:27,750 --> 00:16:33,300 Hegemonluq sisteminin liderləri düşmənlərdir. 123 00:16:34,050 --> 00:16:41,100 Əgər bunu başqa məna ilə konkret ifadə etmək istəsək, bu, Amerika Birləşmiş Ştatları rejimidir. 124 00:16:41,100 --> 00:16:46,350 Hegemonluq sisteminin bariz nümunəsi Amerika Birləşmiş Ştatları rejimidir. 125 00:16:46,650 --> 00:16:48,550 Başqaları da var, 126 00:16:49,650 --> 00:16:57,600 amma ən əyani, ən bariz və ən aydın nümunə - humanist əxlaq normalarından 127 00:16:57,800 --> 00:17:03,200 heç bir nəsibi olmayan ABŞ-ı rejimidir. 128 00:17:04,100 --> 00:17:10,250 Heç bir cinayəti törətməkdən çəkinmirlər. 129 00:17:11,050 --> 00:17:17,900 Bu cinayəti, bu basqını və sərtliyi də çox rahatlıqla 130 00:17:18,200 --> 00:17:29,100 təbəssümün, etiketli və gözəl sözlərin pərdəsi altında gizlədirlər. 131 00:17:29,250 --> 00:17:34,150 Düşmənin xüsusiyyəti budur. Beləliklə, dediyimiz düşmən də elə budur. 132 00:17:36,400 --> 00:17:44,550 Bu bölgədə düşmənin planları iki əsas dayaq üzərində durur. 133 00:17:44,650 --> 00:17:48,500 Əlbəttə, başqa dayaq nöqtələri də var, amma ən əsası bu ikisidir. 134 00:17:48,800 --> 00:17:54,700 Bunların biri qarşıdurma yaratmaq, ikincisi isə nüfuzdur. 135 00:17:57,100 --> 00:18:01,850 Bölgədə düşmənin əsas planı budur: qarşıdurma yaratmaq, 136 00:18:02,500 --> 00:18:11,000 dövlətlər arasında, sonra da xalqlar arasında qarşıdurma yaratmaq. 137 00:18:11,900 --> 00:18:16,800 Dövlətlərin qarşıdurmasından daha təhlükəlisi xalqların qarşıdurmasıdır. 138 00:18:17,700 --> 00:18:26,000 Müxtəlif adlar altında xalqların qəlbində bir-birinə qarşı kin yaradır, aradakı gərginliyi artırırlar. 139 00:18:26,850 --> 00:18:38,900 Bir vaxtlar paniranizm, panərəbizm, pantürkizm söhbətini, 140 00:18:40,450 --> 00:18:47,300 bir vaxtlar da sünni-şiə, təkfirçilik və bu kimi başqa söhbətləri ortaya atdılar. 141 00:18:48,300 --> 00:18:52,100 Bacardıqları hər yolla qarşıdurma yaratdılar. 142 00:18:52,100 --> 00:18:58,600 Bu, onların var gücləri ilə həyata keçirdikləri fəaliyyətin bir hissəsidir. 143 00:19:00,150 --> 00:19:04,550 Əlbəttə, bu sahədə ingilislər peşəkar idilər. 144 00:19:05,150 --> 00:19:09,950 Onlar dini qarşıdurma yaratmaqda ustadırlar. 145 00:19:10,800 --> 00:19:17,550 Amerikalılar da bunu onlardan öyrənmişlər və bu gün bütün varlıqları ilə həmin işi görürlər. 146 00:19:17,850 --> 00:19:25,650 Gördüyünüz bütün təkfirçi qruplaşmalar onların yetirməsidir. 147 00:19:26,250 --> 00:19:31,700 Əlbəttə, biz bunu bir neçə il əvvəl demişik. Bəziləri tərəddüd edirdilər, 148 00:19:31,700 --> 00:19:34,550 amma bu gün amerikalıların özləri etiraf edirlər. 149 00:19:35,050 --> 00:19:38,150 Etiraf edirlər ki, İŞİD-i onlar yaradıblar, 150 00:19:38,150 --> 00:19:44,800 Cəbhətün-nüsrəni onlar yaradıblar, təkfirçiləri onlar yaradıblar. 151 00:19:45,200 --> 00:20:01,950 Bunları özləri yaradıblar. Bir dəstə sadəlövh, həm də səmimi müsəlman onların yalanına inanıb. Mühüm olan budur. 152 00:20:02,050 --> 00:20:09,150 Bizim üçün çox ibrət alınası və diqqət yetiriləsi məsələ budur ki, 153 00:20:09,300 --> 00:20:18,450 bəzən səmimi niyyətli bir insan uzaqgörməməzliyi üzündən 154 00:20:18,850 --> 00:20:23,200 düşmənin planına uyğun hərəkət edir. Bu cür hadisələr olur. 155 00:20:25,350 --> 00:20:28,400 Bunun aydın bir misalı Suriyadır. 156 00:20:29,800 --> 00:20:40,500 Tunisdə, Misirdə tağut hökumətlər islami şüarlar altında devriləndə 157 00:20:41,600 --> 00:20:51,850 Amerika və İsrailin dövlət adamları dərhal 158 00:20:52,300 --> 00:21:00,350 bu düsturdan müqavimətçi dövlət və ölkələri məhv etmək üçün istifadə etməyə qərar verdilər. 159 00:21:00,350 --> 00:21:09,400 Suriyaya üz tutdular. Bir dəstə sadəlövh və məlumatsız müsəlman 160 00:21:10,500 --> 00:21:16,150 bu plana qoşuldu. Suriyanı gördüyünüz vəziyyətə gətirdilər. 161 00:21:16,950 --> 00:21:23,450 Dörd-beş ilin içində ölkədə elə bir qarışıqlıq yaratdılar ki, 162 00:21:23,700 --> 00:21:29,650 nə vaxt sona çatacağı məlum deyil. Bu, düşmənin işi idi. 163 00:21:29,650 --> 00:21:41,800 Sadəlövh müsəlman da düşmənin planında qərar tutdu və düşmənin sıralarını doldurdu. 164 00:21:42,050 --> 00:21:45,250 Bir çox hallarda bu cür vəziyyət yarandı. 165 00:21:47,200 --> 00:21:50,050 Təkfirçi qruplaşmaları, 166 00:21:50,200 --> 00:21:58,050 müqəddəs dəyərlərə hörmətsizlik edən, qaniçən silahlı dəstələri onlar yaratdılar 167 00:21:58,550 --> 00:22:07,150 və İslam ümmətinin canına saldılar. Bu işi məzhəb davası adı altında təqdim edirlər. 168 00:22:07,150 --> 00:22:13,500 Diqqətinizə çatdırıram ki, bu gün 169 00:22:13,650 --> 00:22:23,600 İraqda, Suriyada və sair yerlərdə gördüyünüz, məzhəb davası adı verməyə çalışdıqları qarşıdurmalar 170 00:22:23,600 --> 00:22:27,550 qətiyyən məzhəb davası deyil, siyasi davadır. 171 00:22:30,050 --> 00:22:34,850 Yəməndəki müharibə siyasi müharibədir, məzhəb müharibəsi deyil. 172 00:22:35,050 --> 00:22:39,800 Yalandan deyirlər ki, bu, şiə-sünni mübahisəsidir, halbuki, belə deyil. 173 00:22:40,250 --> 00:22:46,450 Yəməndə Səudiyyənin bombaları altında qalan, öz uşaqlarını, qadınlarını, südəmər körpələrini, 174 00:22:46,450 --> 00:22:52,450 xəstəxana və məktəblərini itirənlərin bəziləri şafiidirlər, bəziləri də zeydidirlər. 175 00:22:53,000 --> 00:22:58,700 Bu, şiə-sünni mübahisəsi deyil, siyasi davadır, siyasətlərin müharibəsidir. 176 00:23:01,200 --> 00:23:06,450 Bu gün onlar bölgədə belə bir vəziyyət əmələ gətiriblər, 177 00:23:06,800 --> 00:23:14,250 qarşıdurma yaradıblar. Çalışmaq lazımdır ki, bu qarşıdurmalar aradan qalxsın. 178 00:23:14,250 --> 00:23:21,200 Biz qəti və açıq formada hamıya demişik: 179 00:23:21,350 --> 00:23:30,500 Biz bölgənin bütün müsəlman dövlətlərinə sarı dostluq əlimizi uzadırıq. 180 00:23:33,350 --> 00:23:36,300 Bizim müsəlman dövlətləri ilə heç bir problemimiz yoxdur. 181 00:23:36,300 --> 00:23:43,050 Bir çox qonşularımızla, yəni əksər qonşularımızla əlaqələrimiz dostluq və qardaşlıq səviyyəsindədir. 182 00:23:44,200 --> 00:23:47,700 İran İslam Respublikasını şimaldan və cənubdan, 183 00:23:48,350 --> 00:23:52,700 qərbdən və şərqdən əhatə edən ölkələrin bizimlə yaxşı münasibətləri vardır. 184 00:23:52,700 --> 00:24:02,700 Əlbəttə, bəziləri də bizimlə yaxından-uzaqdan fikir ayrılığına malikdirlər, inadkarlıq edirlər, alçaqlıq edirlər. 185 00:24:03,000 --> 00:24:13,950 Bəli, belə hallar var. Amma biz qonşularımızla, 186 00:24:14,850 --> 00:24:24,800 qonşu dövlətlər və xüsusilə də, millətlərlə yaxşı əlaqələr saxlamaq fikrindəyik. Ölkəmizin xalqlarla əlaqəsi yaxşı səviyyədədir. 187 00:24:25,050 --> 00:24:30,350 Bizim əqidəmizin əsasını prinsiplərə və təməllərə bağlılıq təşkil edir. 188 00:24:30,700 --> 00:24:34,550 Biz deyirik ki, prinsiplər qorunmalıdır. 189 00:24:35,750 --> 00:24:44,200 Dahi imamımız məhz prinsiplərə bağlılığın bərəkətindən İnqilabı qələbəyə doğru apara 190 00:24:45,000 --> 00:24:51,450 və qoruya bildi, İslam Respublikasını möhkəmləndirdi. O, prinsiplərə bağlı idi. 191 00:24:52,850 --> 00:24:59,250 Prinsiplərdən biri budur: “(Möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. 192 00:25:00,300 --> 00:25:06,500 Biz düşmənlərlə, imperializmlə yola getmirik, 193 00:25:08,700 --> 00:25:16,000 amma müsəlman qardaşlara qarşı düşmənçilik və ədavət yaratmırıq, 194 00:25:16,250 --> 00:25:19,050 məhəbbət, dostluq və qardaşlıq əlaqələri qurmağa çalışırıq. 195 00:25:20,050 --> 00:25:27,400 İnanırıq ki, kafirlərə qarşı sərt, biri-birinə mərhəmətli olmaq lazımdır. Bu, bizim dahi İmamımızın verdiyi dərsdir, 196 00:25:28,450 --> 00:25:32,250 İslam Respublikasının mübahisəsiz izlədiyi xətdir. 197 00:25:35,050 --> 00:25:43,800 Biz məzlumu himayə edərkən qarşı tərəfin məzhəbinə baxmırıq və baxmamışıq. 198 00:25:44,350 --> 00:25:46,550 Dahi İmamın xətti bu idi. 199 00:25:46,900 --> 00:25:56,050 İmam Livandakı şiə müqavimətinə bəslədiyi münasibəti 200 00:25:56,250 --> 00:26:02,200 heç bir fərqə yol vermədən Fələstindəki sünni müqavimətinə də bəsləyirdi. 201 00:26:05,100 --> 00:26:11,150 Biz Livandakı qardaşlarımıza göstərdiyimiz himayəni 202 00:26:11,300 --> 00:26:16,400 heç bir fərqə yol vermədən Qəzzədəki qardaşlarımıza da göstərmişik. 203 00:26:16,950 --> 00:26:27,500 Onlar sünni idilər, bunlar şiədirlər. Bizim üçün əsas məsələ İslamın mahiyyətini qorumaqdır, 204 00:26:28,800 --> 00:26:32,950 məzlumu himayə etməkdir, Fələstin problemidir. 205 00:26:32,950 --> 00:26:37,550 Bu gün müsəlman bölgələrindəki problemlərin başında Fələstin məsələsi durur. 206 00:26:37,850 --> 00:26:39,800 Bu, bizim üçün əsas məsələdir. 207 00:26:40,350 --> 00:26:42,550 Düşmənçiliyimizdə də fərq yoxdur. 208 00:26:42,550 --> 00:26:50,550 Dahi İmam zahirən şiə olan Məhəmməd Rza Pəhləvi ilə mübarizə apardı. 209 00:26:51,350 --> 00:26:55,700 Eləcə də, zahirən sünni olan Səddam Hüseynlə mübarizə apardı. 210 00:26:55,700 --> 00:26:58,350 Əlbəttə, nə o, şiə idi nə də bu, sünni idi. 211 00:26:59,550 --> 00:27:04,550 Hər ikisi İslama yabançı idi. Amma zahirdə bu, sünni idi, o isə şiə. 212 00:27:04,800 --> 00:27:08,800 İmam onların hər ikisi ilə eyni cür mübarizə apardı. 213 00:27:09,950 --> 00:27:16,800 Bu, sünni-şiə, məzhəb məsələsi və bu kimi məsələlər deyil, 214 00:27:16,800 --> 00:27:19,200 İslam prinsipləri məsələsidir. 215 00:27:20,100 --> 00:27:26,550 “Zalımın düşməni, məzlumun köməyi olun”. 216 00:27:28,200 --> 00:27:32,700 Bu, İslamın göstərişidir. Bu, bizim yolumuz, bizim xəttimizdir. 217 00:27:33,200 --> 00:27:38,300 İslam dünyasındakı qarşıdurmaları şiddətləndirmək qadağandır. 218 00:27:38,700 --> 00:27:47,300 Biz bəzi şiə qrupların sərgilədiyi, 219 00:27:47,400 --> 00:27:50,900 qarşıdurma yaradan davranışlara qarşıyıq. 220 00:27:52,300 --> 00:27:58,700 Biz qəti şəkildə söyləmişik ki, əhli-sünnətin müqəddəs dəyərlərini təhqir etməyin əleyhinəyik. 221 00:27:59,150 --> 00:28:02,750 Həm bu tərəfdən, həm də o tərəfdən bir dəstə 222 00:28:03,150 --> 00:28:09,950 düşmənçilik alovunu körükləyir. 223 00:28:10,800 --> 00:28:15,200 Bir çoxunun da niyyəti gözəldir, amma uzaqgörən deyillər. 224 00:28:16,100 --> 00:28:20,600 Uzaqgörən olmaq lazımdır. Gərək baxasan ki, düşmənin planı nədir? 225 00:28:20,750 --> 00:28:25,250 Qarşıdurmanın yaranmasında birinci dərəcəli amil düşmənin planıdır. 226 00:28:25,450 --> 00:28:27,800 Düşmənin ikinci planı nüfuzdur. 227 00:28:28,800 --> 00:28:34,200 İslam ölkələrində və bu bölgənin ölkələrində 228 00:28:34,850 --> 00:28:41,750 elə bir nüfuz yaratmaq istəyirlər ki, oniliiklər boyunca davam etsin. 229 00:28:42,250 --> 00:28:50,800 Bu gün bölgədə Amerikanın keçmişdəki hörməti qalmayıb. Bunu bərpa etmək istəyirlər. 230 00:28:52,900 --> 00:28:58,100 Ölkəmizdə məqsədləri, İranda niyyətləri də eynidir. 231 00:28:58,850 --> 00:29:05,300 Nüvə danışıqları prosesində onların niyyəti bu idi ki - 232 00:29:05,750 --> 00:29:13,550 əldə edilmiş razılğın nə buradakı, nə də Amerikadakı taleyi məlumdur; 233 00:29:14,700 --> 00:29:20,050 nə burada, nə də orada qəbul ya rədd olunacağı bilinir - 234 00:29:21,250 --> 00:29:25,750 müzakirə və razılaşmalardan ölkənin içində nüfuz qazanmaq üçün 235 00:29:26,900 --> 00:29:31,850 vasitə kimi istifadə etsinlər. Biz bu yolu bağladıq 236 00:29:32,150 --> 00:29:34,700 və qəti şəkildə də bağlayacağıq. 237 00:29:58,350 --> 00:30:03,400 Ölkəmizdə amerikalıların nə iqtisadi, nə siyasi nüfuz əldə etməsinə 238 00:30:04,350 --> 00:30:12,700 nə siyasi cəhətdən varlığına, nə də mədəni nüfuz qazanmasına imkan verməyəcəyik. 239 00:30:12,950 --> 00:30:19,300 Bütün gücümüzlə - Allaha həmd olsun ki, bu gün gücümüz çoxdur – 240 00:30:19,750 --> 00:30:22,850 buna qarşı duracağıq, buna icazə verməyəcəyik. 241 00:30:23,400 --> 00:30:30,100 Eləcə də, bölgədə nüfuz qazanmaq, 242 00:30:31,350 --> 00:30:40,700 burada öz iştiraklarını təmin etmək, bölgədə öz məqsədlərini izləmək istəyirlər. 243 00:30:40,900 --> 00:30:46,850 Biz bu vəziyyətin yaranmasına Allahın yardımı və qüvvəsi ilə var gücümüzlə imkan verməyəcəyik. 244 00:30:47,650 --> 00:30:52,000 Bizim bölgədəki siyasətimiz Amerikanın yürütdüyü siyasətin tam qarşısında qərar tutub. 245 00:30:53,100 --> 00:31:00,250 Bölgədəki ölkələrin ərazi bütövlüyü bizim üçün çox mühümdür. 246 00:31:00,250 --> 00:31:11,600 İraqın ərazi bütövlüyü, Suriyanın ərazi bütövlüyü bizim üçün xeyli əhəmiyyət daşıyır. Onlar isə bu ölkələrin parçalanmasını istəyirlər. 247 00:31:12,650 --> 00:31:17,450 Mən əvvəldən demişəm ki, amerikalılar İraqın bölünməsinin tərəfdarıdırlar. 248 00:31:17,700 --> 00:31:21,900 Bəziləri bu sözə təəccüblənmişdilər. Son zamanlar amerikalılar özləri təsdiq etdilər ki, 249 00:31:22,800 --> 00:31:27,700 İraqın bölünməsinə tərəfdardırlar. İraqı bölmək istəyirlər. 250 00:31:28,250 --> 00:31:31,150 Əgər bacarsalar, Suriyanı da bölmək istəyərlər. 251 00:31:33,350 --> 00:31:37,650 Onların əmrinə tabe olan xırda-xırda ölkələr yaratmaq istəyirlər. 252 00:31:38,150 --> 00:31:41,550 Allahın yardımı və qüvvəsi ilə bu iş baş tutmayacaq. 253 00:32:06,000 --> 00:32:09,350 Biz bölgədəki müqaviməti müdafiə edirik. 254 00:32:10,200 --> 00:32:21,850 Bu illər boyunca İslam ümmətinin tarixinin ən parlaq səhifələrindən 255 00:32:21,850 --> 00:32:27,200 olan Fələstin müqavimətini müdafiə edirik. 256 00:32:27,800 --> 00:32:39,100 Kim İsraillə mübarizə aparıb sionist rejimə zərbə vurursa və müqaviməti qəbul edirsə, 257 00:32:39,400 --> 00:32:43,550 biz onu himayə edirik. Sionist rejimə qarşı duran hər kəsi 258 00:32:44,450 --> 00:32:47,150 mümkün olan hər üsulla himayə edəcəyik. 259 00:32:47,350 --> 00:32:51,850 Sionist rejimə qarşı müqavimət göstərən hər bir kəsi müdafiə edəcəyik. 260 00:32:52,800 --> 00:32:55,050 Biz müqaviməti himayə edirik, 261 00:32:56,000 --> 00:33:01,550 ölkələrin ərazi bütövlüyünü himayə edirik. 262 00:33:02,900 --> 00:33:12,450 Amerikanın təfriqəçi siyasətinə qarşı dayanıqlıq göstərən 263 00:33:13,150 --> 00:33:16,150 hər kəsi himayə edirik. 264 00:33:16,850 --> 00:33:23,900 Bu təfriqələri yaradan hər kəsə qarşıyıq. 265 00:33:24,150 --> 00:33:32,800 Biz təbliğat mərkəzi və bazası London olan şiəliyi qəbul etmirik. 266 00:33:57,750 --> 00:34:04,400 Bu, imamların (ə.s) yaydıqları və istədikləri şiəlik deyil. 267 00:34:05,150 --> 00:34:08,250 Qarşıdurma yaratmaq, 268 00:34:08,950 --> 00:34:17,400 intriqa qurmaq, İslam düşmənlərinin gəlişi üçün hazırlıq görmək üzərində qurulmuş şiəlik 269 00:34:17,750 --> 00:34:21,750 şiəlik deyil; bu, azğınlıqdır. 270 00:34:22,600 --> 00:34:30,000 Şiəlik saf İslamın tam təzahürüdür, Quranın təzahürüdür. 271 00:34:30,500 --> 00:34:35,350 Biz (islami)birliyə yardım göstərən şəxsləri himayə edirik, 272 00:34:35,600 --> 00:34:42,650 birliyin əleyhinə fəaliyyət göstərən şəxslərə qarşıyıq, bütün məzlumları isə müdafiə edirik. 273 00:34:42,900 --> 00:34:50,700 Biz “Siz Bəhreyn və sair bu kimi hadisələrə müdaxilə etdiniz” sözləri ilə meydandan çıxmayacağıq. 274 00:34:50,900 --> 00:34:54,400 Biz heç ora müdaxilə də etməmişik, yalnız onları himayə edirik. 275 00:34:54,850 --> 00:35:02,150 Biz Bəhreynin, Yəmənin məzlum xalqından ötrü kədərlənirik, 276 00:35:02,450 --> 00:35:06,350 onlar üçün dua edirik, bacardığımız yardımı onlara göstəririk. 277 00:35:07,850 --> 00:35:12,900 Bu gün Yəmən camaatı, Yəmən xalqı, həqiqətən, məzlumdur. 278 00:35:13,100 --> 00:35:22,950 Öz imperialist və siyasi maraqları xatirinə, həm də axmaqcasına bir ölkəni dağıdırlar. 279 00:35:23,650 --> 00:35:29,050 Siyasi maraqları başqa yolla da izləyə bilərlər. 280 00:35:29,350 --> 00:35:33,600 Bunlar isə öz siyasi maraqlarının arxasınca ağılsızcasına düşüblər. 281 00:35:34,250 --> 00:35:41,600 Yəmən hadisələri, eləcə də, İslam dünyasında baş verən bir çox hadisələr bizi kədərləndirir. 282 00:35:41,800 --> 00:35:47,850 Pakistan, Əfqanıstan və bu kimi sair yerlərdə də kədərli olaylar baş verir. 283 00:35:48,950 --> 00:35:54,550 bunlara ayıqlıqla və uzaqgörənliklə çarə etməlidir. 284 00:35:55,500 --> 00:36:03,700 İndi də radio-televiziya şurası haqqında fikrimi söyləyim. Bu şura çox mühümdür. 285 00:36:06,200 --> 00:36:13,100 Sizin başladığınız iş, yəni bu şuranın yaradılması çox mühüm işdir. 286 00:36:14,150 --> 00:36:19,000 Baxın, bu gün müsəlman ölkələrində 287 00:36:20,100 --> 00:36:28,500 əhalinin heç olmazsa, yetmiş ya səksən faizi dini köklərə və İslam inancına bağlıdır. 288 00:36:28,750 --> 00:36:36,050 İslam ölkələrinə baxın, insanlar öz dini inanclarına bağlıdırlar, öz dinlərini qəbul edirlər. 289 00:36:37,550 --> 00:36:43,050 Bəs, İslam ölkələrində xalqın istəyinin nümayəndəsi kimi 290 00:36:43,200 --> 00:36:50,000 çıxış etməli olan bu radio və televiziyalar dinə bağlılıqlarını nə qədər göstərirlər? 291 00:36:53,000 --> 00:36:56,200 Aradakı bu fasilə, bu uçurum çox təəccüblüdür. 292 00:36:57,700 --> 00:37:03,150 Xalqın yetmiş faizi, səksən faizi dinə meyillidir, 293 00:37:04,550 --> 00:37:13,900 amma eyni zamanda həmin ölkələrdəki radio və televiziyalar dini istiqamətdə fəaliyyət göstərmir, 294 00:37:15,200 --> 00:37:20,000 xalqın istəyini əks etdirmir. Bu, çox təəccüblü haldır. 295 00:37:21,150 --> 00:37:32,050 Onların əks etdirdikləri də imperializmə məxsus kütləvi informasiya vasitələri adlı təhlükəli imperiyanın istəkləridir. 296 00:37:33,100 --> 00:37:39,450 Bu gün imperializm kütləvi informasiya vasitələri adlı nəhəng bir imperiya yaradıb. 297 00:37:39,900 --> 00:37:47,200 Xəbərləri öz istəyinə uyğun olaraq təhrif edir, gizlədir, yalanlar yayır, 298 00:37:47,550 --> 00:37:52,200 öz siyasətlərini bu yolla təlqin edirlər. Həm də bu zaman deyirlər ki, biz bitərəfik. 299 00:37:53,200 --> 00:37:59,650 İngiltərə radiosu iddia edir ki, biz bitərəfik. Yalan deyirlər! Nə bitərəflik?! 300 00:38:00,750 --> 00:38:08,750 Bunlar düppədüz imperializm və müstəmləkə siyasətinin daxilində hərəkət edirlər. 301 00:38:08,950 --> 00:38:14,150 İstər Amerika siyasəti, istərsə İngiltərə siyasəti, 302 00:38:15,600 --> 00:38:22,550 istər audio daşıyıcıları, istərsə çap məhsulları, istər mətbuat, 303 00:38:24,100 --> 00:38:31,400 istərsə də bu gün yaradılmış qəribə rabitə vasitələri – hamısı onların siyasətinə xidmət edir, 304 00:38:33,350 --> 00:38:40,950 imperializmə, sionizmə, onların məqsədlərinə xidmət edir. 305 00:38:42,800 --> 00:38:50,880 Bu gün Amerika və sionist kapitalistlərinin və şirkətlərinin ixtiyarında olan 306 00:38:51,000 --> 00:39:00,120 bu təhlükəli imperiyaya, nəhəng KİV mafiyasına qarşı 307 00:39:00,400 --> 00:39:06,000 iş görmək lazımdır. Sizin gördüyünüz iş hərəkatın başlanğıcıdır. 308 00:39:07,200 --> 00:39:13,440 Bu hərəkatı davam etdirmək, qüvvətləndirmək, günbəgün onun gücünü artırmaq lazımdır, 309 00:39:13,960 --> 00:39:17,360 siz bu hərəkatla həmkarlıq və yoldaşlıq edənlərin sayını artırmalısınız. 310 00:39:17,800 --> 00:39:20,160 İnşallah, bizi gözəl gələcək gözləyir. 311 00:39:20,160 --> 00:39:27,400 Diqqətinizə çatdırıram: İmperializmin hədə-qorxularına, 312 00:39:28,040 --> 00:39:36,040 onun və tərəfdarlarının, izləyicilərinin maliyyə, hərbi, siyasi 313 00:39:36,600 --> 00:39:41,680 və təhlükəsizlik baxımından göstərdikləri çoxlu səylərə baxmayaraq, 314 00:39:41,960 --> 00:39:48,240 bölgənin və bütünlükdə müsəlman dünyasının gələcəyi mütləq İslama bağlıdır. 315 00:40:12,840 --> 00:40:19,160 İnşallah, günbəgün İslamın izzəti artacaq, İslamın qüdrəti artacaq. 316 00:40:19,640 --> 00:40:22,600 Əlbəttə, çalışmaq lazımdır. 317 00:40:22,720 --> 00:40:29,440 Allaha həmd olsun ki, bütün İslam dünyasında mücahid insanlar, mücahid kişi və qadınlar, mücahid gənclər 318 00:40:29,760 --> 00:40:33,680 çoxdur. Onların qədrini bilməliyik. 319 00:40:34,080 --> 00:40:39,760 Şüarlarımızı, hərəkətlərimizi, sözümüzü, fəaliyyətimizi 320 00:40:39,880 --> 00:40:41,600 bu istiqamətə yönəltməliyik. 321 00:40:41,600 --> 00:40:46,320 Uca Allah mütləq bizə kömək edəcək. 322 00:40:46,680 --> 00:40:51,240 “Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. 323 00:40:51,680 --> 00:40:54,480 Allahın salamı, rəhməti, bərəkəti üzərinizə olsun.