1 00:00:07,280 --> 00:00:09,600 Mərhəmətli və bağışlayan Allahın adı ilə. 2 00:00:10,480 --> 00:00:16,400 Xoş gəlmisiniz, əziz qardaş və bacılar, 3 00:00:17,080 --> 00:00:19,000 həcc xidmətinin əməkdaşları! 4 00:00:22,040 --> 00:00:34,520 Siz qardaş və bacılar ən gözəl və ən əzəmətli məsuliyyətlərdən birini öhdənizə almısınız. 5 00:00:35,640 --> 00:00:40,840 Bu məsuliyyət İslamın 6 00:00:41,640 --> 00:00:47,960 bənzərsiz vacib əmri olan həcc işlərini 7 00:00:48,360 --> 00:00:52,000 müsəlman və mömin xalqımız üçün təşkil etməkdən ibarətdir. 8 00:00:52,640 --> 00:01:00,400 Eləcə də, cənab Qazi Əsgərin, Həcc və Ziyarət Komitəsinin 9 00:01:00,920 --> 00:01:10,560 möhtərəm sədrinin dedikləri kimi, möminlərin həccə getmələrini asanlaşdırmaq üçün 10 00:01:12,280 --> 00:01:23,520 tədbir tökən məsul vəzifəli qardaş və bacılara da çəkdikləri zəhmətə görə təşəkkür edirəm. 11 00:01:24,240 --> 00:01:25,880 Həqiqətən, belə lazımdır. 12 00:01:27,960 --> 00:01:45,720 Həccin uca hədəflərinin həyata keçirilməsi istiqamətində görülən işləri günbəgün daha da gözəlləşdirmək və asanlaşdırmaq, bu yöndə işləmək lazımdır. 13 00:01:49,160 --> 00:01:55,600 Bu işdə məsuliyyəti və rolu olan siz qardaş və bacılardan hər biriniz 14 00:01:56,000 --> 00:02:05,600 öz rolunuzu ən gözəl formada, kifayətedəcək səviyyədə motivasiya ilə, 15 00:02:06,840 --> 00:02:11,040 vaxtınızı əsirgəmədən, can yandıraraq ifa etməyə çalışın. 16 00:02:12,520 --> 00:02:19,040 Bu səy və zəhmətlər öz şirin nəticəsini verəcək; 17 00:02:19,240 --> 00:02:26,240 bu nəticə xalqdan ötrü məqbul həcc ziyarətinin reallaşmasından ibarətdir. 18 00:02:29,200 --> 00:02:33,920 Mənim tövsiyəm budur ki, 19 00:02:34,120 --> 00:02:38,960 həcc yalnız biz iranlılara aid deyil. 20 00:02:40,040 --> 00:02:46,280 Həcc İslama aiddir, İslam ümmətinə aiddir, 21 00:02:46,920 --> 00:02:50,840 İslamın yaşamasının zaminidir. 22 00:02:51,880 --> 00:03:03,440 Allah-təala həcc aylarına öz ehtiramını bildirib, 23 00:03:05,120 --> 00:03:09,960 həccin zamanı da, məkanı da ehtirama malikdir. 24 00:03:12,120 --> 00:03:19,560 Həcc əməllərinin ehtiramı bu prosesin nə qədər əzəmətli və təsirli olduğunu göstərir. 25 00:03:20,280 --> 00:03:24,560 Onu göstərir ki, bu vacib ibadət 26 00:03:26,760 --> 00:03:33,160 İslam ümməti üçün elə bir xüsusiyyətə malikdir ki, 27 00:03:33,440 --> 00:03:42,520 heç bir başqa vacib ibadət bu xüsusiyyətə malik deyil. Buna diqqət yetirmək lazımdır. 28 00:03:45,120 --> 00:03:57,480 Maraqlı olan budur ki, həccin fərqli və bir-birini tamamlayan iki cəhəti vardır. 29 00:03:58,400 --> 00:04:02,400 Bunların biri fərdi cəhət, digəri sosial cəhətdir. 30 00:04:02,920 --> 00:04:07,440 Bunların hər ikisinə riayət etmək və diqqət yetirmək lazımdır. 31 00:04:09,760 --> 00:04:15,840 Həccin fərdi cəhəti ayrı-ayrılıqda hacıların hər birinə aiddir. 32 00:04:17,440 --> 00:04:29,960 Hacıların hər biri bu zaman kəsimində – həcc və ümrə müddəti boyunca – 33 00:04:32,160 --> 00:04:41,960 Uca Allahla rabitə qurmalı, istiğfar etməli, 34 00:04:43,880 --> 00:04:48,000 özü üçün (mənəvi) sursat və azuqə hazırlamalıdır. 35 00:04:48,760 --> 00:04:53,240 Həccə aid olan şərafətli ayədə buyurulur: 36 00:04:53,240 --> 00:04:58,400 “Tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır”. 37 00:05:01,800 --> 00:05:03,840 Burada təqva tövsiyə edilir. 38 00:05:05,440 --> 00:05:15,600 Bu böyük nemətə nail olan hacıların hər biri 39 00:05:16,680 --> 00:05:25,840 öz “qabını” (yəni mənəvi aləmini), öz xurcununu doldurmaq fikrində olmalıdır. 40 00:05:26,520 --> 00:05:29,440 “Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz”. 41 00:05:30,560 --> 00:05:37,640 Günahlarının bağışlanmasını diləsinlər, tövbə etsinlər, dua etsinlər, 42 00:05:38,280 --> 00:05:49,360 Uca Allahdan istəsinlər, öz gələcəkləri, 43 00:05:49,520 --> 00:05:56,520 yaşayışları, fəaliyyətləri barədə Uca Allahın qarşısında əhd bağlasınlar. Bu, fərdi işdir. 44 00:05:58,080 --> 00:06:05,920 Həccin fərdi mərhələsində hər bir hacı 45 00:06:07,040 --> 00:06:13,080 bu hərəkət və səfərlə özünü Allaha yaxınlaşdırmalı, 46 00:06:14,880 --> 00:06:24,800 öz batinini təmizləməli, qalan ömrü üçün azuqə toplamalıdır. 47 00:06:25,120 --> 00:06:33,720 Fərdin bərəkət və mənəviyyatının mənbəyi bu səfərdə, 48 00:06:34,240 --> 00:06:37,320 bu əməllərdə, bu günlərdədir. 49 00:06:37,480 --> 00:06:39,120 Hacılar bunun qədrini bilməlidirlər. 50 00:06:39,320 --> 00:06:47,760 Elə şeylər var ki, yalnız bu səfər gedişində fərd üçün reallaşmaq imkanına malikdir. 51 00:06:48,480 --> 00:06:53,840 Kəbəni müşahidə etmək ibadətdir, Kəbənin ətrafında təvaf etmək ibadətdir, 52 00:06:54,400 --> 00:07:01,320 Məscidül-həramda namaz qılmaq ibadətdir, möhtərəm Peyğəmbərin məzarını ziyarət etmək ibadətdir. 53 00:07:03,280 --> 00:07:07,240 Ərəfat Allahla minacat meydanıdır, 54 00:07:07,560 --> 00:07:14,640 Məşərül-həram Allaha sarı yönəlmək meydanıdır, Mina da beləcə. 55 00:07:17,880 --> 00:07:23,480 Hacı bu əməllərin hər birindən 56 00:07:24,000 --> 00:07:29,080 öz batinini təmizləmək, öz məqamını yüksəltmək, 57 00:07:30,240 --> 00:07:37,920 bütün ömrü boyunca özünə azuqə toplamaq üçün istifadə etməlidir. Bu, həccin fərdi cəhətidir. 58 00:07:38,320 --> 00:07:41,080 Digər cəhət isə sosial cəhətdir. 59 00:07:43,240 --> 00:07:49,440 Həcc İslam vəhdətinin əks olunduğu ayindir. 60 00:07:50,840 --> 00:07:53,960 Fərqli rənglər, fərqli dərilər, 61 00:07:54,360 --> 00:07:59,320 müxtəlif millətlər, fərqli pasportlar, fərqli məzhəblər, 62 00:08:00,840 --> 00:08:06,000 fərqli zövqlər – hamı bir-birinin yanındadır və bir-birinə bənzəyir. 63 00:08:07,720 --> 00:08:16,240 Hamı birlikdə təvaf edir, birlikdə səy edir, birlikdə Ərəfatda və Məşərül-həramda qalır. 64 00:08:17,080 --> 00:08:21,600 Bu vəhdət xeyli əhəmiyyətlidir. 65 00:08:22,880 --> 00:08:30,720 İslam həmrəyliyinin, qəlb və söz birliyinin həqiqi nümayiş məkanı həccdir. 66 00:08:31,200 --> 00:08:33,360 Bu, yalnız İran xalqı üçün deyil, 67 00:08:33,840 --> 00:08:38,800 bütün dünya müsəlmanları üçün, İslam ümməti üçün belədir. 68 00:08:39,120 --> 00:08:46,800 İslam ümmətinin həqiqətini, 69 00:08:47,000 --> 00:08:52,080 İslam ümmətinin əhəmiyyətini zehnlərdən uzaqlaşdırmağa, 70 00:08:52,360 --> 00:09:02,200 müsəlmanları növbənöv təbəqələrə, növbənöv motivasiya daşıyıcılarına bölməyə, 71 00:09:02,400 --> 00:09:09,320 İslam ümmətinin əzəməti qarşısında millətçiliyi şişirtməyə, 72 00:09:09,640 --> 00:09:18,280 xalqı parçalamağa çalışan kəslərə Allahın lənəti olsun! Mühüm olan İslam ümmətidir, 73 00:09:18,800 --> 00:09:22,560 əzəmət İslam ümmətinə məxsusdur. 74 00:09:23,000 --> 00:09:27,720 Allah-Təala İslam ümmətinə öz mərhəmətini endirir. 75 00:09:27,880 --> 00:09:36,520 Həcc İslam ümmətinin formalaşmasını əks etdirir. “Bir ovuc bir xalvarın nümunəsidir”. 76 00:09:36,960 --> 00:09:39,280 “...Hər uzaq yoldan...” 77 00:09:41,040 --> 00:09:47,000 müsəlmanlar bir yerə toplaşırlar. 78 00:09:48,640 --> 00:09:55,720 Bir-biri ilə söhbət etmək, həmdil olmaq, 79 00:09:57,040 --> 00:10:03,320 bir-birinin dərdini dinləmək, kədərinə şərik olduğunu dilə gətirmək üçün necə böyük fürsətdir! 80 00:10:03,800 --> 00:10:07,920 Həccdən başqa harada bu fürsət ələ düşər? 81 00:10:08,160 --> 00:10:13,080 Həccin sosial cəhətlərindən biri də birlik cəhətidir. 82 00:10:15,920 --> 00:10:22,680 Digər sosial cəhət İslam ümmətinin əzəmətini göstərməkdir. 83 00:10:23,120 --> 00:10:31,920 Bir neçə milyon insanın müəyyən mərasimə toplaşması 84 00:10:32,280 --> 00:10:35,880 İslam ümmətini göstərmək deməkdir. 85 00:10:36,200 --> 00:10:41,120 Təsəvvür edin ki, yetmiş-səksən milyonluq bir ölkədən 86 00:10:41,360 --> 00:10:46,480 əlli min, altmış min ya yetmiş min nəfər burada iştirak edir. Bu, 87 00:10:47,320 --> 00:10:51,240 İslam ümmətinin əzəmətini göstərir. 88 00:10:51,880 --> 00:10:58,520 Digər cəhət bir-biri ilə təcrübə mübadiləsi aparmaqdır. 89 00:10:59,640 --> 00:11:05,720 İslam ölkələrinin bir çoxu praktiki nailiyyətlərə malikdir. 90 00:11:05,800 --> 00:11:10,920 Fərz edin ki, İran xalqının düşmənlə mübarizə, 91 00:11:11,600 --> 00:11:17,520 düşməni tanımaq, düşmənə etimad göstərməmək, 92 00:11:18,400 --> 00:11:25,000 dostla düşməni səhvsiz ayrıd etmək sahəsində təcrübəsi var. 93 00:11:26,480 --> 00:11:33,680 Biz dostu düşməndən ayırmaqda səhvə düçar olmamışıq. 94 00:11:33,840 --> 00:11:41,080 İnqilabın əvvəlindən indiyə kimi anladıq və bildik ki, həqiqi düşmən, 95 00:11:41,440 --> 00:11:47,720 qatı, inadkar, öz yolundan dönməyən düşmən 96 00:11:47,720 --> 00:11:53,000 dünya imperializmi və sionizmdir. Biz bunu anladıq. 97 00:11:54,800 --> 00:12:02,120 Bəzən bu əsas və real düşmən öz sözlərini başqalarının dili ilə deyirdi. 98 00:12:03,080 --> 00:12:07,600 Biz (həmin ikinci dərəcəli qüvvəni) düşmən saymaqla səhv etmədik, 99 00:12:07,880 --> 00:12:12,280 təkidlə söylədik ki, düşmən imperializmdir. 100 00:12:12,760 --> 00:12:18,520 Siz İran xalqının 22 Bəhməndə, Qüds Günündə, nəhəng mitinqlərdə söylədiyi şüarlara fikir verin; 101 00:12:18,680 --> 00:12:25,040 onların şüarı imperializmin əleyhinədir, Amerikanın əleyhinədir, 102 00:12:25,480 --> 00:12:30,200 sioinistlərin və işğalçı sionist rejiminin əleyhinədir. Şüarlar bunların əleyhinə yönəlib. 103 00:12:30,360 --> 00:12:34,920 Halbuki, bunlar bəzən öz sözlərini filan ölkənin dili ilə deyir, 104 00:12:34,920 --> 00:12:38,640 öz əməllərini filan İslam ölkəsinin vasitəsi ilə həyata keçirirlər. 105 00:12:38,840 --> 00:12:42,640 Amma biz həmin İslam ölkəsinin əleyhinə şüar söyləmədik, 106 00:12:42,800 --> 00:12:45,800 xalqımız həmin İslam ölkəsinin əleyhinə şüar səsləndirmədi. 107 00:12:46,400 --> 00:12:54,120 Niyə? Çünki bilirlər ki, o, həqiqi düşmən deyil; o, aldanıb; o, bir alətdir. 108 00:12:56,680 --> 00:12:59,320 Bu, düşməni tanımaqdır, bizim qazandığımız təcrübədir. 109 00:12:59,760 --> 00:13:06,760 Bəzi ölkələrdəki bəzi qruplar – 110 00:13:06,760 --> 00:13:12,200 onlar həm də İslami qruplaşmalar idi – müəyyən fürsətlər qazandılar, 111 00:13:12,480 --> 00:13:16,480 amma bu sahədə təcrübələri olmadığından səhvə yol verdilər. 112 00:13:17,120 --> 00:13:21,160 Həqiqi düşmənlə aranı düzəldib, 113 00:13:21,440 --> 00:13:27,680 dost sayılan tərəfə qarşı çıxdılar və bunun zərbəsini də aldılar. 114 00:13:28,160 --> 00:13:33,840 Uca Allah onlara nemət vermişdi, amma nemətin qədrini bilmədilər. 115 00:13:34,360 --> 00:13:38,720 İran xalqının qazandığı təcrübələrdən biri də vəhdət yaratmaqdır. 116 00:13:38,800 --> 00:13:42,640 Məgər ölkəmizdə üslub fərqləri azdırmı? 117 00:13:43,720 --> 00:13:50,920 Siyasi, ideoloji, əqidəvi məsələlərdə xeyli fərqliliklər var. 118 00:13:51,960 --> 00:13:56,600 Amma bu fərqliliklərə baxmayaraq, xalq öz vəhdətini qorudu. 119 00:13:56,800 --> 00:14:03,960 Ölkəmizin bəzi yerlərində konkret etnoslar yaşayır. 120 00:14:04,200 --> 00:14:11,880 Bu etnoslar 22 Bəhmən, Qüds Günü mərasimlərində, 121 00:14:12,280 --> 00:14:17,040 İnqilabı əks etdirən müxtəlif mərasimlərdə 122 00:14:17,440 --> 00:14:21,960 ölkənin digər fərdləri ilə eyni səviyyədə iştirak edirlər. 123 00:14:22,720 --> 00:14:25,600 Kürddilii bölgəmiz var, bəluçdilli bölgəmiz var, 124 00:14:25,600 --> 00:14:29,120 ərəbdilli bölgəmiz var, türkdilli bölgəmiz var. 125 00:14:29,520 --> 00:14:35,840 Bəzən İnqilabın xeyrinə, İslam Respublika quruluşunun xeyrinə onların fəaliyyəti 126 00:14:36,040 --> 00:14:39,840 digər yerlərin fəaliyyətindən daha qabarıq olur. Biz bunu da görmüşük. 127 00:14:40,040 --> 00:14:44,080 Bu, həmin İslam birliyidir və İran xalqı bunu təcrübədən keçirmişdir. 128 00:14:44,200 --> 00:14:48,370 Biz 35-36 ildir bu təcrübəyə malikik ki, 129 00:14:48,480 --> 00:14:53,940 xalqın fərdləri arasında vəhdət və birlik olmalıdır. 130 00:14:54,050 --> 00:14:59,250 Bu vəhdət və birliyin bərəkətindən böyük uğurlar qazanmışıq. 131 00:14:59,340 --> 00:15:06,220 Bəzi başqa ölkələr bunu bilmədilər, başa düşmədilər, indi də başa düşmürlər. 132 00:15:08,540 --> 00:15:14,940 Kiçik bir ixtilaf – dini, milli, hətta partiya ixtilafları – üzündən 133 00:15:15,400 --> 00:15:25,800 ölkə daxilində bir-birinin canına düşüb düşmən kimi bir-birini vururlar. 134 00:15:26,570 --> 00:15:29,450 Uca Allah öz nemətini onlardan geri alır. 135 00:15:31,970 --> 00:15:42,170 “Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? 136 00:15:42,450 --> 00:15:45,450 Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!” (“İbrahim” surəsi, 28-29-cu ayələr.) 137 00:15:47,110 --> 00:15:53,880 Nə zaman Allahın bu lütfünü, 138 00:15:53,880 --> 00:16:03,910 nemətini tanımasaq, şükür etməsək, bu nemətə nankor olsaq, 139 00:16:04,200 --> 00:16:09,280 Uca Allah da bu xalqa qarşı münasibətini dəyişər: 140 00:16:12,020 --> 00:16:18,280 “Bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”. (“Ənfal” surəsi, 53-cü ayədən bir hissə.) 141 00:16:20,080 --> 00:16:26,770 Nə qədər ki mən və siz doğru yolda hərəkət edirik, düzgün istiqamətə yönəlirik, 142 00:16:29,680 --> 00:16:36,910 özümüzü imkan daxilində ilahi iradəyə uyğunlaşdırırıq, – 143 00:16:37,370 --> 00:16:40,740 ümumilikdə götürəndə hələ ki, deyiləndən xeyli aşağı səviyyədəyik, – 144 00:16:41,140 --> 00:16:44,770 Uca Allah bizə olan nemətini davamlı edəcək. 145 00:16:45,110 --> 00:16:49,650 Amma özümüz özümüzü korlasaq, qarşıdurma yaratsaq, 146 00:16:49,880 --> 00:16:54,710 bir-birimizin əleyhinə fitnə qursaq, bir-birimizin yaxasından yapışsaq, 147 00:16:54,880 --> 00:16:58,710 Uca Allah öz nemətini aradan götürər. Allahın heç kimlə milli bağlılığı və qohumluğu yoxdur. 148 00:16:58,850 --> 00:17:06,540 “Bu, ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”. 149 00:17:06,850 --> 00:17:10,200 Allah sizə verdiyi neməti, siz özünüz vəziyyəti korlamayınca 150 00:17:11,650 --> 00:17:14,510 sizdən almaz. Vəziyyəti korladığınız zaman 151 00:17:15,910 --> 00:17:19,110 nemət yox olar. 152 00:17:19,680 --> 00:17:27,110 İran xalqının təcrübəsi bundadır ki, ilahi neməti özü üçün qoruya bilmişdir. 153 00:17:29,220 --> 00:17:31,450 Bu təcrübələr kənara da ötürülməlidir. 154 00:17:33,420 --> 00:17:37,970 Bu gün İslam ölkələri fitnə ilə üzləşib. 155 00:17:39,570 --> 00:17:48,820 Görəsən, bunu anlayırlar ya yox? Bu gün nə şiəlik, nə İran, 156 00:17:49,480 --> 00:17:55,370 nə hər hansı bir məzhəb əleyhinə deyil, İslam əleyhinə fitnə var. 157 00:17:56,000 --> 00:17:59,250 Çünki Quran bütün müsəlmanlarındır. 158 00:17:59,370 --> 00:18:03,740 “Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” 159 00:18:03,910 --> 00:18:07,540 deyə haray çəkən mərkəz və özək 160 00:18:07,540 --> 00:18:14,340 şiəlik deyil, Qurandır, İslamdır. Elə buna görə ona qarşı çıxırlar. 161 00:18:14,770 --> 00:18:23,250 Camaatı, xalqı oyadan hər bir mərkəzin, haqqı deyən hər bir boğazın əleyhinə gedirlər. 162 00:18:23,540 --> 00:18:31,800 İmperializmlə döyüşən hər bir əlin əleyhinə çıxırlar. Bu əl İslamın əlidir, 163 00:18:32,080 --> 00:18:37,170 bu boğaz İslamın boğazıdır; ona görə İslama qarşıdırlar. 164 00:18:38,280 --> 00:18:47,820 İslama qarşı durmağın, İslamla düşmənçiliyin də müxtəlif növləri və qismləri var. 165 00:18:50,250 --> 00:18:59,620 Oturub düşünürlər, nüfuz qazanmaq üçün, zərbə endirmək üçün yol tapırlar. 166 00:19:00,970 --> 00:19:06,310 İslam İnqilabının qələbəsinin ilk illərində xəbər tutduq ki, 167 00:19:07,310 --> 00:19:13,450 sionist rejim bir qrup hazırlayıb, ona pul verib tapşırıb ki, 168 00:19:13,450 --> 00:19:20,450 İslamla, şiəliklə bağlı düşünsünlər, mütaliə etsinlər, araşdırma aparsınlar. 169 00:19:20,770 --> 00:19:27,140 Yaxşı, bu mütaliə nə üçün idi? Mütaliə onun üçün idi ki, baxıb görsünlər, 170 00:19:27,450 --> 00:19:32,480 bu nəhəng faktoru, bu islami oyanışı 171 00:19:32,600 --> 00:19:37,020 necə zərərsizləşdirmək olar? 172 00:19:37,340 --> 00:19:39,940 Oyanmış, öz gücünü anlamış, iş görmək üçün 173 00:19:40,940 --> 00:19:47,370 qüdrəti olduğunu başa düşmüş müsəlman xalqlara necə zərbə vurmaq olar? 174 00:19:47,540 --> 00:19:49,420 Oturub (düşündülər), pullar xərclədilər. 175 00:19:50,680 --> 00:19:56,510 Bu dediyim onlardan biri idi. 176 00:19:56,770 --> 00:20:00,370 Bunların bəzilərindən xəbərdarıq, bəzilərinin də mövcudluğunu ehtimal edirik. 177 00:20:00,740 --> 00:20:04,250 Avropada, Amerikada, sionist rejimdə, 178 00:20:04,250 --> 00:20:10,420 onlara bağlı və onların hökmü altında olan bəzi ölkələrdə onlarla mərkəz yaradıldı ki, çıxış yolları tapsınlar; 179 00:20:10,480 --> 00:20:12,480 Görürsünüz ki, onlar qarşıdurma yaratmağı, 180 00:20:12,970 --> 00:20:18,740 vəhşilik törətməyi, İslamın adını batırmağı, 181 00:20:19,020 --> 00:20:26,420 İslam ölkələrini parçalamağı, müsəlman xalqları, 182 00:20:26,820 --> 00:20:35,680 eyni xalqın fərdlərini bir-birinin əleyhinə qızışdırmağı özlərinə zəruri iş hesab edirlər. 183 00:20:36,340 --> 00:20:41,740 Bir gün bu iş üçün vasitə, tutaq ki, Amerikanın “Blək-vater” təşkilatı olur, 184 00:20:42,140 --> 00:20:48,600 o biri gün isə vasitə İraqdakı ya Suriyadakı İŞİD və yaxud bunların tayları olur. 185 00:20:48,880 --> 00:20:52,450 Qarşıdurma yaratmağa vasitə axtarmaq üçün gəzib-dolaşırlar. 186 00:20:53,140 --> 00:20:56,770 Bunlar bizim əldə etdiyimiz təcrübələrdir, bunlar 187 00:20:57,000 --> 00:21:01,770 İran xalqının yaxından bilib anladığı işlərdir. 188 00:21:02,140 --> 00:21:08,310 Biz İslam məzhəbləri, şiə və sünnilər, müsəlman xalqları arasında 189 00:21:08,310 --> 00:21:14,020 birlik məsələsi üzərində bu qədər dururuq; bu, boş söz deyil. 190 00:21:14,940 --> 00:21:19,420 Biz dərdi də tanıyırıq, dərmanı da. 191 00:21:19,680 --> 00:21:24,450 İslam ümməti üçün ürəyimiz yanır, ona görə bu işin ardınca düşmüşük. 192 00:21:24,450 --> 00:21:29,280 (Vəziyyətə bu cür reaksiya vermək) İran xalqı üçün yerinə düşür, xalqların çoxu üçün yerinə düşməz. 193 00:21:29,280 --> 00:21:34,540 Bu təcrübələrin ötürülməsi, əks olunması, deyilməsi üçün həcc bir fürsətdir. 194 00:21:34,880 --> 00:21:38,050 Əlbəttə, buna qarşı çıxanlar da var. 195 00:21:38,140 --> 00:21:42,340 Qarşıdurmaların olmasını istəyən kəslər 196 00:21:42,850 --> 00:21:51,370 bu əlaqələrin, dostluqların, təcrübə mübadilələrinin baş tutmasını istəmirlər. 197 00:21:51,450 --> 00:21:53,600 Bir çıxış yolu tapmaq lazımdır. 198 00:21:53,940 --> 00:22:00,250 Həcdə ən mühüm olanlardan biri həmin şəxsi və fərdi cəhətlərdir. 199 00:22:00,250 --> 00:22:03,820 Həccin sosial cəhətləri üzərində durmağımız 200 00:22:04,020 --> 00:22:07,000 bizi həccin fərdi cəhətlərindən qafil etməsin: 201 00:22:07,220 --> 00:22:16,480 Allaha yalvarmaq, Allah qarşısında təvazökar olmaq, Allahdan qorxmaq, dua. Bunlar üçün yaxşı fürsətdir. 202 00:22:17,110 --> 00:22:21,400 Heç yer Məscidül-həram kimi ola bilməz, heç yer Peyğəmbər məscidi kimi ola bilməz. 203 00:22:23,880 --> 00:22:27,600 Bu fürsət sizin ixtiyarınızdadır, hacının ixtiyarındadır. 204 00:22:29,170 --> 00:22:34,450 İnsan gərək səadətdən nə qədər məhrum olsun ki, 205 00:22:34,450 --> 00:22:38,170 bunları buraxıb bazara getsin, o dükan-bu dükan gəzsin. 206 00:22:40,770 --> 00:22:46,800 Dedilər ki, bazarları gəzməyin qarşısını alıblar. 207 00:22:47,370 --> 00:22:49,000 Amma mənə çatan xəbərlərə görə, 208 00:22:49,110 --> 00:22:56,820 xeyir, təəssüf ki, bəzi hacılarımız bu əlacsız xasiyyətdən qurtulmayıblar, 209 00:22:57,770 --> 00:23:01,710 bu satıcının, o işçinin yanını kəsdirib dururlar. 210 00:23:02,770 --> 00:23:09,110 Qadın bir cür, kişi bir cür... Dükanda satılmamış qalan bir malı ikiqat baha qiymətə alıb 211 00:23:11,620 --> 00:23:19,050 təyyarəyə min, Tehrana ya başqa şəhərə gətir... Bu, səhv hərəkətdir, 212 00:23:19,220 --> 00:23:26,170 çox səhv hərəkətdir. Camaatımız bu işin səhv olduğuna diqqət yetirməlidir. 213 00:23:27,250 --> 00:23:30,280 Hər yerdə alver etmək olar, hər yerdə bazara getmək olar, 214 00:23:30,650 --> 00:23:36,940 hər yerdə mal almaq olar, pulu hər yerdə bu şəkildə çölə atmaq olar. 215 00:23:37,540 --> 00:23:42,000 Bu, pulu çölə atmaqdır. İnsan hər yerdə pulu çölə ata bilər. 216 00:23:44,480 --> 00:23:50,250 Sən başqa yerdə edilə bilməyən, yalnız bu yerdə edilə bilən işlərin ardınca düş. 217 00:23:52,000 --> 00:23:57,570 Bu, Kəbəyə baxmaq, Məscidül-həramda namaz qılmaq, 218 00:23:58,850 --> 00:24:02,140 Peyğəmbərin ayaq basdığı yerləri öpməkdir. 219 00:24:03,510 --> 00:24:08,970 Peyğəmbər bu şəhərdə gəzib, danışıb. 220 00:24:08,970 --> 00:24:14,080 Buranın havası möhtərəm İslam Peyğəmbərinin səsinin dalğaları ilə doludur. 221 00:24:14,080 --> 00:24:20,910 Adamın bu hava ilə nəfəs almaması heyifdir! Bunları dünyanın hansı yerində tapmaq olar? 222 00:24:21,400 --> 00:24:24,450 Hacılarımız bunların qədrini bilsinlər. 223 00:24:25,020 --> 00:24:31,000 Yoxsa dünyanın hər yerində görülməsi mümkün olan işləri görürlər, bazara gedirlər, gəzirlər... 224 00:24:31,370 --> 00:24:35,880 Bunu Tehranda da, İsfahanda da, Təbrizdə də, 225 00:24:36,020 --> 00:24:39,910 Məşhəddə də etmək olar, dünyanın hər yerində bu işləri görmək olar. 226 00:24:40,650 --> 00:24:47,200 Sən yalnız edilməsi mümkün olan, yalnız həccə məxsus olan işləri gör. 227 00:24:47,400 --> 00:24:51,080 Bunlar bizim tövsiyələrimizdir. Ümid edirəm ki, inşallah, 228 00:24:51,710 --> 00:24:55,850 Uca Allah sizin hamınıza məqbul həcc qismət edər. 229 00:24:55,850 --> 00:24:57,600 Biz də sizdən (bizim üçün) dua etməyinizi xahiş edirik. 230 00:24:57,600 --> 00:24:58,910 Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.