1 00:00:07,710 --> 00:00:09,940 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:13,940 --> 00:00:18,480 Bugünkü görüşümüzün 8-ci imam Həzrət Rzanın (ə) 3 00:00:19,510 --> 00:00:28,600 mövludu ərəfəsinə düşməsi çox gözəl və inşallah, mübarək təsadüflərdəndir. 4 00:00:28,820 --> 00:00:40,200 Ümidvaram, o pak və müqəddəs ruhun bərəkətlərindən biz hamımız faydalanarıq. 5 00:00:43,220 --> 00:00:51,000 O müqəddəs məqbərənin ölkəmizdə olması 6 00:00:51,540 --> 00:00:55,680 ən böyük iftixarlarımızdan olan, faydalana bildiyimiz məqamlardan biridir. 7 00:00:57,880 --> 00:01:10,080 O aliməqam şəxsiyyətin ehtiramını bacardığımız qədər uca tutmağımız, qəlbləri ona doğru yönəltməyimiz, 8 00:01:11,340 --> 00:01:17,220 sözsüz ki, mənəviyyatımızın və ölkəmizin xeyrinədir. 9 00:01:17,620 --> 00:01:27,510 Tutalım, cənab Axundi, misal üçün, İmam Rza məqbərəsinə gedən yol, 10 00:01:27,770 --> 00:01:31,680 ora sürət qatarının işə salınması və sair bu kimi şeylər üzərində düşünüb işləsə, 11 00:01:33,220 --> 00:01:37,710 əhalinin qısa vaxt ərzində ora gediş-gəlişi təmin olunsa, 12 00:01:37,710 --> 00:01:45,420 bunlar, inşallah, dövlətimiz üçün bərəkətli ola bilər. 13 00:01:47,820 --> 00:01:55,800 Əziz şəhidlərimiz olan şəhid Rəcayi və şəhid Bahonərin də xatirəsini ehtiramla yad edirik. 14 00:01:57,370 --> 00:02:05,420 Hökumət həftəsi ölkəmizdə artıq neçə illərdir ki, qeyd olunur 15 00:02:05,650 --> 00:02:13,910 və artıq bir ənənə olaraq biz bu həftə hökumət kabinetində təmsil olunan zəhmətkeş rəsmilərimiz üçün fürsət yaradırıq ki, 16 00:02:14,880 --> 00:02:18,770 həyata keçirdikləri işlər barədə hesabatlar təqdim etsinlər, uğurlarından danışsınlar, 17 00:02:19,600 --> 00:02:26,450 gələn il və ya qarşıdakı illərdə hansı işlərə əzm göstərmək niyyətində olduqlarını ortaya qoysunlar; 18 00:02:27,910 --> 00:02:36,740 və onlar, gördükləri işlər təqdir olunur, rəsmilər, 19 00:02:36,740 --> 00:02:43,280 xalq onlara təşəkkürünü bildirir, yüksək qiymətləndirir, ola bilsin, hansısa məqamlarla bağlı xəbərdarlıqlar edilir 20 00:02:44,820 --> 00:02:52,110 və ya məsələn, hansısa çatışmazlığın aradan qaldırılması istənilir; Hökumət həftəsi bunun üçündür, 21 00:02:52,110 --> 00:03:01,170 intəhası bir məqama diqqət yetirmək lazımdır ki, Hökumət həftəsi dövlət üçün bir bayramdır, 22 00:03:01,310 --> 00:03:10,450 yəni hansısa əlamətdar günün hər il təkrarən qeyd olunması deməkdir – hansı ki dilimizdəki “eyd” – 23 00:03:12,140 --> 00:03:15,710 bayram sözü də elə bu anlamdadır – nələrisə deməyin, danışmağın və sair bu qəbildən olan işlərin vaxtıdır. 24 00:03:17,650 --> 00:03:25,310 Bu həftəni əlamətdar etmiş hadisə ölkənin ən acı olaylarından biri ilə bağlıdır; 25 00:03:26,000 --> 00:03:33,770 yəni şəhid Bahonər və şəhid Rəcayi kimi iki əziz insanımızın şəhadəti ilə əlaqədardır. 26 00:03:35,420 --> 00:03:41,200 Düzdür, bu il imamın (ə) mövludu ilə üs-üstə düşür, 27 00:03:41,340 --> 00:03:51,400 amma adətən bu həftə bizə o iki böyük şəxsiyyətin müsibətini xatırladır. 28 00:03:51,880 --> 00:03:59,480 Mənim fikrimcə, nə vaxtsa rəsmilərin qəlbinə və dilinə məhz bu cür gəlməsində, hadisələrin bu cür cərəyan etməsində, 29 00:04:00,110 --> 00:04:06,000 Hökumət həftəsinin məhz bu vaxta salınmasında Allahın hikməti budur ki, 30 00:04:06,000 --> 00:04:10,620 şəhid Rəcayi və şəhid Bahonər yaddan çıxmasın, 31 00:04:12,080 --> 00:04:18,910 iki örnək, iki etalon kimi daim bizim gözlərimizin önündə olsun. 32 00:04:20,170 --> 00:04:27,480 Deyə bilmərik ki, bu iki nəfərin örnək olması onların güclü idarəetmə bacarığı 33 00:04:27,710 --> 00:04:35,420 və ya məsələn, səriştə və təşəbbüskarlığına görədir; çünki o iki əzizimizin vəzifədə olduğu müddət o qədər də uzun çəkməyib. 34 00:04:36,340 --> 00:04:42,740 Mərhum Bahonər vəzifədə lap az olub, mərhum Rəcayi də bir neçə ay – təxminən 1 il idi ki, vəzifə postunda idi. 35 00:04:44,850 --> 00:04:51,650 Onların örnək hesab olunması nümunəvi davranışlarına, şəxsi, əxlaqi keyfiyyətlərinə görədir; 36 00:04:52,170 --> 00:04:55,140 bunu daim yadda saxlamalıyıq. 37 00:04:56,680 --> 00:04:59,250 Zaman dəyişir; 38 00:05:00,770 --> 00:05:07,770 cürbəcür mədəniyyətlər, dəyərlər və sair gəlib-gedir – bu, zaman üçün xarakterik olan bir cəhətdir – 39 00:05:08,770 --> 00:05:16,110 düşüncələrdə, fikirlərdə dəyişikliklər yaranır, lakin sabit, dəyişməz bir prinsip qalır ki, 40 00:05:17,080 --> 00:05:20,280 onu daim nəzərdə tutmaq lazımdır. 41 00:05:20,480 --> 00:05:25,800 Müqəddəs İslam Respublikası quruluşunun rəsmiləri olan bizlər 42 00:05:27,770 --> 00:05:38,020 bu dəyişməz prinsipi o iki əziz və dahi insanın şəxsində axtarıb tapa bilərik. 43 00:05:38,600 --> 00:05:45,940 Mən o insanlarla, xüsusilə də mərhum Bahonərlə illərlə ünsiyyətdə olmuşam, 44 00:05:46,080 --> 00:05:54,200 eynilə mərhum Rəcayi ilə də; hələ inqilabdan öncədən tutmuş vəzifə postuna gəldikləri vaxta qədər, parlamentdə və ondan kənarda; 45 00:05:54,880 --> 00:05:59,370 bu insanlarda, həqiqətən də, elə keyfiyyətlər var idi ki, biz onları yaddan çıxarmamalıyıq. 46 00:06:00,450 --> 00:06:09,570 Məncə, onların bu yola, bu hədəflərə, 47 00:06:10,940 --> 00:06:17,740 İmam Xomeyninin (r.ə) müəyyən etdiyi, İslam Respublikasında təcəssüm olunan ideallara daşıdığı inam 48 00:06:18,220 --> 00:06:19,800 çox əhəmiyyətli bir meyardır; 49 00:06:20,450 --> 00:06:26,510 onların ixlası, xalqa xidmət ruhu; 50 00:06:27,000 --> 00:06:33,250 doğrudan da, gecə-gündüz bilmədən xalqa xidmət naminə işləyirdilər. 51 00:06:34,820 --> 00:06:40,310 Özünü xalqın içindən olan biri kimi hiss etmək, xalqla ünsiyyət qurmaq, təmasda olmaq, 52 00:06:40,740 --> 00:06:43,940 camaatla yaxından söhbət etmək, bilavasitə xalqın özü, 53 00:06:45,080 --> 00:06:53,540 gündəlik yaşamı ilə təmas qurmaq üçün yollar axtarıb tapmaq; axı tutduğumuz postun tələbi ilə biz bir qədər çərçivə içərisindəyik, 54 00:06:54,110 --> 00:07:06,740 qarşımızda müəyyən məhdudiyyətlər olur. 55 00:07:08,420 --> 00:07:16,000 Mən cənab prezidentə də dəfələrlə demişəm ki, regionlara edilən o səfərlər çox yaxşıdır, 56 00:07:16,450 --> 00:07:22,480 gözəl tədbirlərdəndir, əvvəlki hökumətlərə də mən bunu həmişə tövsiyə etmişəm; 57 00:07:23,710 --> 00:07:27,570 bir yolu da budur; insanların evinə getmək, şəhidlərin yaşadığı mənzillərə baş çəkmək – 58 00:07:27,740 --> 00:07:33,420 Allaha şükürlər olsun ki, hazırda bu iş müəyyən qədər adət halını alıb, yaxşı da bir işdir – 59 00:07:35,220 --> 00:07:38,850 xalqla cürbəcür formada təmasda olmaq üçün yollar axtarmaq; bunlar çox əhəmiyyətlidir. 60 00:07:38,970 --> 00:07:46,570 Bu kimi işlər insanda xalqa yaxınlıq, özünü xalqın içindən olan biri kimi hiss etmək, xalqı tanımaq ruhunu qoruyub saxlayır. 61 00:07:47,310 --> 00:07:53,910 Bu olmayanda insan cəmiyyətin vəziyyətindən xəbərsiz olur, yalnız ümumi problemləri görür; 62 00:07:54,820 --> 00:07:58,910 eynilə təyyarə ilə hansısa şəhərin üzərindən keçən bir insan kimi; 63 00:07:59,080 --> 00:08:04,400 doğrudur, o, şəhərin ümumi görüntüsünü aşağıda duran bir insandan daha yaxşı müşahidə edir, 64 00:08:04,710 --> 00:08:09,200 amma o küçə və dalanlarda, evlərdə nələr olduğunu, 65 00:08:09,620 --> 00:08:12,970 dükan-bazara kimlərin girib-çıxdığını bilmir. Bunları yalnız 66 00:08:13,970 --> 00:08:17,480 o küçələri gəzib-dolaşan adamlar bilir; 67 00:08:18,820 --> 00:08:23,140 düzdür, mümkün olan məhdud çərçivədə olsa belə. Xalqın arasında olmaq çox önəmlidir. 68 00:08:23,340 --> 00:08:30,080 O insanlar tutduqları vəzifə sayəsində özlərinə gün ağlamamışdılar; bu da önəmli məsələlərdəndir. 69 00:08:30,740 --> 00:08:33,880 Biz bu gün tutduğumuz vəzifə postundan 70 00:08:34,250 --> 00:08:37,250 gələcəyimizi təmin etmək üçün istifadə etmək barədə düşünməməliyik. 71 00:08:37,400 --> 00:08:42,000 Dünyanın əksər ölkələrinin vəzifəli şəxslərində bu var, 72 00:08:42,800 --> 00:08:47,140 tutduqları vəzifədən gələcəkdə 73 00:08:47,250 --> 00:08:55,250 hansısa şirkətin idarə heyətinin üzvü, hansısa strateji maliyyə mərkəzinin səhmdarı olmaq üçün bir vasitə kimi istifadə edirlər. 74 00:08:58,450 --> 00:09:04,570 İnqilabın əsas prinsiplərinə və sairə sadiqlik; o iki şəxiyyətdə bu keyfiyyətlər var idi; 75 00:09:04,710 --> 00:09:11,450 biz də bu xüsusiyyətləri diqqətdə saxlamalı və onlara uyğunlaşmağa çalışmalıyıq. 76 00:09:11,600 --> 00:09:19,540 Rəsmilərin rəftarı, davranış tərzi cəmiyyətdə bir mədəniyyət formalaşdırır; 77 00:09:20,370 --> 00:09:25,220 yəni bizim yerişimiz, danışığımız, 78 00:09:26,170 --> 00:09:34,480 həyat tərzimiz, kiminlə ünsiyyətdə olmağımız, kiminlə əlaqəni kəsməyimiz – 79 00:09:34,620 --> 00:09:37,620 bütün bunlar cəmiyyətdə bir mədəniyyət formalaşdırır. 80 00:09:39,480 --> 00:09:44,880 Odur ki sizin gördüyünüz işlər, etdiyiniz xidmət – hansı sferada olmasından asılı olmayaraq – 81 00:09:45,880 --> 00:09:50,770 gözlənildiyi kimi olsa (Allaha şükürlər olsun ki, 82 00:09:51,420 --> 00:09:57,000 indiyə qədər əksər sferalarda bu təmin olunub da) 83 00:09:57,570 --> 00:10:03,420 ixlasla olsa, çox işləsəniz, can yandırsanız, 84 00:10:03,680 --> 00:10:09,820 sizin bu əməyinizin xarici aləmdəki reallıqda göstərdiyi təsirlərdən əlavə, 85 00:10:10,280 --> 00:10:14,510 uzunmüddətli bir təsiri də olacaq ki, bu da mədəniyyətin formalaşmasıdır. 86 00:10:14,600 --> 00:10:17,250 Xalq bizə baxır, sizə baxır; 87 00:10:18,450 --> 00:10:26,540 bizim davranışımız, xarakterimiz əhalinin ümumi mədəniyyətini formalaşdırır. 88 00:10:27,420 --> 00:10:38,620 Odur ki o iki gözəl, əziz, xoşbəxt qardaşımızın xatirəsini də ehtiramla yad edirik 89 00:10:38,800 --> 00:10:43,770 və ümidvarıq ki, inşallah, biz də hamımız onların yolu ilə getməyə müvəffəq olacağıq. 90 00:10:46,020 --> 00:10:52,450 Hökumət kabinetinin üzvlərinə, xüsusilə də möhtərəm ölkə başçısına 91 00:10:53,400 --> 00:10:57,450 çəkdikləri zəhmətə görə təşəkkür və qədirdanlıq etməyi də lazım bilirəm. 92 00:10:58,000 --> 00:11:02,680 Bu gün çox gözəl hesabatlar səsləndirildi, 93 00:11:03,080 --> 00:11:10,480 yaxşı olar ki, onlar ictimaiyyətə də çatdırılsın, xalq bütün bunları sizdən eşitsin. 94 00:11:10,820 --> 00:11:20,510 Cənab Sərəfrazdan xahiş edirik ki, bu çıxışlar, bu hesabatlar nazirlərin öz səsi ilə yayımlansın, 95 00:11:20,800 --> 00:11:26,740 yəni qoy camaatımız həyata keçirilmiş işlər barədə cənab Nemətzadədən, cənab Zəngənedən, cənab Çitçiyandan, digər qardaşlarımızdan eşitsin. 96 00:11:27,540 --> 00:11:34,770 Bu, çox yaxşıdır; 97 00:11:35,680 --> 00:11:44,200 yəni camaat arxayın olsun ki, qardaşlar işləyir, zəhmət çəkir, hamısının başı gərgin işə qarışıb. 98 00:11:44,200 --> 00:11:53,370 Düzdür, bir çox müsbət işlər görülüb, amma bir şeyi həmişə yadda saxlamalıyıq: 99 00:11:53,940 --> 00:12:01,970 elə şeyləri dilə gətirib demək lazımdır ki, insanlar öz yaşamındakı reallıqlara baxanda 100 00:12:02,480 --> 00:12:07,250 onları təsdiqləsin, yəni vəziyyətin həqiqətən də belə olduğunu görsünlər. 101 00:12:09,600 --> 00:12:14,970 Cənab Dr. Haşemi o səhiyyə layihəsini bir müddət idi ki, reallaşdırmağa başlamışdı, 102 00:12:15,140 --> 00:12:18,420 mən qəsdən bəzi insanlara suallar verir, soruşdururdum; 103 00:12:18,420 --> 00:12:27,200 gediş-gəlişimiz olan insanlardan, xalqın içindən olan şəxslərdən – qohumlardan, dostlardan, bəzən Məşhədə səfərlərimdə və ya başqa yerlərdə – 104 00:12:27,680 --> 00:12:33,910 gördüm ki, insanlar bunu hiss edib; yəni deyirdilər ki, bəli, məsələn, xəstəxanaya getdik, bu cür idi; 105 00:12:35,110 --> 00:12:40,050 bax bu, çox yaxşıdır. Elə işlər var ki, əhali üçün əlçatan deyil, 106 00:12:40,570 --> 00:12:45,940 camaat onları görmür, xalq onların yalnız ikincili təsirini hiss edəcək, 107 00:12:46,020 --> 00:12:48,680 amma elə işlər də var ki, bilavasitə xalqa aiddir; 108 00:12:49,250 --> 00:12:53,620 bu şeylərdən danışmaq lazımdır. 109 00:12:54,080 --> 00:13:04,770 Misal üçün, mən deyirəm ki, iqtisadiyyatda nisbətən stabillik hiss olunur; 110 00:13:04,820 --> 00:13:12,400 bu barədə hamı məlumatlar verir, müxtəlif yerlərdən bizə çatan məlumatlarda da deyilir ki, bu, doğrudan da, var, müşahidə olunur. 111 00:13:12,570 --> 00:13:19,600 Valyutanın dəyərində kəskin dəyişmələrin idarə olunması, 112 00:13:20,250 --> 00:13:26,140 artıq müşahidə olunmaması çox müsbət bir haldır, amma diqqət yetirmək lazımdır ki, bu vəziyyət qorunub saxlansın. 113 00:13:26,340 --> 00:13:30,420 İnflyasiyanın azalması da çox yaxşıdır. 114 00:13:30,620 --> 00:13:37,680 Əlbəttə ki, biz inflyasiyanın hazırkı səviyyəsi, yəni ikirəqəmli ədədlə olan o göstərici ilə də razı deyilik. 115 00:13:38,510 --> 00:13:42,740 Bayaq cənab prezident qeyd etdi ki, 116 00:13:43,480 --> 00:13:48,170 inflyasiya, məsələn, 13 tam onda neçə faizə çatıb – 117 00:13:48,740 --> 00:13:57,000 əlbəttə ki, başlıca meyar illik inflyasiyadır; detallar əhəmiyyətli deyil, 118 00:13:57,000 --> 00:13:59,570 onlara önəm verilmir; əsas o illik inflyasiyadır – 119 00:13:59,880 --> 00:14:04,620 dünyada inflyasiya səviyyəsi ikirəqəmli ədədlə ifadə olunan ölkələr çox az saydadır 120 00:14:05,250 --> 00:14:10,420 və biz də onların sırasındayıq. 121 00:14:11,540 --> 00:14:17,250 Biz inflyasiyanın səviyyəsini 10-dan da aşağıya salmalıyıq, yəni bu hədəfə köklənməliyik; 122 00:14:17,400 --> 00:14:20,170 bu səviyyəyə çatmaq üçün çalışmalıyıq. 123 00:14:20,310 --> 00:14:29,620 Düzdür, bəzən bizdən asılı olan və olmayan müəyyən proseslərlə bağlı 124 00:14:29,740 --> 00:14:34,420 inflyasiya artır, amma aydındır ki, bu cür hallar qalıcı olmur, 125 00:14:34,570 --> 00:14:39,340 o yüksək səviyyəli inflyasiyalar heç vaxt uzun müddət davam etmir; 126 00:14:39,340 --> 00:14:45,450 bunları bu və ya digər şəkildə enmə xəttinə istiqamətləndirirlər və Allaha şükür, indiyə qədər istiqamətləndirmisiniz də; 127 00:14:45,650 --> 00:14:48,710 bunu edə bilmisiniz, amma bu səviyyə ilə kifayətlənməyin; inflyasiyanı aşağı salın. 128 00:14:50,080 --> 00:14:57,510 Amma indiki vəziyyət də yaxşıdır. Hazırda 13-14 faizə çatdırılmağının özü də böyük bir addımdır. 129 00:14:58,020 --> 00:15:00,800 İqtisadiyyatda durğunluqdan çıxış üçün göstərilən səylər də çox yaxşıdır. 130 00:15:01,020 --> 00:15:04,340 Əlbəttə ki, durğunluqla bağlı mən indi müəyyən məqamları qeyd edəcəyəm, 131 00:15:04,600 --> 00:15:14,310 təkbətək söhbətlərimizdə cənab prezidentə də müəyyən şeyləri demişəm; 132 00:15:14,600 --> 00:15:19,970 hər halda, ölkəni durğunluqdan çıxarmağa çalışırsınız, bu, çox əhəmiyyətlidir, 133 00:15:20,220 --> 00:15:25,420 çünki durğunluq həm inflyasiyaya, 134 00:15:25,420 --> 00:15:32,220 həm də işsizliyə təsir göstərə biləcək bir məsələdir; durğunluq ölkədə çox önəmli bir problemdir. 135 00:15:32,220 --> 00:15:33,710 Bu istiqamətdə çox müsbət səylər göstərilir. 136 00:15:33,850 --> 00:15:36,600 Səhiyyə məsələsi müsbət cəhətlərdəndir. 137 00:15:36,600 --> 00:15:42,650 Prezidentin elmi məsələlər üzrə müavinliyi tərəfindən dəyərli işlər həyata keçirilib. 138 00:15:43,080 --> 00:15:52,370 Suvarma məsələsi də; hansı ki ölkə başçısının birinci müavini də bu məsələ ilə fəal surətdə məşğul olub; 139 00:15:52,600 --> 00:15:58,080 səhv etmirəmsə, Xuzistan, Eylam, Zabel və digər yerlərdə özünüz şəxsən olmusunuz. 140 00:16:01,170 --> 00:16:05,420 Zabelə getməmisiniz? Hə, onda Zabilə də, mütləq, gedin; yaxşı oldu ki, dedik. 141 00:16:06,820 --> 00:16:12,050 Bütün bunlar, heç şübhəsiz, həyata keçirilmiş çox müsbət işlərdir. 142 00:16:12,940 --> 00:16:16,000 Eynilə nüvə məsələsi də. 143 00:16:16,310 --> 00:16:19,220 Düzdür, indiyə qədər bu barədə çox danışmışıq, 144 00:16:19,540 --> 00:16:24,450 bir çox məqamlara toxunmuşuq, demişik, eşitmişik, 145 00:16:24,910 --> 00:16:30,280 amma əsas odur ki, yoldaşlar bu danışıqları başa çatdıra bildilər, 146 00:16:30,710 --> 00:16:35,710 çünki danışıqların uzanmasının özü bir problem idi, 147 00:16:35,970 --> 00:16:41,770 bu məsələni bağlaya bildilər; bunun özü çox əhəmiyyətli bir işdir. 148 00:16:42,170 --> 00:16:46,480 Kənar-bucağında hansısa problem olsa belə, 149 00:16:46,620 --> 00:16:51,280 sizlərin, digər rəsmilərimizin görəcəyi tədbirlər sayəsində, inşallah, aradan qaldırılacaq. 150 00:16:51,280 --> 00:16:58,650 İstənilən halda, mən bu məsələ üzərində işləyən, çalışan qardaş və bacılarımıza təşəkkürümü bildirirəm, 151 00:16:58,740 --> 00:17:05,880 amma bu nüvə məsələsi, 152 00:17:06,080 --> 00:17:12,940 danışıqların yekunlaşması ilə bağlı 153 00:17:12,940 --> 00:17:16,250 məni narahat edən bir məsələ var: 154 00:17:17,200 --> 00:17:25,000 biz İslam Respublikasının açıq düşmənlərinin izlədiyi hədəflərə, 155 00:17:26,400 --> 00:17:34,540 həyata keçirmək istədiyi işlərə diqqət yetirməliyik. 156 00:17:37,480 --> 00:17:43,770 Aydındır ki, inqilabın əvvəlindən indiyə qədər İslam Respublikasının düşmənlərinin ədavəti azalmayıb; 157 00:17:44,820 --> 00:17:50,880 düzdür, müəyyən yerlərdə düşmənçiliklər, ədavət planları cilovlanır, idarə olunur – buna əsla şübhə yoxdur – 158 00:17:52,400 --> 00:17:55,050 amma bu o demək deyil ki, düşmənçiliklər azalıb. 159 00:17:55,400 --> 00:18:04,680 Mən bu fikirdəyəm ki, qondarma və işğalçı sionist rejiminin, 160 00:18:05,140 --> 00:18:11,400 yaxud ABŞ-ın əvvəldən indiyə qədər bizimlə olan düşmənçiliyi qətiyyən azalmayıb; 161 00:18:11,820 --> 00:18:19,650 əlbəttə ki, hərəsininki bir səbəbə görə; sionist rejiminin bir səbəbdən bizimlə düşmənçiliyi var, 162 00:18:19,970 --> 00:18:25,050 amerikalıların isə başqa bir səbəbdən, amma ikisi də eyni dərəcədə bizə düşməndir, 163 00:18:25,050 --> 00:18:30,680 bizdən acıqları gəlir və bu düşmənçilik azalmayıb; 164 00:18:31,310 --> 00:18:35,480 inqilabın ilk günündən gördükləri işləri bu gün də görürlər; 165 00:18:35,600 --> 00:18:43,850 intəhası işlətdikləri metodları dəyişiblər, inkişaf etdiriblər; 166 00:18:45,400 --> 00:18:51,370 bir vaxtlar bir cür düşmənçilik edir, zərbə vururdular, indi isə bunu başqa vasitələrlə, başqa üsullarla edirlər; 167 00:18:51,680 --> 00:18:53,370 bunu diqqətdən qaçırmaq olmaz. 168 00:18:54,080 --> 00:19:01,220 Müxtəlif sahələrin rəsmiləri hamısı – təkcə Xarici İşlər Nazirliyinə, cənab Dr. Zərifə aid deyil; 169 00:19:02,280 --> 00:19:09,020 müxtəlif strukturlar, iqtisadi qurumlar, mədəni qurumlar – diqqət yetirməlidirlər ki, 170 00:19:09,220 --> 00:19:17,620 düşmənin cızdığı planın tərkib hissəsinə çevrilib onun dəyirmanına su tökməyək; 171 00:19:19,080 --> 00:19:23,420 belə ki qəbul etdiyimiz hansısa qərar – istər siyasət sferasında olsun, istər iqtisadiyyatda, 172 00:19:23,800 --> 00:19:27,310 istər ticarətdə, istərsə də mədəniyyət sahəsində – 173 00:19:28,570 --> 00:19:37,310 düşmənin özü üçün, öz xeyrinə nəzərdə tutduğu plana yardımçı olmasın. 174 00:19:37,450 --> 00:19:45,200 Onların danışığından, yazdıqlarından, səsləndirdikləri cürbəcür bəyanatlardan məqsədlərinin nə olduğunu anlamaq olar; 175 00:19:45,400 --> 00:19:50,480 yəni mənim düşmənçiliklərdən danışmağım fantaziya, təxəyyül, 176 00:19:51,220 --> 00:19:57,710 qeybdən xəbər vermək, yatıb yuxu görmək deyil; yox, bunlar gözümüzün önündə olan reallıqlardır. 177 00:20:00,510 --> 00:20:08,200 Ola bilsin ki, onlar başqa cür danışsın, amma xarici aləmdəki reallıqlar – bizim görüb hiss etdiklərimiz – 178 00:20:09,080 --> 00:20:12,110 o düşmənçilikdən xəbər verir, düşmənçiliyin göstəricisidir; 179 00:20:12,110 --> 00:20:15,970 intəhası özünəməxsus metodları var. 180 00:20:15,970 --> 00:20:19,620 İndi biz bu düşmənçilik qarşısında nə etməliyik – bu, ayrı söhbətin mövzusudur, 181 00:20:19,910 --> 00:20:22,480 amma düşmənçiliyin olduğunu unutmamalıyıq; mənim demək istədiyim budur. 182 00:20:23,850 --> 00:20:30,600 Qarşınızda, səngər arxasında, 183 00:20:30,600 --> 00:20:35,570 silahları hazır vəziyyətdə bir düşmən cəbhəsi olduğunu biləndə 184 00:20:36,280 --> 00:20:40,940 siz buna uyğun davranacaqsınız; baxacaqsınız ki, atəş açmaq lazımdır, 185 00:20:40,940 --> 00:20:43,510 ya sakit durmaq, səngərdə gizlənmək lazımdır, 186 00:20:43,510 --> 00:20:46,280 yoxsa səngərdən çıxmaq; bunlar sonrakı söhbətdir; 187 00:20:46,820 --> 00:20:52,110 əsas odur ki, qarşımızda bizə qarşı düşmən niyyətdə olan bir cəbhə olduğunu 188 00:20:52,420 --> 00:20:58,800 yaddan çıxarmayaq. 189 00:20:58,970 --> 00:21:04,080 Əlbəttə ki, mənim bu sözlərim təkcə rəsmilərə ünvanlanmır, 190 00:21:04,480 --> 00:21:08,970 xalqımızın bütün nümayəndələri, xüsusilə də inqilaba can yandıran, 191 00:21:09,340 --> 00:21:17,770 inqilaba xidmət etməyə hazır olan insanlar diqqətli olmalıdırlar; 192 00:21:17,880 --> 00:21:27,970 intəhası, təbii ki, inqilaba sadiq olan digər insanlarla müqayisədə dövlət adamlarının bu məsələdə öhdəsinə daha böyük məsuliyyət düşür. 193 00:21:29,280 --> 00:21:34,910 Məncə, ilk olaraq dərhal atmalı olduğumuz addım 194 00:21:35,280 --> 00:21:41,400 açıq və qətiyyətli inqilabi mövqe tutmaqdır; yəni heç kimdən və heç nədən çəkinmək lazım deyil. 195 00:21:42,600 --> 00:21:50,170 Öz inqilabi mövqeyimizi, İmam Xomeyninin (r.ə) əsas prinsip və ideallarını açıq-aşkar bəyan etməli, 196 00:21:51,820 --> 00:21:59,420 bundan utanmamalı, üzgördülük etməməli, qorxmamalı, bilməliyik ki, 197 00:21:59,620 --> 00:22:04,170 “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”. (“Fəth” surəsi, ayə 7) 198 00:22:05,450 --> 00:22:10,820 Yer üzündəki bütün imkanlar, dünyada hökm sürən bütün qanunauyğunluqlar Allah-taalanın ordusudur, 199 00:22:10,820 --> 00:22:15,800 Allaha təvəkkül etməklə, Allahın qoyduğu yolla getməklə bu ordunu özünə köməyə cəlb etmək, 200 00:22:16,110 --> 00:22:21,510 onun önündə durmaq olar. 201 00:22:22,480 --> 00:22:27,310 Və sayıq olmalıyıq; bir neçə gün əvvəl mən söhbət edərkən dedim ki, 202 00:22:27,570 --> 00:22:31,310 bunlar bir yol, boşluq tapıb ölkəyə nüfuz etmək niyyətindədir; 203 00:22:31,800 --> 00:22:37,570 bu boşluq müxtəlif yerlərdə ola bilər; diqqətli olun. 204 00:22:37,820 --> 00:22:45,340 Bir də xəbər tutursan ki, misal üçün, filan təşkilat gəlib 205 00:22:45,620 --> 00:22:51,110 ölkəmizdə mədəni həyatın hansısa sferasını – tutalım, uşaq bağçalarını – 206 00:22:51,170 --> 00:22:52,910 xüsusi bir formada istiqamətləndirir; 207 00:22:53,370 --> 00:23:00,050 ilk baxışdan anladığın bu olur, yaxınlaşanda görürsən ki, təhlükəli və böyük bir işdir, amma diqqət yetirən olmayıb; 208 00:23:01,820 --> 00:23:09,450 bax boşluq bunlardır; cürbəcür sferalarda; iqtisadiyyatın müxtəlif sferalarında, 209 00:23:09,740 --> 00:23:17,620 gediş-gəlişlərdə, bütün strukturlarda. Biri bu açıq-aydın, qətiyyətli mövqe bildirmək məsələsidir. 210 00:23:18,420 --> 00:23:22,820 Biri də, xoşbəxtlikdən, xalqımız arasında mövcud olan bu birlik və həmrəyliyin qorunmasıdır. 211 00:23:23,020 --> 00:23:28,770 Həmrəylik deyəndə dərhal bunu düşünmək lazım deyil ki, məsələn, cəmiyyətin bütün üzvləri 212 00:23:29,200 --> 00:23:34,220 bir-biri ilə qardaş kimi səmimidir; yox, sadəcə, camaatımız birgə hərəkət edir. 213 00:23:34,310 --> 00:23:41,110 Misal üçün, 22 bəhmən yürüşlərinə baxanda görürsən ki, 214 00:23:41,170 --> 00:23:45,370 hamı eyni tərəfə gedir; o adamlar hamısı eynidirmi? 215 00:23:45,540 --> 00:23:51,420 Eyni siyasi cinahdandırmı? Eyni partiyadandırmı? Yox, amma istiqamət birdir; 216 00:23:51,650 --> 00:24:00,340 bu vahid istiqamətlənmənin qədrini bilmək, buna görə şükür etmək, bu məqama əhəmiyyət vermək lazımdır. 217 00:24:00,540 --> 00:24:06,570 Bu mövzu ətrafında lüzumsuz söhbətlər, şərhlər edilməməlidir; bəzi şərhlər destruktiv xarakterlidir; 218 00:24:06,680 --> 00:24:12,620 yəni o vahid istiqamətlənməni pozur; buna diqqət yetirməliyik. 219 00:24:13,310 --> 00:24:18,420 Mən hazırda yaşadığımız etapın prioritetləri olaraq bir neçə məqamı burada qeyd etmişəm, onları sizə çatdırmaq istəyirəm; 220 00:24:18,570 --> 00:24:24,200 əlbəttə, sevindirici haldır ki, cənab nazirlərin bugünkü məruzələrində 221 00:24:24,970 --> 00:24:31,200 mənim qeyd etdiyim məsələlərdən bəziləri əksini tapırdı, amma mən yenə də vurğulamaq istərdim; 222 00:24:31,370 --> 00:24:35,600 toxunacağım mövzulardan bəziləri təkrar olacaq, ancaq təkrar etməyin heç bir eybi yoxdur; 223 00:24:35,970 --> 00:24:40,020 elə məqamlar var ki, onları nə qədər təkrar-təkrar vurğulasan, problemi yoxdur. 224 00:24:40,020 --> 00:24:44,510 Görürsünüz, Quranda Musanın hekayəsi neçə dəfə təkrarlanır. 225 00:24:44,880 --> 00:24:47,200 Bu mövzuları da təkrarlamağın heç bir problemi yoxdur; 226 00:24:48,140 --> 00:24:54,110 vəzifə məsuliyyətimizi bizə xatırladır, stimulumuzu gücləndirir. 227 00:24:54,600 --> 00:24:57,400 Biri ölkənin elmi inkişaf tempini qoruyub saxlamaqdır. 228 00:24:59,280 --> 00:25:05,740 Düzdür, elmi inkişafa görə tutduğumuz yeri qoruyub saxlamışıq; yəni aşağı enməmişik. 229 00:25:05,880 --> 00:25:08,540 Elə həmin 15-16-cı yerdəyik – 230 00:25:08,710 --> 00:25:12,570 hansı ki çox yüksək bir yerdir, yaxşıdır – amma elmi inkişafımızın sürət tempi azalıb. 231 00:25:12,570 --> 00:25:19,080 Mən bunu universitetlərimizin rəsmilərinə də demişəm və elə indi də deyirəm ki, 232 00:25:19,310 --> 00:25:24,420 perspektiv inkişaf planının ikinci onilliyində – hazırda bu planın ikinci onilliyinə 233 00:25:24,480 --> 00:25:30,400 qədəm qoymuşuq – elmi tərəqqinin sürət tempinin azalmasına imkan verməyin. 234 00:25:30,820 --> 00:25:33,450 Biz eyni sürətlə irəli getsək, 235 00:25:33,910 --> 00:25:41,850 elmi inkişafımıza görə tutduğumuz yer də, hökmən, daha böyük dəyər və əhəmiyyət qazanar; 236 00:25:42,370 --> 00:25:48,910 yəni ola bilsin, ilk onluqda yer alarıq; məncə bu, çox əhəmiyyətli bir məsələdir. 237 00:25:48,910 --> 00:25:51,910 Axı elm ölkənin başlıca infrastrukturudur. 238 00:25:52,970 --> 00:25:56,570 Əgər biz hökumət nümayəndələrinin bu gün haqqında məruzə etdiyi 239 00:25:57,080 --> 00:26:04,280 bütün sferalarada: sənayedə, kənd təsərrüfatında, neftdə, orduda, 240 00:26:04,420 --> 00:26:08,600 səhiyyədə və digər sahələrdəki balanslaşmada elmin, 241 00:26:09,050 --> 00:26:14,570 elmi təşəbbüslərin, elmi inkişafın, alimlərin iştirakını təmin etsək, 242 00:26:16,000 --> 00:26:21,680 vəziyyət tamamilə dəyişər; sıçrama müşahidə olunar; 243 00:26:22,020 --> 00:26:25,280 biz buna etinasız yanaşmamalıyıq; mən belə düşünürəm. 244 00:26:25,540 --> 00:26:30,710 Mən inanıram ki, elm, elmi tədqiqatlar sahəsinə nə qədər pul xərcləsək də, bu, bir sərmayə qoyuluşudur; 245 00:26:31,770 --> 00:26:35,540 yəni bu sahəyə pul xərcləməkdən əsla qorxmamalıyıq. 246 00:26:35,540 --> 00:26:40,940 Elə yerlər var ki, ora xərclənən pullar, doğrudan da, hədər getmir; onladan biri də elmdir. 247 00:26:42,020 --> 00:26:46,110 Nə qədər çox pul xərcləsək də, gələcək üçün sərmayə qoymuş oluruq 248 00:26:46,110 --> 00:26:51,970 və bu, bizim öz varlığımız, pulumuz, resurslarımızla edə biləcəyimiz ən yaxşı işdir. 249 00:26:51,970 --> 00:26:57,740 Perspektiv inkişaf proqramının birinci onilliyində 250 00:26:58,250 --> 00:27:02,650 müşahidə olunan önəmli məqamlardan biri də budur ki, 251 00:27:03,250 --> 00:27:09,370 elmi hərəkat cəmiyyətimizdə diskursa çevrilib; sevindirici haldır ki, 252 00:27:10,050 --> 00:27:14,280 beynəlxalq statistik mərkəzlərin hesabatlarına görə, biz elmi inkişafa başlamışıq və 253 00:27:15,510 --> 00:27:20,910 bu yerə gəlib çatmışıq; yəni görülən işlər yalnız bir neçə dövlət strukturu ilə məhdudlaşmayıb, 254 00:27:21,510 --> 00:27:25,340 elmi inkişaf məsələsi universitetlər, tələbələr arasında ümumi bir diskursa çevrilib. 255 00:27:26,850 --> 00:27:30,050 Son bir neçə ildə universitetlərimizin ictimaiyyəti ilə 256 00:27:30,220 --> 00:27:33,250 keçirdiyimiz görüşlərdə 257 00:27:33,940 --> 00:27:38,340 mən görürdüm ki, gəlib söhbət edirlər – ya müəllimlər, ya tələbələr – 258 00:27:38,710 --> 00:27:43,020 məndən, misal üçün, bir neçə il əvvəl 259 00:27:43,280 --> 00:27:49,570 bizim universitetlər qarşısında qaldırdığımız məsələlərin reallaşmasını istəyirlər; 260 00:27:49,570 --> 00:27:54,050 bu, məni çox sevindirir. Məlum olur ki, bu mövzular artıq diskursa çevrilib, 261 00:27:54,450 --> 00:27:59,250 ümumi bir atmosferə, ümumi bir arzuya çevirlib; bu, çox dəyərlidir. 262 00:28:00,220 --> 00:28:07,510 Gəlin bu diskursu qoruyub saxlayaq; yəni mən təkid edirəm ki, aidiyyətli qurumlar – 263 00:28:07,800 --> 00:28:15,940 universitetlər, Təhsil Nazirliyi, xüsusilə də prezidentin elmi məsələlər üzrə müavinliyi 264 00:28:16,110 --> 00:28:22,340 (deyəsən, bu gün burda yoxdurlar) – hökmən bu sahəyə, 265 00:28:22,340 --> 00:28:30,540 yəni elmi inkişaf diskursunun qorunmasına ciddi diqqət ayırsın. 266 00:28:30,880 --> 00:28:38,200 Elmi əsaslı şirkətlərin üzərində möhkəm durmaq lazımdır; bu gün bu barədə məruzə edildi, çox yaxşıdır. 267 00:28:38,370 --> 00:28:42,450 Elmi-texnoloji nailiyyətlərin bazara çıxarılması, elm və texnologiya parkları 268 00:28:42,450 --> 00:28:45,370 və sair çox lazımlı və müsbət işlərdir. 269 00:28:45,770 --> 00:28:51,370 Baxın, bizim iqtisadi problemlərimizdən biri də məşğulluq məsələsidir; 270 00:28:52,050 --> 00:28:58,600 məşğulluğu təmin etməyin ən yaxşı yollarından biri də elə o elm və texnologiya parkları, 271 00:28:58,770 --> 00:29:06,480 tələbələrin sərvətə çevrilə biləcək texnologiyaların istehsalına cəlb edilməsidir. 272 00:29:07,420 --> 00:29:10,200 Bir az onlara kömək edilsə, bir az istiqamət verilsə, 273 00:29:10,370 --> 00:29:17,940 qarşılarına praktik, təcrübi – real iş qoyulsa, işləyəcəklər. 274 00:29:18,850 --> 00:29:21,570 Məncə, universitetdən məzun olan hər kəsin 275 00:29:21,820 --> 00:29:27,140 gedib bir dövlət qurumunda işləməli olduğunu düşünmək, 276 00:29:27,340 --> 00:29:30,340 “ali təhsilli məzunlar çoxdur, yerimiz yoxdur, bu qədər adama iş vermək imkanımız yoxdur” – 277 00:29:30,480 --> 00:29:38,800 deyə yas tutmaq yanlış yanaşmadır. Düzgün yanaşma odur ki, biz yolu açaq; 278 00:29:39,050 --> 00:29:42,710 bu barədə düşünmək lazımdır; yəni konkret proqramlar hazırlamaq lazımdır ki, 279 00:29:43,880 --> 00:29:47,740 tələbələrimiz hələ təhsil aldıqları dövrdə – 280 00:29:47,910 --> 00:29:56,000 misal üçün, tələbəlik illərində, yaxud magistratura və doktorantura dövründə, 281 00:29:56,280 --> 00:30:01,940 daha yüksək elmi biliklərə yiyələnməyə başladıqları zaman – 282 00:30:02,170 --> 00:30:07,540 onların üzünə yollar açılsın, gedib bir yerdə elmi işlə məşğul ola bilsinlər. 283 00:30:07,770 --> 00:30:10,340 Doğrudan da, saysız-hesabsız ixtisaslar var. 284 00:30:10,340 --> 00:30:15,680 Mənim fikrimcə, elmdən qaynaqlanan ixtisasları saymaqla bitirmək olmaz. 285 00:30:16,110 --> 00:30:21,510 Nə qədər adamımız olsa da, onları elm sahəsində işlə təmin edə bilərik, 286 00:30:21,600 --> 00:30:25,140 bir şərtlə ki, oturub işləyək. Bir məsələ elm məsələsidir. 287 00:30:25,340 --> 00:30:27,340 Digər bir məsələ mədəniyyət məsələsidir. 288 00:30:28,050 --> 00:30:34,050 Burda iştirak edən dostlarımız, xüsusilə də ölkənin mədəniyyət rəsmiləri 289 00:30:34,420 --> 00:30:41,450 və cənab prezident özü mənim mədəniyyət mövzusuna nə qədər həssaslıqla yanaşdığımı bilirlər. 290 00:30:41,620 --> 00:30:45,770 Bəzən elə olub ki, mədəniyyətlə əlaqəli məsələlərə görə səhərə qədər mənim gözümə yuxu getməyib; 291 00:30:46,110 --> 00:30:50,650 mədəniyyətlə bağlı problemlər ucbatından; yəni mədəniyyətlə bağlı mövzular bu qədər əhəmiyyətlidir. 292 00:30:51,140 --> 00:30:55,050 Bu sahədə yerinə yetirilməli olan iki əsas və önəmli iş var; 293 00:30:55,050 --> 00:31:04,510 birincisi, müxtəlif sferalarda sağlam mədəni məhsullar ortaya qoymaq, 294 00:31:05,420 --> 00:31:12,770 ikincisi, zərərli məhsulların, belə deyək, ziyanverici mədəniyyət məhsullarının qarşısını almaq; 295 00:31:12,970 --> 00:31:15,280 mənim fikrimcə, bunlar əsas işlərdəndir. 296 00:31:15,480 --> 00:31:22,880 Mədəni məhsullara, nəşr olunan kitablara və sairə ehtiyatlı yanaşma bütün dünyada var. 297 00:31:23,170 --> 00:31:26,820 Dünyanın hansı yerində yoxdur? Mənə birini göstərin? 298 00:31:27,400 --> 00:31:29,770 Baxın xanım İbtikar bu gün burda iştirak edir; 299 00:31:29,850 --> 00:31:35,080 o özü mənə deyib ki, qələmə aldığı kitabın çapına Amerikanın heç yerində imkan verilməyib. 300 00:31:36,370 --> 00:31:41,110 Heç bir naşir o kitabı çap etmək istəməyib – həddən artıq təəssübkeşlik ucbatından yox; 301 00:31:41,110 --> 00:31:45,850 çox satılan bir kitab olsa, istənilən naşir onu nəşr etməyə razılıq verir; 302 00:31:46,020 --> 00:31:54,540 qorxduqlarına, ehtiyat etdiklərinə görə bu işə getməyiblər – axırda, deyəsən, Kanadada bir naşir tapıb, 303 00:31:55,800 --> 00:32:05,140 həmin adam da, məncə, qorxa-qorxa çap edib (ya heç etməyib); 304 00:32:05,620 --> 00:32:07,220 bir neçə il əvvəlin söhbəti olduğuna görə detalları, ola bilsin ki, yadımda qalmayıb. 305 00:32:07,800 --> 00:32:13,400 Bunları danışın, qoy o cənablar bilsinlər ki, əgər bizdə hansısa kitabın qarşısı alınırsa, 306 00:32:13,680 --> 00:32:15,450 dünyada bunu edən təkcə cənab Cənnəti deyil. 307 00:32:15,820 --> 00:32:19,370 Yox, bu, Amerikada da, Avropada da var. 308 00:32:20,050 --> 00:32:23,280 Holokost haqda danışmağa heç kəs cürət etmir; 309 00:32:23,680 --> 00:32:26,620 yaxşı, Holokost ki ideoloji bir məsələ deyil; 310 00:32:27,250 --> 00:32:35,680 amma iş gəlib İslamın müqəddəs şəxsiyyətlərinin təhqiredici karikaturalarına çatanda 311 00:32:35,880 --> 00:32:39,820 orda bu cənablar azadlıqsevər, söz və ifadə azadlığının tərəfdarı olurlar! 312 00:32:40,250 --> 00:32:44,000 Holokasta çatanda isə yox, söz azadlığı yoxdur. 313 00:32:44,680 --> 00:32:47,570 Hicab məsələsi də, başqa məsələlər də eynilə belədir; 314 00:32:47,910 --> 00:32:53,650 bəli, hər bir ölkənin öz prinsipləri var ki, onlar qorunmalı, 315 00:32:53,850 --> 00:32:57,400 hakim qurumlar həmin prinsiplərə riayət etməlidir; burda heç bir üzgörənlik ola bilməz. 316 00:32:57,940 --> 00:33:03,570 Hansısa teatr tamaşasının, filmin, kitab, yaxud nəşrin 317 00:33:04,050 --> 00:33:09,710 İslamın və inqilabın prinsiplərinə zidd olduğunu görürsünüzsə, qarşısını alın, ona qarşı mübarizə aparın, tədbir görün. 318 00:33:09,850 --> 00:33:12,680 Necə mübarizə aparmaq lazımdır – bu, başqa söhbətin mövzusudur, 319 00:33:12,800 --> 00:33:16,620 hökumət qurumlarından asılıdır, baxın görün qəbul etdiyiniz qanunlar, qərarlar bu haqda nə deyir, 320 00:33:16,880 --> 00:33:20,600 amma üzgörənlik etməyin və bunu açıq-aydın, birbaşa deyin. 321 00:33:21,710 --> 00:33:30,820 Deməli, əsas iş sağlam mədəni qidanın hazrılanması və qeyri-sağlam, ziyanlı mədəni qidanın qarşısının alınmasıdır. 322 00:33:30,820 --> 00:33:33,850 Mədəniyyət sferasını qətiyyən özbaşına buraxmaq olmaz; 323 00:33:34,000 --> 00:33:37,400 mədəni işlərin idarə olunması olduqca lazımlı bir işdir; 324 00:33:38,020 --> 00:33:46,080 idarəetmə də inqilabi şüarlara, İslam İnqilabının prinsiplərinə əsaslanmalıdır; 325 00:33:46,570 --> 00:33:50,400 yəni bir şeyə diqqət yetirmək lazımdır ki, əsas məsələ 326 00:33:52,200 --> 00:33:59,540 inqilabın, İmam Xomeyninin, ölkənin suverenliyinin başlıca prinsiplərinin qorunmasıdır. 327 00:34:00,080 --> 00:34:07,050 Zənnimcə, hazırkı etapda prioritetlərin sırasında olan məsələlərdən ikincisi də budur. 328 00:34:07,200 --> 00:34:12,110 Hamısından daha aktual və təcili olan üçüncü prioritet isə iqtisadiyyatdır; 329 00:34:12,650 --> 00:34:18,850 doğrudur, sevindirici haldır ki, cənab Cahangiri bilərəkdən bugünkü iclasın reqlamentini 330 00:34:19,370 --> 00:34:24,510 iqtisadi problemlərin önə çəkiləcəyi bir formada qurmuşdu. 331 00:34:24,820 --> 00:34:32,020 Bu gün iqtisadiyyat ölkə üçün həm onun müqəddəratı və həqiqi inkişafı, 332 00:34:32,480 --> 00:34:36,170 həm xarici nüfuzu baxımından önəmlidir, 333 00:34:36,170 --> 00:34:38,680 həm də xalqın yaşamının reallıqları baxımından önəmlidir. 334 00:34:38,850 --> 00:34:46,250 Odur ki iqtisadiyyat məsələsi, əslində, ölkənin başlıca prioritetidir 335 00:34:46,820 --> 00:34:52,280 və bu məsələ üzərində nə qədər düşünülsə, nə qədər iş görülsə, səy göstərilsə, bu mövzu nə qədər çox vurğulansa, yerinə düşər. 336 00:34:52,770 --> 00:35:01,880 Əvvəla, bizim iqtisadiyyatla bağlı fikrimiz bundan ibarətdir ki, ölkənin iqtisadi inkişafı ədalətlə yanaşı olmalıdır; 337 00:35:03,250 --> 00:35:09,250 biz ədalətsiz iqtisadiyyatı qəbul etmirik; yəni inqilab qəbul etmir; 338 00:35:09,740 --> 00:35:11,570 İslam Respublikası quruluşu qəbul etmir. 339 00:35:13,620 --> 00:35:20,310 Diqqətli olmaq lazımdır ki, təbəqələşmə yaranmasın; yoxsulların haqqı tapdanmasın; 340 00:35:20,940 --> 00:35:27,680 bunlar bizim makroiqtisadi proqramlarımızda, bir qədər sonra haqqında danışacağım 341 00:35:27,680 --> 00:35:31,000 müqavimət iqtisadiyyatında yer alan məsələlərdir. 342 00:35:31,220 --> 00:35:41,220 Ədalət, yaşayış minimumlarının təmin edilməsi kimi məsələlərə müqavimət iqtisadiyyatının siyasətlərində də rast gəlinir. 343 00:35:41,310 --> 00:35:47,710 Mənim fikrimcə, iqtisadiyyat sahəsində görüləcək başlıca işlərdən biri 344 00:35:47,970 --> 00:35:50,800 əməyin cəmiyyətdə ümumi diskursa çevrilməsidir; 345 00:35:51,940 --> 00:35:56,740 biz çalışmalıyıq ki, tənbəlliyi, işsiz-gücsüz gəzməyi, əməyə etinasız yanaşmanı – 346 00:35:58,510 --> 00:36:04,310 gündəlik işlər arasında dəyərli işlər daha çox yer tutmalıdır 347 00:36:04,820 --> 00:36:10,970 və onların azlığı böyük bir nöqsandır – 348 00:36:10,970 --> 00:36:16,510 xalqımızın gözündə düzgün bir şəkildə dəyərdən salaq; 349 00:36:16,710 --> 00:36:21,450 yəni bikarlıq utancverici bir şey olmalıdır; iş, əmək cəmiyyət üçün dəyər olmalıdır. 350 00:36:23,110 --> 00:36:27,680 Rəvayətlərdə oxuyuruq ki, bir gün Peyğəmbərimiz (s) bir gənclə rastlaşıb, 351 00:36:28,170 --> 00:36:34,340 ondan xoşu gəlib, həmin gənci yanına çağırıb, məsələn, adını soruşub, 352 00:36:34,480 --> 00:36:40,820 peşəsinin nə olduğunu xəbər alıb. Gəncin bikar olduğunu, heç bir işi, məşğuliyyəti olmadığını eşidəndə 353 00:36:41,310 --> 00:36:47,200 o Həzrət buyurub: – “Gözümdən düşdü”. Yəni əmək belədir. 354 00:36:47,970 --> 00:36:56,540 Peyğəmbərin (s) ki heç kimin qarşısında çəkinəcəyi yoxdur. Belə olmalıdır. 355 00:36:58,080 --> 00:37:03,200 Əlbəttə ki, bu məsələdə iki tərəfin bir-birindən tələbi var; 356 00:37:03,340 --> 00:37:07,220 işsiz olan iş tələb edir, “mənə iş verin” deyir, 357 00:37:07,420 --> 00:37:11,740 iş tələb edən, əhalinin işləməyini istəyən də “iş tap” deyir; 358 00:37:11,880 --> 00:37:22,510 burda bir orta yol var ki, ola bilsin, söhbət əsnasında mən bu məsələyə toxundum. 359 00:37:23,710 --> 00:37:32,480 Amma yenə də biz ölkədə insanlarımızı əməyə, dəyər yaratmağa, sərvət yaratmağa təşviq etməliyik; 360 00:37:32,740 --> 00:37:34,220 bunu həm dövlət işçiləri deməli, 361 00:37:34,220 --> 00:37:46,740 həm də qəzet və jurnallarda yazıları, fikirləri ilə çıxış etmək imkanı olan adamlar 362 00:37:47,770 --> 00:37:53,110 bu tribunlardan, bu statusdan istifadə edərək məsələləri çatdırmalıdırlar. 363 00:37:55,140 --> 00:37:58,250 Əmək, məşğulluq məsələsində əsas məqamlardan biri budur. 364 00:37:58,250 --> 00:38:02,000 Digər bir məsələ isə düzgün məşğulluq mənbələrinin yaradılmasıdır; 365 00:38:02,600 --> 00:38:09,510 bu, sözdə deyilən bir fikir olsa da, çox böyük və əhəmiyyətli bir işdir. 366 00:38:10,340 --> 00:38:14,570 Məşğulluq mənbələrini biz yaratmalıyıq. 367 00:38:15,400 --> 00:38:18,880 İşləmək, məşğulluq haqda danışıb təbliğat aparanda 368 00:38:18,880 --> 00:38:22,170 qarşı tərəf deyir, yaxşı, mən işsizəm, nə edim? 369 00:38:23,370 --> 00:38:29,710 İş axtarmağın yollarını camaata biz göstərməliyik. 370 00:38:30,170 --> 00:38:35,880 Bir neçə gün əvvəl televiziyada yaxşı bir veriliş gördüm; 371 00:38:36,310 --> 00:38:42,170 maarifləndirici formada hazırlanmışdı. Qonaqlardan biri danışırdı ki, 372 00:38:42,450 --> 00:38:50,110 10 milyon tümənlə özünə iş yeri yaradıb və müəyyən gəlir əldə edə bilib. 373 00:38:50,910 --> 00:38:55,650 Gül becərməklə bağlı idi, gül becərdiyini deyirdi. 374 00:38:56,510 --> 00:39:01,910 Onu da deyirdi ki, bu sahə ilə məşğul olmaq istəyənlər üçün 375 00:39:02,340 --> 00:39:11,020 dövlətə məxsus torpaq sahələrindən filan-filan yerlərdə pay ayrılır; 376 00:39:11,140 --> 00:39:13,850 məsələn, istəyən gedib 377 00:39:14,050 --> 00:39:19,420 gül əkib-becərməklə məşğul olsun. Yadımdadır, 378 00:39:19,620 --> 00:39:24,800 sizdən əvvəlki hökumətlərdən birinin dövründə iqtisadçı dostlarımız gəlmişdi, yeni iş yeri açmaq üçün nə qədər vəsait lazım olduğu barədə danışdırdılar. 379 00:39:25,050 --> 00:39:29,600 100, bəzi sahələrdə isə 500 milyon tüməndən və bu kimi məbləğlərdən danışılırdı! 380 00:39:29,740 --> 00:39:34,940 Amma belə çıxır ki, 10 milyon tümənlə də yeni iş yeri yaratmaq mümkündür. Bu hələ bir nümunədir; 381 00:39:35,020 --> 00:39:40,280 deyəsən, elə həmin kanalda başqa bir nümunə də görmüşdüm; 382 00:39:40,740 --> 00:39:44,820 başqa bir verilişdə idi; qonaq olan xanım nəyinsə istehsalı ilə məşğul idi və deyirdi ki, 383 00:39:44,820 --> 00:39:51,050 bu məşğulluq sferasını 20 milyon tümən maya ilə yarada bilib. 384 00:39:51,650 --> 00:39:58,420 Deməli, məlum olur ki, imkanlar, potensial həddən artıq böyükdür. 385 00:39:58,850 --> 00:40:10,280 Yoldaşlarla burda keçirdiyimiz görüşlərdən birində söhbət düşdü, dedilər ki, biz iqtisadi inkişafımızı daha da artırmalıyıq; 386 00:40:10,280 --> 00:40:15,050 mən dedim ki, Avropanın bəzi inkişaf etmiş dövlətlərinin 387 00:40:15,650 --> 00:40:19,800 illik iqtisadi inkişafı bir qayda olaraq 1,2, 2.5 faizdir; 388 00:40:20,480 --> 00:40:22,800 səbəbi isə odur ki, onların imkan və potensialı artıq tam istifadə olunub; 389 00:40:23,710 --> 00:40:30,250 necə ki, məsələn, vaxtı ikən illik 10, 11,12 faiz iqtisadi artımı olan Çinin 390 00:40:30,570 --> 00:40:34,370 hazırda bu göstəricisi xeyli aşağı düşüb; çünki potensialı artıq istifadə olunub. 391 00:40:34,480 --> 00:40:36,800 Bir çox imkanları artıq istifadə olunub və getdikcə daha da azalacaq; 392 00:40:37,250 --> 00:40:40,140 bizim isə potensialımız hələ çoxdur. 393 00:40:40,570 --> 00:40:50,680 Elə buna görə də 6-cı inkişaf proqramında 8 faizlik iqtisadi artımdan danışıldığı zaman 394 00:40:50,680 --> 00:40:55,020 buna şübhə ilə yanaşan dostlarımıza cavab olaraq ekspertlər söylədilər ki, 395 00:40:55,110 --> 00:40:59,740 biz bunu bacaracağıq, ölkənin reallıqlarına tamamilə uyğundur; 396 00:41:00,050 --> 00:41:03,050 eynilə bu gün cənab prezidentin də qeyd etdiyi kimi. 397 00:41:03,220 --> 00:41:12,820 Odur ki önəmli məsələlərdən biri də yeni məşğulluq sahələrinin yaradılmasıdır; baxmalıyıq ki, yeni iş yerlərinin yaradılmasına necə nail olmaq olar. 398 00:41:12,820 --> 00:41:17,200 Bəs bu iş dövlət qurumlarından hansının öhdəsinə düşür? 399 00:41:17,940 --> 00:41:24,050 Cənab Rəbii ki, həmişə yaxasını kənara çəkib məşğulluq və sair bu kimi məsələlərin 400 00:41:24,310 --> 00:41:29,420 ümumiyyətlə onun vəzifələri sırasına daxil olmadığını deyir; 401 00:41:37,510 --> 00:41:43,400 amma necə olursa-olsun hansısa qurum – ya siz, ya Dövlət Proqramları Komitəsi 402 00:41:49,540 --> 00:41:54,540 bu məsələyə görə məsuliyyət daşıyır. Əlbəttə ki, müəyyən mənada İqtisadiyyat Nazirliyinin də bəzi məqamlarda öhdəsinə müəyyən vəzifələr düşür; 403 00:41:55,020 --> 00:42:01,220 hansısa məsələlərə görə məsuliyyəti İqtisadiyyat Nazirliyinin öhdəsinə buraxmağımız o demək deyil ki, sizlərə səmimi yanaşmırıq. 404 00:42:02,510 --> 00:42:08,370 İqtisadiyyat Nazirliyinin, yaxud bankların da öhdəsinə düşən müəyyən vəzifələr var; cənab Seyfə də gəlib çatacağıq. 405 00:42:10,540 --> 00:42:18,540 İqtisadiyyatla bağlı mənim dönə-dönə vurğuladığım mühüm məsələlərdən biri də 406 00:42:18,850 --> 00:42:22,450 xarici ticarətin ciddi şəkildə idarə olunmasıdır; 407 00:42:23,620 --> 00:42:27,140 xarici ticarət olduqca önəmli bir sahədir. 408 00:42:27,680 --> 00:42:35,420 Xaricilər uzun illər boyu ticarət məsələsində bizim ölkəmiz də daxil olmaqla 409 00:42:36,600 --> 00:42:41,280 başqa ölkələrə bu cür yanaşıblar ki, 410 00:42:41,680 --> 00:42:49,200 burda xammal var, gəlib onu aparsınlar və özləri üçün əlavə dəyər istehsal etsinlər; 411 00:42:49,420 --> 00:42:52,450 bundan başqa, bizə öz istehsal etdikləri məhsula geniş tələb mövcud olan yaxşı bir satış bazarı kimi də baxıblar. 412 00:42:52,740 --> 00:43:02,080 İnqilabdan əvvəl ölkəmizdə hakim olan rejim də bu yanaşmanı qəbul etmişdi; 413 00:43:02,850 --> 00:43:08,820 bir vaxtlar təsadüfən bir yerdə mənim o vaxtkı parlamentin deputatlarından biri ilə bu barədə bir polemikam da olmuşdu; 414 00:43:09,110 --> 00:43:11,480 açıq-açığına mənim üzümə deyirdi ki, bu, çox yaxşı bir haldır! 415 00:43:11,740 --> 00:43:12,820 Ümumiyyətlə bu, çox yaxşı bir şeydir ki, biz pulunu veririk, 416 00:43:13,170 --> 00:43:19,020 avropalılar da nökər kimi işləyib bizim üçün məhsul istehsal edib gətirirlər. 417 00:43:19,140 --> 00:43:21,880 Yəni doğrudan da, məntiqi bu idi; 418 00:43:22,400 --> 00:43:26,910 ölkəni bu səmtə çəkən səfeh və ağılsız bir məntiq. 419 00:43:27,600 --> 00:43:33,420 Bu gün – yəni inqilabdan sonra isə bizim yanaşmamız fərqlidir; 420 00:43:33,600 --> 00:43:41,450 biz düşünürük ki, məsələ heç də belə deyil; olsun, qoy bizim bazarlarımızdan bir hissəsi xarici istehsalçıya aid olsun, 421 00:43:41,600 --> 00:43:46,110 amma həmin xarici istehsalçının bazarlarından bir qismi də bizə aid olmalıdır; 422 00:43:46,420 --> 00:43:55,510 yəni ədalətli bir mübadilə və qarşılıqlı idxal olmalıdır; bu, çox önəmli bir məsələdir. 423 00:43:57,220 --> 00:44:04,200 Cənab Nemətzadə idxal məsələsi ilə bağlı qeyd etdi; 424 00:44:04,370 --> 00:44:12,970 əlbəttə ki, utancvericidir; 4 nazirliyi cənab Nemətzadəyə həvalə ediblər! 425 00:44:13,110 --> 00:44:21,480 4 nazirlik idi də: Sənaye, Ağır Sənaye, Mədən və Ticarət Nazirlikləri. 426 00:44:21,850 --> 00:44:28,970 Mənim özümə də sona qədər qaranlıq qalan qəribə işlərdən biri də elə bu oldu: 427 00:44:29,340 --> 00:44:36,200 nəyə görə Ticarət Nazirliyi Sənaye və Mədən Nazirliyinə birləşdirildi; 428 00:44:36,400 --> 00:44:38,710 yəni doğrudan da, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm. 429 00:44:38,820 --> 00:44:43,220 O vaxt bu işi həyata keçirəndə də bunu nə məqsədlə etdikləri mənə aydın olmamışdı. 430 00:44:43,420 --> 00:44:49,340 Nə isə, parlament və hökumət rəsmiləri ölçüb-biçib bu qərara gəlmişdilər, etdilər. 431 00:44:49,910 --> 00:44:56,280 Doğrudan da, çətin bir işdir, mən ona haqq verirəm, işi ağır ola bilər, 432 00:44:56,400 --> 00:45:00,340 amma hər halda, bu iş yerinə yetirilməlidir; yəni olduqca mühüm işlərdən biri də 433 00:45:00,800 --> 00:45:04,110 xarici ticarətin idarə edilməsidir. 434 00:45:04,820 --> 00:45:12,020 O baxımdan ki, bura sırf xarici məhsulların bazarı olmasın; 435 00:45:12,020 --> 00:45:17,740 avtomobil, yaxud başqa bir məhsulun bazarı birbaşa onlara verilməsin. 436 00:45:18,020 --> 00:45:22,200 Bundan daha betəri bankların məsələsidir. 437 00:45:22,400 --> 00:45:28,310 Mühüm məsələlərdən biri də müqavimət iqtisadiyyatıdır. Bu il müqavimət iqtisadiyyatının ikinci ilidir. 438 00:45:29,140 --> 00:45:37,080 Ötən il – 1393-cü il – müqavimət iqtisadiyyatı siyasətlərinin başlanğıcı idi. 439 00:45:37,820 --> 00:45:40,170 Hökumət kabinetindəki dostlarımız mənə müəyyən hesabatlar təqdim ediblər. 440 00:45:40,170 --> 00:45:44,420 Cənab Cahangiri konkret işlər və vəzifələrlə bağlı 441 00:45:44,420 --> 00:45:52,450 15 dövlət qurumuna tapşırıqlar verdiyi zaman mən ona şəxsən öz təşəkkürümü bildirmişdim. 442 00:45:52,710 --> 00:45:55,020 Sonradan bu yaxınlarda mənə daha ətraflı bir hesabat da göndərmişdilər – 443 00:45:55,400 --> 00:46:01,570 əlbəttə ki, mənim üçün bir qədər yığcam formaya salınmışdı – o hesabatı mən axıra qədər oxudum, baxdım. 444 00:46:02,540 --> 00:46:10,110 Müqavimət iqtisadiyyatı sahəsində görülmüş işlərdən bəziləri müqəddimə xarakteri daşıyır; 445 00:46:11,170 --> 00:46:15,110 indi mən misal çəkməyə başlasam, uzun çəkər, vaxt keçər; 446 00:46:16,650 --> 00:46:23,620 hesabatlarda göstərilən işlərdən bəzilərinin isə müqavimət iqtisadiyyatının siyasətlərində yer alan bəndlərlə heç əlaqəsi yoxdur; 447 00:46:23,620 --> 00:46:26,910 hərçənd əlaqələndirilib, amma həmin qurumların cari işləridir; 448 00:46:28,110 --> 00:46:34,200 dövlət qurumlarının müəyyən cari vəzifələri, işləri var, götürüb onlar haqda sizə hesabat veriblər ki, “biz bu işləri görmüşük”; 449 00:46:34,910 --> 00:46:42,200 o işlər dövlət qurumlarının müqavimət iqtisadiyyatı sahəsində həyata keçirdiyi tədbirlər sırasına qatılıb; 450 00:46:42,400 --> 00:46:51,850 halbuki belə deyil. Bəzi işlərin də ümumiyyətlə müqavimət iqtisadiyyatı ilə əlaqəsi yoxdur; 451 00:46:52,050 --> 00:46:53,450 bu qədəri kifayət deyil. 452 00:46:54,420 --> 00:47:00,280 Müqavimət iqtisadiyyatının siyasətləri tam və kompleks bir məcmudur; 453 00:47:02,310 --> 00:47:07,600 özü də bu məcmu bir şəxsin beyin məhsulu deyil; 454 00:47:08,400 --> 00:47:12,020 heyət şəklində, birgə düşünülmüş bir şeydir; 455 00:47:12,020 --> 00:47:18,340 burda iştirak edən iqtisadçı dostlarımızdan bəziləri də bilir, məlumatları var. 456 00:47:19,370 --> 00:47:21,910 Bu məsələ üzərində ətraflı surətdə işlənilib, 457 00:47:22,170 --> 00:47:27,650 daha sonra bura gəlib, çək-çevir edilib, müzakirələr aparılıb, düşünülüb, araşdırılıb; 458 00:47:27,650 --> 00:47:32,050 ardınca Dövlətin Mənafeyini Müəyyən edən Şuraya göndərilib və orda da araşdırmalar aparılıb; 459 00:47:32,220 --> 00:47:34,650 sonda yenə gəlib və nəticədə bu siyasətlər alınıb. 460 00:47:34,650 --> 00:47:41,400 Yəni bu, rasional bir prosesin məhsuludur; 461 00:47:41,680 --> 00:47:45,000 elə buna görə də müqavimət iqtisadiyyatını hamı təsdiqlədi, alqışladı; 462 00:47:45,110 --> 00:47:48,910 yəni mən eşitməmişəm ki, iqtisadçılardan, 463 00:47:48,910 --> 00:47:52,020 bizimlə arası yaxşı və ya pis olan şəxslərdən kimsə 464 00:47:52,540 --> 00:47:58,310 müqavimət iqtisadiyyatına, bu siyasətlərə şübhə və tənqidlə yanaşsın; yox, hamı qəbul etdi. 465 00:47:58,510 --> 00:48:03,480 Dediyim kimi, bu, tam bir məcmudur və kompleks şəkildə həyata keçirilməlidir; 466 00:48:03,600 --> 00:48:05,370 bəs bunu necə etmək olar? 467 00:48:05,820 --> 00:48:13,480 Bunun üçün tam kompleks şəklində olan bir icra, reallaşdırma planı təqdim olunmalıdır; 468 00:48:14,080 --> 00:48:17,710 bir müddət əvvəl mən bu barədə cənab Ruhaniyə demişdim, 469 00:48:17,820 --> 00:48:23,480 qərara gəlmişdik ki, o, bu barədə dostlarımıza göstəriş versin, inşallah, hazırlayıb versinlər. Bu, lazımlı bir məsələdir; 470 00:48:24,110 --> 00:48:26,710 yəni bizim bir icra planına ehtiyacımız var; 471 00:48:27,220 --> 00:48:30,420 bu planda ayrı-ayrı dövlət qurumlarının öhdəsinə düşən vəzifələr, 472 00:48:30,820 --> 00:48:37,110 hansı bəndi hansı strukturun həyata keçirəcəyi müəyyən olunmalı, 473 00:48:38,200 --> 00:48:43,220 vaxt qoyulmalıdır. Zaman çox önəmlidir, vaxt bölgüsü aparılmalı, 474 00:48:43,370 --> 00:48:47,570 bu işin hansı müddət ərzində görüləcəyi dəqiqləşdirilməlidir. Əgər vaxt bölgüsü aparılmasa, 475 00:48:48,740 --> 00:48:54,680 bunun hətta sizin kabinetin hakimiyyətdə olduğu dövrdə həyata keçiriləcəyinə belə zənanət yoxdur. 476 00:48:54,910 --> 00:48:58,740 Bunun həyata keçməyini, icrasına start verilməsini, 477 00:48:58,940 --> 00:49:02,200 xalqın bu siyasətlərin xeyrini görməyini istəyirsinizsə, vaxt qoyun. 478 00:49:03,850 --> 00:49:10,740 Əvvəla, hər bir bəndlə bağlı zəruri əməli tədbirlər müəyyənləşdirilməlidir, 479 00:49:10,740 --> 00:49:13,880 icraçılar – məsul rəsmi strukturlar məlum olmalıdır, 480 00:49:14,200 --> 00:49:17,620 hər bir sahə üçün vaxt qoyulmalıdır, 481 00:49:17,880 --> 00:49:22,880 tələb olunan imkanlar və bu imkanların haradan təmin ediləcəyi aydınlaşmalıdır; 482 00:49:23,140 --> 00:49:29,650 axı bu siyasətlər praktik, əməli surətdə hərəkətə keçməyi tələb edir. 483 00:49:30,680 --> 00:49:35,940 Hər hansı bir strategiya hazırlayırsınızsa, meydanda həqiqətən bir hərəkətlilik, dinamika yaratmaq istəyirsinizsə, 484 00:49:36,170 --> 00:49:40,400 bunun öz zəruri tələbləri yaranır. Həmin tələblər hansılardır? Onları necə təmin etmək olar? 485 00:49:40,570 --> 00:49:43,940 O tələblərin necə təmin olunacağı dəqiqləşdirilməlidir. 486 00:49:45,420 --> 00:49:48,770 Bu işlər görüləndən sonra artıq siz monitorinq aparıb baxa bilərsiniz ki, 487 00:49:49,050 --> 00:49:52,370 alınıb, ya alınmayıb, 488 00:49:52,600 --> 00:49:57,620 filan qurum öz işini görüb, ya görməyib. Beləcə işlər irəli gedəcək. 489 00:50:00,280 --> 00:50:06,200 Müqavimət iqtisadiyyatı ilə bağlı ikinci mühüm məqam budur ki, 490 00:50:06,420 --> 00:50:10,340 dövlətin bütün iqtisadi proqramları 491 00:50:11,400 --> 00:50:16,650 bu müqavimət iqtisadiyyatı məcmusunun, bu siyasətlərin çərçivəsinə daxil olmalıdır; 492 00:50:17,170 --> 00:50:20,250 hətta 6-cı inkişaf proqramı, illik proqam və büdcələr 493 00:50:20,770 --> 00:50:24,050 hamısı müqavimət iqtisadiyyatı əsasında formalaşdırılmalıdır; 494 00:50:24,220 --> 00:50:28,370 yəni bunların heç biri, heç bir sferada 495 00:50:28,820 --> 00:50:33,020 bu siyasətlərlə uyğunsuzluq təşkil etməməlidir; nəinki təkcə ziddiyyət təşkil etməməlidir, 496 00:50:33,170 --> 00:50:37,020 hətta bu siyasətlərə tamamilə uyğun olmalıdır. 497 00:50:37,680 --> 00:50:42,710 Digər bir məqam odur ki, qeyri-hökumət sektorları fəallaşdırılmalıdır; 498 00:50:44,110 --> 00:50:53,310 indi ola bilsin ki, siz dövlət qurumlarına, nazirliklərə tövsiyə və göstərişlərinizi vermisiniz, 499 00:50:53,540 --> 00:50:55,740 amma qeyri-dövlət sektoru da var. 500 00:50:55,940 --> 00:50:59,620 Onlar müqavimət iqtisadiyyatında önəmli rol oynaya bilər; 501 00:51:00,140 --> 00:51:05,140 o cümlədən bəsic. Mən bir hesabat da görmüşdüm. Məncə, bu, çox lazımlı bir şeydir – 502 00:51:05,740 --> 00:51:13,220 vaxtınız olsa, cənab prezident, yaxud ən azından cənab Cahangiri – 503 00:51:13,680 --> 00:51:20,570 çağırın, baxın görün bəsicilər müqvimət iqtisadiyyatı ilə bağlı 504 00:51:20,570 --> 00:51:25,340 hansı işləri həyata keçirə bilər, hansı potensiala malikdirlər; çox yaxşı bir potensialdır. 505 00:51:25,480 --> 00:51:28,200 Bəsic xırda, önəmsiz bir şey deyil; 506 00:51:28,740 --> 00:51:33,020 bəsic işləməyə hazır olan nəhəng bir kollektivdir. 507 00:51:33,340 --> 00:51:36,170 Onları çağırın, baxın görün nə iş görə bilərlər. 508 00:51:36,170 --> 00:51:40,850 Gəlib əllərində olan imkanları təqdim edəcəklər, hansı işləri artıq həyata keçirdikləri haqda da məlumat verəcəklər. 509 00:51:42,970 --> 00:51:47,620 Məncə, bəsicin əlində çox yaxşı imkanlar var. Mən misal olaraq bəsici qeyd etdim; 510 00:51:47,970 --> 00:51:49,740 digər müxtəlif sferalar, 511 00:51:50,110 --> 00:51:58,850 iqtisadiyyatı yaxşı bilən insanlar var. 512 00:51:58,940 --> 00:52:00,770 Elələri var ki, şirkətləri var, 513 00:52:00,850 --> 00:52:07,450 iş qurublar, onların potensialından istifadə etmək olar. 514 00:52:07,710 --> 00:52:12,480 Yəni həmin sənəd təkcə dövlət sektorunu nəzərdə tutmamalıdır. 515 00:52:12,940 --> 00:52:19,050 Deməli, birinci addım belə bir planın işlənib hazırlanmasıdır. 516 00:52:19,170 --> 00:52:28,510 Növbəti addım isə güclü, uzaqgörən və nüfuzlu bir qərargahın təşkil edilməsidir. 517 00:52:28,740 --> 00:52:33,450 Əlbəttə, mənim xəbərim var, cənab prezident bir şura yaradıb, 518 00:52:33,570 --> 00:52:35,940 özü də orda iştirak edir, çox yaxşı da bir işdir; 519 00:52:36,200 --> 00:52:38,400 amma bu, lazım olan o komandanlıq qərargahı deyil. 520 00:52:39,510 --> 00:52:44,000 Axı cənab prezidentin bir çox başqa işləri də var, 521 00:52:44,420 --> 00:52:49,650 onlarla da məşğul olmalıdır, bütün vaxtını və gücünü bu işə sərf edə bilməz. 522 00:52:50,140 --> 00:52:54,080 Bir qərargah lazımdır – 523 00:52:54,370 --> 00:53:00,710 eynilə müharibə dövründəki qərargahlarımız kimi; bəzi digər işlərdə də komandanlıq qərargahları təşkil olunub; 524 00:53:00,910 --> 00:53:05,370 Cənab Ruhani, sizin özünüzün bu məsələlərdə təcrübəniz böyükdür; 525 00:53:06,250 --> 00:53:11,600 işlərin gedişini daim nəzarətdə saxlayacaq, hansı qurumun işin öhdəsindən gəldiyini, 526 00:53:11,770 --> 00:53:17,850 irəli getdiyini, harada problemlərin olduğunu izləyəcək bir komandanlıq qərargahı olmalıdır. 527 00:53:17,970 --> 00:53:24,140 Çünki danışmaq asandır, plan qurmaq, proqram hazırlamaq da bir o qədər çətin deyil, 528 00:53:24,650 --> 00:53:26,850 işləri reallaşdırmaq isə bunlardan fərqlidir. 529 00:53:27,570 --> 00:53:30,220 Meydana atılıb irəli getmək istəyəndə 530 00:53:30,370 --> 00:53:33,850 adamın qarşısına bəzən əvvəlcədən proqnozlaşdırmadığı maneələr çıxır; 531 00:53:34,420 --> 00:53:37,510 bəzi maneələr isə əvvəlcədən proqnozlaşdırılır, amma yenə də maneədir, aradan qaldırılmalıdır. 532 00:53:37,770 --> 00:53:43,110 Həmin qərargah o maneəni bir zərbə ilə aradan qaldırmalı, 533 00:53:43,200 --> 00:53:51,000 yolu təmizləyib açmalı, irəli getməlidir; və nüfuzlu olmalıdır, sözünün çəkisi olmalıdır; yəni sözünü dinləməlidirlər. 534 00:53:51,000 --> 00:53:55,770 Belə olmasın ki, bu gün olduğu kimi, cənab Cahangiri dəfələrlə dedi “5 dəqiqə danışın”, 535 00:53:55,940 --> 00:54:01,770 yoldaşlar o 5 dəqiqəni 7, 10 dəqiqəyə qədər uzatdılar. 536 00:54:01,850 --> 00:54:08,140 O qəragah nə dedisə, hamı o sözü, doğrudan da, qəbul etməlidir. 537 00:54:09,820 --> 00:54:13,020 Sonra da işlərin gedişi, əldə olunmuş nailiyyətlər haqda əhalini məlumatlandırın; 538 00:54:13,140 --> 00:54:15,680 görün, doğrudan da, nələr baş verəcək! 539 00:54:16,140 --> 00:54:20,620 Tutalım, 6 ay mənim dediyim formada işlədiniz, 540 00:54:20,800 --> 00:54:26,220 yəni o proqram hazırlandı, o qərargah təşkil olundu və 6 ay fəaliyyət göstərdi; 541 00:54:27,000 --> 00:54:31,340 işlər diqqətəlayiq dərəcədə irəli gedəcək; ondan sonra gedin 542 00:54:31,570 --> 00:54:35,850 bu barədə xalqa məlumat verin; deyin ki, filan-filan işləri görmüşük; xalq onsuz da bunu öz yaşayışında hiss edəcək; 543 00:54:36,110 --> 00:54:41,850 sizin əhalidə görmək istədiyiniz gələcəyə ümid və optimizm 544 00:54:41,940 --> 00:54:43,770 tamamilə təmin olunacaq; 545 00:54:43,910 --> 00:54:48,940 yəni camaata məlumat verilməlidir. 546 00:54:50,140 --> 00:54:54,620 Və əlbəttə ki, dəyərləndirmə meyarları da müəyyən olunmalıdır. 547 00:54:54,850 --> 00:55:03,820 Kompleks bir hərəkat olan müqavimət iqtisadiyyatının müəyyən hüquqi, qanuni, ədliyyə sistemi ilə bağlı tələbləri də var; 548 00:55:03,940 --> 00:55:06,310 hakimiyyətin 2 digər qolu sizinlə əməkdaşlığa hazırdır; 549 00:55:07,110 --> 00:55:12,050 qanunverici hakimiyyət – parlament də bu sahədə əməkdaşlığa hazırdır; 550 00:55:12,400 --> 00:55:16,970 misal üçün, hansısa qanunu dəyişmək, düzəliş etmək 551 00:55:17,680 --> 00:55:23,650 və ya yeni bir qanun qəbul etmək lazımdır; belə şeylərə ehtiyacınız yarana bilər; 552 00:55:24,510 --> 00:55:27,600 yaxud haradasa bir ədliyyə proseduru lazım ola bilər; 553 00:55:28,050 --> 00:55:34,940 hakimiyyətin digər 2 qolu müqavimət iqtisadiyyatının reallaşdırılması üçün bütün bu situasiyalarda əməkdaşlığa hazırdır. 554 00:55:35,340 --> 00:55:38,800 Durğunluq məsələsinə toxunuldu; 555 00:55:39,170 --> 00:55:43,600 düzdür, müşahidə olunan o 3 faizlik artım 556 00:55:43,600 --> 00:55:51,650 iqtisadi durğunluqda müəyyən tərpəniş olduğunu göstərir; yəni müəyyən hərəkətlilik olub; 557 00:55:51,940 --> 00:55:54,940 indi baxmaq lazımdır ki, o artım hansı sferalardadır, 558 00:55:55,170 --> 00:56:02,650 hansı sferalarda mənfidir; bu müsbət və mənfilərin birlikdə nəticəsi o 3 faizlik artım olub. 559 00:56:03,680 --> 00:56:08,080 Əgər iqtisadi durğunluqla ciddi surətdə mübarizə aparılmasa, 560 00:56:08,370 --> 00:56:13,540 o 3 faizlik artım da risk altına düşəcək, 561 00:56:14,620 --> 00:56:18,080 inflyasiya da yüksələcək, işsizlik problemi də yaranacaq. 562 00:56:18,340 --> 00:56:23,280 Qoy mən burda deyim, cənab Nemətzadə əgər istəsə, maraqlanıb araşdırar: 563 00:56:23,910 --> 00:56:28,510 hal-hazırda işləməyən zavodların sayı haqda – 564 00:56:28,970 --> 00:56:32,740 yəni hər şeyi hazır olan zavodlardır, amma hazırda işləmirlər – 565 00:56:33,000 --> 00:56:38,770 gəlib bizə hesabat veriblər; dəqiq rəqəmlərdir; 566 00:56:40,050 --> 00:56:45,480 50 faizdən aşağı həcmdə işləyən zavodların sayını dəqiqləşdiriblər; 567 00:56:46,680 --> 00:56:51,140 70 faizdən aşağı həcmdə işləyən zavodların sayını da dəqiqləşdiriblər. 568 00:56:52,250 --> 00:57:00,280 Yaxşı, hələ 70 faizdən aşağı, nə isə, amma 50 faizdən də aşağı?! 569 00:57:00,910 --> 00:57:06,110 Onlardan bəzilərinin nağd vəsaitlə bağlı problemi var; yəni dövriyyələrində sərmayə yoxdur – 570 00:57:06,110 --> 00:57:10,140 hansı ki bu da bankların işidir, bu sahədə banklar cavab verməlidir; 571 00:57:10,310 --> 00:57:16,620 müqavimət iqtisadiyyatında o əsas mərkəz, komandanlıq qərargahı işə düşsə, 572 00:57:16,770 --> 00:57:24,020 bütün bu problemlərlə məşğul olar – amma bəzilərinin problemi nağd pul deyil, 573 00:57:24,680 --> 00:57:29,420 subsidiyaları da alıblar, zavod hal-hazırda işləməyə hazırdır, 574 00:57:30,000 --> 00:57:33,570 heç bir problemi yoxdur, aqreqatları da var – hesabatlarda qeyd olunduğuna görə, 575 00:57:33,620 --> 00:57:37,940 bunlardan bəziləri yeni, müasir aqreqatlarla da təchiz olunub – amma işləmir. 576 00:57:38,000 --> 00:57:40,880 Niyə? Ona görə ki, aparıb subsidiyanı başqa yerə xərcləyiblər. 577 00:57:41,250 --> 00:57:45,940 Bunun üçün məhkəmə araşdırmasına ehtiyac var, bunları araşdırmaq, çağırıb soruşmaq lazımdır. 578 00:57:46,080 --> 00:57:49,250 Elə ona görə də mən “komandanlıq qərargahı” deyirəm. 579 00:57:49,400 --> 00:57:53,340 Belə şeylər, belə məqamlar nəzarətdə saxlanacaq. 580 00:57:53,420 --> 00:57:57,110 Durğunluq məsələsi ilə məşğul olmasanız, 581 00:57:57,510 --> 00:58:06,880 bu, bütün iqtisadi göstəricilərə təsir edəcək. 582 00:58:06,880 --> 00:58:10,340 Əlbəttə ki, o sonuncu qanun – az əvvəl qeyd etdikləri qanun – yaxşı bir qanundur, 583 00:58:10,600 --> 00:58:13,110 intəhası qanunların olmağı kifayət deyil. 584 00:58:13,850 --> 00:58:19,450 İstehsal müəssisələrinə dəstək verilməsi, onların nağd pulla təmin edilməsi, dövriyyədəki sərmayənin təmin edilməsi, 585 00:58:20,140 --> 00:58:25,310 hazır istehsalat müəssisələrini durğunluq vəziyyətində saxlayan şəxslərə qarşı ciddi ölçü götürülməsi – 586 00:58:26,340 --> 00:58:28,820 bütün bunlar lazımlı işlərdir. 587 00:58:29,110 --> 00:58:36,370 Mən dostlarımızla keçirdiyimiz əvvəlki iclasda da dedim, yenə də vurğulayıram: 588 00:58:37,310 --> 00:58:47,140 burda bank sistemi rol oynamalıdır; yəni bank sistemi bütün gücü ilə işə cəlb olunmalıdır. 589 00:58:47,540 --> 00:58:52,170 Bizə təklif olunan, reallaşdırılması üçün lazımi zəminin mövcud olduğu deyilən işlərdən biri də 590 00:58:52,480 --> 00:58:57,480 bəzi layihələrin özəl sektora həvalə edilməsidir. 591 00:58:57,850 --> 00:58:59,910 Əlbəttə ki, özəl sektor üçün həvəsləndirici tədbirlər tətbiq olunmalıdır; 592 00:59:00,200 --> 00:59:04,800 çünki hazırda əllərdə istifadəsiz qalan pullar var; şübhəsiz, belə vəsaitlər var. 593 00:59:05,480 --> 00:59:09,970 Mənə verilən məlumata görə, 594 00:59:10,110 --> 00:59:14,570 bizdə 400 milyard tümən həcmində yarımçıq qalmış layihələr var; 595 00:59:17,400 --> 00:59:18,970 hamısı da dövlət layihəsidir. 596 00:59:19,310 --> 00:59:27,080 Biz bunların 10 faizini özəl sektora verə bilsək, 597 00:59:27,080 --> 00:59:28,600 görün nə olar; 598 00:59:29,280 --> 00:59:34,680 birdən-birə 40 milyard tümən işə qoşular, bu, çox önəmlidir. 599 00:59:34,850 --> 00:59:39,680 Yəni bu gün kağız üzərində qalmış layihələrdən – o 400 milyard tüməndən – 600 00:59:39,940 --> 00:59:45,000 10 faizi özəl sektora verilsə, ölkədə çox mühüm bir hadisə baş verər. 601 00:59:45,280 --> 00:59:50,970 bu, üzərində planlama aparılması və reallaşdırılması, doğrudan da, vacib olan işlərdən biridir. 602 00:59:51,110 --> 00:59:53,050 Kənd təsərrüfatı sektoru da olduqca önəmlidir. 603 00:59:53,050 --> 00:59:59,540 Əlbəttə, mən bu fikirdəyəm ki, cənab Höccəti, doğrudan da, ortaya iş qoya bilər. 604 00:59:59,540 --> 01:00:07,540 Məncə, o, bu günə qədər yaxşı fəaliyyət göstərmiş nazirlərdən biridir və həqiqətən də, bu işi həyata keçirə bilər. 605 01:00:07,970 --> 01:00:15,400 İntəhası bizim ondan və rəhbərlik etdiyi qurumdan istədiyimiz budur ki, 606 01:00:15,600 --> 01:00:19,170 həyat əhəmiyyətli məhsulların istehsalında ölkədə özünü təminetmə yaradılsın. 607 01:00:19,740 --> 01:00:24,020 Yəni bu məsələdə onun-bunun, 608 01:00:24,020 --> 01:00:28,740 “xaricdə buğda daha ucuzdur” və sair deyənlərin sözünə baxmayın. Biz özünü təminetmə səviyyəsinə çatmalıyıq; 609 01:00:28,880 --> 01:00:36,740 həyat əhəmiyyətli ərzaqlarla özümüz özümüzü təmin etməliyik. 610 01:00:37,170 --> 01:00:40,480 Aqronomlardan istifadə etmək lazımdır. 611 01:00:40,850 --> 01:00:50,370 Bir vaxt mən bunu cənab Ruhaniyə də demişdim; – səhv etmirəmsə, Həmədan səfəri idi – 612 01:00:51,110 --> 01:00:56,310 yoxlamalar aparan dostlarımız bizə məlumat verdilər ki, 613 01:00:56,480 --> 01:01:03,800 o ostanın müxtəlif bölgələrində kənd təsərrüfatında çox yaxşı rövnəqlənmə müşahidə olunur. 614 01:01:03,800 --> 01:01:08,770 Soruşanda məlum oldu ki, onlar gənc aqronomları işə cəlb ediblər; 615 01:01:09,310 --> 01:01:11,740 xoşbəxtlikdən, orda belə gənclərin sayı da çox idi. 616 01:01:12,340 --> 01:01:16,140 Aqronomlar gedib onlara kömək ediblər; camaat da sözlərinə qulaq asıb, nə deyiblərsə, ediblər. 617 01:01:16,540 --> 01:01:19,540 Bax bu, bu işə kömək edir. Bunun üçün planlama işləri aparmaq lazımdır; 618 01:01:20,050 --> 01:01:24,140 çox çətin bir iş də deyil. Bir çağırış etmək, savadlı aqronomları tapıb üzə çıxarmaq, 619 01:01:24,280 --> 01:01:26,880 fəaliyyət planı qurmaq, iş bölgüsü aparmaq lazımdır. 620 01:01:27,280 --> 01:01:32,050 Bu işi həyata keçirib onlardan istifadə etmək olar. 621 01:01:32,420 --> 01:01:36,480 Müasir texnologiyalardan istifadə; bayaq qeyd olunan su məsələsi – 622 01:01:36,480 --> 01:01:41,000 suların paylaşdırılması, necə deyərlər, sudan daha səmərəli istifadə – olduqca əhəmiyyətlidir. 623 01:01:41,400 --> 01:01:44,480 İdxalın qarşısının alınması; baxın, mən yenə də vurğulayıram. 624 01:01:44,620 --> 01:01:49,110 Siz deyirsiniz ki, idxalın qarşısını almısınız, amma bazarlarda hələ də xaricdən idxal olunmuş meyvələr var. 625 01:01:50,050 --> 01:01:56,540 Axı İran gedib özününkündən daha yaxşı meyvəni haradan gətirəcək? 626 01:01:57,880 --> 01:02:05,480 Bir vaxtlar mənim prezident olduğum dövrdə ərəb ölkələrindən birindən – ad çəkmirəm – bir nəfər gəlmişdi, 627 01:02:05,710 --> 01:02:11,740 mənə çox gözəl bir bağlamada xurma sovqat gətirmişdi. 628 01:02:13,020 --> 01:02:17,250 Dedim, hə, Kirmana cirə aparmaq bax buna deyərlər. 629 01:02:17,650 --> 01:02:22,940 Bizdə bu qədər xurma var – o müzafəti xurması, ölkənin cənubunda olan çeşidbəçeşid xurmalar; 630 01:02:22,940 --> 01:02:29,620 istər Fars ostanında, istər Xuzistanda, istər Bəlucestanda – 631 01:02:31,000 --> 01:02:34,110 bunlar durub bizə xurma gətiriblər; intəhası gözəl qablaşdırılmışdı. 632 01:02:34,110 --> 01:02:39,880 O vaxt mən həmin hədiyyəni parlamentə apardım, 633 01:02:40,340 --> 01:02:44,680 dedim, bu xurmanı bizim xurmalarla müqayisə edin! 634 01:02:45,250 --> 01:02:48,450 Bizim xurmalarımız bundan daha yaxşıdır, amma görün bunun nə gözəl qablaşdırması var. 635 01:02:49,020 --> 01:02:55,080 O vaxt bizdə xurmanı sadə həsir kisələrə tıxayıb 636 01:02:55,170 --> 01:02:58,650 ağzını bağlayır və elə o şəkildə də satışa çıxarırdılar! Əlbəttə ki, indi bir az yaxşıdır. 637 01:03:17,340 --> 01:03:20,650 Hər halda, meyvə idxalı lüzumsuz idxaldır. 638 01:03:21,170 --> 01:03:26,050 Daha çox Kənd Təsərrüfatı Nazirliyinə aid olan – 639 01:03:26,200 --> 01:03:30,480 amma təkcə o nazirliyin işi deyil – əsas məsələlərdən biri də kəndlərə diqqət yönəltməkdir. 640 01:03:31,050 --> 01:03:37,050 Yəni dövlət proqramlarında başlıca yerlərdən biri, doğrudan da, buna ayrılmalıdır; 641 01:03:37,280 --> 01:03:39,370 biz diqqətimizi kəndlərə yönəltməliyik. 642 01:03:39,820 --> 01:03:45,740 Müxtəlif illərdə bu barədə çox danışmışıq, amma bu iş əməli surətdə reallaşmayıb. 643 01:03:46,910 --> 01:03:52,450 Biz emal sənayesini kəndlərə, bəzi şəhərlərə aparmalıyıq. 644 01:03:52,540 --> 01:03:59,480 Mən Urmiyada gördüm, alma yerdə tökülüb qalmışdı! Dedilər, heç yığdırmağına dəymir, 645 01:03:59,620 --> 01:04:08,080 fəhlənin pulu bu almanın satışından əldə edəcəyimiz gəlirdən çoxdur; 646 01:04:08,880 --> 01:04:12,940 və ya şaftalı, ərik, əncir; emal sənayesi olmalıdır. 647 01:04:13,170 --> 01:04:18,220 Ölkəmizin bir çox müxtəlif bölgələrində belə meyvələrdən var və bəzi vaxtlar 648 01:04:18,420 --> 01:04:22,820 bağ sahiblərinə bu məhsulu yığdırmaq sərf etmir. 649 01:04:23,280 --> 01:04:27,050 Əgər bizdə emal sənayesi olsa, quruducular olsa, 650 01:04:27,850 --> 01:04:32,280 . yerlərdə bunlardan istifadə edə bilərik. Bu işi reallaşdırmaq lazımdır. 651 01:04:32,850 --> 01:04:37,340 Potensialımız da fövqəladə dərəcədə çoxdur; doğrudan da, fövqəladədir. 652 01:04:38,140 --> 01:04:42,650 İranşəhrdə mən pomidor gördüm, yemiş boyda! 653 01:04:44,510 --> 01:04:47,600 Xüsusi bir sort da deyildi; elə pomidorun boyu o boyda idi. 654 01:04:48,200 --> 01:04:58,250 Bəmpurla İranşəhr arasında bir bağ var idi – orda sürgündə olduğumuz zaman 655 01:04:59,140 --> 01:05:03,050 bizi dəvət etmişdilər – pomidor gətirdilər, yemiş boyda! 656 01:05:04,050 --> 01:05:07,250 Soğan gətirdilər, mənim yumruğum boyda! 657 01:05:07,510 --> 01:05:10,340 Yadımdadır, soğanı əlimə alıb 658 01:05:10,910 --> 01:05:13,820 dedim, mən bunu əlimlə ölçmək istəyirəm ki, başqa yerdə deyə bilim; 659 01:05:13,970 --> 01:05:14,800 bax mənim yumruğum boyda idi; 660 01:05:15,020 --> 01:05:18,200 əlimdə tutanda barmaqlarım qatlanmırdı. 661 01:05:18,620 --> 01:05:21,620 O böyüklükdə! Bizdə bunlar var. 662 01:05:22,820 --> 01:05:28,000 Ölkəmizin dörd bir yanında, bir çox yerlərdə bu imkanlar var. 663 01:05:28,420 --> 01:05:32,770 Kəndlərdə sənayenin inkişafına əhəmiyyət versək, kəndlərə əhəmiyyət versək, 664 01:05:32,770 --> 01:05:35,220 o bağ sahiblərinə əhəmiyyət versək, 665 01:05:36,710 --> 01:05:44,370 bütün bunlar kəndlərə, kəndlərdə və digər yerlərdəki yoxsul insanlarımıza ən gözəl xidmət olar. 666 01:05:44,650 --> 01:05:50,620 Mən burda mədən sektorunu da qeyd etmişəm, amma daha vaxt qalmayıb 667 01:05:51,200 --> 01:05:54,570 (cənab Nemətzadənin də üstünə çox getməyək!) 668 01:05:56,000 --> 01:05:59,200 Mənə verilən məlumata görə, 669 01:05:59,770 --> 01:06:05,540 biz ölkənin dağ-mədən ehtiyatının maksimum 15 faizini hasil edirik. 670 01:06:07,110 --> 01:06:16,740 15 faiz! Dağ-mədən sənayesini neft üçün analoqa çevirmək lazımdır; yəni doğrudan da, buna nail olmalıyıq. 671 01:06:16,740 --> 01:06:23,020 İllər öncə – səhv etmirəmsə, 20 il bundan qabaq idi – o vaxtkı hökumətdə mən demişdim; 672 01:06:23,110 --> 01:06:26,200 biz elə etməliyik ki, nə vaxt istəsək, 673 01:06:26,600 --> 01:06:28,940 neft quyularımızın ağzını bağlaya bilək. 674 01:06:29,770 --> 01:06:35,540 Nə müştərinin azlığından qorxaq, nə bazarların olmamağından qorxumuz olsun, 675 01:06:35,680 --> 01:06:41,280 nə də neftdən gəlir gəlməməyindən; buna nail olmalıyıq. 676 01:06:42,970 --> 01:06:48,480 Bu haqda, doğrudan da, ciddi fikirləşmək lazımdır; neft üçün əvəzedici tapmaq lazımdır. 677 01:06:48,620 --> 01:06:50,850 Görürsünüz neft sahəsində vəziyyət nə yerdədir?! 678 01:06:51,480 --> 01:06:58,110 Böyük dövlətlərin və regiondakı murdar ünsürlərin bir-birinə bir işarə etməsi ilə 679 01:06:58,110 --> 01:07:01,600 neftin qiyməti qəflətən 100 dollardan 40 dollara düşür! 680 01:07:02,200 --> 01:07:06,880 100 dollardan başlayıb indiki qiymətinə qədər düşməyi heç bir neçə aydan çox çəkməyib! 681 01:07:07,800 --> 01:07:09,940 Elə buna görə də neftə etibar etmək olmaz; 682 01:07:10,200 --> 01:07:15,310 ölkə iqtisadiyyatının müqəddəratını, 683 01:07:15,540 --> 01:07:19,680 bir ölkənin güzəranını belə bir şeydən asılı etmək olmaz. 684 01:07:21,770 --> 01:07:26,170 Neft bizimdir, amma ixtiyarı özgələrin əlindədir, 685 01:07:26,940 --> 01:07:29,450 gəliri də daha çox başqalarına çatır. 686 01:07:29,570 --> 01:07:33,280 Bizim neftin ixracından əldə etdiyimizdən çox 687 01:07:33,280 --> 01:07:38,480 Avropa və ya başqa bir yerdə o nefti idxal edən ölkə qazanır; 688 01:07:38,600 --> 01:07:42,570 hansı ki vergi tutur, başqa şeylər alır. Biz neftimizi verib pul alırıq, 689 01:07:42,970 --> 01:07:46,820 onlarsa nefti bizdən alıb öz əhalisindən də pul qazanır. 690 01:07:47,080 --> 01:07:50,650 Həmin dövlətlərin neftin satışından əldə etdiyi gəlir bizdən çoxdur. 691 01:07:51,000 --> 01:07:54,710 Baxın, nə qədər ziyanlı bir alış-verişdir. 692 01:07:55,710 --> 01:07:59,540 Əlbəttə, müəyyən məqamlarda biz neft hasil etməyə məcburuq, başqa çarəmiz yoxdur, 693 01:07:59,540 --> 01:08:02,200 amma mən ixracatın, istehsalın həcmindəki artımla bağlı 694 01:08:02,310 --> 01:08:10,200 statistikanı eşidəndə, doğrudan da, qanım qaralır. 695 01:08:10,680 --> 01:08:17,540 Həmişə düşünürəm ki, biz neftə bir əvəzləyici tapmalıyıq. 696 01:08:18,510 --> 01:08:25,310 Odur ki əgər neftə analoq tapmaq istəyiriksə, dağ-mədən sənayesi ən yaxşı variantlardan biri ola bilər. 697 01:08:26,110 --> 01:08:30,970 Mədən sahəsində də xammal satışından kəskin surətdə çəkinmək lazımdır. 698 01:08:31,420 --> 01:08:35,970 Bizdə dəyərli faydalı qazıntılar var. 699 01:08:36,340 --> 01:08:41,650 Kirman ostanında, yaxud Xorasanın cənubunda həddən artıq bahalı daşlar var. 700 01:08:41,650 --> 01:08:45,570 Biz o daşları çıxarıb İtaliyaya göndərək, 701 01:08:45,850 --> 01:08:51,570 onlar da məhsula çevirib əlavə dəyərini bir neçə qat qaldırsınlar, 702 01:08:51,770 --> 01:09:00,080 çox güman, elə bizim özümüzə də göndərsinlər, ölkəyə ixrac etsinlər – 703 01:09:00,480 --> 01:09:07,800 bu, adama çox ağır gəlir. Odur ki mühüm məsələlərdən biri də budur. 704 01:09:09,310 --> 01:09:14,110 Mənim fikrimcə, dağ-mədən sferasında da özəl sektorun rolu mühüm ola bilər. 705 01:09:14,510 --> 01:09:18,450 Ostanlar – mənim aldığım məlumata görə – 706 01:09:18,450 --> 01:09:24,050 ostan başçıları, bu qəbildən olan insanlar da bildirir ki, özəl sektoru 707 01:09:24,400 --> 01:09:27,450 mədən sənayesinə və bəzi digər sahələrə cəlb edə bilərlər. 708 01:09:27,570 --> 01:09:31,200 Su məsələsi də – mən burda qeyd etmişəm – çox önəmlidir. 709 01:09:31,370 --> 01:09:36,740 Cənab Çitçiyan tamamilə doğru olaraq vurğuladı. Yeraltı sular mövzusunda konfrans, doğrudan da, çox mühümdür. 710 01:09:37,280 --> 01:09:42,050 Deyirsiniz ki, proqram hazırlamısınız, amma bu, kifayət deyil – 711 01:09:42,250 --> 01:09:45,450 proqram hazırlanması işin 50, bəlkə ondan da az faizidir – 712 01:09:46,020 --> 01:09:49,140 o proqramın ardınca hərəkətə keçmək, iş görmək lazımdır. 713 01:09:49,200 --> 01:09:52,970 Əlbəttə ki, əlhəmdulillah, siz belə işlərə yaxşı bələdsiniz. 714 01:09:53,480 --> 01:10:00,220 Suya qənaət eməkdən əlavə, suvarmanın optimallaşdırılması, hər bölgə üçün səmərəli əkin modelinin seçilməsi 715 01:10:00,570 --> 01:10:04,510 də əhəmiyyət daşıyır. Son olaraq mən 6-cı inkişaf proqramı məsələsinə toxunmaq istəyirəm; hansı ki, artıq gecikir. 716 01:10:05,370 --> 01:10:10,910 6-cı inkişaf proqramını, inşallah, mümkün qədər tez 717 01:10:11,020 --> 01:10:15,820 və qeyd etdiyimiz kimi, müqavimət iqtisadiyyatına tamamilə uyğun bir şəkildə işləyib hazırlamalı 718 01:10:16,220 --> 01:10:18,600 və parlamentə təqdim etməlisiniz. 719 01:10:18,770 --> 01:10:30,970 Çünki düşünürəm, bu il bu sənəd təsdiq edilməli və mümkün qədər tez bir zamanda bu iş reallaşdırılmalıdır. 720 01:10:31,140 --> 01:10:35,770 Parlamenti də işə qoşun, cəlb edin, 721 01:10:35,910 --> 01:10:41,650 qoy parlamentdəki dostlarımız da ciddi surətdə bu işlə məşğul olsunlar. İnşallah ki, bacaracaqsınız. 722 01:10:42,880 --> 01:10:46,220 İnşallah, Allah-taala yardımçınız olsun. 723 01:10:47,140 --> 01:10:53,000 “Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən odur”. (“Fəth” surəsi, 4-cü ayədən) 724 01:10:53,820 --> 01:10:58,000 Allah-taala hamımızın qəlbinə bir sakitlik, arxayınlıq bəxş etsin. 725 01:10:58,450 --> 01:11:07,850 Bu sakitlik zehnin, düşüncənin necə deyərlər tufanlar, 726 01:11:08,110 --> 01:11:14,510 təlatümlər içində olmasının tam əksidir və bu, insanda imanın da artmasına səbəb olur. 727 01:11:14,570 --> 01:11:17,080 لِيَزدادوا ايمانًا مَعَ ايمانِهِم 728 01:11:17,480 --> 01:11:18,770 Yəni o sakitlik imanın artmasına yol açır. 729 01:11:18,970 --> 01:11:22,850 Rahatlıq, arxayınlıq da Allahın qüdrətinə etimaddan doğur. Elə buna görə də ardınca buyurur: 730 01:11:22,940 --> 01:11:27,680 “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”. 731 01:11:27,940 --> 01:11:33,420 İnşallah, Allah-taala yardımçınız olar. O ki qaldı bizə, həmişə sizin üçün dua edirik. 732 01:11:34,310 --> 01:11:40,820 Və xalq üçün çalışmaq, Allah yolunda çalışmaq, ixlasla işləmək də 733 01:11:41,710 --> 01:11:45,880 hamımızın fikrində olsun, 734 01:11:46,140 --> 01:11:49,370 Allah-taala da, inşallah, bərəkət versin, qəbul etsin. 735 01:11:50,140 --> 01:11:53,110 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.