1 00:00:09,400 --> 00:00:11,710 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:11,940 --> 00:00:14,220 الحمدلله ربّ العالمين 3 00:00:15,740 --> 00:00:20,480 والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:20,820 --> 00:00:24,020 سيّما بقيّةالله في الارضين 5 00:00:24,310 --> 00:00:26,800 قال‌الله الحکيم في کتابه 6 00:00:28,280 --> 00:00:34,370 “Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə 7 00:00:36,420 --> 00:00:40,310 (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. 8 00:00:43,250 --> 00:00:49,110 Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah hər şeyi biləndir, hikmət sahibidir!” (“Fəth” surəsi, 4-cü ayədən) 9 00:00:52,170 --> 00:00:58,340 Əziz qardaşlar, möhtərəm cənablar, xoş gəlmisiniz. 10 00:00:59,540 --> 00:01:03,310 Lütf edib bizim iş yerimizə bir nur, 11 00:01:04,450 --> 00:01:14,110 Lütf edib bizim iş yerimizə bir nur, rayihə bəxş etdiyiniz üçün sizə təşəkkür edirəm. 12 00:01:14,800 --> 00:01:26,340 Xubriqan Məclisi və onun üzvləri o dərəcədə əhəmiyyətlidir ki, insan sizin varlığınızın, 13 00:01:27,570 --> 00:01:33,020 inşallah, istənilən yerdə bərəkət mənbəyi olacağını, doğrudan da, hiss edir. 14 00:01:34,020 --> 00:01:44,770 Xubriqan Məclisi Allah-taaladan gələn mənəvi rahatlığın nazil olmasını tamlığı ilə təcəssüm etdirən bir müstəvi ola bilər, 15 00:01:47,910 --> 00:01:58,400 çünki bu mənəvi rahatlıq imanın nişanələrindəndir: 16 00:01:59,020 --> 00:02:07,620 هُوَ الَّذي اَنزَلَ السَّکينَةَ في قُلوبِ المُؤمِنينَ لِيَزدادوا ايمانًا مَعَ ايمانِهِم 17 00:02:07,770 --> 00:02:15,020 Bu mənəvi rahatlıq imanın çoxalmasına, güclənməsinə səbəb olur. 18 00:02:17,450 --> 00:02:23,540 Onun mənası isə təlatümlər qarşısında özünü sakit aparmaqdır; 19 00:02:25,000 --> 00:02:32,650 cürbəcür hadisələr, düşmənçiliklər, müxtəlif situasiyalar 20 00:02:33,600 --> 00:02:38,020 təbii olaraq insan ruhunda təlatüm yaradır. 21 00:02:39,340 --> 00:02:49,710 Mənən rahat olmaq isə insanın beyninə, düşüncəsinə bir səbat, möhkəmlik bəxş edir, getdiyi yolda addımlarını möhkəmlədir. 22 00:02:50,510 --> 00:02:57,620 Allah-taala bu mənəvi rahatlığı, arxayınlığı imanının bərəkəti sayəsində yalnız möminlərə bəxş edir, 23 00:02:59,940 --> 00:03:04,110 – deyə onları xatircəm edir. 24 00:03:04,310 --> 00:03:07,370 وَ للهِ‌ جُنودُ السَّمٰوٰتِ وَ الاَرض 25 00:03:08,050 --> 00:03:10,770 İnsan daha nədən qorxsun? 26 00:03:12,000 --> 00:03:19,510 Yerin-göyün bütün gücləri, təbiətin bütün qanunauyğunluqları 27 00:03:20,450 --> 00:03:24,080 Allahın ordusudur, Ona aiddir. 28 00:03:25,820 --> 00:03:30,600 Biz mömin olsaq, Allaha bəndəlik etsək, 29 00:03:32,570 --> 00:03:37,370 bu ordular möminlərə xidmət edər. 30 00:03:37,680 --> 00:03:47,280 Bunu bilən insan mənən rahatlaşır, arxayınlaşır. Sonrakı ayələrdə də buyurulur: 31 00:03:47,650 --> 00:03:52,820 “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (“Fəth” surəsi, 7-ci ayə) 32 00:03:53,050 --> 00:03:58,570 Allahın bu qüvvət və izzəti də 33 00:03:58,880 --> 00:04:01,850 “göylərdəki və yerdəki orduların ixtiyar sahibi” olmasının nişanəsidir. 34 00:04:02,710 --> 00:04:10,140 Möminlər məhz belə bir aləmdə, belə bir atmosferdə hərəkət edir, 35 00:04:10,220 --> 00:04:13,140 yaşayır, nəfəs alırlar. 36 00:04:14,400 --> 00:04:20,080 Xubriqan Məclisi belə bir mənəvi rahatlıq və arxayınlığın 37 00:04:20,340 --> 00:04:25,110 mənbəyi, mənşəyi ola biləcək bir yerdir. 38 00:04:25,770 --> 00:04:31,770 Bu məclisdə iki mühüm seçki həyata keçirilir: 39 00:04:32,280 --> 00:04:42,170 birincisi, camaat özü inanıb etimad etdiyi nümayəndələrini seçib müəyyənləşdirir – 40 00:04:42,540 --> 00:04:49,000 hansı ki etimad göstərilən bu namizədlərin də daha sonra ən önəmli işi seçim etməkdir – 41 00:04:49,000 --> 00:04:52,050 ikinci seçki isə Ali Rəhbərin seçilməsidir. 42 00:04:54,140 --> 00:04:58,740 Burda iki seçki var; yəni Xubriqan Məclisi 43 00:04:59,740 --> 00:05:07,680 xalqın iştirakının, xalqın içindən olmanın, xalqın rəy və siyasi əqidəsinin təsirli olmasının təzahürüdür. 44 00:05:08,310 --> 00:05:18,050 Ölkəmizdə bu formada – özündə xalqın müstəqil iradə və niyyətini nümayiş etdirən 45 00:05:19,620 --> 00:05:26,680 iki seçkini ehtiva edən ikinci bir hakimiyyət qurumu yoxdur. 46 00:05:28,420 --> 00:05:31,510 İkinci seçki Ali Rəhbərin seçilməsidir; 47 00:05:31,620 --> 00:05:38,740 bu seçkinin digər ümumxalq seçkilərindən fərqi odur ki, 48 00:05:38,970 --> 00:05:43,510 burada əsas meyar fiqhdir; 49 00:05:44,200 --> 00:05:46,650 yəni islami dəyərlərdir. 50 00:05:47,200 --> 00:05:55,740 Odur ki onların etdiyi seçim islami dəyərlərin hakimiyyəti, 51 00:05:57,110 --> 00:06:04,110 İslam dininin hökmlərinin icrası, İslamın həyatın reallığında gerçəkləşməsi üçün edilən seçimdir. 52 00:06:04,820 --> 00:06:10,020 İlahi dinlər təkcə beyinlərdə yatıb qalmaq üçün gəlməyib; 53 00:06:10,110 --> 00:06:13,710 həyatın reallığında da gerçəkləşməlidir. 54 00:06:14,400 --> 00:06:17,080 Bəli, bunun üçün müəyyən vasitələr, mexanizmlər lazımdır; 55 00:06:18,140 --> 00:06:24,710 bu yerdə həmin mexanizm öz seçimi vasitəsilə 56 00:06:25,020 --> 00:06:30,280 ilahi dəyərlərin hakimiyyətini, İslam hökmlərinin icrasını, 57 00:06:30,880 --> 00:06:34,310 Allahın dininin – İslamın hakimiyyətini qarant altına alan Xubriqan Məclisidir. 58 00:06:34,680 --> 00:06:43,200 Odur ki Xubriqan Məclisi həm də xalqın seçiminin, 59 00:06:44,050 --> 00:06:49,370 dinə, yaxud İslama əsaslanan xalq hakimiyyətinin də təcəssümüdür. 60 00:06:49,620 --> 00:06:57,480 Yəni əslində, İslama əsaslanan xalq hakimiyyətinin tam, yüz faiz təcəssümü elə Xubriqan Məclisidir; 61 00:06:57,620 --> 00:07:02,710 bu qurumun əhəmiyyəti bundadır. Xubriqan Məclisi təşkil olunanda, 62 00:07:02,940 --> 00:07:11,620 öz varlığını, müstəqil düşüncəsini, üzaqgörənliyini ortaya qoyanda 63 00:07:11,880 --> 00:07:18,200 bu, möminlərin qəlbində rahatlıq, arxayınlıq yaranmasına səbəb olur; 64 00:07:20,020 --> 00:07:31,910 əslində, bu mənəvi arxayınlıq bu məclisdən cəmiyyətə ötürülür. 65 00:07:32,480 --> 00:07:43,280 Odur ki hər iki seçki mərhələsində lazımi qədər diqqətli olmaq olduqca önəmlidir: 66 00:07:43,480 --> 00:07:50,540 həm əhali Xubriqan Məclisinin üzvlərini seçdiyi zaman, həm də məclis üzvləri Ali Rəhbəri seçdiyi zaman; 67 00:07:51,340 --> 00:07:57,510 lazımi dərəcədə diqqətli olmaq, tam müstəqil fikir yürütmək lazımdır. 68 00:07:58,220 --> 00:08:03,080 Seçki ilə bağlı mənim qeyd etmək istədiyim müəyyən məqamlar var, onları gələcəkdə qeyd edəcəyəm; 69 00:08:03,310 --> 00:08:05,910 burda o mövzunu açmaq istəmirəm. 70 00:08:07,710 --> 00:08:12,250 Xubriqan Məclisi müstəqil fikir yürütməlidir; 71 00:08:13,420 --> 00:08:18,800 bu müstəqil fikrin nəyə əsaslanmalı olduğunu da az sonra deyəcəyəm. 72 00:08:19,250 --> 00:08:26,450 Əsas budur ki, imperializmin zorla sırıdığı stereotiplərin əsirinə çevrilmək olmaz. 73 00:08:29,340 --> 00:08:37,280 Hazırda dünyada imperializmin genişmiqyaslı təbliğat maşını tərəfindən 74 00:08:38,200 --> 00:08:46,000 gecə-gündüz müəyyən anlayışlar, düşüncələr yayılmaqdadır; 75 00:08:46,400 --> 00:08:51,450 ən önəmli məsələlərdən biri budur ki, biz onların əsiri olmayaq. 76 00:08:51,510 --> 00:08:54,620 Mənim bu tapşırığım təkcə Xubriqan Məclisinə yox, 77 00:08:55,600 --> 00:08:59,250 bütün ölkə rəsmilərinə, 78 00:08:59,820 --> 00:09:05,970 hakimiyyətin dayağı olan bütün strukturlara, hətta bütün ekspertlərə – 79 00:09:06,170 --> 00:09:10,400 siyasi, ictimai, dini ekspertlərə ünvanlanır. 80 00:09:12,200 --> 00:09:14,680 Diqqətli, ehtiyatlı olsunlar: 81 00:09:15,420 --> 00:09:19,540 “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar”. (“Ənam” surəsi, 116-cı ayə) 82 00:09:20,050 --> 00:09:27,080 Bunu bilsinlər. Bu gün onların nəhəng həcmli təbliğatı 83 00:09:27,400 --> 00:09:33,250 hansısa məsələyə yönəlibsə, daim o mövzunu vurğulayır, təkrarlayır, 84 00:09:33,370 --> 00:09:40,140 cürbəcür metodlarla çatdırırlarsa, bu o demək deyil ki, biz də məcburən onlarla ayaqlaşıb 85 00:09:40,310 --> 00:09:48,540 o barədə danışmalı, eyni şeyi təkrar etməliyik; yox, bizim öz prinsiplərimiz, öz fikrimiz var. 86 00:09:51,220 --> 00:09:57,050 İmperialistlər öz stereotiplərini bütün dünya ictimaiyyətinə 87 00:09:57,710 --> 00:10:00,280 sırımaq niyyətindədir; 88 00:10:00,910 --> 00:10:11,850 həm xalqlara, həm də özəlliklə ölkə rəsmilərinə, nüfuzlu insanlara; 89 00:10:12,050 --> 00:10:19,020 yəni dövlətlərə, parlament nümayəndələrinə, mühüm qərarları qəbul edənlərə, hazırlayanlara, 90 00:10:19,480 --> 00:10:28,140 özləri demişkən, beyin mərkəzlərinə – öz stereotiplərini bütün bunların şüuruna, beyninə köçürmək, qəbul etdirmək istəyirlər. 91 00:10:28,200 --> 00:10:33,800 beyninə köçürmək, qəbul etdirmək istəyirlər. 92 00:10:34,850 --> 00:10:40,480 İstəyirlər ki, hər kəs dünyaya onların gözü ilə baxsın; 93 00:10:42,000 --> 00:10:51,000 onların önə çəkdiyi məfhumları məhz elə onların yanaşması, 94 00:10:51,650 --> 00:10:57,620 baxış bucağı əsasında görüb bilsin. 95 00:10:57,970 --> 00:11:01,770 Bu, imperialistlərə xas yanaşmadır; 96 00:11:03,340 --> 00:11:08,880 bu yanaşma əsasında da müəyyən anlayışları ya saxtalaşdırır, 97 00:11:09,080 --> 00:11:18,020 ya da özləri istədiyi kimi mənalandırıb təqdim edirlər və istəyirlər ki, həmin anlayışları hamı məhz onların mənalandırdığı kimi anlasın, 98 00:11:18,570 --> 00:11:22,340 istifadə etsin və öz leksikonunda işlətsin. 99 00:11:22,820 --> 00:11:32,220 Misal üçün, terrorizm imperializmin xüsusi anlamda işlətdiyi bir anlayışdır; 100 00:11:32,310 --> 00:11:34,800 və ya insan haqları, demokratiya. 101 00:11:35,400 --> 00:11:45,220 Misal üçün, Yəmənin 6 ay müddətində bombalanması, evlərin, məktəblərin, 102 00:11:45,400 --> 00:11:48,140 xəstəxanaların dağıdılması və sair bu kimi işlər terrorizm deyil; 103 00:11:50,450 --> 00:11:57,420 Qəzzada və başqa yerlərdə fələstinlilərin yaşadığı məntəqələrə dəfələrlə edilən hücumlar, 104 00:11:57,540 --> 00:12:06,680 yüzlərlə, bəlkə minlərlə günahsız, müdafiəsiz uşaq, qadın və kişinin qətlə yetirilməsi terrorizm deyil; 105 00:12:07,110 --> 00:12:14,800 Bəhreyn camaatının ölkədə hər kəsə bir səs hüququ istəməsinin 106 00:12:16,080 --> 00:12:20,910 insan haqlarına aidiyyəti yoxdur, insan haqlarını tələb etmək deyil; 107 00:12:21,370 --> 00:12:26,820 amma Fələstin və Livanda müqavimət qüvvələrinin özünümüdafiəsi terrorizmdir; 108 00:12:27,050 --> 00:12:33,020 Fələstin, yaxud Livanda müqavimət göstərən qruplar işğalçılara qarşı döyüşür, 109 00:12:33,250 --> 00:12:40,140 öz torpağını, ev-eşiyini müdafiə edir, adını terror qoyurlar! 110 00:12:42,570 --> 00:12:54,880 Diktaturanın hökm sürdüyü, regionumuzda imperializm 111 00:12:54,970 --> 00:13:00,370 və Amerikanın yaxın tərəfdaşı hesab olunan ölkələrdə baş verənlər insan haqlarına zidd deyil; 112 00:13:00,620 --> 00:13:08,020 amma tutalım, günahını etiraf etmiş və edən bir cinayətkarın cəzalandırılması, 113 00:13:09,250 --> 00:13:19,140 yaxud bir ölkədə onlarla, yüzlərlə, minlərlə insanı narkotik maddələrdən asılılığa gətirib çıxarmış bir qanun pozucusunun cəzalandırılması 114 00:13:19,620 --> 00:13:26,710 insan haqlarına ziddir! Bunlar bax belədir; yəni məfhumları özləri istədikləri kimi mənalandırırlar; 115 00:13:27,340 --> 00:13:39,000 və istəyirlər ki, başqaları da onların mənalandırdığı kimi anlasın və onlar kimi danışsın. 116 00:13:39,080 --> 00:13:43,280 Nüvə alimlərinin terror edilməsi terrorizm deyil, – 117 00:13:43,740 --> 00:13:52,710 halbuki sionistlər, demək olar, açıq etiraf etdilər ki, bu, onların işi olub; 118 00:13:53,170 --> 00:14:01,370 bəzi Avropa ölkələri, demək olar, açıq-açığına boyunlarına aldılar ki, bu işin arxasında onlar durublar – 119 00:14:01,510 --> 00:14:08,020 qətiyyən terror hesab olunmur, qınanmasına lüzum görülmür. 120 00:14:08,650 --> 00:14:12,200 amma tutalım, Livanda 121 00:14:12,200 --> 00:14:17,570 və ya başqa bir yerdə baş vermiş, bundan çox-çox kiçik bir hadisəyə görə Təhlükəsizik Şurasının iclası çağırılır! 122 00:14:18,310 --> 00:14:21,510 Yəni onların dünyada baş verən proseslərə yanaşması budur; 123 00:14:22,050 --> 00:14:25,370 özlərindən bir anlayış düzəldirlər, 124 00:14:25,680 --> 00:14:33,480 bir anlayış yaradırlar, zorla ona bir məna verirlər 125 00:14:33,620 --> 00:14:41,050 və istəyirlər ki, bütün dünya, o cümlədən biz – İslam Respublikası həmin anlayışı onlar kimi dərk edək, 126 00:14:41,280 --> 00:14:48,910 onların baxış bucağından görək, onların leksikonundakı sözlərlə danışaq. Bizdən bunu gözləyirlər; 127 00:14:49,170 --> 00:14:56,080 bu, imperializmin, hegemonluğun ən aydın göstəricilərindən, təzahürlərindən biridir; 128 00:14:57,970 --> 00:15:02,650 halbuki İslam İnqilabının özünəməxsus ideoloji sistemi var. 129 00:15:03,570 --> 00:15:12,280 Bu inqilabın əhəmiyyəti, onun bütün dünyanı silkələməsinin səbəbi 130 00:15:12,510 --> 00:15:15,420 bir hökuməti devirməyində deyildi. Yox, 131 00:15:15,600 --> 00:15:21,020 səbəb bu idi ki, bu inqilab dünyaya yeni bir ideoloji sistem təqdim etmişdi 132 00:15:21,220 --> 00:15:25,370 və həmin sistem bu gün də 133 00:15:25,910 --> 00:15:28,250 Yer kürəsinin müxtəlif yerlərində genişlənməkdədir. 134 00:15:28,250 --> 00:15:32,910 Onu gizlətmək, ört-basdır etmək üçün göstərilən səylərə baxmayaraq, 135 00:15:33,540 --> 00:15:38,680 bu düşüncə sistemi əldən-ələ gəzir, bütün dünyada – 136 00:15:38,820 --> 00:15:46,110 istər İslam dünyasında, istərsə daha az olsa belə, müsəlman dünyasından kənarda bir çox insanları özünə cəzb edir. 137 00:15:46,280 --> 00:15:49,020 İnsanlar hələ də bu ideoloji sistemə diqqət yönəldir, 138 00:15:49,220 --> 00:15:56,540 bu məfkurə sistemi hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. 139 00:15:57,820 --> 00:16:02,740 Bu məfkurə sisteminin kifayət qədər diqqət çəkən mühüm elementlərindən biri də 140 00:16:03,050 --> 00:16:16,140 zülmü, imperializmi, istibdadı inkar etməsidir 141 00:16:18,420 --> 00:16:23,080 istibdad dedikdə 142 00:16:23,740 --> 00:16:29,650 həm hökumət rejimlərinin, hakimlərin öz ölkələrində öz xalqlarına etdiyi zülm və istibdad, 143 00:16:30,600 --> 00:16:38,110 həm də imperializmin dünya miqyasında törətdiyi istibdad və diktatura nəzərdə tutulur), 144 00:16:38,340 --> 00:16:41,220 bu ideoloji sistemin tərkib hissələrindən biri də budur. 145 00:16:42,340 --> 00:16:50,370 Xalqların qürur və heysiyyəti, müsəlman ölkələrində milli qürur və dini özünüdərkin oyanışı, 146 00:16:51,080 --> 00:17:01,400 xalqlarda daim başqalarına arxalanmaq, böyük dövlətlərdən asılı qalmaq psixologiyasına son qoyulması – 147 00:17:01,820 --> 00:17:06,170 bütün bunlar İslam dininin irəli sürdüyü ideoloji sistemin tərkib hissələridir. 148 00:17:06,280 --> 00:17:13,420 Hər cəhətdən müstəqillik – müstəqillik çox önəmli bir məsələdir – 149 00:17:13,540 --> 00:17:17,850 ideoloji müstəqillik, siyasi müstəqillik, iqtisadi müstəqillik 150 00:17:18,220 --> 00:17:20,850 (ən önəmlisi, bütün digər sferalarda müstəqilliyə yol açan, 151 00:17:21,050 --> 00:17:25,400 şərait yaradan da elə ideoloji müstəqillikdir) 152 00:17:25,650 --> 00:17:29,910 – bütün bunlar İslam dininin ideoloji sistemində, 153 00:17:29,910 --> 00:17:35,570 İslam İnqilabının məfkurə sistemində əksini tapan prinsiplərdir; xalqlarda maraq oyadan da məhz bunlardır. 154 00:17:35,680 --> 00:17:40,770 Özü də bunlar daim aktual olan, köhnəlməyən məsələlərdir, heç vaxt bitməyəcək mövzulardır. 155 00:17:42,170 --> 00:17:47,970 O məşhur “Müstəqillik, azadlıq, İslam Respublikası” şüarı, 156 00:17:48,400 --> 00:17:54,450 belə demək mümkünsə, məna baxımından xüsusidən ümumiyə keçidi əks etdirir, yəni əvvəlcə xüsusi, sonra isə 157 00:17:54,940 --> 00:18:01,220 ümumi bir məsələ qeyd olunur. Əvvəlcə “müstəqillik” deyirik, daha sonra “azadlıq”. Müstəqillik azadlığın bir hissəsidir, 158 00:18:01,620 --> 00:18:08,250 yəni əgər fərdi azadlığı nəzərdə tutmuş olsaq, bu, sikkənin yalnız bir üzü olar, 159 00:18:08,450 --> 00:18:13,910 digər üzü isə böyük dövlətlərin, super-güclərin ağalığından azad olmaqdır; 160 00:18:14,280 --> 00:18:17,880 bu da azadlıqdır; buna əsasən də müstəqillik azadlığın bir hissəsidir 161 00:18:18,020 --> 00:18:23,110 və azadlıq istəyən şəxslər müstəqilliyi inkar edirlərsə, əslində, azadlığı inkar etmiş olurlar; 162 00:18:23,200 --> 00:18:26,600 təəssüf ki, zaman-zaman bəzi psevdo-ziyalıların müstəqilliyi, 163 00:18:27,080 --> 00:18:32,940 müstəqilliyin meyarlarını 164 00:18:33,170 --> 00:18:39,680 ilk baxışdan məntiqli görünən, amma əslində, məntiqə tamamilə zidd olan 165 00:18:39,770 --> 00:18:42,250 boş-boş iddialarla inkar etdiklərini görürük. 166 00:18:42,400 --> 00:18:48,600 Müstəqillik azadlığın ayrılmaz bir hissəsidir, yəni azadlığın bir parçasıdır. 167 00:18:48,740 --> 00:18:51,710 Azadlıq anlayışının tərkib hissələrindən biri də bir ölkənin müstəqilliyidir; 168 00:18:52,050 --> 00:18:56,620 bütöv bir xalq miqyasında azadlıqdır; müstəqillik budur. 169 00:18:56,880 --> 00:18:59,280 Demək, bütün bunlar İslam Respublikasının da tərkib hissələridir; 170 00:18:59,280 --> 00:19:03,710 yəni İslam Respublikası da nə təkcə azadlıq, nə də təkcə müstəqillik deməkdir, 171 00:19:04,080 --> 00:19:08,940 bəlkə bütün bunları və eləcə də bir çox digər təlim və prinsipləri əhatə edir. 172 00:19:09,080 --> 00:19:14,850 Biz təmasda olduğumuz insanlara bütün bunları izah edəndə 173 00:19:15,110 --> 00:19:18,600 insanları cəlb etdiyini görürük. Bunlar qəlbləri çox güclü şəkildə özünə tərəf çəkir. 174 00:19:21,080 --> 00:19:29,850 Belə bir ideoloji yanaşma nəticəsində xalq özünəinam qazanır; 175 00:19:30,020 --> 00:19:33,000 hansı ki bu gün bizim xalqımızda da bu özünəinam var, yaranıb. 176 00:19:33,370 --> 00:19:39,570 Şükürlər olsun ki, ölkəmizdə bu özünəinam, bu özünəgüvən günü-gündən daha da artmaqdadır. 177 00:19:39,680 --> 00:19:44,000 Baxmayaraq ki, buna qarşı daim əngəllər yaradıblar, başından basmağa çalışıblar, 178 00:19:44,710 --> 00:19:48,250 təzyiqlər göstərməyə, daim müxtəlif yollarla bunun qarşısı alınıb, 179 00:19:48,770 --> 00:19:53,880 amma sevindirici haldır ki, ölkəmizdə milli özünəgüvən günü-gündən daha da inkişaf etməkdə, genişlənməkdədir. 180 00:19:54,310 --> 00:20:01,370 Özünəinam var, ideoloji azadlıq var, praktik, əməli surətdə azadlıq var – 181 00:20:01,510 --> 00:20:07,020 yəni Qərb və Amerikanın fərdi azadlıq məntiqindən fərqli, 182 00:20:07,250 --> 00:20:12,570 sözün əsl mənasında bir fərdi azadlıq; onlardakı azadlıq deyil – 183 00:20:13,200 --> 00:20:17,620 İslama uyğun həyat tərzi var, novatorluq var, 184 00:20:18,570 --> 00:20:22,140 həmrəylik var, milli birlik var. 185 00:20:22,450 --> 00:20:27,970 Bunlar həmin məfkurə və yanaşma sayəsində 186 00:20:28,220 --> 00:20:34,170 cəmiyyətin şüurunda, davranışında, reallıqlarında ortaya çıxan şeylərdir 187 00:20:34,340 --> 00:20:37,250 və bütün bunlar İslam dininin dəyərləridir; 188 00:20:37,420 --> 00:20:39,970 və bir xalqa tərəqqi və yüksəliş qazandıran da bütün bunlardır. 189 00:20:40,250 --> 00:20:50,940 Bir xalqda müstəqil fikir və yanaşma, özünəinam, təşəbbüskarlıq, 190 00:20:51,970 --> 00:20:56,420 novatorluq, əməyə, zəhmətə sevgi və həvəs varsa, 191 00:20:56,600 --> 00:21:03,570 hakimiyyətin bütün qolları arasında söz birliyi varsa, ardıcıl surətdə iş görülürsə, 192 00:21:03,880 --> 00:21:06,310 bu xüsusiyyətlər o xalqın inkişafına, tərəqqisinə səbəb olur. 193 00:21:06,540 --> 00:21:12,820 Xoşbəxtlikdən, bizim xalqımız da inkişaf edib. Əlbəttə ki, əngəllər də çox olub, onlardan da danışacağam. 194 00:21:13,170 --> 00:21:18,650 Ölkəmizin maddi inkişaf baxımından 195 00:21:19,770 --> 00:21:27,650 bugünün inkişaf etmiş dövlətləri səviyyəsində olacağı günü bir təsəvvürünüzə gətirin; 196 00:21:27,940 --> 00:21:33,080 elmi baxımdan, texnoloji baxımdan, maddi sərvətlərin istehsalı baxımından. 197 00:21:33,220 --> 00:21:39,480 Bu kimi xüsusiyyətlərə malik bir ölkə: elmi inkişafa nail olmuş, sənayesi inkişaf etmiş, 198 00:21:39,770 --> 00:21:46,400 150-200 milyon əhalisi olan, mənəviyyatlı – 199 00:21:47,000 --> 00:21:53,680 yəni imperialist məqsədlər izləməyən, başqalarına qarşı zorakılıq etmək, öz sözünü kiməsə zorla diktə etmək niyyətində olmayan, 200 00:21:54,050 --> 00:22:01,250 məzlumlara kömək edən, dünyanın hegemon dövlətlərinin başından yekə tələblərinə müqavimət göstərən bir ölkə; 201 00:22:01,540 --> 00:22:07,570 belə bir ölkəni təsəvvürünüzə gətirin! Görün bu, dünya imperializmi üçün nə qədər dözülməzdir?! 202 00:22:07,770 --> 00:22:12,450 Bu gün İslam Respublikası əleyhinə aparılan bütün işlər 203 00:22:12,620 --> 00:22:14,620 məhz belə bir günün gəlişinin qarşısını almaq məqsədi daşıyır; 204 00:22:16,620 --> 00:22:22,480 İslam Respublikasının belə bir gələcəyi olmasın deyə edilir: 205 00:22:22,650 --> 00:22:31,510 maddi inkişafın bütün kriterilərinə cavab verən, 206 00:22:31,800 --> 00:22:36,970 eyni zamanda da mənəviyyatlı, mənəvi cəhətdən təmiz, 207 00:22:38,220 --> 00:22:44,570 İslama uyğun həyat tərzi ilə yaşayan, milli birlik və qardaşlığı özündə əks etdirən, 208 00:22:44,570 --> 00:22:49,970 xalqı həmrəy, başqalarına qarşı zorakılıq və işğalçılıq etməyən inkişaf etmiş bir ölkə; 209 00:22:50,110 --> 00:22:54,280 onların istədiyi budur ki, İran İslam dövləti belə bir xoş günə çıxmasın; 210 00:22:54,400 --> 00:23:00,770 bütün fəaliyyətləri, bütün səyləri, bütün planları bunun üçündür, 211 00:23:01,280 --> 00:23:09,480 bunun davasıdır; dava bunun üstündədir ki, əgər bu cür xüsusiyyətlərə malik bir müsəlman ölkəsi ortaya çıxsa, 212 00:23:09,800 --> 00:23:14,620 imperializmin, küfrün büsatına son qoyulacaq. 213 00:23:15,650 --> 00:23:22,620 Bu cür inkişaf edə, zahiri maddi şərtləri özündə bu səviyyədə təmin edə biləcək, 214 00:23:22,770 --> 00:23:25,480 eyni zamanda Allah-taalaya arxalanan, 215 00:23:25,480 --> 00:23:29,650 Allahı zikr edən, Allaha şükür edən, Allaha ibadət edən, Allaha səcdə edən, 216 00:23:31,400 --> 00:23:35,000 ilahi hökmlər qarşısında itaətkar və təslimkar olan bir ölkə, 217 00:23:35,650 --> 00:23:41,310 bilirsiniz, güclü bir maqnit kimi dünyada özünə qarşı necə cazibə qüvvəsi yaradar, 218 00:23:41,880 --> 00:23:47,450 xalqların qəlbini özünə necə cəzb edər?! Bunun baş verməyini istəmirlər; bütün davalar da bunun üstündədir. 219 00:23:48,420 --> 00:23:51,620 Bizim elmi inkişafımıza qarşı mübarizə aparmaları, 220 00:23:51,770 --> 00:23:57,110 müxtəlif ölkələrdə bizim siyasi iştirakımızın əleyhinə çıxmaları – 221 00:23:57,540 --> 00:24:05,080 açıq-aşkar deyirlər ki, İran regionda nüfuza malikdir, ölkələrdə nüfuzu var, xalqlara təsir göstərir – 222 00:24:05,310 --> 00:24:09,620 göstərdikləri iqtisadi təzyiqlər 223 00:24:09,710 --> 00:24:12,650 məhz belə bir vəziyyətin yaranmaması üçündür, belə bir günün gəlişinə əngəl olmaq üçündür. 224 00:24:12,800 --> 00:24:17,170 Bu istəyin tam əks tərəfində isə biz dururuq; biz İran xalqı, biz gənclər, 225 00:24:17,310 --> 00:24:22,880 təşəbbüs göstərməyə hazır olan insanlar, din alimləri, universitetlərdəki ziyalılar. 226 00:24:23,650 --> 00:24:26,680 Məhz biz onların bu hərəkatı qarşısında 227 00:24:26,820 --> 00:24:32,110 az öncə qeyd etdiyim fəlsəfi-ideoloji sistem əsasında öz prinsipial hərəkatımızı yürütməliyik. 228 00:24:32,250 --> 00:24:37,080 Hamı çalışmalı, səy göstərməli, işləməli 229 00:24:37,400 --> 00:24:42,080 və düşmənin nə etmək istədiyini bilməlidir; hər kəs diqqətli və ehtiyatlı olmalıdır. 230 00:24:42,340 --> 00:24:47,280 Mən istərdim ki, ölkəmizin bütün rəsmilərində bu həssaslıq yaransın, 231 00:24:47,650 --> 00:24:52,420 düşmənin nə işlə məşğul olduğunu, hədəfinin nə olduğunu bilsinlər; 232 00:24:52,850 --> 00:24:59,880 düşmənin təbəssümünə, hansısa işdə, hansısa məsələdə, ola bilsin, qısamüddətli kompromisə getməyinə, 233 00:24:59,880 --> 00:25:05,940 tutalım, haradasa etdiyi bir güzəştə, hansı məqamdasa bizimlə razılaşmağına, 234 00:25:06,110 --> 00:25:12,540 ola bilsin, İslam Respublikasının xeyrinə dilinə bir kəlmə söz alıb deməyinə – hansı ki çox zəif ehtimaldır – 235 00:25:12,770 --> 00:25:17,650 bu cür sözlərə aldanmayaq; düşmənin nə etmək istədiyini bilək. 236 00:25:18,080 --> 00:25:21,280 Əlbəttə ki, bu gün düşmən dünya imperializmidir. 237 00:25:21,280 --> 00:25:25,540 Dünya imperializmi xəyali bir şey deyil, reallıqdır, 238 00:25:26,020 --> 00:25:30,710 ortada açıq-aydın əlamətləri, göstəriciləri var; ən böyük göstəricisi Amerikadır, 239 00:25:31,540 --> 00:25:37,910 Amerika administrasiyasının arxasında isə bütün dünyaya yayılmış, əksəriyyət etibarilə sionistlərə aid olan 240 00:25:38,220 --> 00:25:49,620 nəhəng şirkətlər, trestlər, kartellər, bəşəriyyətin qanını sovuran istismarçı kapitalistlər durur; 241 00:25:49,740 --> 00:25:53,340 təkcə Amerikada da deyil; bunlar Avropada və bəzi digər yerlərdə də 242 00:25:53,450 --> 00:25:56,250 həddən artıq güclü nüfuz əldə ediblər; imperializm bax budur. 243 00:25:56,420 --> 00:26:04,910 Bu imperializm divinin canı içində olan şüşə məhz belə bir islami hərəkatla sındırılacaq; 244 00:26:05,400 --> 00:26:10,680 bu hərəkat İslam İnqilabının qələbəsi ilə start götürüb, 245 00:26:10,850 --> 00:26:18,000 İslam Respublikası, bu dövlətin inqilabi kursa sadiqliyi ilə davam edir 246 00:26:18,250 --> 00:26:20,820 və gələcəkdə də bu minvalla inkişaf edib irəliləyəcək. 247 00:26:21,080 --> 00:26:25,140 Bəzən elə şeylərin şahidi olursan ki, insanda, doğrudan da, ümid yaranır. 248 00:26:25,220 --> 00:26:31,850 Hərdən müxtəlif sferalarda cürbəcür texnoloji nailiyyətləri əks etdirən sərgiləri 249 00:26:32,400 --> 00:26:34,600 bizə gətirirlər – onlardan bəziləri haqda geniş ictimaiyyətə açıqlama verilir, 250 00:26:34,740 --> 00:26:38,680 bəziləri haqda isə məqsədəuyğun bilinmədiyinə görə məlumat verilmir, amma biz yaxından görüb tanış oluruq – 251 00:26:38,970 --> 00:26:43,420 doğrudan da, bizim gənclərimizin əlləri möcüzələr yaradır. 252 00:26:44,340 --> 00:26:53,340 Yaşı az olan, qəlbi stimul dolu, imanlı, bacarıqlı, istedadlı, yüksək əhval-ruhiyyəli, 253 00:26:54,800 --> 00:27:03,740 həm də Allaha təvəkkül edən, ağzı salavatlı, namazqılan, dininə qarşı diqqətli, Quran oxuyan gənclər 254 00:27:03,970 --> 00:27:09,310 çox böyük, çox gözəl işlər həyata keçirir; 255 00:27:09,680 --> 00:27:14,080 və inşallah, İslam Respublikasını o inkişaf və yüksəliş gözləyir. 256 00:27:14,220 --> 00:27:18,340 Qeyd etdim ki, biz geniş imkan və potensiala malik olan bir ölkəyik. 257 00:27:18,510 --> 00:27:24,710 O gün hökumət kabinetindən olan qardaşlarımızla görüşdə 258 00:27:25,770 --> 00:27:35,400 mən dedim ki, aldığım məlumata görə, biz ölkəmizin mədən resurslarından 259 00:27:36,050 --> 00:27:41,280 – hansı ki ölkəmizin ən önəmli sərvət resurslarından biri yeraltı sərvətlərimizdir 260 00:27:41,820 --> 00:27:47,420 – 14 faizini istifadə edirik. Çox hörmətli Sənaye və Mədən Nazirimiz 261 00:27:47,600 --> 00:27:52,570 doğrudur, statistik hesabatlarda da belədir. Bax biz belə bir ölkəyik; 262 00:27:53,000 --> 00:27:59,220 indiyə qədər biz ölkəmizin yeraltı resurslarından 14 faizini istifadə etmişik. 263 00:28:00,000 --> 00:28:04,740 Coğrafi mövqeyimiz, cürbəcür mədəni imkanlarımız, 264 00:28:05,170 --> 00:28:11,050 İslam mədəniyyətinin və Əhli-Beyt (ə) maarifinin dünyada qazandığı dərin nüfuz; 265 00:28:11,200 --> 00:28:14,480 bunlar balaca şeylər deyil; bunlar bizim ixtiyarımızda olan 266 00:28:14,620 --> 00:28:17,220 çox nəhəng sərvətlərdir. 267 00:28:17,480 --> 00:28:24,820 Bax elə buna görə də mənim demək istədiyim odur ki, biz – Xubriqan Məclisi, ölkə rəsmiləri, 268 00:28:25,480 --> 00:28:33,050 ictimaiyyət arasında nüfuza malik olan, geniş auditoriyaya səslənmək imkanı olan insanlar – 269 00:28:33,050 --> 00:28:40,740 istər mətbuatdan, istərsə də digər auditoriyalardan – 270 00:28:41,140 --> 00:28:44,570 danışmağı bacaran, təsir göstərə bilən şəxslər 271 00:28:44,680 --> 00:28:50,850 o gələcəyi insanlara mümkün qədər çox açıqlamalı, təsvir etməli, qəlbləri o gələcəyə sövq etməli, 272 00:28:51,340 --> 00:28:57,800 onlarda ümid oyatmalı, möminlərin qəlbində lazımi rahatlıq və sakitliyi yaratmalıdırlar ki, 273 00:28:58,170 --> 00:29:01,850 irəli gedək; Allaha həmd olsun ki, biz inkişaf etməkdə, irəliləməkdəyik. 274 00:29:02,250 --> 00:29:10,600 Günümüzdə aktual olan bir-iki mühüm və diqqətəlayiq məsələ də var ki, onları qısaca da olsa qeyd etməliyəm: 275 00:29:10,740 --> 00:29:16,510 bunladan biri Birgə Kompleks Tədbirlər Planı məsələsidir, o biri isə BKTP-dən sonrakı proseslərdir – 276 00:29:16,650 --> 00:29:22,170 zənnimcə, BKTP-dən sonrakı proseslər BKTP-nin özündən daha önəmlidir. 277 00:29:22,600 --> 00:29:30,570 BKTP ilə bağlı mən nəzərdə tutduğum və lazım bildiyim məqamları bu günlər ərzində – 278 00:29:30,680 --> 00:29:33,880 istər bu razılaşma əldə olunmazdan öncə, 279 00:29:33,970 --> 00:29:39,450 istərsə də ondan sonra – qeyd etmişəm. 280 00:29:39,800 --> 00:29:43,710 Bu gün ortada olan məsələ BKTP-nin parlamentdə ratifikasiyası məsələsidir; 281 00:29:44,050 --> 00:29:52,600 ekspertlər, mütəxəssislər bu sənədin hüquq, qanun baxımından nə vəziyyətdə olduğunu araşdırmalı, 282 00:29:52,600 --> 00:29:58,310 məsələnin hüquqi tərəflərini gözdən keçirərək 283 00:29:58,510 --> 00:30:03,510 müvafiq surətdə hərəkət etməlidirlər; mən o mövzulara girmirəm. 284 00:30:03,620 --> 00:30:07,620 Lakin mən ümumilikdə fikir bildirib demək istəyirəm – 285 00:30:07,620 --> 00:30:09,680 və bunu cənab prezidentə də söyləmişəm – ki, 286 00:30:09,680 --> 00:30:14,600 parlamenti bu məsələdən kənar tutmağı məqsədəuyğun hesab etmirəm. 287 00:30:14,740 --> 00:30:20,050 Çünki nəticə etibarilə bu, artıq 2 ildir ki, ölkənin gündəmini tutan, ictimaiyyətin diqqət mərkəzində duran 288 00:30:20,170 --> 00:30:24,540 və hal-hazırda müəyyən nəticələrin əldə olunduğu bir məsələdir; odur ki parlament də bu məsələ ilə yaxından məşğul olmalıdır. 289 00:30:24,540 --> 00:30:29,310 O ki qaldı parlament nə etsin, bu məsələdə necə davransın, mənim bu mövzuda İslami Şura Məclisinə heç bir tövsiyəm yoxdur. 290 00:30:29,600 --> 00:30:34,770 Birincisi, hansı formada qərar verilməlidir? Qəbul edilmə 291 00:30:35,020 --> 00:30:39,220 və ya geri qaytarılma formasında olmalıdır, yoxsa başqa bir şəkildə? 292 00:30:39,650 --> 00:30:44,110 Qəbul etsinlər, yoxsa geri qaytarsınlar? Bu mövzularda mənim heç bir tövsiyəm yoxdur. 293 00:30:44,220 --> 00:30:49,370 Həlledici qərar xalqın parlamentdəki nümayəndələrinə aiddir, 294 00:30:49,680 --> 00:30:53,600 parlamentin nəyi etməli, nəyi etməməli olduğuna mən göstəriş vermirəm. 295 00:30:53,740 --> 00:30:59,570 Mənim fikrim budur ki, parlamentin bu mövzudan uzaq tutulmamağı müsbət bir haldır 296 00:30:59,910 --> 00:31:03,170 və xalqın parlamentdə oturan nümayəndələri də bu məsələyə münasibət bildirməlidir. 297 00:31:04,110 --> 00:31:07,420 BKTP-dən sonrakı məsələlərə gəlincə. 298 00:31:07,510 --> 00:31:12,020 Zənnimcə, bəzi məsələlər var ki, ölkə rəsmiləri 299 00:31:13,000 --> 00:31:21,080 onları diqqətdə saxlamalıdır; əlbəttə ki, mən bunları hökumətdə təmsil olunan əziz və səmimi qardaşlarımızla da 300 00:31:22,420 --> 00:31:25,200 müzakirə edirəm, etmişəm də, amma məlumat üçün sizə də deyirəm. 301 00:31:25,510 --> 00:31:32,570 Birincisi, zahirən bizim qarşımızda 6 dövlət var, 302 00:31:32,820 --> 00:31:36,800 amma əslində, aktiv olan, fəal iş aparan yalnız bir dövlət – yəni Amerikadır. 303 00:31:37,450 --> 00:31:41,800 Amerika bu məsələdə tam aktiv bir şəkildə meydandadır, 304 00:31:41,970 --> 00:31:48,910 tər töküb çalışır, səy göstərir. 305 00:31:49,710 --> 00:31:55,600 Amerika rəsmiləri çox pis danışırlar; bu çıxışların, bu bəyanatların nə üçün, nə məqsədlə edildiyi aydınlaşdırılmalıdır; 306 00:31:56,200 --> 00:32:00,880 belə ki məsələnin bir tərəfində Amerika, digər tərəfində isə biz dururuq. 307 00:32:01,800 --> 00:32:05,220 Gah deyirlər ki, sanksiyaların strukturu saxlanacaq; 308 00:32:05,680 --> 00:32:09,450 bəs onda bu qədər vaxtı biz nə üçün oturub danışıqlar aparmışıq. 309 00:32:09,710 --> 00:32:13,820 Biz danışıqlara getmişik ki, sanksiyaların gətirdiyi məhdudiyyətlər ortadan qalxsın, bu sanksiyalar ləğv olunsun. 310 00:32:14,480 --> 00:32:17,600 Sanksiyaların strukturunu saxlamaq qərarına gəliblər! 311 00:32:17,740 --> 00:32:20,770 İndi mən bilmirəm “sanksiyaların strukturu saxlansın” nə deməkdir; 312 00:32:20,910 --> 00:32:23,310 ola bilsin, bunu da bir cür izah edib mənalandıracaqlar, 313 00:32:23,570 --> 00:32:29,970 amma bu sözlərdən çıxan nəticə bizim danışıqlara getməklə izlədiyimiz hədəflərə tamamilə ziddir; 314 00:32:30,000 --> 00:32:32,880 yoxsa biz danışıqlara nə üçün gedirdik ki? Öz işimizi görərdik; 315 00:32:33,340 --> 00:32:36,970 19 min sentrifuqa qurmuşduq, 316 00:32:37,140 --> 00:32:39,480 qısa bir müddət ərzində 317 00:32:39,620 --> 00:32:44,170 bu rəqəmi 50-60 minə çatdıra bilərdik. 318 00:32:44,850 --> 00:32:48,280 Bunu etmək üçün heç bir problemimiz də yox idi; 319 00:32:49,020 --> 00:32:51,940 20 faizlik yanacağı istehsal edirdik, ardını da gedə bilərdik. 320 00:32:52,800 --> 00:32:57,850 Nüvə tədqiqatlarını davam etdirib 321 00:32:58,140 --> 00:33:02,420 eyni sürət tempi ilə və eyni şəkildə bu sahədə inkişaf edərdik; qalan şeylər də eynilə. 322 00:33:02,600 --> 00:33:07,400 Oturub danışıqlar aparmağımız, müəyyən məqamlarda güzəştə getməyimiz, 323 00:33:07,400 --> 00:33:13,370 sizə müəyyən imtiyazlar verməyimiz əsasən onun üçün idi ki, sanksiyalar qaldırılsın. 324 00:33:13,480 --> 00:33:17,800 Əgər sanksiyalar qaldırılmayacaqsa, deməli, artıq ortada heç bir anlaşma da yoxdur 325 00:33:18,220 --> 00:33:22,480 və bunun daha heç bir mənası da yoxdur. Rəsmilərimiz bunu özləri üçün dəqiq surətdə müəyyən etməli 326 00:33:22,770 --> 00:33:30,820 və daha deməməlidirlər ki, məsələn, “o, bu sözləri daxildəki rəqiblərini razı salmaq üçün deyir”. 327 00:33:30,910 --> 00:33:33,620 Düzdür, Amerikada bir rəqabətin, çəkişmənin getdiyi tamamilə realdır; 328 00:33:33,710 --> 00:33:37,080 mən düşünmürəm ki, bu çəkişmə formal, gözdən pərdə asmaq xarakteri daşıyır, 329 00:33:37,080 --> 00:33:40,510 aralarında, doğrudan da, fikir ayrılığı var, səbəbi də bizə aydındır; 330 00:33:41,250 --> 00:33:45,740 amma hər halda, rəsmi surətdə səsləndirilən fikirlər cavablandırılmalıdır; 331 00:33:45,910 --> 00:33:49,970 cavabı verilməsə, təsdiqlənmiş olacaq. Bir məqam budur. 332 00:33:50,420 --> 00:33:52,250 İkinci məqam budur ki, 333 00:33:52,370 --> 00:33:59,450 onlar sanksiyaların aradan qaldıracaqlarını dedikləri hissəsi haqda da belə danışırlar ki, 334 00:33:59,540 --> 00:34:03,770 “dondurulacaq” və ya “müvəqqəti olaraq dayandırılacaq”; amma biz məsələni bu şəkildə qoymamışıq. 335 00:34:03,970 --> 00:34:08,910 Aydındır ki, iqtisadi sanksiyalar aradan qaldırılmalıdır; 336 00:34:08,910 --> 00:34:13,510 özü də demişik ki, dərhal! Bu “dərhal” sözünü də mənalandırdılar, heç nə demədik; 337 00:34:14,310 --> 00:34:19,110 burdakı dostlarımız bu “dərhal” şərtini müəyyən şəkildə mənalandırdılar, 338 00:34:19,220 --> 00:34:22,540 bunun müəyyən ardıcıllıqla reallaşacağını dedilər, biz də etiraz etmədik. 339 00:34:23,050 --> 00:34:26,080 Amma hər halda, gec-tez sanksiyalar götürülməlidir, 340 00:34:26,570 --> 00:34:30,480 dondurmaq, müvəqqəti dayandırmaq söhbəti yoxdur. 341 00:34:30,680 --> 00:34:34,400 Əgər onlar donduracaqlarsa, olsun, biz də burda işləri dondurarıq; 342 00:34:34,620 --> 00:34:40,110 əgər elədirsə, onda biz nə üçün nəticəsi göz önündə olan əsaslı addımlar atmalıyıq? 343 00:34:40,220 --> 00:34:43,820 Bir sözlə, məqsəd sanksiyaların ləğvidir. 344 00:34:43,820 --> 00:34:50,620 Düzdür, müəyyən məqamlarda dedilər ki, sanksiyaların ləğvi 345 00:34:50,820 --> 00:34:56,110 bizimlə danışıqlar aparmış Amerika dövlətinin əlində deyil; “Onları dayandırıb 346 00:34:56,110 --> 00:35:00,570 öz qanuni hüquqlarımızdan istifadə edəcəyik” və sair dedilər; 347 00:35:00,740 --> 00:35:03,110 amma Amerikanın və ya Avropa dövlətlərinin əlində olan məsələlər 348 00:35:03,200 --> 00:35:08,420 tamamilə həll olunmalı, sanksiyalar qaldırılmalıdır. 349 00:35:09,170 --> 00:35:14,770 Digər bir məqam budur ki, onlar öz çıxışlarında 350 00:35:14,910 --> 00:35:20,620 nüvə razılaşmasının və sair bu kimi danışıqların prinsiplərindən tamamilə kənar olan fikirlər səsləndirirlər; 351 00:35:20,820 --> 00:35:24,570 bu müzakirələrin mövzusundan tamamilə uzaq şeylər danışırlar. 352 00:35:25,200 --> 00:35:32,200 Amerika administrasiyasındakı cənablar və xanımlar 353 00:35:32,800 --> 00:35:37,850 19-cu əsrin ingilisləri kimi danışırlar; yəni həqiqətən də, 354 00:35:38,080 --> 00:35:41,200 dünyadan, müasir tarixdən 2 əsr geridirlər! 355 00:35:42,140 --> 00:35:46,880 Bir vaxtlar Lord Kerzonun 356 00:35:47,280 --> 00:35:52,340 Fars körfəzində İran və ya bu region haqda danışdığı kimi danışırlar; 357 00:35:52,570 --> 00:35:55,020 danışıqları buna bənzəyir; amma dünya dəyişib. 358 00:35:55,510 --> 00:36:01,000 Bu gün super-dövlətlərin artıq o gücü, o imkanları yoxdur, 359 00:36:01,480 --> 00:36:05,450 belə bir iş görməyə qadir deyillər; qarşılarındakı da İslam Respublikasıdır; 360 00:36:05,850 --> 00:36:10,820 hansısa adada yerləşən geridəqalmış bir ölkə deyil ki, 361 00:36:11,250 --> 00:36:13,050 ürəyiniz istəyəni deyəsiniz; 362 00:36:13,140 --> 00:36:14,540 xeyr, qarşınızdakı İslam Respublikasıdır; 363 00:36:14,740 --> 00:36:19,450 gücünün, imkanlarının müəyyən hissəsinə bələd olduğunuz, 364 00:36:19,570 --> 00:36:24,050 müəyyən hissəsinə də lazım gələrsə əməldə bələd olacağınız İslam Respublikası; 365 00:36:24,310 --> 00:36:28,250 o demək deyil ki, elə oturub bizi hədələyə bilərsiniz; bu tonda danışırlar. 366 00:36:28,710 --> 00:36:32,850 Həmişə dedikləri sözlərdən biri də budur ki, 367 00:36:33,050 --> 00:36:38,770 “biz İslam Respublikasının rəsmilərinin və ya İran administrasiyasının fərqli davranmasını gözləyirik!” 368 00:36:38,940 --> 00:36:45,910 Fərqli nə deməkdir? Nədən fərqli? İslam Respublikasının keçmişindən fərqli? 369 00:36:46,080 --> 00:36:47,850 Xeyr, bu olmayacaq; 370 00:36:48,650 --> 00:36:53,820 “fərqli” deyəndə onlar İslam dəyərlərindən vaz keçməyi, 371 00:36:54,420 --> 00:36:59,080 İslam dininin hökmlərinə riayət etməkdən əl çəkməyi nəzərdə tuturlar; 372 00:36:59,080 --> 00:37:01,820 onlar üçün “fərqli” budur; belə bir şey baş verməyəcək. 373 00:37:01,910 --> 00:37:07,080 Nə hökumətimiz, nə parlamentimiz, nə digər rəsmilər qəti surətdə belə bir iş görməyəcəklər 374 00:37:07,480 --> 00:37:12,170 və əgər kimsə belə bir şey etmək istəsə, xalq, 375 00:37:12,340 --> 00:37:17,050 İslam Respublikası onun bu kimi davranışlarını qəbul etməyəcək, belə bir şeyin mənası da yoxdur. 376 00:37:17,400 --> 00:37:25,480 “Fərqli davranmaq” deməklə onlar bunu nəzərdə tuturlar ki, İran Amerikanın regionda yürütdüyü siyasətin çərçivəsinə daxil olsun. 377 00:37:25,620 --> 00:37:30,510 Amerikanın bu regionda yürütdüyü bir siyasət var, regionla bağlı öz fikirləri var. 378 00:37:31,400 --> 00:37:38,280 O fikirlərdən biri budur ki, bu regionun müqavimət qüvvələri tamamilə məhv olmalı, yox edilməlidir; 379 00:37:38,370 --> 00:37:42,200 başqa bir fikirləri budur ki, Amerika dövləti 380 00:37:42,540 --> 00:37:47,480 İraq, Suriya və sair dövlətlərdə ağalığını tamamilə təmin etməlidir. 381 00:37:47,620 --> 00:37:50,510 Onların fikri budur, 382 00:37:50,650 --> 00:37:53,000 gördükləri işlərin hamısının son hədəfi bunlardır. 383 00:37:53,400 --> 00:37:58,140 Onlar istəyirlər ki, bizim rəsmilərimiz, bizim dövlətimiz, bizim siyasətçilərimiz də 384 00:37:58,400 --> 00:38:03,680 bu siyasətlərin reallaşması istiqamətində hərəkət etsinlər; amma belə bir şey olmayacaq. 385 00:38:04,170 --> 00:38:08,620 Bəyanatlarında səsləndirdikləri və bizdə həsasslıq yaradan fikirlərindən biri də budur ki, 386 00:38:08,850 --> 00:38:14,850 deyirlər, BKTP Amerika üçün həm İranın daxilində, 387 00:38:15,370 --> 00:38:21,140 həm də İrandan kənarda – regionda fürsətlər yaradıb; 388 00:38:21,280 --> 00:38:24,020 bunu amerikalılar deyir, tez-tez səsləndirdikləri fikirlərdən biri də budur. 389 00:38:25,050 --> 00:38:30,140 Mən isə hökumətdə və digər rəsmi strukturlarda təmsil olunan dostlarımıza bunu demək istəyirəm ki, 390 00:38:30,140 --> 00:38:35,770 ölkə daxilində Amerikanın hansısa formada münasib fürsət ələ keçirməsinə qətiyyən imkan verməyin; 391 00:38:35,880 --> 00:38:39,850 həmçinin çalışın ki, ölkədən kənarda da Amerikanın əlinə belə bir fürsət düşməsin. 392 00:38:40,400 --> 00:38:44,540 Onlar bu fürsətlərə nə qədər yaxınlaşsalar, 393 00:38:44,800 --> 00:38:51,600 heç şübhəsiz, o yerdən xalqların zilləti, ölkələrin gerilik və əzab-əziyyəti başlayacaq. 394 00:38:51,800 --> 00:38:58,450 Bunların ölkə daxilində hansısa fürsətləri ələ keçirməyinə qətiyyən imkan vermək olmaz. 395 00:38:58,740 --> 00:39:01,110 Mən demişəm, elan etmişəm ki, 396 00:39:01,570 --> 00:39:06,820 biz nüvə məsələsindən başqa heç bir digər mövzu ətrafında Amerika ilə danışıqlara getməyəcəyik; 397 00:39:06,970 --> 00:39:09,570 bunu həm xarici siyasət rəsmilərimizə, 398 00:39:09,710 --> 00:39:14,510 həm də digər rəsmilərə söyləmişəm; o mövzuya girmək istəmirəm. 399 00:39:14,600 --> 00:39:20,680 Səbəbi də budur ki, onların izlədiyi siyasət kursu bizimkinin tam əksidir, 400 00:39:20,880 --> 00:39:27,600 bir-birindən 180 dərəcə fərqlənirik. Biri bu məsələdir. 401 00:39:27,820 --> 00:39:29,800 Digər bir məsələ isə iqtisadiyyatdır; 402 00:39:30,000 --> 00:39:36,540 bizim siyasi problemlərimiz məsələnin bir tərəfidir, 403 00:39:36,540 --> 00:39:39,020 amma iqtisadi problemlər də çox əhəmiyyətlidir. 404 00:39:39,310 --> 00:39:45,600 Mən hökumət kabinetindəki qardaşlarımızdan xahiş etmişəm ki, müqavimət iqtisadiyyatının siyasətinin reallaşdırılması üçün 405 00:39:45,880 --> 00:39:55,480 bir kompleks xarakterli və strateji əməli tədbirlər planı hazırlasınlar; 406 00:39:56,450 --> 00:39:59,450 bunu mən nazirlərlə keçirdiyim görüşdə onlara, 407 00:39:59,570 --> 00:40:07,000 həm də ayrıca möhtərəm ölkə prezidentinə söyləmişəm; və gözləyirəm ki, inşallah, bu, həyata keçiriləcək. 408 00:40:07,340 --> 00:40:14,050 Müqavimət iqtisadiyyatını hissələrə ayırıb 409 00:40:14,140 --> 00:40:18,620 “bu hissəni reallaşdırırıq” demək mümkün deyil; bu, bütöv, 410 00:40:19,280 --> 00:40:24,250 məcmu şəklində olan və ayrı-ayrı elemenetləri bir-birini tamamlayan bir siyasətdir. 411 00:40:24,680 --> 00:40:29,570 Onun bütün hissələrini reallaşdıra biləcək vahid bir icra proqramı olmalıdır. 412 00:40:30,510 --> 00:40:35,800 Əlbəttə ki, hökumət kabinetindəki qardaşlarımızın əzmi, niyyəti də elə budur, 413 00:40:35,970 --> 00:40:40,450 inşallah, çalışıb lazımi səyləri də göstərəcək, bu işi reallaşdıracaqlar. 414 00:40:40,620 --> 00:40:46,250 Əgər bu, baş versə, daha bizim üçün heç bir əhəmiyyəti olmayacaq ki, 415 00:40:46,450 --> 00:40:54,850 məsələn, İrana xaricdən geri qayıdan pul 100 milyard dollardır, ya beş milyard; 416 00:40:55,450 --> 00:40:59,770 yəni doğrudan da, bunun əhəmiyyəti arxa plana keçəcək. 417 00:40:59,880 --> 00:41:06,620 Əlbəttə, biz dünyadan, başqalarında qalan pulumuzu istəyirik – hansı ki indiyə qədər 418 00:41:06,770 --> 00:41:10,340 o pulların geri qaytarılmasının qarşısı zülmlə alınıb – 419 00:41:10,600 --> 00:41:16,200 o pul bizim istifadəmizə verilməlidir, buna söz yox, amma müqavimət iqtisadiyyatının reallaşmasının əhəmiyyəti 420 00:41:16,340 --> 00:41:20,970 ümumilikdə xaricdəki o pullarla, onların bu şəkildə və birdən-birə belə böyük həcmdə geri qaytarılması ilə bitmir, 421 00:41:21,820 --> 00:41:23,020 bu kimi şeylərdən daha yüksəkdir. 422 00:41:23,280 --> 00:41:28,110 Məncə, əgər biz bu müqavimət iqtisadiyyatını yaxşı bir icra proqramı ilə 423 00:41:28,220 --> 00:41:33,000 əməldə – təkcə dildə yox – reallaşdıra, işə sala bilsək, 424 00:41:33,310 --> 00:41:39,740 işimiz necə lazımsa gedəcək, camaat da bizə kömək edəcək. 425 00:41:39,970 --> 00:41:48,220 Demişik ki, hökumətdə də operativ bir icra komitəsi təşkil olunmalı, 426 00:41:48,280 --> 00:41:54,650 onlar işlərin gedişini izləməli, hər bir strukturun vəzifəsini, işin hansı hissəsini 427 00:41:54,770 --> 00:41:59,480 hansı iqtisadi və ya qeyri-xidmət strukturunun yerinə yetirəcəyini müəyyən etməlidir; 428 00:42:00,110 --> 00:42:08,680 və vaxt bölgüsü aparılmalıdır; bu və ya digər strukturun öz öhdəsinə düşən vəzifəni hansı vaxt ərzində yerinə yetirəcəyi 429 00:42:08,680 --> 00:42:12,600 əvvəlcədən dəqiqləşdirilməli və inşallah, sona qədər işin gedişinə nəzarət olunmalıdır ki, 430 00:42:12,710 --> 00:42:17,880 bu möhtəşəm dinamika, bu hərtərəfli milli hərəkat gerçəkləşsin. 431 00:42:18,020 --> 00:42:24,400 Son olaraq bunları demək istəyirəm: ölkəmizin mömin insan qüvvəsi bilsin ki, 432 00:42:25,340 --> 00:42:32,080 biz İslam dininin hədəf və amallarına doğru gedirik; buna heç bir şübhə yoxdur. 433 00:42:33,340 --> 00:42:38,570 Və hamısı hazır vəziyyətdə olsunlar, hazırlıqlarını əldən verməsinlər; 434 00:42:40,710 --> 00:42:45,400 ölkənin dörd bir yanında olan mömin, nəcib, inamlı insanlar hərəkətə keçməyə hazır olsunlar; 435 00:42:45,650 --> 00:42:49,970 əlhəmdulillah, əhalimizin böyük əksəriyyətini də məhz onlar təşkil edir. 436 00:42:50,310 --> 00:42:53,880 Hərəkətə keçməyə hazır olsunlar. 437 00:42:54,020 --> 00:42:59,080 Hərəkətə keçməyə hazır olmaq müharibəyə hazırlaşmaq mənasında deyil; yəni həm iqtisadiyyat, 438 00:42:59,200 --> 00:43:02,540 həm mədəniyyət, həm siyasət sferalarında, 439 00:43:02,850 --> 00:43:07,140 həm də digər müxtəlif arena və meydanlarda hərəkətə keçməyə hazırlıqlı olsunlar; 440 00:43:08,140 --> 00:43:10,940 hazır olsunlar, biz hamımız hazır olmalıyıq. 441 00:43:11,050 --> 00:43:18,250 Düşmənlərimizin bu gərgin səyləri qarşısında – hansı ki düşmənlərimiz gecə-gündüz bilmirlər – 442 00:43:18,450 --> 00:43:21,940 biz də gecə-gündüz bilməməli və hamımız hazırlıqlı olmalıyıq. 443 00:43:22,080 --> 00:43:28,310 Allahın verdiyi vədlər də mütləq surətdə doğrudur. Allah-taalanın verdiyi vədlər doğrudur, 444 00:43:28,450 --> 00:43:32,280 biz onlara şübhə və sui-zənlə yanaşmamalıyıq. Bir dəfə mən burda demişdim ki, 445 00:43:32,480 --> 00:43:36,540 biz Allaha sığınmalı, ilahi vədlərə bədgüman olmamalıyıq; 446 00:43:36,650 --> 00:43:39,200 Allah-taala lənət edib: 447 00:43:39,800 --> 00:43:46,310 “Allahın Onun barəsində bədgüman olanlara qəzəbi tutmuş və onlara lənət etmişdir. 448 00:43:46,710 --> 00:43:48,280 Cəhhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” (“Fəth” surəsi, 6-cı ayədən) 449 00:43:48,400 --> 00:43:51,540 Yəni Allah-taala Ona bədgümanlıqla yanaşan şəxslərə lənət edib. 450 00:43:51,940 --> 00:43:54,680 Allaha xoş gümanla yanaşmaq odur ki, 451 00:43:54,940 --> 00:43:58,140 “Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər”. (“Məhəmməd” surəsi, 7-ci ayə) – deyiləndə buna inanasan; 452 00:43:58,540 --> 00:43:59,970 Yaradana xoş gümanla yanaşmaq bax budur; 453 00:44:00,850 --> 00:44:05,280 “Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə) – deyə buyurulursa, buna inanmalıyıq. 454 00:44:05,820 --> 00:44:12,800 Əgər niyyətimiz, doğrudan da, Allahın dininə yardım etməkdirsə – Allaha yardım etmək də elə budur – 455 00:44:13,250 --> 00:44:17,450 zərrə qədər belə olsun şübhəyə yol vermədən bilməliyik ki, Allah-taala da hökmən bizə yardım edəcək. 456 00:44:17,650 --> 00:44:19,680 İnsan bu ruhiyyə ilə iş görərsə, 457 00:44:19,820 --> 00:44:25,170 inşallah, dediyimiz o mənəvi rahatlıq da qəlblərimizə nazil ediləcək. 458 00:44:25,340 --> 00:44:29,970 Pərvərdigara! Məhəmməd və Ali - Məhəmmədə xatir deyib-eşitdiklərimizin, 459 00:44:30,050 --> 00:44:33,310 gördüyümüz işlərin Sənə xatir və Sənin yolunda olmasına hökm ver, 460 00:44:33,680 --> 00:44:35,450 Öz böyüklük və kərəminlə bunları bizdən qəbul et 461 00:44:35,820 --> 00:44:39,740 və İmam Mehdi Sahibəz-zamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun et. 462 00:44:40,080 --> 00:44:43,140 Allahın salamı, rəhməti və mərhəməti nəsibiniz olsun.